Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-90/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1969-cu il ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsi, ev 32-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəaçıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,549 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 14.07.2021-ci il tarixdə, saat 01:20 radələrində Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinin əməkdaşlarının Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 2-ci PB-nə gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş olan 0,549 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə qəbul edir. 14.07.2021-ci tarixdə, təxminən 01:20 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Perekeşkül küçəsində polis əməkdaşları onu saxlayaraq, narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək və onu polis bölməsinə aparmışlar. Polis bölməsində xidməti otaqların birində videoçəkilişlə, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş bu zaman 13.07.2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığından tanımadığım şəxsdən öz istifadən üçün 55 manat ödəyərək aldığı və üzərimdə gəzdirdiyi 1 büküm gümüşü rəngli siqaret kağızına bükülmüş, narkotik vasitə olan heroini əynindəki şalvarın sol ayn cibindən çıxararaq təqdim etmişdir. Üzərimdən aşkar edilərək götürülmüş narkotik vasitə olan büküm elektron tərəzi vasitəsilə çəkilmiş və daha sonra büküm qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Narkotik vasitə aldığı şəxsi əvvəlcədən tanımamışdır. O, heç vaxt narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı zorakılıq edilməmişdir. Sumqayıt şəhər 2-ci PB-nin təhqiqatçısı tərəfindən Sumqayıt ŞPİ-nin 2-ci PB-də üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları saxlanıldığı yerdə üzərinə şəxsi axtarış keçirmişlər. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 14.07.2021-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi ev 32 ünavanında qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs Şirzad oğlunun qanunsuz olaraq narkotik vasitələri saxlaması, daşıması və gəzdirməsi etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuş, bu barədə rəhbərliyə məruzə olunmuş, daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan və Sumqayıt ŞPİ-nin 2-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı X1, 2-ci PB-nin sahə rəisi, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq 14.07.2021-ci il tarixdə saat 01.20-də Təqsirləndirilən şəxs Şirzad oğlu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi ərazisində piyada hərəkət edən zaman həmin şəxs saxlanılmış, ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nə gəlmiş, Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi Rəşad İldırımzadə təqdim olunmuş və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs tutulduqdan sonra üzərində şəxsi axtarış aparılacağı bildirilərkən buna etiraz etməmiş və onun üzərində videoçəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildikdə Təqsirləndirilən şəxs ilk növbədə əynində olan qara rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd gümüşü rəngli siqaret kağızından olan bükümü çıxarıb təqdim etmiş, həmin büküm təhqiqatçı tərəfindən açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümün içərisində olan qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu, 13.07.2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığından tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 55 (əlli beş) manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə olan büküm elektron tərəzi vasitəsilə çəkildiyi zaman tərəzinin ekranında 0.77 qram yazılmış və təhqiqatçı tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan heroini haradan əldə etməsi barədə Təqsirləndirilən şəxs soruşduqda o, həmin narkotik vasitə olan heroini 14.07.2021-ci il tarixdə Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığından şəxsi istifadəsi üçün 55 manata aldığını bildirmiş, həmin mənbənin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir, əlavə məlumat daxil olduqda sizə bildirəcəkdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi ərazisində saxlanıldıqdan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməzdən əvvəl onun üzərinə baxış keçirməmişdik. Cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PBnin sahə rəisi, polis kapitanı Şahid2 da Zaur İsmayılovun ifadəsinə oxşar ifadə vermişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclas zalında elan edilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Elsəvər Əsədov oğlunun ifadəsindən görünür ki, o da şahidlər Şahid1 və Şahid2 ilə oxşar məzmunlu ifadələr vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14.07.2021-ci il tarixli, 6/2856 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün №126” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,549 maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Nakoloji Mərkəzi PHŞ-nin “Ambulator məcburi-narkoloji tibbi yoxlama” haqqında 16.09.2021-ci il tarixli, 3478 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 14 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 büküm gümüşü rəngli siqaret kağızına bekelmeş tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütləni çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Ondan təqdim etdiyi həmin bir büküm gümüşü rəngli siqaret kağızına bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlənin nə olduğu soruşulduqda o həmin bir büküm gümüşü rəngli siqaret kağızına bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlənin narkotik vasitə olan heroin olduğunu, öz istifadəsi üçün həmin gün səhər saatlarında bakı şəhəri, 20 Yanvar küçəsi ərazisində tanımadığı şəxsdən 55 (əlli beş) manata aldığını bildirmişdir. Vət. Təqsirləndirilən şəxs zərində yoxlanış məqsədli baxış keçirilmiş, lakin üzərindən əlavə heç bir şey aşka edilməmişdir. Bundan sonra vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm gümüşü rəngli siqaret kağızına bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkildikdə bir büküm gümüşü rəngli siqaret kağızına bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər kütlənin çəkisinin 0,77 qram olması müəyyən olunmuşdur. Həmin narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarından görünür ki, 16.07.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,499 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlancına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, 14 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Sumqayıt ŞPİnin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şamil Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 15.07.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə,yəni 14 oktyabr 2022-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 14 iyul 2021-ci il tarixindən hesablanmışdır. Cinayət işi materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-518/2021 saylı, 12.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin 14 oktyabr 2021-ci il tarixdən hesablanmaqla daha 15 (on beş) gün müddətinə uzadılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi 04.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Xalq Məhkəməsinin 30.04.1992-ci il tarixli hökmü ilə əməyə mütləq cəlb olunma ilə 03 il şərti cəzaya məhkum edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Xalq Məhkəməsinin 05.05.1994-cü tarixli hökmü ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12.10.1994-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 20.09.1996-cı il tarixli hökmü ilə 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10.05.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 08.05.2007-ci il tarixli “Amnistiya” qərarının 1.1-ci bəndinə əsasən cəzasının çəkilməmiş 1 ay 15 gün qalan hissəsindən azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 17.11.2011-ci il tarixli hökmü ilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 31.08.2013-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 08.05.2014-cü il tarixli hökmü ilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, 13.02.2016-cı il tarixində cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 01.02.2019-cu il tarixli hökmü ilə 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 12.03.2020-cı il tarixində cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-10/2019 saylı 01.02.2019-cu il tarixli hökmünün surəti cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkum olunmuş, məhkumluğu ödənilməmiş hesab edilir. Cinayət işinin materiallarında olan 05.10.2021-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qəsəbə sakinlərindən hər hansı şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlini səməmi olaraq etiraf etməsi və peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal əməlində cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 14.07.2021-ci il tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinəəsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi Narkoloji üzrə dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan işüzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,499 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İşüzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İşüzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 Saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 18.10.2021-ci il tarixli (iş № 1(060)-709/2021) qərarını icra edərək, 25.10.2021-ci il tarixli 1372 saylı orderə əsasən vəkil X3 onun vəkili təyin etmişdir. Müdafiəçi X3 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan işüzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,499 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-90/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-90/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver