Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-915/2023 16.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs Tariyel oğlunun, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Tariyel oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Tariyel oğlu Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, X4 xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncuya sillə zərbəsi vuraraq, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. 2010-cu ildə bacısı Zərərçəkmiş şəxs ilə boşanaraq yaşadıqları ata evinə gəlmiş, gəldiyi gündən aralarında mübahisələr yaranmış, mübahisə ramanı Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il arixdə saat 15 radələrində bacısı Zərərçəkmiş şəxs evə gəlmiş, həmin vaxt o, bacısını yatdığı yataq dəstində uzanmışdır. Bunu görən bacısı ona bununla bağlı irad tutmuş, bu zaman o, bacısını eyni hərəkətlərin onun da etdiyini söylədikdə sonuncu onu təhqir etməyə başlamışdır. Daha sonra bacısı evdə səs-küy salmağa başlamış, evdə olan şkafın şüşəsini sındırdıqda o, da sillə ilə onun sifətinin sol yan nahiyyəsindən vurmuşdur. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Tariyel oğlu məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, bacısı ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, barəsində şikayət etdiyi şəxs, onun qardaşı Təqsirləndirilən şəxs Tariyel oğludur. 2010-cu ildən həyat yoldaşından boşandıqdan sonra atasının evində atası Əsgərov Tariyel, qardaşı Təqsirləndirilən şəxs və oğlu Nicat Ağakişiyevlə birlikdə yaşamağa başlamışlar. Boşandığı gündən qardaşı ilə aralarında mübahisələr olmuşdur. Mübahisənin səbəbi kimi ata evinə gəldikdən sonra qardaşının ona evdə payı olmadığını söyləməsi və hər dəfə bu səbəbdən ona nalayiq ifadələr işlətməsi olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində həkimdən evə gəldikdə qardaşının onun yerində uzandığını görmüş, o, qardaşından onun yerində uzanmamasını, yerini çirkləndirməməsini tələb etmiş, bunu dedikdə Anar onu nalayiq ifadələrlə təhqir etmiş və mübahisə yaratmışdır. Mübahisə zamanı sillə ilə onun sifətinin sol yan hissəsindən vurmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs Tariyel oğlu ilə barışmış, dəymiş ziyan ödənilmiş, ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin MTE və PAB X6 xx.xx.2023-cü il tarixli, 1732 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol gicgah-çənə oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşaiət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol almacıq nahiyyəsinin qançırı. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 1-2 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya adi edilir. (i.v. 11-14). İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tariyel oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Tariyel oğlunun əməli AR CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Tariyel oğlunun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Tariyel oğlu müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs Tariyel oğlunun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Tariyel oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Tariyel oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-915/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-915/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver