Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-900/2022 21.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Kürdəmir şəhəri, T.İsmayilov küçəsi, ev 13- də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivində övladlarını görmək üçün qaynatası Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına gələrək övladını uca səslə küçəyə çağıran zaman qaynatası Zərərçəkmiş şəxs küçəyə çıxaraq evdə heç kəsin olmadığını ona bildirdikdən sonra aralarında şəxsi münasibətlər zəmnində sözlə mübahisə yaranmış, həmin mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən 1 dəfə yumruqla vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid soİ gicgah nahiyənin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarasından ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gülnar Həsənli ilə 2008-ci il tarixdə ailə həyatı qurmuş və bu evlilikdən 3 övladı var. Zərərçəkmiş şəxs onun qaynatasıdır. O, tez-tez "Topaz" mərc oyunları oynadığına görə ailəsində tez-tez mübahisələr yaranır. Evləndikdən sonra ailəsini götürüb Kürdəmir rayonunda atası evinə gedib qalmışdır. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivindəki evə köçüb qaynatası Elşadla birlikdə yaşamağa başlamışdır. Yenə evdə aralarında mübahisələr yarandığına görə 2022-ci ilin fevral ayından evdən çıxıb tək yaşamağa başlamışdır. Həmin gündən bəri uşaqların üzünü normal görə bilməmişdir. Dəfələrlə Gülnara uşaqlarını göstərməsini bildirsə də, Gülnar uşaqları göstərməkdən imtina etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində uşaqlarını görmək üçün Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivindəki Gülnarın ata evinə gəlmiş, onların evinin qabağına çatan zaman fərdi evin qarşısından ucadan oğlu Həsənağanı səsləmiş, həmin vaxtı qaynatası Elşad evdən çıxmış və onu təhqir etmiş, o, da ona söydüyü söyüşlərin cavabını verən zaman Elşad üzərinə hücum çəkib onun baş nahiyəsinə 1 dəfə kəllə ilə zərbə endirmiş və o da həmin vaxtı əlində olan yemək ücün aldığı vaflini sıxıb yumruqla onun baş nahiyyəsinə 1 dəfə zərbə vurmuş, qaynatası zərbənin təsirindən yerə yıxılmış və daha sonra ayağa qalxıb onu vurmaq istdədiyini görüb oradan uzaqlaşmışdır. Hadisə Elşadın yaşadığı Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivindəki fərdi evinin qabağındakı küçədə baş vermiş, həmin zamanı qızı Gülay və qaynanası İradənin orda olmuşdur. Məhkəməyə ərizə təqdim edərək törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hal hazırda Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi fərdi ünvanda ailəsilə birlikdə yaşayır. Özü fəhləlilk edərək ailəsini dolandırır. Gülnar Həsənova onun doğma qızıdır. O, 2008-ci il tarixdə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş və onların bu evlilikdən 3 övladı vardır. Evləndikləri gündən bəri Ruslan bir müddət Kürdəmirdə yaşadıqdan sonra qızını incitdiyinə görə onları öz yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivindəki evə gətirmiş, son zamanlar Top.az mərc oyunları oynadığına görə bütün pulları uduzmuş, nəticədə hətta onun qızının qızıllarını da satıb həmin mərc oyununda uduzmuşdur. Qızı ona pul verməyəndə dəfələrlə Gülnarı döymüşdür. Bütün bunlardan sonra Ruslanı evdən qovmuşdur ki, gedib ağıllanıb sonra gəlsin. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yoldaşı İradə və nəvəsi Gülayla yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivindəki evdə olan zaman küçədə Ruslan uca səslə səsini eşitmiş, onu sakitləşdirmək üçün qapıdan çölə çıxmış, Ruslanın ona uşaqları görmək istədiyini söylədiyi zaman o, oğlu Həsənağanın evdə olmadığını, Gülnarın onu gedib gətirməsini demişdir. Ruslan onun ünvanına nalayiq küçə söyüşləri söyüb onun üzərinə hücum çəkmişdir. Bu zaman Ruslanın əlində dəqiq görmədiyi əşya ilə 1 dəfə onun baş nahiyəsinə zərbə endirmiş, zərbənin təsirindən huşunu itirib yerə yıxılmışdır. Hadisə zamanı yoldaşı İradə və nəvəsi Gülay da orada olmuşdur. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gülnar onun qızı, Ruslan isə kürəkənidir. Ruslanın ailəsi ilə birlikdə Kürdəmir şəhərində yaşamaqlarına baxmayaraq Ruslanın ‘Topaz" mərc oyunları aludəçisi olduğuna görə pulsuzluq olan zaman onun qızı Gülnarı döydüyünü, bu səbəbdən onları Sumqayıt şəhərindəki öz evlərinə gətirmişlər. Bir müddət Ruslan qızı ilə onlarda qalan zaman yenə ‘Topaz” oyunlarına davam etdiyinə görə hətta, qızının qızıllarını sataraq “Topaz”a qoyması səbəbi ilə yoldaşı Elşad Ruslanı evdən qovmuşdur. xx.xx.2022-ci ıl tarixdə saat 20 radələrində evdə olan zaman Ruslanın onların qapısına gələrək ucadan oğlunu küçəyə çağırmasından sonra yoldaşın Elşadın küçəyə çıxmış və evdə heç kəsin olmadığını Ruslana deyən zaman onların arasında mübahisə yaranmış, həmin mübahisə zamanı Ruslanın qəfildən Elşadın üzərinə hücum çəkərək əlində sıxdığı görə bilmədiyi nəsə ilə onun baş nahiyəsinə bır dəfə zərbə vurmuş və Elşadın yerə yıxıldığını görüb cəld onun yanına gəlmiş, Ruslan isə oradan qaçmışdır. Ruslanın Elşadı vurmasına baxmayaraq Elşad Ruslana toxunmamışdır. Hadisənin onların yaşadığı evinin qarşısında olmuş, həmin vaxt hadisənin şahidi ancaq özü və nəvəsi olmuşdur, Məhkəmə proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Şahid1 ifadəsinə uyğunı analoji ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Sumqayıt TibbMərkəzi X7 X9 Stansiyasının 1038 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:01-də Sumqayıt şəhər, Yaşıldərə həyət evi ünvanında yaşayan 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adına 29 saylı çağırış daxil olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 1749 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər X1 yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 568 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sol gicgah nahiyənin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası” xəsarəti vardır. Qeyd olunan xəsarət küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə küt əşya ilə yetirilən bir zərbənin təsirindən yarana bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin vət.Zərərçəkmiş şəxs öz-özünə yetirməsi az inandırıcıdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 576 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində “üst dodağın sol hissəsinin selikli qişasının yarası, qançırı” xəsarətləri vardır. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, öz-özünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar ləğv edilərək həmin material əlavə araşdırılması üçün Sumqayıt ŞPİ-nin İŞ-nə qaytarılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə bir daha bildirmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi 1 və 3-cü məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən tərəfindən verilmiş 1239 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı-xx.xx.1990-cı il təvəllüdlü X4, oğlu-xx.xx.2010-cu il təvəllüdlü X5 oğlu, qızı-xx.xx.2009-cu il təvəllüdlü Şahid2, oğlu-xxxx.2019-cu il təvəllüdlü X10 oğlu ilə birlikdə yaşayır. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi 1 və 3-cü məhəllələr üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X5 oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə X5 oğlu və Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt ŞPİ-nin İTŞ-nə göndərilməsi, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs əlində olan bərk cisimlə vurması xüsusatı rədd edilərək onun barəsində Azərbaycan Respublikası CM-nin 228-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmışdır, ondan üzr istəmişdir. Əməlindən peşmandır. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan üzr istəmişdir. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini, onun məsuliyyətdən azad edilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsinə azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 05 (beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 30 (otuz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-900/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-900/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver