Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-962/2023 21.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, məhəllə 76, Sülh küçəsi, 5 nömrəli yataqxanada qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Xəzri Y/M, fərdi evdə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətində qaynı Təqsirləndirilən şəxs ilə aralarında ailə-məişət zəmnində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs kürəkəni Zərərçəkmiş şəxs sağ güzünün altından yumruqla vurmuş, həmçinin zərbənin təsirindən yerə yıxılan Kənanın sinəsindən və qarnından təpiklə vuraraq sonuncuya - “sağ gözətrafı nahiyyəsnin qançırı, gözün ağlı qişasına qansızma” olmaqla sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olmaqla xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yeznəsi. xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində o, bacısıgilə gedəndə anası Sitarənin və bacısı Rəsmiyyənin narahat olduğunu görmüşdür. O, bunun səbəbini soruşduqda bacısı əri Kənanın onlarla mübahisə etdiyini, ona qarşı nalayiq ifadələr işlətdiyini demişdir. O da Kənanın iş yerinə getmiş, onunla söhbət etmiş, ailəsini qorumasını, iki azyaşlı övladları olduğunu, ailədə mübahisə yaratmamasını demiş və söhbət edib getmişdir. Sonra Kənanın anası da onlara gəlmiş və söhbət etmişlər. Sonradan Kənanın yenə də bacısına səsli ismarıc yazıb söyüş söydüyünü bilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində o, bacısıgilə gəlmiş, bu zaman Kənan da evdə olmuş, daha doğrusu Kənan paltarlarını yığıb anasının evinə gedən zaman o, Kənanı həyətə çağırmış və söhbət etmək istəmişir. Nə üçün elə söyüşlər söydüyünü demiş, o da söyüş söymədiyini dedikdə əsəbiləşərək bir dəfə yumruqla sifətindən vurmuş, yumruğu onun sağ gözündən dəymiş və Kənanın gözü şişmişdir. O, yenə Kənanın yaxasından tutmuş, Kənan əlindən çıxmaq istədikdə yerə yıxılmış yerə yıxıldıqda o, bir iki dəfə astaca təpiklə onun sinəsindən və qarnından vurmuş və əlindən tutub yuxarı qaldırmışdır. Sonra da o evə getmişdir. Kənanla onlar arasında münaqişə olan zaman yanlarında heç kim olmamışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə aralarında barışıq olmuş, zərərçəkmiş şəxsin ona qarş hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən X2 ilə evlidir, birgə nikahlarından 2 övladları var. Onlar qaynanası Sitarə ilə birlikdə kirayə yaşayırlar. Ailə qurduqdan sonra həyat yoldaşıyla aralarında bir neçə dəfə mübahisələr baş vermış, mübahisə yarandıqda da yoldaşı Rəsmiyyə qardaşı Vüqara məlumat vermış və Vüqar da onunla mübahisələr edir. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında həyat yoldaşı Rəsmiyyə ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı o, əsəbiləşib yoldaşını söymüşdür. O, müharibə iştirkçısıdır və travmaları olduğu üçün tez əsəbiləşir, əsəbiləşdiyim üçün də arvadımla mübahisə zamanı söyüş söyür. Mübahisəni sonlandırmaq üçün o, evdən çıxıb işə getmişdir. Biraz sonra qaynı Vüqar ona zəng etmiş, evə gəlməyini istəmiş, o, isə işdən çıxa bilmədiyini demiş və Vüqar da iş yerinə gəlmişdir. Birlikdə söhbət edib heç bir mübahisə etmədən ayrılmışlar. O, saat 19 radələrində işdən çıxıb yaşadığı evə getmiş, mübahisənin böyüməməsi üçün paltarlarını yığıb evdən çıxmış, bu zaman qaynı Vüqar gəlmiş və onu həyətə çağırmış, söz deyəcəyini demişdir. O da Vüqarla birlikdə getmiş, yaşadığı evin həyətində, qapının qarşısında Vüqar onun yaxasından tutaraq onu niyə söydüyünü soruşmuş, o da elə şey olmadığını demiş, lakin Vüqar qəfildən yumruqla onun sifətindən, sağ gözünün altından vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmış, Vüqar yenidən onu yerdən qaldırmış və bir dəfə də yumqurla dodağından vurmuşdur. O yenə yerə yıxıldıqda Vüqar təpiklə onun sinəsindən və qarnından bir neçə dəfə təpiklə vurmuşdur. Sonradan mübahisə sonlançış və o, evdən çıxıb getmək istədikdə ona imkan verməmişlər, evdə qalmağını tələb etmişlər. Onlar Vüqarla mübahisə etdikdə ikisi olmuşlar, yanlarında heç кim olmamış, yalnız evə getdikdən sonra həyat yoldaşı və qaynanası onları mübahisə etdikərini bilmişlər. Hazırda qaynı Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X4 Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1945 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ göz ətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma. 2. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (i.v.10-11); - şəxsin zərərçəkmiş qismində tanınması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v.31); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.27); - Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 9 saata görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-962/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-962/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver