Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-896/2024 04.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı X3, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən 16 avqust 2024-cü il tarixdə saat 14:50-də Sumqayıt şəhəri, Rustavi küçəsində yerləşən Sumqayıt şəhəri X1 inzibati binasının yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan qara rəngli pul qabının içərisindən 11 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,103 qram, 0,118 qram, 0,163 qram, 0,106 qram, 0,152 qram, 0,151 qram, 0,119 qram, 0,113 qram, 0,134 qram, 0,241 qram, 0,100 qram, ümumi təmiz çəkisi 1,500 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllərdə narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə dəqiq saatı xatırlamır, təxminən saat 14-15 radələri arasında Sumqayıt şəhəri Rustavi küçəsində yerləşən, “Ruhi-əsəb” xəstəxanasının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğunu bildirərək onu polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə idarəyə getmiş, orada müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin baxış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd qara rəngli pul qabını və sol yan cibində saxlamış olduğu mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Təqdim etdiyi pul qabına baxış keçirərəkən içərisində ona məxsus şəxsiyyət vəsiqəsi və 11 ədəd ağ rəngli kağıza bükülmüş, içərisində ağ rəngli kristal maddələrin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o, üzərindən aşkar olunmuş maddələrin “metamfetamin” olduğunu, həmin maddələri saxlanılmamışdan 2 gün əvvəl Pirşağı qəsəbəsi ərazisində yol kənarında Mahmud adlı internetdə tanış olduğu İran vətəndaşının ona göndərdiyi konum (məkan) vasitəsilə götürdüyünü, qarşılığında isə onun kart hesabına onlayn ödəniş vasitəsilə 80 manat ödəniş etdiyini bildirmişdir. Həmin maddələrdən bir qismini xərclərini qarşılamaq üçün tanışlarına bükümü 10 manat olmaqla satmışdır. Daha sonra, üzərindən aşkar edilmiş həmin bükümlər elektron tərəziyə qoyulub çəkilmiş və aşkar olunmuş həmin maddələr xüsusi qaydada qablaşdırılmışdır. Hazırda o, etdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raporta müraciət edilmiş və onu cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:50-də Sumqayıt şəhəri, Rustavi küçəsində yerləşən, “Ruhi-əsəb” xəstəxanasının yaxınlığında saxlanılmış və Təqsirləndirilən şəxs özlərini təqdim edərk polis əməkdaşları olduqlarını bildirərək, ona Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və istifadə etmədə şübhəli olduğunu deyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİnə getmiş və idarədə xidməti otaqların birində ona müdafiəçi təqdim edilmiş və üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Lakin şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş və o, həmin vaxt əynində olan cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd qara rəngli pulqabını və sol yan cibində saxlamış olduğu “zte” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra həmin qara rəngli pulqabının içərisinə baxış keçirilən zaman içərisindən ona məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi və 11 ədəd ağ rəngli kağıza bükülmüş, içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bükümlərin içərisindəki maddənin ’’metamfetamin” olduğunu, həmin bükümləri saxlanıldığı gündən 2 gün öncə Pirşağı qəsəbəsi ərazisində yol kənarından Mahmud adlı internetdə tanış olduğu İran vətəndaşının ona göndərdiyi məkan üzrə götürdüyünü, 80 manat onlayn qaydada ödəniş etdiyini, həmin maddələrdən bir qismini xərclərini qarşılamaq üçün 10 manatdan olmaqla tanışlarına satdığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər ayrı-ayrılıqda tərəziyə qoyulub çəkilmiş və bükümlərin ümumi çəkisi 2,36 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş maddələr bükümlər ilə birlikdə Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı o, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 avqust 2024-cü il tarixli 3- 16-16/2-6/4204 saylı rəyindən görünür ki, üzərində 'Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi, “saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 11 (on bir) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,103 qram, 0,118 qram, 0,163 qram, 0,106 qram, 0,152 qram, 0,151 qram, 0,119 qram, 0,113 qram, 0,134 qram, 0,241 qram, 0,100 qram, ümumi təmiz çəkisi 1,500 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2024-cü il tarixli 6405 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsinin 05 may 2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzası Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan olunması haqqında” Aərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən 6 ay azaldılmışdır. Bundan sonra, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 25 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməllərini törətməsi onun özünün səmimi etiraf ilə, həmçinin şahidlərin ifadəsi, video görüntülər və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən 16 avqust 2024-cü il tarixdə saat 14:50-də Sumqayıt şəhəri, Rustavi küçəsində yerləşən Sumqayıt şəhəri X1 inzibati binasının yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan qara rəngli pul qabının içərisindən 11 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,103 qram, 0,118 qram, 0,163 qram, 0,106 qram, 0,152 qram, 0,151 qram, 0,119 qram, 0,113 qram, 0,134 qram, 0,241 qram, 0,100 qram, ümumi təmiz çəkisi 1,500 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Eləcə də tanışlarına qiyməyi 10 manatdan olmaqla narkotik maddə satmışdır. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası həddi daxilində cəzalandırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini törədərkən məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını, lakin cəzanı ağırlaşdıran halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,280 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbycan Respublikası CPM-nın 348, 356, 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun tutulduğu 16 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,280 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd “DVD” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-896/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-896/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver