Məhkəmə qərarları › İş №1(060)-89/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-89/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-89/2022 18.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, 24.01.1963-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmuş, Sumqayıt şəhəri, məhəllə 30, ev 5/8, mənzil 33-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 25 (iyirmi beş) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,392 qram, 6,011 qram, 3,021 qram, 8,610 qram, 3,546 qram, 2,290 qram, 0,805 qram, 1,836 qram, 1,296 qram, 0,856 qram, 0,332 qram, 0,710 qram, 0,468 qram, 0,277 qram, 0,402 qram, 0,528 qram, 0,288 qram, 0,404 qram, 0,362 qram, 0,364 qram, 0,367 qram, 0,682 qram, 0,264 qram, 0,342 qram, 0,321 qram, ümumi təmiz çəkisi 38,774 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 17 iyul 2021-ci il tarixdə saat 20:30da, Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhərəi, Beton zavod ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki sellofan torbadan göstərilən bükümlərdə və çəkidə qurudulmuş marixuana, həmin narkotik vasitələri ölçmək üçün 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhərində anadan olmuş, hazırda Sumqayıt şəhəri, Beton zavod ərazisi ev 495A-da ailəsi ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmuşdur. Evlidir. Təxminən 3-4 il olar ki, narkotik vasitə qurudulmuş marixuananı siqaretlə çəkərək tüstüsünü qəbul edir. Qurudulmuş marixuanadan istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. 17.07.2021-ci il tarixdə saat 20:30-da o, Sumqayıt şəhəri, Beton zavod ərazisində piyada hərəkətdə olan zaman mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmış, və özlərinin polis əməkdaşı olduqlarını bildirdikdən sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə polis əməkdaşları ilə Sumqayıt ŞPİ-nə aparılacağını bildirmişlər. Həmin vaxt üç nəfərdən biri onun əllərindən möhkəm yapışdığına görə o, öz istifadəsi üçün üzərində gəzdirdiyi qurudulmuş marixuananı üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən polis idarəsinə aparılmışdır. Sumqayıt ŞPİ-də xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət tərəfindən təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, daha sonra o, əlində olan ağ rəngli torbanı təqdim etmiş və həmin sellofan torbanın içərisində yaşıl rəngli bitki toxumlarının, 2 ədəd ağ rəngli kağıza, 3 ədəd şəffaf sellofana bükülmüş, 1 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli bitki toxumların, 20 ədəd ağ rəngli kağıza və 5 ədəd şəffaf sellofana bükülmüş yaşıl rəngli spesfik iyə malik qurudulmuş bitki kütləsinin, 1 ədəd şəffaf sellofana bükülmüş qurudulmuş bitki çubuklarının, 1 ədəd qara rəngli elektron tərəzinin olduğu müəyyən olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən cinayət xarakterli digər əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş ağ rəngli kağıza bükülmüş 20 ədəd və şəffaf sellofana bükülmüş 05 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda çəkiləri 0,73 qram, 3,61 qram, 1,27 qram, 4,10 qram, 2,01 qram, 2,99 qram, 1,52 qram, 2,45 qram, 0,56 qram, 0,39 qram, 0,51 qram, 0,040 qram, 0,49 qram, 0,47 qram, 0,54 qram, 0,46 qram, 0,50 qram, 0,44 qram, 0,89 qram, 0,58 qram, şəffaf rəngli sellofana bükülmüş bitki kütlələrinin çəkisinin 6,14 qram, 3,72 qram, 2,21 qram, 3,91 qram, 3,28 qram, 01 ədəd şəffaf sellofana bükülmüş qurudulmuş bitki çubuqlarının çəkisinin 51,61 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Sumqayıt ŞPİ-də ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə qurudulmuş marixuanadır və ona məxsusdur, həmin qurudulmuş marixuananı 17.07.2021-ci il tarixdə gönorta radələrində Sumqayıt şəhəri, Beton zavod ərazisində yerdən tapmışdır. Öz istifadəsi üçün üzərində gəzdirmişdir. Hazırda narkotok vasitəni qanunsuz əldə edib saxladığına və daşıdığına görə peşmandır, ailə vəziyyəti ağırdır, himayəsində qocq atası və bir uşağı vardır, səhhətində də problemlər var. Məhkəmədən göstərdiyi halları nəzərə alaraq onun əməlini Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinə tövsif etməyi və ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, işin halları, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu oğlu ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 17 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, qəbulu və üzərində gəzdirməsi, satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı idarə rəhbərliyinə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunda onunla yanaşı polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişlər. 17.07.2021-ci il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Beton zavod ərazisində saxlanılaraq Sumqayıt şəhər polis idarəsinə gətirilmişdir. Sumqayıt ŞPİ-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçi İftixar Əhmədovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü sağ əlində saxlamış olduğu ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisində 2 ədəd ağ kağıza, 3 ədəd şəffaf rəngli sellofana bükülmüş, 01 bir ədəd kibrit qutusunun içərisində yaşıl rəngli bitki toxumlarının, 20 ədəd ağ rəngli kağıza, 05 ədəd şəffaf sellofana bükülmüş yaşıl rəngli spesifik iyə malik qurudulmuş bitki kütləsinin, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qurudulmuş bitki çubuqlarının, 01 ədəd qara rəngli elektron tərəzi olduğu məlum olmuşdir. Götürülmüş bükümlərə baxış zamanı həmin şəxs bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, bildirmişdir ki, ondan aşkar olunan bitki kütləsi “marixuana toxumları”, çubuqlar isə “marixuana çubuqları” olduğunu, hazırda həbs olunmuş qardaşına məxsus olduğunu, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, elektron tərəzi qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onunla eyni məzmunlu ifadə verdi. Şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Əzizov X2 Quliyev ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İşdə olan protokoldan görünür ki, 17.07.2021-ci il tarixdə saat 20:30-da Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin təhqiqatçısı, polis mayoru Elsevər Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.(i.v 17) İşdə olan qərarın surətindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin 19.07.2021ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 61-65) İş materiallarında olan 17 iyul 2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Sumqayıt ŞPİnin inzibati binasının xidməti otağında videoçəkiliş vasitəsiylə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgə vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs özü sağ əlində saxladığı ağ rəngli torbanı təqdim etmiş, həmin sellofan torbanın içərisində 2 ədəd ağ rəngli kağıza, 3 ədəd şəffaf rəngli sellofana bükülmüş, 1 ədəd kibrit qutusunun içərisində yaşıl rəngli bitki toxumlarının, 20 ədəd ağ rəngli kağıza, 5 ədəd şəffaf rəngli sellofana bükülmüş yaşıl rəngli spesifik iyə malik qurudulmuş bitki kütləsinin, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş qurudulmuş bitki çubuqlarının, 1 ədəd qara rəngli elektron tərəzinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bitki kütləsi “marixuana” toxumları, çubuqlar isə “marixuana çubuqları” olduğunu, aşkar olunmuş bitki kütlələrini, toxumları çubuqları hazırda həbsdə olunmuş qrdaşına məxsus olduğunu, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki toxumları tərəziyə qoyulub çəkilən zaman ağ rəngli kağıza bükülmüş bitki toxumlarının çəkisinin 3,75 qram, 3,13 qram, şəffaf rəngli sellofana bükülmüş bitki toxumlarının çəkisinin 70,60 qram, 14,88 qram, 4,40 qram, kibrit qutusundakı bitki toxumunun çəkisinin 8,34 qram, ağ rəngli kağıza bükülmüş qurudulmuş bitki kütlələrinin çəkisinin 8,34 qram, ağ rəngli kağıza bükülmüş qurudulmuş bitki kütlələrinin çəkisinin 0,73 qram, 3,61 qram, 1,27 qram, 4,10 qram, 2,01 qram, 2,99 qram, 1,52 qram, 2,45 qram, 0,56 qram, 0,39 qram, 0,51 qram, 0,040 qram, 0,49 qram, 0,47 qram, 0,54 qram, 0,46 qram, 0,50 qram, 0,44 qram, 0,89 qram, 0,58 qram, şəffaf rəngli sellofana bükülmüş bitki kütlələrinin çəkisinin 6,14 qram, 3,72 qram, 2,21 qram, 3,91 qram, 3,28 qram, 01 ədəd şəffaf sellofana bükülmüş qurudulmuş bitki çubuqlarının çəkisinin 51,61 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bitki kütlələri və elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. (i.v.24-25) Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 18 iyul 2021-ci il tarixli 7/686 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunuş ağ kağız üzərində “Saxlanılan şəxs ....... Təqsirləndirilən şəxs” Yazılar olan 1 ədəd ağ rəngli polietilen bağlamada ağ rəngli sellofan torbadakı 3 ədəd şəffaf sellofan torbada, 2 ədəd ağ rəngli kağız bükülüdə, 1 ədəd kibrit qutusunda təmiz çəkiləri – 1,586 qram; 1,318 qram; 4,204 qram; 70,281 qram: 14 195 qram, ümumi təmiz çəkisi -98,563 qram bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş, tərkiblərinə görə eyni növ çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrə aid deyil. Həmin bağlamada 5 ədəd şəffaf sellofan torbada, 20 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 4,392 qram; 6,011 qram; 3,021 qram; 8,610 qram; 3,546 qram; 2,290 qram; 0,805 qram; 1,836 qram; 1,296 qram; 0,856 qram; 0,332 qram; 0,710 qram; 0,468 qram; 0,277 qram; 0,402 qram; 0,528 qram; 0,288 qram; 0,404 qram; 0,362 qram; 0,364 qram; 0, 367 qram; 0,682 qram; 0,264 qram; 0,342 qram; 0,321 qram, ümumi çəkisi 38,774 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanalardır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş bir ədəd şəffaf sellofan torbada quru vəziyyətdə ümumi sayı 145 ədəd, ümumi çəkisi 55,0 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotiki təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. (qeyd: çətənə bitkisinin toxumlarının ümumi çəkisi 98,563 qram, tədqiqata sərf edildi-0,12 qram, qalıq-98,443 qram; marixuanaların ümumi çəkisi-38,744 qram, sərf olundu-0,5 qram, qalıq-38,274 qram; 145 ədəd çətənə bitki hissələrinin ümumi çəkisi 55,0 qram, sərf edildi – o,28 qram, qalıq – 54,72 qram) (i.v.32-36) İşə əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 30 sentybar 2021-ci il tarixli, 3695 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs oğlunda kannabiodlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v 113-114) Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 25 (iyirmi beş) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,392 qram, 6,011 qram, 3,021 qram, 8,610 qram, 3,546 qram, 2,290 qram, 0,805 qram, 1,836 qram, 1,296 qram, 0,856 qram, 0,332 qram, 0,710 qram, 0,468 qram, 0,277 qram, 0,402 qram, 0,528 qram, 0,288 qram, 0,404 qram, 0,362 qram, 0,364 qram, 0,367 qram, 0,682 qram, 0,264 qram, 0,342 qram, 0,321 qram, ümumi təmiz çəkisi 38,774 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 38,274 qramı, çətənə bitkisinin toxumlarının ekspertiza tədqiqatından sonra qalıq qalmış 98,443 qramı, 145 ədəd çətənə bitki hissələrinin 54,72 qramı, elektron tərəzi və üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmışdır. (i.v.116-121) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 29.05.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 68-70,100-102) Cinayət işinin materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin 08.10.2021ci il tarixli 99993/19 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan 17.07.2021-ci il tarixə kimi cəzasının 02 ilini çəkmiş, çəkilməmiş cəzası isə 05 ay 26 gün təşkil edir. (i.v. 112) Sumqayıt şəhər Məhkəməsinin 7(060)-12/2022 saylı, 17.01.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilmiş və o Sumqayıt şəhər Məhkəməsinin 29.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər Narkoloji Dispanserinin 03 avqust 2021-ci tarixli, 2714 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Narkoloji dispanserində 2013-cu ildən “narkotik maddələrin epizodik qəbulu” diaqnozu ilə qeydiyyatdadır. (i.v. 67) İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin 1 saylı “inşaatçı” Məhəllə Komitəsinin 01.10.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 103) İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin 1 saylı “inşaatçı” Məhəllə Komitəsinin 602 saylı, 01.10.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs ailəsi 1942-ci il təvəllüdlü atasından, həyat yoldaşından və 14.01.2008-ci il təvəllüdlü qızından (Məhərrəmli Günel akif qızı) ibarətdir. (i.v.104) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun göstərdikləri işin hallarına uyğun və inandırıcı deyildir. Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, üzərindən 25 (iyirmi beş) ədəd bükümdə narkotik vasitə aşkar olunması, üstündə bunları satmaq üçün avadanlıq, yəni tərəzi olması onun satış məqsədini təsdiq edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 25 (iyirmi beş) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 4,392 qram, 6,011 qram, 3,021 qram, 8,610 qram, 3,546 qram, 2,290 qram, 0,805 qram, 1,836 qram, 1,296 qram, 0,856 qram, 0,332 qram, 0,710 qram, 0,468 qram, 0,277 qram, 0,402 qram, 0,528 qram, 0,288 qram, 0,404 qram, 0,362 qram, 0,364 qram, 0,367 qram, 0,682 qram, 0,264 qram, 0,342 qram, 0,321 qram, ümumi təmiz çəkisi 38,774 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq, üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, narkotok vasitəni qanunsuz əldə edib saxladığına və daşıdığına görə peşman olmasını, ağır ailə vəziyyətini, himayəsində yaşlı atasının və yetkinlik yaşına çatmamış bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 29.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 7(060)-12/2022 saylı, 17.01.2022-ci il tarixli qərarıilə barəsində «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilmiş və o həmin hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Həmçinin onun üzərində çəkilməmiş cəza yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 17.07.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 38,274 qramı, çətənə bitkisinin toxumlarının ekspertiza tədqiqatından sonra qalıq qalmış 98,443 qramı, çətənə bitki hissələrinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 54,72 qramı, elektron tərəzi məhv edilməli, bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 17 iyul 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 38,274 qramı, çətənə bitkisinin toxumlarının ekspertiza tədqiqatından sonra qalıq qalmış 98,443 qramı, 145 ədəd çətənə bitki hissələrinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 54,72 qramı, elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar