Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-97/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Tərcüməçi- X1, Müdafiəçi - Sumqayıt Regionaı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə tamah niyyəti ilə X9 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 iyul 2017-ci il tarixdə saat 14-15 radələrində Sumqayıt şəhəri 2-ci Mikrorayon 26 saylı binanın qarşısına gəlmiş əvvəlcədən aralarında olan razılığa əsasən Emin Əliyev törətdikləri cinayətin aşkar ediləcəyi halda Təqsirləndirilən şəxs xəbərdar etmək məqsədi ilə həyətdə pusquda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 yaşadığı həmin binanın 6 saylı mənzilinə eyvanın pəncərəsindən gizli yolla yaşayış sahəsində qanunsuz daxil olub oradan bir ədəd 2106 manat dəyərində 27 qram qızıl çəkisi olan boyunbağı, bir ədəd 1248 manat dəyərində 16 qram qızıl çəkisi olan üzərində “Ayan” sözləri yazılmış klonu ilə birlikdə boyunbağı, bir ədəd 858 manat dəyərində 11 qram qızıl çəkisi olan yarpaq formalı klonu ilə birlikdə boyunbağı, 1092 manat dəyərində 14 qram qızıl çəkisi olan bir cüt uşaq sırğası, 936 manat dəyərində 12 qram qızıl çəkisi olan bir cüt uşaq sırğası, 1170 manat dəyərində ümumilikdə 15 qram qızıl çəkiləri olan iki ədəd qolbaq, bir ədəd 624 manat dəyərində 8 qram qızıl çəkisi olan üzərində “İsa” yazısı olan uşaq qolbağı, bir ədəd 702 manat dəyərində 9 qram qızıl çəkisi olan kişi üzüyü, bir ədəd 780 manat dəyərində 10 qram qızıl çəkisi olan üzərində dini yazıları olan üzük, bir ədəd 546 manat dəyərində 7 qram qızıl çəkisi olan üzük, bir ədəd 468 manat dəyərində 6 qram qızıl çəkisi olan üzük, ümumilikdə 250 manat dəyərində iki ədəd saat, ümumilikdə 1500 manat dəyəri olan 8 ədəd müxtəlif markalı mobil telefon və 1000 manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 13280 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə təkrarən tamah niyyəti ilə 15 dekabr 2017-ci il tarixdə saat 03:30 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinin pəncərəsindən gizli yolla yaşayış sahəsinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus 250 manat dəyərində “bosch” markalı tozsoranı, 400 manat dəyərində “Playstation 2” oyun aparatını, 200 manat dəyərində kişi ayaqqabılarını, 250 manat dəyərində velosipedi, 750 manat dəyərində qabqacaq və 400 manat dəyərində çay dəstlərini, 200 manat dəyərində viski spirtli içkilərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan dövründə təkrarən tamah niyyəti ilə 24 fevral 2018-ci il tarixdə saat 21 radələrində X3 yaşadığı Bakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 14 A mənzil 13-ə mənzilin olduğu binanın dördüncü mərtəbəsində olan eyvan artırmasının üzərindən qalxıb plastik pəncərəsini vintaçan ilə açıb gizli yolla yaşayış sahəsinə qanunsuz daxil olub oradan Baxşi Yusifova məxsus içərisində 10 manat dəyərində ********** mobil nömrəsi olan 200 manat dəyərində “İphone 5” markalı mobil telefon 15 manat dəyərində olan adapteri ilə birlikdə və 100 manat dəyərində gümüşü rəngli içərisində mobil nömrə olmayan “Nokia” markalı “6700” modelli mobil telefon, 60 manat dəyərində dəri “Tissot” markalı kəmərli saat və 2700 manat nağd pulu gizli yolla talayaraq zərərçəkmiş şəxs Baxşi Yusifova ümumilikdə 3025 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə təkrarən tamah niyyəti ilə 17 mart 2018-ci il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri Yasamal rayonu Ə.Əkbərov küçəsi 565-ci məhəllə ev 4 mənzil 6-nın eyvanının dəmir barmaqlıqlarını dəmir parçası ilə yerindən çıxarıb yaşayış sahəsinə gizli yolla qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs4 məxsus 400 manat dəyərində 1 ədəd “HP” markalı dizüstü komputer, 200 manat dəyərində 1 ədəd “Asus” markalı planşet, 100 manat dəyərindən “İPod” musiqi oxuducusu, bir ədəd 150 manat dəyərində qızıl boyunbağı, bir ədəd 150 manat dəyərində qızıl üzük, bir ədəd 100 manat dəyərində 1 cüt “svarovski” adlanan sırğa, bir ədəd 100 manat dəyərində svarovski” adlanan açar formalı klonu ilə birlikdə boyunbağı, 50 manat dəyərində mərmər materialdan mücrü qabı, 300 manat dəyərində “Swatch” markalı saat, 50 manat dəyərində gümüş üzük və 400 manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə təkrarən tamah niyyəti ilə 19 may 2018-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsi ev 74 mənzil 39-a binanın birinci mərtəbəsindən dəmir barmaqlıqlardan tutunaraq qalxıb pəncərəsini vintaçan ilə açıb gizli yolla yaşayış sahəsinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs5 məxsus bir ədəd 2000 manat dəyərində 30 qram qızıl çəkisi olan, 583 əyarlı brilyant və zümrüd qaşları olan boyunbağı, bir ədəd 2000 manat dəyərində 20 qram qızıl çəkisi olan 583 əyarlı brilyant qaşları olan Rusiya istehsalı olan boyunbağı, bir ədəd 1800 manat dəyərində 30 qram qızıl çəkisi olan 583 əyarlı boyunbağı, bir ədəd 1300 manat dəyərində 20 qram qızıl çəkisi olan 583 əyarlı Rusiya istehsalı olan boyunbağı, bir ədəd 700 manat dəyərində 10 qram qızıl çəkisi olan 583 əyarlı boyunbağı üçün Rusiya istehsalı olan klon, bir ədəd 350 manat dəyərində 5 qram qızıl çəkisi olan 583 əyarlı boyunbağı üçün Rusiya istehsalı olan klon, bir ədəd 420 manat dəyərində 6 qram qızıl çəkisi olan 583 əyarlı boyunbağı üçün Rusiya istehsalı olan klon, bir ədəd 400 manat dəyərində 5 qram qızıl çəkisi olan 583 əyarlı boyunbağı üçün Rusiya istehsalı olan klon, hər biri 900 manat dəyərində 12 qram qızıl çəkisi olan 583 əyarlı Rusiya istehsalı olan iki ədəd bilərzik, bir ədəd 1200 manat dəyərində 14,5 qram qızıl çəkisi olan 750 əyarlı İtaliya istehsalı olan bilərzik, bir ədəd 800 manat dəyərində 11 qram qızıl çəkisi olan 583 əyarlı brilyant qaşlarla olan Rusiya istehsalı olan qadın nişan üzüyü, bir ədəd 900 manat dəyərində 12 qram qızıl çəkisi olan 583 əyarlı brilyant qaşlarla olan Rusiya istehsalı olan kişi nişan üzüyü, bir ədəd 1800 manat dəyərində 14,5 qram çəkisi olan 750 əyarlı İtaliya istehsalı sırğa-üzük dəsti, bir ədəd 450 manat dəyərində 6 qram qızıl çəkisi olan 583 əyarlı paxlava şəkilli qaşları olan Rusiya istehsalı olan üzük, bir ədəd 380 manat dəyərində 5 qram qızıl çəkisi olan 583 əyarlı Rusiya istehsalı olan üzük, bir ədəd 1800 manat dəyərində 16 qram qızıl çəkisi olan 583 əyarlı brilyant qaşlarla olan Fantaziya adlanan Rusiya istehsalı olan üzük-sırğa dəsti, bir ədəd 1200 manat dəyərində 12 qram qızıl çəkisi olan 583 əyarlı zümrüd qaşlarla olan Rusiya istehsalı olan sırğa-üzük dəsti, bir ədəd 1100 manat dəyərində 9 qram qızıl çəkisi olan 583 əyarlı brilyant qaşlarla olan üzük, hər biri 450 manat dəyərində 6 qram qızıl çəkisi olan 583 əyarlı Rusiya istehsalı olan iki cüt sırğa, bir ədəd 500 manat dəyərində 7 qram qızıl çəkisi olan 583 əyarlı Rusiya istehsalı olan sırğa, bir ədəd 580 manat dəyərində 6,5 qram qızıl çəkisi olan 583 əyarlı “qranat” adlanan və “svarovski” qaşlarla olan Rusiya istehsalı olan üzük, bir ədəd 300 manat dəyərində 4 qram qızıl çəkisi olan 583 əyarlı “svarovski” qaşlarla olan Rusiya istehsalı olan sırğa, bir ədəd 1300 manat dəyərində 14,5 qram qızıl çəkisi olan 750 əyarlı, İtaliya istehsalı olan üzük-sırğa dəsti, bir ədəd 300 manat dəyərində 4 qram qızıl çəkisi olan 583 əyarlı Rusiya istehsalı olan sırğa, bir ədəd 600 manat dəyərində 8 qram qızıl çəkisi olan 583 əyarlı 4 ədəd uşaq üçün sırğa, hər biri 200 manat dəyərində 3 qram qızıl çəkisi olan 583 əyarlı iki ədəd nazik boyunbağı, hər biri 280 manat dəyərində 4 qram qızıl çəkisi olan 583 əyarlı iki ədəd nazik boyunbağı, hər biri 150 manat dəyərində 2,5 qram qızıl çəkisi olan 583 əyarlı iki ədəd klon, hər biri 350 manat dəyərində 5 qram qızıl çəkisi olan 583 əyarlı iki ədəd göz muncuğu bilərzik, bir ədəd 500 manat dəyərində Latviya istehsalı olan “yantar” daşlı qolbaq, 50 manat dəyərində bujiteriya bəzək əşyaları, 1500 manat, həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi 1655 manat 69 qəpik təşkil edən 825 Avro və həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi 4505 manat təşkil edən 2650 ABŞ dolları gizli yolla talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 35050 manat 69 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə təkrarən tamah niyyəti ilə 08 iyul 2018-ci il saat 22 radələrində Zərərçəkmiş şəxs6 yaşadığı Bakı şəhəri Xətai rayonu Babək prospekti ev 72 mənzil 21-in pəncərəsini vintaçan ilə açıb gizli yolla yaşayış sahəsinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs6 məxsus bir ədəd 5000 manat dəyərində 40 qram qızıl çəkisi olan 750 əyarlı boyunbağı, bir ədəd 1500 manat dəyərində 12 qram qızıl çəkisi olan 750 əyarlı klon, bir ədəd 2300 manat dəyərində 22 qram qızıl çəkisi olan 750 əyarlı qızıl sırğa və üzük dəsti, bir ədəd 900 manat dəyərində 8 qram qızıl çəkisi olan Rusiya istehsalı olan üzük və bir ədəd 300 manat dəyərində gümüşdən olan sırğa, üzük və 500 manat nağd pulunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 10500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə təkrarən tamah niyyəti ilə Şahid7 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 iyul 2018-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsi 82 saylı binanın qarşısına gəlmiş əvvəlcədən aralarında olan razılığa əsasən Şahid7 törətdikləri cinayətin aşkar ediləcəyi hallarda Təqsirləndirilən şəxs xəbərdar etmək məqsədi ilə həyətdə pusquda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs7 məxsus həmin binanın 29 saylı mənzilə binanın birinci girişinin üzərindən qalxıb pəncərəsini vintaçan ilə açıb gizli yolla yaşayış sahəsinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs7 məxsus bir ədəd 1500 manat dəyərində qol saatı və 5200 manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 6700 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə təkrarən tamah niyyəti ilə 21 iyul 2018-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs8 yaşadığı Bakı şəhəri Nərimanov rayonu X21 küçəsi ev 11 mənzil 34-ə dəmir barmaqlıqlardan tutunaraq qalxıb mənzilin pəncərəsini vintaçan ilə açaraq gizli yolla yaşayış sahəsinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs8 məxsus 1500 manat dəyərində yarpaq və dairəvi formalı iki cüt qızıl sırğa, 2000 manat dəyərində bir ədəd qızıl boyunbağı, bir cüt qızıl sırğa, bir ədəd qızıl üzük bir ədəd ürək formalı klondan ibarət dəst, 500 manat dəyərində gül formalı brilyant qaşlı bir cüt sırğa və bir cüt brilyant qaşlı üzük dəsti, bir ədəd 3500 manat dəyərində 1 ədəd zəncir formalı qızıl boyunbağı, 800 manat dəyərində brilyant qaşlı qızıl sırğa, 1000 manat dəyərində bir ədəd üzərində əl formalı klonu olan Rusiya istehsalı olan qızıl boyunbağı və həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 3570 manat təşkil edən 2100 ABŞ dollar pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs8 ümumilikdə 12870 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə təkrarən tamah niyyəti ilə 2018-ci ilin iyul ayının sonlarında Zərərçəkmiş şəxs9 Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 2-ci Albalılıq massivində yerləşən 948 nömrəli bağ evinin pəncərəsini itələyib açaraq gizli yolla yaşayış sahəsinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs9 məxsus 800 manat dəyərində “Vlof” markalı velosiped, 150 manat dəyərində 400 metr uzunluğunda elektrik naqilləri, 150 manat dəyərində 1 ədəd xalçanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs9 ümumilikdə 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə təkrarən tamah niyyəti ilə 21 avqust 2018-ci il tarixdə saat 9 radələrində Zərərçəkmiş şəxs10 yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsi ev 1-ə pəncərədən gizli yolla yaşayış sahəsinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs10 məxsus 2000 manat dəyərində 17 qram qızıl çəkisi olan bir cüt sırğa-üzük dəsti, 3500 manat dəyərində ümumilikdə 22 qram qızıl çəkisi olan iki ədəd brilyant qaşları olan üzük və 2500 manat dəyərində ümumilikdə 18 qram qızıl çəkisi, brilyant qaşlı qızıl klonu ilə birlikdə olan bir ədəd boyunbağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs10 ümumilikdə 8000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə təkrarən tamah niyyəti ilə Şahid8 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 sentyabr 2018-ci il tarixdə saat 14-15 radələrində Zərərçəkmiş şəxs11 yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Müşalan yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş əvvəlcədən aralarında olan razılığa əsasən törətdikləri cinayətin aşkar ediləcəyi hallarda Şahid8 xəbərdar etmək məqsədi ilə həyətdə pusquda dayanaraq gözləmiş, Şahid8 isə evin hasarını aşıb pəncərəsinin dəmir barmaqlıqlarını sındırıb gizli yolla yaşayış sahəsinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs11 məxsus bir ədəd 4000 manat dəyərində qızıl boyunbağı, 5000 manat brilyant qaşlı qızıl qol saatı, bir ədəd 1500 manat dəyərində qızıl üzük, 1500 manat dəyərində “Citizen” markalı qol saatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs11 ümumilikdə 12000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə təkrarən tamah niyyəti ilə 02 sentyabr 2018-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs12 yaşadığı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi N.Nərimanov küçəsi ev 23 mənzil 67-yə dəmir barmaqlıqlardan tutunaraq qalxıb pəncərəni itələyib açmaqla gizli yolla yaşayış sahəsinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs12 məxsus bir ədəd 1500 manat dəyərində qızıl boyunbağı, bir ədəd 1400 manat dəyərində qızıl qolbaq, ümumilikdə 700 manat dəyəri olan iki cüt qızıl sırğa, 1700 manat ümumi dəyəri olan üç ədəd qızıl üzük, bir ədəd 400 manat dəyərində ərəb modeli adlanan qızıl boyunbağı, bir ədəd 1500 manat dəyərində qızıl onluq qəpik, 200 manat dəyərində “Sony” markalı “Z2” modelli mobil telefonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs12 ümumilikdə 7400 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə təkrarən tamah niyyəti ilə 07 sentyabr 2018-ci il tarixdə gündüz saatlarında Zərərçəkmiş şəxs13 yaşadığı Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi prospekti ev 55 mənzil 104-ün pəncərəsini vintaçan ilə açıb gizli yolla yaşayış sahəsinə qanunsuz daxil olub oradan Milan Turanaya məxsus 2500 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti, bir ədəd 1200 manat dəyərində qızıl üzük-sırğa dəsti, bir ədəd 500 manat dəyərində romb formalı sirkon qaşlı sırğa, 250 manat dəyərində bir cüt sırğa, bir ədəd 250 manat dəyərində üzərində “A.Kərim” yazısı olan qızıl qolbaq, bir ədəd 100 manat dəyərində qəpik formalı medalyon, bir ədəd 100 manat dəyərində 1 qram çəkisi olan qızıl, ümumilikdə 2500 manat dəyərində bir ədəd brilyant qaşlı ağ qızıldan olmaqla iki ədəd üzük, bir ədəd 800 manat dəyərində tikiş formalı qızıl boyunbağı, bir ədəd 250 manat dəyərində qızıl muncuq, bir ədəd 200 manat dəyərində qırılmış qızıl boyunbağı və bujiteriya əşyaları olan 3 manat dəyərində sadə sarı dəmirdən qaşları olan üzük, 2 manat dəyərində 1 cüt sadə mirvari sırğa, 2 manat dəyərində 1 cüt sadə sarı dəmirdən sırğa, 1 manat dəyərində 1 ədəd sadə saç tutanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs13 ümumilikdə 8658 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan dövründə təkrarən tamah niyyəti ilə 09 sentyabr 2018-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs14 yaşadığı ünvan 13-a eyvanın pəncərəsindən gizli yolla yaşayış sahəsinə qanunsuz daxil olub oradan Rasim Həmidova məxsus bir ədəd 900 manat dəyərində 15 qram qızıl çəkisi olan 585 əyarlı 3 brilyant qaşı olan Rusiya istehsalı kişi üzüyü, hər biri 900 manat dəyərində 15 qram qızıl çəkisi olan 585 əyarlı Rusiya istehsalı olan iki ədəd qadın üzüyü, bir ədəd 780 manat dəyərində 13 qram qızıl çəkisi olan 585 əyarlı Rusiya istehsalı olan qadın üzüyü, bir ədəd 1200 manat dəyərində 20 qram qızıl çəkisi olan 585 əyarlı Rusiya istehsalı olan qadın üzüyü, bir ədəd 1304 manat dəyərində 16,3 qram qızıl çəkisi olan, 750 əyarlı İtaliya istehsalı olan qadın boyunbağı, bir ədəd 1096 manat dəyərində 13,7 qram qızıl çəkisi olan qızıl qolbaq və 1500 manat dəyərində 25 qram qızıl çəkisi olan 585 əyarlı Rusiya istehsalı olan bir cüt sırğa və 2800 manat pulunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs14 ümumilikdə 11380 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək Zərərçəkmiş şəxs2 əmlakının oğurlanması epizodu üzrə ifadəsində göstərmişdir ki, 12-13 dekabr 2017-ci il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən 3 mərtəbəli villanın qarşısına gəlmişdir. Əvvəllərdə həmin evi yoxlamış və yaşayışın olmadığına əmin olmuşdur. Evin sağ tərəfindən olan plastik pəncərəni armatur ilə açdıqdan sonra evə daxil olmuş evdə dəyərli qızıl-zinət əşyaları tapa bilmədiyindən gündəlik istifadə olunan məişət əşyaları və texniki əşyalar, qab-qacaq dəsti və sair ev əşyaları oğurlamışdır. Oğurladığı əşyaları “Lalafo” internet səhifəsindən satmışdır. Zərərçəkmiş şəxs1 əmlakının oğurlanması epizodu üzrə ifadəsində göstərmişdir ki, 11 iyul 2017-ci il tarixdə günorta saatlarında saat 14-15 radələrində tanışı X9 ilə birlikdə oğurluq etmək məqsədi ilə Sumqayıt şəhəri, 2-ci Mikrorayon ərazisində gəzərkən ev sahibi olmayan mənzil axtarmışlar. Həmin günü 26 nömrəli binanın 6 saylı mənzilinin qapısının döymüş və evdə heç kimin olmadığından əmin olduqdan sonra binadan çıxıb mənzilin eyvanından pəncərədən mənzilə daxil olmuş və sərbəst evi axtarmağa başlamışdır. Emin isə binanın qarşısında pusquda dayanaraq kiminsə gələcəyi halda onu xəbərdar edəcəkmiş. Qonaq otağından dolabdan pul, Samsung markalı mobil telefonlar, bir neçə qızıl-zinət əşyalarını oğurlamış sonra evin eyvanından sallanıb aşağı düşmüşdür. Bundan sonra Emin ilə birlikdə Novxanıda çimərliyə getmiş orada pulları sayan zaman 300 manat nağd pulun olduğunu görmüşlər. Pulları çimərlikdə xərcləmiş səhəri günü 20 Yanvar adlanan ərazidə oğurladıqları qızılları 2100 manata satıb Emin ilə yarıya bölmüşdür. Zərərçəkmiş şəxs4 əmlakının oğurlanması epizodu üzrə ifadəsində götərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əkbərov küçəsi, 565-ci məhəllə, ev 4, mənzil 6-dan oğurluq cinayətini o, törətmişdir. 17 mart 2018-ci il tarixdə saat 22:30 radələrində həmin mənzilin işıqlarının yanmadığını görüb, qapısını döyüb evdə heç kimin olmadığına əmin olduqdan sonra küçədən tapdığı armatur parçası ilə mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmış, mənzilə daxil olduqdan sonra yataq otağından dolabdan 400 manat pul, 1 ədəd “HP” markalı dizüstü komputer, 1 ədəd “Asus” markalı planşet, 1 ədəd aypod, 1 ədəd qızıl boyunbağı, 1 ədəd üzərində açar formalı klonu olan boyunbağı, 1 ədəd qızıl üzük, 1 cüt sırğa, 1 ədəd qol satı, 1 ədəd gümüş üzüyü oğurlamışdır. Oğurluq əşyaları Memar Əcəmi metrostansiyasının yaxınlığında satmışdır. Zərərçəkmiş şəxs13 əmlakının oğurlanması epizodu üzrə ifadəsində göstərmişdir ki, 07 sentyabr 2018-ci il tarixdə günorta saatlarında oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində beş mərtəbəli evin qarşısından tək piyada keçərkən ətrafda heç kimin olduğunu görmüş birinci mərtəbədə olan mənzilin dəmir barmaqlıqlarının açıq olduğunu gördükdən sonra plastik pəncərəni vint açan ilə açıb içəri daxil olmuş, yataq otağında bənövşəyi qutudan qızıl-zinət əşyalarını oğurlamışdır. Oğurladığı qızıl-zinət əşyalarını “Moskva Univermağı”nın qarşısında olan dükanların birinə ümumilikdə 980 manata satmışdır. X3 əmlakının oğurlanması epizodu üzrə ifadəsində göstərmişdir ki, 2018-ci ilin fevral ayında pula ehtiyacı olduğu üçün oğurluq etmək məqsədi ilə 18-ci Polis bölməsinin yaxınlığında olan beşmərtəbəli binaya baxmış işığı yanmayan beşinci mərtəbəni nəzərdən keçirib qapısını döyüb evdə heç kimin olmadığından əmin olduqdan sonra dördüncü mərtəbədə olan eyvan artırmasının üzərində həmin mənzilə plastik pəncərəsini vintaçan ilə açıb pəncərədən daxil olmuşdur. Qonaq otağında olan televizorun alt hissəsindən “İphone 5” və “Nokia” markalı 6700 modeli mobil telefonu, “Tissot” markalı saatı oğurlamışdır. Bundan başqa həmin mənzili axtarsa da, dəyərli əşya tapa bilməmişdir. Oğurladığı mobil telefonları və saatları sonradan tullamışdır. Zərərçəkmiş şəxs7 əmlakının oğurlanması epizodu üzrə ifadəsində göstərmişdir ki, 15 iyul 2018-ci il tarixdə tanışı Şahid7 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 82-nin qarşısına gəlmiş, 29 saylı mənzilin işıqlarının yanmadığını görmüşlər. Şahid7 onu kənarda kiminsə gələcəyi halında xəbər vermək məqsədi ilə pusquda dayanmış, binanın girişinin üzərindən ikinci mərtəbədən həmin mənzilə pəncərəsini vint açan ilə açıb daxil olmuş mənzildə yataq otağından 1500 manat pul və bir ədəd qadın saatı oğurlamışdır. Həmin pulu əyləncəyə xərcləmişdir. Qadın qol saatı qızıl olmadığı üçün sonradan atmışdır. Zərərçəkmiş şəxs8 əmlakının oğurlanması epizodu üzrə ifadəsində göstərmişdir ki, 21 iyul 2018-ci il tarixdə saat 1 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi ev 11, mənzil 34 ünvanının işıqlarının yanmadığını görüb mənzildən heç kimin olmadığına əmin olduqdan sonra mənzilə dəmir barmaqlıqlardan tutunaraq qalxıb pəncərəsini vint açan ilə açıb içəri daxil olmuş və mənzilin giriş qapısını içəridən bağlamışdır. Qonaq otağında olan mebelin üzərindən müxtəlif çeşiddə qızıl-zinət əşyaları, həmin mebelin aşağı rəfindən sayı dəqiq yadında qalmayan yüzlük əskinaslardan ibarət ABŞ dolları pulu oğurlamışdır. Əldə etdiyi pulu özünə xərcləmiş, qızıl-zinət əşyaları qızıl qəbulu yerlərinə satmışdır. Zərərçəkmiş şəxs12 əmlakının oğurlanması epizodu üzrə ifadəsində göstərmişdir ki, 02 sentyabr 2018ci il tarixdə saat 21 radələrində ünvan 4 ünvanın işıqlarının yanmadığını görüb mənzildə heç kimin olmadığına əmin olduqdan sonra mənzilə dəmir barmaqlıqlardan tutunaraq qalxıb plastik pəncərəsini itələyib içəri daxil olmuş yataq otağında olan dolabda rəfdən qızıl zinət əşyalarına baxmış və oradan 2 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbaq, 2 cüt qızıl sırğa, 3 ədəd qızıl üzük, 1 ədəd qızıl onluq və “Sony” markalı mobil telefon oğurlamışdır. Oğurladığı qızıl-zinət əşyalarını səyyar bazarda 950 manata satmış, mobil telefonu isə tullamışdır. Bundan başqa 2018-ci ilin iyul ayının sonlarında Maştağa qəsəbəsində olarkən yaşayış olmayan bağ evi tapmış, hasarını aşıb, evin pəncərəsinin dəmir barmaqlıqlarını yerindən çıxarıb evə pəncərəsini itələyib açmaqla daxil olmuş, oradan “Vlof” markalı velosiped, elektrik naqilləri və xalça oğurlamış, səhəri günü Sabunçu qəsəbəsində “Rus bazarı” adlanan yerdə 100 manata satmışdır. Bundan əlavə ifadəsində göstərmişdir ki, Sabunçu rayonu ərazisində 2018-ci ilin avqust-sentyabr aylarında oğurluq etmiş, İkin Salayev ilə rayon ərazisində gəzmiş, oğurluq etmək üçün ev axtarmış, həmin zamanlar Ağababa və Vüsal adlı şəxslərlə tanış olmuş, bir müddət Ağababanın evində qalmış, onlarla birlikdə vaxt keçirmişdir. 21 avqust 2018-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsini gəzib oğurluq üçün ev axtarmış ara küçələrdə üzərində qapı kilidi olan ev onun diqqətini çəkmiş, hasardan aşıb həyətə düşmüş, həyət böyük olmasına baxmayaraq ev kiçik olmuşdur. Evin qapısı bağlı olmuş, lakin pəncərəsi açıq və üzərində pəncərə toru olmuşdur. Pəncərə torunu cırıb evə daxil olmuşdur. Evi axtarıb bir dəst qadın sırğa və üzüyünü, iki ədəd qadın üzüyü və bir ədəd üzərində klonu olan qadın boyunbağısını götürərək evdən çıxmışdır. Bundan sonra Ağababanın yaşadığı evə gəlmiş Vüsalın vasitəsi ilə Mehtinin yaşadığı evinə getmiş ona qızılları təqdim edərək satmasını demişdir. Mehti ilə birlikdə Maştağa qəsəbəsində “24 saat Market” adlı dükanın yanında fəaliyyət göstərən zərgərlik mağazasına getmiş, özü bayırda gözləmiş, Mehti qızılları 680 manata satmış, həmin puldan 100 manat Mehtiyə vermiş, özü isə bazarlıq edərək Ağababanın evinə getmişdir. Bundan başqa İlkin və Vüsalla Sabunçu rayonu ərazisində bir neçə dəfə oğurluq etmişdir. Belə ki, sentyabr ayının əvvəllərində Vüsalın özünün seçdiyi Maştağa qəsəbəsində iki mərtəbəli evin yanına getmiş, orada evin darvazasının üstündə kamera olmuş, özü kənarda dayanmış qabaqcadan olan razılığa əsasən Vüsal evə özü daxil olmalı idi. Vüsal hasardan aşıb evə daxil olmuş, arxadan darvazanın kilidini bağlamış 10-15 dəqiqədən sonra evin həyətinə daxil olduğu hasardan aşıb onun yanına gəlmişdir. Vüsal ona evin birinci mərtəbəsində olan dəmir barmaqlıqları söküb evə daxil olduğunu evdən 100 manat götürdüyünü bildirmişdir. Ona həmin oğurluqdan 50 manat pul vermişdir. Sonradan bilmişdir ki, Vüsal həmin evdən qızıl saat, qızıl boyunbağı, qızıl üzük və markasını bilmədiyi saatı oğurlamışdır. Zərərçəkmiş şəxs5 əmlakının oğurlanması epizodu üzrə ifadəsində göstərmişdir ki, 19.05.2018-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 74-dün 39 nömrəli mənzilinin işıqlarının yanmadığını görüb həmin mənzilə birinci mərtəbədən dəmir barmaqlıqlardan tutunaraq qalxıb pəncərəsini vint açan ilə açıb daxil olduqdan sonra yataq otağından 825 Avro, 2650 ABŞ dolları və 1500 manat və qızıl-zinət əşyalarını oğurlamışdır. Oğurladığı qızılları səhəri günü Memar Əcəmi metrostansiyasının yaxınlığında 6000 manata satmışdır. Oğurluq əldə etdiyi pulu öz əyləncəsinə xərcləmişdir. Oğurluq zamanı əldə etdiyi bujiteriyaların bir qismini ünvan 5 ünvanında binanın mansar hissəsində dəmir su çəninin altında gizlətmişdir. Zərərçəkmiş şəxs10 əmlakının oğurlanması epizodu üzrə ifadəsində göstərmişdir ki, 21 avqust 2018-ci il tarixdə saat 9 radələrinə kimi olan müddət ərzində yaşadığı ünvan 6 ünvanından oğurluq etmişdir, həmin ünvandan qızıl-zinət əşyalarını oğurlamış, hazırda yadında qalmayan dükana satmışdır, əldə etdiyi pulu öz əyləncəsinə xərcləmişdir. Zərərçəkmiş şəxs6 əmlakının oğurlanması epizodu üzrə ifadəsində göstərmişdir ki, 08 iyul 2018-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvanına hasarı aşıb həyətə keçdikdən sonra vint açan ilə evin pəncərəsini açıb evə daxil olmuş orada yataq otağından mebel rəfində olan əl çantasının içərisindən 500 manat və qızıl boyunbağı, qızıl klon, iki ədəd sırğa-üzük dəsti və bir ədəd qadın üzüyünü oğurlamışdır. 2018-ci ilin avqust ayında həmin oğurladığı qızıl-zinət əşyalarını dostu Rəsul ilə birlikdə Maştağa qəsəbəsində 180 manata satmış, həmin puldan Rəsula 40 manat vermişdir. Bundan başqa qalan qızılları dostu Mehtinin vasitəsi ilə 600 manata “Zümrüd” adlı qızıl-alqı-satqısı dükanın satmış və oradan Mehtiyə 100 manat vermişdir. Daha sonra Mehtiyə qalan qızılları satması üçün vermiş və sonuncu sırğa, boyunbağı və üzüyü 350 manata satmış və pulu ona vermişdir. X3 əmlakının oğurlanması epizodu üzrə ifadəsində göstərmişdir ki, 24 fevral 2018-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 14 A mənzil 13-ə mənzilin olduğu binanın dördüncü mərtəbəsində olan eyvan artırmasının üzərindən qalxıb plastik pəncərəsini vintaçan ilə açıb gizli yolla yaşayış sahəsinə qanunsuz daxil olub oradan içərisində 10 manat dəyərində ********** mobil nömrəsi olan 200 manat dəyərində “İphone 5” markalı mobil telefon 15 manat dəyərində olan adapteri ilə birlikdə və 100 manat dəyərində gümüşü rəngli içərisində mobil nömrə olmayan “Nokia” markalı “6700” modelli mobil telefon, 60 manat dəyərində dəri “Tissot” markalı kəmərli saat və 2700 manat nağd pulu gizli yolla talamış və öz şəxsi maraqları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs7 əmlakının oğurlanması epizodu üzrə ifadəsində göstərmişdir ki, 15 iyul 2018-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Nərimanov rayonu Ağa Nemətulla küçəsi 82 saylı binanın qarşısına gəlmiş əvvəlcədən Şahid7 ilə aralarında olan razılığa əsasən İlkin törətdikləri cinayətin aşkar ediləcəyi hallarda onu xəbərdar etmək məqsədi ilə həyətdə pusquda dayanaraq gözləmiş, o, isə həmin binanın 29 saylı mənzilə binanın birinci girişinin üzərindən qalxıb pəncərəsini vintaçan ilə açıb gizli yolla yaşayış sahəsinə qanunsuz daxil olub oradan bir ədəd 1500 manat dəyərində qol saatı və 5200 manat nağd pulu gizli yolla talamışdır. Zərərçəkmiş şəxs14 əmlakının oğurlanması epizodu üzrə ifadəsində göstərmişdir ki, 09 sentyabr 2018-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri 34-cü məhəllədə olarkən binanın 3-cü mərtəbəsində olan mənzilin işıqlarının yanmadığını görüb həmin mənzilə ikinci mərtəbədən dəhlizin pəncərəsindən eyvanın artırması ilə 3-cü mərtəbəyə qalxıb eyvanından pəncərəni açıb evə daxil olmuş oradan 2800 manat və zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi qızıl-zinət əşyalarını oğurlamışdır. Oğurladığı qızılları səhəri günü Memar Əcəmi metrostansiyasının yaxınlığında 3200 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu öz əyləncəsinə xərcləmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 9 ünvanından 11 iyul 2017-ci il tarixdə saat 9 radələrində çıxmış həmin gün saat 19 radələrinə arvadı Pərvanə ona zəng edərək evin qapısının açılmadığını içəridən bağlandığını, qonaq otağının pəncərəsinin açıq olduğunu bildirmişdir. Bundan sonra polisə məlumat vermiş evə baxış keçirilən zaman mənzilin səliqəsiz olduğunu, yataq otağından 2106 manat dəyərində 27 qram qızıl çəkisi olan boyunbağı, 1248 manat dəyərində 16 qram qızıl çəkisi olan üzərində “Ayan” sözləri yazılmış klonu birlikdə boyunbağı, 858 manat dəyərində 11 qram qızıl çəkisi olan yarpaq formalı klonu ilə birlikdə boyunbağı, 1092 manat dəyərində 14 qram qızıl çəkisi olan bir cüt uşaq sırğası, 936 manat dəyərində 12 qram qızıl çəkisi olan bir cüt uşaq sırğası, 1170 manat dəyərində ümumilikdə 15 qram qızıl çəkiləri olan iki ədəd qolbaq, 624 manat dəyərində 8 qram qızıl çəkisi olan üzərində “İsa” yazısı olan uşaq qolbağı, 702 manat dəyərində 9 qram qızıl çəkisi olan kişi üzüyü, 780 manat dəyərində 10 qram qızıl çəkisi olan üzərində dini yazıları olan üzük, 546 manat dəyərində 7 qram qızıl çəkisi olan üzük, 468 manat dəyərində 6 qram qızıl çəkisi olan üzük, ümumilikdə 250 manat dəyərində iki ədəd markası və modeli yadında qalmayan saat, ümumilikdə 1500 manat dəyəri olan 8 ədəd müxtəlif markalı mobil telefon və 1000 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsi döngə 12-də yerləşən evində 12-16 dekabr 2017-ci il tarixlərdə olmadığı zamanda oğrular evin mətbəxinin pəncərəsindən daxil olaraq 01 ədəd markasını bilmədiyi 250 manat dəyərində velosiped, 750 manat dəyərində müxtəlif qab-qacaq dəstləri, 250 manat dəyərində “Bosch” markalı tozsoran, 400 manat dəyərində markasını bilmədiyi çay dəstini, 400 manat dəyərində “Playstation 2” oyun aparatını, müxtəlif markalı ümumilikdə 200 manat dəyərində bir neçə cüt kişi ayaqqabıları, 200 manat dəyərində markalarını bilmədiyim viski spirtli içkilərini oğurlamışlar. O, qeyd olunan oğurluq hadisəsi baş vermiş ünvanda daimi yaşamadığı üçün evdən əvvəl konkret hansı əşyaların oğurlanmasını Binəqədi Rayon Polis İdarəsində verdiyi ifadəsində qeyd edə bilməmişdir. Sonradan evdə əşyaların yerini yoxlayan zaman qeyd olunan ona məxsus əmlakların oğurlanmasını aşkar etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs13 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., ev 55, mənzil 104-dən 07 sentyabr 2018-ci il tarixdə saat 08:30 radələrində çıxmış və həmin günü saat 19 radələrində mənzilə qayıtmış və mənzilində qonaq otağının pəncərəsinin açıq olduğunu və oğurluq baş verdiyini aşkar etmişdir. Oğurluq zamanı 2500 manat dəyərində brilyant qaşlı qızıl üzük-sırğa dəsti, 1200 manat dəyərində qızıl üzük-sırğa dəsti, 500 manat dəyərində romb formalı, sirkon qaşlı qızıl sırğa, 250 manat dəyərində bir cüt sırğa, 250 manat dəyərində üzərində “A.Kərim yazısı olan qızıl qolbaq, 100 manat dəyərində qəpik formalı medalyon, 100 manat dəyərində 1 qram çəkisi olan qızıl, ümumilikdə 2500 manat dəyərində bir ədəd brilyant qaşlı ağ qızıldan olmaqla 2 ədəd üzük, 800 manat dəyərində tikiş formalı qızıl boyunbağı, 250 manat dəyərində qızıl muncuq, 200 manat dəyərində qırılmış qızıl boyunbağı və dəqiq qiymətlərini bilmədiyi sonradan istintaq zamanı ona tanınmaya təqdim edilmiş bujiteriya əşyaları oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 565-ci məhəllə, ev 4, mənzil 6-dan 17 mart 2018-ci il tarixdə təxminən 23 radələrində eyvanın dəmir barmaqlıqlarının sındırılma yolu ilə naməlum şəxs qanunsuz daxil olaraq 400 manat nağd pul, 400 manat dəyərində 1 ədəd “HP” markalı dizüstü komputer, 200 manat dəyərində 1 ədəd “Asus” markalı planşet, 100 manat dəyərindən aypod musiqi oxuducusu, 150 manat dəyərində qızıl boyunbağı, 100 manat dəyərində 1 cüt svarovski adlanan sırğa, 50 manat dəyərindən mərmər materialdan mücrü qabı, 300 manat dəyərində “Swatch” markalı saat, 50 manat dəyərində gümüş üzük oğurlanmışdır. Oğurlanmış qızıl-zinət əşyaları özü şəxsi vəsaiti hesabına almış və ona məxsus olmuşdur. Ümumilikdə ona 2000 manat maddi ziyan dəymişdir. Əlavə olaraq məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olaraq həmin rəydə göstərilən qiymətlərlə razı olmadığını ona dəymiş maddi ziyanın ifadəsində göstərdiyi məbləğə uyğun hesablanmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X10 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 10 ünvanına 24 fevral 2018-ci il tarixdə saat 20 radələrində gəlib mənzilin qapısını açmaq istəyən içəridən kilidli olduğunu müşahidə etmişdir. Binanın girişindən baxan zaman mənzilinin mətbəxinin torunun çıxarılaraq artırma olan hissəyə atılmışdır. Mənzilinə daxil olduqdan sonra mənzilin otaqlarının səliqəsiz olduğu, axtarıldığını, nəticədə mənzilində olan televizorun altında ola tumbadan 2700 manat nağd pulun, içərisində 10 manat dəyərində ********** mobil nömrəsi olan 200 manat dəyərində “İphone 5” markalı mobil 15 manat dəyərində olan telefon adapteri ilə birlikdə və 100 manat dəyərində gümüşü rəngli içərisində mobil nömrə olmayan “Nokia” markalı “6700” modelli mobil telefonu, 60 manat dəyərində markasını bilmədiyi dəri kəmərli saatı oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 15 iyul 2018-ci il tarixdə yaşadığı ünvan 11 ünvanından çıxıb getmiş həmin günü saat 23:30 radələrində evinə qayıdan zaman mənzilin giriş qapısının içəridən bağlı olduğunu görmüşdür. Mənzilə daxil olduqdan sonra mənzilin pəncərəsinin küt alətlə açıldığını, yataq otağında olan paltar şkafında mücrüdə olan 5000 manat nağd pulun və bir ədəd 1500 manat dəyərində qadın qol saatının və əl çantasında olan 200 manat nağd pulun oğurlandığını aşkar etmiş bu barədə polisə müraciət etmişdir. Oğurlanmış qol saatını özü şəxsi vəsaiti hesabına almış, həmin saat və pul vəsaiti ona məxsus olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 20 iyul 2018-ci il tarixdə saat 13 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi ev 11, mənzil 34 ünvanından çıxmış 21 iyul 2018-ci il tarixdə saat 02:50-də qayıtmış həmin zaman mənzilin qapısının içəridən bağlı olduğunu, mətbəxin pəncərəsinin açıq olduğunu görmüşdür. Mənzilə daxil olan zaman oğurluq olduğunu və evindən 1500 manat dəyərində yarpaq və dairəvi formalı 2 cüt qızıl sırğa, 2000 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük 1 ədəd ürək formalı klondan ibarət dəst, 500 manat dəyərində gül formalı brilyant qaşlı 1 cüt sırğa və 1 cüt brilyant qaşlı üzük uşaq dəsti, 3500 manat dəyərində 1 ədəd zəncir formalı qızıl boyunbağı, 800 manat dəyərində brilyant qaşlı 1 cüt mərkəzində qırmızı qaşı olan qızıl sırğa, 1000 manat dəyərində bir ədəd üzərində əl formalı klonu olan Rusiya istehsalı olan qızıl boyunbağı və 2100 ABŞ dolları oğurlanmışdır. Həyəcanlı olduğu üçün ilkin ərizəsində 10100 ABŞ dolları pulun oğurlandığını bildirmişdir. Sonradan şəxsi üçün oğurluq hadisəsindən bir neçə gün əvvəl evdən 8000 ABŞ dolları pulu götürdüyü yadında düşmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 02 sentyabr 2019-cu il tarixdə saat 19 radələrində yaşadığı ünvan 4 ünvanında çıxmış həmin günü saat 22 radələrində evinə qayıtmış və həmin zaman evinin yataq otağında plastik pəncərənin açıq vəziyyətdə və otağın dağınıq olduğunu aşkar etmişdir. Mənzilindən 1500 manat dəyərində qızıl boyunbağı, 1400 manat dəyərində qızıl qolbaq, ümumilikdə 700 manat dəyəri olan 2 cüt qızıl sırğa, 1700 manat ümumi dəyəri olan 3 ədəd qızıl üzük, 400 manat dəyərində ərəb modeli adlanan qızıl boyunbağı, 1500 manat dəyərində qızıl onluq, 200 manat dəyərində “Sony” markalı “Z2” modelli mobil telefon oğurlanmışdır. Oğurlanmış qızıl-zinət əşyaları özü şəxsi vəsaiti hesabına almış və ona məxsus olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyun ayında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq massivində yerləşən 948 nömrəli evindən çıxmış 15 avqust 2018-ci il tarixdə gəlmiş və həmin zaman evin plastik pəncərəsinin dəmir barmaqlıqlarının sındırılaraq evin içindən 800 manat dəyərində “Vlof” markalı velosiped, 150 manat dəyərində 400 metr uzunluğunda elektrik naqilləri, 150 manat dəyərində 1 ədəd xalça oğurlanmışdır. Evin darvazası oğurluğa daxil olmuş şəxs tərəfindən içəridən bağlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 01 sentyabr 2018-ci il tarixdə saat 16:00-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Müşalan massivində yerləşən evindən çıxmış həmin günü saat 23:00-da evə qayıtmış həmin zaman evin birinci mərtəbəsinin qonaq otağının pəncərəsinin dəmir çərçivəsinin çıxarıldığını görmüş, bundan şübhələnib evə baxarkən otaqların dağınıq vəziyyətdə olduğunu yataq otağında olan paltar dolabının içərisində ümumilikdə 10500 manat dəyəri olan 4000 manat dəyərində qızıl boyunbağı, 5000 manat brilyant qaşlı qızıl qol saatı, 1500 manat dəyərində qızıl üzük və əlavə olaraq 1500 manat dəyərində “Citizen” markalı qol saatının oğurlandığını aşkar etmişdir. Oğurlanmış qızıl-zinət əşyaları özü şəxsi vəsaiti hesabına almış və ona məxsus olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 19 may 2018-ci il saat 22 radələrində yaşadığı Bakı şəhəri, ünvan 12 ünvanından çıxmış 20 may 2018-ci il saat 23 radələrində qayıtmış həmin zaman yataq otağından - 2000 manat dəyərində 30 qram qızıl çəkisi olan, 583 əyarlı brilyant və zümrüd qaşları olan boyunbağı, 2000 manat dəyərində 20 qram qızıl çəkisi olan 583 əyarlı brilyant qaşları olan Rusiya istehsalı olan boyunbağı, 1800 manat dəyərində 30 qram qızıl çəkisi olan 583 əyarlı boyunluq, 1300 manat dəyərində 20 qram qızıl çəkisi olan 583 əyarlı Rusiya istehsalı olan boyunluq, 700 manat dəyərində 10 qram qızıl çəkisi olan 583 əyarlı boyunluq üçün Rusiya istehsalı olan klon, 350 manat dəyərində 5 qram qızıl çəkisi olan 583 əyarlı boyunluq üçün Rusiya istehsalı olan klon, 420 manat dəyərində 6 qram qızıl çəkisi olan 583 əyarlı boyunluq üçün Rusiya istehsalı olan klon, 400 manat dəyərində 5 qram qızıl çəkisi olan 583 əyarlı boyunluq üçün Rusiya istehsalı olan klon, 900 manat dəyərində 12 qram qızıl çəkisi olan 583 əyarlı Rusiya istehsalı olan biləzik, 900 manat dəyərində 12 qram qızıl çəkisi olan 583 əyarlı biləzik, 1200 manat dəyərində 14,5 qram qızıl çəkisi olan 750 əyarlı İtaliya istehsalı olan biləzik, 800 manat dəyərində 11 qram qızıl çəkisi olan 583 əyarlı brilyant qaşlarla olan Rusiya istehsalı olan qadın nişan üzüyü, 900 manat dəyərində 12 qram qızıl çəkisi olan 583 əyarlı brilyant qaşlarla olan Rusiya istehsalı olan kişi nişan üzüyü, 1800 manat dəyərində 14,5 qram çəkisi olan 750 əyarlı İtaliya istehsalı sırğa-üzük dəsti, 450 manat dəyərində 6 qram qızıl çəkisi olan 583 əyarlı paxlava şəkilli qaşları olan Rusiya istehsalı olan üzük, 380 manat dəyərində 5 qram qızıl çəkisi olan 583 əyarlı Rusiya istehsalı olan üzük, 1800 manat dəyərində 16 qram qızıl çəkisi olan 583 əyarlı brilyant qaşlarla olan Fantaziya adlanan Rusiya istehsalı olan üzük-sırğa dəsti, 1200 manat dəyərində 12 qram qızıl çəkisi olan 583 əyarlı zümrüd qaşlarla olan Rusiya istehsalı olan sırğa-üzü dəsti, 1100 manat dəyərində 9 qram qızıl çəkisi olan 583 əyarlı brilyant qaşlarla olan üzük, 450 manat dəyərində 6 qram qızıl çəkisi olan 583 əyarlı Rusiya istehsalı olan sırğa, 500 manat dəyərində 7 qram qızıl çəkisi olan 583 əyarlı Rusiya istehsalı olan sırğa, 450 manat dəyərində 6 qram qızıl çəkisi olan 583 əyarlı Rusiya istehsalı olan sırğa, 580 manat dəyərində 6,5 qram qızıl çəkisi olan 583 əyarlı “qranat” adlanan və “svarovski” qaşlarla olan Rusiya istehsalı olan üzük, 300 manat dəyərində 4 qram qızıl çəkisi olan 583 əyarlı “svarovski” qaşlarla olan Rusiya istehsalı olan sırğa, 1300 manat dəyərində 14,5 qram qızıl çəkisi olan 750 əyarlı, İtaliya istehsalı olan üzük-sırğa dəsti, 300 manat dəyərində 4 qram qızıl çəkisi olan 483 əyarlı Rusiya istehsalı olan Rusiya istehsalı olan sırğa, 600 manat dəyərində 8 qram qızıl çəkisi olan 583 əyarlı 4 ədəd uşaq üçün sırğa, 200 manat dəyərində 3 qram qızıl çəkisi olan 583 əyarlı nazik boyunbağı, 200 manat dəyərində 3 qram qızıl çəkisi olan 583 əyarlı nazik boyunbağı, 280 manat dəyərində 4 qram qızıl çəkisi olan 583 əyarlı nazik boyunbağı, 280 manat dəyərində 4 qram qızıl çəkisi olan 583 əyarlı nazik boyunbağı, 150 manat dəyərində 2,5 qram qızıl çəkisi olan 583 əyarlı klon, 150 manat dəyərində 2,5 qram qızıl çəkisi olan 583 əyarlı klon, 350 manat dəyərində 5 qram qızıl çəkisi olan 583 əyarlı göz muncuğu biləzik, 350 manat dəyərində 5 qram qızıl çəkisi olan 583 əyarlı göz muncuğu biləzik, 500 manat dəyərində Latviya istehsalı olan “yantar” daşlı qolbaq, 825 Avro, 2650 ABŞ dolları və 1500 manat pulunun oğurlandığını aşkar etmişdir. Bundan başqa 50 manat dəyərində bujiteriya əşyaları oğurlanmışdır. Həmin bujiteriya əşyalarının içərisində 12 manat dəyərində olan qadın üçün əşyanın bir tayı oğurlanmış bir tayı isə evdədir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs14 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 09.09.2018-ci il saat 18 radələrində yaşadığı 09 sentyabr 2018ci il tarixdə yaşadığı ünvan 13 ünvanından çıxmış həmin günü saat 22:30 radələrində evinə gəlmiş və həmin zaman mənzilin qapısının içəridən bağlı olmasını görmüş, bundan sonra 3-cü mərtəbədə olan eyvandan evinə daxil olmuşdur. Yataq otağından - 380 manat dəyərində 15 qram qızıl çəkisi olan 585 əyarlı 3 brilyant qaşı olan Rusiya istehsalı kişi üzüyü, 380 manat dəyərində 15 qram qızıl çəkisi olan 585 əyarlı Rusiya istehsalı qadın üzüyü, 380 manat dəyərində 15 qram qızıl çəkisi olan 585 əyarlı Rusiya istesalı olan qadın üzüyü, 350 manat dəyərində 13 qram qızıl çəkisi olan 585 əyarlı Rusiya istehsalı olan qadın üzüyü, 450 manat dəyərində 20 qram qızıl çəkisi olan 585 əyarlı Rusiya istehsalı olan qadın üzüyü, 1500 manat dəyərində 16,3 qram qızıl çəkisi olan, 750 əyarlı İtaliya istehsalı olan qadın boyunbağı və 13,7 qram qızıl çəkisi olan qızıl qolbaq, 600 manat dəyərində 25 qram qızıl çəkisi olan 585 əyarlı Rusiya istehsalı olan bir cüt sırğa, dolabın içərisində olan qış gödəkçəsinin sol iç cibində 2800 manat pulunun oğurlandığını aşkar etmişdir. Bundan sonra polisə müraciət etmişdir. Mənzilindən 2800 manat pul və 4040 manat dəyərində qızıl-zinət əşyaları oğurlanmışdır. Ümumilikdə ona oğurluq nəticəsində 6840 manat dəyərində maddi ziyan dəymişdir. Hadisə vaxtı 102 xidmətinə müraciət etmiş və səhvən mənzilindən 1000 manat pulunun oğurlandığını, həmçinin ilkin izahatında 1800 manat pulunun oğurlandığını bildirsə də, sonradan evinə tam nəzər yetirib hesablama apardıqdan sonra ifadəsində göstərdiyi qədər maddi ziyanın dəydiyini müəyyən etmişdir. Əlavə dindirilən zaman 25 yanvar 2019-cu il tarixli 896 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olaraq bildirmişdir ki, 8 adda qızıl-zinət əşyalarının 2018-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 8580 manat müəyyən edilməsi ilə bağlı etirazı yoxdur, həmin sahənin mütəxəssisi olmadığı üçün rəydə göstərilən qiymətlərə uyğun ona dəymiş maddi ziyanın hesablanmasını xahiş etmişdir. Oğurlanmış qızıl-zinət əşyaları özü şəxsi vəsaiti hesabına almış və ona məxsus olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 21 avqust 2018-ci il tarixdə saat 08:30-da o, ailəsi ilə birlikdə bazarlıq etmək üçün getmiş, həmin günü 09:45-də evinə qayıtmış həmin zaman evinin pəncərəsinin torunun cırıldığını yataq otağının dağınıq vəziyyətdə olduğunu, evindən ümumilikdə 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirmişdir. Həmin qızıl-zinət əşyaları 2000 manat dəyərində 17 qram qızıl çəkisi olan 1 cüt sırğa-üzük dəsti, 3500 manat dəyərində ümumilikdə 22 qram qızıl çəkisi olan 02 ədəd brilyant qaşları olan üzüklər və 2500 manat dəyərində ümumilikdə 18 qram qızıl çəkisi olan 01 ədəd boyunbağı üzərində brilyant qaşı olan qızıl klonu ilə birlikdə olan boyunbağı dəstindən ibarət olmuşdur. Oğurlanmış qızıl-zinət əşyaları özü şəxsi vəsaiti hesabına almış və ona məxsus olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 08 iyul 2018-ci il saat 19 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 14 ünvanından çıxmış 09 iyul 2018-ci il saat 9 radələrində qayıtmış həmin zaman mənzilinin bütün otaqlarının axtarıldığını səliqəsiz olduğunu aşkar etmişdir. Hadisənin ilkin zamanı oğurluq hadisəsi nəticəsində həyəcanlı olduğu üçün ona dəymiş maddi ziyanla bağlı tam ifadə verə bilməmişdir. Yaşadığı ünvandan 5000 manat dəyərində 40 qram qızıl çəkisi olan 750 əyarlı boyunbağı, 1500 manat dəyərində 12 qram qızıl çəkisi olan 750 əyarlı klon, 2300 manat dəyərində 22 qram qızıl çəkisi olan 750 əyarlı qızıl sırğa və üzük dəsti, 900 manat dəyərində 8 qram qızıl çəkisi olan Rusiya istehsalı olan üzük və 300 manat dəyərində gümüşdən olan sırğa, üzük dəsti, həmçinin 500 manat pulu oğurlanmışdır. İş materiallarında olan 25 yanvar 2019-cu il tarixli 896 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 ümumillikdə 35050 manat 69 qəpik ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 sentyabr 2020ci il tarixli 9/3636 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 ümumillikdə 2000 manat ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının 05 sentyabr 2020-ci il tarixli 20/441R nömrəli rəyindən görünür ki; 1) 16.07.2018-ci il tarixdə Nərimanov rayonu A.Neymətulla küçəsi ev 82 mənzil 29-da yaşayan Zərərçəkmiş şəxs7 mənzilində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 21 ədəd yapışqan lent kəsikləri üzərində olan 12 ədəd əl-barmaq və 04 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərdən 03 ədədi xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş vət. Təqsirləndirilən şəxs sağ əlinin böyük və adsız, sol əlinin isə böyük barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. 2) 02.09.2018-ci il tarixdə Sabunçu rayonu Zabrat qəsəbəsi Nəriman ünvan 15 ünvanında yerləşən Zərərçəkmiş şəxs12 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 02 ədəd yapışqan lent kəsikləri üzərində olan 01 ədəd ovuc izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş vət. Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. 3) 15.08.2018-ci il tarixdə Sabunçu rayonu Maştağa qəsəbəsi ünvanında yerləşən Zərərçəkmiş şəxs9 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 04 ədəd yapışqan lent kəsikləri üzərində olan 02 ədəd əlbarmaq və 01 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş vət. Təqsirləndirilən şəxs sağ əlin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. 4) 10.09.2018-ci il tarixdə Sumqayıt şəhəri 34-cü məhəllə, ev 10/53, mənzil 40-da yerləşən Zərərçəkmiş şəxs14 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 03 ədəd yapışqan lent kəsikləri üzərində olan 01 ədəd və 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd ovuc izlərindən 01 ədədi xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş vət. Təqsirləndirilən şəxs sağ əlin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs14 evlərindən şəffaf yapışqan lentlə götürülmüş əl-barmaq izləri olan daktilolentlər cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 ədəd sadə sarı dəmirdən qaşları olan üzük, 1 cüt sadə mirvari sırğa, 1 cüt sadə sarı dəmirdən sırğa, 1 ədəd sadə saç tutan, 1 ədəd 8 Gb yaddaşlı “Apple” markalı “A1285” model İPod musiqi oxuducu, 1 ədəd “Swatch swiss İrony” markalı qolbaq hissəsi qırıq saat və 1 tay oval formalı sadə sırğa (qırıntı kimi) əşyalar maddi məsul saxlanışa verilmişdir. İş materiallarından görünür ki, Şahid2 28 iyul 2018-ci il tarixdə Şahid3 gümüş qadın üzüyü, bir cüt gümüş sırğa və gümüş klonu 3 manata almasına dair ifadəsinə əlavə etdiyi iki ədəd alqı-satqı qəbzlərinin surətləri cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, X2 21 avqust 2018-ci il tarixdə Şahid3 2.230 qram qızıl çəkisi olan boyunbağını 80 manata, 22 avqust 2018-ci il tarixdə 4.800 qram qızıl çəkisi olan üzüyü 180 manata almasına dair ifadəsinə əlavə etdiyi 21 avqust 2018 və 22 avqust 2018-ci il tarixli qəbzlər cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 24.09.2020-ci il tarixli qərarından görünür ki, Şahid7, X9, Şahid4 və Şahid8 barələrində cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Bundan başqa, X8, X5, Şahid2, X6 və Şahid9 əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətlərinin olub-olmamasına ayrıca icraata ayrılmış cinayət işinin istintaqı zamanı qiymət veriləcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, cinayət əməlinin yetkinlik yaşına çatmayan zaman törətməsini Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materialarında olan hökmün surətindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 03 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hamin hökmlə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmış və ona qəti olaraq 04 il müddətə azadlıqdna məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş və cəzaçəkmə müddətinin əvvəli 13.10.2018-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 13.10.2018-ci il tarixdən hesablanması nəzərə alınmalı, onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs14 evlərindən şəffaf yapışqan lentlə götürülmüş əl-barmaq izləri olan daktilolentlər cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 ədəd sadə sarı dəmirdən qaşları olan üzük, 1 cüt sadə mirvari sırğa, 1 cüt sadə sarı dəmirdən sırğa, 1 ədəd sadə saç tutan Zərərçəkmiş şəxs13, 1 ədəd 8 Gb yaddaşlı “Apple” markalı “A1285” model İPod musiqi oxuducu, 1 ədəd “Swatch swiss İrony” markalı qolbaq hissəsi qırıq saat və 1 tay oval formalı sadə sırğa (qırıntı kimi) əşyalar Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış Şahid2 28 iyul 2018-ci il tarixdə Şahid3 gümüş qadın üzüyü, bir cüt gümüş sırğa və gümüş klonu 3 manata almasına dair ifadəsinə əlavə etdiyi iki ədəd alqı-satqı qəbzlərinin surətləri cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış X2 21 avqust 2018-ci il tarixdə Şahid3 2.230 qram qızıl çəkisi olan boyunbağını 80 manata, 22 avqust 2018-ci il tarixdə 4.800 qram qızıl çəkisi olan üzüyü 180 manata almasına dair ifadəsinə əlavə etdiyi 21 avqust 2018 və 22 avqust 2018ci il tarixli qəbzlər cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs14 Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən məhkəmə Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə istinad edərək hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 13.10.2018-ci il tarixdən hesablanması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs14 evlərindən şəffaf yapışqan lentlə götürülmüş əl-barmaq izləri olan daktilolentlər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 ədəd sadə sarı dəmirdən qaşları olan üzük, 1 cüt sadə mirvari sırğa, 1 cüt sadə sarı dəmirdən sırğa, 1 ədəd sadə saç tutan Zərərçəkmiş şəxs13, 1 ədəd 8 Gb yaddaşlı “Apple” markalı “A1285” model İPod musiqi oxuducu, 1 ədəd “Swatch swiss İrony” markalı qolbaq hissəsi qırıq saat və 1 tay oval formalı sadə sırğa (qırıntı kimi) əşyalar Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid2 28 iyul 2018-ci il tarixdə Şahid3 gümüş qadın üzüyü, bir cüt gümüş sırğa və gümüş klonu 3 manata almasına dair ifadəsinə əlavə etdiyi iki ədəd alqı-satqı qəbzlərinin surətləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış X2 21 avqust 2018-ci il tarixdə Şahid3 2.230 qram qızıl çəkisi olan boyunbağını 80 manata, 22 avqust 2018-ci il tarixdə 4.800 qram qızıl çəkisi olan üzüyü 180 manata almasına dair ifadəsinə əlavə etdiyi 21 avqust 2018 və 22 avqust 2018-ci il tarixli qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs14 dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-97/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-97/2021
19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver