Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-90/2021 03.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 254-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəaçıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 16.09.2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri «20 yanvar» metrostansiyasının yaxınlığında olarkən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,634 qram çəkidə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 18.09.2020-ci il tarixdə saat 20:05-də yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi 254 saylı evinin yanında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qəhvəyi rəngli şalvarının sağ yan cibindən ağ kağızın içərisində olan şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,634 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 16.09.2020-ci il tarixdə, axşam saat 16:30 radələrində o şəxsi işi ilə əlaqədar evdən çıxaraq Bakı şəhəri, «20 yanvar» metrostansiyasının yaxınlığına getmişdir. Saat 17 radələri olardı o həmin ərazidə olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxs ona yaxınlaşıb söhbət əsnasında ona narkotik vasitə olan heroin satdığını bildirmişdir. O onunla bir qədər söhbət etdikdən sonra şəxsi istifadəsi üçün 20 manata ağ rəngli kağızın içərisində şəffaf sellofana bükülmüş 01 büküm narkotik vasitə olan heroini almış və heroini əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibimə qoymuşdur. Daha sonra orada çıxıb Sumqayıt şəhərinə evinə qayıtmışdır. 18.09.2020-ci il tarixdə saat 21:05 radələrində o yaşadığı evdən çıxmış və yaşadığı evinin yanında olarkən polis və mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, xidmət vəsiqələrini ona göstərmişlər və Sumqayıt şəhərində baş vermiş oğurluq hadisəsində şübhəli olduğunu ona bildirərək, onu Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə getmişdir. Yolda olarkən o onlara üzərində narkotik vasitənin olduğunu bildirmişdir. Bölmədə otaqların birində polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə, etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşı ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığını soruşulduqda, o da əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən ağ rəngli kağızı çıxırıb, onun içərisində olan şəffaf sellofana bükülmüş 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları həmin maddənin nə olduğunu, haradan əldə etdiyini soruşduqda, o da onlara həmin maddə narkotik vasitə olan heroinin olduğunu, onu 2 gün əvvəl, yəni 16.09.2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, «20 yanvar» metrostansiyasının yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 20 manata alıb, ondan istifadə etməsi üçün üstündə saxlamışdır. Daha sonra üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir.Təqsirləndirilən şəxs ona yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdir ki, 18.09.2020-ci il tarixdə, saat 20:05 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis mayoru Şahid2la birlikdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində xidmət aparan zaman 1-ci PB-nin inzibati ərazisində baş vermiş oğurlaqlarda şübhəli bilindiyi üçün həmin qəsəbə ərazisində 254 saylı evin yanında dayanan bir nəfər şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib, özlərini təqdim edərək Sumqayıt şəhərində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhəli bilindiyini deyib, onu Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə bölməyə getmişdir. Yolda gedərkən həmin şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bölmədə olarkən otaqların birində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Samir Rzayev özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, daha sonra təhqiqatçı tərəfindən Kamrana onların iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə, o da etiraz etməmişdir. Həmçinin Kamrana hüquq və vəzifələri izah edilmişdir. Təhqiqatçı tərəfindən ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmadığı soruşulduqda, o da əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən ağ rəngli kağızın içində olan 01 ədəd şəffaf sellofana bükülmüş 01 ədəd bükümü onlara təqdim etmişdir. Həmin vaxt təhqiqatçı ondan bükümdə nə olduğunu, onu haradan əldə etdiyini soruşduqda, Kamran da bükümdə heroinin olduğunu, onu 2 gün əvvəl, yəni 16.09.2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, «20 yanvar» metrostansiyasının yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən şəxsi istifadə etməsi üçün 20 manata aldığını demişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroin onların iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PBnin sahə rəisi, polis mayoru Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 19.09.2020-ci il tarixli, 6/1933 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün №125 möhür əksi olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,634 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01.10.2020-ci il tarixli, 2706 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 18.09.2020-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati ərazisində baş vermiş oğurluqlarda şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 18.09.2020-ci il tarixdə, saat 20:05 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində saxlanılaraq 1-ci PB-yə gətirilmiş şəxsə otaqların birində polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Samir Rzayev həmin şəxsə özünü təqdim edir, sonra da ona özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra digər 2 nəfər mülki və polis geyimli əməkdaşlar da özlərini təqdim edirlər. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı X4 Məmmədova bildirilir ki, o polis əməkdaşları tərəfindən bölməyə gətirilərkən yolda üzərində narkotik vasitə olan heroin olduğunu dediyi üçün üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmadığını soruşur, ona hüquq və vəzifələrini izah edir və bu barədə bildirişi ona təqdim edir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibindən içərisində şəffaf sellofanda büküm olan 01 ədəd ağ kağızı çıxarıb təqdim edir. Həmin vaxt təhqiqatçı ondan həmin maddənin nə olduğunu, haradan əldə etdiyini soruşduqda, o da ona deyir ki, həmin bükümdə olan heroindir, onu 2 gün əvvəl, yəni 16.09.2020-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında olan zaman üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 20 manata alıb, üstündə saxlamışdır ki, ondan istifadə etsin. Həmin vaxt Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroin götürülür və sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılır. Şəxsi axtarış protokolunda göstərilənlər cinayət işinə əlavə edilmiş və maddi sübut kimi tanınmış DVD formatlı diskdə öz əksini tapmışdır. Cinayət işinin materiallarından görünür ki, 20.09.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,584 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlancına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 18.09.2020-ci il tarixli protokoldan görünür ki, Məmədov Kamran Şakir oğlu həmin tarixdə saat 20:45-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 20.09.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Hafiz oğlu barəsində 03 (üç) ay müddətinə,yəni 18 dekabr 2020-ci il tarixinədək “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 18 sentyabr 2020-ci il tarixindən hesablanmışdır. Sumqayıt şəhər Məhkəməsinin həmin cinayət işi üzrə hazırlıq iclasının 25 noyabr 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi 12.10.2020-ci il tarixli tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 02 may 2017-ci il tarixli hökmünün və Qaradağ rayon Məhkəməsinin 31.01.2020-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 02.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 19.09.2019-cu il tarixli qərarı ilə onun cəzası 03 ilə endirilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 31.01.2020-ci il tarixli qərarı ilə 03 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş və 01.05.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o məhkum olunmuş, məhkumluğu ödənilməmiş hesab edilir. Cinayət işinin materiallarında olan 29.10.2020-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, sonuncudan nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal əməlində cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikası 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 18.09.2020-ci il tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinəəsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan işüzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,584 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İşüzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İşüzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli (iş № 1(060)-524/2020) qərarını icra edərək, 17 noyabr 2020-ci il tarixli 430/2020 saylı orderə əsasən vəkil X2 onun vəkili təyin etmişdir. Müdafiəçi X3 oğlu məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinəəsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Sumqayıt şəhər polis idarəsində saxlanılan işüzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,584 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İşüzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İşüzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-90/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-90/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver