Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-942/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, onun müdafiəçisi və nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2, onun müdafiəçiləri Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə X2 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xüsusi ittiham qaydasında şikayət etdiyi şəxs X6 onun barəsində əsassız və böhtanlarla dolu şikayət ərizəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyliyə şikayət ərizəsi ilə müraciət etmişdir. Onun bu əsassız şikayəti nəticəsində Azərbaycan Respublkasə Elm və Təhsil Nazirliyi X1 15 oktyabr 2024-cü il tarixli 117 saylı əmrinə əsasən komissiya yaradılmış və onun barəsində protokol tərtib edilmişdir. Protokoldan da aydın görünür ki, onun bu şikayəti tamamilə əsassızdır. Onun bu şikayəti ilə ona böhtan atılmış və onun ictimai həyatına mənfi təsir göstərilmişdir. Belə ki, Nəcəf Qəhrəmanov öz şikayətində onu digər akademiklərin adına qara yaxdığını, müvafiq dövlət orqanlarına böhtan xarakterdi ərizələr və şikayətlər yazdığını, hətta iki akademikin ölümünə səbəb olmağı kimi böyük bir böhtan atmışdır. O, 1969-cu il tarixdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda çalışır. Onun kimi bir alim belə böyük bir cinayətlə ittiham edilmiş və ona böhtan atılmışdır. X2 öz şikayətində göstərdiyi hər şey əsassız və böhtan xarakterlidir. Onun bir alim kimi adına ləkə sürür. Tərtib edilmiş komissiyanın qərarı isə reallığa qətiyyən uyğun deyildir. Komissiya şikayət edilmiş məsələ ilə tamamilə əlaqəsiz və məsələyə aidiyyəti olmayan bir qəbul etmişdir. Həmçinin, onu da qeyd edir ki, o, nə komissiyanın iclasına çağırılmış, nə də barəsində edilmiş şikayət ərizəsi ilə tanış edilmişdir. O, akademik kariyerası ərzində Azərbaycan Respublkasə Elm və Təhsil Nazirliyi (Şəxsən nazir cənab Emin Əmrullayevə açıq açıq imza ilə müraciət etmişdir) X1 xeyri üçün səy göstərib müvafiq müraciətlər etmişdir. Məruz qaldığı bu böhtanlar onun kariyerası və şəxsi həyatı üçün ağlasığmazdır. X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayətinin məzmununa uyğun çıxış edərək verilmiş suallara cavab olaraq bildirdi ki, X6 7-8 il olar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda işləyir. O da uzun müddət həmin İnstitutun direktor müavini işləmişdir. Əvvəllər İnstitutun direktoru mərhum Akif Əzizov olmuşdur. Akif müəllim bir gün ona X2 barəsində təqdimat verərək onu baş işçi kimi işə qəbul etmələrini bildirmiş və o da, təqdimat verərək həmin şəxsi işə qəbul etmişlər. İkinci təqdimatla X6 laborotoriya müdiri təyin edilmişdir. Uzun müddət bir yerdə işləmələrinə baxmayaraq onun elmi tədqiqat işlərini bura gətirmiş və bir ay keçmədən onun işləri barədə məqalələr yazmışdır. İş zamanı bir neçə xoşagəlməz hadisələr baş vermişdir. Heç zaman aralarında ədavət olmamışdır. İnstitutda iclas zamanı o, müharibə getdiyini və arxa cəbhədə möhkəm olmalarını söyləyən zaman Nəcəf Qəhrəmanov ona hamının yanında “nə olsun Ermənistan da vətən müharibəsi aparır” ifadələrini işlətmiş, lakin o, Nəcəf Qəhrəmanova heç bir söz deməmişdir. N.Qəhrəmanov ərizədə onun barəsində alimliyini və adamlığını itirmiş ifadələri qeyd edilmişdir. O. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda kimya elminin inkişafında və Sumqayıt şəhərinin sosial-iqtisadi həyatında fəaliyyətinə görə fəxri diplomu ilə təltif edilmişdir. Əgər onun elmi biliyi olmasaydı Prezident tərəfindən təltif edilməzdi. X11 və X13 direktoru, o da uzun müddət İnstitutun elmi işlər üzrə direktor müavini olmuşdur. N.Qəhrəmanov iddia edir ki, guya onların ölümünə o səbəb olmuşdur. Lakin bildirmək istəyir ki, Ayaz Əfəndiyev ilə vəfat edən günə kimi münasibətləri yaxşı olmuş, hətta o, ona qardaş deyə müraciət etmişdir. Hətta oğlunun elçilik mərasiminə də onlar bir yerdə getmişlər. N.Qəhrəmanov tərəfindən şikayət Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyliyə ünvanlanmış, ərizənin harda baxılmasından və komissiyanın sədrinin kim olmasından məlumatı olmamışdır. Sonradan o, Həmkarlar təşkilatına müraciət etmiş, ərizənin surətini götürərək tanış olmuş, lakin ərizənin baxılması zamanı dəvət olunmamışdır. Ərizə ilə tanış olduqdan sonra şikayət yazılaraq məhkəməyə təqdim olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 verilmiş suallara cavab olaraq bildirdi ki, əvvəllər Müdafiə Nazirliyinin Elmi Mərkəzində, 2014-cü il tarixindən isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda işləyir. O, işə qəbul olunan zaman Akif müəllim ona İnstitutun cox qərəzli yer olduğunu bildirmiş, lakin o, bu sözün mənasını başa düşməmişdir. Lakin sonradan orada işləyən şəxslərin bir-birindən Nazirliyə və Azərbaycan Respublikasının Prezidentinə şikayət yazmaqlarını gördükdə Akif müəllimin ona dediyi sözün mənasını başa düşmüşdür. Ona görə də, tez-tez İnstituta komissiya gəlmiş, hətta bununla əlaqədar Akif müəllimin halı pisləsmiş və ona təcili tibbi yardım briqadası çağırılmışdır. Araşdırma aparıldıqdan sonra həmin şikayət yazan şəxsin adının Vaqif olduğu və X3 dostu olduğu müəyyən edilmişdir. Vaqif barəsində məhkəməyə müraciət olunmuş və Vaqif adlı şəxs onu öyrədənin Valeh Cəfərov olduğunu etiraf etmişdir. X9 direktoru olmaq arzusunda olduğu üçün bu hərəkətlərə əl atmışdır. V.Cəfərovun müdiri olduğu laboratoriya 10 il ərzində 17 məqalə, onun laboratoriyasında isə 173 məqalə dərc edilmişdir. Onun laborotoriyası ən aşağı reytinqli laboratoriya kimi tanınır. İnstitutda olan komisiya iclası zamanı Xəyalə xanım doktorluq müdafiəsi edən zaman həmin vaxt ora 2 akademik və 4 müxbir üzv gəlmişdir. İclas cox yüksək səviyyədə keçmiş və sənədlər X4 göndərilmişdir. Bir müddət sonra Xəyalə xanım X4 dəvət olunmuş, bir nəfərin müsbət rəy verdiyini, lakin V.Cəfərov Xəyalə xanım barəsində qərəzli mövqe tutaraq onun haqqında böhtan xarakterli ərizə yazmışdır. Yuxarıda qeyd olunanlara əsasən şikayətin icraata qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi bildirmişdir ki, bu şikayət əsasən böhtan və şər xarakterlidir. Akademiyanın müxbir üzvü olan şəxsə digər alim tərəfindən insanlığı irilmiş ifadəsinin işlədilməsi ona atılan böhtandır. Yuxarıda qeyd olunanlara əsasən şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 Xüsusi ittiham qaydasında şikayətlərə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndinə əsasən şikayətin təşkilata ünvanlanmasını nəzərə alaraq şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X14 da digər müdafiəçinin ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətin məzmunundan, həmçinin şikayətə əlavə edilmiş materiallardan müəyyən edilir ki, şikayət vermiş şəxs barəsində şikayət verilən şəxsin yazdığı müraciət Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinə ünvanlanmışdır. Məhkəmə təqsirlilik haqqında məsələyə qabaqcadan hüquqi qiymət vermədən (həll etmədən) qeyd edir ki, şikayətə səbəb olmuş əməlin törədildiyi yer, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tabe olan Azərbaycan Milli Elmlər Akademiyasının hüquqi ünvanı hesab edilməlidir. Sonradan həmin müraciət AMEA-nın Reyasət Heyəti tərəfindən xx.xx.2024-cü il tarixində Sumqayıt şəhəri ərazisində yerləşən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutuna dərkənarla göndərilməsi, həmçinin həmin İnstitutda müvafiq komissiya yaradılaraq müzakirənin aparılması xüsusi ittiham qaydasında şikayətə Sumqayıt şəhər Məhkəməsində baxılmasına dəlalət etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Hazırkı xüsusi ittiham qaydasında şikayət ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dispozisiyası qarşılıqlı əlaqələndirildikdə (təqsirlilik haqqında məsələyə hüquqi qiymət verilmədən) aydın olur ki, Nəcəf Qəhrəmanov tərəfindən şikayətin ünvanlandığı yer, həmin şikayətin ilkin olaraq yayıldığı və nümayiş etdirildiyi yerdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tabe olan Azərbaycan Milli Elmlər Akademiyası əməlin törədildiyi yer kimi qiymətləndirilməlidir. Məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tabe olan Azərbaycan Milli Elmlər Akademiyasının hüquqi ünvanı ünvan 1əsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Həmin Məcəllənin 302.2.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 298-300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-942/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-942/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver