Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-929/2024 26.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 iştirakı ilə, Xüsusi ittiham qaydasında X2 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 məhkəməyə teleqram vuraraq xüsusi ittiham qaydasında məhkəməyə göndərdiyi ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, teleqramda qeyd edilənlər təmin edilməli, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300-cü maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında vermiş olduğu şikayət ərizəsi baxışdan çıxarılmaqla geri qaytarılsın. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-929/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-929/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver