Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-931/2023 08.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CMnin 67.1, 68.1.1-1, 69.3-cü maddələri tətbiq edilməklə 01 il 03 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə, təmiz çəkisi 0,233 qram narkotik vasitə heroini, eləcə də, təmiz çəkisi 0,020 qram psixotrop maddə metamfetamini əldə edib üzərində və yaşadığı mənzildə saxlamış, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.2023-cü il tarixdə, saat 15:35-də, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 47 nömrəli yaşayış binasının qarşısında saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, onun əynində olan qara rəngli şortikin sağ yan cibindən satış məqsədi ilə saxladığı 4 (dörd)ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,012 qram, 0,014 qram, 0,015 qram, 0,013 qram, birlikdə ümumi təmiz çəkisi 0,054 qram olan, qəhvəyi rəngli, eyni tərkibli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə onun yaşadığı ünvan 5ına baxış keçirilərkən mənzilin yataq otağındakı stulun üstündə satış məqsədi ilə saxladığı 08 (səkkiz) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,014 qram, 0,076 qram, 0,012 qram, 0,017 qram, 0,017 qram, 0,019 qram, 0,013 qram, 0,011 qram, birlikdə ümumi təmiz çəkisi 0,179 qram olan, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,020 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan 2 (iki) ədəd sınıq ampula, 1 (bir) ədəd birdəfəlik şpris və 1 (bir) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitəni öz istifadəsi üçün bükümlərə bölmüş və üzərində gəzdirmişdir. Narkotik vasitə heroini 20 Yanvar ərazisində tanımadığı şəxsdən 30 manata almışdır. 25- 30 manata bir qram yarım heroin verilməli idi. Metamfetamin isə əvvəldən özündə olmuş, Corat qəsəbəsində küçədən tapmışdır. Ayda 2-3 qram narkotik vasitə istifadə edir. Narkotik vasitə almaq üçün pulu evdən, həyat yoldaşından və ya oğullarından alırdı. Həyat yoldaşı müəllimə işləyir. Özü isə iş olduqca fəhlə kimi işləyir. Sonuncu dəfə iyul ayında işləmişdir. Bundan başqa evindən də narkotik vasitə və tərəzi aşkar olunmuşdur. Belə ki, narkotik vasitəni alıb evə gətirərək, evdə bükümlərə bölüb istifadə edirdi. Tərəzini isə narkotik vasitələrin çəkisini ölçmək üçün istifadə edirdi. Evinə narkotik vasitə istifadəçiləri gəlib-getmiş, onlarla birlikdə istifadə etmişlər. Lakin narkotik vasitə satışı ilə məşğul olmamışdır. Barəsində cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, satışı və yaşadığı mənzildə saxlaması barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında təşkil olunmuş əməliyyat qrupuna o da, əlavə edilmiş və xx.xx.2023-cü il tarixdə, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanının yaxınlığında pusqu qurulmuşdur. Saat 15:35-də Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, ev 47-nin qarşısında onu saxlamışlar. O və digər polis əməkdaşları özlərini təqdim edərək narkotik vasitənin istifadə və satışında şübhəli şəxs qismində saxlanıldığı bildirdikdən sonra onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getirmişlər. Xidməti otaqlardan birində təhqiqatçı Şəhriyar Kərimli özünü təqdim edərək, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkillə təmin olunmuş, üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şortikin sağ yan cibində saxlamış olduğu 1 ədəd kağız bükümü cibindən çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda o, “kakos”, yəni “heroin” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kağız bükümü açdıqda büküm içərisində 4 ədəd ayr-ayrı kağız bükümlər olması müəyyən edilmişdir. Təhqiqatçı həmin bükümləri növbə ilə açdıqda bükümlərin içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli, toz şəkili kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq, üzərindən aşkar olunmuş narkotik vasitə bükümlərini Bakı şəhəri 20 Yanvar ərazisində tanımadığı şəxsdən aldığını, öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götütülmüş 4 büküm narkotik vasitə heroinə bənzər kütlə bükümlərini məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmışdır. Həmçinin Təqsirləndirilən şəxs, təhqiqaçının suallarını cavablandıraraq, evində də narkotik vasitə olduğunu, evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Müdafiəçi, Təqsirləndirilən şəxs evində hər hansı bir şəxsin olub-olmadığını və ya özündə evinin açarının olmasını soruşduqda A. Əhmədov həyat yoldaşının işdən qayıdıb-qaytmamasından məlumatsız olduğu üçün, həyat yoldaşının evdə olub-olmamasını dəqiq bilmədiyini, yaşadığı mənzilin açarının özündə olmasını bildirmişdir, bundan sonra şəxsi axtarış yekunlaşmış və videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi üçün şəxsi axtarışda iştirak edənlərlə birlikdə Təqsirləndirilən şəxs onun yaşadğı mənzilin qarşısına getmişlər. Təhqiqatçı mənzilində olan narkotik vasitəni təqdim etməsini Təqsirləndirilən şəxs xahiş etmiş və Təqsirləndirilən şəxs yaşadığı mənzilin qapısını açmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs mənzilin qapısını açıb mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs sağ istiqamatdə gedib otağa daxil olmuş, otaqda stulun üzərində 1 ədəd elektron tərəzi və siqaret kağızı bükümləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün hissələrə böldüyünü, aldığı narkotik vasitələrin çəkisində aldadılmaması üçün stulun üzərindəki elektron tərəzi vasitəsi ilə aldığı narkotik vasitənin çəkisini ölçdüyünü və “doza”dan artıq olmaması üçün hissələrə böldüyünü, narkotik vasitə bükümlərini 20 Yanvar ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Mənzildən aşkar olunmuş sözügedən bükümlər təhqiqatçı tərəfindən açıldıqda bükümlərin hər birinin içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitəyə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs oturduğu çarpayının üstündəki kağız qutuya təhqiqatçı tərəfindən baxış keçirildikdə qutunun içərisində 2 ədəd istifadə edilmiş şüşə ampula aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin ampulaların içərisində narkotik vasitə bişirmək üçün istifadə etdiyini bildirmişdir. Həmin qutunun içərisindən aşkar edilmiş kağız bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli, kristal dənəciklərdən ibarət kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin limon duzu olduğunu bildirmişdir. Bükümün çəkisi elektron tərəzi vasitəsi ilə ölçüldükdə çəkisinin 0,08 qram olması müəyyən edilmişdir. Ardınca təhqiqatçı, daha öncə aşkar olunmuş və Təqsirləndirilən şəxs limon duzu adlandırdığı kütlə bükümünü elektron tərəzi vasitəsi ilə çəkisini ölçdükdə çəkisinin təxminən yarım qramdan artıq olması müəyyən edilmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs mənzilindən aşkar olunaraq götürülmüş 8 ədəd narkotik vasitə heroinə bənzər kütlə bükümlərini və 2 ədəd ağ rəngli, kristallik dənəciklərdən ibarət kütlə bükümlərini, 1 ədəd elektron tərəzini, 1 ədəd istifadə edilmiş şprisi, 2 ədəd başlıq hissəsi sınmış halda olan şüşə ampulanı ekspertizaya təqdim edilməsi üçün götürüləcəyini bildirib zərfə qoyaraq xüsusi qaydada qablaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru Cəfərov X3 Əsgərovun göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 13-cü mikrorayon, 47 nömrəli binanın qarşısında xx.xx.2023-cü il tarixdə saat 15:35-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-332/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X2 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmamış əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və yaxud maddi sübut olduğunu bildirdi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şortikinin sağ yan cibində saxlamış olduğu 1 ədəd kağız büküm aşkar olundu. Həmin büküm açıldı, bükümün içərisində 04 ədəd kağız bükümlərin olması aşkar edildi. Aşkar edilən 04 ədəd kağız bükümlər ayrı-ayrılıqda bir bir açıldı və həmin 04 ədəd bükümlərin hər birinin içərisində tünd qəhvəyi rəngli, toz halında olan maddənin olması aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş maddə narkotik vasitə olan heroindir, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosunun yanında dairənin yaxınlığında tanımadığı şəxsdən günorta saatlarında almışdır və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd kağız bükümlər ayrı-ayrılıqda eletron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin kağız bükümlərlə birlikdə çəkisinin 0,04, 0,04, 0,06, 0,05 qram olduğu müəyyən olundu və həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən narkotik vasitəyə bənzər heroindənbaşqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, baxış və götürmə aparılarkən Təqsirləndirilən şəxs göstərməsinə əsasən yaşadığı ünvan 3 ünvanında yerləşən evinə baxış keçirildi, baxış zamanı evin bir otaqdan və bir mətbəxdən, sanitar qovşağından ibarət olması aşkar edildi. Həmin otaqlardan yataq otağı kimi nəzərdə tutulmuş otağa baxış zamanı otaqdakı oturacaq stulunun üzərindən 10 ədəd kağız bükümlər, 01 ədəd tərəzi, 02 ədəd sınmış şüşə ampula, 01 ədəd istifadə edilmiş şpris aşkar edildi. 10 ədəd bükümlər ayrı ayrılıqda açılarkən həmin bükümlərdən 08 ədəd bükümlərdə tünd qəhvəyi rəngli maddə 02 ədəd bükümlərdə isə ağ rəngli, kristalşəkilli maddə olması aşkar edildi. Təqsirləndirilən şəxs tünd qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, 01 ədəd kağız bükümdəki ağ rəngli maddənin “şüşə” yəni psixotrop maddə metamfetamin olduğunu, digər 01 ədəd kağız bükümdəki maddənin isə limon duzu olduğunu bildirdi. Narkotik vasitə heroini Bakı şəhərində 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 35-40 manata istifadə etmək məqsədi ilə aldığını, öz şəxsi istifadəsi üçün tərəzidə çəkilərə bölüb saxladığını bildirdi. Aşkar edilən 08 ədəd bükümlərdə tünd qəhvəyi rəngli maddələr tərəzidə çəkilən zaman çəkilərinin 0.04, 0.05, 0.05, 0.06, 0.04, 0.05, 0.04, 0.04 qram olması, 02 ədəd ağ rəngli maddələr tərəzidə çəkilən zaman çəkilərinin 0,08, 0,76 qram olması müəyyən edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilən içərisində tünd qəhvəyi rəngli maddə olan 08 ədəd bükümlər, içərisində ağ rəngli maddə olan 02 ədəd bükümlər, 01 ədəd şpris, 01 ədəd tərəzi, 02 ədəd sınmış şüşə ampula götürüldü, qablaşdırıldı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə təqdim edilmsəi üçün DİN-nin 125-saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 3-16-16/2-6/4666 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilən...” sözləri olan 1 №-li zərfdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,012qr., 0,014 qr., 0,015 qr., 0,013 qr., ümumi təmiz çəkisi 0,054 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir; -üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən götürülən ...” sözləri olan 2 №-li zərfdəki 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,014 qr., 0,076 qr., 0,012 qr., 0,017 qr., 0,017 qr., 0,019 qr., 0,013 qr., 0,011 qr., ümumi təmiz çəkisi 0,179 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,020 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,528 qram ağ rəngli maddə limon turşusudur. Limon turşusu 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir, 2 ədəd sınıq ampula, bir ədəd birdəfəlik şpris və bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. 1 və 2 №-li zərflərdəki narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 0,233 qramdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitər”- in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,010 qram sərf edildikdən sonra 0,044 qram heroin, 0,100 qram sərf edildikdən sonra 0,079 qram heroin, 0,010 qram sərf edildikdən sonra 0,010 qram metamfetamin, limon turşusundan 0,050 qram nümunə götürüldükdən sonra 0,478 qram qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda, orada «00000» və «00001» rəqəmləri yazılmış iki qovluğ müəyyən edilir ki, həmin qovluqlardan «00000» qovluğunda 09 dəqiqə 31 saniyə, «00001» qovluğunda isə 17 dəqiqə 11 saniyədən ibarət videogörüntü var. «00000» qovluğundakı videogörüntünün ilk saniyəsində polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şəhriyar Kərimli özünü təqdim edib, qarşısında dayanmış müki geyimli şəxsdən özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu, ünvan 4 ünvanında yaşadığını bildirir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs, narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində və daşınmasında şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini, videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyini izah edib, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən müdafiəçidən özünü təqdim etməsini xahiş edir. Müdafiəçi özünü təqdim edərək Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 olduğunu bildirir. Sonra təhqiqatçı şəxsi axtarışda iştirak edən polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru, polis serjantı Şahid3, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 özlərini təqdim etdikdən sonra, təhqiqatçı saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa çıxardıb təqdim etməsini xahiş edir. Video görüntünün 01:29-cu anında Təqsirləndirilən şəxs əynində olan qara rəngli şortikin sağ yan cibində saxlamış olduğu 1 ədəd kağız bükümü cibindən çıxardıb təqdim edərək masanın üzərinə qoyur. Ardınca təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirir ancaq onun üzərindən əlavə heç bir aşkar olunmur. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda o, “kakos”, yəni “heroin” olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kağız bükümü açdıqda büküm içərisində 4 ədəd ayr-ayrı kağız bükümlər olması müəyyən edilir. Təhqiqatçı həmin bükümləri növbə ilə açdıqda bükümlərin içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli, toz şəkili kütlə olması aşkar edilir. Həmçinin Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq, uzun müddətdir narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunmuş narkotik vasitə bükümlərini Bakı şəhəri 20 Yanvar ərazisində tanımadığı şəxsdən aldığını, öz istifadəsi üçün üzərində daşıdığını bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə bükümləri növbə ilə elektron tərəzi vasitəsi ilə çəkilərini ölçdükdə, həmin bükümlərədən birincisinin çəkisi 0,04 qram, ikinci bükümün çəkisinin 0,04 qram, üçüncü bükümün çəkisinin 0,06 qram, dördüncü bükümün çəkisinin 0,05 qram olması müəyyən edilir. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 4 büküm narkotik vasitə heroinə bənzər kütlə bükümlərini məhkəmə ekspertizə mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq xüsusi qaydada qablaşdırır, zərf iştirakçılar tərəfindən imzalanır. Həmçinin Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq, evində də narkotik vasitə olduğunu, evinə baxış keçirilməsinə etirazı olmadığını bildirir. Müdafiəçi Təqsirləndirilən şəxs evində hər hansı bir şəxsin olubolmadığını və ya özündə evinin açarının olmasını soruşduqda Təqsirləndirilən şəxs həyat yoldaşının işdən qayıdıb-qaytmamasından məlumatsız olduğu üçün həyat yoldaşının evdə olub-olmamasını dəqiq bilmədiyini, yaşadığı mənzilin açarının özündə olmasını bildirir. Bundan sonra şəxsi axtarış yekunlaşır və videoçəkiliş dayandırılır. «00001» qovluğuna daxil olduqda qovluğundakı videogörüntünün ilk saniyəsində binanın blokunda, mənzilin giriş qapısının qarşısında şübhəli şəxs Təqsirləndirilən şəxs, təhqiqatçı Şəhriyar Kərimlinin, müdafiəçi Əbülfəz Bünyatovun dayanması müşahidə olunur. Təhqiqatçının xahişi ilə Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra, təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən aşkar olunmuş narkotik vasitə bükümlərindən əlavə, yaşadığı evində də narkotik vasitə olmasını bildirməsini xatırladaraq həmin səbəbdən də Təqsirləndirilən şəxs yaşadığı mənzilin qarşısına gəldiklərini bildirib Təqsirləndirilən şəxs yaşadığı ünvanı deməsini xahiş edir. Təqsirləndirilən şəxs ünvan 5ında yaşadığını bildirir. Təhqiatçı Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə və ya psixatrop maddə olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə olduğunu bildirir. Təhqiqatçı mənzilində olan narkotik vasitəni təqdim etməsini Təqsirləndirilən şəxs xahiş edir və Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etirazı olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs etirazı olmadığını bildirir. Ardınca təhqiqatçı evə keçiriləcək baxışda iştirak edən polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru, polis serjantı Şahid3, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və müdafiəçi Əbülfəz Bünyatov özlərini təqdim etdikdən sonra təhqiqatçı, Təqsirləndirilən şəxs yaşadığı mənzilin qapısını açmasını xahiş edir. Videogörüntünün 01:30-cu anında Təqsirləndirilən şəxs mənzilin qapısını açıb mənzilə daxil olur. Onun ardınca digər iştirakçılar da mənzilə daxil olurlar. Mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs sağ istiqamətdə gedib otağa daxil olur. Həmçinin polis əməkdaşları da həmin otağa daxil olurlar. Otaqda stulun üzərində 1 ədəd elektron tərəzi və siqaret kağızı bükümləri aşkar edilir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün hissələrə böldüyünü, aldığı narkotik vasitələrin çəkisində aldadılmaması üçün stulun üzərindəki elektron tərəzi vasitəsi ilə aldığı narkotik vasitənin çəkisini ölçdüyünü və “doza”dan artıq olmaması üçün hissələrə böldüyünü, xeyli müddətdir ki, narkotik vasitə istifadə etdiyini, narkotik vasitə bükümlərini, 20 Yanvar ərazisində tanımadığı şəxsdən aldığını, mənzilində başqa yerdə narkotik vasitə olmadığını bildirir. Mənzildən aşkar olunmuş sözügedən bükümlər təhqiqatçı tərəfindən açıldıqda bükümlərin hər birinin içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitəyə bənzər kütlə olması müəyyən edilir. Həmin narkotik vasitəyə bənzər kütlə bükümləri təhqiqatçı tərəfindən tərəziyə qoyulub çəkilən zaman 1-ci bükümün çəkisinin 0,04 qram, 2-ci bükümün çəkisinin 0,05 qram, 3-cü bükümün çəkisinin 0,05 qram, 4-cü bükümün çəkisinin 0,06 qram, 5-ci bükümün çəkisinin 0,04 qram, 6-cı bükümün çəkisinin 0,05 qram, 7-ci bükümün çəkisinin 0,04 qram, 8-ci bükümün çəkisinin 0,04 qram olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs oturduğu çarpayının üstündəki kağız qutuya təhqiqatçı tərəfindən baxış keçirildikdə qutunun içərisində 2 ədəd istifadə edilmiş şüşə ampula aşkar edilir. Təqsirləndirilən şəxs həmin ampulaların içərisində narkotik vasitə bişirmək üçün istifadə etdiyini bildirir. Həmin qutunun içərisindən aşkar edilmiş kağız bükümün içərisinə baxdıqda həmin bükümün içərisində ağ rəngli, kristal dənəciklərdən ibarət kütlə olması aşkar edilir. Təqsirləndirilən şəxs həmin kütlənin limon duzu olduğunu bildirir. Eyni qutunun içərisindən aşkar olunmuş gümüşü rəngli kağız büküm təhqiqatçı tərəfindən açıldıqda, bükümün içərisində ağ rəngli kristal dənəciklərdən ibarət kütlə olması aşkar edilir. Təqsirləndirilən şəxs həmin kütlənin limon duzu olmasını bildirir. Sözügedən bükümün çəkisi elektron tərəzi vasitəsi ilə ölçüldükdə çəkisinin 0,08 qram olması müəyyən edilir. Ardınca təhqiqatçı, daha öncə aşkar olunmuş və Təqsirləndirilən şəxs limon duzu adlandırdığı kütlə bükümünü elektron tərəzi vasitəsi ilə çəkisini ölçdükdə çəkisinin 0,76 qram olması müəyyən edilir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs mənzilindən aşkar olunaraq götürülmüş 8 ədəd narkotik vasitə heroinə bənzər kütlə bükümlərini və 2 ədəd ağ rəngli, kristallik dənəciklərdən ibarət kütlə bükümlərini, 1 ədəd elektron tərəzini, 1 ədəd istifadə edilmiş şprisi, 2 ədəd başlıq hissəsi sınmış halda olan şüşə ampulanın ekspertizaya təqdim edilməsi üçün götürüləcəyini bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş 10 ədəd sözügedən bükümləri, elektron tərəzini, 2 ədəd başlıq hissəsi sınmış halda olan şüşə ampulanı, 1 ədəd istifadə edilmiş şprisi zərfə qoyaraq xüsusi qaydada qablaşdırır, zərf iştirakçılar tərəfindən imzalanır. Şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandıraraq üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə bükümlərinin onun özünə məxsus olduğunu, öz şəxsi istifadəsi üçün aldığını, heç bir etirazı olmadığını bildirir. Videogörüntünün 17:11-ci anında baxış yekunlaşır və videoçəkiliş dayandırılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,233 qram, lakin aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,123 qram olan narkotik vasitə heroin, ilkin təmiz çəkisi 0,020 qram olmuş, lakin aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,010 qram olan psixatrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi sübut kimi tanınmış və saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvi verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 1 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 5726 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik ’ vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin mobil telefon korpusu göy rəngli, sensor ekranlı, “Redmi” markalı mobil telefondur. Həmin mobil telefonu açıb içərisinə daxil olduqda içərisində olan nömələrin və zəng siyahısının silinmiş mesajlar qovluğunun boş vəziyyətdə olduğu müəyyən edildi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir məlumat aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1, 68.1.1-1, 69.3-cü maddələri tətbiq edilməklə 01 il 03 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-356/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və mənzilindən narkotik vasitə olan heroinin və psixatrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınaraq işə əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş, ilkin təmiz çəkisi 0,233 qram olan, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,123 qram çəkidə narkotik vasitə heroin və ilkin təmiz çəkisi 0,020 qram olan tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,010 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması və saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc ambarına təhvil verilməsi nəzərə alınmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması ittihamda qeyd olunan hallarla üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən diskdən, baxış və götürmə barədə protokoldan, məhkəmə-kimyəvi ekspertizasının rəyindən, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1, 68.1.1-1, 69.3-cü maddələri tətbiq edilməklə 01 il 03 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 06 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, əvvəllər cinayət törətməsinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,123 (0,044 və 0,079) qram çəkidə narkotik vasitə heroin və 0,010 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81,00 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-931/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 1559 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,123 (0,044 və 0,079) qram çəkidə narkotik vasitə heroin və 0,010 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81,00 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-931/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-931/2023
08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver