Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-94/2023 15.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-514/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2mış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun xırdabuynuzlu heyvanlarını (quzularını) götürüb satıb sonra pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq, vahid qəsdlə xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, Həsənağa Salayev küçəsi 86 saylı evin həyətindən 120 manat dəyərində olan 01 baş 19 kq-hq, 125 manat dəyərində olan 01 baş 20 kq-hq, 130 manat dəyərində olan 01 baş 21 kq-hq, 135 manat dəyərində olan 01 baş 22 kq-hq, 145 manat dəyərində olan 01 baş 24 kq-hq olmaqla cəmi 655 manat dəyərində olan xırdabuynuzlu heyvanları (quzuları), xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində eyni yerdən biri 150 manat ikisi cəmi 300 manat dəyərində olan 02 baş 25 kq-hq, biri 155 manat ikisi cəmi 310 manat dəyərində olan 02 baş 26 kq-hq, 160 manat dəyərində olan 01 baş 27 kq-hq olmaqla ümumilikdə 770 manat dəyərində olan quzuları, xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində həmin yerdən 130 manat dəyərində olan 01 baş 21 kq-hq, 150 manat dəyərində olan 01 baş 25 kq-hq, 160 manat dəyərində olan 01 baş 27 kq-hq, 170 manat dəyərində olan 01 baş 29 kq-hq olmaqla cəmi 610 manat dəyərində olan quzuları, xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində eyni yerdən biri 150 manat üçü cəmi 450 manat dəyərində olan 03 baş 25 kq-hq, biri 160 manat ikisi cəmi 320 manat dəyərində olan 02 baş 27 kq-hq olmaqla cəmi 770 manat dəyərində olan quzuları, xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində həmin yerdən 135 manat dəyərində olan 01 baş 22 kq-hq, 140 manat dəyərində olan 01 baş 23 kq-hq, biri 150 manat ikisi cəmi 300 manat dəyərində olan 02 baş 25 kq-hq, 165 manat dəyərində olan 01 baş 28 kq-hq olmaqla ümumilikdə 740 manat dəyərində olan quzuları, xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində eyni yerdən biri 140 manat beşi cəmi 700 manat dəyərində olan 05 baş 23 kq-hq, 145 manat dəyərində olan 01 baş 24 kq-hq olmaqla ümumilikdə 845 manat dəyərində olan quzuları, xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində həmin yerdən 125 manat dəyərində olan 01 baş 20 kq-hq, 135 manat dəyərində olan 01 baş 22 kq-hq, 140 manat dəyərində olan 01 baş 23 kq-hq olmaqla cəmi 400 manat dəyərində olan quzuları, xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində eyni yerdən biri 155 manat ikisi cəmi 310 manat dəyərində olan 02 baş 26 kq-hq, biri 160 manat ikisi cəmi 320 manat dəyərində olan 02 baş 27 kq-hq olmaqla cəmi 630 manat dəyərində xırdabuynuzlu heyvanları (quzuları) ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 5420 (beş min dörd yüz iyirmi) manat xeyli miqdarda zərər vurub dələduzluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunun oğlu X1 həbsdən azad edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs2nm yaşadığı Sumqayıt şəhəri, 19-cu məhəllə, 5/24 saylı evinin yaxınlığında 8000 (səkkiz min) manat pulunu ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək sonuncuya Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Bələdiyyəsinə ucuz qiymətə verilmiş xırda buynuzlu heyvanların alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən “Güvən” lombardın qarşısında 6700 (altı min yeddi yüz) manat pulunu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda zərər vurub dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 təxminən 10 ildir tanıyır, Qurban uzun müddətdir ki, yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsindəki evin həyətində xırda buynuzlu heyvan (quzu) saxlayır. O, 2021-ci ilin avqust ayının ortalarında onun yaşıdığı evin qapısına gedib Qurbanla görüşmüşdür. Söhbət əsnasında Qurbana bildirmişdir ki, ondan quzu alıb baha qiymətə sataraq gəlir əldə etmək istəyir. Qurban da onunla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində onun yaşadığı evə yoldan tutduğu furqonlu bir «Mersedes C klass» markalı dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobil ilə gələrək ondan ümumi dəyəri 689 manat olan 21 kq, 24 kq, 22 kq, 20 kq, 19 kq olmaqla 106 kq-lıq quzu götürüb həmin avtomobilə yükləyib aparmışdır. Qurban ona quzunun 1 kq-nı 6 manat 50 qəpikdən vermiş, o Qurbana bunu restorana aparıb verəcək özləri kəsəcəklər demişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində o yenə də Qurbanın yaşadığı evə yoldan tutduğu furqonlu bir «Mersedes C klass» markalı və yaxud «Hyundai» markalı avtomobil ilə gedərək ondan ümumi dəyəri 845 manat olan 27 kq, 26 kq, 26 kq, 25 kq, 25 kq-lıq olmaqla 130 kq-lıq quzu götürüb həmin avtomobilə yükləyib aparmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində o yenə də onun yaşadığı evə furqonlu bir «Mersedes C klass» markalı və yaxud «Hyundai» markalı avtomobil ilə gedərək ondan ümumi dəyəri 663 manat olan 29 kq, 25 kq, 27 kq, 21 kq olmaqla 102 kqlıq quzu götürüb həmin avtomobilə yükləyib aparmışdır. Bundan əlavə, xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində o yenə də Qurbanın yaşadığı evə furqonlu bir «Mersedes C klass» markalı və yaxud «Hyundai» markalı avtomobil ilə gedərək ondan ümumi dəyəri 838 manat olan 27 kq, 25 kq, 27 kq, 25 kq, 25 kq olmaqla 129 kq-lıq quzu götürüb həmin avtomobilə yükləyib aparmışdır. Bundan əlavə xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində o yenə də Qurbanın yaşadığı evə furqonlu bir «Mersedes C klass» markalı və yaxud «Hyundai» markalı avtomobil ilə gedərək ondan ümumi dəyəri 799 manat olan 25 kq, 23 kq, 25 kq, 22 kq, 28 kq olmaqla 123 kq-lıq quzu götürüb həmin avtomobilə yükləyib aparmışdır. Bundan əlavə həmin gün saat 16:00 radələrində yenə də onun yaşadığı evə furqonlu bir «Mersedes C klass» markalı və yaxud «Hyundai» markalı avtomobil ilə gedərək Qurbandan ümumi dəyəri 903 manat olan 23 kq, 23 kq, 24 kq, 23 kq, 23 kq, 23 kq-lıq olmaqla 139 kq-lıq quzu götürüb həmin avtomobilə yükləyib aparmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində yenə də Qurbanın yaşadığı evə furqonlu bir «Mersedes C klass» markalı və yaxud «Hyundai» markalı avtomobil ilə gedərək ondan ümumi dəyəri 442 manat olan 23 kq, 22 kq, 20 kq olmaqla 422 kq-lıq quzu götürüb həmin avtomobilə yükləyib aparmışdır. Bundan əlavə xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində o yenə də Qurbanın yaşadığı evə furqonlu bir «Mersedes C klass» markalı və yaxud «Hyundai» markalı avtomobil ilə gedərək ondan ümumi dəyəri 689 manat olan 27 kq, 27 kq, 26 kq, 26 kq olmaqla 106 kq-lıq quzu götürüb həmin avtomobilə yükləyib aparmışdır. Həmin quzuları Qurban bayramı ərəfəsi olduğundan aparıb tanımadığı şəxslərə mal bazarı ərazisində satmış, pulları isə şəxsi ehtiyacları üçün ödəmişdir. Beləliklə də Qurban ona ümumilikdə 5848 (beş min səkkizyüz qırx səkkiz) manatlıq quzu vermiş, lakin o həmin quzuları aparıb baha qiymətə mal bazarında satsa da, Qurbana heç bir məbləğdə pul verə bilməmiş, pula ehtiyacı olduğu üçün əldə etdiyi pulları özünə sərf etmişdir. Sonradan Qurban ondan pulunu geri tələb etdikdə o 5848 (beş min səkkizyüz qırx səkkiz) manat puldan hissə-hissə olmaqla Qurbana 1298 (bir min iki yüz doxsan səkkiz) manat pul qaytarsa da, hazırda onun Qurbana 4550 (dörd min beş yüz əlli) manat verəcəyi var. Onun qoyunları sataraq pulunu ələ keçirtmək niyyəti əvvəlcədən olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs2 tanımaqla, sonuncunun oğlu X2 Azərbaycan Respublikası CM-in 234-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək xx.xx.2021-ci il tarixdə həbs olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılırdı. Bu məsələ ilə əlaqədar hazırda xatırlamadığı kiminsə vasitəsi ilə həmin ərəfədə o Rəna ilə 2021-ci ilin sentyabr ayının əvvəllərində tanış olmuşdur. Rəna onun oğlunu həbsdən azad etməsində ona köməklik göstərsini xahiş etmişdir. O da Rənaya həmin məsələni həll edəcəyi müqabilində ondan 8000 (səkkiz min) manat pul lazım olacağını bildirmiş, Rəna da onunla razılaşmışdır. Daha sonra o xx.xx.2021-ci il tarixdə, saat 20:00 radələrində onun yaşadığı Sumqayıt şəhəri, 19-cu məhəllə 5/24 saylı evin yaxınlığına gedərək, orada Rəna ilə görüşmüş və Rəna ona 8000 (səkkiz min) manat pul vermiş, o şəxsiyyət vəsiqəsinə 8000 (səkkiz min) manat pul almasını yazıb imzalayaraq ona vermişdir. Həmin vaxt tək olmuş, yanında heç kim olmamışdır. Lakin Rənanın məsələsini həll etməmiş, pula ehtiyacı olduğu üçün 8000 (səkkiz min) manat pulu öz şəxsi ehtiyaclarına sərf etmiş, həmin puldan heç kimə verməmişdir. Rəna ondan pulunu geri tələb etdikdə isə ona pulunu geri qaytaracağına söz versə də, imkanı olmadığı üçün pulunu hal-hazıradək qaytara bilməmişdir. Bu səbəbdən də Rəna gedib ondan polisə şikayət etmişdir. Təxminən iki ilə yaxın olar ki, Rüzigar adlı şəxsi tanımaqla, onunla aralarında normal münasibət olmuş, düşmənçilik və ya ədavət olmamışdır. 2021-ci ilin noyabr ayında ona borca pul lazım olduğu üçün bir neçə dostuna müraciət etmiş, həmin vaxt Ruzigar ona kömək edə biləcəyini bildirmiş, o da ona köməklik göstərsini xahiş etmişdir. Ruzigar qeyd etmişdir ki, pulu faizə götürüb ona verəcəkdir. O da razılaşmış və Ruzigar təxminən 5000 (beş min) manata civarında pulu ona Sumqayıt şəhəri ərazisində vermiş, o da həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir müddət sonra o Ruzigara hissə-hissə olaraq 500 (beş yüz) manat pul qaytarmış, həmin pulu hissə-hissə olaraq qaytaracağını bildirmişdir. Lakin Ruzigar pulu ondan bütöv şəkildə geri tələb etmiş, onun isə buna imkanı olmamışdır. Çalışıb imkan daxilində Ruzigarın pulunu qaytaracaqdır. O Ruzigarı aldatmamış, onun inam və etibarından istifadə etməmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları təkzib edərək Ruzigardan 7000 (yeddi min) manat deyil, 5000 (beş min) manat pul borc almış, həmin puldan da 500 (beş yüz) manat qaytarmış, Ruzigara 4500 (dörd min beş yüz) manat borcu qalmışdır. Əməlindən peşmandır. Himayəsində 02 (iki) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 ildir tanıyır. O uzun müddətdir ki, yaşadığı evin həyətində xırda buynuzlu heyvan (quzu) saxlamış, Təqsirləndirilən şəxs da bunu bilmişdir. 2021-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs onun yaşıdığı evin qapısına gəlmiş və onlar görüşmüşlər. Söhbət əsnasında Yaqub ona bildirmişdir ki, ondan quzu alıb baha qiymətə sataraq gəlir əldə etmək istəyir. O da onunla razılaşmışdır. xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə furqonlu bir «Mersedes C klass» markalı avtomobili ilə gələrək ümumi dəyəri 689 manat olan 21 kq, 24 kq, 22 kq, 20 kq, 19 kq olmaqla 106 kq-hq quzu götürüb həmin avtomobilə yükləyib aparmışdır. O ona quzunun 1 kq-nı 6 manat 50 qəpikdən vermişdir. Yaqub ona bunu hansısa restorana aparıb verəcəyini, özləri kəsəcəklərini bildirmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs yenə də onun yaşadığı evə furqonlu bir «Mersedes C klass» markalı və yaxud «Hyundai» markalı avtomobili ilə gələrək ondan ümumi dəyəri 845 manat olan 27 kq, 26 kq, 26 kq, 25 kq, 25 kq-hq olmaqla 130 kq-lıq quzu götürüb həmin avtomobilə yükləyib aparmışdır. Bundan başqa xx.xx.2021ci il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs yenə də onun yaşadığı evə furqonlu bir «Mersedes C klass» markalı və yaxud «Hyundai» markalı avtomobil ilə gələrək ondan ümumi dəyəri 663 manat olan 29 kq, 25 kq, 27 kq, 21 kq olmaqla 102 kq-hq quzu götürüb həmin avtomobilə yükləyib aparmışdır. Bundan əlavə xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs yenə də onun yaşadığı evə furqonlu bir «Mersedes C klass» markalı və yaxud «Hyundai» markalı avtomobili ilə gələrək ondan ümumi dəyəri 838 manat olan 27 kq, 25 kq, 27 kq, 25 kq, 25 kq olmaqla 129 kq-hq quzu götürüb həmin avtomobilə yükləyib aparmışdır. Bundan əlavə xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs yenə də onun yaşadığı evə furqonlu bir «Mersedes C klass» markalı və yaxud «Hyundai» markalı avtomobili ilə gələrək ondan ümumi dəyəri 799 manat olan 25 kq, 23 kq, 25 kq, 22 kq, 28 kq olmaqla 123 kq-lıq quzu götürüb həmin avtomobilə yükləyib aparmışdır. Bundan əlavə xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs yenə də onun yaşadığı evə furqonlu bir «Mersedes C klass» markalı və yaxud «Hyundai» markalı avtomobil ilə gələrək ondan ümumi dəyəri 903 manat olan 23 kq, 23 kq, 24 kq, 23 kq, 23 kq, 23 kq-lıq olmaqla 139 kq-lıq quzu götürüb həmin avtomobilə yükləyib aparmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs yenə də onun yaşadığı evə furqonlu bir «Mersedes C klass» markalı və yaxud «Hyundai» markalı avtomobil ilə gələrək ondan ümumi dəyəri 442 manat olan 23 kq, 22 kq, 20 kq olmaqla 422 kq-hq quzu götürüb həmin avtomobilə yükləyib aparmışdır. Bundan əlavə xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs yenə də onun yaşadığı evə furqonlu bir «Mersedes C klass» markalı və yaxud «Hyundai» markalı avtomobil ilə gələrək ondan ümumi dəyəri 689 manat olan 27 kq, 27 kq, 26 kq, 26 kq olmaqla 106 kq-hq quzu götürüb həmin avtomobilə yükləyib aparmışdır. Avtomobillərin dövlət qeydiyyat nişanının xatırlamamış, sürücülərin də adını bilməmişdir. Beləliklə də o Yaquba ümumilikdə 5848 (beş min səkkiz yüz qırx səkkiz) manatlıq quzu vermişdir. Lakin Təqsirləndirilən şəxs qeyd olunan tarixlərdə götürdüyü quzuların pulların gətirib ona vermədiyi üçün o ondan pulunu geri tələb etməyə başlamış, Yaqub da 5848 (beş min səkkiz yüz qırx səkkiz) manat puldan hissə-hissə olmaqla ona 1298 (bir min iki yüz doxsan səkkiz) manat pul qaytarsa da, ona hal-hazıradək 4550 (dörd min beş yüz əlli) manat verəcəyi vardır. Yaqub onun yerdə qalan 4550 (dörd min beş yüz əlli) manat pulunu geri qaytarmadığı üçün məcbur olub ondan şikayət etmişdir. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, oğlu X2 Azərbaycan Respublikası CM-in 234-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək xx.xx.2021-ci il tarixdə həbs olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in 3 saylı İstintaq Təcridxanasındə saxlanılmışdır. Oğlu həbs olunduqdan sonra oğlunun adlarını xatırlamadığı dostları vasitəsi ilə 2021-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin şəxs ona oğlunu həbsdən azad edə biləcəyini, bu səbəbdən 8000 (səkkiz min) manat pul lazım olmasını ona bildirmişdir. O da 03.09.202 -ci il tarixdə, saat 20:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına tək gəlmiş, o onunla orada görüşüb özünə məxsus 8000 (səkkiz min) manat pulu vermiş, lakin həmin şəxs halhazıradək oğlunu həbsdən azad etməmiş, müxtəlif bəhanələr gətirərək vaxtı uzadaraq onu aldatmışdır. O, ondan pulunu geri tələb etdikdə isə pulunu geri qaytaracağına söz versə də, pulunu bu günədək qaytarmamışdır. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai ististaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən iki ildir tanıyır, onunla dostu Şahid vasitəsi ilə tanış olmuşdur. xx.xx.2021-ci il tarixdə axşam saat 21:00 radələrində dostu Hüseyn İmranovla birlikdə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən «LTB» mağazasında olarkən Təqsirləndirilən şəxsla orada görüşmüşlər. Həmin vaxt Yaqub ona demişdir ki, anası Şəlalə Cəfərova Sumqayıt şəhəri, H.Z.Tağıyev Bələdiyyəsində sədr müavini vəzifəsində çalışır, onun işlədiyi bələdiyyənin müdiri Qorxmaz adlı şəxs onlara ucuz qiymətə xırda buyunuzlu heyvanlar verəcək və ona təklif etmişdir ki, həmin qoyunları ucuz qiymətə alıb üzərinə bir az pul qoyub satarlar, özünün bu işi görmək üçün 10.000 (on min) manat pulu var, 7000 (yeddi min) manatı çatmır. Həmin vaxt onun “Bank of Baku”ya borcu olduğu üçün onun təklifi ilə razılaşmış, fikirləşmişdir ki, pul qazanıb borcunu bağlayar. Lakin həmin vaxt o bu barədə Yaquba bir söz deməmişdir. xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində yenə də Hüseyn və Yaqubla birlikdə «LTB» mağazasında görüşmüşlər. Həmin vaxt o Yaqubun təklifinə razılaşıb 7000 (yeddi min) manat pul verəcəyini bildirmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində Hüseyn və Yaqubla birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən «Şeyx» çay evində görüşərkən söhbət əsnasında Yaqub cibindən 10.000 (on min) manat pulu çıxardıb ona göstərib demişdir ki, qoyunların alınması üçün götürdüyü pullardır, 7000 (yeddi min) manatı o ona verəcəkdir. O da ona demişdir ki, səhər, yəni xx.xx.2021-ci il tarixdə onunla görüşüb lombarda gedib qızılları qoyub həmin pulu ona verəcəkdir. xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində 7000 (yeddi min) manat puldan 1000 (bir min) manatı özündən, qalan 6000 (altı min) manatını isə Yaqubun özü ilə Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən “Güvən” lombarda gedərək ona məxsus qızılzinət əşyalarını girov qoyub götürüb cəmi 7000 (yeddi min) manat pulu həmin lombardın qarşısında vermişdir. Yaqub demişdir ki, qoyunları gətirməsi üçün Qorxmaz müəllimin yanına gedir, saat 15:00-da qayıdacaq və çıxıb getmişdir. Həmin gün saat 15:00 radələrində o görəndə ki, Yaqubdan xəbər yoxdur, özü onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş, lakin ona zəng çatmamışdır. Bundan sonra o Yaquba dəfələrlə zəng etsə də, ona zəng çatmamış, məcbur olub xx.xx.2021-ci il tarixdə saat 13:00 radələrində Yaqubun anası Şəlalənin işlədiyi yerə getmiş, məsələni ona danışıb Yaqubun telefonuna cavab vermədiyini bildirmişdir. Şəlalə də ona narahat olmasın, pulu batası deyil, uzaq başı onu işlədiyi bələdiyyəyə işə düzəldəcəyini bildirmişdir. Həmin vaxt o Qorxmaz müəllimin yanına gedib məsələni ona da danışmış, Qorxmaz ona demişdir ki, onlar problemli adamdır, onu aldadırlar. xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində dostu Hüseyn ona zəng edərək harada olduğunu soruşub Yaqubu tapdığını hazırda onunla birlikdə olduğunu demişdir. O da ona demişdir ki, Sumqayıt şəhəri Novxanı qəsəbəsində yerləşən «Reqnum» restoranının yanındadır. Bir neçə dəqiqədən sonra onlar birlikdə yanına gəlmişlər. Söhbət əsnasında o ona niyə telefonlarına cavab vermədiyini soruşduqda, ona demişdir ki, özünün də, onunda pulları gedibdir, onu aldadıblar, yarım saata pullar gələcəkdir. Daha sonra onlar onun idarə etdiyi «Kia» markalı avtomobilinə əyləşərək Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən «Doğum evi»nin yanına getmişlər. Həmin vaxt Yaqub Nizami adlı dostuna zəng edib pul barədə onunla danışanda, həmin şəxs ona telefonda pulun səhərə qaldığını demişdir. Daha sonra Yaqub aparıb onu evində düşürdüb çıxıb getmişdir. Lakin Yaqub yenə də onu aldatmış və pulunu geri qaytarmamışdır. 2022-ci ilin fevral ayında 7000 (yeddi min) manat puldan Yaqub 300 (üç yüz) manatı ona qaytarsa da, hal-hazıradək onu aldadıb ələ keçirtdiyi qalan 6700 (altı min yeddi yüz) manat pulunu qaytarıb verməmişdir. Bundan sonra o müxtəlif dövlət orqanlarına şikayət etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəməmişdir. Məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onun adı Ağahüseyn olsa da, hamı onu Hüseyn kimi çağırır. 2011-ci ildən hal-hazıradək Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən «LTB» geyim mağazasında filial müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs3 tanıyır, onlar bir məktəbdə oxumaqla, onun qonşusu və yaxın dostudur. Təqsirləndirilən şəxs 2019-cu ildən tanıyır. Ruzigarı Yaqubla özü tanış etmişdir. xx.xx.2021-ci il tarixdə axşam saat 21:00 radələrində dostu Zərərçəkmiş şəxs3 onun işlədiyi dükanda olarkən Təqsirləndirilən şəxs da ora gəlmiş, onlar görüşmüşlər, həmin vaxt Yaqub Ruzigara demişdir ki, ucuz qiymətə xırda buyunuzlu heyvanlar verəcək və ona təklif etmişdir ki, həmin qoyunları ucuz qiymətə alıb üzərinə bir az pul qoyub satarlar, özünün bu işi görmək üçün 10.000 (on min) manat pulu var, 7000 (yeddi min) manatı çatmır. Lakin Yaqubun həmin qoyunları ucuz qiymətə haradan və kimdən alacağı barədə o bilməmişdir. Həmin vaxt Ruzigar Yaquba fikirləşib xəbər edəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində yenə də Ruzigar və Yaqubla birlikdə «LTB» mağazasında görüşmüşlər. Həmin vaxt Ruzigar Yaqubun təklifinə razılaşıb, 7000 (yeddi min) manat pul verəcəyini bildirmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində o Ruzigar və Yaqubla birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən «Şeyx» çay evində görüşərkən söhbət əsnasında Yaqub cibindən 10.000 (on min) manat pulu çıxardıb onlara göstərib demişdir ki, qoyunların alınması üçün götürdüyü pullardır, 7000 (yeddi min) manatı Ruzigar ona verəcəkdir. Ruzigar da ona demişdir ki, səhər, yəni xx.xx.2021-ci il tarixdə onunla görüşüb lombarda gedib qızılları qoyub pul götürüb həmin pulu ona verəcəkdir. Sonradan Ruzigardan ona məlum olmuşdur ki, o xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Sumqayıt şəhəri, 14cü məhəllədə yerləşən “Güvən” lombarda gedərək özünə məxsus qızıl-zinət əşyalarını girov qoyub 6000 (altı min) manat pul götürmüş və özündə olan 1000 (bir min) manat pulla birlikdə cəmi 7000 (yeddi min) manat pulu həmin lombardın qarşısında Yaquba vermişdir. Həmin vaxt özü onların yanında olmamışdır. Lakin sonradan Ruzigar Yaquba zəng etsə də, sonuncu onun telefonuna cavab vermədiyi üçün onu tapa bilməmiş, bu səbəbdən də Ruzigar Yaqubu tapmağı ondan xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində o Yaqubu tapıb Ruzigara zəng edib onunla birlikdə olduğunu demiş, Ruzigar da ona demişdir ki, Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən «Reqnum» restoranının yanındadır. Bir neçə dəqiqədən sonra onlar Ruzigarın yanına getmişlər. Söhbət əsnasında Ruzigar orada Yaquba niyə telefonlarına cavab vermədiyini soruşduqda, Yaqub da ona demişdir ki, özünün də, Ruzigarında pulları gedibdir, onu aldadıblar, yarım saata pullar gələcəkdir. Daha sonra onlar onun idarə etdiyi «Kia» markalı avtomobilinə əyləşərək Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən «Doğum evi»nin yanına getmişlər. Həmin vaxt Yaqub Nizami adlı dostuna zəng edib pul barədə onunla danışanda, həmin şəxs ona telefonda pulun səhərə qaldığını demişdir. Daha sonra Yaqub aparıb onları evlərinə düşürdüb çıxıb getmişdir. Lakin Yaqub yenə də Ruzigarı aldatmış və pulunu geri qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, Yaqub Ruzigarın 7000 (yeddi min) manat pulundan 300 (üç yüz) manatı ona qaytarsa da, hal-hazıradək Ruzigarı aldadıb ələ keçirtdiyi qalan 6700 (altı min yeddi yüz) manat pulunu qaytarıb verməmişdir. Bundan sonra Ruzigar məcbur olub müxtəlif dövlət orqanlarına şikayət etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünashq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5658 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxmini 1425 (bir min dörd yüz iyirmi beş) manat, 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3855 (üç min səkkiz əlli beş) manat müəyyən edilir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşaq vardır. İş materiallarında olan 21 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-514/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-514/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-514/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum məhkum olunmuş və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-514/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 514/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəzərə alınmalı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməli və iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 50.00 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-514/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-514/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-94/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-94/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver