Məhkəmə qərarları › İş №1(060)-91/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-91/2022

07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-91/2022 07.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, fərdi evdə yaşamış, başqa cinayət işi üzrə barəsində Abşeron rayon Məhkəməsinin 25.12.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 09 yanvar 2021-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 6 ünvanının Vİİ mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab edilən 68 saylı mənzilə, Vİİİ mərtəbədəki qəza çıxışının qapısını açmaqla qanunsuz daxil olaraq, həmin mənzildən 350 (üç yüz əlli) manat dəyərində, 55 düyümlü, “Samsung” markalı bir ədəd televizor, 400 (dörd yüz) manat dəyərində, “İmergas” markalı, 24-lük, 130 kv.m yer üçün nəzərdə tutulan bir ədəd kombi aparatı, 80 (səksən) manat dəyərində, “MAX” markalı bir ədəd su mühərriki, 15 (on beş) manat dəyərində, “Marquis” markalı bir ədəd qidrofor, 30 (otuz) manat dəyərində, “Nova” markalı bir ədəd kombi stabilizatoru, 80 (səksən) manat dəyərində, “LG” markalı bir ədəd tozsoran, 1300 (min üç yüz) manat dəyərində üz hissəsi dəri işləməli olan, kustar üsulla hazırlanmış bir ədəd nərd, 50 (əlli) manat dəyərində bir ədəd şalvar, 50 (əlli) manat dəyərində bir ədəd köynək və 200 (iki yüz) manat dəyərində bir ədəd gödəkçəni gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 2555 (iki min beş yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 09 yanvar 2021-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 6 ünvanının Vİİ mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab edilən 68 saylı mənzilə, Vİİİ mərtəbədəki qəza çıxışının qapısını açmaqla qanunsuz daxil olaraq, həmin mənzildən 350 (üç yüz əlli) manat dəyərində, 55 düyümlü, “Samsung” markalı bir ədəd televizor, 400 (dörd yüz) manat dəyərində, “İmergas” markalı, 24-lük, 130 kv.m yer üçün nəzərdə tutulan bir ədəd kombi aparatı, 80 (səksən) manat dəyərində, “MAX” markalı bir ədəd su mühərriki, 15 (on beş) manat dəyərində, “Marquis” markalı bir ədəd qidrofor, 30 (otuz) manat dəyərində, “Nova” markalı bir ədəd kombi stabilizatoru, 80 (səksən) manat dəyərində, “LG” markalı bir ədəd tozsoran, 1300 (min üç yüz) manat dəyərində üz hissəsi dəri işləməli olan, kustar üsulla hazırlanmış bir ədəd nərd, 50 (əlli) manat dəyərində bir ədəd şalvar, 50 (əlli) manat dəyərində bir ədəd köynək və 200 (iki yüz) manat dəyərində bir ədəd gödəkçəni gizli yolla talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 2555 (iki min beş yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin yanvar ayında Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən Araz marketin dayancağında gözətçi kimi işləmişdir. Sürücülər ona 20 qəpik pul vermişlər. Həmin ərəfələrdə ora gözətçi kimi çıxan Təqsirləndirilən şəxs2la tanış olmuşdur. Aralarında dostluq münasibətləri yaranmışdır. Etibarın da yaşadığı yer olmadığını biləndə, Etibara 13-cü mikrorayonda Paşa adlı yaşlı tək yaşayan tanışının olduğunu, Paşanın onu əvvəllər qalmaq üçün evinə dəvət etdiyini bildirib birgə həmin evdə qalmağı təklif etmişdir. Etibar da onunla razılaşmışdır. 2021-ci ilin yanvar ayının əvvələrində birgə Paşanın yaşadığı evə getmişlər. Paşanın razılığı ilə ona məxsus 13-cü mikrorayon, ev 6 ünvanında qalmışlar. Mənzil 8-ci mərtəbədə yerləşir, Paşa ara bir qohumunun evinə gedib orada qalırdı. 08.01.2021-ci il tarixdə Paşa yenə qohumunun evnə getmişdir. Evdə yemək üçün heç nə olmamışdır. Təxminən 1 həftə həmin evdə yaşadıqları üçün 7-ci mərtəbədəki qonşunun evində kimsənin yaşamadığı diqqətini çəkmişdir. Bu barədə Etibara deyəndə razılaşmışlar ki, kimsənin xəbəri olmadan həmin mənzilə daxil olsunlar və oradan məişət əşyalarını oğurlayıb satmaqla əldə etdikləri gəlirlə evə yeyib içmək alsınlar. 09.01.2021-ci il tarixdə saat 02 radələrində Paşa evdə olmayan vaxtı ona məxsus mənzilin eyvanındakı qəza çıxışından 7-ci mərtəbədəki eyvana düşmüşdür. Eyvandan vintaçan və kəlbətin tapmışlar. O, divarda asılmış kombi aparatının gövdə hissəsini tutmuşdur. Etibar giriş çıxış kabel və boruları kəsmişdir. Kombini yerə qoymuşlar. Sonra kombinin yanındakı su mühərrikini və gidroforu Etibar ayırmışdır. O, isə mühərriki götürüb kombinin yanına qoymuşdur. Sonra qonaq otağındakı Samsung markalı diaqonal ölçüsünü bilmədiyi televizoru birgə götürüb eyvana gətirmişlər. Sonra yataq otağındakı tozsoranı və nərdi Etibar gətirib eyvana qoymuşdur. Ardınca dolablardakı 4-5 dəst geyim əşyalarını daşıyıb eyvana gətirmişdir. Sonra dəhlizdəki nərdivanla oğurladığı əşyaları köməkləşib Paşanın eyvanına çıxartmışlar. Qəza çıxışını bağlamışlar. Oğurladığı elektronik əşyaları hissələrə bölmüşlər. Satışa yarıyacaq əşyaları bir neçə sellafona yığmışlar. Həmin gün, 09.01.2021ci il tarixdə saat 09 radələrində satışa yaramıyacaq hissələri 13-cü mikrorayonda yerləşən zibilxanaya atıb elektronik ehtiyyat hissələrini satmaq üçün 12-ci mikrorayon ərazisinə getmişlər. Elektronik ehtiyyat hissələrini satmağa gedərkən nərdi də özləri ilə götürmüşlər. Yolda bir nəfər əvvəllər tanımadığı cavan oğlanla rastlaşmışlar, həmin cavan oğlana nərdin özlərinə məxsus olduğunu və pula ehtiyacları olduğundan satmaq istədiklərini bildirmişlər. Həmin şəxs də nərdə baxıb 100 manata ala biləcəyini bildirdiyindən nərdi 100 manata həmin cavan oğlana satmışlar. Bundan sonra isə elektronik ehtiyyat hissələrini satmaq üçün alıcı axtarmışlar. Həmin gün, yəni 09.01.2021-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində səyyar qaydada metal alan təxminən 50-52 yaşlarında, orta boylu, kök bədən quruluşlu, qaraşın bir nəfərlə rastlaşmışlar. Həmin şəxsə elektronik ehtiyyat hissələrini 50 manata satmışlar. Əşyaların satışından əldə etdikləri 150 manat pulla yeyib içmək alıb evə qayıtmışlar. Evə qayıdandan sonra oğurladıqları geyim əşyalarını geyinib baxdıqda həmin paltarların onların ölçülərinə uyğun olmadığını və əksəriyyətinin yay geyimləri olduğunu görüb onları da zibilxanaya atmışlar. Oğurlamış olduqları əşyaları onlardan alan şəxslər həmin əşyaları alarkən onların mənbəyi barədə məlumatlı olmamışlar. Nərdi satdığı şəxsə, eləcə də elektronik ehtiyyat hissələrini satdığı şəxsə həmin əşyaların özlərinə məxsus olduğunu bildirmişlər. Paşa adlı şəxsin oğurluq hadisəsi törtəməklərindən hər hansı bir formada məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 törədiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməyə imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin yanvar ayında Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən Araz marketin dayancağında gözətçi kimi fəaliyyət göstərmişdir. Həmin ərəfələrdə ora gözətçi kimi çıxan Təqsirləndirilən şəxs1la tanış olmuşdur. Aralarında dostluq münasibətləri yaranmışdır. Pərviz onun evə getmədiyini biləndə ona 13-cü mikrorayonda Paşa adlı yaşlı tək yaşayan tanışının olduğunu, Paşanın onu əvvəllər qalmaq üçün evinə dəvət etdiyini bildirib birgə həmin evdə qalmağı təklif etmişdir. O da razılaşmışdır. 2021-ci ilin yanvar ayının əvvələrində birgə Paşanın yaşadığı evə getmişlər. Paşanın razılığı ilə ona məxsus 13-cü mikrorayon, ev 6 ünvanında qalırmışlar. Mənzil 8-ci mərtəbədə yerləşirmiş, Paşa arabir qohumunun evinə gedib orada qalırmış. 08.01.2021-ci il tarixdə Paşa yenə qohumunun evnə getmişdir. Evdə yemək üçün heç nə olmamışdır. Təxminən 1 həftə həmin evdə yaşadıqları üçün 7-ci mərtəbədəki qonşunun evində kimsənin yaşamadığı diqqətlərini çəkmişdir. Pərviz bu barədə ona deyəndə razılaşmışlar ki, kimsənin xəbəri olmadan həmin mənzilə daxil olsunlar və oradan məişət əşyalarını oğurlayıb satmaqla əldə etdikləri gəlirlə evə yeyib içmək alsınlar. 09.01.2021-ci il tarixdə saat 02 radələrində Paşa evdə olmayan vaxtı ona məxsus mənzilin eyvanındakı qəza çıxışından 7-ci mərtəbədəki eyvana düşmüşlər. Eyvandan vintaçan və kəlbətin tapmışlar. Pərviz divarda asılmış kombi aparatının gövdə hissəsini tutmuşdur. O, giriş çıxış kabel və boruları kəsmişdir. Kombini yerə qoymuşlar. Sonra kombinin yanındakı su mühərrikini və gidroforu ayırmış, Pərviz isə mühərriki götürüb kombinin yanına qoymuşdur. Sonra qonaq otağındakı Samsung markalı diaqonal ölçüsünü bilmədiyi televizoru birgə götürüb eyvana gətirmişlər. Sonra yataq otağındakı tozsoranı və nərdi gətirib eyvana qoymuş, ardınca Pərviz dolablardakı 4-5 dəst geyim əşyalarını daşıyıb eyvana gətirmişdir. Sonra dəhlizdəki nərdivanla oğurladıqları əşyaları köməkləşib Paşanın eyvanına çıxartmışlar. Qəza çıxışını bağlamışlar. Oğurladıqları elektronik əşyaları hissələrə bölmüşlər. Satışa yarıyacaq əşyaları bir neçə sellafona yığmışlar. Həmin gün, 09.01.2021-ci il tarixdə saat 09 radələrində satışa yaramıyacaq hissələri 13-cü mikrorayonda yerləşən zibilxanaya atıb elektronik ehtiyyat hissələrini satmaq üçün 12-ci mikrorayon ərazisinə getmişlər. Elektronik ehtiyyat hissələrini satmağa gedərkən nərdi də özləri ilə götürmüşlər. Yolda bir nəfər əvvəllər tanımadığı cavan oğlanla rastlaşmışlar, həmin cavan oğlana nərdin özlərinə məxsus olduğunu və pula ehtiyacları olduğundan satmaq istədiklərini bildirmişlər. Həmin şəxs də nərdə baxıb 100 manata ala biləcəyini bildirdiyindən nərdi 100 manata həmin cavan oğlana satmışlar. Bundan sonra isə elektronik ehtiyyat hissələrini satmaq üçün alıcı axtarmışlar. Həmin gün, yəni 09.01.2021-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində səyyar qaydada metal alan təxminən 50-52 yaşlarında, orta boylu, kök bədən quruluşlu, qaraşın bir nəfərlə rastlaşmışlar. Həmin şəxsə elektronik ehtiyyat hissələrini 50 manata satmışlar. Əşyaların satışından əldə etdikləri 150 manat pulla yeyib içmək alıb evə qayıtmışlar. Evə qayıdandan sonra oğurladıqları geyim əşyalarını geyinib baxdıqda həmin paltarların onların ölçülərinə uyğun olmadığını və əksəriyyətinin yay geyimləri olduğunu görüb onları da zibilxanaya atmışlar. Oğurlamış olduqları əşyaları onlardan alan şəxslər həmin əşyaları alarkən onların mənbəyi barədə məlumatlı olmamışlar. Nərdi satdığı şəxsə, eləcə də elektronik ehtiyyat hissələrini satdığı şəxs həmin əşyaların özlərinə məxsus olduğunu bildirmişlər. Paşa adlı şəxsin oğurluq hadisəsi törtəməklərindən hər hansı bir formada məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 törədiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməyə imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs1 onun əridir. Əri təxminən 2020-ci ilin dekabr ayında işləmək üçün Rusiyya Federesiyasına getmişdir. Sonra bir müddət orada qalmışdır. O, özü isə Xaçmaz rayonunda yaşamağa davam etmişdir. Sumqayıt şəhər 13 mkr ərazisində evləri vardır, hazırda orada heç kim yaşamır. Əri 19.07.2021-ci il tarixində Rusiyadan Azərbaycana gəlmiş, sonra birbaşa onların yanına yəni, Xaçmaz rayonuna gəlmişdir. Bundan sonra 25.07.2021-ci il tarixində Sumqayıt şəhərində yerləşən mənzilinə qayıtmışlar. Mənzilə daxil olan zaman evin dağıdılmasını və evdə oğurluq olmasını müəyyən etmişlər. Evdə nəyin oğurlanmasını müəyyən etmək üçün baxış keçirmiş və bu zaman evdə olan Samsung markalı televizorun, kombi aparatının, su mühərrikinin, gidrafor, stabilizator, tozsoranın, nərdin və bir neçə geyim əşyalarının oğurlanmasını görmüşlər. Daha sonra isə əlavə olaraq evdə dağıntıların olmasını aşkar etmişlər. Sonra bu barədə əri polisə məlumat vermişdir. Onlara məxsus oğurlanmış televizoru 2017-ci il tarixdə 430 manata almışlar və həmin ildən də istifadə ediblər. Həmin televizor “Samsung” markalı, 55 dioqanallı, plazma ekran televizordur. Kombi aparatını 2017-ci il tarixdə 1100 manata almışlar və həmin ildən də istifadə etmişlər. Həmin kombi aparatı İmergas markalı olmaqla, Türkiyə istehsalıdır, 130kv.m sahə üçün nəzərdə tutulmuş, 24 litr tutumlu olmuşdur. Su mühərrikini 2017-ci il tarixdə 150 manata almışlar və həmin ildən də istifadə etmişlər. Həmin su matoru MAXS markalı, Türkiyyə istehsalı olmuşdur. Gidraforu 2017-ci il tarixdə 80 manata almışlar və həmin ildən də istifadə etmişlər. Həmin gidrafor MARQUİS markalı olmuşdur. Kombi stablizatorunu 2017-ci il tarixdə 300 manata almışlar və həmin ildən də istifadə etmişlər, həmin stablizator NOVA markalı olmuşdur. Tozsoranı 2017-ci il tarixdə 180 manata almışlar və həmin ildən də istifadə etmişlər. Həmin tozsoran LG markalı olmuşdur. Nərd 2011-ci il tarixdə ad günü münasibəti ilə tanışları tərəfindən ərinə hədiyyə edilmişdir. Həmin nərdi tanışları kustar üsulla ustaya düzəltdirmişlər. Nərdin üz hissəsi xüsusi işləməli dəri olmuşdur. Oğurlanmış 1 ədəd şalvar 50 manat, 1 ədəd köynək 50 manat, 1 ədəd dəri gödəkçə isə 200 manata olmuşdur. Onların heç birinin markalarını xatırlamır. Həmin paltarları 2017-ci il tarixdə almışlar. Ümumlikdə oğurluq hadisəsi nəticəsində onlara 3840 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər tərəfindən onlara vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək sonuncular barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, ünvan 4 ünvanında tək yaşayır. Azərbaycan Respublikasında doğulmuş, Azərbaycan dilində sərbəst yazıb, oxuya və danışa bilidir. Latın qrafikası ilə yaza və oxuya bilir. Adı Pavel olsa da bir çox şəxs onu Paşa kimi tanıyır. Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır onlarla arasında heç bir ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən "Araz" marketin dayancağında gözətçi kimi fəaliyyət göstərir. Qeyd etdiyi mənzildə, yəni, ünvan 5 ünvanında tək yaşadığından bir çox vaxt Pərviz onun yaşadığı evə gəlib onunla birlikdə qalır. 2021-ci ilin yanvar ayının əvvəllərində Pərviz sonradan adını bildiyi Etibar adlı şəxslə onun yaşadığı evə gəlmişdir. Pərviz Etibarın qalmağa yeri olmadığını bildirib bir müddətlik Etibar ilə birlikdə onun yanında qalmaqlarına icazə verməsini xahiş etmişdir. Həmin evdə tək yaşadığından Pərvizə etiraz etməmiş və Etibar ilə birlikdə onun yanında qalmalarına etiraz etməmişdir. Həmin vaxtdan etibarən Pərvizlə Etibar onun yanında yaşamağa başlamışlar. 08.01.2021ci il tarixdə qohumunun evinə getmiş, Etibarla Pərviz isə onun evində qalmışlar. 09.01.2021-ci il tarixdə axşam saatlarına qədər qohumunun evində qalmışdır. Evə qayıtdıqda Etibarla Pərviz evdə olmamışlar. Sonradan ona məlum olmuşdur ki, Etibarla Pərviz onun yaşadığı evin eyvanındakı ehtiyat çıxışdan çıxaraq 7-ci mərtəbədəki yaşayış olmayan Zərərçəkmiş şəxs1 məxsus evə daxil olub oradan müxtəlif əşyaları oğurlamışlar. Onun isə bundan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanındakı Zərərçəkmiş şəxs1 məxsus mənzildən oğurluq etmələrindən məlumatı olmamışdır. Pərvizlə Etibarı polislər tutduqdan sonra ona məlum olmuşdur ki, onlar qeyd olunan ünvandan oğurluq etmişlər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 sentyabr 2021-ci il tarixli, 9/6939 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 955,0 manat müəyyən edilir. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Sıra Malların adı və markalarının Ümumi Bir ədədinin Ümumi №-si göstəriciləri miqdarı qiyməti dəyəri (manatla) (manatla) 1 2017-ci ildə alınmış “Samsung” 1 350 350 markalı, 55 düyümlü, plazma ekran telvizor 2 2017-ci ildə alınmış Türkiyə istehsalı 1 400 400 olan “İmergas” markalı, 130 kv.m yer üçün olan, 24-lük kombi 3 2017-ci ildə alınmış Türkiyə istehsalı 1 80 80 olan “MAXS” markalı su mühərriki 4 2017-c ildə alınmış “Marqius” markalı 1 15 15 qidrafor 5 2017-ci ildə “Nova” markalı kombi 1 30 30 stabilizatoru 6 2017-ci ildə alınmış “LG” markalı 1 80 80 tozsoran Cəmi 955,0 Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutuləan cinayət əməllərini törətməkdə təqsirli olmaları, təqsirləndirilən şəxslərin özlərinin, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar ittiham olunduqları maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 04.10.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 04.10.2021-ci il tarixli arayışdan (tələbnamədən) və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02.11.2021-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 03.06.2021-ci il tarixli Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02.11.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 03.06.2021-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilərək Təqsirləndirilən şəxs2 təyin olunmuş 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası 2 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 15 yanvar 2021-ci il tarixdən 16 yanvar 2021-ci tarixədək olan müddət və 03 may 2021-ci il tarixdən 03 iyun 2021-ci il tarixədək həbsdə saxlandığı 01 ay müddət, cəmi 01 ay 02 gün müddət təyin edilən cəzadan çıxılaraq Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 il 10 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 01 il 10 ay 28 gün azadlıqdan məhrumetmə cəzası, bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanmaqla qəti cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 01.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 03.08.2020-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 01.08.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin hazırlıq iclasının 29.10.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 01 avqust 2021-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə 01.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və İbtidai istintaq orqanının 02.08.2021-ci il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək o, MSY-dən azad olunmuş, Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasının 29.10.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-678/2021 saylı 25.12.2021-ci il tarixli qərarının surətindən görünür ki, Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin icraatında olan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlanılma müddətinin əvvəli 23.12.2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs1 barəsində hazırki iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və Abşeron Rayon Məhkəməsinin 4(012)-678/2021 saylı 25.12.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilənlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli (iş № 1(060)-710/2021) qərarını icra edərək, 25 oktyabr 2021-ci il tarixli 1373 və 1374 saylı orderlərə əsasən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 müvafiq olaraq onların vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 10 saat olmaqla cəmi 20 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulub saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində hazırki iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və Abşeron Rayon Məhkəməsinin 4(012)-678/2021 saylı 25.12.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07.02.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02.11.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 10 ay 28 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01.08.2021-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 göstərdikləri 10 (on) saat hüquqi yardıma görə hər birinə 60 (altmış) manat olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxslərə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar