Məhkəmə qərarları › İş №1(060)-943/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-943/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-943/2023 14.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, оrtа təhsilli, işsiz, məhkumluğu olmayan, Sumqayıt şəhəri 4-cü mikrorayon ev 21/29 mənzil 97-də qeydiyyatda olan və Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yataqxana 5 otaq 63-də yaşamış,barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,973 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroini və ümumilikdə 0,511 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 09 mart 2023-cü il tarixdə saat 21:50-də Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən “El” marketin yaxınlığında Sumqayıt ŞPİ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis idarəsinə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə, ayrı ayrılıqda çəkiləri 0,648 qram, 0,325 qram, ümumi təmiz çəkiləri 0,973 qram şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə, 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş bükümdə ayrı ayrılıqda çəkiləri 0,342 qram, 0,169 qram, ümumi təmiz çəkiləri 0,511 qram şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmamışdan xeyli müddət əvvəl narkotik vasitə və psixotrop maddələr qəbul etməyə başlamış, qəbul etdiyi narkotik vasitə və psixotrop maddələri ayrı-ayrı tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Sonuncu dəfə şəxsi istifadəsi üçün narkotik vasitə və psixotrop maddəni mart ayının əvvəllərində sosial şəbəkədə tanış olduğu, ancaq adının “Mehdi” və İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi, barəsində digər anket məlumatlarını bilmədiyi şəxsdən əldə etmiş, sosial şəbəkədə tanış olduğu, özünü ona “Mehdi” adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsin ona verdiyi bank kartının bank hesabına ödəniş terminalı vasitəsilə 150 manat ödədikdən sonra onun dediyi yerdən, yəni Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən həyət evlərinin birinin qarşısından keçən yol kənarından narkotik vasitə və psixotrop maddəni götürmüş, sonradan həmin narkotik vasitə və psixotrop maddənin bir qismini istifadə etmişdir. Qalan hissəsini isə sonradan istifadə etmək məqsədilə xırda bükümlərə ayıraraq üzərində saxlamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri «Azərbayacan» prospektində yerləşən «El» marketin yaxınlığında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onu üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Buna etiraz etmədən onlarla birlikdə polis idarəsinə gəlmiş, həmin vaxt üzərində şəxsi istifadəsi üçün sosial şəbəkədə tanış olduğu “Mehdi” adlı İran İslam Respublikası vətəndaşından aldığı iki bükümdə narkotik vasitə heroin və iki bükümdə psixotrop maddə metamfetamin olmuşdur. Bu barədə polis əməkdaşlarına bildirdikdə onlar dedikləri ilə razılaşmamış, harda yaşadığını, yaşadığı evdə və ya digər yerlərdə narkotik vasitə və ya psixotrop maddə saxlayıb saxlamadığını soruşmuşlar. Onlara üzərindəki narkotik vasitə və psixotrop maddədən əlavə başqa yerdə narkotik vasitə və psixotrop maddə saxlamadığını, Sumqayıt şəhəri “Qurd Dərəsi” bağları ərazisində valideynləri ilə birlikdə yaşadığını, arada isə Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yataqxana 5 otaq 63 ünvanında isə Şahid2 ilə qeyri rəsmi ər arvad münasibətlərində yaşadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsində qoyub çıxıb getmiş, aradan bir xeyli keçdikdən sonra sonra geri qayıtmışlar. Bundan sonra ondan yaşadığı ünvanlara baxış keçirilməsinə etiraz edib etmədiyini soruşduqda, yaşadığı ünvanlara baxış keçirilməsinə etiraz etdiyini bildirmişdir. Bu səbəbdən polis əməkdaşları bədəninin müxtəlif nahiyyələrinə əlləri ilə zərbələr vuraraq ona qarşı fiziki zor tətbiq etmiş, yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxladığını bildirib həmin narkotik vasitəni təqdim etməli olduğunu tələb etmişlər. Yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olmadığını bildirsə də, ona inanmamışlar, onların dedikləri ilə razılaşmarsa, yəni yaşadığı evə baxış keçirilməsinə icazə verməsə onunla bərabər qeyri rəsmi nigah münasibətlərində yaşadığı Şahid2da həbs edəcəklərini, bunun üçün Gülsümüdə polis idarəsinə gətirdiklərini bildirmişlər. Sonda ona edilmiş fiziki təsirlərə dözməyərək və qeyri rəsmi nigah münasibətlərində yaşadığı Şahid2da həbs edilməsindən qorxaraq ancaq Gülsümlə yaşadığı evə baxış keçirilməsinə icazə verə biləcəyini, valideyinləri ilə birlikdə yaşadığı evə isə baxış keçirilməsinə icazə vermədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları video çəkliş aparılacağını, video çəkiliş zamanı üzərindəki narkotik vasitə və psixotrop maddəni təqdim etməli olduğunu, ona sual ünvanlandıqda, həmin maddələri Mehdi adlı İran vətəndaşından aldığını, Şahid2 ilə birlikdə yaşadığı evdə Mehdi adlı İran vətəndaşından əldə etdiyi narkotik vasitə və psixotrop maddə saxladığını deməli olduğunu, həmçinin yaşadığı mənzilə baxış keçirilməsinə razılığının olub olmadığını soruşduqda isə Şahid2 ilə birlikdə yaşadığı mənzilə baxış keçirilməsinə razılıq verməli olduğunu bildirmişlər. Bununla razlaşmasa Şahid2da qanunsuz olaraq narkotik vasitə psixotrop maddələri əldə etdiyinə görə həbs ediləcəyini bildirmişlər. Ona qarşı yenidən fiziki zor tətbiq ediləcəyindən və qeyri rəsmi nigah münasibətlərində yaşadığı Şahid2da həbs ediləcəyindən qorxduğundan onların dedikləri ilə razılaşmış, bundan sonra video çəkliş başlanmış, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirilmiş və buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə yazılı bildiriş, eləcədə hüquqlarının müdafiəsini təmin edəcək təqdim edilmiş siyahıdan seçdiyi vəkil vəkil təqdim olunmuş, təqdim edilmiş vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir araşdırma üzrə əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya və ya predmet olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunduqda, özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu qırmızı rəngli Redmi markalı mobil telefonunu, 1 ədəd 5 manatlıq pul əskinasını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olan əynindəki gödəkcənin sol yan cibində saxladığı şəxsi istifadəsi üçün əldə etdiyi şəffaf rəngli sellofana və ağ rəngli kağıza bükülmüş bükümlərdəki narkotik vasitə və psixotrop maddəni təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilən zaman şəffaf rəngli sellofan bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli narkotik vasitə olan “heroin”, digər şəffaf rəngli sellofan bükümün və ağ rəngli kağız bükümlərin içərisindən isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin” olduğu müəyyən edilmiş, həmin narkotik vasitələri və psixotrop maddəni nə vaxt, kimdən nə məqsədlə alıb üzərində gəzdirdiyini soruşduqda, üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin narkotik vasitə olan və “kakos” adlandırılan heroin, ağ rəngli kristal şəkilli maddənin isə “şüşə” adlandırılan və psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddələri Mehdi adlı İran vətəndaşından şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyi bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümlərin hər birinin içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ayrı ayrılıqda çəkisinin sellofan ilə birlikdə 0,44 qram, 0,86 qram, həmin bükümlər birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin sellofan ilə birlikdə 1,31 qram, 1 ədəd şəffaf sellofan bükümün içərisində olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin sellofan ilə birlikdə 0,47 qram, 1 ədəd ağ rəngli kağız bükümün içərisində olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin ağ rəngli kağız ilə birlikdə 0,17 qram, 1 ədəd şəffaf sellofan bükümün və 1 ədəd ağ rəngli kağız bükümün içərisində olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 0,64 qram olduğu müəyyən edilmişdir. Аşkar olunmuş həmin maddələr bundan sonra ekspertiza tədqiqatına göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzərləri möhür ilə möhürlənmiş, sonra isə götürülmüşdür. Üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş Redmi markalı mobil telefon araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 1 ədəd 5 manatlıq pul əskinası isə araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi izah edilərək özünə geri qaytarılmışdır. Bundan başqa üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən qanunla saxlanması və ya daşınması qadağan olunmuş əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları harda yaşadığını, yaşadığı evdə və ya digər yerlərdə narkotik vasitə və ya psixotrop maddə saxlayıb saxlamadığını soruşmuşlar. Onlara əvvəlcədən razılaşdığı kimi üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən əlavə Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yataqxana 5 otaq 63 ünvanında Şahid2 ilə qeyri rəsmi ər arvad münasibətlərində yaşadığı evdədə sosial şəbəkədə tanış olduğu “Mehdi” adlı İran vətəndaşından şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. Bundan sonra yaşadığı mənzilə baxış keçirilməsinə razılıq verib vermədiyini soruşduqda, əvvəlcədən söz verdiyi kimi yaşadığı mənzilə baxış keçirilməsinə razılıq verdiyini bildirmişdir.Ancaq Şahid2 ilə birlikdə yaşadığı ünvana baxış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə ona məxsus olmamış, həmin narkotik vasitənin və psixotrop maddənin hansı şəraitdə yaşadığı evdə ona məxsus əl çantasının içərisinə yerləşdirilməsindən məlumatsız olmuşdur. Polis idarəsində ona qarşı edilmiş fiziki təsirlərə dözməyərək və onunla birlikdə qeyri rəsmi nigah münasibətlərində yaşayan Şahid2da həbs ediləcəyi polis əməkdaşları tərəfindən ona bildirildiyindən məcburiyyətdən yaşadığı evə baxış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə, psixotrop maddə və elektron tərəzinin özünə məxsus olduğunu etiraf etməyə məcbur olmuş, eləcədə video çəkliş aparılarkən narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis idarəsində olarkən ona qarşı fiziki zor tətbiq edilmişdir. Arada narkotik tərkibli və psixotrop maddələrdən istifadə etmiş, ancaq narkotik vasitələrin və ya psixotrop tərkibli maddələrin alqı satqısı ilə məşğul olmamış, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamış, bundan heç kimin xəbəri olmamış, Mehdi adlı şəxsin ancaq adını, birdə İran İslam Respublikası vətəndaşı olduğunu bilmişdir.O narkotik maddələrin satışı ilə məşqul olmamış və heç kimə narkotik maddə satmamışdır. Əməlindən peşmandır. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin NBM-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin narkotiklərlə mübarizə bölməsinə Asif adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görə də Asif adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, qəbulu, eləcədə satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Asif adlı şəxsin xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri 4-cü mikrorayon ev 21/29 mənzil 97də qeydiyyatda olan və Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yataqxana 5 otaq 63-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və 09 mart 2023-cü il tarixdə, saat 21:50-də Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən “El” marketin yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvvəkkili Şahid1la yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar. Bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlanıldığını izah edib, onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirdiyindən, Təqsirləndirilən şəxsnu Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhvil vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvvəkkili Şahid1, eləcədə Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında və qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu təsdiq edərək xidməti otaqdakı masaya yaxınlaşaraq ilk əvvəl əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd mobil telefonu və pul əskinasını, daha sonra həmin əynindəki gödəkcənin sol yan cibindən bükümləri çıxararaq xidməti otaqdakı masanın üzərində qoymuş, ondan təqdim etdiyi bükümlərdəki maddələrin nə olduğunu, nə vaxt, harda, kimdən və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda o təqdim etdiyi bükümlərdəki ağ rəngli maddələrin psixotrop maddə olan metamfetamin olduğunu, digər qəhvəyi rəngli maddələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni saxlanılmamışdan dörd beş gün əvvəl sosial şəbəkədə tanış olduğu, ancaq İran İslam Respublikası vətəndaşı və adının Mehdi olduğunu bildiyi, barəsində digər anket məlumatlarını bilmədiyi şəxdən əldə etdiyini, narkotik vasitə və psixotrop maddəni qoyulduğu Bakı şəhəri 8-ci mikrorayon ərazisində yerləşən fərdi evlərdən birinin qarşısından keçən yolun kənarından götürdüyünü, bir qismini şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, narkotik vasitə və psixotrop maddənin qalan hissəsini isə sonradan istifadə etmək məqsədilə kirayəşin yaşadığı evdə saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsədə, onun üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümlərə baxış keçirilərkən üç ədəd şəffaf və bir ədəd kağız bükümdəki bükümlərdən iki ədədinin içərisindən ağ rəngli, digər iki ədədinin içərisində isə qəhvəyi rəngli maddələrin olduğu aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş bükümlərdəki maddələr elektron tərəzidə çəkilməklə ayrı ayrılıqda və ümumilikdə çəkiləri müəyyən edilmiş, içərisində qəhvəyi rəngli maddələr olan ilk bükümün çəkisinin 0,44 qram, ikinci bükümün çəkisinin 0,86 qram, həmin bükümlərin birlikdə ümumi çəkilərinin 1,31 qram, içərisində ağ rəngli maddələr olan ilk bükümün çəkisinin 0,47 qram, ikinci bükümün çəkisinin 0,17 qram, hər iki bükümün birlikdə ümumi çəkisinin 0,64 qram olması müəyyən edildikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş mobil telefonla birlikdə qablaşdırılaraq götürülmüşdür. Aşkar edilmiş pul əskinası isə araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi Təqsirləndirilən şəxs izah edilərək onun özünə qaytarılmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlədən başqa yaşadığı evdə və digər yerlərdə ona məxsus narkotik vasitə və ya psixotrp maddə, eləcədə qalıqlarının olub olmaması soruşulmaqla, varsa təqdim etməsi təklif edildikdə o bir daha kirayəşin yaşadığı mənzildə narkotik vasitə saxladığını, yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra onun yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 5, otaq 63 ünvanında yerləşən mənzilə getmişlər, həmin mənzildəki divanın üzərində olan əl çantasında saxladığını bildirərək bir ədəd çantanı divanın üstündən götürüb təqdim etmiş, təqdim edilmiş əl çantasının içərisinə baxış keçirildikdə həmin çantanın içərisindən bir ədəd kitabça, bir ədəd elektron tərəzi, içərisində kiristal şəkilli ağ rəngli və qəhvəyi rəngli maddələr, eləcədə yaşıl rəngli bitki tərkibli kütlələr olan iyrimi beş ədəd bükümlər aşkar edilmişdir. Bundan sonra mənzilin digər hissələrinə baxış keçirildikdə, mənzildəki divanın küncündən içərisində qəhvəyi rəngli maddə olan başqa bir sellofan bükümdə aşkar edilmiş, ancaq mənzilin digər hissələrindən hər hansı digər qanunla saxlanması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Aşkar edilmiş içərisində qəhvəyi rəngli maddələr olan bükümlər elektron tərəzidə çəkildikmiş və bir ədəd elektron tərəzi ilə birlikdə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxsə hər hansı bir fiziki və mənəvi təyziq və təsir olmamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirdi ki, əvvəllər Təqsirləndirilən şəxs ilə birlikdə qeyri rəsmi olaraq ər arvad münasibətlərində Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi yataqxana 5 otaq 63 ünvanında yaşamış, Asifi təxminən üç il əvvəl tanımış, əvvəllər qonşuluqda yaşamışlar, sonradan münasibətləri yarandığından birlikdə yaşamağa başlamışlar. Birlikdə yaşadıqları müddətdə Asifin narkotik tərkibli və psixotrop maddələrdən istifadə etdiyindən məlumatı olmuş, onu dəfələrlə bu cür zərərli vərdişindən çəkindirməyə çalışsada Asif ona heç bir əhəmiyyət verməmiş, sonuncu dəfə Asif xx.xx.2023-cü il tarixdə evdən getmiş, birdə birlikdə yaşadıqları evə xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində qayıtmışdır. Asif evə gəldikdən sonra paltarlarını dəyişmiş, özü ilə gəzdirdiyi əl çantasını evə qoyub ona toxunmamağını tapşıraraq mağazaya gedib qayıdacağını bildirərək evdən çıxıb getmişdir. Birdə həmin gün saat təxminən 22-23 radələrində yaşadıqları evə iki nəfər polis əməkdaşları gəlmiş, onlardan kim olduğunu soruşduqda həmin şəxslər ilk əvvəl özlərini Asifin tanışları kimi təqdim etmiş, Asifin evdə əl çantası olduğunu bildirib həmin çantanı onlara verməyini istəmişlər. Buna etiraz edib Asifin tanışlarının əksəriyyətini tanıdığını, onlar kimi Asifin tanışları olmadığını bildirdikdə, həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını, Asifin qanunsuz olaraq narkotik tərkibli və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğundan saxlanıldığını, Asifin saxlanılarkən yaşdıqları evdə əl çantasında narkotik vasitə və psixotrop maddə olduğunu bildirdiyini deyib, Asifə məxsus əl çantasını onlara verməyini və Asifin Sumqayıt şəhəri Qurd dərəsi ərazisində yaşayan valideyinlərinin evini onlara göstərməyini xahiş etmişlər. Həmin şəxslərdən xidməti vəsiqələrini göstərmələrini tələb etdikdə, onlar xidməti vəsiqələrini göstərmiş, onların həqiqətən polis əməkdaşı olduqlarına əmin olduqdan sonra isə Asifə məxsus əl çantasını onlara vermiş, daha sonra onlarla birlikdə Asifin valideyinlərinin yaşadığı əraziyə gedib onların evini polis əməkdaşlarına göstərmiş, bundan sonra, Sumqayıt şəhər polis idarəsinə gəlmişlər. Orda bir müddət gözlədikdən sonra saat təxminən 02-03 radələrində polis əməkdaşları, Asif və başqa bir neçə nəfər şəxslə yaşadıqları evə getmiş, orda ilk əvvəl polis əməkdaşları ilə birlikdə yaşadıqları mənzilə daxil olmuş, polis əməkdaşları Asifə məxsus əl çantasını ilkin götürdükləri yerə, yəni yaşadıqları mənzildəki divanın üzərinə qoymuşlar, bundan sonra, Asif mənzilə dəvət edilmiş və mənzilə video çəkliş aparmaqla baxış keçirilmişdir. Yaşadıqları evə baxış keçirilərkən yaşadıqları mənzildki divanın üzərində olan Asifə məxsus əl çantasının içərisindən onların bildirmələrinə görə narkotik vasitə, psixotrop maddə və elektron tərəzi aşkar edilmiş, sonra isə qablaşdırılaraq götürülmüş, daha sonra isə oda polis idarəsinə dəvət edilmiş, ona məlum olan hallar üzrə izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır ( cild İ, i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 09 mart 2023-cü il tarixdə, saat 21:50 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v. 22); 11 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İ, i.v 78-80) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İ, i.v. 87-90); Sumqayıt şəhər məhkəməsinin 4(060)-93/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmışdır. (cild İ, i.v. 108-110) “şəxsi axtarışın keçirilməsi haqqında” 09 mart 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X1 təqdim olundu, o təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirdi. Daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu qırmızı rəngli Redmi markalı mobil telefonu, 1 ədəd 5 manatlıq pul əskinasını, həmin gödəkçənin sol yan cibində saxlamış olduğu 3 ədəd şəffaf sellofan, 1 ədəd ağ rəngli kağız bükümü təqdim etdi. Həmin bükümlərə baxış keçirilən zaman 2 ədəd şəffaf sellofan bükümlərin hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələrin, digər 1 ədəd şəffaf sellofana bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən edildi. Təqdim edilmiş 1 ədəd ağ rəngli kağız büküm açılan zaman həmin bükümündə içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddənin narkotik vasitə olan “kakos”, ağ rəngli kristal şəkilli maddənin isə “şüşə" olduğunu, həmin maddələri Mehdi adlı İran vətəndaşından əldə etmişdir. həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş Redmi markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürüldü, 1 ədəd 5 manatiıq pul əskinası əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarıldı. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və m'adda'aşkar edilmədi. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkili X1 tərəfindən ona verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə işgəncələrə məruz qalmadığını, əli üzərində olan xəsarətləri özünün iş görən zaman ehtiyatsızlıqdan aldığını, burun və üz nahiyəsində olan xəsarətlərin isə sızanaq yaraları olduğunu bildirdi. (cild İ, i.v. 30-31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1455 nömrəli 10 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 124” möhür əksi olan 04 ədəd zərfdə: - üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 büküm maddə...” və s. soyadlar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,342 qram, 0,169 qram, ümumi təmiz çəkiləri 0,511 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi-komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 02 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,648 qram, 0,325 qram, ümumi təmiz çəkiləri 0,973 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd bükümdəki heroin kütlələri kimyəvi-komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər.(cild İ, i.v. 56-61) 27 mart 2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, 02 (iki) ədəd zərfdəki Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərkən aşkar edilərək götürülmüş 10 (on) ədəd bükümdə narkotik vasitə heroin, 11 (on bir) ədəd bükümdə psixotrop maddə metamfetamin, 08 (səkkiz) ədəd bükmdə narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan gümüşü rəngli elektron tərəzi və 01 (bir) ədəd bükümdə tərkibində nəzarətdə olan maddələr aşkar edilməyən tünd bozumtul-qəhvəyi rəngli maddə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, 10 (on) ədəd bükümdəki təmiz çəkisi 2,647 qram olan narkotik vasitə heroinin, tədqiqata ümumi 0,15 qram sərf edildikdən sonra qalıq 2,497 qram, 11 (on bir) ədəd bükümdəki təmiz çəkisi 31,665 qram olan psixotrop maddə metamfetaminin, tədqiqata ümumi 0,11 qram sərf edildikdən sonra qalıq 31,555 qram və 08 (səkkiz) ədəd bükümdəki təmiz çəkisi 1,91 qram olan narkotik vasitə qurudulmuş marixuananın, tədqiqata ümumi 0,16 qram sərf edildikdən sonra qalıq 1,75 qram çəkisinin qalması nəzərə alınmaqla göstərilən narkotik vasitə olan heroin, qurudulmuş marixuana, psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi və 01 (bir) ədəd bükümdə tərkibində nəzarətdə olan maddələr aşkar edilməyən tünd bozumtul-qəhvəyi rəngli maddə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (cild İ, i.v. 114-116) Azərbaycan Respublikası ƏN PX 3 saylı İstintaq Təcridxanasının 28 mart 2023-cü il tarixli “xüsusi məlumat”dan görünür ki, CM-nin 234.4.3-cü maddəinə əsasən həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 14:30 radələrində Tibb-sanitar hissəssində müayinə zamanı sağ əlin üst nahiyəsində, sağ baldır nahiyəsində sıyrılmış qərtməkli yaralar aşkar olunmuşdur. (cild İ, i.v. 122) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 1915 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i.v. 176-177). “230730182 nömrəli cinayət işindən ********* nömrəli cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə” 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istinaq olunan ********* nömrəli cinayət işindən fakta görə CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (cild İ, 222-224) 13 noyabr 2023-cü il tarixli şahid X7 ilə Təqsirləndirilən şəxs arasında olan “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Şərail Quliyev ifadəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:50-də Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən “El” marketin yaxınlığında əməliyyat müvvəkkili Şahid1la saxladıqlarını, bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhfil verdiklərini, onun üzərinə şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edildiyini, həmin narkotik vasitə və psixotrop maddəni saxlanılmamışdan dörd beş gün əvvəl sosial şəbəkədə tanış olduğu, ancaq İran İslam Respublikası vətəndaşı və adının Mehdi olduğunu bildiyini, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlədən başqa yaşadığı evdə və digər yerlərdə ona məxsus narkotik vasitə və ya psixotrp maddə, eləcədə qalıqlarının olub olmaması soruşulmaqla, varsa təqdim etməsi təklif edildikdə onun kirayəşin yaşadığı mənzildə narkotik vasitə saxladığını bildirdiyini, onun yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 5, otaq 63 ünvanında yerləşən mənzilə baxış keçirildikdə mənzildəki divanın üzərində olan əl çantasının içərisindən bir ədəd elektron tərəzi, iyrimi beş ədəd bükümlərdə narkotik vasitə və psixotrop maddələr aşkar edildiyini göstərsədə, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ona məxsus olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkədə tanış olduğu Mehdi adlı İran vətəndaşının ona verdiyi bank kartının bank hesabına ödəniş terminalı vasitəsilə 150 manat pul ödədikdən sonra narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısından keçən yol kənarından götürüb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, ancaq Şahid2 ilə birlikdə yaşadığı ünvana baxış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmadığını, həmin narkotik vasitənin və psixotrop maddənin hansı şəraitdə yaşadığı evdə ona məxsus əl çantasının içərisinə yerləşdirilməsindən məlumatsız olduğunu, polis idarəsində ona qarşı edilmiş fiziki təsirlərə dözməyərək və onunla birlikdə qeyri rəsmi nigah münasibətlərində yaşayan Şahid2da həbs ediləcəyi polis əməkdaşları tərəfindən ona bildirildiyindən məcburiyyətdən yaşadığı evə baxış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə, psixotrop maddə və elektron tərəzinin özünə məxsus olduğunu etiraf etməyə məcbur olduğunu bildirmişdir. (cild İİ, i.v. 61-65) Məhkəmə istintaqı zamanı tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 11345 saylı məktuba əlavə edilmiş CD tipli diskə baxış keçirərkən müəyyən edilir ki, diskin yaddaşında 09 (doqquz) ədəd, birincisi “Nomrenin_Mexsusluq_Tarixcesi_**********3403_773465146”adlı,ikincisi“Nomrenin_Mexsu sluq_Tarixcesi_**********3713_773465166”adlı,üçüncüsü“SMS_Tarixcesi_**********3158_7 73465166”adlı,dördüncüsü“SMS_Tarixcesi_**********3211_773465146”adlı,beşincisi“SMS _Tarixcesi_**********3214_773465146”adlı,altıncısı“Zenglerin_Detallasmasi_**********4042 _773465146”adlı,yeddincisi“Zenglerin_Detallasmasi_**********4052_773465166”adlı,səkki zincisi“Zenglerin_Mexsusluq_Tarixceleri_**********3948_773465146_NAR”adlı və doqquzuncusu “Zenglerin_Mexsusluq_Tarixceleri_**********3957 _773465166_NAR” adlı faylların olduğu, "xxxx" mobil operatoruna məxsus “077 346 51 46” saylı mobil nömrənin AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, Kürdəmir rayonu Ərəbqubalı kəndində qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü Şahid2 adına qeydiyyata alındığı, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxslə xx.xx.2023-cü il tarixdə saat 00:10:16 radələrindən xx.xx.2023-cü il tarixdə saat 23:01:48 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “077 346 51 46” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 20:54:13də Sumqayit motors/"Sumqayıt şəhəri, Mühərrik-Quraşdırma şirkəti", saat 21:02:17, 21:02:33-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Məmmədyarov küçəsi 5", saat 21:11:23-də Sumqayit motors/"Sumqayıt şəhəri, Sumqayıt Dovlət Yol Polisi idarəsinin yanı", saat 21:11:46-da "Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Məmmədyarov küçəsi 5", saat 21:17:38-də Sumqayit motors/"Sumqayıt şəhəri, Sumqayıt Dovlət Yol Polisi idarəsinin yanı", saat 21:17:58-də Sumqayit motors/"Sumqayıt şəhəri, Mühərrik- Quraşdırma şirkəti", saat 21:18:00-da Sumqayit motors/"Sumqayıt şəhəri, Sumqayıt Dovlət Yol Polisi idarəsinin yanı", saat 21:18:16-da Sumqayit motors/"Sumqayıt şəhəri, Mühərrik-Quraşdırma şirkəti", saat 21:18:17-də Sumqayit motors/"Sumqayıt şəhəri, Sumqayıt Dovlət Yol Polisi idarəsinin yanı", saat 21:20:14-də Sumqayit motors/"Sumqayıt şəhəri, Mühərrik-Quraşdırma şirkəti", saat 21:20:16, 21:21:39, 21:21:57-da Sumqayit motors/"Sumqayıt şəhəri, Sumqayıt Dovlət Yol Polisi idarəsinin yanı", saat 21:22:13-də Sumqayit motors/"Sumqayıt şəhəri, Mühərrik- Quraşdırma şirkəti", saat 21:22:14, 21:22:34-də Sumqayit motors/"Sumqayıt şəhəri, Sumqayıt Dovlət Yol Polisi idarəsinin yanı", saat 21:23:01-də Sumqayit motors/"Sumqayıt şəhəri, Mühərrik-Quraşdırma şirkəti", saat 21:24:04-də Sumqayit motors/"Sumqayıt şəhəri, Sumqayıt Dovlət Yol Polisi idarəsinin yanı", saat 21:24:59-da "Sumqayıt şəhəri, Azərbaycan Prospekti 2", saat 21:25:06-da "Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 45", saat 21:27:57-də "Sumqayıt şəhəri, Azərbaycan Prospekti 2", saat 21:29:30, 21:30:02, 21:31:41-da "Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 45", saat 21:31:51, 21:32:39, 21:32:40də "Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 45", saat 21:32:51, 21:33:08-də "Sumqayıt şəhəri, Azərbaycan Prospekti 2", saat 21:33:13, 21:33:21-də Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 45, saat 21:33:36-da Sumqayıt şəhəri, Azərbaycan Prospekti 2, saat 21:34:03-də Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 45, saat 21:34:09-da Sumqayıt şəhəri, Azərbaycan Prospekti 2, saat 21:34:15-də Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 45, saat 21:34:27-də Sumqayıt şəhəri, Azərbaycan Prospekti 2, saat 21:34:41-də Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 45, saat 21:35:18, 21:35:58-də Sumqayıt şəhəri, Azərbaycan Prospekti 2, saat 21:39:05-də Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 45, saat 21:39:23-də Sumqayıt şəhəri, Azərbaycan Prospekti 2, saat 22:10:14, 22:13:08, 22:14:43, 22:18:19, 22:22:18, 22:24:58, 22:29:35, 22:33:33, 22:38:46, 22:44:57, 23:01:48-də Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsi ərazisində yerləşən antendən şəbəkəyə qoşulduğu, sonradan istifadə edilmədiyi müəyyən edilmişdir. Diskin yaddaşında olan fayllara baxış keçirdikdə "xxxx" mobil operatoruna məxsus “077 346 51 66” saylı mobil nömrənin AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, Sumqayıt şəhəri 4-cü mikrorayon ev 21/29 mənzil 97-də qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına qeydiyyata alındığı, “077 346 51 66” saylı mobil nömrədən istifadə edən şəxslə xx.xx.2023-cü il tarixdə saat 00:16:10 radələrindən xx.xx.2023-cü il tarixdə saat 05:01:32 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “077 346 51 66” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 21:09:45-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Məmmədyarov küçəsi 5, saat 21:35:23-də Abşeron rayonu, Novxanı kəndi, saat 22:18:16da Sumqayıt şəhəri, Mühərrik-Quraşdırma şirkəti, saat 22:20:12-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Məmmədyarov küçəsi 5, saat 22:20:25-də Sumqayıt şəhəri, Mühərrik-Quraşdırma şirkəti, saat 22:20:43, 22:20:50-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Məmmədyarov küçəsi 5, saat 22:21:02-də Sumqayıt şəhəri, Mühərrik- Quraşdırma şirkəti, saat 22:21:46-da Sumqayıt şəhəri, Sumqayıt Dovlət Yol Polisi idarəsinin yanı, saat 22:22:39, 22:24:47-da Sumqayıt şəhəri, Mühərrik-Quraşdırma şirkəti, saat 22:25:43-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Məmmədyarov küçəsi 5, saat 22:32:38-də Sumqayıt şəhəri, Mühərrik-Quraşdırma şirkəti, saat 22:34:27-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Məmmədyarov küçəsi 5, saat 22:35:04-də Sumqayıt şəhəri, Mühərrik-Quraşdırma şirkəti, saat 22:35:08-də Sumqayıt şəhəri, Mühərrik-Quraşdırma şirkəti, saat 22:38:46-da Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Məmmədyarov küçəsi 5, 22:40:32-də Sumqayıt şəhəri, Mühərrik-Quraşdırma şirkəti, saat 22:41:01, 22:41:53, 22:41:55-də Sumqayıt şəhəri, Sumqayıt Dovlət Yol Polisi idarəsinin yanı, saat 22:44:54-də Sumqayıt şəhəri, Mühərrik-Quraşdırma şirkəti, saat 22:45:43-də Abşeron rayonu, Novxanı kəndi, xx.xx.2023-cü il tarixdə saat 03:00:22-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Məmmədyarov küçəsi 5, saat 03:45:59-da Abşeron rayonu, Novxanı kəndi, saat 05:01:32də Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsi ərazisində yerləşən antendən şəbəkəyə qoşulduğu, sonradan istifadə edilmədiyi müəyyən edilmişdir. (cild İ, 244-245) Məhkəmə istintaqı zamanı tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 18989 saylı məktuba əlavə edilmiş CD tipli diskə baxış keçirərkən müəyyən edilir ki, diskin yaddaşında 01 (bir) ədəd “15068-xx.xx.2023” adlı faylın olduğu, həmin faylın yaddaşında isə əlavə olaraq 04 (dörd) ədəd, birincisi “15068-ant.xlsx” adlı, ikincisi “15068k.m..xlsx” adlı, üçüncüsu “**********63.txt” adlı və dördüncüsü “**********41.txt” adlı faylların olduğu, "xxxx" mobil operatoruna məxus “055 413 41 41” saylı mobil nömrənin AZE N: ******** seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, 30 avqust 1990-cı il təvəllüdlü, Laçın rayonu Çorman kəndində qeydiyyatda olan X6 adına qeydiyyata alındığı, “055 413 41 41” saylı mobil nömrədən istifadə edən şəxslə xx.xx.2023-cü il tarixdə saat 00:31:35 radələrindən xx.xx.2023-cü il tarixdə saat 21:52:27 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “055 413 41 41” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 20:46:10-da Sumqayit sh., 1-ci mehelle, saat 20:48:15, 21:20:43, 21:51:32, 21:53:37-də SUMQAYİT, xx.xx.2023-cü il tarixdə saat 01:08:13, 01:17:01, 01:38:24, 02:52:46-da SUMQAYİT, saat 04:13:48-də Sumqayit sh., 1-ci mehelle ərazisində yerləşən antendən şəbəkəyə qoşulduğu müəyyən edilmişdir. Bundan başqa diskin yaddaşındakı digər fayla baxış keçirdikdə "xxxx" mobil operatoruna məxus “050 433 33 63” saylı mobil nömrənin AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, xx xxxxx 1990-cı il təvəllüdlü, Gəncə şəhəri, Nizami rayonu Yeni Gəncə massivi, ev 22, mənzil 8-də qeydiyyatda olan Şahid1 adına qeydiyyata alındığı, “050 433 33 63” saylı mobil nömrədən istifadə edən şəxslə xx.xx.2023-cü il tarixdə saat 12:00:57 radələrindən xx.xx.2023-cü il tarixdə saat 23:37:05 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “050 433 33 63” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 20:14:11, 21:53:37, 21:54:20-də SUMQAYİT, xx.xx.2023-cü il tarixdə saat 05:00:27-də SUMQAYİT, saat 06:21:11-də Sumqait ünvanında yerləşən antendən şəbəkəyə qoşulduğu müəyyən edilmişdir. (cild İ, 246-247) Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 181.2.1 və 181.2.5-ci maddəri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-ni 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədən zaman məhkumluğu olmayan şəxs olmuşdur. (cild İ, i.v. 152-162) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(cild İ, i.v 113). “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs barəsində CMnin 234.4.2 və 234.4.3-cü maddələri ilə başlanmış cinayət təqibinə xitam verilməsi, Şahid2 barəsində CM-nin 234.1 və 234.4.1-ci maddələrinə əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi, ayrı ayrılıqda çəkiləri 0,648 qram, 0,325 qram, ümumi təmiz çəkiləri 0,973 qram şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ayrı ayrılıqda çəkiləri 0,342 qram, 0,169 qram, ümumi təmiz çəkiləri 0,511 qram şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. (cild İİ, i.v. 66-90) 16 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək yenidən ittiham ona elan edilmiş, həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (cild İİ, 94-107) Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. Həmin qərarın 14-cü bəndinə görə Azərbaycan Respublikası CM-in 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Aşkar edilmiş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-in 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən heroinin və metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquq tətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində AR CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarını, həmin narkotik vasitələrin müxtəlif növlərdə olmasını, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 182 (bir yüz səksən iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan- 0,973 qram narkotik vasitə heroin və 0,511 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk, eləcə də "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 11345 saylı məktuba əlavə edilmiş CD tipli disk və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 18989 saylı məktuba əlavə edilmiş CD tipli disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki ) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçina 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 182 (bir yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş 0,973 qram narkotik vasitə heroin və 0,511 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk, eləcə də "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 11345 saylı məktuba əlavə edilmiş CD tipli disk və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 18989 saylı məktuba əlavə edilmiş CD tipli disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar