Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-937/2023 05.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Şamaxı şəhərində, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Əhmədov Təqsirləndirilən şəxs Türkan Natiq qızına sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəh., S.Vurğun küç., ev 24/3, yat-1, otaq 10 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun sifət, sağ bazu, sol dirsək, sol əlinin üst, başın üst nahiyəsinə yumruq zərbələri ilə vurmaqla, boyun nahiyəsini isə əli ilə tutub sıxmaqla sol bazunun orta 3/1-nin, sol dirsək oynağının arxa səthinin, sağ bazunun yuxarı 3/1-nin arxa səthinin, sağ bazunun aşağı 3/1-nin iç səthinin, sağ bazunun yuxarı 3/1-nin iç səthinin, sol əlin arxa səthinin ll-lll əl-daraq sümüyü proyeksiyasının qançırları xəsarətlərinin yaranması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid və boyunun sağ yan səthinin aşağı 3/1-nin 2(iki) ədəd, sağ gözaltı nahiyənin, üst dodağın sağ hissəsinin sıyrıqları, alt dodağın sol hissəsinin selikli qişasının qançırı, sağ təpə nahiyəsinin şişkinlik fonunda əziyi xəsarətlərindən ibarət, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. 2014-cü ildə onunla ailə qurmuş, iki övladları vardır. Evlilik dövründə Türkan ilə münasibətləri normal olmuşdur. xx.xx.2023-cü il tarixdə evdə olduğu zaman Türkan oğlu Kənan ilə birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən bazara getmiş, saat 17 radələrində geri qayıtmışlar. O, Türkan ilə onun evə gec vaxtda qayıtmasına görə mübahisə etmiş, bu zaman Türkan da ona cavab qaytardığına görə yumruq zərbəsi ilə onun sifət, hər iki qol, başının üst nahiyəsinə, qarın nahiyəsinə zərbələr vurmuş daha sonra onu taxtın üzərinə uzadaraq qarın nahiyyəsinə də yumruq zərbələri ilə vurmuşdur. Aralarında münaqişə təxminən 5-6 dəqiqə ərzində davam etmiş, münaqişədən sonra o, qayınatası Natiqə zəng edərək evlərinə çağırmışdır. Türkan da 102 xidmətinə zəng edib barəsində şikayət etmiş, bir neçə dəqiqən sonra onlarla qonşuluqda yaşayan qayınatası Natiq və qayınanası Mətanət onlara gəlmişdir. O, qayınatası və qayınanasına Türkanın etdikləri barədə məlumat vermiş, qayınatası da hər ikisinə iradını bildirərək Türkanı götürüb özü ilə evlərinə aparmışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış, vurulmuş ziyanı ödəmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, arvadı ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini, təhqiqat zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs ilkin təhqiqat araşdırma zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, barəsində şikayət etdiyi şəxs, əri Təqsirləndirilən şəxsdur. O, 9 ildir ki, Elsevərlə ailə həyatı qurmuş, nikahlarından Kənan və Əsnad adlı iki övladları var. Elsevər ilə birlikdə Kimyaçılar qəsəbəsində özlərinə məxsus olan evdə yaşayırlar. Evlilik dövründə mütəmadi olaraq Elsevər ona qarşı aqressiv davranış nümayiş etdirmiş, onunla nalayiq formada danışmışdır. Elsevər spirtli içki qəbul etdikdən sonra adətən münaqişə yaratmış, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o, oğlu Kənan ilə birlikdə Sumqayıt şəhəri, Cavid Ticarət Mərkəzindən bazarlıq edib evə geri qayıdan zaman Elsevər də həmin vaxt evdə sərxoş halda olmuş, sonuncu bazardan gec qayıtmasına görə onunla mübahisə etməyə başlamış, mübahisə zamanı Elsevər onun boynundan tutub sıxaraq sol qol nahiyəsinə yumruq zərbələri ilə vurmağa, ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra Elsevər onun sifət nahiyəsinə, hər iki qol nahiyəsinə, başının üst nahiyəsinə yumruq zərbələri ilə nizamsız şəkildə vurmağa davam etmişdir. O, əllərini önə verərək özünü müdafiə etmək istədikdə zərbələr əlinə də dəymişdir. Elsevər onu yatağın üzərinə uzadıb qarın nahiyəsinə də təpik və yumruq zərbələri ilə vurmuşdur. O, Elsevərin əlindən çıxaraq telefonunu götürüb anasına zəng edib köməyə çağırmış, daha sonra 102 xidmətinə zəng edərək şikayət etmişdir. 3 dəqiqə sonra anası və atası həmin yerə gəlmişlər. İş üzrə şahidlər X9 və X3 məhkəməyə ərizə ilə müraciət edərək ilkin təhqiqat araşdırması zamanı verdikləri ifadələri təsdiq etdiklərini bildirərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Şahid X6 ilkin təhqiqat araşdırma zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Türkan 8 ildir ki, Elsəvər Əhmədovla evlənmişdir. Onlar qızı ilə qonşuluqda yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində işdən evə gəldikdən sonra qızı Türkan və əri Elsevər zəng edərək onu evlərinə çağırmış, o, arvadı Mətanət Bədəlova ilə birlikdə qızı Türkangilə getmiş, onlar həmin evə çatdıqda qızının sifət nahiyəsində müəyyən xəsarətlər olduğunu, saçının dağınıq halda olduğunu görüb soruşduqda Elsevərin qızını döydüyünü bildirmişdir. Onlar Türkandan aralarında baş vermiş münaqişənin hansı səbəbdən yarandığını soruşduqda Türkan əri Elsevərin spirtli içki qəbul etdiyini, ona pul vermədiyini bildirmişdir. Bundan sonra o, hər ikisinə öz iradını bildirərək Türkanı da götürüb mənzildən çıxmışlar. Şahid X2 ilkin təhqiqat zamanı verdiyi ifadəsindən görünür ki, sonuncu X7 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X10 xx.xx.2023-cü il tarixli, 1846 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol bazunun orta 3/1-nin, sol dirsək oynağının arxa səthinin, sağ bazunun yuxarı 3/1-nin arxa səthinin, sağ bazunun aşağı 3/1-nin iç səthinin, sağ bazunun yuxarı 3/1-nin iç səthinin, sol əlin arxa səthinin ll-lll əl-daraq sümüyü proyeksiyasının qançırları, boyunun sağ yan səthinin 3/1-nin 2(iki) ədəd, sağ gözaltı nahiyyənin, üst dodağın sağ hissəsinin sıyrıqları, alt dodağın sol hissəsinin selikli qişasının qançırı, sağ təpə nahiyyəsinin şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 1-2 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və sol bazunun orta 3/1-nin, sol dirsək oynağının arxa səthinin, sağ bazunun yuxarı 3/1-nin arxa səthinin, sağ bazunun aşağı 3/1-nin iç səthinin, sağ bazunun yuxarı 3/1-nin iç səthinin, sol əlin arxa səthinin ll-lll əl-daraq sümüyü proyeksiyasının qançırları xəsarətlərinin yaranması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. (i.v. 18-21). İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Əhmədovun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. AR CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, AR CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı AR CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-937/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-937/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver