Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-91/2024 16.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə 07 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, hazırda cəza çəkən, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun sol qulaqönü nahiyyənin 6 (altı) ədəd qançıları, sol gichag nahiyyənin sıyrığı, alının sol hissəsinin tüklü hissəsinin dərialtı hematoması xəsarəti yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “Yüngül” zərərvurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilən zaman özünü təqsirli bilsə də davam edən məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Qeyd olunan tarixdə evdə olan zaman atası Şəriflə aralarında mülklə bağlı mübahisə düşmüşdür. Belə ki, o, atasına evi sataraq pulun bölünməsini təklif etmiş, atası isə buna razı olmamış. Atası ona evdən çıxmasını, kirayədə yaşamasını bildirmişdir. O isə təxminən dörd il kirayədə yaşadığını, artıq həmin evdə ailə üzvləri ilə birlikdə yaşamaq istədiyini bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı o, əsəbləşərək qolundan tutaraq atasını itələmişdir. Polis bölməsində yazılmış ifadəni oxumamış, yalnız imza etmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ilkin araşdırma zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərərçəkmiş şəxs ilkin araşdırma dövründə verdiyi məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, mebel ustasıdır və işi olan kimi işləyir. Valideynləri ilə münasibətləri pisdir. Belə ki, o, tez-tez spirtli içki qəbul edir və bu səbəbdən evdə aralarında mübahisə yaranır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, yaşadığı evdən çıxaraq, evin yaxınlığında yerləşən kafeyə getmiş, kafede olarkən spirtli içki qəbul edərək evə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində evdə olan zaman anası Lətifə piyan olduğundan ona iradını bildirimiş və buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, anasını təhqir eləmişdir. Daha sonra yaşlı atası Şəriflə də aralarında mübahisə yaranmış, atası Şərif onu söyüş söyməyə başlamış, bu zaman o, atasına yaxınlaşara sifətindən bir neçə yumruq zərbəsi endirmiş, onu itələyərək yerə yıxmışdır. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Kamran onun oğludur birlikdə yaşayır, tüfeyli həyat tərzi keçirməsindən ailəsi dağılmış və hazırdada tüfeyli həyat tərzi keçirir. Onunla münasibətləri pisdir, o, mütamadi olaraq spirtli içki qəbul edir və evdə tez-tez o və anası Lətifə ilə mübahisələr yaradır, bununla bağlı dəfələrlə polisə müraciət edilmiş, Kamran barəsində tədbirlər görülməsinə baxmayaraq heç bir nəticəsi olmamış, Kamran həyat tərzini davam etdirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində evdə olan zaman Kamran piyan halda evə gəlmiş, evdə həyat yoldaşı Lətifə ilə mübahisə yaratmağa başlamış, o, Kamrana irad bildirdikdə Kamran onu təhqir edərək ona yaxınlaşmış, sifətindən bir neçə yumruq və sillə zərbəsi endirmiş, onu itələyərək yerə yıxmışdır. Bundan öncə oğlu Kamran bir neçə dəfə onu döymüş, məhkəmə tərəfindən cəzalandırılmışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Cəza təyin edərkən qeyd olunan halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Şahid məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilsə də sonuncu məhkəmənin çağırışlarından yayınaraq məhkəmə iclaslarına gəlməmişdir. Şahid ilkin araşdırma zamanı verdiyi, məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş izahatından görünür, Zərərçəkmiş şəxs onun əri, Kamran isə oğludur. Kamran mütamadi olaraq spirtli içki qəbul edir və evdə tez-tez o və atası Şərif ilə mübahisələr yaradır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində evdə olan zaman Kamran piyan halda evə gəlmiş, evdə onunla mübahisə yaratmağa başlamış, bu zaman Şərif Kamrana irad bildirdikdə Kamran Şərifi təhqir edərək ona yaxınlaşmış, sifətindən bir neçə yumruq və sillə zərbəsi endirmiş, onu itələyərək yerə yıxmışdır. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Elşad Məmmədov bildirdi ki, Zərərçəkmiş şəxs Bəhram oğlu 21 oktyabr 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1ci PB-ə ərizə ilə müraciət edərək oğlu Təqsirləndirilən şəxs onu döydüyünü bildirmiş, bu səbəbdən tərəfindən məhkəmə tibbi ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X3 rəyi ilə Zərərçəkmiş şəxs bədəni üzərində dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilən xəsarətlər aşkar edildiyindən Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları açılmışdır. Araşdırma dövründə Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmiş, o, müdafiəçi ilə təmin edilmiş, özünü seçdiyi müdafiəçinin iştirakı ilə izahatı alınmışdır. İş materiallarında olan izahat tamamilə Təqsirləndirilən şəxs sözlərindən ibarətdir, ora tərəfindən hansısa müdaxilə edilməmişdir. Təqsirləndirilən şəxs izahatı alınan zaman ayıq vəziyətdə olmuşdur. Bildirir ki, bundan öncə də Zərərçəkmiş şəxs dəfələrlə oğlu Kamranın onu döyməsi, həmçinin spirtli içkinin təsiri altında evdə münaqişə yaratması barədə şikayətləri daxil olmuşdur. Belə ki, zərəçəkmişin izahatını aldığı gün, yəni 21 oktyabr 2023-cü il tarixdə sonuncu PB-də olarkən üzündə, üz nahiyyəsində və başında qan ləkələri olmuş, Zərərçəkmiş şəxs hətta əl-üzünü yumağa şərait yaradıb onu sakitləşdirmişdir. Bildirir ki, təqsirləndirilən şəxsin bildirdikləri özünü müdafiə xarakteri daşıyır, dedikləri yalandır, dəfələrlə yaşlı atasının PB-də müraciətləri olmuş və həmin müraciətlər araşdırılmışdır. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin MTE və PAB X3 xx.xx.2023-cü il tarixli, 1722 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Şərif oğlunun bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol qulaqönü nahiyyənin 6 (altı) ədəd qançıları, sol gichag nahiyyənin sıyrığı, alının sol hissəsinin tüklü hissəsinin dərialtı hematoması. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. (i.v. 15-18). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. (i.v. 20-21) Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 4141 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. (i.v. 25) Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X4 “Sumqayıt Tibb Mərkəzi” PHŞ 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin 439 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. (i.v. 26) Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1490 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatsız yaşayır, ailə tərkibi atası-xx.xx.1947ci il təvəllüdlü Zərərçəkmiş şəxs, anası-xx.xx.1953-cü il təvəllüdlü Şahid, qardaşıxx.xx.1975ci il təvəllüdlü İmran Şərifovdan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 28-29) Sumqayıt şəhər Məhkəməsinin 1(060)-909/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuşdur. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində saxlanılaraq məhkəməyə təqdim olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-91/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında yenidən axtarış elan olunmuşdur. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində saxlanılaraq məhkəməyə təqdim olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-91/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 06 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarxidə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda cəza çəkir. Belə ki, sonuncu Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya Şöbəsinin 15 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 350/2023 saylı, xx.xx.2023-cü i il tarixli hökmü ilə 07 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək cəzasından 06 ay 29 gününü çəkmiş, çəkilməmiş cəzası 25 gün təşkil edir. Bundan başqa Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Sumqayıt ŞPİ-də istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə görə şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin qeyd hissəsində göstərilən hallar artıq bir dəfə tətbiq edilmişdir Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs döymədiyini, sadəcə itələdiyini, həmçinin ilkin araşdırma dövründə izahatı oxumadan imzalaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermiş, ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, sonuncunun ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları, elan edilmiş və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Belə ki, sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-350/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, həmin vaxt da Zərərçəkmiş şəxs eyniməzmunlu ifadə verərək atasını döymədiyini, sadəcə itələdiyini, təhqiqat zamanı vermiş olduğu ifadəsini oxumadığını qeyd etmişdir. İş materiallarından da görünür ki, cinayət əməli təqsirləndirilən şəxs tərəfindən onun yaşlı valideyninə qarşı törədilmiş, eyni zamanda mütəmadi hal almaqla əvvəllər də atasına qarşı eyni cinayət əməlini törətmişdir. Bundan başqa məhkəmə iclasında verilən ifadələrdən görünür ki, mübahisə təqsirləndirilən şəxsin yaşadıqları evin satılması ilə bağlı atasına təkid etməsi səbəbi ilə yaranmışdır. Elekton Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, sözügedən Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən 365D saylı ev və həmin evin yerləşdiyi torpaq sahəsi Zərərçəkmiş şəxs məxsusdur. Buna görə də məhkəmə hesab edir ki, hadisə təqsirləndirilən şəxs tərəfindən əsassız mübahisə yaratması səbəbindən baş verməklə onun tərəfindən cinayət əməlini törətməsi ilə nəticələnmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hər dəfə eyni məzmunlu ifadələr verərəkən məsuliyyətdən boyun qaçırmağa çalışmışdır. CM-nin 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs bundan öncə də dəfələrlə eyni məzmunlu cinayət törətməsini, məhkəmənin ona humanist yanaşaraq, eyni zamanda güzəşt olunaraq azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməsinə baxmayaraq, cəza çəkdiyi müddətdə yenidən eyni cinayət törətməsini, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, CM-in 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu növdə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun olduğunu hesab edir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yenidən eyni xarakterli cinayət törətməsi o cümlədən bundan öncə məhkəmə tərəfindən ona təyin edilmiş daha yüngül cəzadan nəticə çıxararaq, islah olunmaması ona maddənin sanksiyasında göstərilən daha ciddi cəza növü təyin edilməsini labüd edir. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-350/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 07 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 29 fevral 2024-cü il tarixdə çəkilməmiş hissəsi 25 (iyirmi beş) gün müddət bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 29 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 32 (otuz iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 192 (bir yüz doxsan iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni 25 (iyirmi beş) gün azadlığın məhdudlaşdırılması cəzası 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 29 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 192 (bir yüz doxsan iki) manat manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-91/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-91/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver