Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-93/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3, müdafiəçilər-Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və X5 iştirakları, 15.02.2001-ci ildə Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, hazırki cinayət işi üzrə təqsirləndirildiyi cinayəti törədərkən məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yeni yaşayış massivi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə, xx.xx.2002-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, hazırki cinayət işi üzrə təqsirləndirildiyi cinayəti törədərkən məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 29-cu məhəllə, yataqxana 4, otaq 17 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə, xx.xx.1993-cü ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamuş, ünvan 5 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 29-cu məhəllə, yataqxana 15/4, otaq 14 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24.01.2020ci il tarixdə saat 02:00 radələrində Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisindəki 13 A nömrəli binanın qarşısına gəlib ətrafı nəzərdən keçirərək heç kəsin olmadığına əmin olduqdan sonra X1 orada saxladığı “Mercedes C 200” markalı, ** VN *** dövlət qeydiyyat nişanli avtomobilinin qabaq sağ yan şüşəsini yerdən götürdüyü daşla vurub sındıraraq avtomobilin salonunda olan saxlanc yerindən 12 on iki manat dəyərində 32 GB-lıq elektron məlumat daşıyıcısını və 1150 min yüz əlli manat nağd pulu gizli yolla talayaraq zərərçəkmiş şəxs Saməddin Müslümzadəyə ümumilikdə 1162 (min yüz altmiş iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 mart 2020-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisindəki 25/24 saylı binanın qarşısına gəlib ətrafı nəzərdən keçirərək heç kəsin olmadığına əmin oduqdan sonra Zərərçəkmiş şəxs3 orada saxladığı “Hundai Santafe” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini yerdən götürdüyü daşla vurub sındıraraq avtomobilin qabaq sağ oturacağın üzərindən içərisində 513 manat pul, 70 manat dəyərində “Coco chanel mademoiselle” markalı ətir, 180 manat dəyərində “Sospiro Opera” markalı ətir, 40 manat dəyərində “Treparin 250” dərman həbi, 27 manat dəyərində “Cerebrovın” markalı dərman həbi olan 120 manat dəyərindəki “Louis Vuitton SS19” markalı əl çantasını gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 950 (doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 onlara Zərərçəkmiş şəxs2 cibində 400 manat pulun olduğunu, həmin pulu oğurlamaları barədə bildirib cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etdikdən sonra 26 avqust 2020-ci il tarixdə saat 01:00 radələrində, Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində 4 saylı yataqxananın yaxınlığında Zərərçəkmiş şəxs2 yaxınlaşaraq pulunu ələ keçirmək məqsədi ilə başını qarışdırmaq üçün söhbətə tutmuş, həmin vaxtı Təqsirləndirilən şəxs1 əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs2 kürək nahiyəsinə bir dəfə vuraraq yerə yıxmış, o, yerdə olan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə yumruqla bir neçə dəfə vuraraq həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 şalvarının sol arxa cibindən 400 manat pulunu və sağ yan cibindən 160 manat dəyərində “Redmi-8” markalı mobil telefonunu açıq şəkildə ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs2 560 (beş yüz altmış) manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 onlara Zərərçəkmiş şəxs2 cibində 400 manat pul olduğunu, həmin pulu oğurlamaları barədə onlara bildirib cinayətin tördilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etdikdən sonra Təqsirləndirilən şəxs2 26 avqust 2020-ci il tarixdə saat 01:00 radələrində, Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində 4 saylı yataqxananın yaxınlığında Zərərçəkmiş şəxs2 yaxınlaşaraq pulunu ələ keçirmək məqsədi ilə başını qarışdırmaq məqsədi ilə söhbətə tutmuş, həmin vaxtı o, əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs2 kürək nahiyəsinə bir dəfə vuraraq yerə yıxmış, Təqsirləndirilən şəxs2 yerdə olan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə yumruqla bir neçə dəfə vuraraq həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmiş, o, Zərərçəkmiş şəxs2 şalvarının sol arxa cibindən 400 manat pulunu və sağ yan cibindən 160 manat dəyərində “Xiaomi Redmi” markalı, “M1908C3KG” modelli mobil telefonunu açıq şəkildə ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs2 560 (beş yüz altmış) manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında onlara evinə qonaq gəlmiş Zərərçəkmiş şəxs2 cibində 400 manat olduğunu, həmin pulun oğurlamaları barədə bildirib onlara cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etmiş, bundan sonra Təqsirləndirilən şəxs2 26 avqust 2020-ci il tarixdə saat 01:00 radələrində, Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində 4 saylı yataqxananın yaxınlığında Zərərçəkmiş şəxs2 cibində pulun olduğunu əvvəlcədən gördüyündən və ələ keçirmək istədiyindən ona yaxınlaşaraq başını qarışdırmaq üçün söhbətə tutmuş, həmin vaxtı Təqsirləndirilən şəxs1 əlində olan taxta parçası ilə Zərərçəkmiş şəxs2 kürək nahiyəsinə bir dəfə vuraraq yerə yıxmış, o, yerdə olan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə yumruqla bir neçə dəfə vuraraq həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 şalvarının sol arxa cibindən 400 manat pulunu və sağ yan cibindən 160 manat dəyərində “Xiaomi Redmi” markalı, “M1908C3KG” modelli mobil telefonunu açıq şəkildə ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs2 560 (beş yüz altmış) manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq cinayəti törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o heç bir oğurluq cinayəti törətməmiş və həmin oğurluq cinayətlərini törətməsini ibtidai istintaq zamanı ona görə etiraf etmişdir ki, ona polis əməkdaşları tərəfindən təzyiq göstərilmişdir. Soyğunçuluq cinayəti ilə bağlı isə onu bildirir ki, Təqsirləndirilən şəxs1 2 ilə yaxındır ki, tanımış, onunla münasibəti normal olmuş və dostluq münasibətləri vardır. 25 avqust 2020-ci il tarixdə saat 23:00 radələrində o, Elcanın yaşadığı 29-cu məhəlləyə getmişdir ki, onu evdən çağırıb həyətdə bir qədər gəzişsinlər. O, Elcanı evindən həyətə çağırmışdır. Sonra o, 29-cu məhəllədə yerləşən marketə girib 2 ədəd “Go” içkisi, bir qutu “LD” siqareti almışdır. Sonra yataqxananın yaxınlığındakı oturacaqda Elcanla əyləşib “Go” içkisini içmiş, siqaret çəkməyə başlamışdır. Həmin vaxtı 29-cu məhəllədə yataqxanada yaşayan Şahin adlı tanışı onlara yaxınlşaraq demişdir ki, evinə tanış qonaq gəlib. Onun cibində 400 manat pul var, ondan həmin pulu borca istəsə də tanışı ona borc vermir, buna görə də tanışın pulunu götürsünlər və həmin pulun da 100 manatnı ona versinlər. 26.08.2020-ci il tarixdə saat 01:00 radələrində o, Elcanla birlikdə 29-cu məhəllə ərazisindəki qarajların yanında olan zibil qutularının yaxınlığında dayanarkən həmin oğlan sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 onların yanından keçməyə başlamışdır. Həmin vaxtı o, Elcana bildirmişdir ki, kənarda dayansın. Çünki həmin oğlan Elcanı tanıya bilərdi. O, həmin vaxtı Amilin qarşısını kəsib ona bildirmişdir ki, “Bayaq dostumun əlindən mobil telefonunu almısan”. Amil ona demişdir ki, o, heç kimdən mobil telefon almamışdır. Həmin vaxtı o, bir dəfə yumruqla Amilin sifət nahiyəsindən vurmuş, Amil yerə yıxılmışdır. Amil qışqırmaq istəyərkən onun ağzından tutmuşdur ki, qışqırmasın. Sonra o, Amilin ciblərini axtarmış və onun şalvarının arxa sol cibindən pulları, şəxsiyyət vəsiqəsini və yerə düşmüş “Redmi” markalı mobil telefonunu götürmüşdür. Sonra o, Elcanla birlikdə 14-cü məhəllə istiqamətində qaçmağa başlamışdır. Onlar bir qədər aralandıqdan sonra Amildən götürdüyü pulları saydıqda 123 manat olduğunu görmüşdür. Həmin pullar 4 ədədi 5 manatlıq, qalanları isə 1 manatlıq əskinaslar olmuşdur. Sonra tanımadıqları taksi avtomobili ilə Bakı şəhərinə getmişlər. Oğurladıqları pulları Bakı şəhərində müxtəlif yerlərdə xərcləmişlər, “Redmi” markalı mobil telefonu isə Elcan özündə saxlamışdır ki, gələcəkdə müştəri tapıb satarlar. Sonra onlar Bakı şəhərindən Sumqayıt şəhərinə qayıtmışlar. O, Şahinlə görüşüb oğurladığı pulun 50 manatını Şahinə vermişdir. Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 pulunu götürərkən orada olmamışdır. 26.08.2020-ci il tarixdə o, Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində gəzişərkən Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin əməkdaşları ona yaxınlaşıb polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 oğurluq cinayətləri üzrə onun barəsində bəraət hökmü, soyğunçuluq cinayət ilə bağlı isə həmin cinayəti tək törətdiyini və buna görə əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CMnin 177.2.2,180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək heç bir yerdə işləmədiyini, ona görə də maddi problemləri olduğundan maddi ehtiyaclarını ödəmək üçün oğurluq etmək qərarına gəldiyini bildirərək mahiyyət üzrə göstərmişdir ki, 2020-ci ilin yanvar ayının 23-dən 24-ə keçən gecə o, oğurluq etmək məqsədi ilə yaşadığı evdən çıxıb Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərasinə gəlmişdir. Həmin vaxtı saat 02:00 radələrində o, həmin məhəllənin ərazisində gəzərkən orada olan yeni tikili hündür mərtəbəli binanın yaxınlığında yerləşən beş mərtəbəli binanın qarşısında gümüşü rəngli “Mercedes” markalı avtomobilin dayandığını görüb həmin avtomobilə yaxınlaşmışdır. Ətrafda heç kimin olmadığını dəqiləşdirdikdən sonra qərara gəlmişdir ki, həmin avtomobilin süşəsini sındıraraq içərisindən oğurluq etsin. O, yerdən götürdüyü daşla avtomobilin sağ qapısının şüşəsini sındırıb avtomobilin salonunda olan qoltuqaltını və sağlanc yerini axtarmağa başlamışdır. Həmin vaxt avtomobilin salonunun saxlanc yerinə baxdıqda bir ədəd yaddaş kartı, bükülü vəziyyətdə çoxlu pul və şəxsiyyət vəsiqəsi olduğunu görmüşdür. O, həmin pulları, yaddaş kartını və şəxsiyyət vəsiqəsini götürüb oradan uzaqlaşmışdır. Oradan uzaqlaşdıqdan sonra oğurladığı pulları saydıqda təxminən 1000 manat pul olduğunu görmüşdür. O, oğurladığı pulları götürmüş, şəxsiyyət vəsiqəsini və yaddaş kartını isə xatırlamadığı yerə tullamışdır. Bundan sonra oradan yaşadığı evə getmişdir. Sonrakı günlərdə isə oğurladığı pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, maddi vəziyyəti ağır olduğu üçün qərara gəlmişdir ki, yenidən oğurluq etsin. Bu səbəbdən 23 mart 2020-ci il tarixdə axşam vaxtı o, yaşadığı evdən çıxıb Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisinə gəlmişdir. Həmin gün təxminən saat 22 radələrində o, 4-cü məhəllə ərazisində gəzişərkən binaların birinin həyətində ağ rəngli “Hundai Santafe” markalı avtomobilin saxlanıldığını görmüşdür. O, avtomobilin yanından keçərkən şüşəsindən içəri baxdıqda sağ qabaq oturacağın üzərində qadın əl çantasının olduğunu görmüşdür. Çantanın rəngi yadında qalmamış, orta ölçülü çanta olmuşdur. O, çantada pul olmasını ehtimal etdiyi üçün qərara gəlmişdir ki, həmin çantanı oğurlasın. Həmin vaxtı o, yerdən daş götürüb maşının qabaq yan şüşəsini sındırmış, qabaq oturacağın üzərində olan əl çantasını götürərək oradan uzaqlaşmışdır. O, oradan uzaqlaşdıqdan sonra çantanın içərisinə baxdıqda çantanın içərisində 500 manata yaxın pul olduğunu görmüşdür. O, həmin pulları götürmüş, çantada olan 2 ədəd ətiri, müxtəlif dərman preparatlarını çanta ilə birlikdə xatırlamadığı yerə tullamışdır. Götürdüyü pulları sonrakı günlərdə öz ehtiyacı üçün xərcləmişdir. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs1 2 ilə yaxındır ki, tanıdığını, onunla münasibətinin normal olduğunu, dost olduqlarını bildirərək mahiyyət üzrə göstərmişdir ki, 25 avqust 2020-ci il tarixdə saat 23:00 radələrində o, Elcanın yaşadığı 29cu məhəlləyə getmişdir ki, onu evdən çağırıb həyətdə bir qədər gəzişsinlər. O, Elcanı evindən həyətə çağırmışdır. Sonra o, 29-cu məhəllədə yerləşən marketə girib 2 ədəd “Go” içkisi və bir qutu “LD” siqareti almışdır. Sonra Elcanın yanına gəlmişdir. Sonra yataqxananın yaxınlığındakı orturacaqda Elcanla əyləşib “Go” içkisini içmiş, siqaret çəkməyə başlamışdır. Həmin vaxtı 29-cu məhəllədə yataqxanada yaşayan Şahin adlı tanışı onlara yaxınlşaraq demişdir ki, evinə qonaq gələn tanışının cibində 400 manat pul vardır və onu döyüb pulunu götürək. Həmin pulun da 100 manatını ona verək. 26.08.2020-ci il tarixdə saat 01:00 radələrində o, Elcanla birlikdə 29-cu məhəllə ərazisindəki qarajların yanında olan zibil qutularının yaxınlığında dayanarkən həmin oğlan sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 onların yanından keçməyə başlamışdır. Həmin vaxtı o, Elcana bildirmişdir ki, kənarda dayansın. Çünki həmin oğlan Elcanı tanıya bilərdi. O, həmin vaxtı Amilin qarşısını kəsib ona bildirmişdir ki, bayaq dostunun əlindən mobil telefonunu əlindən almısan. Amil ona demişdir ki, o, heç kimdən mobil telefon almamışdır. Həmin vaxtı o, bir dəfə yumruqla Amilin sifət nahiyəsindən vurmuş, Amil yerə yıxılmışdır. Amil qışqırmaq istəyərkən o, Amilin ağzından tutmuşdur ki, qışqırmasın. Sonra o, Elcana demişdir ki, onun ciblərini axtarsın. Elcan Amilin şalvarının arxa sol cibindən pulları, şəxsiyyət vəsiqəsini və yerə düşmüş “Redmi” markalı mobil telefonunu götürmüşdür. Sonra o, Elcanla birlikdə 14-cü məhəllə istiqamətində qaçmağa başlamışdır. Onlar bir qədər aralandıqdan sonra Amildən götürdükləri pulları saydıqda 123 manat olduğunu görmüşdür. Həmin pullar 4 ədədi 5 manatlıq, qalanları isə 1 manatlıq əskinaslar olmuşdur. Onlar Amilə məxsus şəxsiyyət vəsiqəsini xatırlamadıqları yerə tullamışlar. Sonra tanımadıqları taksi avtomobili ilə Bakı şəhərinə getmişlər. Oğurladıqları pulları Bakı şəhərində müxtəlif yerlərdə xərcləmişlər, “Redmi” markalı mobil telefonu isə Elcan özündə saxlamışdır ki, gələcəkdə müştəri tapıb satarlar. Sonra onlar Bakı şəhərindən Sumqayıt şəhərinə qayıtmışlar. O, Şahinlə görüşüb oğurladığı pulun 50 manatını Şahinə vermişdir. 26.08.2020-ci il tarixdə o, Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində gəzişərkən Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin əməkdaşları ona yaxınlaşıb polis bölməsinə dəvət etmişlər. O, polis bölməsinə gəlmiş, polis bölməsində Elcanla birlikdə törətdiyi cinayəti etiraf etmişdir. Eləcə də o, ifadəsində Zərərçəkmiş şəxs2 əvvəllər tanımadığını, onunla aralarında heç bir münasibət, ədavət və ya münaqişə olmadığını, Zərərçəkmiş şəxs2 cibindən 123 manat pul götürdüklərini, məsuliyyətdən qorxduğu üçün əvvəlki ifadəsində o cürə göstərdiyini, Təqsirləndirilən şəxs3 ifadəsində yalandan göstərdiyini, oğurladıqları puldan ona 50 manat pul verdiyini, Təqsirləndirilən şəxs3 Elcana və ona Amilin cibində pul olduğunu, Amili döyüb onun pulunu götürmələrini dediyini, hadisə vaxtı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 taxta parçası ilə vurmadığını, yumruqla bir dəfə onun sifət nahiyəsinə vurduğunu, hadisə vaxtı onun cibindən 400 manat deyil, 123 manat pul götürdüklərini, Zərərçəkmiş şəxs2 cibindən götürdükləri pulları Bakı şəhərində müxtəlif yerlərdə xərclədiklərini, hadisə zamanı avtomobillərdən oğurluq edərkən onu heç kəsin görmədiyini, avtomobillərdən oğurluq edərkən ona heç kəsin köməklik etmədiyini, həmin oğurluqları tək törətdiyini göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs2 2 ilə yaxındır ki, tanıyır, onunla münasibəti normaldır və dostluq ediblər. 25 avqust 2020-ci il taixdə saat 23:00 radələrində Ruslan onun yaşadığı ünvana gələrək onunla yaşadığı 29-cu məhəllədə görüşmüşdür. O, Ruslanla məhəllədə bir qədər gəzişmişdir. Sonra Ruslan 29-cu məhəllədə yerləşən marketə gedib iki ədəd “Qo” içkisi və bir qutu “LD” siqareti almışdır. O, isə mağazanın yaxınlığında onu gözləməyə başlamışdır. Az sonra Ruslan marketdən çıxıb onun yanına gəlmişdir. Onlar orada olan skamyada əyləşib “Qo” içkisini içmiş, sonra siqaret çəkməyə başlamışlar. Həmin vaxtı Ruslan ona demişdir ki, yaşadığı yataqxananın binasında yaşayan Şahin ona Amil adlı tanışının onlara qonaq gəldiyini, Amilin cibində 400 manat pul olduğunu, həmin pulu onun cibindən götürməsini, götürəcəyi puldan ona 100 manat pul verməsini bildirmişdir. O, həmin vaxt Ruslana biuldirmişdir ki, Amili üzdən tanıyır. O, Şahingilə tez-tez gəlib gedir. Ona görə də onu tanıyarlar. Ruslan ona demişdir ki, “narahat olma, səni görməyəcəklər, mən özüm həmin oğlandan pulu götürəcəm”. O, Ruslanla razılaşmış, ona demişdir ki, kənarda dayanacaq. Ruslan həmin vaxt ona bildirmişdir ki, həmin oğlan evdən çıxarkən onu güdüb, döyüb pullarını götürəcəkdir. 26.08.2020-ci il tarixdə saat 01:00 radələrində o, Ruslanla məhəllə ərazisində yerləşən qarajların yanında olan zibil qutularının yaxınlığında dayanarkən həmin oğlan sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 onların yanından keçməyə başlamışdır. Həmin vaxtı Ruslan Amilin qarşısını kəsib onunla söhbət etməyə başlamışdır. O, kənarda dayandığı üçün onların nə danışdığını eşidə bilməmişdir. Sonra Ruslan yumruqla bir dəfə Amilin sifət nahiyəsinə vurmuşdur. Həmin vaxt Amil zərbənin təsirindən yerə yıxılmış, Ruslan isə onun cibindən pulunu, şəxsiyyət vəsiqəsini və yerə düşmüş “Redmi” markalı mobil telefonunu götürmüşdür. Sonra o, Ruslanla birlikdə 14-cü məhəllə istiqamətində qaçmağa başlamışdır. Onlar bir qədər aralandıqdan sonra Ruslanın Amildən götürdüyü pulları saydıqda 123 manat olduğunu demişdir. Həmin pullar 4 ədədi 5 manatlıq, qalanları isə 1 manatlıq əskinaslar olmuşdur. Ruslan şəxsiyyət vəsiqəsini xatırlamadığı yerə tullamış, sonra tanımadıqları taksi avtomobili ilə Bakı şəhərinə getmişlər. Ruslanın oğurladığı pulları Bakı şəhərində müxtəlif yerlərdə xərcləmişlər, “Redmi” markalı mobil telefonu isə Ruslan ona vermişdir ki, gələcəkdə müştəri tapıb satar. Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 pulunu götürərkən orada olmamışdır. 26.08.2020-ci il tarixdə o, yaşadığı evdə olarkən Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin əməkdaşları evə gələrək onu polis bölməsinə dəvət etmişlər. O, polis bölməsinə gəlmiş, polis bölməsində Polis əməkdaşlarının ona göstərdikləri təzyiq nəticəsində o həmin cinayəti Ruslanla birlikdə törətdiyini qeyd etmişdir. Əslində isə o, heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxs1 qeyd olunanların nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CMnin 180.2.1 və 180.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək Təqsirləndirilən şəxs2 2 ilə yaxındır ki, tanıdığını, onunla münasibətinin normal olduğunu, dost olduqlarını bildirərək mahiyyət üzrə göstərmişdir ki, 25 avqust 2020-ci il taixdə saat 23:00 radələrində Ruslan onun yaşadığı ünvana gələrək onunla yaşadığı 29-cu məhəllədə görüşmüşdür. O, Ruslanla məhəllədə bir qədər gəzişmişdir. Sonra Ruslan 29-cu məhəllədə yerləşən marketə gedib iki ədəd “Go” içkisi və bir qutu “LD” siqareti almışdır. O, isə mağazanın yaxınlığında onu gözləməyə başlamışdır. Az sonra Ruslan marketdən çıxıb onun yanına gəlmişdir. Onlar orada olan oturacaqda əyləşib “Go” içkisini içmiş, sonra siqaret çəkməyə başlamışlar. Həmin vaxtı Ruslan ona demişdir ki, yaşadığı yataqxananın binasında yaşayan Şahin ona Amil adlı tanışının onlara qonaq gəldiyini, Amilin cibində 400 manat pul olduğunu, həmin pulu onun cibindən götürməyimizi, götürəcəkləri puldan Şahinə 100 manat pul vermələrini bildirmişdir. O, Ruslanla razılaşmış, ona demişdir ki, Amili üzdən tanıyır. O, Şahingilə tez-tez gəlib gedir. Ona görə də onu tanıyarlar. Ruslan ona demişdir ki, narahat olma, səni görməyəcəklər, o, özü həmin oğlandan pulu götürəcək. O, Ruslanla razılaşmış, ona demişdir ki, kənarda dayanacaq. O, pulu götürəcək. Onlar qərara gəlmişlər ki, həmin oğlan evdən çıxarkən onu güdüb, döyüb pullarını götürsünlər. 26.08.2020-ci il tarixdə saat 01:00 radələrində o, Ruslanla məhəllə ərazisində yerləşən qarajların yanında olan zibil qutularının yaxınlığında dayanarkən həmin oğlan sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 onların yanından keçməyə başlamışdır. Həmin vaxtı Ruslan Amilin qarşısını kəsib onunla söhbət etməyə başlamışdır. O, kənarda dayandığı üçün onların nə danışdığını eşidə bilməmişdir. Sonra Ruslan yumruqla bir dəfə Amilin sifət nahiyəsinə vurmuşdur. O, cəld onlara yaxınlaşmış, Ruslan ona demişdir ki, tez onun şalvarının arxa sol cibindən pulu götürsün. O, cəld yerə əyilib Amilin şalvarının arxa sol cibindən pulları, şəxsiyyət vəsiqəsini və yerə düşmüş “Redmi” markalı mobil telefonunu götürmüşdür. Sonra o, Ruslanla birlikdə 14-cü məhəllə istiqamətində qaçmağa başlamışdır. Onlar bir qədər aralandıqdan sonra Amildən götürdükləri pulları saydıqda 123 manat olduğunu görmüşlər. Həmin pullar 4 ədədi 5 manatlıq, qalanları isə 1 manatlıq əskinaslar olmuşdur. Onlar şəxsiyyət vəsiqəsini xatırlamadıqları yerə tullamış, sonra tanımadıqları taksi avtomobili ilə Bakı şəhərinə getmişlər. Oğurladıqları pulları Bakı şəhərində müxtəlif yerlərdə xərcləmişlər, “Redmi” markalı mobil telefonu isə özündə saxlamışdır ki, gələcəkdə müştəri tapıb satar. 26.08.2020-ci il tarixdə o, yaşadığı evdə olarkən Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin əməkdaşları evə gələrək onu polis bölməsinə dəvət etmişlər. O, polis bölməsinə gəlmiş, polis bölməsində Ruslanla birlikdə törətdiyi cinayəti etiraf etmiş və oğurladıqları “Redmi” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Eləcə də o, ifadəsində Zərərçəkmiş şəxs2 yaşadığı məhəllədə bir neçə dəfə gördüyünü, onunla aralarında heç bir münasibət, ədavət və ya münaqişə olmadığını, Zərərçəkmiş şəxs2 cibindən 123 manat pul götürdüklərini, hadisə vaxtı Zərərçəkmiş şəxs2 taxta parçası ilə vurmadığını, Ruslanın onu yumruqla bir dəfə sifət nahiyəsinə vurduğunu, onun cibindən 123 manat pul götürdüklərini, məsuliyyətdən qorxduğu üçün əvvəlki ifadəsində 88 manat pul götürdüklərini dediyini, Zərərçəkmiş şəxs2 cibindən götürdüyü pulları Bakı şəhərində müxtəlif yerlərdə xərclədiklərini, Təqsirləndirilən şəxs3 yalnız ona Zərərçəkmiş şəxs2 cibində 400 manat pul olduğunu, həmin pulu götürmələrini dediyini, Təqsirləndirilən şəxs2 ona bu barədə dedikdə onunla razılaşaraq birlikdə Zərərçəkmiş şəxs2 cibindən həmin pulları götürmələrinə razılaşdığını, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 oğurladıqları puldan Təqsirləndirilən şəxs3 50 manat pul verdiyini, sonradan Ruslanın özünün bu barədə ona dediyini göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 180.2.1 və 180.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs2 1 ildən çoxdur ki, tanımış, bir yerdə evlərin damının təmiri ilə məşğul olmuşlar, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hadisədən bir neçə ay əvvəl tanımış, onlarla münasibəti normal olmuşdur. 25.08.2020-ci il tarixdə saat 23:50 radələrində Amil onun yaşadığı ünvana gəlmişdir. O, Amillə söhbət edərkən Amil demişdir ki, avtomobil almaq istəyir. Onun üzərində 400 manat pul var. Sabah Bakı şəhərinə gedib oradan kreditlə avtomobil götürəcəkdir. İlkin olaraq 400 manat pul ödəyəcək. O, həmin vaxtı Amildən 30 manat borc pul istəmişdir. Amil ona demişdir ki, üzərində olan həmin 400 manat pul avtomobilin puludur. Ona görə də ona borc pul verə biməyəcəkdir. O, borc vermədiyi üçün Amilə əsəbləşmişdir. Sonra siqaret çəkmək üçün evdən çıxıb həyətə düşmüşdür. Həmin vaxtı görmüşdür ki, Ruslan və Elcan həyətdə skamyanın üstündə əyləşmişlər. O, Ruslanı yanına çağırmış, ona demişdir ki, onlara gələn oğlanın, yəni Amilin dediyinə görə Amilin cibində 400 manat pul vardır. Həmin pulu ondan oğurlasın və həmin puldan ona da versin. Ruslan onunla razılaşmışdır. O, yaşadığı evə qayıtmışdır. Sonra Amil onlardan çıxmamışdan əvvəl yenə də siqaret çəkmək bəhanəsi ilə həyətə düşmüşdür. Həyətdə olarkən Ruslana demişdir ki, Amil bir azdan onlardan çıxacaq, onu güdüb pulunu oğurlasınlar. Həmin puldan ona da versinlər. Sonra o, evə qayıtmışdır. Az sonra Amil onlardan çıxıb getmişdir. Bir qədər sonra o, həyətdə səs-küy eşitmiş, dərhal həyətə düşmüşdür. Görmüşdür ki, bir qədər aralıda Amil dayanıb. Amil ona demişdir ki, bir qədər əvvəl iki nəfər oğlan onu döyüb pullarını və mobil telefonunu oğurlamışlar. O, həmin vaxtı şübhələnmişdir ki, Amili Ruslan və Elcan döyüb pullarını və mobil telefonunu oğurlamışlar. Lakin Amilə bu barədə heç nə deməmişdir. Səhərisi gün polis bölməsinin əməkdaşları yaşadığı məhəlləyə gəlib ona Ruslanla Elcanın şəklini göstərmişlər. O, polis əməkdaşlarına həmin şəxsləri tanıdığını bildirmişdir. Lakin polis əməkdaşlarına Ruslanı oğurluğa təhrik etdiyini deməmişdir. 06.09.2020-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin əməkdaşları yaşadığı ünvana gələrək onu PB-nə dəvət etmişlər. Polis bölməsində polis əməkdaşları ona təzyiq göstərdikdən sonra o, hər şeyi olduğu kimi etiraf etmişdir. Amil ona 30 manat borc pul vermədiyi üçün əsəbləşərək Ruslana onun cibində 400 manat pul olmasını, həmin pulları oğurlamasını bildirmiş, həmçinin Ruslanın oğurladığı puldan ona da verməsini istədiyini, Ruslan və Elcan oğurladıqları puldan ona 6 manat pul vermiş, Ruslana Amilin 400 manat pulunu sadəcə oğurlamalarını bildirmiş, lakin Amili döyməsini deməmiş, Təqsirləndirilən şəxs2 ifadəsində yalandan göstərmiş, belə ki, Ruslanın Amildən oğurladığı pullardan ona 6 manat pul vermiş, yalnız Təqsirləndirilən şəxs2 Amildə 400 manat pul olduğunu, Amildən həmin pulu oğurlamasını demişdir. Təqsirləndirilən şəxs3 hazırda əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 25.08.2020-ci il tarixdə saat 23:30 radələrində o, yaşadığı evdən çıxıb Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yataqxanada yaşayan tanışı Təqsirləndirilən şəxs3 gilə getmişdir. Onlara getməmişdən əvvəl yataqxananın yaxınlığında olan marketə girib siqaret almış, sonra marketdən çıxıb Şahingilin evinə getmişdir. O, Şahingilin evində çay içib onunla bir qədər söhbət etmişdir. O, Şahinlə söhbət edərkən demişdir ki, avtomobil almaq istəyir. Üzərində 400 manat pul vardır. Sabah Bakı şəhərinə gedib oradan kreditlə avtomobil götürəcəkdir. İlkin olaraq 400 manat pul ödəyəcək. Şahin həmin vaxtı ondan 30 manat borc pul istəmişdir. O da Şahinə demişdir ki, üzərində olan həmin 400 manat pul avtomobilin puludur. Bu səbəbdən Şahinə borc pul verə biməyəcəkdir. O, borc vermədiyi üçün Şahin ona əsəbləşmişdir. Sonra evə qayıtmaq üçün 26.08.2020-ci il tarixdə saat 01:00 radələrində Şahingilin qaldığı mənzildən çıxıb həyətə düşmüşdür. O, Şahingilin yaşadığı 4 saylı yataqxananın yaxınlığındakı qarajların arası ilə gedən zaman zibil qutusunun yaxınlığında bir nəfər tanımadığı şəxs onun qarşısını kəsmişdir. Həmin şəxs sonradan adını bildiyi Ruslan ona dostunun mobil telefonunun onda olduğunu bildirmişdir. O, Ruslana burada yaşamadığını, dostugilə qonaq gəldiyini demişdir. Ruslan həmin vaxtı onu nalayiq sözlərlə təhqir etmişdir. Həmin vaxtı bir nəfər kimsə arxadan onun sol kürək nahiyəsindən nə iləsə vurmuş, o, zərbənin təsirindən yerə yıxılmışdır. Sonra Ruslan o, yerdə yıxılı vəziyyətdə olarkən bədəninin müxtəlif nahiyələrinə o, cümlədən sifət nahiyəsinə yumruqla bir neçə dəfə vurmuşdur. Sonra adının Elcan olduğunu bildiyi, onu taxta ilə vuran şəxs şalvarının sağ yan cibinə qoyduğu “Redmi” markalı mobil telefonunu, şalvarının sol arxa cibinə qoyduğu 400 manat pulu və şəxsiyyət vəsiqəsini götürmüşdür. Sonra Ruslan və Elcan oradan qaçıb uzaqlaşmışlar. O, DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Sonra o, Sumqayıt şəhər Pİnin 4-cü PB-nə dəvət olunduqda ona qarşı cinayət edən şəxsləri orada görmüşdür. Həmin vaxtı bilmişdir ki, ona qarşı cinayət edən şəxslər Ruslan və Elcan adlı şəxslərdir. Elcan onu arxadan bərk vurduğu üçün, həmçinin yerdə taxta parşası olduğu üçün Elcanın onu taxta parçası ilə vurduğunu hesab etmiş, Ruslan və Elcan onun şalvarının arxa cibindən 400 manat pulu götürmüşlər, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır, onlarla aralarında hər hansı ədavət və ya münaqişə olmamışdır. Təqsirləndirilən şəxslə ifadələrində cibindən götürülən pulun məbləği ilə bağlı düzgün ifadə verməmişlər, onun cibindən 123 manat deyil, 400 manat pul götürülmüşdür. Zərərçəkmiş şəxs2 ona vurulmuş maddi zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxslərin barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X2 ifadəsində göstərdi ki, 23.01.2020-ci il tarixdə etibarnamə ilə ona məxsus olan “Mercedes” markalı ** VN *** dövlət qeydiyyat nömrəli avtomobili ilə saat təxminən 23.00 radələrində Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisinə gələrək avtomobili 13A saylı binanın qarşısında saxlayıb, həmin binada mənzil 12-də yaşayan yeznəsi Vüsalın evinə getmiş və həmin gün orada qalmışdır. 24.01.2020-ci il tarixdə saat təxminən 10.30 radələrində Bakı şəhərinə getmək üçün avtomobilinə yaxınlaşan zaman avtomobilin qabaq sağ yan şüşəsinin sındırıldığını görmüşdür. Avtomobilin salonuna baxdıqda içərisinin dağınıq vəziyyətdə olduğunu, salonun saxlanc yerinə qoyduğu 1150 manat nağd pulun, özünə məxsus şəxsiyyət vəsiqəsinin və 25 manat dəyərində 32 GB-lıq elektron məlumat daşıyıcısının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin gün DİN-in “102” Xidmətinə zəng vuraraq hadisə ilə bağlı məlumat vermiş, eyni zamanda Sumqayıt ŞPİ 4-cü PB-yə ərizə ilə müraciət etmişdir. Hadisə Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisində yerləşən 13A saylı binanın qarşısında 23.01.2020-ci il tarixdə saat 23.00-dan 24.02.2020-ci il saat 10.30-dək olan müddət ərzində baş vermiş, avtomobilin salonunun saxlanc yerinə qoyduğu 1150 manat nağd pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və 25 manat dəyərində 32 GB-lıq elektron məlumat daşıyıcısı oğurlanmış, eləcə də 100 manat dəyərində avtomobilin qabaq sağ yan şüşəsinin sındırılması nəticəsində ona ümümilikdə 1275 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş oğurluqda şübhələndiyi şəxs olmamışdır. Sonradan ona məlum olmuşdur ki, oğurluğu Ruslan adlı şəxs edibdir. Onun ziyanı ödənilməmişdir. Zərərçəkmiş şəxs X2 ona vurulmuş maddi zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsin barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X6 ifadəsində göstərdi ki, 23.03.2020-ci il tarixdə saat 21:35 radələrində özünə məxsus olan “Hundai Santafe” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən 25/24 saylı binanın qarşısında saxlayıb avtomobilin qapısını bağladıqdan sonra həmin ərazidə yerləşən gözəllik salonuna gedib təxminən 15 dəqiqə sonra avtomobilinin yanına qayıtdıqda avtomobilinin ön sağ şüşəsinin sındırıldığını, ön sərnişin oturacağının üzərində olan əl çantasının oğurlandığını görüb AR DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Ona məxsus avtomobildən 08.03.2020-ci il tarixdə 120 manata aldığı “louis Vuitton SS19” markalı əl çantası oğurlanmış, həmin çantanın içərsində 513 manat pul, 1 ədəd 08.03.2020-ci il tarixdə 120 manata aldığı 50 ml, “Coco chanel mademoiselle” markalı ətirin oğurlandığını, həmin ətirdən təxminən 10 ml istifadə etmiş, 1 ədəd 16.03.2020-ci il tarixdə 235 manata aldığı 50 ml “Sospiro Opera” markalı ətir oğurlanmış, həmin ətirdən təxminən 3 ml istifadə etmiş, 40 manata aldığı “Treparin 250” markalı dərman həbi oğurlanmış, həmin dərman qutusunun içərisində olan 30 ədəd həbdən 10 ədədini istifadə etmiş, 27 manata aldığı “Cerebrovın” markalı dərman həbi oğurlanmış, qutuda olan 30 ədəd həbdən 4 ədəd həbi istifadə etmiş, avtomobilinin şüşəsinin qırılması ilə də ona 350 manat maddi ziyan dəymiş, oğurluq hadisəsi 23.03.2020-ci il tarixdə saat 21:35 radələrindən 21:50 radələrinədək olan müddət ərzində baş vermiş, əşyaların oğurlanması nəticəsində ona 1055 manat, şüşənin qırılması ilə isə 350 manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluğu Ruslan adlı şəxs edibdir. Zərərçəkmiş şəxs X6 ona vurulmuş maddi zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsin barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər polis idarəsinin 4-cü polis bölməsinin əməliyyat müvəkkili X7 ifadəsində göstərdi ki, o, Sumqayıt Şəhər polis idarəsinin 4-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, xidmət etdiyi bölmənin ərazisində baş vermiş soyğunçuluq cinayəti ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin cinayətin törədilməsində şübhəli olan ünvan 8 ünvanında yaşayan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3 olması müəyyən olunmuş, sonuncu, səmimi olaraq digər təqsirləndirilən şəxslərlə birlikdə qeyd olunan cinayət əməlini törətməsini etiraf etmişdir. Nə onun, nə də ki, digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə qarşı heç bir qanunsuz hərəkət və ya fiziki, psixoloji təsir göstərilməmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 26.08.2020-ci il tarixli, 1002 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol gicgah nahiyəsinin qançır-şişkinliyi, sol kürək nahiyəsinin qançırı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən 26.08.2020-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsatətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin vət. Zərərçəkmiş şəxs2 özüözünə yetirməsi az inandırıcıdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08.10.2020-ci il tarixli, 9/3482 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Xiaomi Redmi” markalı, “M1908C3KG” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 160 manat müəyyən olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24.04.2020-ci il tarixli, 9/370 saylı saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 112 manat müəyyən edilir. O cümlədən 1 ədəd 2002-ci il Almaniya istehsalı olan “Mersedes C200” markalı avtomobilin qabaq qapısının yan şüşəsi 100 manat, 1 ədəd 2019-cu il Çin istehsalı olan “Transcend” markalı 32 GB-lıq elektron məlumat daşıyıcısı 12 manat müəyyən olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27.07.2020-ci il tarixli, 9/1859 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 3 adda müxtəlif markalı istifadədə olmuş malların 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 410 manat, 1 ədəd “Louis vuitton SS19” markalı əl çantasının modeli, istehsal yeri, materialı, texniki vəziyyəti barədə məlumat olmadığı üçün və 2 adda dərman preparatları istifadədə olduğu üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinə dair qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəmə zalında barələrində həbs qətimkan tədbiri seçilən zaman əməllərindən peşman olduqlarını bildirmişlər. İş materiallarında olan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanmasına dair prtokoldan görünür ki, sonuncu əməllərini etiraf edərək ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanmasına dair prtokoldan görünür ki, sonuncu əməllərini etiraf edərək ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan ibtidai istinaq zamanı Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzləşdirilməsinə dair protokollardan görünür ki, təqsirləndirilən şəxslər öz əməllərini bir daha təsdiq etmişdir.Həmçinin həmin üzləşdirmə zamanı qeyd edilən şəxslər ifadələrində göstərilən xüsusatları bir-birinin üzünə qarşı demişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilməyərək, Təqsirləndirilən şəxs2 hər hansı bir oğurluq cinayəti törətməməsi və zərərçəkmiş şəxsə qarşı törədilmiş soyğunçuluq cinayətini tək törətməsi, zərərçəkmiş şəxsin cibindən 123 manat çıxması və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə qarşı soyğunçuluq cinayəti törətməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özlərini müdafiə xarakteri daşıyır və təqsirləndirilən şəxslərin məhkəmədə elan olunmuş ibtidai istintaqdakı ifadələri, üzləşdirmə protokolları, həbs qətimkan tədbirinin seçilməsinə dair qərarlardan, təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanmasına dair protokollardan, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Təqsirləndirilən şəxslər polis əməkdaşları tərəfindən onlara zor tətbiq olunduğunu bildirdikləri üçün məhkəmə tərəfindən Sumqayıt şəhər polis idarəsinə sorğu verilmiş və həmin məlumatın araşdırılması barədə Sumqayıt şəhər prokurorluğuna rəsmi məktubla müraciət olunmuşdur. Məhkəmənin 16.02.2021-ci il tarixli sorğusuna cavab olaraq Sumqayıt şəhər polis idarəsindən məhkəməyə 04.03.2021-ci il tarixdə 24.02.2011-ci il tarixli məktub daxil olmuş və həmin məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası CM-nin 32.5, 180.2.1 və 180.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər polis idarəsinin MSY-nə yerləşdirilərkən yuxarıda adları qeyd olunan şəxslər tibbi müayinədən keçirilmiş, onların üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Odur ki, Tibbi Müayinənin Keçirilməsi və X4 Qeydiyyat Kitabının surəti məhkəməyə göndərilmiş və həmin kitaba baxış keçirilmiş və təqsirləndirilən şəxslər tibbi müayinədən keçirilərkən, onların üzərində hər hansı bir xəsarət aşkar olunmadığı qeyd olunmuşdur. Sumqayıt şəhər prokurorluğundan 18.05.2021-ci il tarixdə məhkəməyə daxil olomuş 07.05.2021-ci il tarixli məktubdan və 07.05.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, təqsirləndirilən şəxslər tərəfindən onlara zor tətbiq olunub-olunmaması ilə bağlı məhkəmə tərəfindən Sumqayıt şəhər prokurorluğuna göndərilmiş məktubla bağlı cinayət hadisəsi olmadığından toplanmış 250-C-21 saylı material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar törətdikləri cinayətə görə cəzalandırılmalıdırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, təqsirləndirilən şəxsin özünün və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, ittiham olunduğu maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 18.11.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını, ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs3 cəzasını CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 10.09.2020-ci il tarixli arayışdan (tələbnamədən) və Sumqayıt Şəhər Məhkəməsinin 30.10.2020-ci il tarixli hökmünün və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07.05.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini Sumqayıt Şəhər Məhkəməsinin 30.10.2020-ci il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni 26 avqust 2020-ci tarixində törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi 59.1.14-cü maddəsi müəyyən edilmiş və CM-nin 61-ci maddəsi ilə ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 10.09.2020-ci il tarixli arayışdan (tələbnamədən) və Sumqayıt Şəhər Məhkəməsinin 06.10.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməllərini Sumqayıt Şəhər Məhkəməsinin 06.10.2020-ci il tarixli hökmü çıxarılmazdan əvvəl, yəni 24.01.2020-ci il, 23 mart 2020-ci il və 26 avqust 2020-ci tarixlərində törətmişdir və hazırda ona Sumqayıt Şəhər Məhkəməsinin 06.10.2020-ci il tarixli hökmü ilə təyin olunmuş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası başa çatmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlllərini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi CM-nin 59.1.14-cü maddəsi müəyyən edilmiş və CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 26.08.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 28.08.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 26.08.2020-ci ildən hesablanmışdır. Sumqayıt şəhər Məhkəməsinin 26.11.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti onun məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış və həmin məhkəmənin hazırlıq iclasının 04.02.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə 26.08.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 28.08.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 26.08.2020-ci ildən hesablanmışdır. Sumqayıt şəhər Məhkəməsinin 26.11.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti onun məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış və həmin məhkəmənin hazırlıq iclasının 04.02.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət işi üzrə 08.09.2020-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 10.09.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 08.09.2020-ci ildən hesablanmış, Sumqayıt şəhər Məhkəməsinin 26.11.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti onun məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış və həmin məhkəmənin hazırlıq iclasının 04.02.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 26 avqust 2020-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 08 sentyabr 2020-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 26 avqust 2020-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon Zərərçəkmiş şəxs2 sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin qərarlarını icra edərək, 406, 407 və 408 saylı orderlərə əsasən vəkillər Müdafiəçi1, Müdafiəçi2 və X8 müvafiq olaraq onların vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2 və X10 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 8 saat olmaqla cəmi 24 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 144 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-ci maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26.08.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 1 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26.08.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08.09.2020-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon Zərərçəkmiş şəxs2 sərəncamlarına verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxslər tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və X5 göstərdikləri 8 (səkkiz) saat hüquqi yardıma görə hər birinə 48 (qırx səkkiz) manat olmaqla, cəmi 144 (bir yüz qırx dörd) manat məbləğində pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxslərə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-93/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-93/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver