Məhkəmə qərarları › İş №1(060)-9/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-9/2022

21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-9/2022 21.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X3, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1-da qeydiyyatda olan, ünvan 2mış və 05.07.2021-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12.02.2021-ci il tarixdə Bakı şəhəri, «20 Yanvar» metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 1,387 qram çəkidə narkotik vasitə olan heroini əldə edərək onu üzərində saxlamış, 12 fevral 2021-ci il tarixdə saat 20:10 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan iç cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümdə içərisindən 1,387 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs 05.07.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası CPM-nin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Təqsirləndirilən şəxs yaxın qohumlarına Azərbaycan Respublikası CPM-nin 106-1.3cü maddəsində nəzərdə tutulan bildiriş göndərilməsinə baxmayaraq, onlar təqsirləndirilən şəxsin hüquqi varis qismində tanınması barədə müvafiq istəklərini bildirməmiş, müdafiəçi isə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. İşdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 12.02.2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmiş, orada «20 yanvar» metrosunun yaxınlığında tanımadığı bir şəxslə söhbət etməyə başlamışdır. Həmin şəxs söhbət əsnasında onun narkotik vasitədən istifadə etdiyini bilmiş və narkotik vasitə istəyib istəmədiyini soruşmuşdur. O, isə istədiyini bildirdikdən sonra həmin tanımadığı şəxsə 45 manat verib sellofana bükülmüş bir büküm narkotik vasitə heroin «kakos» almışdır. Sonra oradan Sumqayıt şəhərinə qayıtmış, saat 20:10 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində piyada hərəkət edərkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar həmin vaxtı ondan adını və soyadını soruşandan sonra bildirmişlər ki, narkotik vasitə qəbulunda və gəzdirilməsində şübhəli bilinir. Buna görə də, onun üzərində şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PBnə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar polis maşınına əyləşib bir başa Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Orada xidməti otaqların birində ona vəkil təqdim olunmuş, bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əynindəki qara rəngli gödəkçənin sağ yan iç cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs 12.02.2021-ci il tarixdə üzərinə baxış keçirilən zaman aparılmış videoçəkiliş nəticəsində videogörüntünü özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları 12.02.2021-ci il tarixdə, saat 20:10da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmiş, Faiq Abbasov da heç bir müqavimət göstərmədən onlarla Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı hüquq bürosunun vəkili Müdafiəçi təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan iç ciblərindən bir ədəd şəffaf sellofan bükümdə olan kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan «kakos» yəni heroin olduğunu bildirmişdir. Həmin bükülüyə baxarkən orada qəhvəyi rəngdə narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni həmin gün Bakı şəhəri, «20 Yanvar dairəsi» adlanan ərazidə adını bilmədiyi və əvvəllər tanımadığı şəxsdən 45 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. İş materiallaında olan məhkəmə-kimyəvi ekspertizasının 13.02.2021-ci il tarixli, 6/664 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,387 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 1,387 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,337 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertiza üzrə 10.03.2021-ci il tarixli, 725 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,387 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq çəkisi 1,337 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-si tərəfindən verilmiş 03.12.2021-ci il tarixli, № 124-21147-1221 nömrəli məktubdan və məktuba əlavə edilmiş Sumqayıt şəxs TTTY Stansiyası tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan Təqsirləndirilən şəxs 05.07.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs müdafiəçisi X1 21.02.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 17 (on yeddi) saat sərf etmişdir. Ona görə də, 102 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 05 (beş) saat sərf etmişdir. Ona görə də, 30 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinin tələbinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-də saxlanılan qalıq çəkisi 1,337 qram narkotik vasitə olan heroinin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd DVD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 109,0 (yüz doqquz) manat məbləğində pul dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 43.3-1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata o, öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,337 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 109,0 (yüz doqquz) manat məbləğində pul dövlət büdcəsinə aid edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 102 (yüz iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar