Məhkəmə qərarları › İş №1(060)-9/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-9/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-9/2024 06.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X6, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X5 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1953-cü il tarixdə Qax rayonunda anadan olmuş, evli, ali təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə xx.xx.1975-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, evli, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Qubadlı rayonu, Sarıyataq kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs ilə görüşüb, özünü nüfuzlu şəxs kimi tanıtdırıb sonuncunun oğlu X9 rayon Polis Şöbəsinə polis nəfəri kimi işə düzəldəcəyi barədə danışıqlar aparmaqla onu Təqsirləndirilən şəxs2 tanışlarının vasitəsi ilə həmin vəzifəyə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs 2021-ci ilin sentyabr ayından 2022-ci ilin oktyabr ayına kimi olan müddətdə hissəhissə olmaqla, yəni “Asan xidmət” mərkəzinin inzibati binasında 8000 manat, 2022-ci ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri, ünvan 4 ünvanında yerləşən “Asan xidmət” mərkəzinin inzibati binasında yerləşən çayxanada 4000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilkdə xeyli miqdarda 12000 (on iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 onun yanına gətirdiyi Zərərçəkmiş şəxs özünü nüfuzlu şəxs kimi tanıtdırıb oğlu X9 rayon Polis Şöbəsinə polis nəfəri kimi işə düzəldəcəyi barədə danışıqları aparmaqla onu tanışlarının vasitəsi ilə həmin vəzifəyə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs 2021-ci ilin sentyabr ayından 2022-ci ilin oktyabr ayına kimi olan müddətdə hissə-hissə olmaqla, yəni xx.xx.2021-ci il tarixdə Sumqayıt qəhəri, ünvan 4 ünvanında yerləşən “Asan xidmət” mərkəzinin inzibati binasında 8000 manat, 2022-ci ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri, ünvan 4 ünvanında yerləşən “Asan xidmət” mərkəzinin inzibati binasında yerləşən çayxanada 4000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilkdə xeyli miqdarda 12000 (on iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə ilkin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, davam edən məhkəmə proseslərində özünü təqsirli bilərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 2021-ci ilin əvvəllərində Sumqayıt şəhəri 11 saylı məktəbin yaxınlığındakı Vaqif adlı şəxsin mağazasından alış veriş edərkən tanımış və bundan sonra aralarında münasibət yaranmışdır. Həmin vaxtdan etibarən arabir Maliklə oturub çay içmiş və söhbət əsnasında sonuncunun polisdə tanışlarının olduğunu bilmişdir. 2021-ci ilin sentyabr ayının əvvələrində Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən 1 nömrəli xəstəxanada müalicə alan zaman onun yanına getmiş, Murad adlı şəxsin bacısı oğlunu polisə işə düzəldilməsini xahiş etmiş, Malik ona polisə adam düzəldə bilməyəcəyini deyəndə o, Malikə polisdə Elşən adlı tanışının olduğunu bildirmişdir. Bundan sonra, o, Malikə bütün işi özünün həll edəcəyini, lakin yanına gətirəcəyi Bəhlul adlı şəxsə guya onun işi həll edəcəyini və buna görə guya tanışı Elşada zəng vuracağını demişdir. Bu məsələ ilə bağlı Malikə 2000 manat pul verəcəyini demiş, sonuncu razılaşmışdır. Bundan 2 gün sonra o, Murad, Bəhlul və adını bilmədiyi Bəhlulun oğlu müalicə aldığı xəstəxananın yaxınlığındakı çayxanaya gəlmiş və Malikə zəng edərək ora çağırmış, ora gedib söhbətləşmişlər. Söhbət zamanı Malik qabaqcadan onun öyrətdiyi kimi Bəhlulun oğlunu Bakıya polisə düzəltməyə on səkkiz min, Sumqayıta on altı min, Şabrana on iki min manat pul lazım olduğunu və bu işi guya tanışı Elşad adlı polisin köməkliyi ilə etdiyini demişdir. Bəhlul onlarla razılaşmış və pulu gətirəcəyini deyib ayrılmışlar. xx.xx.2021-ci il tarixdə o, Malikə zəng edərək Bəhlulun səhəri günü pulu gətirəcəyini və görüşəcəklərini demişdir. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən Asan xidmət mərkəzində görüşmüşlər. Həmin vaxt orada o, Bəhlul və Murad olmuş, orada olan zaman Bəhlula şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyini demiş və notarial qaydada tərtib edilmiş borc müqaviləsi əsasında Malik Bəhluldan 8000 manat pulu almışdır. Bəhlul qalan 4000 manat pulu tez müddətə verəcəyini deyib getmişdir. 2-3 saat sonra o, Malikə zəng edib xəstəxananın yanındakı çayxanaya çağırmış, Malik aşağı düşmüş, o, 8000 manat pulu Malikdən almış, həmin puldan 2000 manatı sonuncuya vermişdir. Ümumilikdə 12000 manat məbləğdə pul almışdırlar. Bundan sonra o, Malikin mobil nömrəsinə səsli mesajlar ataraq guya tanışı Elşadın işi düzəldəcəyi barədə deməsini xahiş etmiş və Malik də onun mobil nömrəsinə Vatsapla həmin məzmunda səsli mesajlar göndərmişdir. Bundan başqa Bəhlulla oğlunun işə düzəlməsi barədə bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxlamış və o, Maliklə söhbət zamanı sonuncuya Bəhlulun oğlunun işinin düzəldiyini və sıravi polis məktəbində adının getdiyini bildirmişdir. 2021-ci ilin sonlarında o, Malikin mobil nömrəsinə zəng vuraraq Bəhlulun 4000 manat pulu gətirdiyini və Malikin Asan xidmətə gəlməsini xahiş etmiş, həmin gün saat 12 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən Asan xidmət mərkəzinə və orada yerləşən çayxanada oturmuşlar. Bəhlul hər kəsin yanında 4000 manat pulu Malikə vermiş, əlavə rüsum tutulmaması üçün müqavilə bağlanmamasını sonuncu xahiş etmiş, Bəhlul da Maliklə razılaşmışdır. Malik orada Bəhlula oğlunun işinin həll olunduğunu və 1 ay ərzində Şabran RPİ-də işə çıxacağını demiş və oradan ayrılmışdır. Təxminən 15 dəqiqə sonra avtovağzalın yanında olarkən o, Maliklə görüşmüş və 4000 manat pulu ondan almışdır. O, həmin puldan Malikə 200 manat pul vermişdir. Əməlindən çox peşmandır. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyan tərəfindən ona düşən hissədə yəni 6000 (altı min) manatı onun tərəfindən tam olaraq ödənilmiş, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi qalmamışdır. Bundan başqa cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarından dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq barəsində cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs X4 məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin əvvələrində Sumqayıt şəhəri 11 saylı məktəbin yaxınlığındakı Vaqif adlı şəxsin mağazasından alış veriş edərkən tanımış və bundan sonra aralarında münasibət yaranmışdır. Həmin vaxtdan etibarən arabir Firudinlə oturub çay içmiş və söhbət əsnasında Firudin onun polisdə tanışlarının olduğunu bilmişdir. 2021-ci ilin sentyabr ayının əvvələrində ürəyindən müalicə aldığı Sumqayıt şəhəri, 45- ci məhəllə ərazisində yerləşən 1 nömrəli xəstəxanada yatmışdır. Həmin vaxtlarda Firudin yanına gəlib ondan tanıdığı Murad adlı şəxsin bacısı oğlunu polisə işə düzəldilməsini xahiş etmiş, Firudinə polisə adam düzəldə bilməyəcəyini demiş, lakin Firudin onun polisdə Elşad adlı tanışının olduğunu demişdir. Firudin ona bütün işi özünün həll edəcəyini, lakin yanına gətirəcəyi Bəhlul adlı şəxsə guya onun işi həll edəcəyini və buna görə guya tanışı Elşada zəng vuracağını demişdir. Bu məsələ ilə bağlı Firudin ona 2000 manat pul verəcəyini bildirmiş, həmin vaxt xəstəxanada yatdığı üçün ona pul lazım olmuş və ona görə də Firudinlə razılaşmışdır. Bundan 2 gün sonra Firudin, Murad, Bəhlul və adını bilmədiyi Bəhlulun oğlu müalicə aldığı xəstəxananın yaxınlığındakı çayxanaya gəlmiş və Firudin ona zəng edərək ora çağırmış, ora gedib söhbətləşmişlər. Söhbət zamanı Firudinin qabaqcadan onu öyrətdiyi kimi Bəhlulun oğlunu Bakıya polisə düzəltməyə on səkkiz min, Sumqayıta on altı min, Şabrana on iki min manat pul lazım olduğunu və bu işi yalandan Firudin ona dediyi kimi guya tanışı Elşad adlı polisin əliylə etdiyini demişdir. Bəhlul onlarla razılaşmış və pulu gətirəcəyini deyib ayrılmışlar. xx.xx.2021-ci il tarixdə Firudin ona zəng edərək Bəhlulun səhəri günü pulu gətirəcəyini və görüşəcəklərini demişdir. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən Asan xidmət mərkəzinə gəlmiş, həmin vaxt orada Bəhlul, Firudin, Murad olmuş, Firudin orada şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyini demiş və notarial qaydada Bəhluldan 8000 manat pulu almışdır. Bəhlul qalan 4000 manat pulu tez müddətə verəcəyini deyib getmişdir. O, müalicə aldığı xəstəxanaya getmiş, 2-3 saat sonra Firudin ona zəng edib xəstəxananın yanındakı çayxanaya düşməyini demişdir. O, aşağı düşmüş və 8000 manat pulu Firudinə vermiş, həmin puldan 2000 manat pul vermişdir. Bundan sonra Firudin onun mobil nömrəsinə səsli mesajlar ataraq guya tanışı Elşadın düzəldəcəyi barədə deməyini xahiş etmiş və o Firudinin mobil nömrəsinə Vatsapla həmin məzmunda səsli mesajlar atmışdır. Bundan başqa Bəhlulnan oğlunun işə düzəlməsi barədə bir neçə dəfə mobil nömrəsi ilə əlaqə saxlamışdır. Firudinlə söhbət zamanı ona Bəhlulun oğlunun işinin düzəldiyini və sıravi polis məktəbində adını getdiyini demişdir.O inanaraq Bəhlula bu məzmunda səsli mesajlar atmışdır. 2021-ci ilin sonlarında Firudin onun mobil nömrəsinə zəng vuraraq Bəhlulun 4000 manat pulu gətirdiyini və onun Asan xidmətə gəlməyini demiş, həmin gün saat 12 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən Asan xidmət mərkəzinə gəlmiş, ora çatanda Bəhlul, Nüsür və Muradın oğlunun orada olduğunu görmüş, təxminən 15 dəqiqə sonra Firudin də gəlmiş və orada yerləşən çayxanada oturmuşlar. Bəhlul hamının yanında 4000 manat pulu ona vermiş, əlavə vergi tutulmaması üçün müqavilə bağlanmamasını demiş və Bəhlul onunla razılaşmışdır.O orada Bəhlula oğlunun işinin həll olunduğunu və 1 aya Şabran rayon Polis İdarəsində işə çıxacağını demiş və oradan ayrılmışdır. Təxminən 15 dəqiqə sonra avtovağzalın yanında olarkən Firudin onunla görüşmüş və 4000 manat pulu ondan almışdır. Firudin həmin puldan ona 200 manat pul vermişdir. 2022-ci ilin yanvar ayında Bəhlul ona zəng edərək oğlunun sıravi məktəbdə oxumadığını öyrəndiyini demiş, o dərhal Firudinə zəng edib bu barədə dedikdə Firudin Bəhlulun düzgün məlumat almadığını demişdir. Bundan sonra Firudinin yalan danışdığını başa düşmüş və hər dəfə məcbur olaraq Bəhlula yalan məlumatlar vermişdir. Elşad adlı tanışı olmamış, sadəcə Firudin ona Bəhlulun oğlunu öz tanışı vasitəsi ilə işə düzəldəcəyini, Muradın işi görən adamı tanıdığı üçün guya onun Elşad adlı polis tanışıyla işi görməyini və 2000 manat pul verəcəyini dediyi üçün onunla razılaşmış, 12000 manat puldan 2200 manatı özümə götürmüş, qalan 9800 manat pulu Firudinə vermişdir. Əməlindən çox peşmandır. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyan tərəfindən tam olaraq olaraq ödənilmiş, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 2021-ci ilin sentyabr ayında qaynı Muradın evinə qonaq getmiş, orda olan zaman Muradın köhnə polis işçisi olduğu üçün oğlu Nüsürü polisə düzəltməkdə köməklik etməsini xahiş etmişdir. Murad heç bir problem olmadığını, tanışının olduğunu demiş və həmin vaxt onun yanında adını sonradan bildiyi Firudin adlı şəxsi yığaraq Firudin müəllim bacı oğlu var, əsgərlikdən təzə gəlib, onu polisə işə düzəltmək lazımdır deyəndə o, sənin bacı oğlun mənim bacı oğlumdur və heç bir problem olmadığını, 5-10 dəqiqə səbr etməyi və çıxış tapıb əlaqə saxlayacağını demişdir. 10 dəqiqə sonra Firudin Muradın mobil nömrəsinə yığaraq həmin adamla danışaraq 1-2 günə görüşəcəklərini demişdir. Təxminən 2 gün sonra 2021-ci ilin sentyabr ayının əvvəllərində qaynı Murad ona zəng edərək Firudinin görüşmək istədiyini və bunun üçün Sumqayıt şəhərinə gəlməyini demiş, həmin gün Muradı götürüb Sumqayıt şəhəri 45-ci məhəllədə yerləşən xəstəxananın yaxınlığındakı çayxanaya getmiş, orada Firudinlə tanış olmuşdur. Firudinlə tanış olub söhbət edərkən o, yanında bu işlə məşğul olacaq Malik adlı şəxsi mobil nömrəsi ilə yığmış və yanlarına dəvət etmişdir. Malik gələnədək Firudin ona Sumqayıt şəhərində işləmiş Elşad adlı polis əməkdaşının Malikin yaxın dostu olduğunu və onların əliylə oğlunu işə düzəldəcəyini demişdir. Təxminən 10 dəqiqə sonra Malik gəlmiş və onlarla tanış olmuşdur. Malik Elşad adlı polis əməkdaşının yaxını olduğunu və oğlunu onun köməkliyi ilə polisə düzəldəcəyini demişdir. O, 1-2 gündən sonra Maliklə danışıb oğlunu hara düzəldəcəyini və qiymət barədə ona məlumat verəcəyini demişdir. Malik və Firudinin mobil nömrələrini götürmüşdür. Təxminən 2 gün sonra Firudin ona zəng edərək Bakıya 18 min, Sumqayıt şəhərinə 16 min, Şabran rayonuna 12 min manata işə düzələcəyini və hansını istəsə ora düzəldəcəklərini demişdir. O, Şabran rayonu məsləhət olduğunu dedikdə Firudin heç bir problem olmadığını, sənədləri yığmağını, pulun yarısını gətirməyini təklif etmişdir. O sənədləri yığıb Firudinə zəng etmiş və gəlmək istədiyini bildirmişdir. O qaynı Muradı götürüb yenə həmin çayxanada görüşmüşlər. sonradan Malik də gəlmiş, oğlunun adına yığdığı atestat, arayış, tibbi sənədləri Malikə vermişdir. Malik sənədlərə baxdıqdan sonra götürüb vətəndaşın inanması üçün pulu notariusla ala biləcəyini demiş, sənədləri göstərəciyini, razılıq verilsə 12 min manat pulun 8 min manatı gətirməyini demiş və razılaşmışlar. xx.xx.2021-ci il tarixdə Firudin istifadəsində olan ***-***- **-** mobil nömrəsi ilə ona zəng edərək pulu gətirməyi demiş, o həmin gün səhər saatlarında qaynı Muradı götürüb Sumqayıt şəhəri avtovağzalın yanındakı “Asan xidmət” qarşısına getmiş və Firudinlə görüşmüşlər. Firudin onların yanında Malikə zəng edərək olduğu yeri demiş, təxminən 20 dəqiqə sonra Malik gəlmiş və birlikdə Asan xidmətdə notariusa qalxmışlar. Orada 8000 manat pulu Malikə vermiş və yanlarında Malik həmin pulu götümüşdür. Malik ona ilin sonunda Nüsürün kursu bitirəcəyini, kursa getməyəciyini və gözləmələrini bildirmişdir. Təxminən 1 ay sonra Firudin onun mobil nömrəsini yığaraq qalan 4000 manat pulu da gətirməyi demiş, oğlu Bəhruz və qaynı Muradla Sumqayıt şəhəri avtovağzalın yanındakı Asan xidmətin qarşısına gedib Maliklə çayxanada oturmuşlar. Təxminən 10 dəqiqə sonra Firudin də gəlmiş və 4000 manat pulu çayxanada Malikə vermişdir. 2021-ci ilin dekabr ayının sonlarında Firudin ona zəng vuraraq oğlunun kursu bitirdiyini, xx.xx.2022-ci il tarixdə Şabran rayonunda işə çıxacağını demişdir. Həmin tarixdə o, Firudini yığmış və oğlunun işə çıxmadığını dedikdə, Firudin bayram olduğunu və tezliklə işə çıxacağını bildirmişdir. Firudin ona Malikin Nüsürü gəlib Şabranın polis rəisinin yanına aparacağını demişdir. Bundan 1 həftə keçsə də, heç bir xəbər olmamış, Malikin mobil nömrəsinə dəfələrlə yığdıqda o, Elşadın evində olduğunu və sənədləri götürüb rəisin yanına gedəcəyini demişdir. O, Firudingilin onu aldatdığını fikirləşmiş və Mərdəkanda yerləşən sıravi məktəbdən oğlunun orada kurs keçmədiyini öyrənmişdir. O, bu barədə Firudin və Malikə zəng edib dedikdə narahat olmamağmı bildirmişdir. Təxminən 15-20 gün bundan əvvəl Firudin onun adına olan Kapital banka məxsus hesab kartına 2300 manat pul göndərmiş və qalan pulu da tez müddətə göndərəcəyini demişdir. Firudinin istifadəsində olan mobil nömrəylə Vatsapla mesajlaşmaları olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs 21 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Firudun Babayev tərəfindən ittiham atkında göstərilən 12000 manat puldan sonuncuya düşən pay üzrə 6000 manat pulu tam olaraq aldığını, bu səbəbdən ona qarşı heç bir şikayət və tələbinin olmadığını, sonuncu ilə barışdığını bildirərək Təqsirləndirilən şəxs1 barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs 06 fevral 2023-cü il tarixdə məhkəməyə teleqram ilə müraciət edərək ona dəymiş ümumilikdə 12000 manat məbləğdən 6000 manat Babayev Firudun tərəfindən, 6000 manat isə Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir. Qeyd etdiklərini nəzərə alaraq Təqsirləndirilən şəxs2 barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə Şahid2 göstərdi ki, 2021-ci ilin sentyabr ayında atası Bəhlul dayısı Muradgildə olarkən köhnə polis işçisi olduğu üçün qardaşı Nüsürü polisə düzəltməkdə köməklik etməsini xahiş etmiş, dayısı da heç bir problem olmadığını, tanışının olduğunu və sonradan adını bildiyi Firudin adlı şəxsin köməkliyi ilə işə düzətməkdə köməklik edəcəyini demişdir. Sonradan atası Muradla birlikdə Firudin və Maliklə Sumqayıt şəhərində görüşüb tanış olmuş və Nüsürü polisə düzəltməklə bağlı razılaşmışlar. xx.xx.2021-ci il tarixdə Firudin istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə atasının mobil nömrəsinə zəng edərək pulu gətirməyi bildirmiş, atası həmin gün səhər saatlarında dayısı Muradla Sumqayıt şəhəri avtovağzalın yanındakı Asan xidmətin qarşısına gedib Firudin və Malikə görüşüb Asan xidmətdə notariusda 8000 manat pulu müqavilə əsasında Malikə vermişdir. Malik atasına həmin ilin sonunda Nüsürün kursu bitirəcəyini, kursa getməyəciyini və gözləmələrini bildirmişdir. Təxminən 1 ay sonra Firudin atasının mobil nömrəsinə yığaraq qalan 4000 manat pulu da gətirməyi tələb etmiş, atası, özü və dayısı Muradla Sumqayıt şəhəri avtovağzalın yanındakı Asan xidmətin qarşısına getmiş və Maliklə Çayxanada oturmuşlar. Təxminən 10 dəqiqə sonra Firudin də gəlmiş və atası 4000 manat pulu çayxanada Malikə vermişdir. Bundan sonra Firudin hər dəfə atasına qardaşı Bəhruzun işinin düzələcəyini demişdir. Firudingilin onları aldatdığını fikirləşmiş və Mərdəkanda yerləşən sıravi məktəbdən qardaşının orada kurs keçmədiyini öyrənmişlər. Atası bu barədə Firudin və Malikə mobil nömrəsi ilə zəng edib dedikdə narahat olmamağını demişlər. İş üzrə Şahid1 10 may 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi izahatını təsdiq etdiyini, hazırda xəstə olduğunu, bu səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş izahatından görünür ki, Zərərçəkmiş şəxs yeznəsi, Nüsür Zeynalov bacısı oğludur. Bəhlul 2021-ci ilin sentyabr ayında evinə qonaq gələrkən oğlu Nüsürü polisə işə düzəltmək istədiyini demiş, Bəhluldan Nüsürün boyunun hündürülüyünü soruşduqda 175 sm olduğunu bildirmişdir. Bəhlula polisə düzəlmək üçün boyunun 180 sm olmasını bildirdikdə Bəhlul ona köməklik etməsini xahiş etmişdir. O evdə həmin gün tanışı Firudinin mobil nömrəsinə zəng edərək bacısı oğlunu polisə düzəltməsinə kömək etməsini xahiş etdikdə Firudin kömək edə biləcəyini demişdir. Bundan bir neçə gün sonra Firudinlə Sumqayıt şəhəri avtovağzal ərazisində görüşüb bu barədə söhbət etmiş, söhbət zamanı Firudin ona tanışının olduğunu və bu işi həmin şəxsin düzəldə biləcəyini demişdir. Bir neçə gün sonra Firudin ona zəng edərək yeznəsi Bəhlulla görüşmək istədiyini bildirmişdir.O buna görə sevinmiş və Bəhlulla əlaqə saxlayıb onu Sumqayıt şəhərinə çağırmışdır. Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən xəstəxananın yanında yerləşən çayxanaya getmiş və orada Firudinlə görüşmüşlər. Bundan bir neçə dəqiqə sonra Firudinin yanına adını sonradan bildiyi Malik adlı şəxs də gəlmiş, söhbət zamanı Təqsirləndirilən şəxs2 polisdə adamının olduğunu, adamının Bakı şəhər Baş Polisi İdarəsində oturduğunu və bu işi onun əliylə görəcəyini demişdir. Malik söhbət əsnasında bacısı oğlu Nüsürü Şabran RPŞ-nə polis nəfəri kimi 12000 manata işə düzəldə biləcəyini demiş və onlar razılaşmışlar. xx.xx.2021-ci il tarixdə Bəhlul, o, Bəhruz, Firudin və Malik Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində görüşmüşlər. Bəhlul 8000 manat pulu həmin ərazidə yerləşən Asan xidmətin daxilində çayxanada oturub söhbət edərkən müqavilə ilə Malikə vermiş, bundan təxminən 1 ay sonra yenidən Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən çayxanada görüşmüş və heç bir müqavilə olmadan Bəhlul 4000 manat pulu Malikə vermişdir. 2021-ci sonlarında Firudin onunla Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən H.Əliyev adma parkda görüşərək bacısı oğlu Nüsürün işinin düzədiyini demiş və ona 500 manat pul vermişdir.O Firudinə bunu niyə verdiyini soruşduqda Firudin həmin pulun ona çatacağını demişdir. Malikin və Firudinin onları aldatmasından qabaqcadan məlumatı olmamış, Bəhlulun polis məktəbinə zəng edərək oğlunun orda oxuyub-oxumamasmı öyrəndikdən sonra Malikin onları aldatması ilə bağlı məlumatı olmuş, bu barədə onlara dedikdə işin ləngidiyini və düzələcəyini bildirmişlər İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.1 və 178.2.4-cü maddələri ilə Sumqayıt şəhər prokuroru tərəfindən cinayət işi başlanmış və ibtidai istintaqın aparılmasından ötrü Sumqayt ŞPİ İŞ-ə göndərilmişdir. (i.v. 1); 09 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 83-84) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 91-93); “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 94-95); 09 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 106-107) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 114-116); “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 119-120); xx.xx.2021-ci il tarixli “Kredit Müqaviləsinin” surətindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında kredit müqaviləsi bağlanılmışdır. (i.v. 10-14) 09 fevral 2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzləşdirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı İbişov ifadəsində qeyd edikləri xüsusatları bir daha Babayevin üzünə qarşı demişdir (i.v. 71-74). Sumqayıt ŞPİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adında qeydiyyatda şəhadətnaməsi üzrə hər hansısa nəqliyyat vasitəsi mövcud deyildir. (i.v. 137) AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 07 mart 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adında hazırda qeydiyyatda alınmış daşınmaz əmlak aşkar edilməmişdir. (i.v. 138) Məhkəmə iclasında 01 ədəd DVD diskə baxış keçirilən zaman təqsirləndirilən şəxs Firidun Babayev ilə Zərərçəkmiş şəxs arasında olan mesajlaşmalar öz əksini tapmışdır. Azərbaycan Respublikası DDİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 41); Azərbaycan Respublikası DİN BƏSİİ-dən Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin 07 may 2019-cu il tarixli hökmü ilə, CM-nin 178.2.2-ci maddəsi təqsirli bilinərək, 01 (bir) 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. (i.v. 42-44) CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 125). İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 129). Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə vurulan ziyanın məbləği hər bir təqsirləndirilən şəxs üçün 6000 manat olması nəzərə alınmış və Dövlət Büdcəsinə ödənişlə bağlı təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin payı 1500 manat müəyyən edilmişdir xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Dövlət Büdcəsinə ödənişlə bağlı 1500 manat pul ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-9/2024 saylı qərarından görünür ki, X2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” 14 mart 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslərə CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham və barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində AR CM-nin 178.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığından, barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində AR CM-nin 312-ci maddəsinin tərkib əlamətləri olmadığından, həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə edilmişdir.(i.v. 154-162) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. X10 27-ci bəndinə əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinə əsasən Dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini və barışıq əldə etməsini CM-nin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2nın CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları-xüsusən zərərçəkmiş şəxsə qarşı dəymiş ziyanı könüllü olaraq tam ödəməsini, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını, əməlini ağırlaşdıran halların olmamasını, məhkumluğu olmasa da əvvəllər də eyni məzmunlu cinayət əməlini törətməsini, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən bir neçə halın olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi özünə məxsus “Samsung” markalı mobil telefonundan 01 ədəd DVD diskə köçürülmüş Vatsap ani mesajlaşma mübadiləsi vasitəsi ilə olan mesaj mətnləri cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlu azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasının çəkildiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 50 (əlli) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. CM 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 CMnin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi özünə məxsus “Samsung” markalı mobil telefonundan 01 ədəd DVD diskə köçürülmüş Vatsap ani mesajlaşma mübadiləsi vasitəsi ilə olan mesaj mətnləri cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar