Məhkəmə qərarları › İş №1(060)-94/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-94/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-94/2024 10.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə, Salyan rayonu, Cəngən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Salyan rayonu, Cəngən kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 yanvar 2023-cü il tarixdə, gecə saat 03 radələrində Sumqayıt şəhəri 34-cü məhəllə, 20 Yanvar küçəsində N.Nərimanov heykəlinin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi köşkün qapısının qıfılını özü ilə gətirdiyi metal parçası ilə sındıraraq açmaqla içəriyə qanunsuz daxil olaraq, orada olan hər bir qutunun qiyməti 3 manat 70 qəpik olan 22,2 manat dəyərində 6 qutu “Kent 4” qalın siqareti, hər bir qutunun qiyməti 3 manat 70 qəpik olan 44,4 manat dəyərində 12 qutu “Kent 8” siqareti, hər bir qutunun qiyməti 3 manat 70 qəpik olan 40,7 manat dəyərində 11 qutu “Kent 4” nazik siqareti, hər bir qutunun qiyməti 3 manat 70 qəpik olan 11,1 manat dəyərində 3 qutu “Kent mentol” siqareti, hər bir qutunun qiyməti 3 manat 70 qəpik olan 25,9 manat dəyərində 7 qutu “Kent 1” nazik siqareti, hər bir qutunun qiyməti 3 manat olan 21 manat dəyərində 7 qutu “Davidoff” siqareti, hər bir qutunun qiyməti 2 manat 70 qəpik olan 40,5 manat dəyərində 15 qutu “X2” siqareti, hər bir qutunun qiyməti 2 manat 70 qəpik olan 45,9 manat dəyərində 17 qutu “X3” siqareti, hər bir qutunun qiyməti 2 manat 70 qəpik olan 16,2 manat dəyərində 6 qutu “Rothmans sarı mentol” siqareti, hər bir qutunun qiyməti 4 manat 10 qəpik olan 28,7 manat dəyərində 7 qutu “Sobranie” ağ qalın siqareti, hər bir qutunun qiyməti 4 manat 10 qəpik olan 32,8 manat dəyərində 8 qutu “Sobranie” göy qalın siqareti, hər bir qutunun qiyməti 4 manat 10 qəpik olan 41 manat dəyərində 10 qutu “Sobranie” qara nazik siqareti, hər bir qutunun qiyməti 4 manat 10 qəpik olan 24,6 manat dəyərində 6 qutu “Sobranie” ağ nazik, hər bir qutunun qiyməti 4 manat 10 qəpik olan 20,5 manat dəyərində 5 qutu “Sobranie” göy nazik, hər bir qutunun qiyməti 4 manat 10 qəpik olan 57,4 manat dəyərində 14 qutu “Sobranie” compact custer siqareti, hər bir qutunun qiyməti 4 manat 10 qəpik olan 45,1 manat dəyərində 11 qutu “Sobranie” nazik custer siqareti, hər bir qutunun qiyməti 3 manat 20 qəpik olan 32 manat dəyərində 10 qutu “LD ağ compact” siqareti, hər bir qutunun qiyməti 3 manat 20 qəpik olan 28,8 manat dəyərində 9 qutu “LD nazik boz” siqareti, hər bir qutunun qiyməti 3 manat 60 qəpik olan 64,8 manat dəyərində 18 qutu “Vinston boz compact” siqareti, hər bir qutunun qiyməti 3 manat 60 qəpik olan 36 manat dəyərində 10 qutu “Vinston compact custer” siqareti, hər bir qutunun qiyməti 3 manat 60 qəpik olan 18 manat dəyərində 5 qutu “Vinston qoşa mentol” siqareti, hər bir qutunun qiyməti 3 manat 60 qəpik olan 25,2 manat dəyərində 7 qutu “Vinston göy compact” siqareti, hər bir qutunun qiyməti 3 manat 60 qəpik olan 21,6 manat dəyərində 6 qutu “Vinston boz nazik” siqareti, hər bir qutunun qiyməti 3 manat 60 qəpik olan 46,8 manat dəyərində 13 qutu “Vinston nazik custer” siqareti, hər bir qutunun qiyməti 2 manat 20 qəpik olan 33 manat dəyərində 15 qutu “Magna” boz nazik siqareti, hər bir qutunun qiyməti 2 manat 20 qəpik olan 17,6 manat dəyərində 8 qutu “Magna” ağ nazik siqareti, hər bir qutunun qiyməti 2 manat 20 qəpik olan 19,8 manat dəyərində 9 qutu “Magna” qara nazik siqareti, hər bir qutunun qiyməti 2 manat 70 qəpik olan 18,9 manat dəyərində 7 qutu “Vincester” boz compact siqareti, hər bir qutunun qiyməti 2 manat 70 qəpik olan 21,6 manat dəyərində 8 qutu “Vincester” göy compact siqareti, hər bir qutunun qiyməti 2 manat 70 qəpik olan 45,9 manat dəyərində 17 qutu “Vincester” boz nazik siqareti, hər bir qutunun qiyməti 2 manat 70 qəpik olan 13,5 manat dəyərində 5 qutu “Vincester” göy nazik siqareti, hər bir qutunun qiyməti 2 manat 20 qəpik olan 26,4 manat dəyərində 12 qutu “Viceroy” qara boz siqareti, hər bir qutunun qiyməti 2 manat 70 qəpik olan 10,8 manat dəyərində 4 qutu “Vest” qalın boz siqareti, hər bir qutunun qiyməti 2 manat 20 qəpik olan 28,6 manat dəyərində 13 qutu “Arqo” nazik ballı siqaretləri olmaqla 1027 manat 30 qəpik məbləğində tütün məmulatları və 50 manat məbləğində qəpik pulları, cəmi 1077 manat 30 qəpik məbləğində özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərdi ki, 2019-cu ildən narkotik vasitələrdən istifadə edir. Belə ki, narkotik vasitənin heroin və psixotrop maddə metamfetamin növündən istifadə edir. Hal-hazırda onda narkotik vasitələrə aludəçiliyi vardır. 05 yanvar 2023cü il tarixdə, gecə saatlarında Sumqayıt şəhəri 34-cü məhəllədə Nəriman Nərimanov heykəlinin yaxınlığından piyada hərəkət edirdi. Həmin vaxt orada köşk diqqətini cəlb etmişdir. O, içkili vəziyyətdə olduğundan həmin köşkdən oğurluq etmək qərarına gəlmişdir. Köşkə yaxınlaşan zaman qapısında qıfıl olmasını görmüşdür. O, dəmir parçası və siqaretləri aparmaq üçün kisə tapmışdır. Yerdən tapdığı dəmir parçası ilə qıfılı sındırıb köşkün içərisinə daxil olmuşdur. Köşkün içərisində olan siqaret qutularını özü ilə gətirdiyi kisəyə yığmışdır. Həmçinin köşkün içərisində olan siyirməyə baxan zaman orada dəmir qəpik pullar olmasını görmüşdür. Həmin dəmir qəpik pulları da cibinə yığmışdır. Daha sonra siqaretləri doldurduğu kisəni də götürüb köşkdən çıxmışdır. Bundan sonra oradan uzaqlaşmışdır. Yaşadığı evin yaxınlığına gələrək sakit bir yer taparaq siqaretlərə baxan zaman müxtəlif markalı siqaretlər olmasını görmüşdür. Dəmir qəpik pulları sayan zaman da təxminən 50 manat məbləğində olmasını görmüşdür. Siqaretləri evinin yaxınlığında istifadə olunmayan tikilidə gizlətmişdir. Bundan sonra evinə getmişdir. Səhər açıldıqdan sonra həmin tikiliyə gələrək oradan siqaretlərin bir hissəsini götürərək özü ilə gətirdiyi rəngli sellofan paketə doldurmuşdur. Bundan sonra Sumqayıt şəhərində yerləşən əşya bazarı deyilən yerə gələrək siqaretləri orada tanımadığı müxtəlif şəxslərə bir qədər ucuz qiymətə satmışdır. Siqaretləri satdığı şəxslərdən yalnız Ramil adlı şəxsi tanıyırmış. Belə ki, Ramil Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yaşayır. Onunla əvvəlcədən tanışlığı olmuşdur. Ramilə təxminən 20-25 qutu müxtəlif markalı siqaretləri satmışdır. Ramil siqaretləri haradan əldə etdiyini soruşduqda ona fəhlə işlədiyini və pul əvəzində iş gördürən şəxsin ona siqaretlər verdiyini bildirmişdir. Siqaretlərin bir qismini isə özü istifadə etmişdir. Oğurluq hadisəsini 05 yanvar 2023-cü il tarixdə saat 03 radələrində törətmişdir. Həmin vaxtı da ətrafda və küçədə heç kim olmamışdır. Oğurluq etməyini heç kim görməmişdir. Qeyd olunan oğurluq hadisəsindən başqa heç bir oğurluq hadisəsi törətməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Tutduğu əməldən peşmandır və ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri 18-ci məhələ, ev 5/27 В mənzil 7-də yaşayır. Sumqayıt şəhəri 34-cü məhəllədə Nərimanov heykəlinin yaxınlığında 20 yanvar küçəsində yerləşən köşkü aylıq 600 manat icarə əsasında işlədir. Həmin köşkdə siqaret məhsulları, sular, şoklar və digər xırda məhsullar satır. Həmin köşkdə səhərlər anası Şahid1 satıcı işləyir. Axşam saatlarında isə o, satıcı işləyir. Köşkü hər səhər saat 09 radələrində anası Naibə açır. Axşam saat 24 radələrində isə özü köşkü bağlayıb evə gedir. 04 yanvar 2023-cu il tarixdə saat 00:30 radələrində köşkü bağlayıb evə getmişdir. 05 yanvar 2023-cü il tarixdə anası Naibə səhər tezdən köşkü açmaq üçün getmişdir. Az sonra anası ona zəng edərək köşkün qarət olunduğunu bildirmişdir. Köşkə gedən zaman qapının qıfılının üstündə olduğunu, lakin qıfılın sınmış vəziyyətdə olmasını görmüşdür. Köşkə daxil olub içəri baxan zaman köşkün içərisinin dağınıq vəziyyətdə olmasını görmüşdür. Köşkə gəldikdən sonra 4- cü polis bölməsinə zəng edərək məlumat vermişdir. Az sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. Ərizə yazaraq köşkdən oğurluq olması ilə bağlı yazılı müraciət etmişdir. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və əl izləri götürülmüşdür. Bundan sonra köşkdə dəqiqləşdirmə aparan zaman təxminən 1000 manat dəyərində müxtəlif adda siqaretlərin oğurlandığını bilmişdir. Köşkdən hər bir qutunun qiyməti 3 manat 55 qəpik olan 6 qutu Kent 4 qalın siqareti, hər bir qutunun qiyməti 3 manat 55 qəpik olan 12 qutu Kent 8 siqareti, hər bir qutunun qiyməti 3 manat 55 qəpik olan 11 qutu Kent 4 nazik siqareti, hər bir qutunun qiyməti 3 manat 55 qəpik olan 3 qutu Kent mentol siqareti, hər bir qutunun qiyməti 3 manat 55 qəpik olan 7 qutu Kent 1 nazik siqareti, hər bir qutunun qiyməti 3 manat 55 qəpik olan 7 qutu Davidoff siqareti, hər bir qutunun qiyməti 2 manat 55 qəpik olan 15qutu “X2” siqareti, hər bir qutunun qiyməti 2 manat 55 qəpik olan 17qutu X3 siqareti, hər bir qutunun qiyməti 2 manat 55 qəpik olan 6 qutu Rothmans sarı mentol siqareti, hər bir qutunun qiyməti 3 manat 85 qəpik olan 7 qutu Sobranie ağ qalın siqareti, hər birinin qutunun qiyməti 3 manat 85 qəpik olan 8 qutu Sobranie göy qalın siqareti, hər bir qutunun qiyməti 3 manat 85 qəpik olan 10 qutu Sobranie qara nazik siqareti, hər bir qutunun qiyməti 3 manat 85 qəpik olan 6 qutu Sobranie ağ nazik, hər bir qutunun qiyməti 3 manat 85 qəpik olan 5 qutu Sobranie göy nazik, hər bir qutunun qiyməti 3 manat 85 qəpik olan 14 qutu Sobranie compact custer, hər bir qutunun qiyməti 3 manat 85 qəpik olan 11 qutu Sobranie nazik custer, hər birinin qutunun qiyməti 2 manat 85 qəpik olan 10 qutu LD ağ compact, hər birinin qutunun qiyməti 3 manat 05 qəpik olan 9 qutu LD nazik boz, hər birinin qutunun qiyməti 3 manat 45 qəpik olan 18 qutu Vinston boz compact, hər birinin qutunun qiyməti 3 manat 45 qəpik olan 10 qutu Vinston compact custer, hər birinin qutunun qiyməti 3 manat 45 qəpik olan 5 qutu Vinston qoşa mentol, hər birinin qutunun qiyməti 3 manat 45 qəpik olan 7 qutu Vinston göy compact, hər birinin qutunun qiyməti 3 manat 45 qəpik olan 6 qutu Vinston boz nazik, hər birinin qutunun qiyməti 3 manat 45 qəpik olan 13 qutu Vinston nazik custer, hər biri qutunun qiyməti 2 manat 10 qəpik olan 15 qutu Magna boz nazik, hər birinin qutunun qiyməti 2 manat 10 qəpik olan 8 qutu Magna ağ nazik, hər birinin qutunun qiyməti 2 manat 10 qəpik olan 9 qutu Magna qara nazik, hər birinin qutunun qiyməti 2 manat 60 qəpik olan 7 qutu Vincester boz compact, hər birinin qutunun qiyməti 2 manat 60 qəpik olan 8 qutu Vincester göy compact, hər birinin qutunun qiyməti 2 manat 60 qəpik olan 17 qutu Vincester boz nazik, hər birinin qutunun qiyməti 2 manat 60 qəpik olan 5 qutu Vincester göy nazik, hər birinin qutunun qiyməti 2 manat 10 qəpik olan 12 qutu Viceroy qara boz, hər birinin qutunun qiyməti 2 manat 38 qəpik olan 4 qutu Vest qalın boz, hər birinin qutunun qiyməti 2 manat 10 qəpik olan 13 qutu Arqo nazik ballı siqaretləri və cəmi 50 manat xırda pul əskinazları oğurlanmışdır. Həmin siqaretləri qohumu Rafiq adlı şəxs 03 yanvar 2023-cü il tarixdə köşkə gətirmişdir. Lakin Rafiqdən siqaretləri alan zaman qaimə almamışdır. Sadaladığı siqaretlər və 50 manat puldan başqa köşkdən heç bir əmlak oğurlanmamışdır. Lakin köşkün qapısında olan qıfılın sındırılmışdır. Həmin qıfılı da 2 manat 50 qəpiyə almışdır. Oğurluq olmasına şübhələndiyi heç kim yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuş ərizəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində şikayətini geri götürür. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilib. Məhkəmə iclasında aşağıdakı şahid ifadəsi dinlənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 18-ci məhələ, ev 5/27 В mənzil 7-də yaşayır. Sumqayıt şəhəri 34-cü məhəllədə Nərimanov heykəlinin yaxınlığında 20 yanvar küçəsində yerləşən köşkü oğlu Zərərçəkmiş şəxs ilə birlikdə aylıq 600 manat icarə əsasında işlədirlər. Həmin köşkdə siqaret məhsulları, sular, şoklar və digər xırda məhsullar satırlar. Həmin köşkdə səhərlər özü, axşam saatlarında isə oğlu satıcı işləyir. Köşkü hər səhər saat 09 radələrində özü açır. Axşam saat 24 radələrində isə oğlu köşkü bağlayıb evə gedir. 04 yanvar 2023-cu il tarixdə, saat 00:30 radələrində oğlu köşkü bağlayıb evə getmişdir. 05 yanvar 2023-cü il tarixdə özü səhər tezdən köşkü açmaq üçün getmişdir. Az sonra köşkün qarət olunduğunu görmüşdür. Köşkə gedən zaman qapının qıfılının üstündə olduğunu, lakin qıfılın sınmış vəziyyətdə olmasını görmüşdür. Köşkə daxil olub içəri baxan zaman köşkün içərisinin dağınıq vəziyyətdə olmasını görmüşdür. Bu barədə oğluna bildirmişdir. Oğlu köşkə gəldikdən sonra 4-cü polis bölməsinə zəng edərək məlumat vermişdir. Az sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. Ərizə yazaraq köşkdən oğurluq olması ilə bağlı yazılı müraciət etmişdir. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və əl izləri götürülmüşdür. Köşkdən ittihamda sadalanan adda və sayda siqaretlər oğurlanmışdır. Bunlar “Kent”, “Sobranie”, “Vest”, “Viceroy” və digər markalı siqaretlər olmuşdur. Dəymiş ziyan ümumilikdə 1000 manatdan artıq olmuşdur. Həmçinin 50 manat dəyərində xırda pulllar da oğurlanmışdır. Sadaladığı siqaretlər və 50 manat puldan başqa köşkdən heç bir əmlak oğurlanmamışdır. Lakin köşkün qapısında olan qıfılın sındırılmışdır. Həmin qıfılı da 2 manat 50 qəpiyə almışdır. Digər Şahid2 məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. İbtidai istintaq zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Cənub küçəsi, ev 54-də yaşayır. Təqsirləndirilən şəxs təxminən 1 il olar ki, Sumqayıt şəhər sakini kimi tanıyır. Onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin yanvar ayının əvvəllərindıə Sumqayıt şəhəri ərazisində əşya bazarı deyilən yerdə Məhəmməd ilə təsadüfən görüşmüşdür. Həmin vaxtı Məhəmməd ona Sumqayıt şəhəri ərazisində fəhlə işləyən zaman ev sahibinin zəhmət haqqı əvəzinə siqaretlər verdiyini və həmin siqaretləri satdığını bildirmişdir. Həmin vaxtı Məhəmməd ona təxminən 10 ədəd “Kent 4” və 10 ədəd “Kent 8” markalı siqaretlər vermişdir. O da həmin siqaretlərə görə Məhəmmədə təxminən 70-80 manat arası pul vermişdir. Məhəmməddən siqaretlərin oğurluq olub olmadığını soruşan zaman sonuncu and içərək siqaretlərin oğurluq olmadığını və zəhmətinin əvəzində verildiyini bildirmişdir. O da Məhəmmədə inanmışdır. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis bölməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədə ona məxsus köşkdən oğurluq edildiyi bildirilmişdir. “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” xx.xx.2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:30-da cinayət törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:30-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş və həmin tarixdə, saat 12:30-da o, Sumqayıt ŞPİ-nin MSYdən azad edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Sumqayıt ŞPİ 4-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına verə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 17 may 2023- cü il tarixli 9/2806 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən tütün məmulatlarının 2023-cü ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 110,80 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Rəyin tədqiqi hissəsində siqaretlərin qiymətləri aşağıdakı qaydada göstərilmişdir. xx.xx.2023-cü il tarixli qərarla təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və eyni tarixli protokola əsasən onun təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs yetinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü Məryəm Hüseynova, xx.xx.2015-ci il təvəllüdlü Mələk Hüseynova və xx.xx.2013-cü il təvəllüdlü Gülzar Hüseynova adlı uşaqları var. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri düzgün və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahid ifadələri, yerinə baxış keçirilməsi haqqında protokol, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 may 2023-cü di 9/2806 saylı rəyi materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş və bu barədə material ayrılaraq qeydiyyata alınıb saxlanması üçün şəhər prokurorluğuna göndərilmişdir. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə iclaslarına üzrsüz səbəbdən gəlmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və axtarış elan edilmişdir. 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində tutularaq xx.xx.2024-cü il tarixində 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuş ərizəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində şikayətini geri götürür. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilib. Məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Cinayət Məcəlləsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (177.1.). Eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (177.2.3.). Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin birinci bəndində göstərilir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz (19. ). Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir (20.). Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs «daxil olmaq» əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir (21.). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində 3 azyaşlı uşaqların olmasını nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 61-ci maddəində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngüllədirən halları, o cümlədən təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün, xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixdə tutulub saxlanıldığı 01 (bir) gün, həmçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı, 50 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Hüseynov Ramin Əşir oğlu Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanından kənara çıxmamalı, elektron nəzarət vasitəsini gəzdirməli və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməli, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Füzuli qızına 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün, həmçinin xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixdə tutulub saxlanıldığı 01 (bir) gün, həmçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu müddət cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar