Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-900/2023 21.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 10:30 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 13/16-ın qarşısında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sol saidin yuxarı 1/3-nin dirsək oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi - qançırı, sol saidin 2 ədəd sıyrığı xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə nikaha daxil olmuşdur. Bu İlahənin ikinci nikahı, onun isə birinci nikahı olmuşdur. Zərərçəkmiş şəxs ilə 2023-cü ilin may ayında toyda tanış olmuşdur. xx.xx.2023-cü ildə onların toyu olmuşdur. Həmin vaxta qədər münasibətləri normal olmuşdur. Ancaq toydan sonra aralarında problemlər yaranmışdır. Hər dəfə evə gələndə İlahə deyinir və söz-söhbətlər yaradırmış. Evlənməmişdən əvvəl Zərərçəkmiş şəxs “Chevrolet Aveo” markalı avtomobili varmış. Zərərçəkmiş şəxs özü ona taksi kimi işləməsi üçün avtomobili satıb başqasını almasını bildimişdir. Onlar həmin avtomobili satmış və gəlirdən əldə etdikləri pul ilə toydan qalan borclarını bağlamışlar. O, Zərərçəkmiş şəxs ilə yola getmədiyi üçün bir neçə dəfə çıxıb ünvan 2an anasının yanına getmişdir. xx.xx.2023-cü ildə təxminən saat 10:15 radələrində Zərərçəkmiş şəxs anası ilə onun yaşadığı evin qarşısına Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 13/16 ünvanın qarşısına gəlmiş və onu aşağı dəvət etmişdir. Zərərçəkmiş şəxs ilə söhbət edərkən sonuncu həyətdə səs-küy salmışdır. O, İlahəyə sakit olmasını və çıxıb getməsini desə də, sonuncu buna məhəl qoymadığı üçün əsəbləşib onun ayaq nahiyyəsinə təpik zərbəsi endirmişdir. Zərərçəkmiş şəxs zərbənin təsirindən divara dəymişdir. Bundan sonra Zərərçəkmiş şəxs çağırdığı həkim birqadası onu xəstəxanaya aparmışdır. Mübahisə təxmini 3-5 dəqiqə davam etmişdir və həmin vaxt özü hər hansı xəsarət almamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, törətdiyi əmələ görə peşman deyil, zərərçəkmiş şəxslə barışıq əldə etmə niyyəti isə yoxdur. Həmçinin zərərçəkmiş şəxsin hamilə olması məsələsinə münasibətdə qeyd etmişdir ki, Zərərçəkmiş şəxs hamilə olsa da, aralarında olan razılaşmaya əsasən o uşağı götüzdürməli idi. Beləliklə Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı və zərərçəkmiş şəxsin ifadəsi, həmçinin ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o əvvəllər ailəli olub boşanmışdır və bir övladı var. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə nikaha daxil olmuşlar, xx.xx.2023-cü il də isə toyları olmuşdur. Toydan qabaq da bir müddət bir yerdə yaşamışlar. Toya qədər münasibətləri yaxşı olsa da, toydan sonra münasibətləri pisləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan münaqişə yaradırmış. O, hər dəfə məcbur qalıb ikinci dəfə ailəsini dağıtmamaq üçün münasibətləri bərpa etməyə çalışmışdır. Təqsirləndirilən şəxs hər gün ondan pul istəyirmiş. Təqsirləndirilən şəxs pula ehtiyacı olduğunu bildirərək ona məxsus “Chevrolet Aveo” markalı avtomobili satmış və pulun bir qismini öz ehtiyacları üçün xərcləmişdir. Halbuki, ona başqa avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onun adına “Kontakte Home”-dan “İpone 14” markalı mobil telefonu kreditə götürmüş, pulunu verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadıqları evdən öz anasının yanına getmişdir. O, isə ailəsini bərpa etmək, həmçinin Təqsirləndirilən şəxs nə üçün belə etməsini öyrənmək üçün xx.xx.2023cü il tarixdə iki gün evə gəlməyən Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən “Ego” kişçi salonunun üzərindəki evlərinə getmiş, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs aşağı düşmüşdür. Orada Təqsirləndirilən şəxs nə üçün belə etdiyini, əgər ayrılmaq istəyirdisə nə üçün onunla evləndiyini səbəbini soruşmuşdur. Bu zaman baş Təqsirləndirilən şəxs onu döyməyə başlamışdır. Belə ki, bir neçə dəfə təpiklə onu vurmuş və xəsarət yetirmişdir. Bundan sonra xəstəxanaya getsə də polisə müraciət etməmişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs evə gələrək qapını döymüş, o isə qapını açmayaraq polisə şikayət etmişdir. Hadisə baş verəndən indiyə kimi Təqsirləndirilən şəxs heç vaxt barışığa cəhd etməmişdir. Bundan əlavə zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə baş verən zaman hamilə olmuşdur, sonradan uşağı götüzdürmüşdür. Bununla bağlı tibbi sənədin surətini məhkəməyə təqdim etmişdir. Sadələşdirilmiş icraat materiallarının 22-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2023-cü il tarixli 1709 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə, tibbi sənədinə və qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol saidin yuxarı 1/3-nin dirsək oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi - qançırı, sol saidin 2 ədəd sıyrığı. Qeyd olunan xəsarətlər xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarln təsviri hissəsində göstərilən şəraitdə kənar şəxslər tərəfindən vurmaqla əmələ gələ bilər, müddəti müayinədən 17-19 gündən çox olmaqla xx.xx.2023-cü il tarixdə yetirilə bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərəvurmaya aiddir. Sadələşdirilmiş icraat materiallarının 35-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Sumqayıt şəhər Periental Mərkəz tərəfindən verilmiş arayışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə USM müayinəsi zamanı Zərərçəkmiş şəxs 5-6 həftəlik hamilə olması müəyyən edilmişdir Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının CM-nın 61.1.7-ci maddəsində əsasən cinayətin hamilə vəziyyətində olan qadına qarşı törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Sumqayıt şəhər Periental Mərkəz tərəfindən verilmiş arayışa əsasən xx.xx.2023-cü il tarixdə USM müayinəsi zamanı Zərərçəkmiş şəxs 5-6 həftəlik hamilə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs həyat yoldaşı olmaqla bu halı bilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 13/16, mənzil 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 13/16, mənzil 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 13 saata görə 78 (yetmiş səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-900/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-900/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver