Məhkəmə qərarları › İş №1(060)-97/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-97/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-97/2025 03.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Müdafiəçilər Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1974-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə onu Sumqayıt şəhər Bələdiyyəsinin işçisi kimi tanıyan X4 ona yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39 saylı binanın arxa hissəsində yerləşən 65 kv metr ölçüdə sahibsiz tikilini həyat yoldaşı Şahid5 adına özəlləşdirmək istəməsi barədə müraciətindən sonra Zərərçəkmiş şəxs1 ona olan etibarından sui-istifadə edərək bu işi həll edəcəyini söz verib tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 hüquqşünas kimi təqdim edərək sənədləşmə işlərini onunla birgə həyata keçirəcəyinə dair yalan vəd verib aldadaraq, qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs1la razılaşmaqla sövdələşib, həmin adla ondan 2019-cu ilin fevral ayının ortalarında, dəqiq tarixi istintaqa məlum olmayan gündə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39 saylı binanın arxa hissəsində yerləşən həmin sahibsiz tiklinin yaxınlığında 3000 (üç min) manat, 2019-cu ilin fevral ayının axırlarında, dəqiq tarixi istintaqa məlum olmayan gündə yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 39, mənzil 61-də 15.000 manat, ümumilikdə 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə alaraq ələ keçirdib, zərərçəkmiş şəxs X5 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə 2019-cu ilin əvvəllərində tanış olduğu Zərərçəkmiş şəxs2 ona Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 34 saylı orta məktəbin yaxınlığında olan 50 kvadrat metr torpaq sahəsini almaq və həmin torpaqda tikintiyə icazə alınmasını istəməsi barədə müraciətindən sonra Zərərçəkmiş şəxs2 olan etibarından sui-istifadə edərək bu işi həll edəcəyini söz verib tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 vəkil kimi təqdim edərək bu işi onunla birgə həyata keçirəcəyinə dair yalan vəd verib aldadaraq, qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs2la razılaşmaqla sövdələşib, həmin adla ondan 2019-cu ilin yanvar ayında, dəqiq tarixi istintaqa məlum olmayan gündə Sumqayıt şəhəri 45-ci məhəllədə, yerləşən adsız çayxanada 17000 manat pul alaraq, həmin pul vəsaitinin 6000 manatını başqa şəxsə, 7000 manatını isə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 verməklə ümumilikdə alınan pulun 13000 manatının torpağın alınması məqsədi ilə ödənişlərə sərf edilməsi, qalan 4000 manatın isə gələcəkdə Təqsirləndirilən şəxs1 eyni məqsədlə xərləməsi üçün özündə saxlaması barədə yalan məlumat verərək aldatmış, sonradan Zərərçəkmiş şəxs2 həmin 4000 manatı hissə-hissə Təqsirləndirilən şəxs2 alaraq Təqsirləndirilən şəxs1 vermiş, 2021-ci ilin mart ayında isə, dəqiq tarixi istintaqa məlum olmayan gündə Təqsirləndirilən şəxs1 həmin torpaqda tikintiyə icazə alınması üçün ödənilməli olduğunu bildirdiyi 2800 manat pulu Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Göyərçin parkında almaqla, ümumilikdə 19800 manat pul vəsatini vahid niyyətlə alaraq ələ keçirdib, Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə 2023-cü ilin iyun ayının ortalarında tanış olduğu Zərərçəkmiş şəxs3 ona 2015-ci ildə bələdiyyədən aldığı, lakin sonradan bələdiyyəyə qaytardığı Sumqayıt şəhərində “Yaşıl dərə” adlanan ərazidə yerləşən torpaq sahəsini geri qaytarmaq, həmçinin yaşadığı Sumqayıt şəhəri, St.Sumqayıt massivində yerləşən 26 saylı binanın yaxınlığında 30-50 kvadrat metr arası ölçüdə qeyri-yaşayış sahəsi tikilməsi üçün torpaq sahəsi almaq istəməsi barədə müraciətindən sonra Zərərçəkmiş şəxs3 ona olan etibarından sui-istifadə edərək bu işi həll edəcəyinə dair yalan vəd verib aldadaraq, qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs3la razılaşmaqla sövdələşib, həmin adla ondan 2023-cü ilin iyun ayında, dəqiq tarixi istintaqa məlum olmayan gündə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Ən ucuz” marketin yanında 2300 manat məbləğində pul vəsaitini alaraq ələ keçirdib, Zərərçəkmiş şəxs3 maddi ziyan vuraraq dələduzluq etmişdir. İş üzrə digər Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Bələdiyyəsinin işçisi kimi tanıyan X4 ona yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39 saylı binanın arxa hissəsində yerləşən 65 kv metr ölçüdə sahibsiz tikilini həyat yoldaşı Şahid5 adına özəlləşdirmək istəməsi barədə müraciətindən sonra Zərərçəkmiş şəxs1 ona olan etibarından sui-istifadə edərək bu işi həll edəcəyini söz verib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs2 onu Zərərçəkmiş şəxs1 hüquqşünas kimi təqdim edərək sənədləşmə işlərini onunla birgə həyata keçirəcəyinə dair yalan vəd verib aldadaraq, qeyd edilən məsələnin müsbət həlli üçün Rəfıxan Qasımovla razılaşmaqla sövdələşib, həmin adla ondan 2019-cu ilin fevral ayının ortalarında, dəqiq tarixi istintaqa məlum olmayan gündə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39 saylı binanın arxa hissəsində yerləşən həmin sahibsiz tiklinin yaxınlığında 3000 (üç min) manat, 2019-cu ilin fevral ayının axırlarında, dəqiq tarixi istintaqa məlum olmayan gündə yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 39, mənzil 61-də 15.000 manat, ümumilikdə 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə alaraq ələ keçirdib, zərərçəkmiş şəxs X5 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 2019-cu ilin əvvəllərində tanış olduğu Zərərçəkmiş şəxs2 ona Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 34 saylı orta məktəbin yaxınlığında olan 50 kvadrat metr torpaq sahəsini almaq və həmin torpaqda tikintiyə icazə alınmasını istəməsi barədə müraciətindən sonra Zərərçəkmiş şəxs2 olan etibarından sui-istifadə edərək bu işi həll edəcəyini söz verib, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs2 onu Zərərçəkmiş şəxs2 vəkil kimi təqdim edərək bu işi onunla birgə həyata keçirəcəyinə dair yalan vəd verib aldadaraq, qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs2la razılaşmaqla sövdələşib, həmin adla ondan 2019-cu ilin yanvar ayında, dəqiq tarixi istintaqa məlum olmayan gündə Sumqayıt şəhəri 45-ci məhəllədə, yerləşən adsız çayxanada 17000 manat pul alaraq, həmin pul vəsaitinin 6000 manatını başqa şəxsə, 7000 manatını isə Təqsirləndirilən şəxs1 verməklə ümumilikdə alınan pulun 13000 manatının torpağın alınması məqsədi ilə ödənişlərə sərf edilməsi, qalan 4000 manatın isə gələcəkdə Təqsirləndirilən şəxs1 eyni məqsədlə xərləməsi üçün özündə saxlaması barədə yalan məlumat verərək aldatmış, sonradan Zərərçəkmiş şəxs2 həmin 4000 manatı hissə-hissə Təqsirləndirilən şəxs2 alaraq Təqsirləndirilən şəxs1 vermiş, 2021-ci ilin mart ayında isə, dəqiq tarixi istintaqa məlum olmayan gündə Təqsirləndirilən şəxs1 həmin torpaqda tikintiyə icazə alınması üçün ödənilməli olduğunu bildirdiyi 2800 manat pulu Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Göyərçin parkında almaqla, ümumilikdə 19800 manat pul vəsatini vahid niyyətlə alaraq ələ keçirdib, Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə 2021-ci ilin fevral ayında tanış olduğu Zərərçəkmiş şəxs4 ona yaşadığı Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yərləşən 1/56 nömrəli binanın qarşısında işlətdiyi dükanın qarşı və sağ yan tərəflərindən əlavə torpaq sahəsi almaq istəməsi barədə müraciətindən sonra Zərərçəkmiş şəxs4 ona olan etibarından sui-istifadə edərək bu işi həll edəcəyinə dair yalan vəd verib aldadaraq, qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs4 ilə razılaşmaqla sövdələşib, həmin adla ondan 2021-ci ilin fevral ayında, dəqiq günü istintaqa məlum olmayan tarixdə, sonuncunun işlətdiyi Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yərləşən 1/56 nömrəli binanın qarşısındakı dükanda 7000 manat, 2021-ci ilin dekabr ayının ortalarında, dəqiq günü istintaqa məlum olmayan tarixdə, həmin dükanda 5000 manat, 2022-ci ilin may ayının ortalarında, dəqiq günü istintaqa məlum olmayan tarixdə, yenə də həmin dükanda 4000 manat, ümumilikdə 16000 manat pul vəsaitini vahid niyyətlə alaraq ələ keçirdib, Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun zamandır ki, Təqsirləndirilən şəxs1 hüquqşünas kimi tanımış və özünü ona torpaq sahələrinin alqı-satqı işlərində vasitəçi kimi təqdim etmişdir. Təxminən 2019-cu ilin yanvar ayında tanışı Zakir Abdullayev ona qonşusu olan Zərərçəkmiş şəxs2 adlı şəxsin Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 34 saylı məktəbin yaxınlığında torpaq sahəsi almaq istədiyini, onun da əvvəllər bələdiyyədə işlədiyini nəzərə alaraq, Elmirə ölçmək-biçmək işlərində köməklik etməsini xahiş etmişdir və o da etraz etməmişdir. Daha sonra Zakir onu həmin Zərərçəkmiş şəxs2la tanış etmiş və onlar birlikdə Elmirin almaq istədiyi torpağın yerləşdiyi əraziyə getmişlər. Həmin ərazi təxminən 40-50 kvadrat metr ölçüdə olmuş və o, Elmirə müəyyən sənədləşdirmə işlərinin aparılması üçün hansı ərizə və məktubların yazılması barədə öz məsləhətlərini vermişdir. Bundan bir neçə gün sonra, o, Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən çayxanada İlhamla söhbət edən zaman təsadüfən Elmir ona zəng etmiş, onun dediyi sənədləri və ərizəni bələdiyyəyə verdiyini, bələdiyyənin isə həmin sənədləri İcra Hakimiyyəti və Memarlıq şöbəsinə göndərdiyini və hal hazırda məsləhətə ehtiyacının olduğunu bildirmişdir. Bu zaman o, Elmiri çayxanaya dəvət edərək İlhamla tanış etmişdir. Söhbət zamanı Elmir Memarlıq şöbəsində torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün köməyə ehtiyacı olduğunu demiş, bu zaman İlham ona, özünün həm hüquqşünas, həmdə torpaq işləri ilə məşğul olduğunu və bu işlərdə Elmirə köməklik edə biləcəyini demişdir. Elmir İllhamdan mobil telefon nömrəsini götürmüş və ayrıca görüş üçün vaxt təyin etmişlər. Bundan sonra Elmir bir-neçə dəfə İlhamla görüşmüş, müəyyən pul müqabilində torpaq məsələsinin həll edilməsi barədə razılığa gəlmişlər. Lakin, onun Elmirə hansı məbləğdə pul verildiyindən məlumat olmamışdır. O, təxminən həmin ərəfələrdə xəstəliyi ilə əlaqədar müalicə üçün pula ehtiyacı olduğu üçün Elmirdən bu məqsədlə bir neçə aylığa 6 min manat borc pul almış və bir neçə aydan sonra onun pulunu geri qaytarmışdır. Bundan başqa o, 2019-cu ilin yanvar ayının sonunda və əvvəllərində təsadüfən Rəfixanla tanış olmuş, Rəfixana əvvəllər bələdiyyədə işlədiyini və torpaq məsələrinin rəsmiləşdirməsi işlərini yaxşı bacardığını bildirmişdir. Buna görə də Rəfixana istədiyi torpaq sahəsini və tikilini onun arvadının adına rəsmiləşdirəcəyinə söz vermişdir. Həmin vaxt İlham da onun yanında olmuş və Rəfixana İlhamı hüquqşünas kimi təqdim etmiş və sonuncuya sənədləşdirmə işlərini birlikdə görəcəklərini bildirmişdir. İlham da onun dediklərini təsdiq etmişdir. Onlar Rəfixana bu işin ümumilikdə 18.000 manat xərci olduğunu bildirmişlər. Hətta bir dəfə Rəfixan oğlu Tofiq və arvadı Sevda ilə birlikdə onun evinə gələrək bu barədə söhbət etmişlər. O, işin başlanması üçün 3000 manat pulu Rəfıxandan onun həyat yoldaşı Sevda və oğlu Tofiqin iştirakı ilə onların almaq istədikləri tikilinin yaxınlığında almışdır. Sonra isə Rəfixana işin müəyyən mərhələdə olmasını və əlavə pula ehtiyac yarandığını demiş və qalan pulu istəmişdir. Rəfixan etiraz etməmiş və yaşadığı evdə arvadı Sevda və oğlu Tofiqin iştirakı ilə 15000 manat məbləği İlhamın yanında ona vermişdir. Bundan sonra Rəfixandan aldığını pulun özünün payına düşən hissəsini şəxsi işlərinə xərcləmiş və verdiyi vədi ilə bağlı heç br hərəkət etməmişdir. Rəfixan isə işin düzəlmədiyi və aldadıldığını başa düşmüş, onlara verdiyi pulu geri qaytarmalarını tələb etməyə başlamışdir. Pul verilmədiyi təqdirdə onlardan polisə şikayət edəcəyini bildirmişdir. Buna görə də, gələcəkdə Rəfıxanın ona qarşı tələbinin mülki qaydada araşdırılması məqsədi ilə Rəfıxana onunla notarial qaydada borc müqaviləsi bağlamağı təklif etmişdir. Rəfixan bununla razılaşmış və o, Tofiqlə 18000 manat məbləğində notarial qaydada borc müqaviləsi bağlamışdır. O, sonradan Rəfixana hissəhissə olmaqla borcunu qayttarmışdır. Bundan başqa o, 2023-cü ilin iyun ayında əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs3 və onu dostu Əfqanla birlikdə təsadüfən Sumqayıt şəhərində görüşmüş, Əkrəm ona Sumqayıt şəhəri, Yaşıldərə adlanan ərazidə yerləşən və Sumqayıt bələdiyyəsindən aldığı torpaq sahəsini sonradan bələdiyyəyə qaytardığını, indi isə həmin torpağı özünə geri qaytarmağı və yaşadığı St. Sumqayıt massivində yerləşən 29 saylı binanın yanından obyekt tikmək üçün torpaq almaq istədiyini bildirmişdir. Vüsal onunla əvvəllər bələdiyyədə işlədiyi dövrdə tanış olmuş və hazırda isə orada işləmədiyindən Vüsalın məlumatsız olmasından istifadə edərək 4000 manat müqabilində bu işdə ona köməklik edəcəyini söyləmişdir. Bu söhbətdən təxminən 2-3 gün sonra Vüsal ona zəng etmiş və Sumqayıt şəhəri, 3-cü mikroayon ərazisində yerləşən «Ən ucuz» marketin qarşısında görüşmüş, Vüsal Əfqanın yanında ona 2300 manat pul vermiş və ona hələlik bundan artıq pul düzəldə bilmədiyini, torpağı alıb sənədləşdirdikdən sonra qalan 1700 manatı tam olmasa da, müəyyən qədərini verəcəyini bildirmişdir. O, buna etiraz etməmiş və həmin 2300 manat pulu almış və aldığı pulu ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 uzun müddətdir ki, tanıyır. Nərminə özünün mağazasının ətrafından əlavə torpaq sahəsi alaraq mağazanı böyütmək istədiyini ona demiş və bu məsələdə ona köməklik etməyini xahiş etmişdir. O, isə Nəriminəyə Təqsirləndirilən şəxs1lə görüşməyi və bu işlə onun məşğul olması üçün danışmağı Nərminəyə məsləhət bilmişdir. Çünki, Təqsirləndirilən şəxs1 özünü ona da hüquqşünas, torpaq alqı-satqı və sənədləşmə işləri üzrə mütəxəssis kimi tanıtmışdır. Sonra o, İlhamla Nərminəni görüşdürmüşdür. İlham Nərminəyə onun üçün istədiyi yerdən torpaq sahəsi almağa köməklik edəcəyini vəd etmiş və ilk dəfə onun yanında Nərminə İlhama 7000 manat pul vermişdir. Bundan sonra isə bu məsələnin necə nəticələndiyindən məlumatsız olmuşdur. Son vaxtlar isə İlhamın Nərminəyə onun üçün torpaq sahəsi alacağını vəd etdiyini və onu aldadaraq 16000 manat pulunu ələ keçirdiyini Nərminədən eşitmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 vurulmuş zərərun qaytarılmasını, Zərərçəkmiş şəxs2 isə yalnız borc almasını və həmin borcu qaytarmasını nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, torpaq və ev alqı-satqı işlərində vasitəçilik edir. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər bələdiyyəsində işlədiyi dövrdən tanımış və onlar torpaq alqı-satqısı ilə bağlı müştərək işlər görmüşlər. 2019-cu ilin yanvar ayının ortalarında Bilal onu Elmir adlı şəxslə tanış etmiş, o, Elmirə Sumqayıt şəhəri, 34 saylı orta məktəbin yanında 60 kv.m torpaq sahəsi almaq üçün köməklik etməyi təklif etmiş və ona bunun müqabilində 2000 manat pul verəcəyini demişdir. O, bununla razılaşmış, bir müddət Bilalla birlikdə Elmirin almaq istədiyi torpağın alınması ilə bağlı ərizələrin yazılmasında, torpaq sahəsinin ölçülməsində və s işlərdə iştirak etmişdir. Həmin müddət ərzində Bilal ona bu işə görə bir neçə dəfə 50 və ya 100 manat, cəmi 200-300 manat məbləğində pul vermişdir. X9 nə qədər pul almağındən xəbəri olmamışdır. Bilalla Elmir torpaq alınması barədə onun xəbəri olmadan razılığa gəlmişlər. Daha sonra Elmir torpağın alınmadığını və Bilalın onu aldatdığını başa düşmüş və Bilala verdiyi pulu tələb etməyə başlamışdır. Sonradan ona Elmirin Bilala 19800 manat pul verdiyi məlum olmuşdur. Həmin puldan Bilal ona çox az məbləği zəhmət haqqı olaraq vermişdir. Bundan başqa 2019-cu ilin fevral ayının sonlarında Bilal onu Zərərçəkmiş şəxs1la tanış edərək qohumu kim təqdim etmiş və Rəfixanın yaşadığı evin yaxınlığında torpaq sahəsi almaq istdiyini, bununla bağlı müxtəlif sənədləşmələr və ərizələr yazılmasında ona köməklik etməyini xahiş etmişdir. Bundan sonra o, Rəfixan üçün torpaq sahəsi alınması barədə müvafiq orqanlara ərizələr yazmış və bundan sonra bu işlə məşğul olmamışdır. Bilal ona bu məsələ ilə bağlı pul verməmişdir. Bundan başqa Bilal onu Zərərçəkmiş şəxs4 ilə tanış etmişdir. Sonradan ona Nərminə onun arvadı ilə həmyerli olduğunu bilmişdir. Bilal ona Nərminənin Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən mağazasının sağ və ön hissəsindən torpaq sahəsi almaq istədiyini bildirmiş, Nərminəyə sənədləşmə və rəsmi müraciətlərin yazılmasında köməklik etməyi xahiş etmişdir. Bundan sonra o, Nərminə ilə birlikdə Sumqayıt bələdiyyəsinə, Sumqayıt şəhər yaşıllaşdırma idarəsinə və digər orqanlara getmiş, lazım olan ərizələri yazıb aidiyyatı orqanlara müraciətlər etmişdir. Nərminə özü bu məsələ ilə bağlı lazım olan xərclərə və rüsumlara təxminən 6000-7000 manat pul xərcləmişdir. O, Nəriminədən bu işləri görmək üçün pul almamış, lakin Nərminə ona iki-üç dəfə zəhmət haqqı olaraq 50-1000 manat məbləğlərində pul vermişdir, ümumilikdə 300- 400 manatdan artıq deyildir. Eyni zamanda bildirmişdir ki, ona əsasssız ittiham elan edildiyi üçün mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddasını qəbul etmir. Daha sonra Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik aşına çatmayan iki uşağının olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 özünü qismən təqsli bilməsinə, digər Təqsirləndirilən şəxs1 isə özünü ümumiyyətlə təqsirli bilməməsinə baxmayaraq onların təqsirli olmaları özlərinin qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materiallarında olan video görüntülər və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, özünə obyekt tikmək üçün torpaq sahəsi almaq qərarına gəlmiş və bu barədə qonşusu Zakir Abdullayevə bildirmişdir. Təxminən 2019-cu ilin əvvəllərində Zakir onu Təqsirləndirilən şəxs2la tanış etmiş və o, Bilala 13-cü mikrorayonda yerləşən 34 saylı orta məktəbin yaxınlığında torpaq sahəsi almaq istədiyini demişdir. O, Bilala almaq istədiyi torpaq sahəsini də göstərmişdir. Bilal həmin yerin satışda olub-olmadığını yoxladıqdan sonra ona məlumat verəcəyini demişdir. Ertəsi gün onlar yenə də həmin çayxanada görüşmüşlər və Bilal ona həmin 50 kv.m torpaq sahəsinin satışda olduğunu, 17000 manata rəsmi qaydada bütün sənədləşmə işləri ilə birlikdə həmin torpaq sahəsini alınmasının mümkün olacağını demişdir. O, bu məbləğlə razılaşmıdır. Bu söhbətdən bir-iki gün sonra Zakirin iştirakı ilə Bilalla həmin çayxanada görüşmüş və Bilala 17000 manat pul vermişdir. Bilal ondan təkcə şəxsiyyət vəsiqəsinin surətini almış və 3 ay ərzində həmin torpağı onun adına sənədləşdirəcəyini vəd etmişdir. Lakin o, 3 ay müddətin keçməsinə baxmayaraq torpağın sənədləşmə işinin həll olunmadığını görmüş və Bilaldan bu barədə maraqlanmağa başlamışdır. Bilal isə hər dəfə ona müxtəlif bəhanələr gətirmiş və işinin düzələcəyinə əmin etmişdir. Bu minvalla təxminən 1 il 6 ay müddət keçmişdir. Təxminən 2020-ci ilin yay aylarında Bilal onunla Sumqayıt şəhəri, Göyərçin parkının yaxınlığında görüşmüş, bu zaman Bilalın yanında olan və özünü İlham Axundov kimi təqdim edən şəxsin vəkil olduğunu, bundan sonra onun işi ilə İlhamın məşğul olacağını demişdir. O, Bilaldan bunun səbəbini soruşmuş, Bilal ona bəzi sənədləşmə işlərini özününü düzəldə bilmədiyini, İham vəkil olduğu üçün həmin məsələləri düzəltməkdə köməklik edəcəyini bildirmişdir. Bilal həmçinin ondan torpağın sənədləşmə məsələsinə görə aldığı 17000 manat puldan 6000 manatını Sumqayıt şəhər Bələdiyyəsinin sabiq sədri Soltana, 7000 manatını İlhama vermiş, qalan 4000 manat pul isə hələ özündə saxladığını və bu pulu da İlhamın onun işi ilə məşğul olduğu dövrdə onun vasitəilə İlhama verəcəyini bildirmişdir. Bu söhbətdən sonra keçən təxminən 2-3 ay müddət ərzində İlham onunla əlaqə saxlamış, Bilalda qalan 4000 manat pulu götürüb ona çatdırmasını xahiş etmişdir. Bir həftə sonra, yəni 2020-ci ilin yay aylarında o, Bilal ilə 2-ci mikrorayon ərazisində görüşmüş, ondan 1000 manat pul almış və həmin pulu Göyərçin parkının yaxınlığında İlhama vermişdir. Bundan təxminən bir ay sonra yenə də Bilal ilə 2-ci mikrorayon ərazisində görüşmüşdür. Bilaldan dəqiq xatırlamadığı qədəri ilə 1000 manatdan artıq pul almış və Göyərçin parkının yanında həmin pulu İlhama vermişdir. Bilalda qalan 2000 manat pulu isə təxminən 7-8 ay ərzində hissə-hissə alaraq müvafiq tarixlərdə Göyərçin parkının yaxınlığında İlhama vermişdir. Beləliklə Bilaldan 4000 manat pulu alıb İlhama vermiş, eləcə də Bilalın deməsinə görə özü də İlhama 7000 manat vermişdir. Bununla da, Bilalın deməsinə görə ona verdiyi 17000 manat pulun 6000 manatı Soltanda və 11000 manatını isə İlhamda qalmışdır. O, İlhama 4000 manat pulu verdikdən sonra sonuncu ona təxminən bir ay ərzində torpaq məsələsinin həll olunacağını vəd etmiş və torpaq sahəsində iki mərtəbəli obyekt tikməyi təklif etmiş və ikinci mərtəbənin də sənədləşmə məsələsini 2800 manata əvvəlcədən həll edə biləcəyini vəd etmişdir. O, buna razılıq verərək təxminən 2021-ci ilin mart ayında İlhamla Göyərçin parkının yaxınlığında görüşmüş və ona 2800 manat pul vermişdir. Bu söhbətdən uzun müddət keçməsinə baxmayaraq o, İlhamın işi düzəltmədiyini görmüş, İlhamdan ya torpaq məsələsini həll etməsini, ya da pulu qaytarmasını istəmişdir. İlham ona onun və Bilalın ona verdiyi ümumilikdə 11000 manat puldan 5000 manatını Sumqayıt şəhər memarlıq idarəsinin rəisi Kənan adlı şəxsə verdiyini bildirmişdir. O, İlhama 2800 manat pulu verdikdən uzun müddət sonra, yəni təxminən 2022-ci ilin sonlarında İlham ona torpağı almaq istədiyi təqdirdə layihəyə görə ona 1500 manat pul verməli olduğunu demiş, birinci layihəyə etiraz oldunduğunu və yenidən müraciət ediləcəyini bildirmişdir. Eləcə də, İlham ondan Bakı şəhəri memarlıq idarəsindən torpaq sahəsində tikinti işləri aparılmasına icazə alınması üçün 5000 manat verilməli olduğunu demişdir. O isə İlham və Bilalın onu aldatdıqlarını başa düşmüş və onlardan vermiş olduğu pulların qaytarılmasını tələb etməyə başlamışdır. İlham isə yenə də müxtəlif bəhanələr gətirmiş, Bilal isə özü ilə bağlı heç bir iş qalmadığını, bütün məsələlərin İlhama aid olduğunu demişdir. İlham və Bilal onu aldadaraq ümumilikdə 19800 manat məbləğində pulunu ələ keçirmişlər. O, İlhamın guya 5000 manat verdiyi Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq Şöbəsinin rəisi olan Kərəm adlı şəxsin qəbulunda olmuş və sonuncu torpaq alması ilə bağlı heç kiminlə razılaşmadığını demişdir. Ona dəymiş maddi ziyan ödənilməmiş və buna görə də şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yanvar ayının sonlarında yaşadığı, yəni Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39 saylı binanın arxa hissəsində yerləşən 65 kv.m ölçüdə sahibsiz tikilini həyat yoldaşı Sevdanın adına özəlləşdirməyi fikirləşmişdir. Bu işdə ona köməklik etməsi məqsədi ilə əvvəldən Sumqayıt şəhər Bələdiyyəsində işçisi kimi tanıdığı Təqsirləndirilən şəxs2 müraciət etmişdir. Bilal da ona köməkilik edəcəyinə söz vermişdir. 2019-cu ilin fevral ayında Bilal onu İlham adlı şəxslə tanış etmiş, sonuncunun hüquqşünas olduğunu və sənədləşmə işlərinin onunla birgə həyata keçirəcəyini bildirmiş və İlham da Bilalın dediklərini təsdiq etmişdir. O isə buna inanmış və onlar birlikdə həmin tikiliyə gedib baxmışlar. Bilal ilə İlham bu işin müqabilində ondan ümumilikdə 18.000 manat pul istəmiş və o, bu məbləğlə razılaşmışdır. Bu söhbətlərdə onun arvadı Sevda və oğlu Tofiq iştirak etmişlər. İlk əvvəl Bilal ilə İlham ondan ilkin olaraq 3000 manat pul istəmişlər. O, həmin pulu onlara Sevda və Tofiqin iştirakı ilə həmin tikilinin yaxınlığında vermişdir. Sonra isə Bilal ilə İlham işin müəyyən prosedurlarından keçirmək üçün əlavə pul istəmiş və o, özünə məxsus avtomobili dəyərindən aşağı sataraq onların istədiyi, yəni 15000 manatı yaşadığı evdə arvadı Sevda və oğlu Tofiqin iştirakı ilə Bilal ilə İlhama vermişdir. Həmin ərəfələrdə Bilal və İlham onu inandırmaq məqsədilə istədiyi torpaq sahəsi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsindən müxtəlif dövlət qurumlarına göndərilən sorğu məktublarının surətlərini təqdim etmişlər. Lakin sonradan həmin sənədlərin hüquqi əhəmiyyəti olmadığını və aldadıldığını başa düşmüş, Bilal və İlhamdan pulunu tələb etməyə başlamışdır. Lakin, onlar da müxtəlif bəhanələr gətirərək verdikləri sözü yerinə yetirməmişlər. Onun oğlu Tofiq isə pulun batmaması üçün Bilalı ələ almış, onunla şirin danışaraq sonuncu ilə borc müqaviləsi bağlamışdır. Bundan sonra o, iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişatında Bilal ümumilikdə ona 5000 manat pulu qaytarmış, qalan pulun qaytarılması üçün müəyyən qədər vaxt istəmiş, lakin sonradan o, müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etmişdir. O, İlhamı isə ümumiyyətlə tapa bilməmişdir. Bilal Tofiq ilə borc müqaviləsi bağladığı üçün artıq arxayınlaşmış, onlara bu işin mülki məsələ olduğunu və hər bir halda o, borc müqaviləsi bağlanıldığı üçün heç bir cinayət məsuliyyətinə cəlb olunmayacağını bildirmişdir. X11 ifşa etmək üçün onu çayxanaya dəvət etmiş və həmin pul məsələsi əlaqədar söhbət etmiş, telefonun video kamerası vasitəsi ilə həmin söhbəti qeydə almış, bu zaman Bilal onlardan həmin pulu borc kimi deyil, torpaq məsələsinin həll edilməsi adı ilə aldığını etiraf etmişdir. Tofiq həmin video görüntünü diskə köçürmüş və təhqiqatçıya təqdim etmişdir. İlkin araşdırma dövründə vermiş olduğu izahatda “saxta sənəd” dedikdə həmin dövrdə Bilal və İlhamın ona həyat yoldaşı Şahid5 adından müxtəlif dövlət orqanlarına edilmiş müraciət əsasında alınmış cavabları nəzərdə tutmuşdur. Belə ki, Bilal və İlham sənədləşmə dövründə həyat yoldaşı Şahid5 adından müraciətlər tərtib etmişllər. Daha sonra Sevdaya həmin müraciətlərə imza etdirərək qeyd olunan orqanlara poçt vasitəsi ilə göndərmişlər. Daha sonra isə Memarlıq və Şəhərsalma idarəsindən eskiz layihə, Azərbaycan Respublikası FHN X8 Xidməti Sumqayıt Regional X8 İdarəsindən müsbət rəy, "xxxx" ASC-nin X7 və Satışı İdarəsindən özəlləşdirmək istədikləri torpaq sahəsindən kabel və hava xətti keçməməsi barədə məktub, “Azəriqaz” İB-nin Sumqayıt QİS-dən nəzərdə tutulan torpaq sahəsinin qaz kəmərlərinin mühafizə zonasında yerləşməməsi barədə məktub, Memarlıq və Şəhərsalma İdarəsinin "xxxx" ASC-nə ünvanlamış olduğu məktubları ona təqdim etmişdir. Həmin sənədlər saxta deyil, sadəcə olaraq qeyd olunan dövlət orqanlarının istənilən vətəndaşının müraciəti əsasında hər hansı bir rüsum ödənilmədən verməli olduğu cavablardır. Bilal və İlham isə ona həmin sənədləri təqdim edərək guya onlara vermiş olduğu cəmi 18.000 manat pul müqabilində xeyli iş gördüklərini göstərmək istəmişlər. Buna görə də o, izahatında həmin təqdim olunan sənədləri izahatında “saxta” kimi qeyd etmişdir. Qeyd etdiyi kimi ona dəymiş zərərdən Təqsirləndirilən şəxs2 cəmi cəmi 5.000 manat ödəniş etmişdir. Ona görə də təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, əvvəllər hərbçi olmuş, 2008-ci ildə hərbi əməliyyatlarda yaralandığından görmə qabiliyyətini itirdiyi üçün 1-ci qrup əliliiyə görə təqaüdə çıxmışdır. 2015-ci ildə Sumqayıt şəhərində “Yaşıl dərə” adlanan ərazidə bələdiyyədən torpaq sahəsi almışdır. Bu torpaq sahəsinin ölçülməsində bələdiyyənin işçisi kimi Təqsirləndirilən şəxs2 da iştirak etmiş və o vaxtdan onların tanışlıqları yaranmışdır. Sonradan o, bu torpaq sahəsini Sumqayıt bələdiyyəsinə qaytarmışdır. 2023-cü ilin iyun ayının ortalarında dostu Əfqanla bir yerdə olarkən təsadüfən Bilalla rastlaşmış və bu zaman Bilal ona bələdiyyəyə qaytardığı torpaq sahəsini özünə qaytarmağı, həmçinin yaşadığı evin yaxınlığında 30-50 kvadrat metr arası ölçüdə obyekt tikilməsi üçün torpaq almağı təklif etmişdir. O da Bilala inanaraq razılıq vermiş və Bilal bu işlərin görülməsi üçün ondan 4000 manat pul istəmişdir. Üç gündən sonra yenə də o, Əfqan və Bilalla Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Ən Ucuz” marketin yanında görüşmüşlər, Bilala 2300 manat pul vermiş, bundan artığına imkanı çatmadığını və iş başa çatdıqdan sonra yenə də imkanı çatan qədər əlavə pul verəcəyini bildirmişdir. Bilal onunla razılaşaraq 2300 manatı almış və 2023-cü ilin avqust ayının ortalarınadək sözügedən torpaq sahələrini müvafiq sənədləşmə qaydasında ona verəcyini bildirmişdir. Lakin, xeyli müddət keçməsinə baxmayaraq Bilaldan xəbər çıxmadığını və onun işinin həll olunmadığını görmüş, Bu məsələ ilə maraqlanmağa başlamışdır. Bu zaman ona Bilalın bələdiyyədə işləmədiyi, həmçinin Bilalın onun kimi bir neçə şəxsləri aldatdığı məlum olmuşdur. Ona görə də Bilaldan pulunu geri qaytarılmasın tələb etməyə başlamış, lakin Bilal hər dəfə ona müxtəlif bəhanələrlə aldadaraq pulunu geri qaytarmamışdır. Buna görə də 2024-cü ilin yanvar ayında Bilaldan polisə şikayət etmişdir. O, ərizə və izahatında Bilalın ona vəd etdiyi məsələlərin həll edilməsi üçün əvvəlcə 2300, sonra isə 4000 manat alması barədə dediklərinin doğru olmadığını bildirmişdir. Belə ki, o, Bilala vermiş olduğu 2300 manat pulu bankdan kredit götürərərk faiz ödəmişdir və bu məsələdən Bilalın məlumatı olmuşdur. O, sonradan aldadıldığını görmüş, ödədiyi fazləri də Bilaldan tələb etmək məqsədi ilə ikinci dəfə 4000 manat vermiş olduğunu göstərdiyini qeyd etmişdir. Əslində o, Bilala 2300 manat pul vermişdir. Hazırda ona dəymiş zərər ödənilmişdir, Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, yaşadığı Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yərləşən 1/56 saylı binanın qarşısında olan 25 kv.m sahədə qeyri yaşayış obyektində ərzaq mağazası işlədir. O, 2019-cu ilin əvvəllərində mağazanı qarşı və sağ yan tərəfindən əlavə torpaq sahəsi almaq və mağazanın sahəsinə əlavə etmək qərarına gəlmişdir. Buna görə də o, bu işlə bağlı ona kömək etmək üçün əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 müraciət etmişdir. O, Bilalın həmin ərəfələrdə Sumqayıt bələdiyyəsində işlədiyindən məlumatı olmuşdur. Lakin, Bilal ona tanışı olan Təqsirləndirilən şəxs1 hüquqşünas olduğunu, bu tip işlərin həll olunmasını yaxşı bildiyini demiş və İlhamın telefon nömrəsini danışmaq üçün ona vermişdir. O da 2021-ci ilin fevral ayının ortalarında İlhama zəng etmiş və onu işlədiyi mağazaya dəvət etmişdir. O, İlhamla Bilalın və oğlu Əlinin iştirakı ilə görüşmüşdür. O, İlhama nə istədiyini izah etmiş, İlham isə onun üçün istədiyi torpaq sahəsini 7000 manata alıb adına sənədləşdirəcəyini bildirmişdir. O, İlhamın sözünə inanmış və orada Bilalın şahidliyi ilə İlhama 7000 manat pul vermişdir. İlham 2-3 ay ərzində istədiyi torpağı və sənədləri ona təhvil verəcəyini vəd etmişdir. Növbəti ay pandemiya ilə əlaqədar karantin elan olunmuş, 2-3 aydan sonra İlham karantinlə əlaqədar olaraq bütün işlərin dayandırıldığını və onun gözləməli olacağını bildirmişdir. O, razılaşraq gözləmiş, lakin 2021-ci ilin dekabr ayının ortalarında İlham Bilal ilə birlikdə yenidən onun mağazasına gəlmiş və torpağın ayrılması üçün əlavə 5000 manat pul istəmişdir. O da razılaşaraq istədikləri məbləği Əli və Bilalın yanında, yəni mağazada İlhama vermişdir. Bundan sonra o, bir neçə dəfə İlhamdan işlərin nə yerdə olduğunu soruşmuş, hər dəfə sonuncu ona işlərin qaydasında getdiyini, müvafiq sənədləşmələr aparıldığını, müəyyən müddətdən torpağa dair sənədləri ona təqdim edəcəyini bildirmişdir. 2022-ci ilin may ayının ortalarında isə İlham yenidən Bilal ilə birlikdə onun mağazasına gəlmiş, Bakı şəhəri memarlıq və şəhərsalma idarəsindən razılıq alınması üçün təcili 4000 manat pul lazım olduğunu demiş və ona 10-12 gün ərzində sənədləri gətirib verəcəyini vəd etmişdir. O, bu dəfə də İhama inanmış və mağazada Bilalın və qardaşı Eldar Bayramovun yanında İlhama 4000 manat pul vermişdir. Daha sonra İlham aradan çıxmış, onun telefon zənglərinə cavab verməmişdir. Daha sonra o, İlhamın onun kimi bir neçə şəxsi aldadaraq pullarını ələ keçirdiyini və ölkədən qaçdığını eşitmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs1 onu aldadaraq 16000 manat pulunu ələ keçirmişdir. Ona dəymiş maddi ziyan ödənilməmiş və buna görə də şikayətçidir. Bundan əlavə Zərərçəkmiş şəxs4 məhkəməyə mülki iddia ilə müraciət edərək təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs1 vurulmuş ziyan üzrə 16.000 manat, mənəvi zərərə görə 1000 manat məbləğində pulun, həmçinin ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsini xahiş etmişdir. Sonrakı məhkəmə məhkəmə proseslərində iştirak etməyən zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs4 elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə üvanlayaraq səhhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilmədiyini, işə onun iştirakı olmdan baxılmasını, təqsirləndirilən şəxsə ağır cəza verilməsini və müki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun qaynıdır. Qaynı əlil olduğu üçün onun yanında olur. Vüsal 2015ci ildə Sumqayıt şəhəri, “Yaşıl dərə” adlanan ərazidə bələdiyyədən torpaq sahəsi almış, torpaq sahəsinin ölçülməsində bələdiyyənin işçisi Təqsirləndirilən şəxs2 da iştirak etmiş və həmin vaxtdan Bilalla tanışlıqları yaranmışdır. Sonradan Vüsal həmin torpaq sahəsini Sumqayıt şəhər bələdiyyəsinə qaytarmışdır. 2023-cü ilin iyun ayının ortalarında o, Vüsal ilə birlikdə olan zaman təsadüfən Bilalla rastlaşmışlar və söhbət etmişlər. Bu zaman Bilal Vüsala 4000 manata onun bələdiyyəyə qaytardığı torpaq sahəsini geri qaytarmağı, həmçinin Vüsal üçün onun yaşadığı evin yaxınlığında 30-50 kv.m arası ölçüdə tikilməsi üçün torpaq almağı təklif etmişdir. Vüsal Bilala inanmış və 3 gündən sonra yenə də birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayonun ərazisində yerləşən “Ən ucuz marketi” in yanında Bilalla görüşmüşlər, Vüsal orada Bilala 2300 manat pul vermişdir. Sonradan Bilalın onları aldatdığı məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, onların yaşadıqları binanın qarşısında 25 kv.m sahədə anası Zərərçəkmiş şəxs4 məxsus ərzaq mağazaları fəaliyyət göstərir. 2019-cu ilin əvvəllərində anası mağazanın qarşı və sağ yan tərəfindən əlavə torpaq sahəsi almaq və mağazanın sahəsinə qatmaq qərarına gəlmişdir. Anası bu işdə ona kömək etmək üçün əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 müraciət etmişdir. Bilal isə anasına tanışı Təqsirləndirilən şəxs1 hüquqşünas olduğunu və torpaq sahəsinin alınması və sənədləşdirilməsi işlərini yaxşı bildiyini demişdir. Beləliklə, 2021-ci ilin fevral ayının ortalarında Bilal İlhamla birlikdə mağazaya gəlmişlər. Anası İlhama istədiyini bildirmiş, İlham da anasına istədikləri torpaq sahəsini 7000 manata anasını adına sənədləşdirəcəyini bildirmişdir. Anası da İlhamın dediklərinə inanmış və onların yanında sonuncuya 7000 manat pul vermişdir. İlham bir daha təxmini 2-3 ay ərzində istədikləri torpağı və sənədləri təhvil verəcəyinə söz vermişdir. Növbəti ay pandemiya ilə əlaqədar karantin elan olunmuş, iki-üç aydan sonra İlham onlara karantinə görə bütün işlərin dayandırıldığını və gözləməli olacaqlarını bildirmişdir. Onlar İlhamın dedikləri ilə razılaşmışlar. 2021-ci ilin dekabr ayının ortalarında İlham Bilal ilə birlikdə yenidən mağazaya gəlmiş və torpağın ayrılmasına razılıq almaq üçün əlavə 5000 manat verilməli olduqlarını bildirmişlər. Anası razılaşaraq onun yanında İlhama 5000 manat pul vermişdir. Sonradan o və anası vaxtaşırı İlhamlə əlaqə saxlayaraq işlərin nə yerdə olması ilə maraqlanmışlar. Hər dəfə İlham onlara işlərin qaydasında getdiyini, müvafiq sənədləşmələr aparıldığını və müəyyən bir vaxtdan sonra daha da sürətlənəcəyinii və sənədlərini ona təqdim edəcəyini demişdir. 2022-ci ilin may ayının ortalarında isə İlham yenə mağazaya gəlmiş və onlara artıq işlərin tamamlanmaq üzrə olduğunu, ancaq Bakı memarlıq şəhərsalma idarəsindən razılıq sənədi almaq üçün 4000 manat pul verilməli olduğunu, həmin pul verildiyi təqdirdə 12 gün ərzində torpağın anasının adına rəsmiləşdirilməsi haqqında sənədləri gətirib verəcəyini demişdir. Həmin vaxt dayısı Eldar və Bilal özü də onların yanlarında olmuşdur. Bu dəfə də anası İlhamın sözünə inanmış və ona 4000 manat pul vermiş, lakin sonradan İlham onun və anasının telefon zənglərinə cavab verməmişdir. Daha sonra İlham onlar kimi bir neçələrin də aldadaraq pullarını ələ keçirdiyini və tutulmaq qorxusundan ölkədən qaçdığını eşitmişdir. O, qaçıdğı gün İlham özü ona səsli mesaj göndərərək ümumilikdə onlardan 14000 manat aldığını etiraf etmiş, hal hazırda vəziyyətinin ağır olduğunu, onlara qaytarmağa pulu olmadığını, Rusiyaya işləməyə getdiyini, tezliklə aldığı pulları qaytaracağını bildirmişdir. Həmin SMS-lər telefonunun yaddaşından pozulduğu üçün istintaq orqanına təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qonşusudur və onunla münasibətləri həmişə yaxşı olmuşdur. 2019-cu ilin əvvəllərində yaşadıqları evin həyətində Elmirlə söhbət edərkən o, Sumqayıt şəhəri ərazisində münasib qiymətə təxminən 40 kv.metr torpaq sahəsi almağı və həmin torpaq sahəsində obyekt tikmək istədiyini demiş və onun tanıdığı kiminsə belə torpaq sahəsi varsa maraqlanmağını xahiş etmişdir. O, Bilal adlı vasitəçi tanışı olduğunu və Elmirlə birlikdə getməyi və onunla söhbət etməyi təklif etmişdir. Bundan sonra Elmirlə birlikdə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən hazırda adını xatırlamadığı vasitəçilərin olduğu çayxanaya getmişlər. Onlar Bilalla görüşmüşlər, söhbət zamanı Elmir Bilala 13-cü mikrorayonda yerləşən 34 saylı orta məktəbin yaxınlığında torpaq sahəsi almaq istədiyini demişdir. Onlar birlikdə 34 saylı orta məktəbin yanına getmişlər və Elmir orada almaq istədiyi torpaq sahəsini Bilala göstərmişdir. Bilal isə Elmirə həmin yerin satışda olub-olmamasını yoxladıqdan sonra səhəri günü bu barədə məlumat verəcəyini demişdir. Səhəri gün o, İlhamla birlikdə yenə də həmin çayxanada Bilal ilə görüşmüşlər Söhbət zamanı Bilal Elmirə həmin 50 kv.m torpaq sahəsinin satışda olduğunu, rəsmi qaydada bütün sənədləşmə işləri ilə birlikdə həmin torpaq sahəsini ona 17000 manata ala biləcəyini demişdir. Elmir Bilalla razılaşmışdır. Bu söhbətdən 1-2 gün sonra onlar yenə də Bilal ilə həmin çayxanada görüşmüşlər və Elmir onun yanında Bilala 17000 manat pul sayaraq vermişdir. Bilal Elmirdən təkcə şəxsiyyət vəsiqəsinin surətini istəmiş və 3 ay ərzində həmin torpağı onun adına sənədləşdirəcəyini bildirmişdir. Bundan sonra Elmir özü onun iştirakı olmadan Bilalla görüşməyə başlamış və onların arasında hansı söhbətlərin olmasından xəbəri olmamışdır. Yalnız 2020-ci ilin yay aylarının sonlarında Elmirlə görüşüb söhbət edərkən o, Bilal və daha sonra sonuncunun tanış etdiyi İlham adlı şəxslər həmin torpağın sənədləşmə işləri adı ilə Elmirin ümumilikdə 19800 manat məbləğində pulunu ələ keçirmiş və bugünədək pulunu qaytarmamışlar. Bundan başqa onun məsələdən xəbəri olmamış və o, İlham adlı şəxsi də görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2la onun atası Rəfixan təsadüfən tanış olmuşlar. Onlar yaşadıqları evin yaxınlığında, yəni Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39 saylı binanın arxa hissəsində yerləşən 65 kv.m ölçüsündə olan sahibsiz tikilini anasının adına özəlləşdirməyi fikirləşmişlər. Belə ki, hal-hazırda həmin tikili onların nəzarətində olmuşdur. Bilal bu işlərlə məşğul olduğunu və tikilini onun anaasının adına tam sənədləşdirə biləcəyinə söz vermişdir. Eyni zamanda Bilal özünü onlara bələdiyyənin əməkdaşı kimi təqdim etmişdir. Onların buna görə Bilala inamları yaranmış və 2019-cu ilin fevral ayında onlar birlikdə həmin tikiliyə baxmağa getmişlər. Bilal bu işin görülməsi üçün tanışı İlhamın da onlara köməklik göstərə biləcəyini demişdir.Onlar hər ikisi bu işin müqabilində onlardan ümumilikdə 18.000 manat pul istəmişlər. Onlar da razılıq vermişlər. Bu söhbətlər aparılan zaman anası Sevda və atası Rəfixan iştirak etmişlər. Onlar ilkin olaraq Bilal və İlhama 2019-cu ilin fevral ayının ortalarında 3000 manat, daha sonra isə yerdə qalan 15.000 manatı da 2019-cu ilin fevral ayının sonlarında, ümumilikdə 18.000 manat məbləği yaşadıqları mənzilin həyətində Bilal və İlhama vermişlər. Həmin ərəfələrdə Bilal və İlham onları inanadırmaq üçün hüquqi əhəmiyyəti olmayan müxtəlif müxtəlif sənədlər vermişlər. Onlar isə həmin şəxslərə inanmışlar. Daha sonra onlar aldanıldıqlarını başa düşmüşlər. Bu söhbətlərdən sonra o, Bilal ilə normal danışmış, onu görüşə çağıraraq bu məsələni öz aralarında həll etməklərini təklif etmişlər. O isə bir daha məsələni İlhamın üstünə atmaqla yayınmağa çalışsa da, onunla 18.000 manata notariat qaydasında borc müqaviləsi bağlamağıda təklif etmişdir. O isə Bilalın bu təklifi razılaşmışdır. Onlar bu barədə müqavilə imzalamışlar və Bilal özü onun məhkəməyə müraciət etməsini xahiş etmişdir. Onun isə bu işlərdən anlayışı olmadığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişatında Bilal onlara 5000 pulu hissə-hissə olmaqla qaytarmışdır. Daha sonra o, bu barədə tanışları ilə məsləhətləşmiş və onlar Bilalın bu yolla özünü cinayət məsuliyyətindən azad etmək üçün belə bir addım atdığını bildirmişlər. Belə ki, Bilal onları sırf aldatmasına baxmayaraq məhkəmə ilə işin gecikməsi və onların şikayətlərindən imtina etməkləri üçün bu addımı atdığını demişdir. O, hətta Bilal ilə bu barədə söhbət aparmışlar. O, məsələni İlhamın üstünə atıb işi yarımçıq saxladıqlarını da etiraf etmişdir. Lakin reallıqda Bilal və İlham bizim üçün heç bir iş görməmişlər. O, Bilal ilə görüşən zaman onun xəbəri olmadan etdikləri söhbətləri video görüntüyə qeyd qeyd etmiş və o, ilkin araşdırma dövründə həmin görüntünü təhqiqatçıya təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid5 digər Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci cild 176-cı vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində saxlanılmış və Sumqayıt ŞPİ 3-cü polis bölməsinə gətirilmişdir. Cinayət işinin 2-ci cild 200-201-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 213-cü vərəqəsində olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Belarusiya Respublikasının Minsk şəhərinə getməsi müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cild 10-12-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində qiyabi icraat qaydasında, yəni onun iştirakı olmada 27 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin onun tutulduğu vaxtdan hesablanmalı olması göstərilmişdir. Cinayət işinin 2-ci cild 35-ci vərəqəsində olan 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası DİO-nun əməkdaşları tərəfindən tutulmuş, xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. xx.xx.2024-cü il tarixdə Saratov vilayəti Erşov rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 119-cu vərəqəsinə əlavə edilmiş 01 ədəd CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, video görüntüləri Şahid4 (Zərərçəkmiş şəxs1 oğlu) çəkmişdir. Video görüntülərdə Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1lə birlikdə onlardan tikilini özəlləşdirmək məqsədi ilə 18.000 manat məbləğində pul almasını etiraf edir. Cinayət işinin 2-ci cild 136-137-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərarından görünür ki, Şahid4la Təqsirləndirilən şəxs2 arasındakı söhbətin videogörüntüsü olan 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. Cinayət işinin 1-ci cild 205-206-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 178.2.1 və 310-cu maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 01 müddətinə dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum etmə cəzasını çəkib qurtarmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 ödənilməmiş 2370 manat cərimə cəzası 240 saat ictimai işlər cəzası ilə əvəz olunmuş və o, xx.xx.2018-ci ildə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin 1-ci cild 203-204-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci ildə cərimə cəzası tam ödənilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 evlidir və yetkinlik yaşına çatmayan iki uşağı var. Müvafiq olaraq xx.xx.2008-ci il və xx.xx.2009-cu il təvəllüdlü. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş video görüntülər və digər iş materialları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri, yəni təkrarən xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklər dələduzluq etmələri tamamilə sübuta yetirilmişdir. Onların əməlləri Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrarən və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilməsini, vurulmuş zərər üzrə qismən ödəniş etməsini, zərərçəkmiş şəxslərdən bir nəfərin odan tələb və şikayətinin olmaması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tam ödəmiş, sonuncunun ona qarşı hər hansı tələb və şikayəti olmamışdır. Digər Zərərçəkmiş şəxs1 isə 5000 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 178.2.1 və 310-cu maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 01 müddətinə dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum etmə cəzasını çəkib qurtarmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 ödənilməmiş 2370 manat cərimə cəzası 240 saat ictimai işlər cəzası ilə əvəz olunmuş və o, xx.xx.2018-ci ildə cəzasını çəkib qurtarmışdır. Lakin, həmin cəzasını çəkib quratrdığı vaxtdan 01 il keçməmiş, 2019-cu ilin yanvar-fevral aylarında yenidən cinayət törətmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən cinayət törətsə də, onun əvvəl məhkum olunduğu iş üzrə cəzası azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından əməlində cinayətlərin residivi yaranmamışdır. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə ki, Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13 noyabr 2023-cü il tarixdən 14 noyabr 2023cü il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi 03 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzasını yüngülləşdiriən halar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı Rusiya Federasiyasında saxlanıldığı xx.xx.2024-cü il tarixdən hesablanmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şahid4la Təqsirləndirilən şəxs2 arasındakı söhbətin videogörüntüsü olan 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, mülki iddiaçı X2 mülki iddiası qismən təmin edilməli, vurulmuş maddi ziyana görə 16.000 (on altı min) manat, ödənilmiş dövlət rüsumuna görə 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 İsgəndər qızına ödənilməlidir. Mülki iddiaçı X2 mülki iddiası 1000 manat mənəvi zərərin tutulması hissəsində isə təmin edilməməlidir. Belə ki, mülki iddiaçı 1000 manat mənəvi zərərə məruz qaldığını bildirsə də, məvəvi zərərə məruz qalmasının nədə ifadə olunmasını əsaslandırmamış və bununla bağlı məhkəməyə hər hansı dəlillər təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-in 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 1-ci bəndinin 3-cü abzasına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə vurulmuş və ödənilməməiş qalan zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 24 saata görə 144 (yüz qırx dörd) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 09 saata görə isə 99 (doxsan doqqquz) manat, ümumilikdə 243 (iki yüz qırx üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 22 saata görə 132 (yüz otuz iki) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 09 saata görə isə 99 (doxsan doqqquz) manat, ümumilikdə 231 (iki yüz otuz bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Qeyd edilən qərara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə dəyişiklik edilmiş və dəyişikliyə əsasən Qərarın 1-ci hissəsində “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilmiş və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13 noyabr 2023-cü il tarixdən 14 noyabr 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs4 İsgəndər qızının mülki iddiası qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 16.000 (on altı min) manat, ödənilmiş dövlət rüsumuna görə 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 İsgəndər qızına ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Vurulmuş və ödənilməmiş qalan zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 24 saata görə 144 (yüz qırx dörd) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 09 saata görə isə 99 (doxsan doqqquz) manat, ümumilikdə 243 (iki yüz qırx üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 22 saata görə 132 (yüz otuz iki) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 09 saata görə isə 99 (doxsan doqqquz) manat, ümumilikdə 231 (iki yüz otuz bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün İş üzrə ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar