Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-92/2025 13.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs tanışlarının vasitəsilə “Socar”da dəmir ayaqaltı istehsal edən şirkətdə iş icraçısı vəzifəsinə işə düzəlməsində köməklik edəcəyi barədə həqiqətəuyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin dekabr ayının sonlarında Sumqayıt şəhəri, 17-ci mikrorayon, 29 saylı binanın qarşısında 3.000 manat, 2023-cü ilin fevral ayında Sumqayıt şəhəri, 17-ci mikrorayon, 29 saylı binanın qarşısında 750 manat, 2023-cü ilin mart ayında Gəncə şəhəri, avtovağzalın yaxınlığında 1.500 manat,2023-cü ilin may ayında Sumqayıt şəhəri, 17-ci mikrorayon, 29 saylı binanın qarşısında 1.000 manat, 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs göstərişi ilə sonuncunun anası Şahid Sumqayıt şəhəri, TTYX-da 750 manat və sonuncu dəfə 2023-cü ilin oktyabr ayının ortalarında Sumqayıt şəhəri, 17-ci mikrorayon, 29 saylı binanın qarşısında 1.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs - ümumilikdə 8.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin dekabr ayında Gürcüstandan Bakıya qayıdarkən yolda təsadüfən Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Orxan anası ilə olmuş və söhbət zamanı Gürcüstanda dayısının hüzür mərasiminə getdiklərini demişlər. Söhbət əsnasında Orxana «Socar» şirkətində muzdlu işçi kimi işləməsinə baxmayaraq dənizdə işlədiyini, bir ay işdə və bir ay evdə olduğunu demişdir. Orxan da ona şirkətdə işə düzəlmək istədiyini bildirmiş və Orxana bu işlə maraqlanacağını demişdir. Onlar ayrıldıqdan bir neçə gün sonra Orxanın mərhum dayısının Sumqayıt şəhərində keçirilən hüzür mərasimində iştirak etmişdir. Bir müddətdən sonra Orxanla zəngləşmiş və Sumqayıt şəhərində görüşmüşdür. İş barədə söhbət düşən zaman Orxana yalan danışaraq əlaqədərindən istifadə edərək «Socar» da onu maaşı 2200-2700 manat olan dəmir ayaqaltı istehsal edən şirkətdə iş icraçısı vəzifəsinə düzəlməsinə köməklik edə biləcəyini, bunun üçün ümumilikdə 8.000 manat pul verilməsinin lazım olduğunu, ilkin olaraq 3.000 manat, qalan pulu da hissə-hissə verməli olduğunu demişdir. Bir necə gündən sonra 2022-ci ilin dekabr ayının sonlarında Orxanla zəngləşmiş və onlar Sumqayıt şəhərində görüşmüşlər. Orxandan onu işə düzəlmək adı ilə ilkin olaraq 3.000 manat pul almışdır. Həmçinin Orxana şəxsiyyət vəsiqəsinin, xarici pasportun və əmək kitabçasının surətlərini də gətirməsini xahiş etmişdir. Orxana vəd verdiyi işin 2-3 aya düzələcəyini, narahat olmamasını demiş və ayrılmışlar. Bundan sonra bir neçə ay ərzində Orxandan onu işə düzəlməsində köməklik edəcəyi adı ilə hissə-hissə əlavə olaraq 5.000 manat - ümumilikdə 8.000 manat pul almışdır. Belə ki, həmin pulun 750 manatını Orxan Sumqayıt şəhərində xəstəxanada müalicə olunduğu vaxt Orxanın xahişi ilə anası Fatma ilə görüşərək ona vermiş və 1.500 manat məbləği isə isə Orxanla birlikdə Gəncə şəhərində olan zaman ona vermişdir. Sonuncu dəfə 2023-cü ilin oktyabr ayında Orxan ona 1.000 manat pulu Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində görüşüb vermişdir. Orxandan aldığı ümumilikdə 8.000 manat pulu öz şəxsi maddi ehtiyaclarına xərcləmiş və Orxana vəd verdiyi işə düzəlməsi ilə bağlı heç bir iş görməmişdir. Bir müddətdən sonra Orxan ona zəng edərək işin nə yerdə olduğunu soruşmuşdur. O, Orxana xəbər edəcəyini və səbrli olmasını demişdir. Daha bir müddət keçdikdən sonra Orxan ondan pulunu geri qaytarmağını istəmiş, lakin onun pulu olmadığı üçün məcbur olub bəhanələr gətirmiş və pul tapa bilmədiyi üçün həmin məbləğin qaytarılmasını yubatmışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın 4000 manatının ödənilməsini, qalan borcu isə hissə-hissə ödənilməsi üçün aralarında razılıq əldə edilməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin dekabr ayının ortalarında tanış olmuşdur. Həmin vaxtı o anası ilə Gürcüstan Respublikasına dayısının hüzür mərasiminə getmişdir. Gürcüstandan Türkiyəyə, oradan da təyyarə ilə ölkəyə geri qayıtmış və Ziya ilə təsadüfən tanış olmuşdur. Söhbət zamanı Ziya ona «Socar» şirkətində işlədiyini demiş, o da işə düzəlmək istədiyini bildirmiş və Ziya onu da özünün işlədiyi yerə düzəldə biləcəyini demişdir. Beləcə onlar arasında səmimi münasibətlər yaranmış və birbiri ilə əlaqə saxlamağa başlamışlar. Ziya onun dayısının Sumqayıt şəhərində keçirilən hüzür mərasiminə gəlmişdir. Bir neçə gündən sonra o Ziya ilə zəngləşərək Sumqayıt şəhərində görüşmüşlər. Ziya ona şirkətdə olan əlaqələrindən istifadə edərək «Socar»da dəmir ayaqaltı istehsal edən şirkətdə maaşı 2200-2700 manat olan iş icraçısı vəzifəsinə düzəlməyinə köməklik edə biləcəyini, həmin işə düzəlməyin ümumilikdə 8.000 manata başa gələcəyini, ilkin olaraq 3.000 manat pul lazım olduğunu, qalan pulu isə ona sonradan deyəcəyini bildirmişdir. O, Ziyanın bu təklifi ilə razılaşmış və bir neçə gündən sonra 2022-ci ilin dekabr ayının sonlarında dəqiq xatırlamadığı tarixdə Ziya ilə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən yaşadığı evinin qarşısında görüşmüş, ilkin olaarq 3.000 manat pulu Ziyaya vermişdir. Ziya ona 2-3 ay ərzində işə əmri veriləcəyini demişdir. Həmçinin Ziyanın istəyi ilə şəxsiyyət vəsiqəsinin, xarici pasportun və əmək kitabçasının surətlərini də ona vermişdir. Bir müddətdən sonra Ziya işinin yubandığını və səbr etməyini demişdir. Bundan sonra o Ziya ilə 2023-cü ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə Sumqayıt şəhəri, 17ci mikrorayonda yerləşən yaşadığı evinin qarşısında görüşmüş, Ziyaya 750 manat, 2023cü ilin mart ayında dəqiq xatırlamadığı tarixdə Gəncə şəhərində birlikdə olarkən orada yerləşən avtovağzalın yaxınlığında 1.500 manat, 2023-cü ilin may ayında dəqiq xatırlamadığı tarixdə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən yaşadığı evinin qarşısında görüşmüşdür. Ziyaya 1.000 manat, 2023-cü ilin iyun ayının əvvəlində dəqiq xatırlamadığı tarixdə Sumqayıt şəhəri mərkəzi xəstəxanasında müalicə aldığı zaman Ziya ondan iş üçün 750 manat istəmişdir. Onun sözü ilə anası Fatma Ziya ilə Sumqayıt şəhəri TTYX-da görüşmüşdür. Ziyaya 750 manat vermiş və sonuncu dəfə 2023-cü ilin oktyabr ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Ziya ilə Sumqayıt şəhərində yaşadığı 17-ci mikrorayonda yerləşən evinin qarşısında görüşmüş və Ziyaya 1.000 manat pul vermişdir. Ziyadan hər dəfə iş barədə soruşan zaman ona narahat olmamağını və işinin düzələcəyini demişdir. Bir müddətdən sonra Ziya onun zənglərinə cavab vermədiyi üçün sonuncunu özü axtarmağa başlamış, lakin tapa bilməmişdir. Ziya onun etibarından istifadə edərək dələduzluq yolu ilə pulunu ələ keçirmiş və buna görə də Ziya barəsində polisə şikayət etmişdir. Ziya onu «Socar»da dəmir ayaqaltı istehsal edən şirkətdə iş icraçısı vəzifəsinə düzəlməyində köməklik edəcəyi adı ilə 2022-ci ilin dekabr ayının sonlarından 2023-cü ilin oktyabr ayına qədər hissə-hissə ondan ümumilikdə 8.000 manat pul almışdır. Ona ümumilikdə 8.000 manat maddi ziyan dəymişdir. Həmin zərərdən hazırda 4000 manatını Ziya ödəmiş, qalan pulun isə hər ay hissə-hissə ödənilməsi üçün aralarında razılıq əldə edilmişdir. Bu razılıq isə notarial qaydada təsdiqlənmişdir. Daha sonra məhkəməyə notarial qaydada ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən zərərin əvəzinin ödənilməsi barədə öhdəliyə əməl edilərək ziyanın hazırda ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. 2022-ci ilin dekabr ayında Orxanla Gürcüstandan evlərinə gələn zaman Təqsirləndirilən şəxsla tanış olmuşlar, Ziya Orxana onu işlədiyi “Socar” şirkətinə işə düzəldəcəyini demişdir. Həmin gündən bir neçə gün sonra Ziya Sumqayıt şəhərində keçirilən mərhum qardaşının yas mərasiminə gəlmişdir. Bir neçə gün sonra Ziya Orxanla Sumqayıt şəhərində görüşmüş, həmin vaxt Orxandan onu “Socar”a işə düzəldəcəyi adı ilə 3000 manat pul almışdır. Həmin vaxtdan sonra Ziya Orxandan hissəhissə ümumilikdə 5000 manat da almışdır. 2023-cü ilin iyun ayında Orxan xəstəxanada müalicə alan zaman Ziyanın ondan 750 manat da istədiyini və evdə olan pulundan götürüb Ziyaya verməsini demişdir. O da Orxanın sözü ilə Ziya ilə Sumqayıt şəhəri TTYX-da görüşmüş və Ziyaya 750 manat vermişdir. Sonuncu dəfə isə 2023-cilin oktyabr ayının ortalarında Ziya Orxandan 1000 manat almışdır. X2 işə düzəlmək adı ilə 8000 manat pul almışdır, lakin Orxana verdiyi vədə etmədiyi və Orxanın pulunu qaytarmadığı üçün Orxan polisə şikayət etmişdir. Cinayət işinin 62-63-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ 1-ci Polis bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14:40 radələrində tutularaq saxlanılması üçün Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 38-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 200 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddələrinə əsasən etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın 4000 manat hissəsini ödəməsini, qalan zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə aralarında razılıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın 4000 manat hissəsini ödəməsini, qalan zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə aralarında razılıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən onun 03 fevral 2025ci il tarixdən hazırkı tarixədək, yəni 13 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 10 (on) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 06 (altı) ay 20 (iyirmi) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdən hazırkı tarixədək, yəni 13 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 10 (on) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 06 (altı) ay 20 (iyirmi) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə üzrə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-92/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-92/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver