Məhkəmə qərarları › İş №1(060)-91/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-91/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-91/2023 29.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1993-cü ildə Sumqayıt şəhərində doğulan, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası başa çatmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxxx 1998-ci ildə Sumqayıt şəhərində doğulan, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Republikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 27 may 2022-ci il tarixdə saat 18 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ərazisində yerləşən bağ evinin həyətyanı sahəsinin giriş qapısının açıq olmasından istifadə edərək əvvəl bağ evinin həyətyanı sahəsinə qanunsuz daxil olub, sonradan həyətyanı sahədə yerləşən yardımçı tikilinin dəmir materialından hazırlanmış qapısının kilidini sındıraraq oradan hər biri 180 (bir yüz səksən) manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat dəyərində eni 1,5 metr, hündürlüyü 1,8 metr olan 3 ədəd otaq pəncərəsini, 130 (bir yüz otuz) manat dəyərində eni 2,2 metr, hündürlüyü 1 metr olan 01 ədəd eyvana keçid qapısını, 130 (bir yüz otuz) manat dəyərində eni 0,7 metr, hündürlüyü 2,5 metr olan 01 ədəd hamam qapısını, 100 (bir yüz) manat dəyərində eni 0,7 metr, hündürlüyü 2,1 metr olan 01 ədəd tualet qapısını, bağ evinin plastik materialından hazırlanmış pəncərəsini sıxıb açmaqla içəri daxil olub oradan hər biri 4,50 (dörd manat əlli qəpik) olmaqla, cəmi 45 (qırx beş) manat dəyərində paslanmaz polad materialdan hazırlanmış 1,5 metr uzunluğunda, 25 mm diametrində 10 ədəd su borularını, hər biri 6 (altı) manat olmaqla, cəmi 30 (otuz) manat dəyərində paslanmaz polad materialdan hazırlanmış 1,5 metr uzunluğunda, 32 mm diametrində 5 ədəd su borularını gizli yolla talayıb Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi “Vaz 2106” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobilə yükləndikdən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə yerinə gəlməsini gördükləri üçün öz iradələrindən asılı olmayan səbəblərə görə cinayətə yönəlmiş əməllərini başa çatdıra bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs 975,0 (doqquz yüz yetmiş beş) manat dəyərində əmlakını oğurlamağa cəhd etmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 ilə birlikdə Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivi ərazisinə gedərək yaşayış olmayan bağ evlərində oğurluq etməyi qərara almışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi və taksi fəaliyyəti ilə məşğul olduğu, eyni zamanda atasına məxsus VAZ 2106 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Qurd Dərəsi bağlar massivi ərazisinə gedib oğurluq etmək üçün münasib ev axtarmağa başlamışlar. Onlar evlərdən birinin qarşısından keçərkən evin həyətyanı sahəsinə çəkilmiş hasardan içəri daxil olmaq üçün kustar üsulla qapı düzəldildiyini, qapının isə açıq olduğunu görüb idarə etdikləri avtomobili saxlamışlar. Evin həyətyanı sahəsinə daxil olmuşdur. Aradan bir qədər keçdikdən sonra Eldarı da içəri çağırmışdır. Bundan sonra birlikdə həyətdə olan yardımçı tikilinin içərisinə daxil olub ordan əlvan metal olan aliminium metalından hazırlanmış təxminən 1,5 metr uzunluq boruları daşıyıb idarə etdikləri avtomobilin yük yerinə yığmışlar. Daha sonra onun əvvəlcədən evin içərisindən çıxararaq həyətə yığdığı əlvan metaldan hazırlanmış qapı pəncərələri də birlikdə daşıyıb idarə etdikləri avtomobilin yük yerinə yığmışlar. Onlar işlərini yekunlaşdırmalarına az qalmış oraya bir nəfər gəlib nə iş gördüklərini soruşmuşdur. O, həmin şəxsə ev sahibindən əlvan metalı aldıqları bildirsə də, həmin şəxs ev sahibi olduğunu deyib ondan idarə etdikləri avtomobilin yük yerinə yığdıqları əşyaları boşaldıb yerinə daşımalarını tələb etmişdir. O, tutulacağından qorxduğu üçün oradan qaçıb uzaqlaşmışdır. Eldar avtomobili qoyub qaça bilmədiyi üçün orada qalmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla barışıq əldə etmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkir. Narkotik vasitələrin aludəçəsi olduğundan pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Qonşuluqda yaşayan Elvin adlı tanışına bildirdikdə Sumqayıt şəhəri Qurd dərəsi bağlar massivi ərazisinə gedərək yaşayış olmayan bağ evlərində oğurluq etmək üçün atasına məxsus VAZ 2106 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Qurd Dərəsi bağlar massivi ərazisində idarə edərkən, evlərdən birinin qarşısından keçərkən evin həyətyanı sahəsinə çəkilmiş hasardan içəri daxil olmaq üçün kustar üsulla qapı düzəldildiyini, qapının isə açıq olduğunu görüb avtomobili saxlamışdır. Elvin bundan sonra avtomobildən düşüb evin həyətyanı sahəsinə daxil olmuşdur. Aradan bir qədər keçdikdən sonra Elvin onu da içəri çağırmışdır. Bundan sonra birlikdə həyətdə olan yardımçı tikilinin içərisinə daxil olub ordan əlvan metal olan aliminium metalından hazırlanmış təxminən 1,5 metr uzunluq boruları daşıyıb idarə etdiyi avtomobilin yük yerinə yığmışlar. Daha sonra Elvinin əvvəlcədən evin içərisindən çıxararaq həyətə yığdığı əlvan metaldan hazırlanmış qapı pəncərələri də birlikdə daşıyıb idarə etdiyi avtomobilin yük yerinə yığmışlar. Onlar işlərini yekunlaşdırmalarına az qalmış oraya bir nəfər gəlib nə iş gördüklərini soruşmuş, Elvin isə cavabında ev sahibindən əlvan metalı aldıqlarını bildirsə də, həmin şəxs ev sahibi olduğunu demiş və onlardan idarə etdiyi avtomobilin yük yerinə yığdıqları əşyaları boşaldıb yerinə daşımalarını tələb etmişdir. Həmin vaxt Elvin guya kimisə çağıracağı adı ilə qaçıb oradan uzaqlaşmışdır. O isə idarə etdiyi avtomobili sahibsiz qoya bilmədiyindən orada qalmışdır. Daha sonra ev sahibi olan Zərərçəkmiş şəxs zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Aradan bir qədər keçdikdən sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onu izahatının alınması üçün polis bölməsinə dəvət etmişlər. O, oğurladıqları əşyaları təhvil verərək polis bölməsinə getmiş və orada hər şeyi səmimi etiraf etmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə əvvəllər tanımadığı iki nəfər şəxsin ona məxsus Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətindən oğurluq etmələrinə cəhd olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, qeyd olunan fərdi yaşayış evinə gələrkən həyət qapısının qarşısında “Vaz 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Öz avtomobilindən düşüb həmin avtomobilə yaxınlaşarkən iki nəfər cavan oğlanın onun fərdi evinin həyətindən aliminium torba və aliminium pəncərələri avtomobilin yük hissəsinə yığdıqlarını görmüşdür. O, həmin şəxslərə yaxınlaşıb nə iş gördüklərini soruşduqda, onlardan daha uca boy və arıq bədən quruluşlu olanı yığdıqları aliminium çərçivə və torbaları ev sahibindən aldığını bildirmişdir. O, həmin şəxsə öz iradını bildirib, ev sahibinin özünün olduğunu demiş və yığdıqları əşyaları geri boşaltmalarını tələb etmişdir. Həmin vaxt o, öz mobil telefonu vasitəsilə olanları lentə almışdır. Onlar əşyaları boşaldarkən o, həmin şəxslərə nə üçün oğurluq etdiklərini soruşmuş, digər şəxs guya məlumatının olmadığını, yanındakı şəxsin həmin əşyaları aldığını ona bildirdiyini demişdir. Adını sonradan bildiyi Elvin adlı şəxs isə guya yanlarında üçüncü bir şəxsin də olduğunu və həmin şəxsin onları aldadaraq əşyaları sahibindən aldığını dediyini qeyd etmişdir. O, Elvindən həmin şəxsi çağırmasını tələb etdikdə Elvin hasarın arxa tərəfinə keçərək qaçıb oradan uzaqlaşmışdır. Adını sonradan bildiyi Eldar adlı şəxs isə avtomobili orada olduğundan məcbur olub onun yanında qalmışdır. O, baş verənlər barəsində DİN-in 102 Xidməti Zəng Mərkəzinə məlumat vermişdir. Təxminən 10-15 dəqiqə sonra hadisə yerinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları gəlmişlər. Polis əməkdaşlarının dəvəti ilə o və Eldar adlı həmin şəxs PB-nə getmişdir. O, həmin şəxslərin barəsində şikayət ərizəsi yazaraq PB-nə təqdim etmişdir. Məhkəmədə ilkin olaraq ibtidai istintaq zamanı ona məxsus olan oğurlanmış əşyaların ona qaytarılmadığını bildirsə də, sonradan ona dəymiş ziyanın məbləği ilə razı olmadığından belə ifadə verdiyini bildirmiş, əşyaların ona qaytarıldığını etiraf etmişdir. Hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxslər barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasına dəvət edilmiş şahid Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi İlkin Nurizadə bildirdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə cinayət işinin istintaqını aparmışdır. Aparılmış araşdırma zamanı aşkar edilərək götürülmüş, Zərərçəkmiş şəxs məxsus əşyalar maddi sübut kimi tanınmış və həmin əşyalar qəbzə imza edilməklə Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivi, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, Nizami küçəsi 111-də 29 may 2022-ci il tarixdə saat 15:50-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, 30 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29.177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. Sumqayıt şəhər prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29.177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair xx.xx.2022ci il tarixli qərar ləğv edilmiş, Təqsirləndirilən şəxs1 saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29.177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt ŞPİ tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin 1(060)-405/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-100/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin 1(060)-405/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı MKS tərəfindən verilmiş 740 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 29, mənzil 24 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “təqdim etmə və götürmə” haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs, xx.xx.2022-ci il tarixdə ona məxsus Sumqayıt şəhəri, Qurddərəsi adlanan ərazidə yerləşən fərdi evin həyətindən oğurluq hadisəsi baş verərkən hadisəni bilavasitə özünün mobil telefon vasitəsilə videoçəkilişə aldığını bildirərək və həmin videoçəkilişi 01 ədəd “DVD” diskə köçürərək istintaqa təqdim etmiş, həmin “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, görüntü 37 saniyədən ibarətdir. Görüntünün ilk saniyəsində zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs1 lentə aldığını, həmin vaxt Elvin adlı digər şəxsin "Vaz2106” markalı avtomobilin yük hissəsinə yığma dəmir parçaları avtomobildən boşaltması görsənir. Təqsirləndirilən şəxs1 Elvin adlı şəxsə "a bəs deyirsən almışıq” sözlərini deyir. Zərərçəkmiş Elvin adlı şəxsdən əşyaları oğurladığını etiraf etməsini tələb etdikdə, həmin şəxs "and ola Allaha yox ay əmi, o uşaq demişdi alırıq” sözlərini işlədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, iş üzrə üzrə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs eni 1,5 metr, hündürlüyü 1,8 metr olan 3 ədəd otaq pəncərəsinin aliminium materialdan hazırlanmış çərçivəsini, eni 2,2 metr, hündürlüyü 1, metr olan 1 ədəd eyvana keçid qapısının aliminium materialdan hazırlanmış çərçivəsi, eni 0,70 metr, hündürlüyü 2,5 metr olan hamam qapısının aliminium materialdan hazırlanmış çərçivəsi, eni 0,70 metr, hündürlüyü 2,1 metr olan tualet qapısının alimium materialdan hazırlanmış çərçivəsi, paslanmaz polad materialdan hazırlanmış 1,5 metr uzunluğunda 25 mm diametrində 10 ədəd, 1,5 metr uzunluğunda 32 mm diametrində 5 ədəd su boruları iş üçün əhəmiyyət kəsb etdiyin maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü sahibinə geri qaytarılmış, həmçinin Zərərçəkmiş şəxs təqdim etdiyi oğurluq hadisəsinin görüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan eni 1,5 metr, hündürlüyü 1,8 metr olan 3 ədəd otaq pəncərəsinin aliminium materialdan hazırlanmış çərçivəsini, eni 2,2 metr, hündürlüyü 1, metr olan 1 ədəd eyvana keçid qapısının aliminium materialdan hazırlanmış çərçivəsi, eni 0,70 metr, hündürlüyü 2,5 metr olan hamam qapısının aliminium materialdan hazırlanmış çərçivəsi, eni 0,70 metr, hündürlüyü 2,1 metr olan tualet qapısının alimium materialdan hazırlanmış çərçivəsi, paslanmaz polad materialdan hazırlanmış 1,5 metr uzunluğunda 25 mm diametrində 10 ədəd, 1,5 metr uzunluğunda 32 mm diametrində 5 ədəd su borularını müstəntiqdən təhvil almışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhərində 15 avqust 2022-ci il tarixdə saat 14:50-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuş, 17 avqust 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şabran rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti təyin edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 Qaradağ RPİ-nin İŞ tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 21-2/3-291047/23 saylı, 1.02.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixə çəkilməmiş cəzası 01 il 09 ay 20 gün təşkil edir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı MKS tərəfindən verilmiş 697 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5934 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, qərarda göstərilən xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən alqı-satqı məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, analoji malların markası və modelinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 975,00 manat müəyyən olunur. İş materiallarından olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Aparılmış araşdırma zamanı aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs məxsus eni 1,5 metr, hündürlüyü 1,8 metr olan 3 ədəd otaq pəncərəsinin aliminium materialdan hazırlanmış çərçivəsini, eni 2,2 metr, hündürlüyü 1, metr olan 1 ədəd eyvana keçid qapısının aliminium materialdan hazırlanmış çərçivəsi, eni 0,70 metr, hündürlüyü 2,5 metr olan hamam qapısının aliminium materialdan hazırlanmış çərçivəsi, eni 0,70 metr, hündürlüyü 2,1 metr olan tualet qapısının alimium materialdan hazırlanmış çərçivəsi, paslanmaz polad materialdan hazırlanmış 1,5 metr uzunluğunda 25 mm diametrində 10 ədəd, 1,5 metr uzunluğunda 32 mm diametrində 5 ədəd su boruları iş üçün əhəmiyyət kəsb etdiyin maddi sübut kimi tanınması və adları yuxarı qeyd olunan əşyaların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış, həmçinin, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi oğurluq hadisəsinin görüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və İamverdili Elvin Abbas oğlu ona vurulan ziyanı tam ödəmişlər. Ona görə də onlar barəsində şikayət və tələbi yoxdur. Onlarla barışmışdır. Yüngül cəza təyin edilməsini xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onların özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxslərin törədilmiş əməldə hər birinin rolu, cəhd olaraq əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs2 müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxslərin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmünə əsasən Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onlara təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış araşdırma zamanı aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs məxsus eni 1,5 metr, hündürlüyü 1,8 metr olan 3 ədəd otaq pəncərəsinin aliminium materialdan hazırlanmış çərçivəsini, eni 2,2 metr, hündürlüyü 1, metr olan 1 ədəd eyvana keçid qapısının aliminium materialdan hazırlanmış çərçivəsi, eni 0,70 metr, hündürlüyü 2,5 metr olan hamam qapısının aliminium materialdan hazırlanmış çərçivəsi, eni 0,70 metr, hündürlüyü 2,1 metr olan tualet qapısının alimium materialdan hazırlanmış çərçivəsi, paslanmaz polad materialdan hazırlanmış 1,5 metr uzunluğunda 25 mm diametrində 10 ədəd, 1,5 metr uzunluğunda 32 mm diametrində 5 ədəd su boruları Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50, (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-790/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 1487 saylı orderə əsasən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs2 vəkili, xx.xx.2022-ci il tarixli 1486 saylı orderə əsasən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 vəkili təyin etmişdir. Müdafiəçilər məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi2 18 saat, Müdafiəçi1 18 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 216 (iki yüz on altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, fərdi ev ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut kimi tanınmış araşdırma zamanı aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs məxsus eni 1,5 metr, hündürlüyü 1,8 metr olan 3 ədəd otaq pəncərəsinin aliminium materialdan hazırlanmış çərçivəsini, eni 2,2 metr, hündürlüyü 1, metr olan 1 ədəd eyvana keçid qapısının aliminium materialdan hazırlanmış çərçivəsi, eni 0,70 metr, hündürlüyü 2,5 metr olan hamam qapısının aliminium materialdan hazırlanmış çərçivəsi, eni 0,70 metr, hündürlüyü 2,1 metr olan tualet qapısının alimium materialdan hazırlanmış çərçivəsi, paslanmaz polad materialdan hazırlanmış 1,5 metr uzunluğunda 25 mm diametrində 10 ədəd, 1,5 metr uzunluğunda 32 mm diametrində 5 ədəd su boruları Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50, (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar