Məhkəmə qərarları › İş №1(060)-96/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-96/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-96/2022 11.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaqda elan edilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 5 bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, ümumi çəkisi 0,856 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 28.07.2021-ci il tarixdə saat 21:40-da Sumqayıt şəhəri Corat qəsəbəsi Sülh küçəsində yerləşən Corat inzibati ərazi dairəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölmənin inzibati binasına gətirilib, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 5 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində, ayrıayrılıqda təmiz çəkiləri 0,281 qram, 0,190 qram, 0,067 qram, 0,157 qram, 0,161 qram, ümumi təmiz çəkisi 0,856 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində kafe işlətmiş, həmin kafedə 28.07.2021-ci il tarixdə spirtli içki qəbul edərək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsinə gələrkən həmin gün saat təxminən 21:40 radələrində Azər və Güloğlan adlı polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu Sumqayıt şəhər polis idarəninin 1-ci polis bölməsinə dəvət etmişlər. O, Polis əməkdaşları ilə 1-ci polis bölməsinə gəldikdən sonra orada onunla qonşuluqda yaşayan Novruz adlı şəxsin də polis əməkdaşları tərəfindən tutularaq 1-ci polis bölməsinə gətirildiyini görmüşdür. Onları həmin bölmədə xidməti otaqların birində saxlamışlar və həmin vaxt Güloğlan və Azər adlı polis əməkdaşları ona təzyiq göstərərək və Azər adlı polis əməkdaşı ona fiziki zor tətbiq edərək 10 bükümdə narkotik vasitəni onlara vermiş və həmin bükümləri üzərlərində saxlamalarını videoçəkilişlə üzərlərinə baxış keçirilən zaman həmin bükümləri çıxararaq təqdim etmələrini və özlərinə məxsus olmasını bildirmişdir. Həmin vaxt həmin bükümlərdən 5 ədədini ona, 5 ədədini də qonşusu Novruza vermişdirlər. Bundan sonra polis bölməsinə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 dəvət olunmuş və onun hüquqlarını o, müdafiə edəcəyi ona bildiririlmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəklişlə baxış keçirilmiş və həmin baxış zamanı polis əməkdaşlarının ona verdiyi 5 bükümdən ibarət narkotik maddə olan heroini çıxararaq polis əməkdaşlarına təqdim etmiş və müdafiəçinin sualına cavab olaraq həmin narkotik maddənin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, həmin narkotik maddənin ona Azər və Güloğlan adlı polis əməkdaşları tərəfindən verilməsi və Azər adlı şəxsin ona fiziki zor tətbiq etməsi barədə müstəntiqə, prosessual rəhbərliyi həyata keçirən prokurora və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxan məhkəməyə deməmişdir. Onun bədəni üzərində müvəqqəti saxlama yerində və ya istintaq təcridxanasında heç bir xəsarət izi aşkar olunmamışdır. O, üzərinə videoçəklişlə baxış keçirilən zaman sərxoş olmuş, nə dediyini dəqiq xatırlamamışdır. O, yalnız indiyədək bir dəfə narkotik maddə olan heroin istifadə etmiş, ondan başqa heç bir vaxt narkotik maddələrdən istifadə etməmiş və onların satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş narkotik maddə heroini isə ona polis əməkdaşları Azər və Güloğlan adlı şəxslər vermişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. 28.07.2021-ci il tarixdə, təxminən saat 21:40-da Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu 1-ci PBnə dəvət etmişdirlər. 1-ci PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. O, hüquq və vəzifələri ilə tanış olub, vəkilinə dair etirazının olmadığını və həmin vəkil tərəfindən hüquqlarının müdafiə olunmasını istədiyini bildirmişdir. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu, Bakı şəhəri 20 yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 30 manat qarşılığında aldığı içərəsindən narkotik vasitə heroin olan 5 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini təqdim etmişdir. Həmin bükümlər açılıb və bükümün içərisində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin gümüşü rəngli siqaret kağız ilə birlikdə çəkisinin, 0,41 qram, 0,37 qram, 0,49 qram, 0,37 qram, 0,31 qram olduğu müəyyən olunmuş və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Tərtib olunmuş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Eləcə də o, ifadəsində narkotik vasitəni aldığı şəxsi tanımadığını, həmin şəxslə arasında əvvəllər narkotik vasitələrin alqısatqısına dair münasibət olmadığını, həmin şəxslə təsadüfən görüşdüyünü, belə ki, o, 20 yanvar dairəsi yaxınlığında olan zaman həmin şəxs ona özü yaxınlaşıb narkotik vasitə olan heroin təklif etdiyini, o, isə 30 manat verib 5 bükümdə narkotik vasitə olan heroini həmin şəxsdən aldığını, həmin şəxsin əlamətlərinin təxminən 35-45 yaşında, orta bədən quruluşlu, 170 sm - 175 sm hündürlükdə, qaraşın şəxs olduğunu, həmin narkotik vasitəni əldə etmək üçün satıcıya 30 manat pul ödədiyini, vermiş olduğu 30 manat pulun özünə məxsus olan pul olduğunu, saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etmədiyini, heç bir hüququnun pozulmadığını, heç bir zaman hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını göstərmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxsə qarşı düşmənçilik və ədavəti olmamışdır. 28.07.2021-ci il tarixdə qərəzsiz və etirbarlı mənbədən Sumqayıt şəhəri Corat qəsəbəsi ev 365-də yaşayan 1981-ci il təvəllüdlü Natiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbəliyə məruzə edildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq qrup yaradılıb və o, həmin qrupa daxil edilmişdir. Həmin gün Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs gələcəyi yerdə pusqu qurmuşlar. Saat 21:40-da Corat qəsəbəsi ərazisində əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsə yaxınlaşıb və özlərini təqdim edib həmin şəxsə özünü təqdim etməyi dedikdə, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, istifadə etmə, saxlama, gəzdirmə və satmaqada şübhəli olduğu üçün saxlanıldığını izah edərək saxlanıldığı yerdə müvafiq şərait olmadığı üçün sənədləşməni davam etdirmək və üzərinə şəxsi axtarış keçirmək üçün ərazi aidiyyatı üzrə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə getməli olacaqlarını bildirmişlər. Sonuncu buna etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirmişlər. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nin əməkdaşlarının müşayəti ilə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə gətirilmişdir. Sumqayıt şəhər Pİ-nin 1-ci PB də xidməti otaqlarının birində təhqiqatçı Elşad Məmmədov özünü təqdim edərək saxlanılan şəxsə özünü təqdim etməyi təklif etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və polis bölməsinə gətirildiyini bildirmişdir. O və digər polis əməkdaşları bir daha özlərini təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı üçün hüquq və vəzifələri haqqında məlumat verib, bildirişi təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt Regional Vəkillər bürosunun vəkili X3 təyin olunduğunu bildirib, ondan etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşaraq əgər varsa təqdim etməsini demişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 05 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini çıxarıb stolun üzərinə qoymuşdur. Təhqiqatçı saxlanılan şəxsdən həmin bükümlər barədə soruşduqda Təqsirləndirilən şəxs bükümlərin daxilindəkinin narkotik vastiə olan heroin olduğunu və şəxsi istifadəsi üçün, Bakı şəhəri, 20 Yanvar ərazisindən tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Aşkar olunmuş bükümlər tərəziyə qoyulub çəkilən zaman həmin narkotik vasitə olan heroin bükümlərinin gümüşü rəngli siqaret kağızı ilə birlikdə birinci bükümün 0,41 qram, ikinci bükümün 0,37 qram, üçüncü bükümün 0,49 qram, dördüncü bükümün 0,37 qram, beşinci bükümün 0,31 qram çəkidə olduğu müəyyən edilmişdir. Vəkil Salman Qasımov Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı bir fiziki zor tətbiq olub - olmaması barədə və həmin narkotik vasitənin sonuncuya məxsus olması barədə soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin özünə məxsus olduğunu və heç bir fiziki zor tətbiq olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş içərəsində narkotik vasitə heroinə bənzər kütlələr olan bükümlər bükümündə istifadə edilən materiallarla birgə qablaşdırılıb DİN-in möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış hərəkətinə dair tərtib olunmuş protokollar onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlamamışdan öncə tanımamış, lakin həmin şəxsin adını agentura məlumatlarında narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin siyahısında dəfələrlə eşitdiyini, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satması barədə ona məlumat daxil olduğunu, bu istiqamətdə o, müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirdiyini, lakin həmin şəxsin kimə harda hansı məbləğdə pul qarşılığında narkotik vasitə və ya psixotrop maddə satmasını müəyyən edə bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında narkotik vasitələrin ona aid olmaması barədə göstərdikləri həqiqəti əks etdirmir, çünki o özünü müdafiə xarakterli ifadə verir. Məhkəmədə şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dəvət olunaraq dindirilmiş X5 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində göstərdi ki, o, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsində kiçik inspektor vəzifəsində xidmət edir, rütbəsi polis serjantıdır. O, Təqsirləndirilən şəxs xidməti ərazinin sakini kimi, Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan şəxs kimi və narkoman kimi tanımışdır. Onun Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçilik münasibətləri olmamışdır. O, narkotik maddələrin qəbulu, üzərində saxlanılması, daşıması və satışı ilə məşğul olan başqa bir şəxsin tutulması ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak edərək həmin şəxsi saxlayaraq 28.07.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nə gətirən zaman Təqsirləndirilən şəxs digər polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilməsini görmüşdür. O, Təqsirləndirilən şəxs saxlanılması üçün keçirilmiş əməliyyat tədbirində iştirak etməmiş və onun hansı ərazidə və nə vaxt saxlanıldığını bilməmiş və Təqsirləndirilən şəxs üzərindən hansı növ və hansı çəkidə narkotik maddənin aşkar olunmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs bölməyə gətirilməmişdən əvvəl və ya bölmədə olarkən onun tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir təzyiq və ya təsir göstərilməmiş, o və ya digər polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik maddə verməmiş və belə bir halın şahidi olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdikləri həqiqəti əks etdirməmiş və sonuncu özünü müdafiə xarakterli ifadə vermişdir. Məhkəmənin təşəbbüsü ilə şahid qismində dəvət olunaraq dindirilmiş X4 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində şahid X2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 28.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2, Şahid3 və Şahid1 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29.07.2021-ci il tarixli 6/3169 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 125 nömrəli dairəvi möhür əksi olan, ad, soyad və imzalaar qeyd edilmiş bir ədəd zərfdə olan (beş) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,281 qr, 0,190 qr, 0,067 qr, 0,157 qr, 0,161 qr, ümumi təmiz çəkisi 0,856 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxildir. (heroinin ümumi təmiz çəkisi-0,856 qram, tədqiqata sərf edildi-ümumi 0,15 qram (hər maddədən 0,03 qram), qalıq-0,706 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 07.10.2021-ci il tarixli 3825 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və alkoqoldan sui-istifadə nəticəsində aslılıq sindiromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün 05 bükümdə olmasından başqa onun aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni və psixotrop maddəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız onun özünün qismən etirafına və narkotik vasitənin 5 bükümdə olmasına istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotik vasitəsini və psixotrop maddəni əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmiş, məhkəmə iclasında isə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni həm satış, həm də istifadə etmə məqsədi ilə əldə etməsini təkzib etməklə yanaşı, həmin narkotik vasitəni ona polis əməkdaşları G.Babayev və A.Abdullayev tərəfindən verilməsini bildirmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini, eləcə də, məhz satış məqsədi ilə onun tərəfindən 5 ədəd ayrı-ayrı bükümlərə yerləşdirilməsini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yolverilməzdir. Çünki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü ümumiyyətlə təqsirli bilməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, onun narkotik maddələrin istifadəçisi olmasını bir daha möhkəmləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsüf edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-09.11.2014-cü il təvəllüdlü X11 oğlu vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 02.10.2021-ci il tarixli tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 01.09.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkəməyə verilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 01.09.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə baqrışdığı üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmuş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2021ci il tarixli 4(060)-367/2021 saylı qərarı ilə isə barəsində həbsdə saxlama müddətinin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 18 oktyabr 2021-ci il tarixli 4(060)-367/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 gün, yəni 28 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 12 noyabr 2021-ci il tarixədək uzadılmış və həmin məhkəmənin 04.11.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 0,706 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd CD Compact disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 91 (doxsan bir) manat, 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli (iş № 1(060)-718/2021) qərarını icra edərək, 27 oktyabr 2021-ci il tarixli 1394 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsüf edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 0,706 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd CD Compact disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 91 (doxsan bir) manat, 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar