Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-95/2025 01.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, evli, İmişli rayonu Oruclu kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun dostu Şahid dayandırılmış əlillik təqaüdünü bərpa etdirəcəyini vəd verərək aldadıb, bu məqsədlə Şahid tərəfindən 18 iyun 2023-cü il tarixdə Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən “Baba” marketdə fəaliyyət göstərən “Mpay” ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan “Leo bank” kartının hesabına mədaxil olunmuş 500 manat, 28 iyun 2023-cü il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “X4” mağazasında quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə ABB bank kartının hesabına mədaxil olunmuş 150 manat, 2023-cü ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhərində dəqiq ünvanı və markası məlum olmayan ödəmə terminalı vasitəsi ilə onun Leo bank kartının hesabına mədaxil olunmuş 150 manat, bundan 2 gün sonra Sumqayıt şəhərindən eyni kartın hesabına mədaxil olunmuş 200 manat məbləğində pul vəsaitlərini nağdlaşdıraraq, 20 iyul 2023-cü il tarixdə isə sonuncudan Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Dədə Qorqud” restoranında nağd şəkildə 5000 manat pulu alaraq vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxsy’ ümumilikdə 6000 manat məbləğində-xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq elmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, təxminən 2023-cü ilin may ayının sonu, iyun ayının əvvəllərində X2 cəza çəkən qardaşı Nizami Bəbirov növbəti dəfə ona zəng edərkən özü ilə birlikdə həbsdə olan Zərərçəkmiş şəxs tanışı Oqtay adlı şəxs pensiyasının dayandırıldığını, pensiyanın bərpa edilməsi üçün ona kömək edilməsini, bu işi həll edə biləcək tanışları varsa, ona müraciət edilməsini xahiş etmişdir. Bir neçə gündən sonra İsmət özü də ona zəng edib dostu Oqtayın pensiyasının bərpasına köməklik etməsini xahiş etmiş, həmin ərəfədə onun pula ehtiyacı olmuşdur. Buna görə də pensiya məsələsi ilə bağlı heç bir məlumatı olmasa da, Oqtayın pensiyasını bərpa edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Şahid ona zəng vurmuş, nömrəsini dostu İsmətin verdiyini bildirərək problemi barədə ona danışmışdır. O, Oktaya pensiyanı özünün əlaqələri vasitəsi ilə 6000 manat müqabilində bərpa edə biləcəyini deyərək pensiya ilə bağlı olan sənədlərin fotoşəkillərini “Whatsapp” tətbiqi vasitəsi ilə ona göndərməsini tapşırmışdır. Oqtay şəxsiyyətini təsdiq edən sənədin və pensiyası ilə əlaqədar müvafiq sənədlərin şəklini “Whatsapp” vasitəsi ilə ona göndərdikdən sonra Oqtaya ona zəng vuraraq ilk növbədə forma 88 saylı arayış alınması üçün 650 manat məbləğində pul lazım olduğunu bildirmiş, Oqtay razılıq verib “Mpay” ödəmə terminalı vasitəsi ilə onun kart hesabına 18 iyun 2023-cü il tarixdə 500 manat, 28 iyun 2023-cü il tarixdə isə 150 manat pul göndərmişdir. Təxminən iyul ayının əvvəllərində İsmət adlı şəxs ona zəng vuraraq artıq təcridxanadan azad olduğunu bildirmiş, Oqtayın işi barədə soruşduqda o, bəzi sənədləri hazırlamaq üçün əlavə 350 manat pul lazım olduğunu demiş, bir neçə gün ərzində İsmət hissə-hissə onun kart hesabına 350 manat pul ödəmişdir. 2023-cü ilin ikinci yarısında öz işlərilə əlaqədar Sumqayıt şəhərinə gəlmiş və İsmətə zəng vuraraq bütün sənədləşmənin hazır olduğunu, qalan 5000 manat pulu da lazımı yerlərə çatdırmaq lazım olduğunu bildirdikdə İsmət hazırda Sumqayıt şəhərində yerləşən “Dədə Qorqud” restoranında olduğunu, ora gələrək pulu özündən götürməsini xahiş etmişdir. O, taksi ilə Sumqayıt şəhər avtovağzalının yaxınlığında yerləşən “Dədə Qorqud” restoranının qarşısına gələndə İsmət bir nəfər tanımadığı şəxslə birlikdə restoranın həyətinə çıxaraq onunla görüşmüş, ona 5000 manat pulu vermişdir. O həmin pulu İsmətdən götürüb təxminən 4-5 gün ərzində Səhiyyə Nazirliyindən ona Oqtayın mobil telefonuna pensiyasının bərpa olunması barədə mesaj gələcəyini bildirmişdir. Bundan sonra o, İsmətdən ayrılmış və ondan əldə etdiyi pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməldən peşmandır, hazırda Zərərçəkmiş şəxs dəymiş ziyan onun tərəfindən tam olaraq ödənilmiş, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi qalmamışdır. Bundan başqa cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tam ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 2009-cu ildən 2022-ci ilədək hərbi qulluqçu olmuş, sonuncu xidməti yeri N saylı hərbi hissədə nizami hissə rəisi vəzifəsində xidmət etmişdir. İİ Qarabağ müharibəsi qazisidir. Belə ki, 2023-cü ildə antiterror əməliyyatlarında yaralandıqdan sonra ordu sıralarından ehtiyyata buraxılmış, 2023-ci ilin təxminən may ayının sonlarında törətdiyi cinayət əməlinə görə Gəncə şəhərindəki hərbi quluqçuların saxlanıldığı təcridxanada olarkən dostu Şahid özünün pensiyasının verilməsinin dayandırıldığını, pensiyasını verilməsinin bərpa olunması üçün kömək edə biləcək adam axtardığını ona bildirmişdir. Həmin vaxt arvadı onun uzaq qohumu olan Nizami Bəbirov da eyni təcridxanada saxlanılmış və Oqtayın təqaüd məsələsi barədə ona danışmışdır. Növbəti dəfə Nizami qardaşı Təqsirləndirilən şəxsla danışarkən sonuncuya Oqtayın pensiyasının bərpası məsələsi ilə bağlı danışmış, bu işi həll edə biləcək adam tapmasını xahiş edərkən Qurban özünün əlaqəsində olan adamlarla danışıb ona bu barədə xəbər verəcəyini bildirmişdir. Bir neçə gün sonra o, özü Qurbana zəng edib Oqtayın işinə kömək etməsini xahiş etmiş, Qurban bu problemi həll edəcəyinə vəd etmiş, bu səbəbdən o, Oqtayın mobil telefon nömrəsini Qurbana bildirmişdir.Bundan sonra Qurban Oqtaya zəng edərək onun Respublika Xəstəxanasında xəstəlikdən müalicə alması barədə Forma 88 arayışın alınması üçün əvvəlcə 650 manat pul istəmiş, Oqtay 18 iyun 2023 tarixdə və 28 iyun 2023-cü il tarixlərdə hissə-hissə Qurbanın bank kartlarına cəmi 650 manat pul köçürmüşdür. Bundan sonra özü 05 iyul 2023-cü il tarixdə təcridxanadan azad olunduqdan sonra Qurban ona zəng edərək Oqtayla işi həll edəcəyi barədə danışdığını və 6000 manat pula razılaşdıqlarını bildirmişdir. Qeyd edir ki, Oqtay ona 650 manat vermiş, daha sonra digər bir sənədi götürmək üçün 300 manat pul da lazım olmuşdur. O, bir neçə gün sonra Bakı şəhərində olarkən Qurbanın bank kartına 150 manat, 2 gün sonra isə Sumqayıt şəhərində həmin karta 200 manat pul göndərmişdir. 20 iyun 2023-cü il tarixdə o, qohumu və ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində yerləşən “Dədə Qorqud” restoranında olarkən Qurbana zəng edərək pulu ondan götürməsi üçün həmin restorana çağırmış, qohumlarının və ailə üzvülərinin yanında 5000 manat pulu şəxsən Qurbana təhvil vermişdir. Bu zaman Qurban artıq bütün sənədləşmələrin qurtardığını, imzanlanması üçün aidiyyatı şəxslərə yönləndirildiyini, yəqin ki, 3-4 günə Oqtayın telefonuna Səhiyyə Nazirliyinin Baş İdarəsindən onun əlilliyi ilə bağlı pensiya təyin olunması barədə sənədin təstiq olunduğu mesajının göndəriləcəyini demişdir. Lakin Oqtayın peniyasının bərpa olunmadığını gördükdə Qurbandan ona verilən pulları geri qaytarmasını tələb etmiş, Qurban əvvəlcə müxtəlif bəhanələr gətirib onları gözlətsə də, sonradan pulu qaytarmaqdan tamamilə imtina etmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, sonuncu ilə barışmış, bu səbəbdən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində bildrmişdir ki, 2007-ci ildən mədə-bağırsaq xəstəliyi ilə əlaqədar olaraq ayda 260 manat müavinət almış, lakin 2021-ci ildə növbəti dəfə həkim ekspert komissyasında müayinədən keçərkən əlilliyi ləğv edilərək müavinətin verilməsi dayandırılmışdır. Bu barədə bir çox tanışlarına barəsində ləğv edilmiş müavinətin bərpa edilməsinə kömək etmələri üçün müraciət etmişdir. 2023-ci ilin may ayında Gəncə hərbi qulluqçularının saxlanıldığı təcridxanada saxlanılan dostu İsmət Məmədli ona zəng edib, Təqsirləndirilən şəxs adlı şəxsin telefon nömrəsini verərək sonuncunun ona müavinət bərpası ilə bağlı yardım edəcəyini bildirmişdir. Bundan sonra o özü Təqsirləndirilən şəxs zəng edərək kəsilmiş müavinətin miqdarı, hansı müddət ərzində müavinət alması barədə məlumatları, müavinətin kəsilmə səbəbini ona bildirmişdir. Qurban ona zəng edərək onun müavinətini bərpa etdirə biləcəyini, bunun üçün 6000 manat məbləğində vəsait lazım olduğunu bildirmişdir. O, razılaşmış və pulu hissə-hissə verəcəyini demişdir. İlk dəfə 18 iyun 2023-cü il tarixdə Qurban ona zəng etmiş, arayış almaq üçün 650 manat pul istəyərək özünün bank kartının nömrəsini ona göndərmiş, o, Sumqayıt şəhəri, 41-ci məhəllə ünvanında yerləşən marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə həmin karta 500 manat göndərmişdir. Bundan sonra 28 iyun 2023-cü il tarixdə isə yenə də həmin terminal vasitəsi ilə Qurbanın bank kartına 150 mant pul vəsaiti mədaxil etmişdir. Bundan sonra onun Qurbanla heç bir əlaqəsi olmamışdır. Təxminən 3 aydan sonra İsmət azadlığa çıxmış və müavinətinin bərpası ilə özü məşğul olacağını bildirmişdir. o, İsmətə Qurbanın istədiyi 6000 manatı hələlik düzəldə bilmədiyini deyərkən İsmət Qurban yenə də pul istəsə, özü verəcəyini bildirmişdir. Bundan sonra Qurban onun müavinətinin bərpa olunması adı ilə İsmətdən bir dəfə 350 manat, bir dəfə isə 5000 manat pul almışdır. Qurban ona və İsmətə müavinəti 2-3 ay ərzində bərpa etdirəcəyini vəd etsə də, pulu alandan 5-6 ay keçməsinə baxmayaraq onun müavinəti bərpa olunmamışdır. Daha sona isə İsmət aldadıldığını başa düşmüş və Qurbandan şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin (bundan sonra CM-nin) 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. ( i.v.1); “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən, həmin tarixdə, saat 12 30 radələrində Sumqayıt şəhəri, “Dədə-Qorqud” restoranı yerləşən əraziyə baxış keçirilmişdir. ( i.v.10-11); “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən, Zərərçəkmiş şəxs qismində tanınmışdır. ( i.v.22); Ödəniş qəbzlərinə əsasən, Təqsirləndirilən şəxs məxsus bank kartına 500 və 150 manat məbləğlərində ödəniş göndərilmişdir. Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 39-40) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyildir. ( i.v.45); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 10 avqust 2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:45 radələrində dindirilmiş, sonuncunun ifadəsi alınmışdır. ( i.v.63-65); “Qətimkan tədbirinin seçilməsi haqqında” 12 avqust 2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Sumqayıt ŞPİ MSY-dən azad edilmişdir. ( i.v.66-67); “Sübutların qiymətləndirilməsi haqqında” 20 avqust 2024-cü il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs CM 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılaraq barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır. İş üzrə zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin və Şahid ifadələri sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə olunması nəzərə alınmışdır. Şahid tərəfindən 18 və 28 iyun 2023-cü il tarixlərində Mpya ödəmə erminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan kartın hesabına müvafiq olaraq 500 manat və 150 manat mədaxil edilməsinə dair ödəmə qəbzləri iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmaları nəzərə alınmışdır. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxsla bağlı DİN-nin 102 xidmət mərkəzinə müraciət edərkən Təqsirləndirilən şəxs harada görsə onun başını kəsəcəyini bildirməsi xüsusatı ilə bağlı cinayət iimin başlanması rədd olunmuşdur. Şahid Sabid oğlunun iz üzrə zərərçəkmiş şəxs qismində tanınmasından imtina edilmişdir . Qərarın surəti məlumat üçün Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. ( i.v.70-74); xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, zərərçəkmişn şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun qardaşı ilə ona olan 6000 manat borcun hissə-hissə ödənəcəyi barəsində razılığa gəlmişlər. İş materiallarında olan iş üzrə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, xx.xx.2025-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onunla barışmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında yəni 1500 manat dövlət büdcəsinə ödəniş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut- Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “Mpay” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 500 və 150 manat pulun əks olunduğu 02 ədəd qəbz cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, sonuncunun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 30 iş saatı üçün 180 manat, o cümlədən həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən vəkil Müdafiəçi 15 iş saatı üçün 165 manat cəmi 345 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “Mpay” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 500 və 150 manat pulun əks olunduğu 02 ədəd qəbz iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 345 (üç yüz qırx beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-95/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-95/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver