Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-96/2025 03.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonu Sarıcalı Ə/D, Əmirvarlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “Həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx.xx.1977-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Qubadlı rayonu Qarağac kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 76-cı məhəllə, 3 saylı peşə liseyinin yataqxanasında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.1968-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Qubadlı rayonu Aşağı- Xocamsaxlı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 22-ci məhəllə, X3 1 saylı yataqxanası 7 saylı otaqda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023cü il tarixdə gecə saat 03 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə "İol" göz klinikasına məxsus binanın alt mərtəbəsində yerləşən saxlanc yeri olan “Al market" mağazasının kilidi açıq olan plastik nəfəsliyindən içəri qanunsuz daxil olaraq oradan bir ədəd dəyəri 3,8 manat olan X8 markalı, üç ədəd hər birinin dəyəri 2,2 manat, cəmi dəyəri 6,6 manat olan Argo K.S Red markalı, dörd ədəd hər birinin dəyəri 4 manat, cəmi dəyəri 16 manat olan Kent HD 8 Futura markalı, beş ədəd hər birinin dəyəri 2.7 manat, cəmi dəyəri 13,5 manat olan West Silver markalı, altı ədəd hər birinin dəyəri 2.6 manat, cəmi dəyəri 15,6 manat olan X31 markalı, üç ədəd hər birinin dəyəri 2.2 manat, cəmi dəyəri 6,6 manat olan Bakı Blue markalı, yeddi ədəd hər birinin dəyəri 2,7 manat cəmi dəyəri 18,9 manat olan X32 Silver markalı, şəkki/, ədəd hər birinin dəyəri 2,9 nıaııal cəmi dəyəri 23.2 manat olan X10 markalı, bir ədəd dəyəri 4,3 manat olan Sobranie markalı, on ədəd hər birinin dəyəri 2,9 manat cəmi dəyəri 29 manat olan X5 markalı, doqquz ədəd hər birinin dəyəri 4.3 manat cəmi dəyəri 38,7 manat olan X9 markalı, doqquz ədəd hər birinin dəyəri 2,4 manat cəmi dəyəri 21,6 manat olan X20 markalı, on bir ədəd hər birinin dəyəri 2,9 manat cəmi dəyəri 31.9 manat olan X11 markalı, on bir ədəd hər birinin dəyəri 2.9 manat cəmi dəyəri 31,9 manat olan X12 markalı, dörd ədəd hər birinin dəyəri 2,3 manat cəmi dəyəri 9,2 manat olan Kingston Silver markalı, on iki ədəd hər birinin dəyəri 2,4 manat cəmi dəyəri 28.8 manat olan X21 markalı, on iki ədəd hər birinin dəyəri 4,3 manat cəmi dəyəri 51,6 manat olan X13 markalı, on ədəd hər birinin dəyəri 2,7 manat cəmi dəyəri 27 manat olan X32 Gold markalı, on dörd ədəd hər birinin dəyəri 2,4 manat cəmi dəyəri 33,6 manat olan X26 markalı, on üç ədəd hər birinin dəyəri 2,6 manat cəmi dəyəri 33,8 manat olan X37 markalı, on dörd ədəd hər birinin dəyəri 4 manat cəmi dəyəri 56 manat olan X27 ül markalı, on beş ədəd hər birinin dəyəri 4 manat cəmi dəyəri 60 manat olan X33 04 markalı, on beş ədəd hər birinin dəyəri 2,4 manat cəmi dəyəri 36 manat olan X28 markalı, on altı ədəd hər birinin dəyəri 4,3 manat cəmi dəyəri 68,8 manat olan X14 markalı, on altı ədəd hər birinin dəyəri 2.9 manat cəmi dəyəri 46,4 manat olan X22 markalı, on səkkiz ədəd hər birinin dəyəri 3, 8 manat cəmi dəyəri 68,4 manat olan X34 Silver markalı, doqquz ədəd hər birinin dəyəri 4.3 manat cəmi dəyəri 38,7 manat olan X17 markalı, iyirmi iki ədəd hər birinin dəyəri 2,9 manat cəmi dəyəri 63,8 manat olan X15 markalı, iyirmi üç ədəd hər birinin dəyəri 3,8 manat cəmi dəyəri 87,4 manat olan X29 markalı, iyirmi üç ədəd hər birinin dəyəri 3,4 manat cəmi dəyəri 78,2 manat olan LD X30 markalı, on beş ədəd hər birinin dəyəri 2.9 manat cəmi dəyəri 43,5 manat olan X39 Silver markalı, iki ədəd hər birinin dəyəri 2,9 manat cəmi dəyəri 5.8 manat olan X23 Nights markalı, iyirmi beş ədəd hər birinin dəyəri 2,4 manat cəmi dəyəri 60 manat olan X18 markalı, iyirmi yeddi ədəd hər birinin dəyəri 3.2 manat cəmi dəyəri 86.4 manat olan LD X35 markalı, otuz ədəd hər birinin dəyəri 2,9 manat cəmi dəyəri 87 manat olan X6 markalı, on yeddi ədəd hər birinin dəyəri 4.3 manat cəmi dəyəri 73,lmanat olan X4 markalı, otuz üç ədəd hər birinin dəyəri 2,4 manat cəmi dəyəri 79,2 manat olan X19 markalı siqaretləri, altı ədəd hər birinin dəyəri 6,25 manat cəmi dəyəri 37,5 manat olan Rexona Deo 150 ml Pambıq təravətləndiricini, altı ədəd hər birinin dəyəri 6,25 manat cəmi dəyəri 37,5 manat olan Rexona Deo 150 ml X38 təravətləndiricini, altı ədəd hər birinin dəyəri 6,25 manat cəmi dəyəri 37,5 manat olan Rexona Deo 150 ml Ağ Qara təravətləndiricini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1596,80 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə xx.xx.2024-cii il tarixdə saat 02 radələrində ünvan 2 ünvanının 1-ci mərtəbəsində yerləşən, Zərərçəkmiş şəxs2 işlətdiyi “Parla” kosmetika mağazasının qapısını sıxıb açma yolu ilə içəri qanunsuz daxil olaraq oradan 396 manat pul və hər birinin dəyəri 8 manat olan ümumi dəyəri 24 manat təşkil edən 03 ədəd «Morfose» markalı kolonyanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 420 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsində yerləşən “Zoo” mağazanın qapısını sıxıb açma yolu ilə içəri qanunsuz daxil olaraq oradan 550 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 550 manat məbləğində maddi ziyan vuraraq oğurluq elmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi evin qarşısına gələrək cinayətkar niyyətlərini həyala keçirmək üçün aralarında əldə edilmiş razılığa və rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 hər hansı bir kənar şəxs gələrsə xəbər verməsi üçün çöldə dayanmış, Yusil İsrəfilov isə hasardan keçməklə həyətə düşüb darvazanı açdıqdan sonra Təqsirləndirilən şəxs2 darvazadan həyətə qanunsuz daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs1 həyətdəki evin yan tərəfində olan taxta pəncərəni sıxıb açmaqla Aydın Quliyevlə birlikdə içəri qanunsuz daxil olub yataq otağındakı dolabda olan çantanın içərisindən 4700 manat pulu və otaqdakı üzərində “Vətən müharibəsi iştirakçısı” yazısı olan 01 ədəd qızılı rəngdə olan medalı və üzərində “Laçın” yazısı olan 01 ədəd qızılı rəngdə olan medalı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 4700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi evin qarşısına gələrək cinayətkar niyyətlərini həyala keçirmək üçün aralarında əldə edilmiş razılığa və rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 hər hansı bir kənar şəxs gələrsə xəbər verməsi üçün çöldə dayanmış, Təqsirləndirilən şəxs1 isə hasardan keçməklə həyətə düşüb darvazanı açdıqdan sonra Təqsirləndirilən şəxs2 darvazadan həyətə qanunsuz daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs1 həyətdəki evin yan tərəfində olan taxta pəncərəni sıxıb açmaqla Aydın Quliyevlə birlikdə içəri qanunsuz daxil olub yataq otağındakı dolabda olan çantanın içərisindən 4700 manat pulu və otaqdakı üzərində “Vətən müharibəsi iştirakçısı” yazısı olan 01 ədəd qızılı rəngdə olan medalı və üzərində “Laçın” yazısı olan 01 ədəd qızılı rəngdə olan medalı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 4700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 özgə əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi evin qarşısına gələrək cinayətkar niyyətlərini həyala keçirmək üçün aralarında əldə edilmiş razılığa və rol bölgüsünə əsasən hər hansı bir kənar şəxs gələrsə xəbər verməsi üçün çöldə dayanmış, Təqsirləndirilən şəxs1 isə hasardan keçməklə həyətə düşüb darvazanı açdıqdan sonra Təqsirləndirilən şəxs2 darvazadan həyətə qanunsuz daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs1 həyətdəki evin yan tərəfində olan taxta pəncərəni sıxıb açmaqla Təqsirləndirilən şəxs2lə birlikdə içəri qanunsuz daxil olub yataq otağındakı dolabda olan çantanın içərisindən 4700 manat pulu və otaqdakı üzərində “Vətən müharibəsi iştirakçısı” yazısı olan 01 ədəd qızılı rəngdə olan medalı və üzərində “Laçın” yazısı olan 01 ədəd qızılı rəngdə olan medalı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 4700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin dekabr ayında gecə radələrində Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən “İol” klinikasının yanına gəlmiş, məqsədi orada yerləşən "Al" market mağazasına daxil olub siqaretlər aparmaq olmuşdur. Bundan öncə həmin marketə bir dəfə siqaret almağa girmiş və ümumi marketi müşahidə etmişdir. Həmin gecə saat təxminən 03 radələrində əraziyə gəlib əvvəlcə yolun əks tərəfindən ümumi müşahidə aparmış, ərazinin təhlükəsiz olduğuna əmin olduqdan sonra klinikanın pilləkənindən mağazanın plastik pəncərəsini açaraq pəncərədən qalxıb içəri otağa düşmüş, sonra otaqdan çıxıb mağazanın satış zalına keçmiş, orada dəmir dolab olduğunu, dolabda çoxlu sayda müxtəlif markalardan olan siqaretlərin olduğunu görüb həmin siqaretləri mağazadan götürdüyü sellofan torbaya yığmışdır. Siqaretlər müxtəlif markalardan olmuş və o, əlinə keçən siqaretləri sellofan torbaya yığmışdır. Siqaretləri iki torbaya yığaraq, oradan çıxıb mağazanın giriş qapısı tərəfdə yerləşən kassanın yanına gəlib oradakı siqaret rəfində olan siqaretləri kassanın yanından götürdüyü sellofan torbaya yığmışdır. Müxtəlif markadan olan xeyli sayda siqareti sellofan torbaya yığdıqdan sonra iki ya üç sellofan dolu siqareti götürüb mağazanın yola tərəf olan şüşəsini sındırıb mağazadan çıxıb getmişdir. “Al” marketdən oğurladığı təxminən min manatdan yuxarı məbləğdə olan siqaretləri müxtəlif yerlərdə dəniz kənarı meşəlikdə, məhəllələr arası zibilliklərin yanında gizlətmişdir. Oğurladığı siqaretlərin satışından əldə etdiyi 800 manat pulu öz şəxsi tələbatına xərcləmişdir. Marketdən çıxarkən marketin kamera sistemini də yaddaş blokundan ayırmış, bunu etməkdə məqsədi kameraya görüntüyə düşməmək olmuşdur Oğurladığı siqaretləri hissə-hissə tanımadığı şəxslərə satıb pul əldə etmiş, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Etdiyi oğurluq barədə heç kimə bildirməmişdir. Həmin siqaretlərdən bir qismini Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən dükana satmışdır. Həmin dükana təxminən 700-800 manatlıq siqareti 400-500 manata, yəni dəyərindən ucuz qiymətə satmışdır. Həmin oğurluq hadisəsini tək törətmiş, hadisəni törədəndə sərxoş olmuşdur. Bildirir ki, 11.05. 2024-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Parla” kosmetika mağazasının qarşısında küçədə dayanan zaman mağazanın içərisində satıcının pul saydığını və həmin pulu masanın üzərinə qoyduğunu görmüşdür. Bundan sonra o, həmin mağazadan oğurluq etmək qərarına gəlmiş, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində o, həmin dükanın yerləşən əraziyə gəlmişdir. O, ətrafda kimsəninin olmadığını və mağazanın bağlı olduğunu görüb, üzərində olan dəmir parçası ilə mağazanın plastik qapısını sıxıb açmış və içəri daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra oradakı qara qutudan 396 manat pul və bir neçə kosmetika məhsulları götürüb mağazanı tərk etmişdir. O, oğurladığı pulları öz ehtiyacları üçün xərcləmiş, kosmetika məhsullarını isə istifadə etmədiyi üçün xatırlamadığı bir yerdə atmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, “Heydər” parkında gəzərkən o, piyada 13-cü mikrorayon ərazisinə gəlmiş əvvəlcədən fikrində oğurluğa girmək olan “Zoo” mağazasına yaxınlaşmış, əvvəlcədən cibində olan dəmir parçası ilə mağazanın plastik qapısını sıxıb açmış və içəri daxil olmuş, içəridə olan piştaxtanın altındakı siyirməni açıb içərisinə baxdıqda orada pul və mobil telefon olduğunu görmüş və götürüb cibinə qoyaraq mağazadan çıxmışdır. O, mağazadan çıxanda oğurladığı telefonu orada kənara yerə ataraq oradan uzaqlaşmışdır. Pulu saydıqda 50 manat olduğunu görmüş, o, həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. O, izahat verərkən də 50 manat oğurladığını bildirmişdir. Ola bilsin ki, təhqiqatçı onu düzgün başa düşməmişdir. O, oğurluq edərkən tək olmuş və ona heç kim köməklik etməmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər sakinləri kimi tanıyır. Onlarla münasibəti normal olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən kafelərdən birində o, Əli və Aydınla görüşmüş, Əli ona demişdir ki, tanıdığı bir ev var, orada pul və qızıl var, əgər evdə adam olmasa həmin evə girib oğurluq etmək olar. Onun pula ehtiyacı olduğu üçün o və Aydın Əlinin təklifi ilə razılaşmış, saat təxminən 22 radələrində onlar Sumqayıt şəhəri, Kotec qəsəbəsi, ərazisində yerləşən həmin evin qarşısına gəlmiş, Əli darvazanın qarşısında dayanmış və vəzifəsi kiminsə gələcəyi təqdirdə onlara xəbər vermək olmuşdur. O, evin hasarından içəri keçib evin darvazasını açmış, bundan sonra Aydın darvazanı açıb evin həyətinə daxil olmuşdur. Bundan sonra evin taxta pəncərəsini həyətdə olan dəmir parçası ilə açıb içəri daxil olmuşdur. Aydın da ondan sonra evə daxil olmuş, o, birinci mətbəxə baxmış, lakin orada hər hansı bir qiymətli əşya və ya pul tapa bilməmişdir. Sonra o, daxil olduğu otağın arxa tərəfində olan otağa keçmiş, orada dolabları axtarmağa başlamış, dolabların birinin alt hissəsində çamadan görmüşdür. Çamadanı açdıqda içərisində 01 ədəd qızılı rəngli ulduz şəkilli medalı götürmüşdür. Aydın dolabları axtarmışdır. O, evdə qızıl və pul tapa bilmədiyini görüb evi tərk etmişdir. Evdən çıxanda götürdüyü medalı Əliyə vermiş və evdə pul və ya qızıl olmadığını ona bildirmişdir. Ona həmin evdən oğurluq etməyi Təqsirləndirilən şəxs3 təklif etmişdir. O, həmin evi tanıdığını və həmin evdə pul və qızıl olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 ərizəsində evdən 4700 manat pul oğurlandığını, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə ifadələrində həmin evdən pul oğurlamadıqlarını bildirmələri ilə bağlı verilmiş suala cavab verərkən bildirmişdir ki, o, həmin evdən pul oğurlamamışdır. Ancaq bir ədəd medal götürüb Əliyə vermişdir. Onlar evdən oğurluq edib çıxarkən gecə olduğu üçün evdə heç kim olmamış və onları küçədə heç kim görməmişdir. Bundan başqa Yusif İsrafilov bildirmişdir ki, Təqsirləndirilən şəxs3 ev sahibini tanıdığını, mənzildə 50- 100000 manat arası pul olduğunu bildirmişdir. Mənzildə olarkən içərisində müxtəlif ölkələrə məxsus pulların olduğu diplomatı görsə də, götürmədyini bildirmişdir. Zərərçəkmiş şəxslərə qarşı vurmuş olduğu ziyanı ödəməmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Əli ilə bir rayondandırlar. Yusif isə Sumqayıt şəhər sakini kimi tanıyır. Belə ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 11:00 radələrində o, Yusif və Əli Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisindən keçərkən, bu vaxt Yusif İsrafilov həmin ərazidə yolun kənarında yerləşən evi onlara göstərib burada yaxşı pul olduğunu demişdir. Eyni zamanda söhbət əsnasında evdə adam olmayacağı təqdirdə oradan pul oğurlamağı təklif etmişdir. xx.xx.2024-cü il tarixdə 10-cu məhəllə ərazisində yerləşən kafedə Əli ilə yeyib içmişlər. Həmin gün təxminən saat 22:00 radələrində evə getmək istəyən zaman, kafenin yaxınlığında yerləşən “Göyçay” marketin qarşısında Yusiflə qarşılaşmış, Yusif ona həmin evin sahibinin evdə olmamasını, oradan oğurluq edə biləcəklərini demişdir. Spirtli içki təsiri altında olduğundan, o cümlədən pula ehtiyacı olduğundan Yusiflə razılaşmışdır. Həmin vaxt Əli də Yusifin yanında olmuşdur. Onlar birlikdə həmin mənzilin qarşısına gəlmiş, Əli darvazanın qarşısında dayanmış, vəzifəsi kimsə gələcəyi təqdirdə onlara xəbər vermək olmuşdur. Yusif evin hasarından içəri keçib evin darvazasını açmış, bundan sonra o, darvazanı açıb evin həyətinə daxil olmuşdur. Yusif evin taxta pəncərəsini həyətdə olan dəmir parçası ilə açıb içəri daxil olmuş, o, da Yusifdən sonra evə daxil olmuşdur. Yusif içəridə olan yataq otağına keçmiş, o, da daxil olduqları otaqda olan dolablara baxmışdır. O, oradan qiymətli bir şey tapmamış, Yusif pul olmadığını dedikdən sonra onlar evdən çıxmışlar. Yusif evdə qiymətli əşya və ya pul olmadığını və götürmədiyini bildirmişdir. Bundan sonra onlar oradan uzaqlaşıb getmişlər. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq onun mənzil oğurluğunda şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. O, PB-də olarkən hadisə barədə izahat vermiş və baş vermiş oğurluq hadisəsində iştirak etdiyini səmimi etiraf etmişdir. O, qeyd edilən evə oğurluğa getsə də o, oradan pul götürməmişdir. Yəqin pulu Yusif götürmüş, lakin Yusif onlara pul verməmişdir. Yusif evdən çıxdıqdan sonra Əliyə 01 ədəd üzərində “Vətən müharibəsi iştirakçısı” sözləri yazılmış qızılı rəngdə olan medal vermişdir. Onlar evdən oğurluq edib çıxarkən gecə olduğu üçün evdə heç kim olmamış və onları küçədə heç kim görməmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisədən sonra o, oğurlanmış və üzərində “Laçın” sözü yazılmış medalı oğurluq etdikləri evin yaxınlığında tapıb istintaqa təhvil vermişdir. O, zərərçəkmiş şəxsə heç bir məbləğdə pul qaytarmamışdır. Əməlindən peşmandır, qardaş Birinci Qarabağ müharibəsi şəhididir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Aydın Quliyev ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı spirtli içkinin təsiri altında olmuş, ibitdai istintaq zamanı mənzildə pulun olması barədə işarənin Əli tərəfindən verildiyini deməsini xatırlamır. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülməmiş, fiziki və ya psixi təsirə məruz qalmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində əvvəllər tanıdığı Aydın və Yusif adlı tanışları ilə Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisindən keçmişlər. Yusif həmin ərazidə yerləşən evi onlara göstərib burda yaxşı pul olduğunu, evdə adam olmasa oradan pul oğurlaya bilmələrinin mümkünlüyünü demişdir. O, ilk öncə razılıq verməmiş, xx.xx.2024-cü il tarixdə axşam radələrində o, Təqsirləndirilən şəxs2lə spirtli içki qəbul etməklə yeyib içmiş, tam olaraq sərxoş vəziyyətində olmuşlar. Yusif ona zəng edib harda olduğunu soruşmuş, o, yerini Yusifə demişdir. Yusiflə 10-cu məhəllə ərazisində yerləşən “Şamlıq” adlanan kafedə görüşmüşlər. Yusif Kotec qəsəbəsindəki Zərərçəkmiş şəxs1 məxsus evə oğurluğa getməyi təklif etmiş, o, pula ehtiyacı olduğundan razılaşmışdır. Təxminən saat 22:05 radələrində onlar həmin mənzilin qarşısına gəlmiş, o, içəri daxil ola bilməyəcəyini bildirmiş, Yusif ona “Sən çöldə otur evdə heç kim yoxdur” demişdir. Ona çöldə gözləməyi, adam gələrsə məlumat verməsi taşırılmış, Yusif evin hasarından içəri keçib evin darvazasını açmış, bundan sonra Aydın da evin həyətinə daxil olmuşdur. Təxminən 15-20 dəqiqə sonra hər ikisi oradan çıxmış, Yusif evdə pul olmadığını, ona evdən Vətən müharibəsi uğrunda olan qızılı rəngdə medalı ona verib evdən götürdüyünü demişdir. Bundan sonra yaşadıqları evə getmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki qüvvə göstərilməmişdir. Onlar evdən oğurluq edib çıxarkən gecə olduğu üçün evdə heç kim olmamış və onları küçədə heç kim görməmişdir. Əməlindən peşmandır, dəymiş ziyan ödənilməmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 ona ünvanlanmış sullara cavab olaraq bildirmişdir ki, hadisə günü Ayqın Quluyevlə yeyib içmiş, spirtli içkinin təsiri altında olmaqla sərxoş vəziyyətdə olmuşlar. Onlara həmin mənzildə 50-100000 manat arası pulun olmasını Yusif İsrafilov bildirmişdir. Qeyd edir ki, əvvəlcədən bu barədə onun məlumat olmuş olsaydı, özü tək həmin pulu oğurlardı, lakin onda bu bərədə məlumat olmamış, məlumatı Yusif onlara bildirmişdir. Belə ki, Yusif həmin mənzili göstərərək “boqatı xaladı, həmin mənzildə pul var, 15 gündür hər gün güdürəm, çantasını hər gün görürəm” demişdir. Yusif Aydınla oğurluğa getdikdən təxminən təxminən 25 dəqiqədən sonra qayıtmış, Yusif ona qızılı rəngli 1 ədəd medalı vermişdir. Onlar növbəti gün həmin medalı satmaq istəsələr də, o, buna imkan verməmiş, polis əməkdaşları onları onları 10 gündən sonra Pİ-nə çağırdıqda medalı təqdim etmişdir. Təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməllərini törətmələri özlərinin dolayısı ilə etirafedici ifadələri ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi ev onların ailəsinə məxsusdur və o, da həmin evdə yaşayır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrindən saat 22:30 radələrinədək evdə heç kim olmamış, saat 23 radələrində o, yaşadıqları evə gəlib həyətə daxil olmuş və evə yaxınlaşdıqda evin taxta pəncərəsinın sındırılmış vəziyyətdə olduuğunu görmüş, evə kimsənin daxil olduğunu başa düşmüşdür. O, evə girib otaqlardakı əşyaların dağıdılmış vəziyyətdə olduğunu görmüş və evdən oğurluq olduğunu anlamışdır. O, evdə pul və qızıl olduğunu bildiyi üçün dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş, evdən 15 min manat dəyərində qızıl və 1000 manata yaxın pul oğurlandığını bildirmişdir. Sonra o, anasını Corat qəsəbəsindən evə gətirmiş, anası Şahid2 evə gəldikdən sonra o, ondan qızıllar barədə soruşmuş, anası qızılları gedəndə özü ilə götürdüyünü, lakin evdə dolabda çantanın içərisində olan 4700 manat pulun yerində olmadığını bildirmişdir. Eyni zamanda o, evdən daha hansı əşyaların oğurlandığına baxdıqda evdən ona məxsus 02 ədəd yəni “Vətən müharibəsi iştirakçısı” və “Laçın uğrunda” medallarının da oğurlandığını bilmişdir. Bundan sonra evə polis əməkdaşları gəlmiş, hadisə yerini müayinə edib müvafiq sənədləşmə işlərini aparmışlar. Sonradan onlara məlum olmuşdur ki, onların evlərindən oğurluq etmiş şəxs Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Yusil İsrəfilovdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 eyni zamanda bildirmişdir ki, mənzildə pulun olması ilə bağlı Yusif İsrafilova və Aydın Quliyevə məhz Təqsirləndirilən şəxs3 məlumat vermişdir. Belə ki, o, əvvəllər nə Yusif İsrafilovu, nə də Təqsirləndirilən şəxs2 tanımış, onlar da onu və ailə üzvlərini tanımamışdır. Təqsirləndirilən şəxs3 isə onun bibisi oğlu Nazimin dostu olmuşdur. Rəhmətli atası Arif Həsənov vəfat etməmişdən öncə Əli onların evinə dəfələrlə gəlmiş, onların qonağı olmuşdur. Təqsirləndirilən şəxs3 onlara məxsus Sumqayıt şəhəri “Nasosnu” qəsəbəsi deyilən ərazidə torpaqlarının olmasından, həmin torpağı bir müddət öncə 48000 manat satmalarından məlumatlı olmuşdur. Lakin Təqsirləndirilən şəxs3 həmin pulla onların Bakı şəhərindən digər mənzil almasından xəbəri olmamış, bu səbəbdən belə bir plan qurmuşdur. Qeyd edir ki, təqsirləndirilən şəxslər 4700 manat pulu mənzillərindən götürməmələri barədə söylədikləri tamamilə yalandır. Əgər həmin şəxslərin məqsədləri pul oğurlamaq olmamışdırsa “mənim həyətimə, mənzilimə yeyib içdikdən sonra gəzməyə, qapı sındırmağa gəlmişdilər?” deyə həmin şəxslərə ritorik sual ünvanlamışdır. Eyni zamanda bildirir ki, anası həmin mənzildə hazırda tək yaşamışdır. Yaşlı qadındır. Anası oğurluq hadisəsi zamanı evdə olmuş olsaydı, təqsirləndirilən şəxslərin evə daxil olmasını görüb qorxudan infakt ola və digər xəstəliyə tutula bilməsi istisna edilmədiyini bildirir. Bildirir ki, həmin şəraitdə anası evdə olardısa qorxudan həyatını belə iti bilərdi. Hesab edir ki, məhz bu xüsusat təqsirləndirilən şəxslərin məsuliyyətini ağırlaşdıran hal kimi qəbul edilməlidir. Qeyd edir ki, Vətən müharibəsi iştirakçısı olmaqla ölkə başıçısı tərəfindən medallarla təltif edilmişdir. Təqsirləndirilən şəxslər etdikləri oğurluqla onu alçatmış, onun medallarını belə oğlurlamışlar. O, əmindir ki, cinayətin təşkilatçısı Əli Əiyevdir. Evlərinin işarəsini digər təqsirləndirilən şəxslərə Təqsirləndirilən şəxs3 vermişdir. Bildirir ki, Təqsirləndirilən şəxs3 ona dəflərlə zəng edərək “bir qələtdir etmişəm, içkili olmuşam” demiş, dəfələrlə onunla mobil telefonla danışmış, oğurladıqları pulu tezliklə geri qaytaracaqlarına söz verərək səbirli olmağı xahiş etmişdir. Eyni sözləri Təqsirləndirilən şəxs2 də ona dediyini bildirmişdir. Lakin bu müddət ərzində ona vurulmuş ziyan ödənilməmişdir. Qeyd etdiklərini nəzərə alaraq təqsirləndirilən şəxslərin qanun qarşısında cavab vermələrinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etmişdir ki, o, ünvan 4 ünvanının 1-ci mərtəbəsində yerləşən “Parla” kosmetika mağazasını işlədir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində o, mağazanı bağlayıb evə getmiş, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində o, mağazaya gəldiyində mağazanın qapısının açıq olduğunu görmüşdür. O, mağazadan oğurluq olduğunu başa düşüb dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, mağazaya daxil olub mağazadan 396 manat pul və hər biri 8 manat 40 qəpik dəyərində olan 03 ədəd “morfose” markalı kolonyanın oğurlandığını aşkar etmişdir. Sonra polis əməkdaşları hadisə yerinə gəlib müvafiq sənədləşmə işləri aparmışlar. O, hadisədən sonra mağazada olan pulun dəqiq məbləğini bilmədiyi üçün təxminən 400 manat pul oğurlandığını bildirmişdir. Hadisədən sonra o, oğurlanmış pulun məbləğini dəqiqləşdirib həmin məbləğin 396 manat olduğunu müəyyən etmişdir. Vurulmuş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etmişdir ki, o, Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsində yerləşən «Zoo» mağazasını işlədir. Həmin mağazanı axşamlar işçisi Nicat bağlayıb evə gedir və səhər təxminən 08 radələrində gəlib mağazanı açır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində Nicat ona zəng edib mağazanın plastik qapısının açıq olduğunu bildirmiş, o, mağazadan oğurluq olduğunu başa düşmüşdür. Ancaq o, mağazadan dəqiq nə oğurlandığını bilməmiş, buna görə də o, DİN-nin 102 xidmətinə zəng edib mağazadan 50-60 manat pul və 01 ədəd mobil telefon oğurlandığını bildirmişdir. Bundan sonra o, özü mağazaya gəlmiş, mağazaya daxil olub piştaxtanın siyirməsinə qoyduğu pulun və ona məxsus işlənmiş Samsung markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. O, mağazaya gələndə Nicat ona mağazadan 50-60 manat deyil, onlara məhsul gətirən firmaya pul ödəmək üçün mağazada saxladıqları 550 manat pulun da oğurlandığını demişdir. Polis əməkdaşları dərhal hadisə yerinə gəlib müvafiq sənədləşmə işləri aparmış, hadisədən sonra o, özünə məxsus Samsung markalı mobil telefonu mağazanın yanında yerdən tapmışdır. O, mağazanın müşahidə kameralarından oğurluq etmiş şəxsin görüntülərini diskə köçürmüş və həmin diski təqdim etmişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, mağazadan oğurluq etmiş şəxs X2r. O, məhkəməyə ünvanladığı teleqramında Təqsirləndirilən şəxs1 ona vurduğu ziyan ödəmədiyini, bu səbəbdən ona ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 3 ildir ki, "Al market” MMC-nin Sumqayıt şəhəri üzrə bölgə müdiri vəzifəsində çalışır. Sumqayıt şəhəri, 45-ci məhəllə, “İol” göz klinikasının altında yerləşən "xxxx" mağazasından xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixə keçən gecə oğurluq olmuş, hadisəni törədən şəxs dükana plastik pəncərədən daxil olmuş, dükandan müxtəlif çeşidli siqaretlər və Rexsona təravətləndirici çeşidləri oğurlamışdır. Bununla bağlı rəhbərliyə həmin marketin müdiri məlumat vermişdir. Qeyd etmişdir ki, mağaza hər gün saat 08-də açılır, 22 radələrində isə bağlanır. Mağaza kamera sistemi ilə təchiz edilmişdir. Müşahidə kameralarından hadisəni törədən şəxs mağazaya açıq vəziyyətdə olan plastik nəfəslikdən daxil olduğu giriş qapısının sağ tərəfində kassanın yanında yerləşən siqaret rəflərindən müxtəlif markalardan olan çox sayda siqareti, bir neçə çeşid Rexsona təravətləndiriciləri, eyni zamanda marketin seyf otağından dəmir tumbanın içərisindən müxtəlif markalı siqaretləri oğurladığı, sellofan torbalara yığıb apardığı müəyyən edilmişdir. Naməlum şəxs marketdən çıxarkən marketin kamera sistemini də yaddaş blokundan ayırıb getmişdir. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, oğurlanmiş malların siyahısı polisə təqdim edilmiş, dəymiş maddi ziyanın miqdarı 1596 manat 80 qəpik olmuşdur. Məhkəməyə ünvanladığı teleqramda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində Corat qəsəbəsində olmuş, həmin vaxt evlərində heç kim olmamışdır. Oğlu gəlib onu evə gətirəndə yaşadıqları evə oğru girdiyini, evdən pul və qızıl oğurlandığını ona demişdir. O, isə oğluna bildirmişdir ki, evdən çıxanda qızılları özü ilə götürmüş, ancaq pul evdə qalmışdır. Onlar birlikdə evə gəlmiş, evdən 4700 manat pul və oğluna məxsus 02 ədəd medal oğurlandığını müəyyən etmişlər. Polis əməkdaşları gəlib hadisə yerini müayinə edib müvafiq sənədləşmə işləri aparmışlar. Hadisədən bir müddət sonra ona məlum olmuşdur ki, hadisəni Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə törədiblər. Hadisədən sonra oğurluq etmiş şəxslər tərəfindən onlara heç bir ödəniş olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 21 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (cild İ, i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 21 may 2024-cü il tarixdə, saat 18:10 dəqiqədə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, i.v.36); Təqsirləndirilən şəxs2 23 may 2024-cü il tarixdə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İ, i.v 75-76) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 23 may 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İ, i.v. 83-85); “Qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 23 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, dərhal saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir (cild İ, i.v. 99-101); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 21 may 2024-cü il tarixdə, saat 19:20 dəqiqədə Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, i.v.62); Təqsirləndirilən şəxs3 23 may 2024-cü il tarixdə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İ, i.v 88-89) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 23 may 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (cild İ, i.v. 96-98); “Qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 23 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, dərhal saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir (cild İ, i.v. 104-106); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 23 may 2024-cü il tarixdə, saat 21:20 dəqiqədə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v.122); Təqsirləndirilən şəxs1 25 may 2024-cü il tarixdə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İ, i.v 141-142) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 25 may 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (cild İ, i.v.151-153); Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-159/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı Təqsirləndirilən şəxs1 02 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 may 2024-cü il tarixdən hesablanmışdır (cild İ, i.v. 161-163); Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasının Xantı-Mansiyk, M.D.Koqalun şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə RF CM 161- ci maddəsinin 1-ci hissəsi, 161-ci maddənin 2-ci hissəsi “Q” bəndin 162-ci maddənin 1-ci hissəsi, 69-cu maddənin 3-cü hissəsi ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası hüdudları kənarında törətdiyi cinayət əməlinə görə məhkum edilmiş, Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəsi yoxdur. Odur ki, qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs kimi hesab edilməlidir. (cild İ, i.v. 233-234) Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Əzizbəyov rayon xalq məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə CM-nin 83-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 il islah işləri 20% cəzasına məhkum edilmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs kimi hesab edilməlidir. (cild İ, i.v. 235-236) Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-ce il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Hacıqabul rayon xalq məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə CM-nin 143-cii maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 05 il miiddəlinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Əzizbəyov rayon xalq məhkəməsinin xx.xx.1998-ci il tarixli qərarı ilə CM-nin 50-2-ci maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 03 il 01 ay şərti azad olunmuşdur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxs kimi hesab edilməlidir. (cild İ, i.v. 237-238). “Cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş, istintaq ********* nömrə altında davam etdirilmişdir. (cild İİ, i.v. 1-2) 240730011 nömrəli cinayət işi üzrə “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 14 mart 2024-cü il tarixdə, saat 17:50 dəqiqədə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İİ, i.v.47); Təqsirləndirilən şəxs1 16 mart 2024-cü il tarixdə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İİ, i.v 76-78) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 16 mart 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İİ, i.v. 86-87); “Qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 16 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, dərhal saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir (cild İİ, i.v. 88-89); AR ƏN MEM 9/235 nömrəli 30 yanvar 2024-cü il tarixli rəyindən görünür ki,ekspertiza təyini haqqında qərarda göstərilən 40 adda malların 2023-cü ilin dekabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1596,80 manat müəyyən olunur; bir ədəd dəyəri 3,8 manat olan X8 markalı, üç ədəd hər birinin dəyəri 2,2 manat, cəmi dəyəri 6,6 manat olan Argo KS Red markalı, dörd ədəd hər birinin dəyəri 4 manat, cəmi dəyəri 16 manat olan Kent HD 8 Futura markalı, beş ədəd hər birinin dəyəri 2.7 manat, cəmi dəyəri 13,5 manat olan West Silver markalı, altı ədəd hər birinin dəyəri 2,6 manat, cəmi dəyəri 15,6 manat olan X31 markalı, üç ədəd hər birinin dəyəri 2,2 manat, cəmi dəyəri 6.6 manat olan Bakı Blue markalı, yeddi ədəd hər birinin dəyəri 2,7 manat cəmi dəyəri 18.9 manat olan X32 Silver markalı, səkkiz ədəd hər birinin dəyəri 2.9 manat cəmi dəyəri 23,2 manat olan X10 markalı, bir ədəd dəyəri 4,3 manat olan Sobranie markalı, on ədəd hər birinin dəyəri 2,9 manat cəmi dəyəri 29 manat olan X5 markalı, doqquz ədəd hər birinin dəyəri 4,3 manat cəmi dəyəri 38.7 manat olan X16 markalı, doqquz ədəd hər birinin dəyəri 2,4 manat cəmi dəyəri 21,6 manat olan X20 markalı, on bir ədəd hər birinin dəyəri 2,9 manat cəmi dəyəri 31,9 manat olan X11 markalı, on bir ədəd hər birinin dəyəri 2,9 manat cəmi dəyəri 31.9 manat olan X12 markalı, dörd ədəd hər birinin dəyəri 2,3 manat cəmi dəyəri 9,2 manat olan Kingston Silver markalı, on iki ədəd hər birinin dəyəri 2,4 manat cəmi dəyəri 28,8 manat olan X21 markalı, on iki ədəd hər birinin dəyəri 4,3 manat cəmi dəyəri 51,6 manat olan X13 markalı, on ədəd hər birinin dəyəri 2,7 manat cəmi dəyəri 27 manat olan X32 Gold markalı, on dörd ədəd hər birinin dəyəri 2,4 manat cəmi dəyəri 33,6 manat olan X26 markalı, on üç ədəd hər birinin dəyəri 2,6 manat cəmi dəyəri 33,8 manat olan X37 markalı, on dörd ədəd hər birinin dəyəri 4 manat cəmi dəyəri 56 manat olan X24 01 markalı, on beş ədəd hər birinin dəyəri 4 manat cəmi dəyəri 60 manat olan X33 04 markalı, on beş ədəd hər birinin dəyəri 2,4 manat cəmi dəyəri 36 manat olan X28 markalı, on altı ədəd hər birinin dəyəri 4,3 manat cəmi dəyəri 68,8 manat olan X14 markalı, on altı ədəd hər birinin dəyəri 2,9 manat cəmi dəyəri 46,4 manat olan X22 markalı, on səkkiz ədəd hər birinin dəyəri 3, 8 manat cəmi dəyəri 68,4 manat olan X34 Silver markalı, doqquz ədəd həı birinin dəyəri 4,3 manat cəmi dəyəri 38,7 manat olan X17 markalı, iyirmi iki ədəd hər birinin dəyəri 2,9 manat cəmi dəyəri 63.8 manat olan X15 markalı, iyirmi üç ədəd hər birinin dəyəri 3,8 manat cəmi dəyəri 87,4 manat olan X29 markalı, iyirmi üç ədəd hər birinin dəyəri 3,4 manat cəmi dəyəri 78,2 manat olan LD X30 markalı, on beş ədəd hər birinin dəyəri 2,9 manat cəmi dəyəri 43,5 manat olan X39 Silver markalı, iki ədəd hər birinin dəyəri 2,9 manat cəmi dəyəri 5,8 manat olan X25 Nighls markalı, iyirmi beş ədəd hər birinin dəyəri 2,4 manat cəmi dəyəri 60 manat olan X18 markalı, iyirmi yeddi ədəd hər birinin dəyəri 3,2 manat cəmi dəyəri 86.4 manat olan LD X36 markalı, otuz ədəd hər birinin dəyəri 2,9 manat cəmi dəyəri 87 manat olan X6 markalı, on yeddi ədəd hər birinin dəyəri 4.3 manat cəmi dəyəri 73,lmanat olan X4 markalı, otuz üç ədəd hər birinin dəyəri 2,4 manat cəmi dəyəri 79,2 manat olan X19 markalı siqaret, altı ədəd hər birinin dəyəri 6,25 manat cəmi dəyəri 37,5 manat olan Rexona Deo 150 ml Pambıq təravətləndirici, altı ədəd hər birinin dəyəri 6,25 manat cəmi dəyəri 37,5 manat olan Rexona Deo 150 ml Stay Fresh Bİııe təravətləndirici, altı ədəd hər birinin dəyəri 6.25 manat cəmi dəyəri 37,5 manat olan Rexona Deo 150 ml Ağ Qara təravətləndirici. Ekspertiza təyini haqqında qərarda göstərilən 40 adda malların 2023-cii ilin dekabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1596,80 manat müəyyən edilmişdir. (cild İİ, i.v. 25-28) ƏN MEM 9/5070 nömrəli 21 avqust 2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərar göstərilən ətirlərin (kolonyalar) 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 24,00 (03X8 man) manat müəyyən olunur. (cild İİ, i.v. 237-239) DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/1277 №-İi rəyindən görünür ki, xx.xx.2024-cü ıl tarixdə ünvan 5 ünvanında vətəndaş Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 13 ədəd kağız parçasının üzərinə yapışdırılmış 13 ədəd şəffaf yapışqanlı lent kəsiklərinin üzərində olan 10 ədəd əl-barmaq və 05 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərinin 13 ədədi (Taxta pəncərədən götürülmüş) (ADİS-in məlumat bankına Sumqayıt ŞPİ-dən daxil olan) xx.xx.1990-cı ildə Beyləqan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin ovuc (02 dəfə) əksi, böyük (03 dəfə), şəhadət (02 dəfə), orta, adsız, çeçələ barmaqlarının və sol əlinin ovuc (02 dəfə) əksləri ilə eynilik müəyyən etmişdir. Qalan digər şəxsiyyəti eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izi DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. (cild İİ, i.v. 160-169) xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, “Al" marketdən oğurluq etmiş şəxs Təqsirləndirilən şəxs1dur. O, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saatlarında marketin plastik pəncərəsindən marketin köməkçi otağına, sonra satış zalına daxil olmuş, oradan siqaretləri götürüb sellofan torbalara yığmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, diskdə görüntüdə olan şəxs özüdür, həmin vaxt əynində papaqlı qara rəngli qış gödəkçəsi, boz rəngli şalvar olmuşdur. Həmin geyim hal hazırda da əynindədir. Həmin vaxt üzündə tibbi maska olmuş, əlində fəhlə əlcəyi olmuşdur. Hadisəni törədərkən mağazanın içində təxminən 15 dəqiqə olmuşdur. Bu barədə protokol tətib olunmuş, protokol istintaq sənədlərinə əlavə edilmişdir. (cild İİ, i.v.72) “Zoo” mağazanın müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülər olan 01 ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd edilən video 43 saniyə davam edir. Videonun ilk saniyyələrində papaqlı gödəkçə geyinmiş bir nəfər şəxs masaya yaxınlaşıb masanın alt tərəfində olan siyirməni açır. Şəxs oradan kağız pullar və 01 ədəd mobil telefonu götürüb siyirməni bağlayır. Sonra həmin şəxs dolabın qapısını açıb baxdıqdan sonra dolabı bağlayır. Şəxs digər siyirməni açıb baxdıqdan sonra siyirməni bağlayır, telefonu arxa cibinə qoyduqdan sonra mağazanı tərk edir. Bu barədə protokol tərtib olunmuş, protokol istintaq sənədlərinə əlavə edilmişdir. (cild İİ, i.v.201) İstintaq zamanı Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 mağazadan 550 manat pul oğurlandığını və həmin pulu firmaya ödəmək üçün saxladıqlarını Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (cild İİ, i.v. 248-249) İstintaq zamanı Təqsirləndirilən şəxs1la digər təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə isitntaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 qeyd edilən ünvandan oğurluq etmək təklifini Təqsirləndirilən şəxs3 etdiyini, ünvana Təqsirləndirilən şəxs2lə birlikdə daxil olduğunu, Təqsirləndirilən şəxs3 mənzilə daxil olmayıb çöldə gözlədiyini, Mənzildən pul oğurlamadığını, yalnız 01 ədəd medal götürdüyünü və həmin medalı Təqsirləndirilən şəxs3 verdiyini hər iki şəxsin üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs2 isə mənzildən oğurluq etmək təklifini Təqsirləndirilən şəxs3 etdiyini, mənzilə Təqsirləndirilən şəxs1la birlikdə daxil olduğunu, Təqsirləndirilən şəxs3 isə küçədə dayandığını, mənzildən pul götürmədiyini, pulu Təqsirləndirilən şəxs1 götürdüyünü Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Təqsirləndirilən şəxs3 isə oğurluq təklifini Təqsirləndirilən şəxs1 etdiyini, mənzilə daxil olmadığını, Təqsirləndirilən şəxs1 evdən çıxdıqdan sonra ona bir ədəd medal verdiyini onun üzünə qarşı demişdir. (cild İİ, i.v. 250-253) Ailə tərkibi haqqında “Arayış”dan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2013-cü il təvəllüdlü olmaqla iki övladı var. (cild İİ, i.v. 155) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (cild İİ, i.v 156). İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(cild İİ, i.v 159). “sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 177.2.1 və 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif ediməklə, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham və barələrində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd medal maddi sübut kimi tanınaraq məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs1 əməlində CMnin 180, 181 və 186-cı maddələrinin tərkib olmadığından həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, "xxxx" və “Zoo” mağazadan götürülmüş 02 ədəd DVD disk maddi sübut kimi tanınmış, hadisə yerindən götürülmüş 01 ədəd qıfıl və 01 ədəd açar maddi sübut saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına verilməsi qərara alınmışdır. (cildİİİ,i.v.3-17) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 mənzilindən edilmiş oğurluqdan başqa digər epizodlara münasibətdə etirafedici ifadəsi, həm Yusif İsarəfilovun, həm də digər təqsirləndirilən şəxlərin Zərərçəkmiş şəxs1 mənzilindən edilmiş oğurluğa münasibətdə isə onların dolayısı ilə etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Aydın Quliyevin, Təqsirləndirilən şəxs3 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus mənzilə oğurluq məqsədilə daxil olmalarını, oradan bir cüt medal dəsti götürmələrini etiraf etsələr də, 4700 manat məbləğində pul götürməmələri ilə bağlı verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onlar məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətlərini yüngüllədirmək məqsədilə məqsədilə bu məzmunda ifadə vermişlər. İfadələri özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətmələri məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərəçəkmiş şəxs və Şahid ifadəsi ilə təsdiq edilir. Bu məzmunda ifadə erməklə onların hər biri məsuliyyəti bir digərinin üzərinə atmağa çalışmışdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, mənzildə həqiqətən də zərəçəkmiş şəxsin atasına məxsus olmuş xarici ölkələrə məxsus pulların olduğu diplomatı görmüş, lakin götürməmişdir. Məhkəmə hesab edir ki, Yusif İsrafilov bu məzmunda ifadə verməklə səmimi olmamışdır. Halbuki, satmaq məqsədilə mənzildən qızıl məlumatından hazırlandığını zənn edib zərəçəçkmiş şəxsə məxsus ölkə başçısı tərəfindən verilmiş bir cüt medalı oğlurlayan şəxsin pulla dolu diplomatı görüb onu götürməməsi heç də ağlabatan qəbul edilməmli və həmin pulun da məhz həmin vaxt həmin şəxslər tərəfindən oğurulanması istisna edilməməlidir. Eyni zamanda təqsirləndirilən şəxslər məhkəmə iclasında bir digərinə zidd ifadə verərək, mənzildən pul oğlurlamadıqlarını, guya Zərərçəkmiş şəxs1 maddi ziyan vurmamaları barədə görüntü yaratmağa cəhd etməyə çalışmışlar. Halbuki, onlar Zərərçəkmiş şəxs1 vurduqları ziyan məbləğini qaytaracaqları barədə vədlər vermiş, sonuncudan səbirli olmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, bu məzmunda ifadə verməklə təqsirləndirilən şəxslər qanunla onlara verilmiş hüquqlarından istifadə etməklə seçdikləri müdafiə vasitəsidir və onlar bununla məsuliyyətdən yayınmağa cəhd etmişlər. CM-nin 177.2.1-ci, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2055-ci il tarixli qərarının 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Həmin Qərarda qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Həmin Qərarın 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs1 şikayətçi olmasını, əməlini yüngülləşdirən digər halları, əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməllərinin xüsusilə törədilmə şəraitlərini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür növdə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun olduğunu hesab edir. Təqsirləndirilən şəxs1 CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, həbsetmənin əvvəli 23 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin şikayətçi olmasını, himayəsində biri azyaşlı olmaqla 02 övladının olmasını, CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs2 qarşı şikayətçi olmasını, himayəsində biri azyaşlı olmaqla 02 uşağının olması, əməlini yüngülləşdirən halı, əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, xüsusilə törətmiş olduğu cinayət əməlinin törədilmə şəraitini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Təqsirləndirilən şəxs2 CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaının əvvəli 03 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli seçilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs3 xüsusilə şikayətçi olmasını, əməlini yüngülləşdirən halı, əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətmiş olduğu cinayət əməlinin törədilmə şəraitini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Təqsirləndirilən şəxs3 CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaının əvvəli 03 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli seçilməlidir. İş üzrə maddi sübutlar: - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan 02 ədəd medal sahibi Zərərçəkmiş şəxs1 qaytarılmalı, - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan hadisə yerindən götürülmüş bir ədəd qıfıl və bir ədəd açar məhv edilməli - "xxxx" və “Zoo” mağazadan götürülmüş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır Cinayət işi üzrə məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 un müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 hər birinə ayrılıqda 240 (iki yüz qırx) manat məbləğində vəsait ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, bu cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinsin və o, 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 14 mart 2024-cü il tarixdən 16 mart 2024-cü il tarixədək, tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 23 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 21 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 03 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 21 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 03 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. İş üzrə maddi sübutlar: - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan 02 ədəd medal sahibi Zərərçəkmiş şəxs1 qaytarılsın. - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan hadisə yerindən götürülmüş bir ədəd qıfıl və bir ədəd açar məhv edilsin. - Oğurluq hadisələrini özündə əks etdirən "xxxx" və “Zoo” mağazadan götürülmüş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 100 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs1 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-96/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-96/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver