Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-90/2024 18.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, 21 avqust 1989-cu il tarixdə Şamaxı rayonunda olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı övladı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağsu rayonu, Növcü kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, yeni inşa edilmiş MTK binası, mənzil 59 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cu it tarixdə, saat 15:15 radələrində ünvan 1 ünvanında yaşayan qadaşının keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı Turana Rəhimovanı qəsdən döyərək ona sol mil- bilək oynağının saidin aşağı 1/3-ni tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı, alının, sağ dirsək oynağının qançırı xəsarətlərindən ibarət xx.xx.2023-cü il tarixdə əmələ gələn və dərəcəsinə görə sağlamlığa yüngül xəsarətlər yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin fevral ayında X11 ilə rəsmi olaraq ailə həyatı qurmuşlar, hələlik övladlları yoxdur. Lakin, 1ci evliliyindən üç övladı var və hər üçü onunla birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində anası X3 evinə getmişdir. Bir neçə dəfə qardaşı Ülvinin keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs onun barəsində yalan sözlər işlətdiyini eşitmişdir. Ona görə də həmin gün saat təxminən saat 15:15 radələrində evdə olarkən keçmiş gəlinləri Turanə ona qarşı qıcıqlandırıcı hərəkətlər etdiyi üçün Turanənin otağının qarşısında foyedə onun qarşısını kəsərək nə üçün onun haqqında artıq əskik danışdığını soruşmuş, Turanə ona “sənin anan bizim gəlinimiz haqqında dediyi üçün məndə sənin haqqında deyirəm” sözlərini demişdir. Bundan sonra Turanə öz otağına keçib qapını bağlamışdır. O, Turanənin bu hərəkətinə əsəbləşərək təpiklə qapını və şüşəsini sındıraraq otağa girmiş, otağa girən kimi Turanənin telefon ilə harasa zəng etmək istədiyini görmüşdür. Həmin vaxt onların aralarında mübahisə baş vermiş və Turanə əlində olan mobil telefonu divanın üstünə ataraq onun saçına əl atıb özünü yerə yıxmışdır. O da əl atıb Turanənin saçından yolmağa başlamış, həmin vaxt Turanə yıxılı vəziyyətdə onun qarın nahiyyəsinə təpik atmışdır. Onlar həmin vaxt bir-birilərinin saçını yolmağa başlamışlar, həmin vaxt otağa qardaşı Elgün, anası Nübar və həyat yoldaşı Cavid otağa daxil olaraq onları ayırmağa çalışmışlar. Çətinliklə də olsa onları ayırmışlar. Ayrıdıqdan sonra o, Turanəyə “əgər anama bir şey olsa səni sürüyərəm” deyib ünvanına nalayiq söyüş etmişdir. Bundan sonra otaqdan çıxmışdır. Nə qardaşı Elgün, nə anası Nübar nə də ki əri Cavid Turanəni döyməmiş, onlara qarşı heç bir zorakılıq etməmişdir. Sadəcə olaraq onları ayırmağa çalışmışlar. Həmin vaxt evdə adlarını qeyd etdiyi şəxslərdən başqa qardaşı Məhəmmədin həyat yoldaşı Gülnarə və Mahaçqala şəhərində yaşayan qardaşı Elvinin 15 yaşlı qızı Fatimə olmuşdur. Turanə qışqırıb qonşuları çağırsa da, heç bir qonşu ora gəlməmişdir. Onlar dava-dalaş və mübahisələri evin foyesində və Turanənin otağında baş vermişdir. Həmçinin bildirmişdir ki, o sadəcə Turanənin saçını yolduğu üçün qeyd edilən xəsarətlər yarana bilməzdi. Ona görə də iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etiraf etməsə də, onun təqsirli olması zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarında olan video görüntülər və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Məhməədəli qızı ifadəsində göstərmişdir ki, o, 2014-cü ildə X5 ilə rəsmi nigaha girərək ailə həyatı qurmuşdur və birgə nigahdan 2015-ci il təvəllüdlü X12 və 2017-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. 2020-ci ildə rəsmi olaraq nigahları pozulmuşdur. Bundan sonra o, ata evinə köçmüş, arada ər evinə gəlib-getmişdir. Məhkəmə qərarı ilə uşaqlarına ümumilikdə hər ay 340 manat aliment pulu ayrılmışdır. Lakin, hazırki vaxta kimi Ülvinin ona 7000 manat aliment borcu var. Buna görə də Ülvi axtarışa verilmiş, o, ailə quraraq Dağıstan Respublikasına getmişdir. Məhkəmə qərarı ilə ona həmin evdə yaşamaq hüququ verildikdən sonra o, ər evində yaşamışdır. xx.xx.2023-cü il tarixdə, təxminən saat 15:15 radələrində evdə olarkən baldızı Təqsirləndirilən şəxs onun otağının qarşısında yolunu kəsərək işi olduğunu demiş, bu zaman onun əlində çaydan olmuşdur. Əlində olan çaydanı otağa qoyub geri qayıtdıqda foyedə Ülviyyə ona “anama bir şey olsa səni öldürəcəm.” sözlərini demişdir. Bunu səbəbi bir gün əvvəl o, evə peyk antenası qoyarkən keçmiş qaynanası X9 peyk antenasını qoşdurmağa və onun bura gəlməyinə irad bildirdiyi üçün aralarında mübahisələri olmuşdur. O isə Ülviyyəyə əhəmiyyət verməyib öz otağına keçmiş və içəri üzdən otağının kilidini vurmuşdur. Az yaşlı qızı Nuray da otaqda imiş. Digər oğlu isə anasıgildə olmuşdur. Elə bu vaxt keçmiş baldızı foyedən təpiklə vuraraq onun otağına açılan taxta qapının şüşəsini sındırmışdır. O, 102 qaynar xəttinə zəng vurmaq üçün telefona əl atmış, həmin vaxt Ülviyyə təkrar qapıya təpik vurub qapının cəftəsini yerindən çıxararaq otağa daxil olmuşdur. Ülviyyə otağa daxil olan kimi onun saçına əl atıb yerə yıxaraq saçını yolmağa başlamışdır. O, özünü müdafiə etmək üçün saçından tutsa da Ülviyyə saçını buraxmamışdır. Bundan başqa dizi ilə alın nahiyyəsinə və təpiklə sağ qarın nahiyyəsinə, həmçinin hər iki qollarına vurmağa başlamışdır. Elə bu vaxt evdə olan qaynı X6, anası X9 və Ülviyyənin həyat yoldaşı otağa girmişlər. Onlar da onu Ülviyyənin əlindən çətinliklə almışlar. Daha sonra isə o, 102 qaynar xəttinə zəng məlumat vermişdir. Onların mübahisələri evin foyesində və onun otağında baş vermiş, təxminən 10 dəqiqə davam etmişdir. Həmin vaxt evdə olan şəxslərdən başqa Məhəmmədin həyat yoldaşı və böyük qaynı Elvinin qızı Fatimə də evdə olmuşdur. Başqa heç bir qonşu onların səsinə ora gəlməmişdir. Göstərilənləri, həmçinin hadisənin azyaşlı övladının qarşında baş verməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Kamil qızı ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında həyat yoldaşı X2 və oğlu X7 ilə birlikdə yaşayır. Təxminən 3-4 il öncə oğlu Ülvinlə həyat yoldaşı Turanə arasında münasibətlər düz gəlmədiyi üçün boşanmışlar. Oğlu Ülvin 2022-ci ilin oktyabr ayında başqa xanımla rəsmi nigaha girərək ailə qurmuşdur. 2023-cü ildə ailəsi ilə birlikdə Dağıstan Respublikasının Mahaçqala şəhərinə köçmüş və hal-hazırda da orada yaşayırlar. Oğlu Ülvinin aliment borcu olduğu üçün barəsində axtarış qərarı qəbul edilmişdir. Oğlu Ülvinin keçmiş həyat yoldaşı Turanəyə onlaın evdə yaşamaq hüququ verildiyi üçün evin otağının biri Turanəyə ayrılmışdır. Turanə həmin evə istədiyi vaxt gəlib-gedir. xx.xx.2023-cü il tarixdə təxminən saat 10:10 radələrində keçmiş gəlini Turanə 5 yaşlı qızı Nurayla birlikdə həmişə olduğu kimi evə gələn zaman evdə peyk antenasını quraşdıran usta olmuşdur. Usta işini bitirib getdikdən sonra onlara qonaq gələn qızı Ülviyyə ilə Turanə arasında sözlə mübahisə olmuş, həmin vaxt Turanə qızı Ülviyyənin söhbətinə tam qulaq asmayaraq saymazyana öz otağına keçərək, otağını içəri üzdən kilidlə bağlamışdır. Buna əsəbləşən Ülviyyə təpiklə əvvəlcə Turanənın otağına açılan qapının şüşələrini sındırmış, daha sonra bir neçə təpik zərbəsi vurarq qapını sındırıb otağa girmişdir. Həmin vaxt Turanənin otağında qışqırıq səsi eşitmiş, otağa gedənə kimi oğlu Elgünün Turanənin otağında olduğunu, Turanə ilə Ülviyyənin isə yerdə yıxılı vəziyyətdə bir-birlərinin saçını yolduqlarını, Elgünün isə onları ayırmaq istədiyini görmüşdür. O da Elgünlə birlikdə onları ayırmaq üçün çalışsa da, onlar bir-birlərinin saçını buraxmamışlar. Daha sonra isə qızı Ülviyyənin həyat yoldaşı X11 da otağa daxil olub Ülviyyə ilə Turanəni ayırmaq üçün kömək etmişdir. Çətinliklə olsa da onları ayırmışlar və oğlu Elgün qızı Ülviyyəni otaqdan bayıra çıxarmışdır. Qızının qapını təpiklə vurub sındıraraq otağa keçdiyini və orada hər kəsin yanında nalayiq ifadələr işlətdiyini etiraf edir. Lakin, nə o, nə oğlu Elgün, nə də ki, qızının həyat yoldaşı Cavid Turanəni döymüş və Turanəyə qarşı heç bir zor tətbiq etmişlər. Həmin vaxt evdə onlardan başqa eyni həyətdə yaşayan oğlu Məhəmmədin həyat yoldaşı Gülnarə və böyük oğlu Elvinin qızı Fatimə səsə gəlmişdilər. Lakin, onlar otağa daxil olmamışla. Onlar ailə üzvlərlərindən başqa orada heç bir qonşu və ya kənar şəxs olmamışdır. Qızı ilə Turanə arasında dava-dalaş Turanənin otağında 2-3 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təxminən 3-4 il öncə qardaşı Elvinlə həyat yoldaşı Turanə arasında münasibətlər düz gəlmədiyi üçün onların nigahları rəsmi qaydada pozulmuşdur. Qardaşı Ülvi 2022-ci ilin oktyabr ayında başqa xanımla rəsmi nigaha girərək ailə qurmuşdur. 2023-cü ildə ailəsi ilə birlikdə Dağıstan Respublikasının Mahaçqala şəhərinə köçmüş və hal-hazırda da orada yaşayırlar. Qardaşı Ülvinin aliment borcu olduğu üçün barəsində axtarış elan edilmişdir. Qardaşının keçmiş həyat yoldaşına onlarla yaşamaq hüququ verildiyi üçün evin otaqlarından biri ona ayrılmışdır. Turanə istədiyi vaxt gəlib-gedir. xx.xx.2023-cü il tarixdə təxminən saat 10:10 adələrində keçmiş gəlin Turanə 5 yaşlı qızı Nurayla birlikdə həmişə olduğu kimi evə gəlmiş və evdə peyk antenasını quraşdıran usta olmuşdur. Usta işini bitirib getdikdən sonra bacısı Ülviyyə ilə Turanə arasında sözlə mübahisə olmuş, həmin vaxt Turanə bacısı Ülviyyənin söhbətinə tam qulaq asmayaraq saymazyana öz otağına keçərək, otağını içəri üzdən kilidlə bağlamışdır. Buna əsəbləşən Ülviyyə təpiklə əvvəlcə Turanənin otağına açılan qapının şüşələrini sındırmış, daha sonra bir neçə təpik zərbəsi vuraraq qapını sındırıb otağa girmişdir. Həmin vaxt Turanənin qışqırığını eşidib o otağa girdikdə Turanənin arxası üstündə yerə oturduğunu və Turanənin Ülviyyənin saçından, Ülviyyə isə Turanənin saçından tuturaq bir-birlərinin saçını yolduqlarını görmüşlər. O, əl atıb onları ayırmaq istədikdə onlar bir-birlərinin saçını buraxmamışlar. Bu zaman anası Şahid1 Kamil qızı da otağa daxil olaraq onları ayırmağa cəhd etmişlər. Daha sonra isə bacısı Ülviyyənin həyat yoldaşı X11 da otağa daxil olub Ülviyyə ilə Turanəni ayırmaq üçün onlara kömək etmişlər. Çətinliklə olsa da onları ayırmışlar və o, bacısı Ülviyyəni otaqdan bayıra çıxartmışdır. O, bacısının qapını təpiklə vurub sındıraraq otağa keçdiyini və orada hər kəsin yanında tərbiyəsiz ifadələr işlətdiyini etiraf edir. Lakin nə o, nə anası, nə də ki, bacısının həyat yoldaşı Cavid Turanəni döymüş və Turanəyə qarşı heç bir zor tətbiq etməmişlər. Həmin vaxt evdə onlardan başqa onunla eyni həyətdə yaşayan qardaşı Məhəmmədin həyat yoldaşı Gülnarə və böyük qardaşı Elvinin qızı Fatimə səsə gəlmişlər, lakin onlar otağa daxil olmamışlar, kənardan onları izləmişlər. Onların ailə üzvlərindən başqa orada heç bir qonşu və ya kənar şəxslər yox imiş. Bacısı ilə Turanə arasında davadalaş Turanənin otağında 2-3 dəqiqə davam etmişdir. Sadələşdirilmiş icraat materiallarının 18-19-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli 1734 saylı rəyindən görünür ki, 1.Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol qulaqarxasının, sağ əlin sıyrığı, sol təpə-ənsə nahiyyəsinin tüklərin dibinə uyğun qansızması. 2. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla, saçların yolunması zamanı əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. Sadələşdirilmiş icraat materiallarının 35-ci səhifəsinə əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15.21 radələrində iki nəfər görüntündə əynində yaşlı rəngli kofta, qara rəngli şalvar olan və onunla üzbəüz əynində qara rəngli pencək, ağ rəngli kofta, mavi rəngli cins şalvarda olan iki nəfər xanım evin foyesində bir-birləri ilə söhbət etdikləri müşahidə olunur, həmin an əynində qara rəngli pencək, ağ rəngli kofta, mavi rəngli cins şalvarda olan xanım otağa daxil olaraq qapını içəri üzdən kilidləyir, əynində yaşlı rəngli kofta, qara rəngli şalvar olan xanım həmin qapıya 4 dəfə ardıcıl təpik zərbələri vuraraq qapının şüşələrini və qapını sındıraraq içəri daxil olaraq mən sənə söz deyirəm sən isə 102-yə yığırsan sözlərini dediyi eşidilir, həmin an bir nəfər görüntüyə düşməyən xanım “bibi yaxşı, yaxşı bibi” deyərək otağın qapısını sındırıb içəri daxil olan xanımı sakitləşdirmək istəyir. Ani olaraq otaqdan qışqırıq səsi eşidilir və bir nəfər saqqalı, əynində göy rəngli kofta, ağ-qara damalı şortikdə olan oğlan səs gələn otağa daxil olur. Həmin vaxt otaqdan uşağın qışqırıq səsi eşidilir və otaqda qapını sındıraraq otağa daxil olan xanımın biraz əvvəl foyedə söhbət etdiyi xanımın arxası üstündə döşəmənin üzərində olduğu onun isə həmin xanımın saçından tutub yolduğu müşahidə edilir. Həmin vaxt ağ-qaradamalı şortikdə olan oğlan bir-birlərin saçını yolan iki nəfər xanımı ayırmağa cəhd edərkən əynində ağ-qara damalı don olan yaşlı qadın otağa daxil olur, o da yerdə bir-birlərinin saçını yolan xanımları ayırmağa cəhd etdiyi görünür, daha sonra əynində qara rəngli gödəkçəsi və boz rəngli şalvar olan oğlan sağ əli cibində otağa daxil olur, o da döşəmənin üzərində bir-birilərinin saxını yolan xanımları ayırmağa çalışdıqda arxa tərəfdə azyaşlı qız uşağının onların bu hərəkətlərinə qışqıraraq buraxın, buraxın təkrar burax Turanə dediyi görünür və eşidilir. Daha sonra əynində ağ-qara damalı don olan yaşlı qadın əynində qara rəngli pencək, ağ rəngli kofta, mavi rəngli cins şalvarda olan və döşəmənin üzərində oturaq vəziyyətdə qalan xanımın saçını dartaraq kənara çəkilir və qapıdan döşəmənin üzərində olan şüşə qırıntılarının üstündən foyeyə çıxdığı müşahidə olunur. Daha sonra əynində yaşlı rəngli kofta, 3 rəngli şalvar olan xanım hər iki dizini divanın üstünə qoyaraq yerdə döşəmənin üstündə oturaq yyətdə olan xanıma “mən sənin üçün başqası deyiləm anama bir şey olsa səni sürüyərəm” dediyi müşahidə edilir. Daha sonra isə ağ-qara damalı şortikdə olan oğlan və əynində qara əli gödəkçəsi və boz rəngli şalvar olan oğlan əynində yaşlı rəngli kofta olan xanımın qollarından tutaraq bayıra çıxararkən həmin xanım geriyə çevrilərək yerdə qalan xanımın ünvanına təhqiramiz ifadə işlətdiyi eşidilir. Daha sonra foyedən yenə də həmin xanıma təhqiramiz ifadələr işlədir. Daha sonra yenə “mən ona bir söz dedim o girdi içəri telefonu əlinə, mən ona neynədim ki” bildirdikdə kənardan bir nəfər görünməyən xanımın asta səslə “səsiniz ora gəlir” dediyi eşidilir. Daha sonra həmin xanım istiyirsən dünyanın 102-ni yığ bura, səndə 102-yə zəng elə dediyi eşidilir və vidiegörüntü bitir, videogörüntü iki dəqiqə 24 saniyə davam edir. Sadələşdirilmiş icraat materiallarının 28-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum məhkum edilməmişdir. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş “Oksigen Klinik xəstəxanası”nın xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 7-8 həfətlik hamilədir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan üç övladı var (müvafiq olaraq 2010, 2013 və 2017-ci il təvəllüdlü). Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş diskdə olan video görüntülərlə və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (zərəçəkmiş şəxsin sadəcə saçını yolması, ona əlavə hər hansı zərbə vurmaması və xəsarət yetirməməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında zərərçəmiş şəxsin və şahidlərin ifadələri, hadisənin video görüntüləri ilə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs mübahisə etməkdən çəkinərək otağına keçsə də Təqsirləndirilən şəxs təpik zərbələri ilə qapının kilidini və şüşəsini sındırmaqla zərərçəkmiş şəxsin olduğu otağa daxil olmuş və daxil olan kimi zərərçəkmiş şəxsə hücum edərək onunla mübahisə etmişdir. Ekspert rəyi ilə də təsdiq edilir ki, zərərçəkmiş şəxs hadisə baş verən zamana uyğun gələn və kənar şəxs (şəxslər) tərəfindən yetirilməyə xarakterik olan xəsarətlər almışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən ifadələri (zərəçəkmiş şəxsin sadəcə saçını yolması, ona əlavə hər hansı zərbə vurmaması və xəsarət yetirməməsi) özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməməsini, hamilə olmaqla himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-90/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-90/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver