Məhkəmə qərarları › İş №1(060)-90/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-90/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-90/2023 14.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan torbaya yerləşdirilmiş 01 ədəd üzəri yapışqan lentlə sarılı sellofan bağlamada təmiz çəkisi 420,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən 23 avqust 2022-ci il tarixdə saat 19:30 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 29B/24 saylı binanın qarşısında piyada olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bağlamada olan narkotik vasitə qurudulmuş marixuana əlində saxladığı 01 ədəd sellofan torbanın içindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitə alüdəçisidir, ağrılarına görə daha çox narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitəni Sumqayıt şəhər ərazisində tanımadığı şəxslərdən əldə edir. 21 avqust 2022-ci il tarixdə, saat 12 radələrində şəxsi işləri ilə əlaqədar Sumqayıt şəhəri, Corat qəsəbə ərazisində yerləşən 7 nömrəli tam orta məktəbin yaxınlığında olarkən şəxsən tanımasa da, narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyi, o cümlədən əvvəllər narkotik vasitə qurudulmuş marixuana aldığı şəxsin həmin ərazidə olduğunu görüb ona yaxınlaşaraq ağrıları olduğundan istifadə etməyindən ötrü şəxsi istifadəsi üçün ona narkotik vasitə qurudulmuş marixuana satmasını istəmişdir. Həmin şəxs üzərində narkotik vasitə olmadığını, lakin istəyəcəyi halda 450-500 qram aralığında ona narkotik vasitə qurudulmuş marixuana gətirib verə biləcəyini demişdir və aralarında həmin çəkidə narkotik vasitə qurudulmuş marixuananın 150 manat qarşılığında alğı-satqısı barədə razılaşdıqdan sonra, həmin şəxs 7 nömrəli tam orta məktəbin yaxınlığında gözləməyini bildirmişdir. O həmin ərazidə təxminən 15-20 dəqiqə gözlədikdən sonra həmin şəxs onun yanına gəlib 01 ədəd sellofan torbanın içində üzəri yapışqan lentlə sarılmış bağlamanı verib içində qurudulmuş marixuana olduğunu demişdir. O həmin narkotik vasitəni aldıqdan sonra ona 150 manat pul verib oradan sürücüsünü tanımadığı taksi ilə uzaqlaşıb yaşadığı ünvanın yerləşdiyi Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisinə gəlmişdir. Həmin zaman ağrıları olmadığından əldə etdiyi narkotik vasitəni daha sonra, yəni bədənində ağrılar başladığı zaman istifadə etməyindən ötrü 22 saylı tam orta məktəbin həyətində ağaclıq ərazidə gizlətmiş, evə getmişdir. 23 avqust 2022-ci il tarixdə saat 19 radələrində bədənində ağrılar başladığından gizlətdiyi həmin narkotik vasitə qurudulmuş marixuananı həmin yerdən götürüb istifadə etməyə sakit bir yer axtarmaq üçün piyada hərəkət etməyə başlamışdır və yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 29B/24 saylı binanın qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, narkotik vasitələrdən istifadə etməyində şübhələr olduğunu deyib, onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına dəvət ediblər, o qarşılıq vermədən onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əlində saxladığı 01 ədəd sellofan torbanın içində 01 ədəd narkotik vasitə qurudulmuş marixuana bağlamasını özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuşdur və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuşdur və o əlində saxladığı 01 ədəd sellofan torbanın içində üzəri yapışqan lentlə sarılı 01 ədəd sellofan bağlamanı təqdim edib həmin bağlamanın içində narkotik vasitə "marixuana” olduğunu demişdir. Aşkar olunaraq götürülmüş 01 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana kütləsi elektron tərəzidə bağlaması ilə birlikdə çəkilmişdir və çəkisi 0,475 kiloqram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş başqa əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etmişdir. O narkotik vasitələrin istifadəçisidir, satışı ilə heç vaxt məşğul olmamışdır. Saxlanıldığı zaman və daha sonra ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Hazırda etdiyi əmələ görə peşmandır, 1 azyaşlı uşağı vardır, atası xəstədir. Məhkəmədən göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. İcraatına ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində narkotik vasitə saxlayıb, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən idarə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 23 avqust 2022-ci il tarixdə, saat 19:30 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 29B/24 saylı binanın qarşısında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim ediblər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına dəvət ediblər. Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əlində saxladığı, içində 01 ədəd üzəri yapışqan lentlə sarılı sellofan bağlama olan 01 ədəd torbanı təqdim etmişdir, təqdim etdiyi bağlamanın içində marixuana olduğunu demişdir, bağlamanın içinə baxıldıqda, içində narkotik vasitə qurudulmuş marixuana olduğu təhqiqatçı tərəfindən aşkar olunub və götürülmüşdür, həmin kütlə bağlaması ilə birlikdə elektron tərəzidə çəkilərkən narkotik vasitə qurudulmuş marixuananın çəkisinin 0,475 kiloqram olduğu müəyyən edilmişdir, həmin kütlə ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmışdır, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiyi 01 ədəd bağlamanın içindəki narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu və 21 avqust 2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbə ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 150 manata aldığını, daha sonra yaşadığı ünvanın yaxınlığında yerləşən 22 saylı tam orta məktəbin həyətində saxladığını, istifadə etməkdən ötrü daha sonra oradan götürdüyünü, ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları əldə olunsa da, Təqsirləndirilən şəxs narkotik vasitətələrin satışı ilə məşğul olması, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metafetamini haradan və ya kimdən və aşkar olunmuş narkotik vasitəni 22 saylı tam orta məktəbin həyətində saxlaması barədə əməliyyat aparatına hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis leytenantı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:30-da Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 29b/24 saylı binanın qarşısında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X2 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində saxlamış olduğu 1 ədəd üzərinə “Levis” sözü yazılmış sellofan paketi açaraq içərisindəki ağ rəngli torbaya bükülmüş bükülünü təqdim etmişdir. Aşkar olunmuş ağ rəngli torbaya bükülmüş bükülü açılmış, bükülüdə spesifik iyə malik, yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan yaşıl rəngli qurudulmuş bitki kütləsinin qurudulmuş marixuana olduğunu bildirmişdir. Aşkar olunmuş narkotik vasitə hesab olunan qurudulmuş marixuananı xx.xx.2022-ci il tarixdə təxminən saat 12 radələrində Sumqayıt şəhəri, Corat bağlar massivindən tanımadığı şəxsdən 150 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd ağ rəngli torbaya bükülmüş spesifik iyə malik, yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin ağ rəngli torba ilə birlikdə çəkisinin 0,475 kq olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış keçirilməsinin özündə əks etdirən bir ədəd disk məhkəmə iclasında nümayiş olundu və Təqsirləndirilən şəxs 0,475 kq çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlaması öz təsdiqini tapdı. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 7/931 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bağlamada təmiz çəkisi 420,0 qram bitki mənşli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixdə 10 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bağlamada təmiz çəkisi 420 qram (qalıq 419,95 qram) narkotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 4848 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 9 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1 azyaşlı uşağı (xx.xx.2011-ci il təvəllüdlü X3) vardır. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin 21-2/3-2-3590 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs ilə bağlı şəxsi iş xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, məhkumun cəza müddəti bitdiyindən şəxsi iş qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə CM-nın 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-bioloji ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 419,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 14 (on dörd) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi 84 (səksən dörd) manat məbləğində pul ödənilməlidir məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 14 fevral 2023-cü il tarixdən hesablansın və cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq çəkisi 419,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 84 (səksən dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxs aldığı) gündən 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar