Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-976/2023 27.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, X2 xalası qızıdır. Bir müddət əvvəl onun bacısı ilə X.Ağayevanın qardaşı evli olmuşalr, daha sonra isə xəyanət üstündə bacısı X.Ağayevanın qardaşından boşanmış və aliment almışdır. Buna görə də Xırdaxanım Ağayeva və ailəsi mütəmadi olaraq onun ailəsi ilə qəsd-qərəzlik aparmış və onlarla münaqişə yaratmışlar. X5 xx.xx.2023-cü il tarixdə “Tiktok” internet saytında “@7.aynur” adlanan səhifəsində, ona məxsus fotoşəklin üstünə biabırçı, nalayiq alçaldıcı, təhqiramiz sözlər paylaşılmış, onun şərəf və ləyaqətini alçaltmışdır. O, “@7.aynur” səhifəsinə Xırdaxanım Ağayevanın tiktok səhifəsinə direktinə onu niyə paylaşdığını soruşanda yazışmada da onu təhqir və təhdid şantajlar etmişdir. Daha sonra isə X5 (***-***-**-**) mobil nömrəsindən onun şəxsi nömrəsinə vatsapa onu yenə paylaşacağını bildirmiş özü və qızı Nailə Ağayeva onun şəxsi nömrəsinin vatsap nnömrəsinə təhqiramiz sözlər deyib təhdid şantaj etmişlər. “Tiktok” internet saytında Xırdaxanım Ağayevanın onun şəkillərində paylaşdığı söyüş təhqirli videonu bir çox şəxs və şəxslər görmüşdür. “14 saniyəlik” müddəti olan həmin video paylaşılandan və həmin səs yazıları ilə Xırdaxanım Ağayeva onun şəkillərinin paylaşdığını bildirərkən və direktə yazışarkən tiktok sosial şəbəkəsində həmin videonu X11 (xx.xx.1994-cü il təvəllüdlü Sumqayıt şəhərində anadan olmuş, Siyəzən rayonu Beşdam kəndində qeydiyyatda olan, subay, orta təhsilli Sumqayıt şəhəri St Sumqayıt qəsəbəsində yaşayan, tel: ***-***-**-**) təsdiqləyə bilər. Eləcə də xx.xx.1970ci il təvəllüdlü X9 (Xaçmaz rayon Çarxıquşçu kəndində anadan olmuş, Siyəzən rayonu Beşdam kəndində qeydiyyatda olan, subay, orta təhsilli faktiki olaraq Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində yaşayan, tel: ***-***-**-**) təsdiqliyə bilər. X5 tərəfindən qəsdən ona şər-böhtan atılmış, onun “tiktok” internet saytında olan “@7.aynur” səhifəsində ona qarşı yayınladığı böhtan xarakterli məlumatlar, həm onun təhqir olunmağına, həmdə şərəf və ləyaqətinin ləkələnməyinə yönəlmişdir. Xüsusi ittiham qaydasında təsdiqləndirilən şəxs X3 təqsirini təsdiq edən, “Tiktok internet saytında olan “@7.aynur” səhifəsində yayımlanan məlumatların video diskini və fotoşəkillərini sübut qismində məhkəməyə təqdim edir. Odur ki, xx.xx.1988-ci ildə Şabran rayonu Çayqaradaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli Şabran rayonu Çayqaradaşlı kəndinə qeydiyyatda olan faktiki olaraq Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, J-70-də fərdi evdə yaşayan X1 barəsində olan şikayətinin icraata qəbul edilərək onun təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilməsini, Azərbaycan Respublikası CM-nın 147. İvə 148-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs İ.R.Kərimova şikayətinin məzmununa uyğun çıxış edərək icraata götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X.E.Ağayeva şikayətin icraata qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi V.Q. Məmmədov şikayətin forma və məzmununun cinayət prosessual qanunvericilyin tələblərinə uyğun olmadığını bildirirək icraata götürülməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətin məzmununa baxdıqda müəyyən edilir ki, şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxsin təhqir və böhtan xarakterli məlumatları “Tik-Tok” sosial şəbəkəsində yaydığını göstərmişdir. Şikayətdə barəsində şikayət verilmiş şəxsin yaşayış yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, J-70 göstərilsə də, barəsində şikayət verilmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, o, Şabran rayonu Çayqardaşlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fərdi evdə yaşayır. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışa əsasən isə X1 yaşayış yeri Şabran rayonu, Çölquşçu ərazi dairəsi, Çayqaradaşlı kəndidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 yaşayış yeri Şabran rayonu, Çölquşçu ərazi dairəsi, Çayqaradaşlı kəndi hesab edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Beləliklə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yerinin Şabran rayonu ərazisi olması səbəbindən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə baxılması üçün aidiyyati üzrə Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 298-300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilsin. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-976/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-976/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver