Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-91/2021 25.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 24.12.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi 126.1-ci maddəsinə tövsüf edilərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkumluğu olan, Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 31/18, mənzil 1-də qeydiyyatda olan və yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 31 avqust 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, “20 Yanvar” metrosu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni iki ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində təmiz çəkiləri 0,886 qram və 0,771 qram, ümumi təmiz çəkisi 1,657 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 31.08.2020-ci il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli bilindiyi üçün saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən “kent” markalı siqaret qutusunun içərisindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində təmiz çəkiləri 0,886 qr və 0,771 qr, ümumi təmiz çəkisi 1,657 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələrin istifadəçisi olmuş, bununla bağlı olaraq da bir dəfə məhkum olunmuşdur. Lakin təxminən 2-3 aydır ki, yenidən narkotik vasitələr istifadə etməyə başlamışdır. 31.08.2020-ci il tarixdə Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində olan zaman 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını, onun Sumqayıt şəhəri ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli olduğunu bildirib polis bölməsinə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməkdən imtina etməmiş, idarə etdiyi "BMW" markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə polis bölməsinə getmişdir. Polis bölməsinə gedərkən üzərində narkotik vasitə olan "kokos" olduğunu bildirmişdir. PB-də xidməti otaqların birinda üzərinə şəxsi axtarış keçirilmədən öncə hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi və hüquq və vəzifələri barədə bildiriş ona təqdim edilmişdir. Bundan sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı maddi sübut olub-olmadığı sual olunan zaman o özü əynində olan qara rəngli şalvarın sağ yan cibində "Kent" markalı siqaret qutusunun içərisində saxlamış olduğu 2 ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni təqdim etmişdir. Sorğu zamanı həmin maddənin narkotik vasitə olan "Kokos" olduğunu, 31.08.2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş maddə Azərbaycan Respublikasının MEM-nə göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. O, narkotik vasitəni aldığı şəxsi həmin gün görmüş, əvvəllər onu tanımamış, onunla heç bir münasibəti yoxdur. Həmin şəxsin xarici görünüşündən narkotik vasitə aludəçisinə oxşadıb ona yaxınlaşaraq narkotik vasitə aludəçisi olduğunu, üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, həmin şəxs üzərində 2 büküm narkotik vasitə olan “Kakos” olduğunu, 40 manata satdığını bildirmiş, o da 40 manat verib ondan heroini almışdır. Həmin şəxs haqqında heç bir şey bilmir, o , təxminən 40 yaşında, 175 sm hündürlükdə, qaraşın olmuşdur. Qeyd olunan narkotik vasitə olan heroini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuşdur, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 4-cü PBnin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 31.08.2020-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2 və polis kapitanı Şahid3la birlikdə xidmət aparan zaman Sumqayıt şəhəri ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli bilindiyi üçün Təqsirləndirilən şəxs polis bölməsinə dəvət edən zaman Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə idarə etdiyi “BMW” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə polis bölməsinə getmiş, Təqsirləndirilən şəxs bölməyə aparılarkən üzərində narkotik vasitə kokos(heroin) olduğunu bildirdiyi üçün 4-cü PB-də xidməti otaqların birində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başlamazdan əvvəl baş təhqiqatçı Rafiq Quliyev tərəfindən ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuş və Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarın sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisindəki iki ədəd şəffaf rəngli sellofana bükülmüş, spesifik iyə malik, qəhvəyi rəngə bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan kütlənin “kokos” (heroin) olduğunu, həmin kütləni eyni tarixdə səhər saatlarında Bakı şəhəri ərazisində tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Məhkəmədə ifadələri tədqiq edilərək elan edilmiş şahidlər Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvvəkkilləri, polis leytenantı Şahid2, polis kapitanı Şahid3 və Sumqayıt ŞPİ-nin X2 inspektor-kriminalisti, polis mayoru X6 ifadələrində Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01.09.2020-ci il tarixli, 6/1714 nömrəli rəyindən ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs götürülmüş..2 ədəd şəffaf sellofana bükülmüş.” Yazısı olan zərfdəki, üzərində “Kent” yazısı olan siqaret qutusunun içərisində 2(iki) ədəd şəffaf polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,886 qram və 0,771 qram, ümumi təmiz çəkisi 1,657 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi: 1,657 qram, tədqiqata sərf edildi: ümumi 0,1 qram, qalıq 1,557 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 sentyabr 2020-ci il tarixli, 6/1761 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti №59”-li ştamp əksi olan paketdəki vət. Təqsirləndirilən şəxs götürülmüş 2(iki) ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. İlkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi 1 sentyabr 2020-ci il tarixli, 6/1714 saylı ekspert rəyində göstərilib. Qeyd: heroinin ümumi təmiz çəkisi: 1,557 qram, tədqiqata sərf edildi: ümumi 0,06 qram, qalıq: 1,497 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 17.09.2020-ci il tarixli, 2591 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, 1,657 qram olan narkotik vasitə-heroindən tədqiqatlardan sonra qalıq qalmış 1,497 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02.09.2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, lakin dəfələrlə məhkəmə iclaslarından yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-91/2021 saylı, 17 mart 2021-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli blinməsinə dair iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 07.04.2021-ci il tarixli, 4(060)-149/2021 tarixli qərarı ilə həbs müddətinin başlanğıcının 05.04.2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə, 05 iyul 2021-ci il tarixədək həbs qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarında olan hökmlərin surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 7(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 24.12.2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli hökmü dəyişdirilib əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilərək ona CM-nin 126.1-ci maddəsi ilə 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 23.07.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CMnin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 13 (on üç) saat vaxt sərf etmişdir. Ona görə də 78 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat zamanı 31.08.2020-ci il tarixdən 02.09.2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 25.08.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs oğlu barəsində ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,657 qram olan narkotik vasitə-heroindən tədqiqatlardan sonra qalıq qalmış 1,497 qram heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 228,00 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10(on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat zamanı 31.08.2020-ci il tarixdən 02.09.2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25.08.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,497 qram heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 228,00 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-91/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-91/2021
25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver