Məhkəmə qərarları › İş №1(060)-92/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-92/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-92/2023 05.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1973-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 09 (doqquz) ədəd bükümlərdə ümumi təmiz çəkisi 0,172 qram kustar üsulla hazırlanmış xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlamış, 09 avqust 2022-ci il tarixdə saat 19:30 radələrində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən 35/14B saylı yaşayış binasının yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı narkotik vasitə aşkar olunmasa da, həmin gün saat 20:55 radələrində yaşadığı evə baxış keçirilərkən mənzilin qonaq otağında masanın üzərində olan qabın içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda 09 (doqquz) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,020 qram, 0,014 qram, 0,018 qram, 0,020 qram, 0,022 qram, 0,021 qram, 0,022 qram, 0,016 qram, 0,019 qram ümumi təmiz çəkisi 0,172 qram kustar üsulla hazırlanmış xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə qəbul edir. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən 35/14B saylı yaşayış binasının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib onun narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirirək onu aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə 4-cü PB-yə getmişdir. Orada xidməti otaqların birində videokamera işə salınaraq üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Qoşqar Abbasovu təqdim etmiş, o da bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtraış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar olunmamışdır. Sorğu zamanı üzərindən narkotik vasitə aşkar olunmasa da, yaşadığı ünvanda şəxsi istifadəsi üçün narkotik vasitə saxladığını, polis əməkdaşlarının yaşadığı ünvana baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən iştirakçılar ilə birlikdə yaşadığı ünvanın qarşısına yollanmışlar. O yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra yaşadığı ünvanın dəmir qapısını özü açmış və iştirakçılar ilə birlikdə həmin ünvana daxil olmuşlar. Ona yaşadığı ünvanda saxlamış olduğu narkotik vasitələri təqdim etməsi təklif olunan zaman mənzilin qonaq otağında olan stolun üzərində şüşə qabın içərisindən ağ kağızın içərisində olan 09 (doqquz) ədəd ağ rəngli kağız bükümləri təqdim etmişdir. Həmin bükümlər hər biri açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin maddələr hər biri elektron tərəziyə qoyulub çəkilmiş və aşkar edilmiş həmin maddələr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı yaşadığı ünvandan aşkar edilmiş qəhvəyi rəngli maddənin "kakos", olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 (otuz) manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. O polis əməkdaşları tərəfindən saxlanılarkən, 4-cü PB-yə gətirilərkən, habelə həmin PB-də olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmişdir. Xəstə olduğundan bədənində ağrılar olduğu üçün narkotik vasitə olan heroin qəbul etmişdir və ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Seymur adlı şəxsin narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs həmin gün saat 19:30 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən 35/14B saylı yaşayış binasının yaxınlığında saxlanılaraq ona narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirərək aidiyatı üzrə polis idarəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə getmişdir. Bölməyə gətirildikdən sonra xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X1 təqdim olunmuş, o bildirişlə tanış olub, vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Seymru Şəifzadəyə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmişdir. Bundan sonra Seymurun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Seymurun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar olunmamışdır. Sorğu zamanı Seymurun üzərindən narkotik vasitə aşkar olunmasa da, yaşadığı ünvanda şəxsi istifadəsi üçün narkotik vasitə saxladığını, polis əməkdaşlarının yaşadığı ünvana baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir.Bu səbəbdən iştirakçılar ilə birlikdə Seymurun yaşadığı ünvanın qarşısına yollanmışlar. Seymur yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra yaşadığı ünvanın dəmir qapısını özü açmış və iştirakçılar ilə birlikdə həmin ünvana daxil olmuşlar. Ona yaşadığı ünvanda saxlamış olduğu narkotik vasitələri təqdim edilməsi təklif olunan zaman Seymur mənzilin qonaq otağında olan stolun üzərində şüşə qabın içərisindən ağ kağızın içərisində olan 09 (doqquz) ədəd ağ rəngli kağız bükümləri təqdim etmişdir. Həmin bükümlər hər biri açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin maddələr hər biri elektron tərəziyə qoyulub çəkilmiş və aşkar edilmiş həmin maddələr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı Seymur yaşadığı ünvandan aşkar edilmiş qəhvəyi rəngli maddənin "kakos" olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 (otuz) manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Seymur adlı şəxsin narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 19:30 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən 35/14B saylı yaşayış binasının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gətirilmiş və orada xidməti otaqlardan birində Sumqayıt ŞPİ-nin KTBnin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla təhqiqatçı Kənan Hacıyev sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs də özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Seymurun üzərinə şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı Kənan Hacıyev tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X1 təqdim olunur, o bildirişlə tanış olub, vəkilə etiraz etmir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Seymr Şəifzadəyə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilir. Seymur da əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu «Samsung» markalı mobil telefonu, sol yan cibində saxlamış olduğu 02 qutu Magna markalı siqaretləri, yaşadığı ünvanın açarlarını, 01 ədəd alışqanı, 01 ədəd 20 manatlıq, 04 ədəd 05 manatlıq, 19 ədəd 01 manatlıq pul əskinaslarını, 10 ədəd 20 qəpiklik, 04 ədəd 10 qəpiklik, 02 ədəd 05 qəpiklik qəpik pulları, sağ əlində saxlamış olduğu 01 ədəd gün eynəyini təqdim edir. Bundan sonra Seymurun üzərinə şəxsi axtarış keçirilir, şəxsi axtarış zamanı Seymurun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar olunmur. Şəxsi axtarış zamanı Seymurun üzərindən aşkar edilmiş 02 qutu Magna markalı siqaretləri, yaşadığı ünvanın açarları, 01 ədəd alışqan, 01 ədəd 20 manatlıq, 04 ədəd 05 manatlıq, 19 ədəd 01 manatlıq pul əskinasları, 10 ədəd 20 qəpiklik, 04 ədəd 10 qəpiklik, 02 ədəd 05 qəpiklik qəpik pullar, sağ əlində saxlamış olduğu 01 ədəd gün eynəyi əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılır, aşkar edilmiş 01 ədəd Samsung markalı mobil telefon xüsusi qaydada qablaşdırılaraq protokola əlavə edilir. Sorğu zamanı Seymurun üzərindən narkotik vasitə aşkar olunmasa da, yaşadığı ünvanda şəxsi istifadəsi üçün narkotik vasitə saxladığını, polis əməkdaşlarının yaşadığı ünvana baxış keçirməsinə etiraz etmədiyini bildirir. Bundan sonra videoçəkiliş dayandırılır. Həmin diskdə olan «0077» sözləri yazılan MP4 formatlı video görüntü, açıldıqda 15 dəqiqə 55 saniyədən ibarət olduğu müəyyən olundu. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən yaşadığı ünvanda şəxsi istifadəsi üçün narkotik vasitə saxladığını və polis əməkdaşlarının onun yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirdiyi üçün Təqsirləndirilən şəxs müdafiəçisi və polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə yollanır. Seymur yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra yaşadığı 2-ci mərtəbəsindəki ünvana qalxaraq dəmir qapısını özü açır və iştirakçılar ilə birlikdə həmin ünvana daxil olur. Seymura yaşadığı ünvanda saxlamış olduğu narkotik vasitələri təqdim edilməsi təklif olunan zaman Seymur mənzilin qonaq otağında olan stolun üzərində şüşə qabın içərisindən ağ kağızın içərisində olan 09 ədəd ağ rəngli kağız bükümləri təqdim edir. Həmin bükümlər hər biri açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edilir. Aşkar edilmiş həmin maddələr hər biri elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin bükülmüş olduğu ağ rəngli kağız bükümlər ilə birlikdə çəkisinin 0,08 qram, 0,06 qram, 0,06 qram, 0,06 qram, 0,07 qram, 0,07 qram, 0,08 qram, 0,08 qram, 0,10 qram həmin maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 0,50 qram olduğu müəyyən edilir və aşkar edilmiş həmin maddələr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-nin 128 saylı möhürü ilə möhürlənir. Sorğu zamanı Seymur yaşadığı ünvandan aşkar edilmiş qəhvəyi rəngli maddənin "kakos" olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 (otuz) manata aldığını və üzərində gəzdirdiyini bildirir. Bundan sonra videoçəkiliş dayandırılır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4256 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №128”dairəvi möhür əksi və “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə...Təqsirləndirilən şəxs,imza,Tərtib etdi: K.Hacıyev imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 09 (doqquz) ədəd bükümlərdəki təmiz çəkiləri 0,020 qram, 0,014 qram, 0,018 qram, 0,020 qram,0,022 qram,0,021 qram, 0,022 qram, 0,016 qram, 0,019 qram, ümumi təmiz çəkisi 0,172 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroin təmiz çəkisi - 0,172 qram (0,020 qram, 0,014 qram, 0,018 qram, 0,020 qram, 0,022 qram, 0,021 qram, 0,022 qram, 0,016 qram, 0,019 qram), tədqiqata sərf edildi - 0,09 qram (hər birindən 0,01 qram), qalıq - 0,082 qram (0,01 qram, 0,04 qram, 0,008 qram, 0,01 qram, 0,012 qram, 0,011 qram, 0,012 qram, 0,006 qram, 0,009 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5202 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi inəticəsində Asılılıq sindromu aşkar olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2006- cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,172 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,082 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1169 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı Zona Tibbi Sosial Ekspert Komissiaysı tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3653 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən eyni zamanda bir neçə narkotik maddənin qəbulundan yaranan psixi və davranış pozuntusu diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat sərf etmişdir. Ona görə də, 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,172 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,082 qram narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 92.00 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 35/14В, mənzil 6 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,082 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 92.00 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar