Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-95/2022 23.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda üç ədəd yaşıl rəngli kağıza bükülmüş vəziyyətdə ayrı ayrılıqda təmiz çəkiləri 0,209 qram, 0,296 qram, 0,186 qram, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə 0,228 qram ümumi təmiz çəkisi 0,919 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 2 ədəd qəhvəyi rəngli ümumi miqdarı 0,08 qram olan metadon həbi əldə edib üstündə saxlamaqla daşımış, 29.08.2021-ci il tarixdə gecə saat 01.40 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 13-cü mkr ərazisində yerləşən “Azəri” hazırlıq kursu inzibati binasının arxa tərəfində küçədə saxlanılaraq, Sumqayıt şəhəri 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan süd rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd bükümdə yuxarıda qeyd olunan çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 02 ədəd metadon həbi polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, y\x 1, Qəhrəmanov küçəsi məhəllə 15, ev 15-də qeydiyyatdadır, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi bağ evində yaşayır. Əvvəllər məhkum olunmamış, cinayət hadisəsi törətməmişdir. Rəsmi iş yeri yoxdur. Psixi pozuntusu və dispanserdə qeydiyyatı yoxdur. Bir neçə müddətdir ki, narkotik vasitə olan marixuana və metadon həbini qəbul edir. Narkotiki tanımadığı şəxslərdən müxtəlif yerlərdən alır. Sonuncu dəfə narkotik vasitəyə olan tələbatını ödəmək üçün 28.08.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, 20 yanvar metrosunun yanından tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 02 ədəd metadon həbini, 04 büküm narkotik vasitə olan marixuananı cəmi 30 manata almış, əynində olan süd rəngli cins şalvarın sağ yan cibinə qoymuş və üzərində saxlamışdır. 29.08.2021-ci il tarixdə gecə saat 01 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Azəri” hazırlıq kursu inzibati binasının arxa tərəfində küçədə bir neçə polis əməkdaşı ona yaxınlaşmış və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər və o da etiraz etməmişdir. Bölmənin inzibati otaqlarının birində polis əməkdaşları videoçəkilişlə üzərinə baxış keçirəcəklərini bildirmişlər, o etiraz etməmiş, sonra ona hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosundan dəvət etdikləri müdafiəçi X1 təqdim etmişlər. O da etiraz etməmişdir. Bundan sonra üzərində qeyri qanuni nə varsa təqdim etməyi bildirmişlər. O, üzərində narkotik vasitə olduğunu, sonra həmin 2 ədəd metadon həbini, 4 büküm narkotik vasitə olan marixuananı əynində olan süd rəngli cins şalvarın sağ yan cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar edilmiş bükümlər elektron tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Onun həmin narkotikləri özü istifadə etmək üçün almış, narkotik satmaq niyyəti olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PBdə əməliyyat müvəkkili vəzifəsində çalışır. Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları əməliyyat müvəkkili X5, polis nəfəri Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində 29.08.2021ci il tarixdə saat 01:40 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Azəri” hazırlıq kursu inzibati binasının arxa tərəfində küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X4 oğlunu dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özü əynində olan süd rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd metadon həbini, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda və üç ədəd yaşıl rəngli kağıza bükülmüş halda narkotik vasitəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükümləri şəxsi istifadəsi üçün 28.08.2021-ci il tarixdə Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında tanımadığı bir şəxsdən 30 manata almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki kütlələr ayrı ayrılıqda üzərlərində olan kağız ilə birlikdə “AOSAİ POCKET SCALE” markalı elektron tərəzi vasitəsi ilə çəkilmişdir və qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları əməliyyat müvəkkili X5 və polis nəfəri Şahid2 də Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuana və metadon həbi aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntünün əvvəlində Sumqayıt ŞPİ-nin 1ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan süd rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana və 02 ədəd metadon həbi polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin bükümləri Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata almışdır. Sonra təqdim etdiyi bükümlərdəki kütlələr ayrı ayrılıqda üzərlərində olan kağız ilə birlikdə “AOSAİ POCKET SCALE” markalı elektron tərəzi vasitəsi ilə çəkilmiş. Siqaretin gümüşü kağızına bükülmüş bir bükümdəki çəki 0,37 qram, yaşıl rəngli kağıza bükülmüş 3 bükümdəki ayrı ayrılıqda çəki 0,28 qram, 0,35 qram, 0,42 qram, iki ədəd həbin çəkisi 0,81 qram olması müəyyən olunaraq “panasonik” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Sonra həmin bükümlər polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, digər iştirakçılar ilə birlikdə imzalamışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 29.08.2021-ci il tarixli 6\3766 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 125 saylı dairəvi möhür əksi olan və “Təqsirləndirilən şəxs üzərindən ...“ sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki iki ədəd konvalyut kəsiyində ümumilikdə ümumi sayı 2 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir. Metadon Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: metadon həblərinin sayı – 02 ədəd, tədqiqata sərf edildi – 01 ədəd, qalıq – 01 ədəd. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 29.08.2021-ci il tarixli 7/846 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə 03 (üç) ədəd yaşıl rəngli kağız bükülüdə ayrı ayrılıqda təmiz çəkiləri: 1) 0,209 qram, 2) 0,296 qram, 3) 0,186 qram, bir ədəd gümüşü rəngli kağız bükülüdə 0,228 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kusta üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 0,919 qramdır. Tədqiqata təqdim olunmuş 03 (üç) ədəd yaşıl rəngli kağız bükülüdə və bir ədəd gümüşü rəngli kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuananın ümumi çəkisi – 0,919 qram, tədqiqata sərf edildi – 0,2 qram (hər 1-4 №-li obyektdən 0,05 qram olmaqla), qalıq – 0,719 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 04.09.2021-ci il tarixli 3273 saylı rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,919 qram olan, aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 0,719 qram qurudulmuş marixuana və 02 ədəd metadon həbi tədqiqatdan sonrakı qalığı olan 01 ədəd metadon həbi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29.08.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 30.08.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan 50-53-cü Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin Məcəllənin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirilməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat sərf etmişdir. Ona görə də, 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosununhesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosununhesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 29.08.2021-ci il tarixdən 30.08.2021-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,919 qram olan, aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 0,719 qram qurudulmuş marixuana və 02 ədəd metadon həbi tədqiqatdan sonrakı qalığı olan 01 ədəd metadon həbi məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 154.0 (yüz əlli dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 29.08.2021-ci il tarixdən 30.08.2021-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi nömrəsiz fərdi ev ünvanı tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,719 qram qurudulmuş marixuana və 01 (bir) ədəd metadon həbi məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 154.0 (yüz əlli dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-95/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-95/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver