Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-885/2023 16.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Masallı rayonunun Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Masallı rayonunun Yeddioymaq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,202 qram çəkidə narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib, üzərində qanunsuz daşıyaraq saxlamış, Sumqayıt şəhər polis İdarəsinin Cinayət- axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 23 iyun 2023-cü il tarixdə, saat 17:25-də Sumqayıt şəhəri, 3-cii mikrorayon ərazisində yerləşən “Aviakassa”nın yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-yə gətirilərək üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bağlamadan 4 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,041 qram, 0,056 qram, 0,058 qram. 0,047 qram, ümumi çəkisi 0,202 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulan kimi xeyli müddət imiş ki, narkotik vasitə heroin istifadə edirmiş. Şahid1 onun xalası oğludur, sonuncu ilə münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Turac da onun kimi narkotik vasitə heroin istifadə edir və bir neçə dəfə olmuşdur ki, birlikdə narkotik vasitə heroin istifadə etmişlər. Sonuncu dəfə 23 iyun 2023-cü il tarixdə səhər saatlarında Turacla Sumqayıt şəhərində görüşdükdə sonuncu istifadə etmək üçün narkotik vasitə istəmiş, o isə özündə də olmadığını demişdir. Daha sonra qərara gəlmişlər ki, narkotik vasitə alsınlar. Buna görə ikisi də pul atışmışlar, onda 10 manat olmuş, Turac isə 50 manat pul qoymuşdur. Sonra Məhəmməd adı ilə tanıdığı şəxslə görüşmüşlər və sonuncu vasitəsilə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisinə gedib oradan tanımadığı şəxsdən 60 manata narkotik vasitə almışlar. Sonra Turacla birlikdə narkotik vasitəni bükümlərə ayırmışlar və həmin bükümlərdən 4 ədədi ona verilmiş, qalan 12 ədəd büküm isa Turaca qalmış, çünki Turac ondan çox pul qoymuşdur. Həmçinin narkotik vasitəni bükümlərə bölməmişdən əvvəl ondan bir qədərini istifadə etmişlər. Sonradan Turacla ayrılmışlar və o, öz işlərinin dalınca getmişdir. Həmin gün saat 17:25 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, “Aviakassa”nın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri izah edilmiş, vəkil təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində bükümlər olan şəffaf sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Həmin bağlamanın içərisinə baxdıqda qızılı rəngli kağız bükümlərin olduğu müəyyən edilmişdir. Həmin bükümlər sellofan bağlamanın içərisindən çıxarılmışdır. Həmin bükümlərin 04 ədədi qızılı büküm olduğu müəyyən edilmişdir. Həmin bükümlər ardıcıl olaraq elektron tərəzidə çəkilmiş, 04 ədəd qızılı rəngli bükümlərin çəkisinin 0,16 qram, 0,16 qram, 0,15 qram, 0,12 qram ümumilikdə 04 ədəd bükümün 0,57 qram olduğu müəyyən edilmişdir. O, həmin bükümləri tanıdığı Məhəmməd adlı şəxsin vasitəsi ilə tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan cins şalvarın sol yan cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan 01 ədəd “Nokia” markalı, həmin şalvarın sol arxa cibindən üzərində ***-***-**-** mobil nömrəsi olan 01 ədəd “İphone Se” markalı mobil telefon, 01 ədəd açar və sobrania siqaret qutusu aşkar edilmişdir. Aşkar olunmuş həmin bükümlər ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Həmçinin ona məxsus 02 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən müstəntiq tərəfindən götürülərək qablaşdırılmış və iş materiallarına əlavə edilmiş, açar və siqaret qutusu özünə geri qaytarılmışdır. Sorğu zamanı o, səhər saatlarında xalası oğlu Şahid1 pay və hədiyyə formasında 12 ədəd bükümdə narkotik vasitə heroin verdiyini, özünün narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş bükümləri şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, narkotik vasitə olan heroindən, yəni el arasında “kakos” kimi tanınan maddədən istifadə edir. Həmin narkotik vasitəni xalası oğlu Şahid1la birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən əldə etmişdir. O, həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində daşımışdır. Narkotik vasitədən öz şəxsi istifadəsi üçün əldə etmiş və kimsəyə vermək və ya satmaq fikri olmamışdır. O, günə 1 ədəd büküm narkotik vasitə istifadə edir və hər dəfə bükümdən narkotik vasitə ayırmaq çətin olduğundan birdəfəlik aldığı narkotik vasitəni bükümlərə qablaşdırmışdır. Üzərinə şəxsi axtarış aparılan zaman həyəcanlı olmuş, çünki birinci dəfə idi ki, tutulurdu, həmçinin xalası oğlu Şahid1 da tutularaq üzərindən aşkar olunmuş narkotik vasitələri onun pay verdiyini dediyini öyrəndiyi üçün Turacın bildirdiyi kimi demiş, əslində isə narkotik vasitəni birlikdə almışlar. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tutulmamışdan öncə təxminən 7-8 ay olmış ki, narkotik vasitə “kakos”dan istifadə edirmiş. Xalası oğlu Təqsirləndirilən şəxs da onun kimi narkotik vasitə istifadə edirmiş və birlikdə narkotik vasitə istifadə etdikləri hallar olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında xalası oğlu Təqsirləndirilən şəxsla görüşən zaman sonuncudan narkotik vasitə “kakos” olub-olmadığını soruşmuş, sonuncu da ona olmadığını, lakin almaq lazım olduğunu, özünün də ağrılarının olduğunu demişdir. Bundan sonra xalası oğlu Ruslanla pul atışmışlar, o, 50 manat Ruslan isə 10 manat pul qoymuş və onlar birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisinə getmişlər. Orada tanımadıqları şəxsdən 60 manata narkotik vasitə almışlar və Sumqayıt şəhərinə qayıtmışlar. Narkotik vasitədən istifadə etdikdən sonra qalan narkotik vasitəni bükümlərə bölmüşlər və cəmi 16 büküm alınmışdır. Sonra aralarında narkotik vasitə “kakos”u bölmüşlər, o, çox pul qoyduğundan ona 12 büküm düşmüş, xalası oğlu Ruslana isə 4 ədəd bükümdə narkotik vasitə “kakos” düşmüşdür. O, 12 ədəd bükümləri siqaret qutusuna yerləşdirib cibinə qoymuşdur. Ümumiyyətcə o, günə bir büküm narkotik vasitə istifadə edir. Sonradan xalası oğlundan ayrılmış və öz işləri ilə məşğul olmuşdur. Həmin gün saat 16 radələrində ünvan 2 ünvanın qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və polis idarəsinə gətirilib üzərində şəxsi axtarış aparılaraq üzərindən 12 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. Hazırda barəsində cinayət işinin istintaqı aparalır. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, üzərinə şəxsi axtarış aparılan zaman həyəcanlı olmuş, çünki birinci dəfə idi ki, tutulurdu, buna görə də ondan narkotik vasitəni haradan əldə etdiyini soruşduqda xalası oğlunun ona pay verdiyini demiş, çünki elə bilmişdir ki, narkotik vasitəni xalası oğlu ilə birlikdə əldə etdiyini desə cəzası ağır olacaq. Əslində narkotik vasitəni xalası oğlu Ruslanla birlikdə əldə etmişlər. Xalası oğlu Ruslan heç vaxt ona narkotik vasitə satmamışdır. Ruslanla birlikdə bir neçə dəfə narkotik vasitə qəbul etmişlər. Münasibətləri yaxın olduğundan hərdən Ruslan ona, hərdən o, Ruslana narkotik vasitəni təmənnasız vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət-axtarışı şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 Zellabdin oğlu ifadəsində göstərmişdir ki, 23 iyun 2023- cii il tarixdə xidmətdə olarkən “Ruslan” adlı şəxsin narkotik vasitələrin satışı, istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında tərəfindən keçirilən tədbirlər nəticəsində “Ruslan” adlı şəxsin Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, «Eko» yaşayış kompleksində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, CAŞ-nin kiçik inspektorları Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin gün saat 17 radələrində əldə etdikləri məlumat əsasında əməliyyat qrupunun üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisinə getmişlər. 3-cü mikrorayon ərazisində yerləşən “Aviakassa”nın yaxınlığında olarkən Təqsirləndirilən şəxs görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və daxil olmuş məlumat ilə bağlı Təqsirləndirilən şəxs məlumat verib sonuncunu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə Sumqayıt ŞPİ-yə gəlmişdir. Sumqayıt ŞPİ-yə gəldikdən sonra raportla rəhbərliyə müraciət olunmuş və daha sonra raport əsasında araşdırma aparılması İstintaq şöbəsinə həvalə olunmuşdur. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bağlamanı çıxarıb masanın üzərinə qoymuş və həmin bağlamada narkotik vasitə olduğunu bildirmişdir. Həmin bağlamaya müstəntiq tərəfindən baxıldıqda bağlamadan 4 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin narkotik vasitə «kakos» olduğunu bildirmişdir. Bükümlər müstəntiq tərəfindən ayrı-ayrılıqda sıfırlanmış elektron tərəzi vasitəsilə ölçülmüş və bükümlərin çəkisinin 0,16 qram, 0,16 qram, 0,15 qram, 0,12 qram olması, ümumilikdə 4 ədəd bükümün 0,57 qram olduğu müəyyən edilmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs 6-7 aydır ki, narkotik vasitə “kakos” istifadə etdiyini, təqdim etdiyi bükümləri Məhəmməd adlı şəxsin vasitəsilə tanımadığı şəxsdən əldə etdiyini, xalası oğlu Şahid1 12 ədəd bükümdə narkotik vasitəni pay verdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, istifadəsi ilə məşğul olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd Nokia və bir ədəd iPhone markalı mobil telefonlar, siqaret qutusu, alışqan və bir ədəd açar aşkar olunaraq götürülmüş, sonradan isə açar və siqaret qutusu ilə alışqan Təqsirləndirilən şəxs qaytarılmışdır. Başqa hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər müstəntiq tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid3 və Şahid4 onlardan öncə məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 Zellabdin oğlunun ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişlər ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bağlamada 4 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş və bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 61-62-ci vərəqələrində olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 40-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2023-cü il tarixli, 6/3520 saylı ekspert rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün №124” möhür əksi və “Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. soyadlar, imzalar olan zərfdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,041 qram, 0,056 qram, 0,058 qram, 0,047 qram, ümumilikdə təmiz çəkiləri 0,202 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 04 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkibinə görə eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs aşkar edilmiş 04 ədəd bükümdəki narkotik vasitə heroin kütlələri ilə Şahid1 aşkar edilmiş ümumilikdə 12 ədəd bükümdəki narkotik vasitə heroin kütlələri kimyəvi komponent tərkiblərinə görəöz aralarında eynilik təşkil edirlər. Heroinin təmiz çəkisi 0,202 qram, tədqiqata sərf edildi 0,8 qram, qalıq 0,122 qram. Qeyd: heroinin təmiz çəkisi 0,202 qram, sərf edidi 0,08, qalı 0,122 qram. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4380 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 107-117-ci vərəqələrində olan xx.xx.2023-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,122 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması barədə görüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 30-31-cu vərəqələrində olan şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və şəxsi axtarışın keçirilməsi barədə görüntüləri özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi müəyyən edilir. Müstəntiq özünü təqdim edəndən sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir, bundan sonra müstəntiq Təqsirləndirilən şəxs nəyə görə saxlanılması barədə məlumat verir. Bundan sonra iştirakçılar və müdafiəçi özlərini təqdim edirlər. Daha sonra şübhəli şəxsə hüquq və vəzilələrinə dair bildiriş təqdim edilir, şübhəli şəxs bildirişlə tanış olandan sonra müstəntiq şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya vardırsa könüllü təqdim etməsini bildirir, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bağlamanı çıxarıb masanın üzərinə qoyur. Həmin bağlamanın içərisindən müstəntiq tərəfindən 4 ədəd kağız bükümlər çıxarılır və bir-bir bükümlərin içərlərinə baxılmaqla sıfırlanmış vəziyyətdə olan elektron tərəzi vasitəsilə ölçülür. Bükümlərin içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması görünür. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddənin narkotik vasitə “kakos” olduğunu bildirir, həmçinin verilən suallara cavab olaraq 6-7 aydır narkotik vasitə “kakos”dan istifadə etdiyini, təqdim etdiyi bükümlərdə olan “kakos”ları Məhəmməd adlı tanışı vasitəsilə tanımadığı şəxsdən aldığını bildirir. Təqdim olunmuş bükümlər sıfııianmış elektron tərəzi vasitəsilə ölçülən zaman çəkilərinin 0,16 qram, 0,16 qram, 0,15 qram, 0,12 qram, ümumi çəkilərinin isə 0,57 qram olması müəyyən edilir. Şəxsi axtarışda Təqsirləndirilən şəxs üzərindən həmçinin özünə məxsus Nokia markalı və iPhone SE markalı mobil telefonlar, 1 ədəd açar aşkar olunur. Daha sonra aşkar olunmuş bükümlər və mobil telefonlar müstəntiq tərəfindən qablaşdırılır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs suallar verilir və sonuncu narkotik vasitə satmadığını, xalası oğlu Şahid1 12 ədəd bükümdə narkotik vasitəni pay verdiyini, özünün istifadəçisi olduğunu bildirir. Daha sonra müdafiəçi şübhəli şəxsə suallar verir, Təqsirləndirilən şəxs da polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində “Aviakassa”nın yanında saxlanıldığını, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor göstərilmədiyini deyir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. Cinayət işinin 83-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 88-ci vərəqəsində olan "xxxx" MTK tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində verilmiş müsbət xasiyyətnaməni, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4380 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,122 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,122 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 11 saata görə 66 (altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-885/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-885/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver