Məhkəmə qərarları › İş №1(060)-89/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-89/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-89/2023 21.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1977-ci ildə Zəngilan şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Zəngilan şəhəri, H.Hacıyev küçəsi, ev 34-də qeydiyyatda olub. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, DSK yaşayış məntəqəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Heydər Əliyev fondunda işləməsi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib inandıraraq, həmin fondun müxtəlif yerlərdə tikinti işləri gördüyünü və həmin işlərdə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub yüksək qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq sahibkarlıq fəaliyyəti adı ilə 08 sentyabr 2015-ci il tarixdə günün məzənnəsinə uyğun 7022,94 (yeddi min iyirmi iki manat doxsan dörd qəpik) manata bərabər 6700 ABŞ dollarını Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında, 13 sentyabr 2015-ci il tarixdə günün məzənnəsinə uyğun olaraq 4610,32 (dörd min altı yüz on manat otuz iki qəpik) manata bərabər 4400 ABŞ dollarını həmin ünvanda, 20 sentyabr 2015-ci il tarixdə günün məzənnəsinə uyğun olaraq 10996,65 (on min doqquz yüz doxsan altı manat altmış beş qəpik) manata bərabər 10500 ABŞ dollarını həmin ünvanda, 06 oktyabr 2015-ci il tarixdə günün məzənnəsinə uyğun olaraq 3773,88 (üç min yeddi yüz yetmiş üç manat səksən səkkiz qəpik) manata bərabər 3600 ABŞ dollarını həmin ünvanda, 03 noyabr 2015-ci il tarixdə günün məzənnəsinə uyğun olaraq 5979,87 (beş min doqquz yüz yetmiş doqquz manat, səksən yeddi qəpik) manata bərabər 5700 ABŞ dollarını həmin ünvanda, 20 noyabr 2015-ci il tarixdə günün məzənnəsinə uyğun olaraq 5515,65 (beş min beş yüz on beş manat, altmış beş qəpik) manata bərabər 5250 ABŞ dollarını həmin ünvanda, 28 dekabr 2015-ci il tarixdə isə günün məzənnəsinə uyğun olaraq 5446,35 (beş min dörd yüz qırx altı manat otuz beş qəpik) manata bərabər 3500 ABŞ dollar pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda 43345 manat 66 qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2014-cü ildən tanıyır. Akiflə Sumqayıt maşın bazarında tanış olmuş, sonuncudan “Qaz 31105” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, razılaşmalarına əsasən avtomobili 5500 ABŞ dollarına almış, ilkin olaraq 1500 manat ödəniş etmiş, qalan pulu isə hissə-hissə hər ay 250 manat ödəməklə qurtarmalı olmuşdur. Bundan sonra o, mütəmadi olaraq Akifin evində ona hər ay avtomobilin pulunu vermiş, avtomobili aldıqdan bir neçə ay sonra pula ehtiyacı olduğu üçün Akifdən 500 manat sələmə pul götürmüş, bundan bir müddət sonra Akifdən 2500 manat, sonra 4500 manat. 1000 manat, sonuncu dəfə isə 3500 manat sələmə pul götürmüş, hər ay bu pullara görə Akifə 800 manat olmaqla 10 ay ödəniş etmiş, ümumulikdə 8000 manat pul ödəmişdir. Daha sonra o, Akifin evində usta işləmiş, usta haqqı və pəncərələrlə bir yerdə sonuncunun əvəzinə 1590 manat pul ödəmiş, Akif ona verdiyi puldan çıxılacağını demişdir. 2016-cı ilin fevral ayında o, Ukraynaya getmişdir. Onun qohumlarına da borcu olduğundan, bundan başqa Akif hər ay sələmin faizinə görə onu bezdirdiyindən Ukraynaya getmişdir. O, Akifdən aldığı pul ilə avtomobil almış, bundan başqa işi üçün müəyyən aparatlar almış, ancaq işi alınmadığından avtomobili və aparatları dəyər-dəyməzinə satmışdır. 2017-ci ildə o, Ukraynada olan zaman Akifin ona satdığı “Qaz 31” markalı avtomobili məhlədən apardığını bilmiş, atası onunla əlaqə saxlayan zaman bu barədə ona demişdir. Akif avtomobili götürən zaman atasına borcundan çıxdığını demişdir. xx.xx.2022-ci il tarixdə Ukraynadan Polşaya keçən zaman Polşada saxlanılaraq Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur. Akif yalan ifadə vermiş, sonuncudan 12000 manat sələmə pul götürmüş, dayısı oğlu Şahid3 da yalan ifadə vermişdir. 2017-ci ildə valideynləri ilə əlaqə saxlayan zaman barəsində cinayət işinin istintaq edildiyini bilmiş, Azərbaycan Respublikasına gəlməkdən qorxmuşdur. İndi etdiyi əməldən peşmandır, ailəlidir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 27 mart 2014-cü ilin Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Nazimlə Sumqayıt maşın bazarında tanış olmuş, o, özünə məxsus “Qaz 3110” markalı, 10 orta seriyası yadında qalmayan 160 dövlət qeydiyyat nişanlı avtomobilini bazara satmaq üçün çıxarmış, Nazim avtomobili bəyənmiş, bundan sonra o, 5500 ABŞ dollarına satdığını demiş, Nazim isə nağd o qədər pulunun olmadığını demişdir. Nazim ilkin olaraq 1500 ABŞ dolları verəcəyini, qalan pulu isə aybaay 300 ABŞ dolları olmaqla ödəyəcəyini demiş, onlar razılaşmışlar. Avtomobilə aid idarə etmək üçün etibarnaməni ona vermiş, Nazim aybaay vaxtında həmin pulu ödəmişdir. Bununla onların yaxın münasibətləri yaranmağa başlamış, hətta sonuncu bir neçə dəfə də onun evində olmuşdur. 2015-ci ilin iyul ayında Nazim onlara gələn zaman evini təmir etdirmək üçün usta lazım olduğunu demiş, o, həmin vaxt Nazimin tikinti işlərində işlədiyini bilmiş, sonuncu 4 nəfər usta gətirmiş və ustalar evin damını söküb yenidən vurmuşlar. Buna görə həmin ustalara 1100 manat, 700 manat isə Nazimə pəncərələrə görə vermişdir. Təxminən 04 sentyabr 2015-ci il tarixdə Nazim onlara gələrək ondan 5000 ABŞ dolları pul istəmiş, sonuncu bəzəkli şüşələr olduğunu, həmin şüşələri alıb gətirib müştəriyə satıb onun pulunu qaytaracağını demiş, o, həmin gün 5000 ABŞ dolları pul vermiş, 06 sentyabr 2015-ci ildə Nazim onlara gələrək şüşələri alıb satdığını, 1000 ABŞ dolları qazandığını demişdir. Nazim həmin vaxt ona 5500 ABŞ dolları vermiş və 500 ABŞ dolarını da özü üçün götürdüyünü demişdir. Həmin gün Nazim ona qırmızı rəngli vəsiqə göstərib Heydər Əliyev fondunda işlədiyini, 12 nəfərlik briqadası olduğunu, tikinti şirkətinin rəisinin Heydər Əliyev fondunun rəhbərinin xalası oğlu Eldəniz adlı şəxsin olduğunu və onun şirkətində işlədiyini demiş, Nazim, Eldənizgilin Yasamal rayonu ərazisində hazırda özlərinə ofis tikdiklərini, eyni zamanda Eldənizin Əzizbəyovda material zavodu olduğunu, həmin zavodun da satış rəisinin Rəşad adlı şəxs olduğunu, həmin şəxsin də ona yaxın adam olduğunu demişdir. Nazim tikinti zavodundan Heydər Əliyev fondu üçün tikilən yerlərə materiallar aldıqlarını, həmin materialların pulunu nağd şəkildə ödədiklərini, daha sonra həmin qəbzi fonda verdiklərini, fonddan isə işçilərə və materiallara görə artıqlaması ilə pulun onlara verildiyini və beləliklə, yaxşı qazanc əldə etdiyini demişdir. Nazim ona əgər pulu varsa bu işə pul buraxmasını, verdiyi pulu artıqlaması ilə qazanacağını demişdir. Nazim həmin vaxt onun 1 otaqlı olan evini satdığını bilmişdir. Nazimin dediyi fikir onun ağlına batmış və qeyd etdiyi işə pul buraxıb qazanc əldə etməsini düşünərək Nazimlə razılaşmışdır. 08 sentyabr 2015-ci il tarixdə Nazim onlara gəlmiş və iş üçün 6700 ABŞ dolları pul istəmiş, o, yaşadığı ünvan 1 ünvanında həmin pulu sonuncuya vermiş, Nazim pul lazım olduqca gəlib götürəcəyini və 1-2 aya pulu kom şəkildə götürəcəyini bildirmişdir. xx.xx.2015-ci ildə Nazim yenidən onlara gəlmiş və iş üçün ondan 4400 ABŞ dolları istəmiş, o da material alması üçün ona 4400 ABŞ dolları pulu yaşadığı ünvan 1 ünvanında vermiş, Nazim 6700 ABŞ dolarının çekini ona göstərmiş və inanmırsa qəbzi özündə saxlaya biləcəyini demişdir. O isə inandığını və qeydiyyat apardığını demişdir. 20 sentyabr 2015-ci il tarixdə 10500 ABŞ dolları yaşadığı ünvan 1 ünvanında Nazimə vermiş, 06 oktyabr 2015-ci ildə Nazimə 3600 ABŞ dollarını yaşadığı ünvan 1 ünvanında vermiş, həmin vaxt Nazim onu indandırmaq üçün satışın rəisi Rəşad adlı şəxs olduğunu demiş və yanında onunla telefonla danışmış, o, Nazimdən telefonu alıb Rəşad adlı şəxslə danışmış, həmin şəxs satışın rəisi olduğunu,pula görə narahat olmamasını, Nazimin yaxşı işçi olduğunu demişdir. O da inanmışdır. Nazim ona Rəşadın istifadə etdiyi ***-***-**-** və ya ***-***-**-** mobil telefon nömrəsini verərək istədiyi vaxt əlaqə saxlaya biləcəyini bildirmişdir. 03 noyabr 2015-ci il tarixdə Nazimə 5700 ABŞ dolları yaşadığı ünvan 1 ünvanında vermiş, 20 noyabr 2015-ci il tarixdə Nazimə 5250 ABŞ dolları yaşadığı ünvan 1 ünvanında vermiş, bundan sonra mütamadi olaraq Nazimlə əlaqə saxlayıb pulun aqibətini soruşaraq qaytarmasını bildirmişdir. Nazim onlara gəlmiş və onun yanında işi aparan İntiqam adlı şəxslə əlaqə saxlayaraq pulun aqibətini soruşmuş, İntiqam adlı şəxs isə Nazimə narahat olmamasını, pulun tezliklə veriləcəyini demiş, bundan sonra Nazimin telefonu ilə İntiqam adlı şəxslə o da danışmış, həmin şəxs narahat olmamasını, pulun tezliklə köçəcəyini demişdir. Bundan başqa Nazimin təqdim etdiyi Eldəniz adlı şəxslə də telefonla danışmışdır. Belə ki, Nazim özü həmin şəxsə zəng etmiş, öz telefonu ilə danışmış və daha sonra telefonu ona vermiş, o da Eldəniz adlı şəxslə danışmış, həmin şəxs də narahat olmamasını tezliklə pulun köçəcəyini demiş, Eldəniz bundan başqa Nazimə demişdir ki, mühasib Məqsədə tapşırıq vermiş və tezliklə pul veriləcəkdir. Bu ərəfələrdə o, Nazimlə Sabunçu rayon icra hakimiyyəti tərəfə getmiş və Nazim Məqsədə zəng edərək danışmışdır. Nazim Eldənizin ona tapşırıq verdiyini və pulu verməsini demiş, Məqsəd isə pulun hələ köçmədiyini demiş, Nazim Məqsədə onun narazılıq etdiyini, inanmadığını demiş, Məqsədin isə telefonu ona verməsini bildirmiş, Nazim telefonu ona vermiş, o, Məqsədə niyə pulu vermədiyini, işin görüldüyünü demiş. Məqsəd isə bankda pulun olmadığını, bankda pul olan zaman pulu Nazimə verəcəyini demiş, o da inanmışdır. 10 dekabr 2015-ci il tarixdə o, əməliyyat olunmuş, həmin ərəfədə İntiqam istifadə etdiyi ***- ***-**-** mobil telefon nömrəsindən zəng edib hal-əhval tutmuş, 25 dekabr 2015-ci ildə xəstəxanadan çıxmış, 27 dekabr 2015-ci il tarixdə Nazim onlara gəlmiş və Eldəniz müəllimin 2016-cı ilin yanvar ayının əvvəllərində 55000 manat pulun veriləcəyini dediyini bildirmiş, ancaq bunun üçün dekabr ayının sonuna kimi Məqsədə 3500 ABŞ dolları vermək lazım olduğunu bildirmişdir. Məqsəd isə Səbail rayonu. Yaşıllaşdırma idarəsinə 3500 ABŞ dolları köçürməli, Yaşıllaşdırma idarəsi isə həmin pulu fondda köçəndən sonra bütün pulu götürə biləcəyini demiş, səhərisi gün, xx.xx.2015-ci il tarixdə Nazimə 3500 ABŞ dolları pulu yaşadığı evdə vermişdir. Nazim 2016-cı ilin yanvar ayının 5-i və 6-ı pulu götürəcəyini bildirmiş, həmin tarixdə Nazimlə əlaqə saxlaya bilməmişdir. Belə ki, Nazimin telefonuna zəng çatmamışdır. xx.xx.2016-cı il tarixdə Nazim onlara gəlmiş və burda olmadığından telefonu sönülü olduğunu demiş, həmin vaxt Nazim ona 55000 manat pul almaq üçün qəbzin surətini verərək fevral ayının əvvəllərində Eldəniz müəllimdən pulu alacağını demişdir. Nazim onu inandırmaq üçün Xırdalan şəhərinə, Baş Dövlət Yol polisi idarəsinin yaxınlığına aparmış və bütün layihələrin rəhbəri ilə görüşəcəyini demiş, onlar Nazimin avtomobilindən düşüb qara rəngli Prado markalı qeydiyyat nişanının xatırlamadığı avtomobilə əyləşmişlər. Həmin avtomobildə bir nəfər sükanda əyləşmiş, digər 2 nəfər isə bayırda dayanmışlar. Həmin şəxs özünü tikintinin rəhbəri Eldəniz kimi qələmə verərək özünü fondun mühüm işçisi kimi təqdim etmiş, Nazimi niyə narahat etdiyini və fonda pul köçəndən sonra onun pulunun veriləcəyini, bu haqda sənəd də verildiyini demişdir. Həmin şəxs verdiyi pulun ABŞ dolları ilə olduğunu, dolların qalxdığını və 55000 manat pulun qəbzini Nazimə verəcəyini və Nazimin də ona verəcəyini demiş, həmin şəxs xx.xx.2016-cı il tarixində pulu alacağını demiş, bundan sonra Nazim ona ***-***-**-** nömrəsini verərək adının Elnur olduğunu, həmin şəxsin Sərdarov adına zavodda rəis olduğunu həmin şəxsin pulun 15000 manatını verəcəyini demiş, o da Elnurla əlaqə saxlamış, sonuncu materialları Balakənə mağazaya verib pulunu aldığını, bir-iki gün Qazax rayonunda olacağını, qayıdanda pulu Nazimə verəcəyini demişdir. xx.xx.2016-cı il tarixdə Nazimlə bir yerdə Biləcəri ərazisində yerləşən hazırda xatırlamadığı zavodun qarşısına getmişlər ki, Elnurla görüşələr. Nazim Elnura zəng etmiş, sonuncu tapşırıq verdiyini, mühasibatlıqdan pul mədaxil olunandan sonra saat 16 radələrində pulu götürə biləcəyini demiş, bundan sonra Nazim ona işi olduğundan şirkətə getdiyini demişdir. O, özü saat 16 radələrində zavodun qarşısına getmiş, ancaq Elnur gəlməmiş və zəng edib pulu götürdüyünü demiş, saat 18 radələrində ona zəng edib işi çıxdığını, sabah zəng edəcəyini və AZTV-nin yanından gəlib pulu götürə biləcəyini demişdir. Səhər saatlarında o, Elnura zəng etmiş, sonuncu işi çıxdığını, saat 14 radələrində Biləcəridə Ağsarayın qarşısında görüşməsini və pulu verəcəyini demiş, saat 14 radələrində Elnura zəng edərək Ağsarayın qarşısında olduğunu demiş, sonuncu işi çıxdğını saat 16 radələrində görüşəcəyini demiş, həmin vaxt sonuncuya zəng etmiş, Elnur gözləməsini demiş, 10-15 dəqiqə sonra Elnur ona zəng edərək Nazimin onunla görüşüb pulu götürdüyünü, bundan sonra onu narahat etməsini demişdir. O, Nazimlə əlaqə saxlamış, sonuncu pulu götürdüyünü təsdiq etmiş və tezliklə gətirib verəcəyini demiş, bundan sonra o, Nazimlə əlaqə saxlaya bilməmiş və yaşadığı evə gedərək atası ilə danışmış, Nazimin atası isə oğlunun evə gəlmədiyini demişdir. Bundan sonra o, Elnurla əlaqə saxlayaraq polisə verəcəyini demiş, həmin vaxt Elnur ona əsl adının Bəhruz olduğunu, Nazimin qohumu olduğunu, sonuncunun istəyi ilə onunla telefonla danışdığını, heç bir şeydən xəbərinin olmadığını demişdir. Həmin vaxt o, əmin olmuşdur ki, Nazim onu aldadıb pulunu ələ keçirmişdir. Bir müddət sonra Nazimin atasının istəyi ilə o, Nazimə satdığı avtomomobili 2800 manat müqabilində götürmüşdür. Eldəniz, İntiqam, Rəşad, Elnur və Məqsəd adlı şəxslərlə ancaq telefon vasitəsi ilə əlaqə saxlamış, ancaq özünü Eldəniz kimi qələmə verən şəxsi Prado markalı avtomobildə görmüş, o. Nazimin telefonu ilə Eldənizlə, Məqsədlə və Rəşadla danışmış, öz telefon nömrələri ilə İntiqamla və Elnurla danışmamışdır. Bu günə qədər ziyan ödənilməmiş və pulunun qaytarılmasını tələb edir, təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında Şahid3 Əliağa oğlu göstərdi ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. Zərərçəkmiş şəxs 2015-2016-cı illərdə Sumqayıt şəhər polis idarəsində olan zaman tanımışdır. Həmin illərdə o, ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. Həmin illərdə dəqiq xatırlamadığı zamanda bibisi oğlu Nazim ona zəng edərək telefon nömrəsi deyərək həmin nömrəyə zəng edib özünü şirkət müdiri kimi təqdim etməsini və adının Elnur olduğunu deməsini istəmiş, o, səbəbini soruşan zaman Nazim, Akiflə şərikli iş gördüklərini, ancaq pulunu qaytarmadığını demişdir. Nazim ona Akifə zəng edib Nazimin mal alıb ona verdiyini, tezliklə həmin malın pulunun köçəcəyini deməsini xahiş etmiş, o da Nazimin ona dediyi nömrəyə, yəni Akif adlı şəxsə zəng edib özünü Elnur kimi təqdim edərək şirkət rəhbəri olduğunu demişdir. Bundan sonra mütəmadi olaraq Nazimin istəyi ilə Akiflə əlaqə saxlamışdır. Həmin vaxt Nazimin ona dediyi sözləri Akifə demişdir. Belə ki, o, Akifə gah rayonda olduğunu, tezliklə gəlib pulu Nazimə verəcəyini, gah da şirkətə pul köçürülmədiyini demiş, bundan sonra Nazimin istəyi ilə Akifi müxtəlif ünvanlara çağırıb pulu verəcəyini demiş, Akif ona dəfələrlə zəng edəndən sonra Nazimə zəng edib belə davam edə bilməyəcəyini demiş, Akiflə olan məsələsini həll etməsini bildirmişdir. Bundan sonra Nazim ona Akiflə əlaqə saxlayıb pulu ona verdiyini və daha onu narahat etməməsini deməsini demiş, o da Akiflə əlaqə saxlayıb pulu Nazimə verdiyini, daha onu narahat etməməsini demişdir. Bir müddət sonra Akif ona zəng edərək Nazimi tapmadığını və onu polisə verəcəyini demiş, bu zaman o, bütün olanlar barədə Akifə demişdir. Nazim ona heç bir məbləğdə pul verməmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2016-cı il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2016-cı il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan “Cinayıt işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2016-cı il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan “Cinayət işi üzrə icraatın dayandırılması və təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə” xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ancaq sonuncu istintaqdan yayındığından ittiham elan etmək mümkün olmamış, həmin tarixdə təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2017-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2017-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan “ İş üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi və Dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2017-ci il tarixli qərardan görünür ki, icraatın dayandırılması haqqında qərar ləğv olunmuş və iş üzrə icraat təzlənmişdir. İş materiallarında olan “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2017-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2017-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2017-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat 53.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs haqqında axtarış elan olunmaqla cinayət işi üzrə icraat dayandırılımışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 123-6-733 saylı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs yerinin müəyyən olunması məqsədilə bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmiş və müəyyən edilmişdir ki, axtarılan Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Şıxlı NBM-dən ölkə hüdudlarını tərk edərək Gürcüstan Respublikasına getmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 124-3232-1219 saylı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikasının sərhədlərini Şıxlı NBM-dən tərk edərək Gürcüstan Respublikasına getmiş və hal-hazırda Rusiya Federasiyası, Moskva şəhəri, Voroşilikski küçəsi, ev 14-də yaşayır. İş materiallarında olan “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, iş üzrə icraat Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan İnterpolun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:36-da Polşaya daxil olan zaman “Dorohusk” SNM-də saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx/xx-3730 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Polşa Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-393/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. İş materiallarında olan “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən disk “DVD-R” formatlı olmaqla xidməti istifadəki “HP” markalı komputerin diskovoduna daxil edilmiş və müəyyən olunmuşdur ki, diskdə 01 ədəd 10866 adlı fayl vardır. Fayla daxil olduqda ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər görünür. Həmin faylın içərisində 04 ədəd fayl görünür. 1-ci “5********.txt” adlı fayldır. Həmin fayla daxil olduqda iş üçün əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. 2ci “518425255-ant 15.xlsx” adlı fayla daxil olduqda qeyd olunan nömrəyə daxil olan zənglərin anten məlumatları əks olunmuşdur. Həmin faylda iş üçün əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. 3-cü “518425255-ant 16.xlsx” fayla daxil olduqda qeyd olunan nömrəyə daxil olan zənglərin anten məlumatları aşkar olunmuşdur. Həmin faylda iş üçün əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. 4-cü “518425255-k.m..xlsx” fayla daxil olduqda daxil olan çıxan nömrələrin şəxsiyyətləri barədə məlumatlar əks olunmuşdur. Həmin faylda iş üçün əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. 5-ci “518425255sms.txt” fayla daxil olduqda nömrəyə daxil olan və çıxan SMS mətnləri görünür. İş üçün əhəmiyyət kəsb edən SMS mətnləri aşağıdakı qaydadadır: xx/xx/2016, 20:27:22, **********55,**********73, İntiqam muellim xahis ediriktelefonu ac söz soruşuram. Her vaxt sozunu esitmisik acin bir kelme soruşuruq. xx/xx/2016, 15:42:56, **********55, **********62, Elnur salam. Dunen nazime pul vermisen dunenen yoxdu yoxdu zegide catmir senin nömreni polise verirem. Bu nomreye zeng ele. İş materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən disk “DVD-R” formatlı olmaqla xidmət istifadədəki “HP” markalı kompyuterin diskovoduna daxil edilmiş və müəyyən olunmuşdur ki, diskdə 07 ədəd fayl görünür. Həmin fayllarda iş üçün əhəmiyyət kəsb edən Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında olan SMS mətnləri aşkar edilmişdir. Həmin SMS mətnləri iş üçün əhəmiyyət kəsb etdiyindən protokola əlavə edilmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zəngilan ŞİƏD nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Yarışov X2 şəhərində qeydiyyatda olmaqla məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, İ mədən DSK 4 yarımçıq binada məskunlaşıb, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 322-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Polşa Respublikasına daxil olarkən “Dorohusk” SNM-də saxlanılmış və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ərazisinə gətirilmişdir. xx.xx.2022-ci il tarixdən həbsdədir. Buna görə də, Təqsirləndirilən şəxs cəzasının əvvəli Polşa Respublikasında tutulub saxlandığı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızına 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilməmiş, o isə ziyanın tam ödənilməsini tələb edir. Ona görə də, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İşdə mülki iddia, maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim olunduğu) andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar