Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-929/2023 29.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Rafael qızının iştirakları ilə, xx.xx.1999-cu ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qubadlı rayonu ərazisində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixdə, təxminən saat 17:29 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən "Karvan" Ticarət Mərkəzinin içərisində 79 saylı ayaqqabı mağazasının qarşısında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ gözətrafı nahiyənin qançırı, gözün ağlı qişasına qansızma xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək bildirdi ki, o, bir müddətdir ki, Zərərçəkmiş şəxs tanıyır. Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən "Karvan" Ticarət Mərkəzinin içərisində 377 saylı ayaqqabı mağazası atası Rzayev Tahir İsa oğluna məxsusdur. O, atasnın yanında işləyir. Zərərçəkmiş şəxs da oradan tanıyır. Belə ki, o qonşuluqda yaşayan qadın ayaqqabıları mağazasında satıcı kimi işləyir. Aralarında dostluq münasibəti olmuşdur. Onlar heç bir zaman sevgili olmamışlar. Könül isə onun sevgilisidir. Son günlər Zərərçəkmiş şəxs dəfələrlə Könülə və digər şəxslərə onun barəsində xoşagəlməz ifadələr söyləmişdir. O, əvvəllər Zərərçəkmiş şəxs heç nə deməsə də, artıq onun kənardan ona söz göndərmələrinə dözə bilməmişdir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 18:10 radələrində işdə olduğu zaman Zərərçəkmiş şəxs onun ailə üzvlərinə qarşı nalayiq ifadə səsləndirmişdir. O, dözə bilməyib Zərərçəkmiş şəxs üzərinə getmiş, cavabını qaytarmış, üzərinə ayaqqabı atmış və onu sillə zərbəsi ilə vurmuşdur. Zərərçəkmiş şəxs ilə münaqişə edən zaman yanlarında heç kim olmamışdır. Özü hadisə vaxtı heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs Rafael qızı bildirdi ki, əvvələr ailəli olub, sonra boşanmışdır. Onun bir övladı vardır. Lakin rəsmi nikahı olmamışdır. Təqsirləndirilən şəxs 4 ilə yaxındır ki, tanıyır. Təqsirləndirilən şəxs atasının Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən "Karvan" Ticarət Mərkəzində ayaqqabı mağazası vardır. Özü orada qonşuluqda yerləşən qadın ayaqqabı mağazasında satıcı işləyir. Onların oradan tanışlıqları və münasibətləri yaranmışdır. Amma heç bir zaman sevgili olmamışlar. Yalnız dost kimi münasibətləri olmuşdur. Son 1 həftədir ki, Könül adlı qadın mütəmadi olaraq ondan Təqsirləndirilən şəxs onunla danışıb-danışmadığını ondan soruşur. Könül Təqsirləndirilən şəxs sevgilisidir. O, Könülə Təqsirləndirilən şəxs ilə aralarında münasibət olmadığını deməkdən bezmişdir. Təqsirləndirilən şəxs tez-tez öz mağazalarından ona baxaraq gülür və bu da ona pis təsir edir. O, dəfələrlə Könülə bu barədə bildirsə də, xeyri olmamışdır. xx.xx.2023-cü il tarixdə, təxminən saat 18:10 radələrində Sumqayıt şəhəri, 32ci məhəllə ərazisində yerləşən "Karvan" Ticarət Mərkəzinin içərisində satıcı işlədiyi 79 saylı qadın ayaqqabıları satılan mağazanın qarşısında dayanan zaman Təqsirləndirilən şəxs qəfildən üzərinə gələrək Könüldən ona söz göndərdiyini irad tutaraq onu təhqir etmiş, üstünə ayaqqabı atmış və üzərinə hücum çəkərək döymüşdür. O bundan sonra Təqsirləndirilən şəxs barəsində polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs Rafael qızı təqsirləndirilən şəxslə barışdığını bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsinə etiraz etmədi. İş materiallarında olan xx.xx.2023-ci il tarixli, 1798 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Rafael qızının bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əllə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs Rafael qızı məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək, sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmişə vurulan ziyanı ödəməklə onunla barışdığını bildirərək, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 4359 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. İşdə olan Qubadlı rayon İcra Hakimiyyəti Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə 1973-cü il təvəllüdlü atası Rzayev Tahir İsa oğlu, 1975-ci il təvəllüdlü anası X1 və 2001-ci il təvəllüdlü qardaşı X2 daxildir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədə zərəçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(060)-929/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-929/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver