Məhkəmə qərarları › İş №1(060)-98/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-98/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-98/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, “xxxx” MMM-də nəzarətçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Sumqayıt şəhəri, H.Z.Tağiyev qəsəbəsi, kiçik perekeşkül ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özünün yaşaması üçün fərdi yaşayış evi inşa etmək məqsədi ilə “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5 və 12-ci bəndlərinin tələblərini pozaraq, 28 mart 2020-ci il tarixdən 2020-ci ilin iyun ayının sonunadək olan müddət ərzində “xxxx” MMC-nin balansında olan 110 kV-luq ikidövrəli 7-ci Sumqayıt və 3-cü X5 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində, xəttin 34-35 saylı dayaqlararası aşırımından 8 metr məsafədə, yəni yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasında, həmin xəttin istismarçısı və mülkiyyətçisi olan “xxxx” MMC-dən icazə almadan mişar daşlarından eni 11 metr, uzunluğu 13 metr, hündürlüyü isə 5 metr ölçüdə tikinti və quraşdırma işləri apararaq fərdi yaşayış evi inşa etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 222-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 222-2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yaşayır. X1 babası 1991-ci ildə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 4 sot torpaq sahəsini kol-kosla çəpərləyərək orada təsərrüfatla məşğul olmuşdur. Uzun illərdir himayəsində 3 azyaşlı uşaqla kirayədə yaşadığından qohumu Şahid1 həmin torpaq sahəsini ev tikmək məqsədi ilə ona vermişdir. Həmin 4 sot torpaq sahəsində 28 mart 2020-ci il tarixdən tikinti işlərinə başlamışdır. 01 aprel 2020-ci il tarixdə evin bünövrəsinə beton tökülərkən “xxxx” MMC-nin elektrik montyorları Şahid7 və Şahid6 torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmiş və ölçü işləri aparılarkən müəyyən olunmuşdur ki, inşa olunacaq tikili ərazidən keçən yüksək gərginlikli elektrik xəttindən 8 metr məsafədə yerləşir. Şahid7 və Şahid6 ona, apardığı tikinti işlərinin 110 kV-luq ikidövrəli 7-ci Sumqayıt və 3-cü X5 mühafizə zonasına düşməsi və müvafiq icazə almadan mühafizə zonasında tikinti quraşdırma işlərinin aparılmasının qanunla qadağan olması barədə rəsmi xəbərdarlıq edərək tərtib olunmuş aktın bir surətini ona təqdim etmişlər. 01 aprel 2020-ci il tarixədək qeyd olunan torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi barədə məlumatı olmamış, inşa etdiyi tikilinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi barədə bildikdən sonra da, tikinti işlərini davam etdirərək 20 mişar daşı hündürlüyündə fərdi yaşayış evini inşa etmişdir. Evin üzərini asbest şiferlə örtmüş, döşəməsi taxta ilə döşənmiş, qapı və pəncərə boşluqlarına pəncərə və qapılar yerləşdirilmiş, evin çölü və içəri otaqların bəzi hissələri suvanmışdır. Evin uzunluğu 13, eni 11, hündürlüyü isə 5 metr olmuşdur. Tikinti işləri 2020-ci ilin iyun ayının sonunda başa çatdırılmışdır. Fərdi yaşayış evinin tikilməsinə dair hər hansı bir icazəverici sənəd yoxdur, bununla bağlı heç bir quruma müraciət etməmişdir. Bacardığı üçün tikinti işlərini özü aparmış, dostları Şahid3 və Şahid2 ona köməklik etmiş, atası Elman isə arasıra tikinti işlərinə nəzarət etmişdir. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən “xxxx” MMC-nin balansında olan 110 kV-luq ikidövrəli 7-ci Sumqayıt və 3-cü X5 mühafizə zonasında fərdi yaşayış evi inşa etməsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5 və 12-ci bəndlərinin tələbləri onun tərəfindən pozulmuşdur. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə ifadəsində göstərdi ki, “xxxx” MMC-nin baş hüquqşünası vəzifəsində işləyir. 110 kV-luq ikidövrəli 7-ci Sumqayıt və 3-cü X7 “xxxx” MMC-nin balansında və istismarındadır. 10 iyun 2005-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkəsinin mühafizə qaydaları”nın tələblərinə görə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkənin istismarçılarından və ya mülkiyyətçilərindən rəsmi razılığı olmadan tikintiquraşdırma işlərinin aparılması qadağandır. Qeyd olunan yüksək gərginlikli elektrik xəttinin bir hissəsi Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçir. Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisinə “xxxx” MMC-nin elektrik montyorları Şahid7 və Şahid6 tərəfindən 01 aprel 2020-ci il tarixdə baxış keçirilərkən xəttin mühafizə zonasında Təqsirləndirilən şəxs tərəfindən fərdi yaşayış evinin inşası məqsədilə tikinti işləri aparılaraq evin özülünün qazıldığı və betonun töküldüyü aşkar edilmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə 01 aprel 2020-ci il tarixli 185 nömrəli akt tərtib etmişlər və Təqsirləndirilən şəxs apardığı tikinti işlərinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasına düşdüyü üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli qərarına əsasən qanunsuz olduğunu izah etmişlər, qanunsuz zəbt edilmiş ərazini qısa müddətdə boşaltmayacağı halda barəsində müvafiq tədbirlər görüləcəyi barədə 01 aprel 2020-ci il tarixli rəsmi xəbərdarlıq aktı təqdim etmişlər və Təqsirləndirilən şəxs həmin xəbərdarlıq aktının bir nüsxəsini imza edərək qəbul etmişdir. Lakin, Təqsirləndirilən şəxs ona edilmiş rəsmi xəbərdarlıqdan sonra tikinti işlərini davam etdirərək uzunluğu 13, eni 11, hündürlüyü isə 5 metr olan tikili inşa etmiş, üzərini asbest şiferlə örtmüşdür. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri H,Z.Tağıyev qəsəbəsi ərazisində 110 kV-luq ikidövrəli 7-ci Sumqayıt və 3cü X5 mühafizə zonasında apardığı tikinti-quraşdırma işləri ilə əlaqədar heç bir icazə almamış və tikinti işlərinin aparılmasını “xxxx” MMC ilə razılaşdırmamışdır. Təqsirləndirilən şəxs tərəfindən “xxxx” MMC-nin balansında olan 110 kV-luq ikidövrəli 7-ci Sumqayıt və 3cü X5 mühafizə zonasında aparılmış tikinti-quraşdırma işləri qeyd olunan elektrik xətlərində normal təmir işlərinin aparılmasını, hətta qəza-bərpa işləri zamanı qəzanın nəticələrinin vaxtında aradan qaldırılmasını çətinləşdirir, bəzən isə qeyri-mümkün edir. Həmçinin Yüksək Gərginlikli X3 mühafizə zonasında yaşayış evlərinin və digər məişət obyektlərinin yerləşdirilməsi həmin sahədə yaşayan və işləyən insanların həyatı üçün hər an təhlükə mənbəyidir. Təqsirləndirilən şəxs hər-hansı cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, “xxxx” MMC-nin Elektrik Verilişi, Hava Xətti və Təmiri Xidməti üzrə elektrik montyoru vəzifəsində işləyir. 01 aprel 2020-ci il tarixdə təhkim olunduğu əraziyə baxış keçirərkən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən, “xxxx” MMC-nin balansında olan 110 kVluq ikidövrəli 7-ci Sumqayıt və 3-cü X5 34-35 saylı dayaqlararası aşırımının yaxınlığında qazılmış özülün betonlanması ilə bağlı aparılan tikinti işlərini aşkar etmiş və ərazi ölçülərkən müəyyən edilmişdir ki, tikinti işləri yüksək gərginlikli elektrik xəttindən 8 metr məsafədə aparılır. Tikinti işlərinin Təqsirləndirilən şəxs tərəfindən aparıldığını müəyyən etmiş, sonuncuya apardığı tikinti işlərinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasına düşdüyü üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli qərarına əsasən qanunsuz olduğu izah edilmiş, ərazini qısa müddətdə boşlatmayacağı halda barəsində müvafiq tədbirlər görüləcəyi barədə 01 aprel 2020-ci il tarixli rəsmi xəbərdarlıq aktı təqdim olunmuşdur. Təqsirləndirilən şəxs xəbərdarlıq aktının bir nüsxəsini imza edərək qəbul etmiş, lakin 01 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs edilmiş rəsmi xəbərdarlıqdan sonra sonuncu tərəfindən tikinti işləri davam etdirilərək uzunluğu 13, eni 11, hündürlüyü isə 5 metr olan fərdi yaşayış evi inşa edilmiş, üzəri asbest şiferlə örtülmüş, evin döşəməsi taxta ilə döşənmiş, evin çölü və içəridə bəzi otaqlar suvaqlanaraq tikinti işləri 2020-ci il tarixdə iyun ayının sonlarında bitirilmişdir. 01 aprel 2020-ci il tarixdən sonra “xxxx” MMC tərəfindən qeyd olunan ərazidə Təqsirləndirilən şəxs tərəfindən tikinti işlərinin davam etdirilməsi barədə Sumqayıt şəhər polis idarəsinə və Sumqayıt şəhər icra hakimiyyətinə məktub vasitəsi ilə məlumatlar göndərilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 Şahid7 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məkhəmə Ekspertizası Mərkəzinin 03 iyul 2020-ci il tarixli 10/773 nömrəli rəyindən gürünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən keçən “xxxx” MMC-nin balansında olan 110 kV-luq ikidövrəli 7-ci Sumqayıt və 3-cü X5 yerləşdiyi torpaq sahəsində aparılmış tikinti işlərinin 13m X 11m ölçüdə, 6 mişar daşı hündürlüyündə olduğu aşkar olunmuşdur. Tədqiq olunan tikilinin inşa edilməsi ilə əlaqədar aparılmış işlərin tikinti-quraşdırma işlərinə aid olduğu və həmin işlərin aparılması üçün torpağa və ya tikiliyə dair hər hansı sənədlərin olmaması səbəbindən “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin müvafiq bəndlərinin tələblərinin pozulması müəyyən edilir. Tikili ilə əlaqədar normativ aktların tələblərinin kim tərəfindən pozulub-pozulmamasının müəyyən edilməsi hüquqi xarakter daşıdığına görə ekspertin səlahiyyət dairəsindən kənardır və istintaq tərəfindən qiymət verilə bilər. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən keçən və “xxxx” MMC-nin balansında olan yüksək gərginlikli 110 kV-luq elektrik xətləri ilə tikili arasındakı məsafənin 8,0 metr təşkil etdiyini və həmin xətlərin mühafizə zolağının müvafiq qaydalarının tələblərində 20,0 metr məsafədə müəyyən olunduğunu nəzərə alaraq, tədqiq olunan tikilinin 110 kV-luq yüksək gərginlikli elekrik hava xəttinin mühafizə zonasında inşa olunduğu və bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək və 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları” nın 5-ci, 12-ci bəndlərinin tələblərinin pozulması müəyyən edilir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məkhəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2020-ci il tarixli 10/1912 nömrəli rəyindən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən keçən “xxxx” MMC-nin balansında olan 110 kV-luq ikidövrəli 7ci Sumqayıt və 3-cü X5 yerləşdiyi torpaq sahəsində aparılmış tikinti işlərinin 13m X 11m ölçüdə, dam örtüyünə qədər təxminən 3.5 metr, dam örtüyü ilə birlikdə isə təxminən 5 metr hündürlüyündə tikili inşa edilmişdir. Tikilinin inşa edilməsi ilə əlaqədar aparılmış işlərin tikiinti işlərinə aid olduğu və həmin işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları” nın 5-ci bəndində göstərilmiş 20 metrlik mühafizə zonasında inşa edildiyi müəyyən edildi. Tikinti işlərinin aparılması 110 kV-luq elektrik hava xəttinin mülkiyyətçisinə xəbər verilmədən və müvafiq razılıq əldə edilmədən aparıldığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları” nın 12-ci bəndinin tələbləri tikinti işlərini həyata keçirən şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASC “xxxx” MMC-nin 03 aprel 2020-ci il tarixli 16/01-20/274, 22 may 2020-ci il tarixli 16/01-20/399, 07 sentyabr 2020-ci il tarixli 16/01-20/732 və 22 sentyabr 2020-ci il tarixli 16/01-20/792 saylı məktublarından görünür ki,Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən və “xxxx” MMC-nin balansında olan 110 kV-luq ikidövrəli 7-ci Sumqayıt və 3-cü X5 34-35 saylı dayaqlararası aşırımından 8 metr məsafədə, xəttin mühafizə zonasında Təqsirləndirilən şəxs tərəfindən tikinti işləri aparılmış, ona tikinti işlərinin dayandırılması barədə şifahi və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq tikinti işləri davam etdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli, 10 iyun 2005-ci il tarixli qərarına əsasən 110 kV-luq HX-nin mühafizə zonası xəttin altı və kənar məftillərdən hər iki tərəfə 20 metr məsafədə təyin edilmişdir. 110kV-luq ikidövrəli 7-ci Sumqayıt və 3-cü Yaşma HX-ləri 1987-ci ildə istismara verilmişdir. 110kV-luq ikidövrəli 7-ci Sumqayıt hava xəttinin ümumi uzunluğu 16 km, dayaqların ümumi sayı 92 ədəd, 110kV-luq ikidövrəli 3-cü Yaşma hava xəttinin ümumi uzunluğu 13,1 km, dayaqların ümumi sayı isə 92 ədəddir. İş materiallarında olan Sumqayıt bələdiyyəsinin 14 may 2020-ci il tarixli 1299 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən keçən və “xxxx” MMC-nin balansında olan 110 kV-luq 7-ci Sumqayıt və 3-cü X5 mühafizə zonasında yerləşən torpaq sahəsinə yerində baxış keçirilmiş, torpaq sahəsinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin inzibati ərazisində yerləşdiyi müəyyən edilmiş, lakin Sumqayıt bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs tikinti işlərinin aparılması üçün torpaq sahəsi ayrılmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının 553 saylı 20.05.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən və “xxxx” MMC-nin balansında olan 110 kV-luq ikidövrəli 7-ci Sumqayıt və 3-cü X5 34-35 saylı dayaqlararası aşımından 8 metr məsafədə xəttin mühafizə zonasında hər hansı məqsədlə tikinti işləri aparılmasına dair icazə sənədləri verilməmiş, bu barədə aidiyyatı qurumlara yazılı məlumatlar göndərilmiş və vətəndaş Təqsirləndirilən şəxs qanunsuz tikinti işlərini dayandırması tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23.10.2020-ci il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 03 azyaşlı uşağı vardır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222- 2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-ni 59.2-ci maddəsinə əsasən, himayəsində 03 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 222-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzalar təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, ona təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatın dəyəri 200 (iki yüz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılsın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatın dəyəri 200 (iki yüz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar