Məhkəmə qərarları › İş №1(060)-94/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-94/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-94/2022 16.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixində Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 12, ev 11-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 23 iyul 2021-ci il tarixdə, saat 23:15-də Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşlarının Sumqayıt şəhəri Kotec qəsəbəsi, 12-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli idman şalvarının arxa cibindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni 10 ədəd siqaret kağızı bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,059 qram, 0,163 qram, 0,092 qram, 0,110 qram, 0,198 qram, 0,193 qram, 0,135 qram, 0,092 qram, 0,086 qram, 0,065 qram ümumilikdə 1,193 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Əvvəlki məhkəmə iclasında ifadəsini təsdiq etməyərək Təqsirləndirilən şəxs ərizə təqdim edərək ibtidai istintaqdakı ifadəsini təsdiq edib özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 23.07.2021-ci il tarixdə, təxminən saat 23:10 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirmişdirlər, onu Pİ-nə dəvət etmişdirlər. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman özü əynində olan göy rəngli idman şalvarının sоl аrха cibində saxlamış olduğu 10 ədəd siqaret kağıza bükümüş "heroin”i təqdim etmişdir. Aşkar olunmuş həmin maddəni 23.07.2021-ci il tarixdə Bakı şəhəri, «20 Yanvar Dairəsi» yaxınlığında tanımаdığı şəxsdən 25 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində saxlamış, heç kimə satmamış və ya hədiyyə verməmişdir. Yüksək miqdarda narkotik vasitə istifadə etdiyi üçün üzərində 10 büküm gəzdirmişdir. Eyni zamanda cibindən bir ədəd tərəzi işlək vəziyyətdə olan tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Ona elan edilmiş ittihamla razı deyil, üzərində öz istifadəsi üçün narkotik vasitə olmuş, bununla bağlı əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi öz ifadəsinin qismən etirafedici hissəsi ilə bərabər, işin halları, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-da əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis kapitanıdır, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektorları, polis baş serjantı Şahid3, kiçik inspektor, polis serjantı Şahid2, kriminalistik təhqiqatlar bölməsinin baş inspektor-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişdirlər. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə ərazisinə gəlmişdirlər və orada olan zaman inspektor-kriminalist tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşdürlər. Onlar saat 23:00 radələrində Təqsirləndirilən şəxs görüb onu saxlamışdırlar. Daha sonra təhqiqatçı saxlanılan şəxsə hansı əsəslarla saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs onun hüquqlarını müdafiə edən vəkili Səadət Vəliyeva təqdim edilmişdir. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Bundan sonra sonuncuya üzərində qanunsuz əşyaları təqdim edilməsi xahiş etmişdirlər. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının arxa cibində saxladığı 10 (on) ədəd siqaret kağızı bükümlərinə bükülmüş bükümləri və elektron tərəzini təqdim etmişdir. Həmin bükümlərin nə olduğu soruşulan zaman narkotik vasitə “Kakos” olduğunu bildirmişdir. Daha sonra elektron tərəzi işə salınmışdır və saxlanılmış şəxsin üzərindən aşkar edilmiş bükümlər elektron tərəziyə qoyularaq çəkisi ölçülmüşdür. Bükümlərin ümumi çəkisinin 1 qramdan artıq olması müəyyən edilmişdir. Təhqiqatçının müvafiq suallarına uyğun olaraq saxlanılan şəxs narkotik vaistəni Bakı şəhəri, 20 yanvar ərazisindən şəxsi istifadəsi üçün, tanımadığı şəxsdən, 25 manat pul ödəməklə aldığını və elektron tərəzini tanımadığı şəxsdən narkotik vasitə aldığı üçün həmin maddələrin çəkisi ölçmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Saxlanılan şəxsin üzərindən aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi kağız zərfə qoyularaq qablaşdırılmışdır, möhürlənmişdir və videoçəkiliş dayandırılmışdır.Təqsirləndirilən şəxsin əvvəlki məhkəmə baxışında özünü təqsirli bilməsinə dair göstərdiklərinin müdafiə xarakterli olduğunu və həqiqəti əks etdirmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onunla eyni məzmunlu ifadə verdi. Məhkəmədə cinayət prosesi tərəflərinin razılığı ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis kiçik serjantı Şahid2 elan edilmiş ifadəsindən görünür ki, həmin ifadə şahidlər Şahid1 və Şahid3 ifadəsi ilə oxşar məzmunludur. İş materillarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 23.07.2021-ci il tarixli protokoldan görünür ki, 23.07.2021-ci il tarixdə saat 23:15-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə ərazisində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin qərarının surətindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin 25.07.2021-ci il tarixli, 4(060)-352/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 23 iyul 2021-ci il tarixdən hesablanmışdır. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin qərarının surətindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin 18.10.2021-ci il tarixli, 4(060)-540/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 23.10.2021-ci il tarixdən hesablanılmaqla 15 gün müddətinə uzadılmışdır. İş materiallarında olan 24.07.2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli idman şalvarının arxa cibində saxlamış olduğu 10 ədəd siqaretin kağız bükümlərini təqdim etmiş, həmin bükümlər Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkonvik-leytenantı Səadət Qəbnərov tərəfindən açılmış, bükümlərdə spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə olan “heroin”-ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs həmin cibindən bir ədəd qara rəngli elektron tərəzini də təqdim etmişdir. Həmin tərəzinin işə salınması üçün nəzərdə tutulan düyməsini sıxdıqda tərəzi işlək vəziyyəti almış və sonra həmin düymə ilə də söndürülmüşdür. Sorğu zamanı o bildirmişdir ki, ondan aşkar olunan maddələr narkotik vasitə olan “heroin”-dir, aşkar olunmuş həmin maddələri 23.07.2021-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar dairəsi ərazisində tanımadığı şəxsdən 25 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24.07.2021-ci il tarixli, 6/3060 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №127” möhür əksi olan iki ədəd kağız paketdə olan: - üzərində “Təqsirləndirilən şəxsm üzərindən...”sözləri, ad, soyad və imzalar qeyd edilmiş içərisində 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,059 qram, 0,163 qram, 0,092 qram, 0,110 qram, 0,198 qram, 0,193 qram, 0,135 qram, 0,092 qram, 0,086 qram, 0,065 qram ümumi təmiz çəkisi 1,193 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. - üzərində “Təqsirləndirilən şəxsm üzərindən...”sözləri, ad, soyad və imzalar qeyd edilmiş kağız paketdə olan bir ədəd tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün təmiz çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs aşkar edilmiş heroin ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İş materillarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizasının 19.08.2021-ci il tarixli, 2962 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin çəkisi 1,193 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 1,093 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi və üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmışdır. Həmçinin iş materillarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 01 ədəd ağ rəngli “Samsung” markalı mobil telefona baxış keçirilmiş, iş üzrə zəruri mesajlar və fotoşəkillər aşkar olunaraq protokola əlavə edilmiş, həmin mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş telefonun “whatsapp” sosial şəbəkəsindəki mesajlar bölümünə keçirilən baxışda “Ququwqa” və “İquw Cin” adları ilə qeyd olunmuş şəxslərlə davamlı olaraq narkotik vasitələr və psixatrop maddələrin alışı və satışı ilə bağlı danışıqlar aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 09.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 06.07.2015-ci il tarixli hökmünə əsasən CM-nin 263-1.1-ci maddəsində təqsirli bilinərək 01 il 09 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 16.09.2015-ci il tarixli qərarı ilə onun barəsində 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 04 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 01.06.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 01.08.2019cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsində təqsirli bilinərək, AR CPM-nin 67.5 və 69.3-ci maddələrinin tələbinə əsasən 10 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan rayon Məhkəməsinin 08.06.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. 17.07.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 01.08.2019-cu il tarixli, 1(060)- 216/2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilən cəza Sumqayıt Apellyasiya Məhkəməsinin 16.09.2015-ci il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş 10 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə əlavə cəzası ilə hökmlərin məcmusu üzrə tam birləşdirilmiş və Təqsirləndirilən şəxs üzərində 10 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Əsas və əlavə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan Sumqayıt şəhər 22 Saylı MKS tərəfindən verilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Sumqayıt İcra Hakimiyyəti Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Sumqayıt şəhər, Kotec qəsəbəsi, 12-ci məhəllə, 111 saylı fərdi evdə yaşadığı müddət ərzində onun barəsində şikayət və ya narazılıq daxil olmamışdır. Məhkəmə tərəfindən əldə edilmiş Azərbaycan Respublikası DİN tibbi müayinənin keçirilməsi və tibbi tardımın göstərilməsinin qeydiyyatı kitabından görünür ki, Təqsirləndirilən şəxs 24.07.2021-ci il tarixdə saat 02:45-də MSY-nə daxil olmuş, üzərində xəsarət aşkar olunmamış və şəxs tərəfindən hər hansı şikayəti olunmamışdır. Təqsirləndirilən şəxs 16.03.2022-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqdakı ifadəsini təsdiq etdiyini və məhkəmədən ona yügül cəza təyin edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik maddələrin satış məqsədi olmadan 10 bükümdə narkotik vasitə əldən edib üzərində daşımasına dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun bu hissəsdə göstərdikləri işin hallarına uyğun və inandırıcı deyildir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış, şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə ittihamda qeyd edilən kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən bükümlərdə və çəkidi olan narkotik vasitə, üzərində aşkar edilmiş tərəzi, telefon yazışmaları, polis əməkdaşları tərəfindən fiziki təzyiq götərilməməsi ibtidai istintaq tərəfindən Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif olunduğu qənaətinə gəlməyi imkan verir. Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, üzərindən 10 (on) ədəd bükümdə narkotik vasitə olan heroinin aşkar olunması, üstündə bunları satmaq üçün avadanlıq, yəni tərəzi olması onun satış məqsədini təsdiq edir. Eyni zamanda əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs ümumiyyətlə üzərində narkotik vasitənin olmamasına dair ifadəsi onun ibtidai istintaq və sonrakı məhkəmə iclasında verdiyi ifadə ilə yanaşı işin araşdırılan halları ilə, toplanmış sübutlarla inkar olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 10 ədəd siqaret kağızı bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,059 qram, 0,163 qram, 0,092 qram, 0,110 qram, 0,198 qram, 0,193 qram, 0,135 qram, 0,092 qram, 0,086 qram, 0,065 qram ümumilikdə 1,193 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və üzərində heroin izləri olan 01 ədəd elektron tərəzinin tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, narkotok vasitəni qanunsuz əldə edib saxladığına və daşıdığına görə peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal əməlində cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.Cəzaçəkmə müddətinin əvvəli 23.07.2021-ci il tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 65,00 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Sumqayıt şəhər 1 Saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 21.10.2021-ci il tarixli (iş № 1(060)-715/2021) qərarını icra edərək, 25.10.2021-ci il tarixli 1363 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Cinayət işi üzrə maddi sübut olan, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,093 qramı və elektron tərəzi məhv edilməli, bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 23 iyul 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,093 qram və elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar