Məhkəmə qərarları › İş №1(060)-88/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-88/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-88/2021 02.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış,Qazax rayonu, Aslanbəyli kəndində qeydiyyatda olan, ünvan 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışları Şahid3 və Şahid2 ilə özgənin əmlakını talama məqsədi ilə 13.07.2019-cu il tarixdə gecə saat 03 radələrində qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışları Zərərçəkmiş şəxs icarəyə işlətdiyi Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən köşkün giriş qapısını özləri ilə gətirdikləri dəmir parçası ilə açaraaq oraya qanunsuz daxil olaraq vitirindən 22 manat 50 qəpik dəyərində 15 ədəd qalın “ARGO” siqaretləri, 25 manat 50 qəpik dəyərində 17 ədəd boz kompakt “ARGO” siqareti, 9 manat 60 qəpik dəyərində 6 ədəd “LİNEX” siqareti, 14 manat 40 qəpik dəyərində 9 ədəd göy kompakt “LİNEX” siqareti, 19 manat 50 qəpik dəyərində 13 ədəd boz kompakt “MAGNA” siqareti, 50 manat 40 qəpik dəyərində 28 ədəd qalın ağ “VİNCESTER” siqareti, 22 manat 50 qəpik dəyərində 15 ədəd qalın ağ “SENATE” siqareti, 48 manat dəyərində 32 ədəd boz nazik “VANT” siqareti, 72 manat dəyərində 48 ədəd boz nazik “MAGNA” siqareti, 24 manat dəyərində 16 ədəd qara “SENATE” siqareti, 15 manat dəyərində 10 ədəd qara nazik “KİNGSTON” siqareti, 30 manat dəyərində 20 ədəd göy nazik “VEGAS” siqareti, 30 manat dəyərində 20 ədəd ağ qalın “VEGAS” siqareti, 41 manat 80 qəpik dəyərində 27 ədəd göy kompakt “PALLİALL” siqaretləri, 42 manat dəyərində 120 ədəd “Dirol” saqqızı, 35 manat dəyərində 35 ədəd “FAŞHİON” alışqan, 12 manat dəyərində 150 qramlıq 16 ədəd Beliçka qara tumu, 23 manat 76 qəpik dəyərində 12 ədəd 150 qramlıq Leys cipsi, 12 manat dəyərində 26 ədəd ayaqqabı silmək üçün maçalka, 2 manat 8 qəpik dəyərində ayaqqabı mazı «Dreqo», 24 qəpik dəyərində 24 ədəd plasmas stəkan, 80 manat qəpik pul, 320 manatlıq Azercell, Bakcell, Nar şəbəkələrinə aid konturlar və köşkün qarşısında qoyulmuş saxlanc yeri hesab edilən soyuducunun şüşəsini sındırmaqla oradan 6 manat 80 qəpik dəyərində 17 ədəd çöplü şaftalı -nektar sok, 36 manat dəyərində 36 ədəd qırmızı rəngli “Bzon” enerji içkisi, 19 manat 20 qəpik dəyərində 24 ədəd göy Bizon içkisi, 28 manat dəyərində 28 ədəd “Full” içkisi, 20 manat 80 qəpik dəyərində 26 ədəd 250ml “Full” enerji içkisi, 18 manat dəyərində 18 ədəd “Hell” enerji içkisi, 9 manat 60 qəpik dəyərində 12 ədəd “Atom” enerji içkisi, 12 manat 60 qəpik dəyərində 7 ədəd “Baltika 9” piyvəsi, 35 manat 20 qəpik dəyərində 16 “GO VODKA” içkisini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1078 manat 22 qəpik (min yetmiş səkkiz manat iyirmi iki qəpik qəpik) dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Nurlan və Turalı təxminən bir aya yaxındır ki, tanıyır. Onlarla onun tanışlığı onun dostu Babəkin vasitəsi ilə olmuşdur. O, 13.07.2020-ci il tarixdə gecə yaşadığı evdə olarkən hava isti olduğundan və ürəyinə siqaret çəkmək düşdüyü üçün yaşadıvğı evin həyətinə düşmüş, saat təxminən 03:00 radələrində yaşadığı evin həyətində tək dayanıb siqaret çəkərkən bu vaxt əvvəllər tanıdığı Tural və Nurlan adlı şəxslər yaşadığı evin həyətindən keçəndə onu görüb ona yaxınlaşmışldar və onlarla görüşüb orada söhbət edən zaman Tural və Nurlan oğlurluq etmək niyyətlərinin olduğunu ona bildirmişlər. O, əvvəl razılaşmamış, lakin sonradan Tural və Nurlanın təklifinə razılaşmışdır. Tural və Nurlan ona demiş ki, onun yaşadığı Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən «Nənəmin təndiri» adlanan yerin yaxınlığında köşk var oradan oğurluq edəcəklər. O da razılaşmış və üçüdə Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən «Nənəmin təndiri» adlanan yerə yaxın köşkün yanına gəlmişlər. O, «Nənəmin təndiri» kamerelarının istiqamətini dəyişmiş ki, onları çəkməsin və sonra Turalla o, köşkə tərəf getmiş, Tural əlində olan əvvəlcədən tapdıqları dəmir parçası ilə pəncərəsini açmış, sonra Nurlan onların yanına gəlmiş və köşkün pəncərəsindən içəriyə keçmiş o, isə bayırda qalmış ki, gələn olsa xəbər etsin. Bir neçə dəqiqədən sonra Tural və Nurlan əllərində sellofan torba dolu köşkdən bayıra çıxmışlar. O, köşkün bayırında olan su soyuducusunun şüşəsini dəmir parçası ilə açarkən ehtiyatsızlığından soyuducunun qapısının şüşəsi sınmış, oradan da enerji içkilərini götürüb Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən binaların birinin həyətinə gəlmişlər. Oğurladıqları əşyaları orada gizlətmişlər ki, əllərində oğurluq əşyalarını görən olmasın. Orada gözləyərək səhər saat 08:30 radələrində oğurladıqları mallara baxıb görmüşlər ki, köşkdən 15 ədəd çöplü sok, 50 ədəd müxtəlif markalardan olan siqaretlər, 25 ədəd Dirol saqqızı, 22 ədəd alışqan, 3-4 ədəd günəbaxan tumları, 2-3 paçka uşaq peçeniyəsi, 2-3 paçka cipsi, 30 ədəd plastik stəkan, 100 ədəd enerji və piyvə içkiləri, 15 manat dəyərində qəpik pullar oğurlamışlar. Həmin malları satmaq üçün o, əvvəllər tanıdığı Sumqayıt şəhəri 15-ci məhəllə ərazisinə «Muğan» adlı marketdə satıcı işləyən Muğana yaxınlaşıb dəniz kənarında mağazası var karantin rejimi ilə əlaqədar olaraq mağazanı işlədə bilmir və bəzi əşyaları satmaq istədiyini demiş, Muğanda ona inanmış və oğurladığı mallardan çöplü sok və enerji içkilərindən götürüb Muğana satmış, bunun müqabilində Muğan ona 27 manat pul vermişdir. Lakin o, həmin günü Muğandan aldığı puldan Turala və Nurlana verməmiş ki, qalan əşyalarıda satsınlar sonra əldə edilən pulları bölərlər. Bundan sonra Tural ilə Nurlan qalan malları satmaq üçün malların bir hissəsini özlərinin deməsinə görə Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində köşkdə işləyən Ruslana satmışlar. Qalan əşyaların bir hissəsini özlərinə sərf etmişlər və qalanını isə Sumqayıt şəhər ərazisində tanımadıqları şəxsləri aldadaraq guya ki, qohumlarının mağazası bağlanıb həmin mağazadan qalan mallardır. Onlar ümumilikdə oğurladıqları mallardan 120 manat gəlir əldə edərək öz aralarında bölmüşlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən bir ilə yaxın olardı ki, Sumqayıt şəhəri 34-cü məhəllə ərazisində yerləşən «Nənəmin təndiri» çörək bişirmə sexinin yanında yerləşən köşkü icarəyə götürərək həmin köşkdə müxtəlif əşyalar satır. Həmişə o, 24 saat ərzində həmin köşkü işlədirdi, lakin sonradan karantin rejimi ilə əlaqədar olaraq gecə saat 23-dən sonra köşkü bağlayıb evə gedirdi. 12.07.2020-ci il tarixdə həmişəki kimi işə gəlmiş və axşam saat 23 radələrində köşkün qapısını bağlayıb evinə getmişdir. Səhərisi günü 13.07.2020-ci il tarixdə işə gələndə görmüş ki, köşkün qapısının kilidi qırılıb və oradan köşkə daxil olaraq oğurluq ediblər. Bundan başqa köşkün qarşısında olan soyuducuların qabaq şüşəsi və qulpları qırıqdır və oradanda oğurluq olub. O, bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, polis əməkdaşları gələrək köşkə baxış keçirmiş o, həmin günü şifahi müraciət etsə də, lakin sonradan yazılı olaraq Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. Sonradan o, köşkdə ona dəymiş ziyanı hesablayarkən baxıb gördü ki, köşkün içərisindən vitirindən 15 ədəd qalın “ARGO” siqaretləri, 17 ədəd boz kompakt “ARGO” siqareti, 6 ədəd “LİNEX” siqareti, 9 ədəd göy kompakt “LİNEX” siqareti, 13 ədəd boz kompakt “MAGNA” siqareti, 28 ədəd qalın ağ “VİNCESTER” siqareti, 15 ədəd qalın ağ “SENATE” siqaret, 32 ədəd boz nazik “VANT” siqareti, 48 ədəd boz nazik “MAGNA” siqareti, 16 ədəd qara “SENATE” siqareti, 10 ədəd qara nazik “KİNGSTON” siqareti, 20 ədəd göy nazik “VEGAS” siqareti, 20 ədəd ağ qalın “VEGAS” siqareti, 27 ədəd göy kompakt “PALLİALL” siqaretləri oğurlanmışdır. Bundan başqa, 120 ədəd Dirol saqqızı, 17 ədəd çöplü şaftalı nektar sok, 36 ədəd qırmızı rəngli “Bzon” enerji içkisi, 24 ədəd göy bizon içkisi, 28 ədəd 450 ml “Full” içkisi, 26 ədəd 250ml “Full” enerji içkisi, 18 ədəd “Hell” enerji içkisi, 12 ədəd “Atom” enerji içkisi, 7 ədəd “Baltika 9” piyvəsi, 16 ədəd “GO VODKA” içkisi, 35 ədəd “FAŞHİON” alışqan, 150 qramlıq 16 ədəd Beliçka qara tumu, 150 qramlıq 12 ədəd Leys cipsi, 26 ədəd ayaqqabı silmək üçün maçalka, 8 ədəd ayaqqabı mazı «Dreqo», 24 ədəd plasmas stəkan, 80 manat dəyərində qəpik pul, 320 manatlıq Azerçell, Baksel və Nar şəbəkələrinə aid konturlar oğurlanmışdır. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 24 avqust 2020-ci il tarixli 9/2680 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs 1078 manat 22 qəpik (min yetmiş səkkiz manat iyirmi iki qəpik qəpik) dəyərində ziyan dəymişdir. İş materiallarından görünür ki, iş üzrə maddi sübut olan siqaretlər, enerji içkiləri, çöplü sok, spirtli enerji içkiləri maddi sübut kimi tanınaraq sahibinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 28.10.2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 24.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 170 və 186-cü maddələrinin tərkib əalmətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir. Şahid1 və Şahid4 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 03.10.2020-ci il tarixli qərarından görünür ki, Şahid3 Alik oğluna və Şahid2 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini Azərbaycan Respublikası CMnin 59.1.13-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regıonal Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini və cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalıdır. Bundan başqa, iş üzrə maddi sübut olan siqaretlər, enerji içkiləri, çöplü sok, spirtli enerji içkiləri sahibinə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri 34-cü məhəllə, ev 11/47, mənzil 21 ünvanı tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan siqaretlər, enerji içkiləri, çöplü sok, spirtli enerji içkiləri sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə cəmi 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar