Məhkəmə qərarları › İş №1(060)-98/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-98/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-98/2022 09.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 227-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 oktyabr 2020-ci il tarixdə, təxminən saat 01:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, 2-ci dayanacaqda yerləşən təmir işləri aparılan fərdi yaşayış evinin giriş darvazasının qıfılını üzərində olan vint açanla qırıb qapını açmaqla həyətə qanunsuz daxil olduqdan sonra evin plastik pəncərəsini təkanlayıb fiziki təsir göstərməklə açaraq evə daxil olub oradan Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 120 manat qiymətində bir ədəd 30 illik, 5 litrlik mis materialdan olan od samovarı, 60 manat qiymətində bir ədəd paxlava dəmirdən olan, açılıb-yığılan manqalı, 50 manat qiymətində bir ədəd Alman istehsalı olan Bosch GSB 13 RE markalı dreli, 80 manat qiymətində bir ədəd Rus istehsalı olan 5 kiloluq İnterskol markalı preparatoru, 130 manat qiymətində bir ədəd Alman istehsalı olan Simens markalı stolüstü qaz peçini və 100 manat qiymətində bir ədəd Alman istehsalı olan Simens markalı aspiratoru oğurlayaraq - Zərərçəkmiş şəxs1 ümumilikdə 540 (beş yüz qırx) manat maddi ziyan vuraraq özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar 02 noyabr 2020-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 532 D ünvanındakı tikinti işləri aparılan 2 mərtəbəli fərdi yaşayış evinin həyətinə çəpərdən tullanıb keçməklə qanunsuz daxil olaraq evin 2-ci mərtəbəsinin damının boşluq olan hissəsindən evə daxil olub 1-ci mərtəbəyə düşərək oradan Zərərçəkmiş şəxs2 mülkiyyətində olan 110 manat qiymətində bir ədəd Alman istehsalı olan Bosch GWS 22-230 H markalı laqondanı və 300 manat qiymətində bir ədəd 250 amperlik Pesanta markalı qaynar aparatını oğurlayaraq - Zərərçəkmiş şəxs2 ümumilikdə 410 (dörd yüz on) manat maddi ziyan vuraraq özgənin əmlakını təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar 07 noyabr 2020-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 1143 ünvanındakı tikinti işləri aparılan fərdi yaşayış evinin həyətinə çəpərdən tullanıb keçməklə qanunsuz daxil olaraq evə bitişik ərzaq mağazasının plastik qapısını üzərində olan vint açanla aralayıb açmaqla mağazaya daxil olaraq oradan Zərərçəkmiş şəxs3 mülkiyyətində olan 130 manat qiymətində bir ədəd Bosch GBH 2-25 F markalı perforatoru, hər biri 2 manat 50 qəpik, ümumi qiyməti 110 manat olan 44 qutu nazik Winchester, hər biri 2 manat 50 qəpik, ümumi qiyməti 62 manat 50 qəpik olan 25 qutu Kompakt Winchester, hər biri 2 manat 80 qəpik, ümumi qiyməti 64 manat 40 qəpik olan 23 qutu nazik LD, hər biri 2 manat 80 qəpik, ümumi qiyməti 50 manat 40 qəpik olan 18 qutu Kompakt LD, hər biri 2 manat, ümumi qiyməti 70 manat olan 35 qutu Kompakt Maqna, hər biri 2 manat, ümumi qiyməti 60 manat olan 30 qutu nazik Maqna, hər biri 3 manat 90 qəpik, ümumi qiyməti 218 manat 40 qəpik olan 56 qutu nazik Sobranie, hər biri 2 manat 20 qəpik, ümumi qiyməti 46 manat 20 qəpik olan 21 qutu Kompakt Classic, hər biri 2 manat 50 qəpik, ümumi qiyməti 185 manat olan 74 qutu nazik Palmall, hər biri 2 manat 50 qəpik, ümumi qiyməti 137 manat 50 qəpik olan 55 qutu Kompakt Rotmans, hər biri 3 manat 40 qəpik, ümumi qiyməti 221 manat olan 65 qutu nazik Winston XS, hər biri 3 manat 60 qəpik, ümumi qiyməti 72 manat olan 20 qutu nazik Kent 4, hər biri 2 manat 20 qəpik, ümumi qiyməti 94 manat 60 qəpik olan 43 qutu nazik Want, hər biri 2 manat, ümumi qiyməti 20 manat olan 10 qutu qalın Azəri, hər biri 2 manat 50 qəpik, ümumi qiyməti 70 manat olan 28 qutu qalın West, hər biri 2 manat, ümumi qiyməti 40 manat olan 20 qutu qalın Prima, hər biri 1 manat 80 qəpik, ümumi qiyməti 108 manat olan 60 qutu qalın Arqo, hər biri 3 manat 60 qəpik, ümumi qiyməti 108 manat olan 30 qutu qalın Kent, hər biri 1 manat 80 qəpik, ümumi qiyməti 18 manat olan 10 qutu qalın Bakı markalı siqaretlərini, 22 manat qiymətində 1 qutu 1 kiloqramlıq Azərçayı, hər biri 2 manat 15 qəpik, ümumi qiyməti 4 manat 30 qəpik olan 2 ədəd 100 qramlıq Beta çaylarını, hər biri 2 manat 20 qəpik, ümumi qiyməti 4 manat 40 qəpik olan 2 ədəd 100 qramlıq Berqa çaylarını, hər biri 5 manat, ümumi qiyməti 15 manat olan 3 ədəd 1 litrlik Final yağlarını, 14 manat 85 qəpik qiymətində 1 ədəd 1 kiloqram 800 qramlıq Supersun yağını, hər biri 15 manat, ümumi qiyməti 30 manat olan 2 ədəd hər biri 1 kiloqram 900 qramlıq Flaqman markalı kalbasaları, hər biri 70 qəpik, ümumi qiyməti 7 manat olan 10 ədəd 35 qramlıq Snikers markalı şokoladları, hər biri 90 qəpik, ümumi qiyməti 9 manat olan 10 ədəd 55 qramlıq Mars markalı şokoladları, hər biri 90 qəpik, ümumi qiyməti 9 manat olan 10 ədəd 55 qramlıq Twix markalı şokoladları, hər biri 1 manat 60 qəpik, ümumi qiyməti 12 manat 80 qəpik olan 8 ədəd 90 qramlıq Alpengold şokoladları, hər biri 80 qəpik, ümumi qiyməti 4 manat olan 5 ədəd Kit-Kat markalı şokoladları, 6 manat 90 qəpik qiymətində 1 kiloqram çəkidə Belore Stratos markalı şokoladları, kassadan 500 manat və 30 manat qəpik pulları oğurlayaraq - Zərərçəkmiş şəxs3 ümumilikdə 2555,25 (iki min beş yüz əlli beş manat iyirmi beş qəpik) manat maddi ziyan vuraraq özgənin əmlakını təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar 20 yanvar 2021-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 1387 ünvanındakı təmir işləri aparılan fərdi yaşayış evinin həyətinə çəpərdən tullanıb keçməklə qanunsuz daxil olaraq evin zirzəmisinə qapı üçün nəzərdə tutulmuş, lakin qapı qoyulmayan yerdən daxil olub oradan Zərərçəkmiş şəxs4 mülkiyyətində olan 200 manat qiymətində 10 litr tutumlu mis materialdan hazırlanmış bir ədəd samovarı, 50 manat qiymətində bir ədəd Alman istehsalı olan Bosch GSB 13 RE markalı dreli, 110 manat qiymətində bir ədəd Alman istehsalı olan Bosch markalı GWS 22-230 H markalı laqondanı, 200 manat qiymətində bir ədəd Alman istehsalı olan 26 ölçülü Grand markalı velosipedi və 15 manat qiymətində 35 metr uzunlu olan elektrik naqilini oğurlayaraq - Zərərçəkmiş şəxs4 ümumilikdə 575 (beş yüz yetmiş beş) manat maddi ziyan vuraraq özgənin əmlakını təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar 28 yanvar 2021-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs5 Cəmulla oğluna məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, 3703 ünvanındakı təmir işləri görülən 2 mərtəbəli fərdi yaşayış evinin həyətinə çəpərdən tullanıb keçməklə qanunsuz daxil olaraq həyətdən götürdüyü dəmir armaturla evin giriş qapısını aralayıb açaraq evin 1-ci mərtəbəsinə daxil olub orada Zərərçəkmiş şəxs5 mülkiyyətində olan 500 manat qiymətində bir ədəd İtalya istehsalı olan Biasi markalı 28lik kombi aparatını üzərində olan açarla divara bərkidildiyi yerdən açmaqla, sonra evin 2ci mərtəbəsinin qapısını həmin dəmir armaturla aralayıb açaraq oradan 500 manat qiymətində bir ədəd İtalya istehsalı olan Biasi markalı 28-lik kombi aparatını və 100 manat qiymətində bir ədəd Rus istehsalı olan Neva markalı su qızdırıcını üzərində olan açarla divara bərkidildiyi yerdən açmaqla, orada qoyulmuş 110 manat qiymətində bir ədəd markası bilinməyən işıq tənzimləyici aparatı, ümumi qiyməti 280 manat təşkil edən eni 1 metr, uzunluğu 10 metr olan 7 ədəd divar kağızını, hər biri 2 manat, ümumi qiyməti 4 manat olan 2 ədəd şpateli, hər biri 4 manat, ümumi qiyməti 8 manat olan 2 ədəd kəlbətini, hər biri 1 manat 50 qəpik, ümumi qiyməti 4 manat 50 qəpik olan 3 ədəd vint açanı, evin 2-ci mərtəbəsində tapdığı açarla həyətdə yerləşən qarajı açmaqla oraya daxil olub hər biri 150 manat, ümumi qiyməti 300 manat təşkil edən iki ədəd Alman istehsalı olan markası bilinməyən su nasosunu, ümumi qiyməti 380 manat təşkil edən eni 6 metr, uzunluğu 3 metr olan dəmir profilləri, 280 manat qiymətində bir ədəd 220 amperlik markası bilinməyən qaynaq aparatını, 110 manat qiymətində bir ədəd Alman istehsalı olan Bosch markalı GWS 22-230 H markalı laqondanı, 50 manat qiymətində bir ədəd Alman istehsalı olan Bosch GSB 13 RE markalı dreli oğurlayaraq - Zərərçəkmiş şəxs5 Cəmulla oğluna ümumilikdə 2626,50 (iki min altı yüz iyirmi altı manat əlli qəpik) manat maddi ziyan vuraraq özgənin əmlakını təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar 06 fevral 2021-ci il tarixdə, saat 03:00 radələrində X10 məxsus Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 1097 ünvanındakı 2 mərtəbəli fərdi yaşayış evinin həyətinə çəpərdən tullanıb keçməklə qanunsuz daxil olaraq evin pəncərələrinə bərkidilmiş dəmir barmaqlıqlardan tutub 2-ci mərtəbəyə qalxaraq balkonun plastik qapısını fiziki təsir göstərməklə təkanlayıb açaraq evin 2-ci mərtəbəsinə daxil olduqdan sonra 1-ci mərtəbəyə düşüb orada Orman Sultanovun mülkiyyətində olan divara bərkidilmiş 800 manat qiymətində bir ədəd 2018-ci il istehsalı olan, 120 kv/metrlik Art-kol LG markalı kondinsioneri, həmçinin evin çöl hissəsindən divara bərkidilmiş qeyd olunan kondinsionerin motorunu divara bərkidildiyi yerlərdən açmaqla oğurlayaraq - X10 800 (səkkiz yüz) manat maddi ziyan vuraraq özgənin əmlakını təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar 14 mart 2021-ci il tarixdə, saat 04:00 radələrində Zərərçəkmiş şəxs7 Tayirxan oğlunun icarəyə götürdüyü Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən ərzaq mağazasına qeyd olunan mağazanın arxa tərəfindəki plastik qapısını üzərində olan mismarçıxardan alətlə aralayıb açaraq mağazaya qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs7 məxsus 23 ədəd 1 manatlıq, 15 ədəd 2 manatlıq, 12 ədəd 5 manatlıq, 6 ədəd 10 manatlıq, 2 ədəd 20 manatlıq Azərsel, 15 ədəd 1 manatlıq, 10 ədəd 2 manatlıq, 5 ədəd 5 manatlıq, 3 ədəd 10 manatlıq Baksell, 17 ədəd 1 manatlıq, 2 ədəd 5 manatlıq Nar danışıq kartları, hər biri 3 manat 90 qəpik, ümumi qiyməti 195 manat olan 50 ədəd nazik göy Sobrania, hər biri 2 manat 80 qəpik, ümumi qiyməti 126 manat olan 45 ədəd nazik boz LD, hər biri 2 manat 80 qəpik, ümumi qiyməti 84 manat olan 30 ədəd ağ Kompakt LD, hər biri 3 manat 60 qəpik, ümumi qiyməti 14 manat 40 qəpik olan 4 ədəd nazik qara Kent 4 markalı siqaretləri və kassadan ümumilikdə 350 manat nağd pulu oğurlayaraq - Zərərçəkmiş şəxs7 Tayirxan oğluna 1099,40 (min doxsan doqquz manat qırx qəpik) manat maddi ziyan vuraraq özgənin əmlakını təkrar saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, 07 aprel 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini 45 manata alaraq Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında üzərində saxlayarkən həmin gün, saat 14:55-də Sumqayıt ŞPİ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ cibində saxladığı bir ədəd «LD» markalı siqaret qutusunun içərisində ağ rəngli kağıza bükülmüş, həmin bükümün içərisində şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 1,730 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrar 12 may 2021-ci il tarixdə, saat 15:00 radələrində Zərərçəkmiş şəxs8 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 65 ünvanındakı fərdi yaşayış evinin həyətinə qapını açmaqla qanunsuz daxil olaraq evin plastik pəncərəsinin açıq olduğunu görüb pəncərənin setkasını yerindən çıxararaq oradan evə daxil olub Zərərçəkmiş şəxs8 məxsus 105 manat qiymətində bir ədəd Sazz markalı modemi, 350 manat qiymətində bir ədəd Acer markalı “notebooku” və 40 manat nağd pulu oğurlayaraq - Zərərçəkmiş şəxs8 ümumilikdə 495 (dörd yüz doxsan beş) manat maddi ziyan vuraraq özgənin əmlakını təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar 17 may 2021-ci il tarixdə, saat 18:00 radələrində Zərərçəkmiş şəxs9 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 228 ünvanındakı fərdi yaşayış evinin həyətinə çəpərdən tullanıb keçməklə qanunsuz daxil olaraq həyətdə Zərərçəkmiş şəxs9 mülkiyyətində olan 100 manat qiymətində bir ədəd Termet markalı 24 litr həcmli su qızdırıcısını, 50 manat qiymətində bir ədəd Marsu markalı, 0,75 kv-lıq su mühərrikini, 30 manat qiymətində bir ədəd Marquis markalı, 0,75 kv-lıq su mühərrikini və 15 manat qiymətində bir ədəd Stainless Steel-Self-Priming Booster markalı, W15G-15 model, 15 mm kalibrli hidraforu üzərindəki açarla bağlandığı yerlərdən açaraq - Zərərçəkmiş şəxs9 ümumilikdə 195 (yüz doxsan beş) manat maddi ziyan vuraraq özgənin əmlakını təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar 23 may 2021-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs10 məxsus Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə qapını açmaqla qanunsuz daxil olaraq evin pilləkənlərinin üstündə saxlanılmış Zərərçəkmiş şəxs10 mülkiyyətində olan 160 manat qiymətində 26 ölçülü Steels markalı velosipedi oğurlayaraq - X2 160 (yüz altmış) manat maddi ziyan vuraraq özgənin əmlakını təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, 23 may 2021-ci il tarixdə Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) bükümdə, təmiz çəkisi 0,329 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 24 may 2021-ci il tarixdə saat 20:30 radələrində Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən göstərilən bükümdə və çəkidə olan narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadələrində göstərmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 227 ünvanında yaşayır. Heç yerdə işləmir və heç bir məşğuliyyəti yoxdur. Təxminən 6-7 aydır ki, narkotik vasitə heroindən istifadə edir. Həmçinin narkotik vasitə əldə etmək üçün pulu olmadığından oğurluqlar etmiş, oğurladığı əşyaları satmaqla həm narkotik vasitə əldə edib istifadə etmiş, həm də özünü dolandırmışdır. Əsasən Sumqayıt şəhəri, Novxanı qəsəbəsində, Corat qəsəbəsində və Qurd dərəsində yerləşən evlərdən oğurluq etmişdir. Həmin ərazilərdə yerləşən evləri tanıyır, həmin əraziləri mütəmadi olaraq gəzmiş, orada hansı evlərin tikintidə və təmirdə olduğunu, yəni heç kimin yaşamadığını bilmiş və qonşuluğunda olan evləri də tanıyır. 06 oktyabr 2021-ci il tarixdə gecə saat 01:00 radələrində Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, 2-ci dayanacaqda piyada yaşadığı evə doğru gedərkən maddi vəziyyəti pis olduğundan və narkotik vasitə əldə etmək üçün pulu olmadığından orada yerləşən adını sonradan bildiyi Elvin adlı şəxsin təmir işləri aparılan bağ evindən oğurluq etməyi qərara almışdır. Həmin evin darvazasına yaxınlaşıb ətrafda heç kimin görmədiyinə əmin olub üzərində olan vint açanla evin giriş qapısının qıfılını sındırıb açaraq həyətə daxil olmuşdur. Həmin ərazilərdə çox olduğu üçün həmin evin təmirdə olduğunu və heç kimin yaşamadığını qabaqcadan bilmişdir. Həyətə daxil olduqda heç kimin onu görmədiyinə əmin olub evə yaxınlaşmış və evin plastik pəncərəsini içəri təkanlayıb açaraq pəncərədən evə daxil olmuşdur. Evdə olan otaqları üzərində olan alışqanın işığı ilə işıqlandırmış, evin dəhlizində, yerdə qoyulmuş bir ədəd od simavarı, bir ədəd manqal, bir ədəd drel və bir ədəd preparatoru oğurlayıb evə daxil olduğu pəncərədən həyətə atmış, daha sonra digər otağa daxil olub orada yerdə qoyulmuş stolüstü qaz peçi və bir ədəd aspiratoru da oğurlayıb pəncərədən həyətə atmışdır. Sonra həyəti işıqlandırıb həyətdə divarın kənarında kisələr qoyulduğunu görmüş, oraya yaxınlaşıb yerdə 2 ədəd kisə olduğunu görmüş və həmin kisələri götürüb oğurladığı əşyaları yerdən götürüb 2 ədəd kisəyə qoymuş, manqal, qaz peçi və aspirator kisəyə yerləşmədiyi üçün əlində tutmuşdur. Sonra həmin əşyaları təxminən 3-4 dəfəyə evin həyət qapısından küçəyə çıxartmış və evdən təxminən 20-25 metr aralıda zibillərin kənarına ataraq gizlətmiş, oradan da yaşadığı evə getmişdir. Sonra həmin günün səhəri saat 10:00 radələrində yaşadığı evdən çıxıb tanımadığı VAZ 21074 markalı, dövlət qeydiyyat nömrə nişanını bilmədiyi taksi avtomobilinə oturub Qurd dərəsində yerləşən oğurluq etdiyi evə doğru, yəni əşyaları atdığı yerə getmişdir. Taksi sürücüsünü də aldadaraq ona demişdir ki, evinin işləməyən yararsız əşyalarıdır, Sumqayıt şəhərində yerləşən kolxoz bazarına satmaqdan ötrü aparır, taksi sürücüsü də ona inanıb oğurladığı əşyaları avtomobilin yük yerinə qoymaqda ona köməklik etmişdir. Həmin əşyaları kolxoz bazarına aparmış, tanımadığı taksi sürücüsü onu orada düşürtmüş, oğurladığı əşyaları avtomobildən yerə salmış, taksi sürücüsü də oradan getmişdir. Həmin vaxt ondan təxminən 5-6 metr aralıda dayanıqlı vəziyyətdə olan, markasını və qeydiyyat nişanını bilmədiyi, üstündə taksi işarəsi olan qara rəngli taksi avtomobilinə yaxınlaşıb sürücüyə yalandan demişdir ki, evinin köhnə əşyalarıdır, satmaq istəyir, o da həmin əşyalara bir-bir baxıb ümumilikdə hansı qiymətə satdığını ondan soruşmuş, o da əşyaların hamısını 150 manata satdığını demiş, sonra onunla 130 manata razılaşıb əşyaları ona satmışdır. Həmin pulun müəyyən hissəsi ilə bir neçə gün ərzində tanımadığı şəxslərdən özünə narkotik vasitə heroin alıb qəbul etmiş, müəyyən hissəsi ilə də evinə ərzaq almışdır. Bundan başqa, 02 noyabr 2020-ci il tarixdə, saat 02:00 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivində piyada yaşadığı evə doğru gedərkən maddi vəziyyəti pis olduğundan və narkotik vasitə əldə etmək üçün pulu olmadığından orada yerləşən adını sonradan bildiyi Aynurə adlı qadının tikinti işləri aparılan bağ evindən oğurluq etməyi qərara almışdır. Həmin ərazilərdə çox olduğu üçün həmin evdə tikinti işləri aparıldığını və heç kimin yaşamadığını qabaqcadan bilmişdir. Həmin evin giriş qapısından sağ tərəfdə yerləşən, qapısı olmayan, sadəcə çəpərə alınmış həyətə daxil olub çəpərə çıxmış, çəpərdən də həyətə tullanmışdır. Həyəti üzərində olan alışqanın fanarı ilə işıqlandırıb ətrafa baxmış və həyətə kənardan daxil olan olmasın deyə evin küçə qapısını içəridən bağlamışdır. Evin birinci mərtəbəsinə daxil olub orada oğurlamaq üçün hər hansı bir əşya olmadığını, birinci mərtəbədə həyətin giriş qapısı tərəfində olan otağın qapısını yoxlayaraq bağlı olduğunu görmüşdür. Buna görə də, həyətdə divara dayanmış nərdivanı götürüb evin ikinci mərtəbəsinə doğru qalxaraq pəncərə olmayan hissəsindən ikinci mərtəbəyə daxil olmuşdur. Oradan birinci mərtəbədəki qapısı bağlı olan otağı tavanın boşluq yerindən işıqlandırıb aşağı baxaraq yerdə bir ədəd laqonda və bir ədəd qaynar aparatı olduğunu görmüşdür. Həmin otağa divardan tutmaqla düşüb bir ədəd laqonda və bir ədəd qaynaq aparatını yerdən götürüb oğurlayaraq evin ikinci mərtəbəsinə tullamış, özü də divardan tutaraq yuxarı, ikinci mərtəbəyə qalxmış, laqonda ilə qaynaq aparatını oradan götürüb nərdivanla aşağı düşmüş, nərdivanı da yerinə qoymuşdur. Oğurladığı əşyaları həyətə daxil olduğu çəpərin həmin hissəsindən digər həyətə tullamış, sonra özü də çəpərə çıxıb həmin həyətə tullanmışdır. Həmin həyət baxımsız olduğu üçün oranın bəzi hissələrini kollar örtmüş, oğurladığı laqonda və qaynaq aparatını həmin kolların arasında gizlətmiş, özü də oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Sonra həmin gecənin səhəri saat 07:00 radələrində yaşadığı evdən çıxaraq özü ilə kisə götürüb oğurladığı əşyaları gizlətdiyi yerə getmişdir. Həmin əşyaları yaşayış olmayan həyətdə kolların arasından götürüb özü ilə apardığı kisəyə qoyaraq yola çıxmış, yolda tanımadığı VAZ 21074 markalı, qeydiyyat nömrə nişanını bilmədiyi avtomobillə Sumqayıt şəhərində yerləşən əşya bazarına getmiş, orada həmin əşyaları tanımadığı şəxsə 50 manata satmışdır. Həmin şəxsi aldadaraq yalandan demişdir ki, əvvəllər ustalıq edirmiş, indi isə etmir, buna görə də tikintiyə aid olan əşyalarını satır, həmin şəxs də ona inanıb bir ədəd laqonda və bir ədəd preparatoru ondan almışdır. Bundan başqa, 07 noyabr 2020-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivində piyada olarkən narkotik vasitə əldə etmək üçün pula ehtiyacı olduğundan orada yerləşən adını sonradan bildiyi Hüseyn adlı şəxsin təmir işləri aparılan evindən və evə bitişik mağazasından oğurluq etməyi qərara almışdır. Küçədə həmin evin sağ tərəfindən divarına yaxınlaşmış, ətrafa baxıb kənardan onu heç kimin görmədiyinə əmin olub divara çıxmış, divardan tikilinin üstünə, oradan da həyətə düşmüşdür. Həmin evdə tikinti işləri aparıldığını və orada heç kimin yaşamadığını qabaqcadan bilmişdir. Gizli şəkildə evin qarşı hissəsinə keçmiş və evin giriş qapısı olmayan, qapı üçün nəzərdə tutulmuş yerindən evə, sonra taxta qapını açıb digər otağa, həmin otaqda da plastik qapını üzərində olan vint açanla aralayıb açaraq mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqda oranı üzərində olan alışqanın fanarı ilə işıqlandırmışdır. Mağazada stolun altında olan kassadan kağız pul əskinasları və qəpik pullar oğurlayıb cibinə qoymuşdur. Mağazadan böyük sellofan torba götürüb oradan çoxlu sayda Sobranie, Vincester, LD, Classik, Palmall, Rotmans, Vinston XS, nazik Kent 4, Vant, Azəri, Vest, Prima, Maqna, Arqo, qalın Kent və Bakı sıqaretləri oğurlayaraq həmin torbaya qoymuş, 1 qutu Azərçay, 2 ədəd Beta, 2 ədəd Berqa çayları, 3 ədəd Final yağı, 1 ədəd Supersun yağı, 2 ədəd kalbasa, 10 ədəd Snikers, 10 ədəd Mars, 10 ədəd Tvix markalı şokoladları, 8 ədəd Alpenqold şokoladı, müxtəlif növ digər şirniyatları, Nar, Sim, Cin danışıq kartlarını oğurlayıb ikinci sellofan torba götürərək içərisinə qoymuş, həmçinin rəfin altından bir ədəd preparatoru da oğurlamışdır. Oğurladığı əşyaları və şirniyatları özü ilə götürüb daxil olduğu yerdən evdən çıxmış, sonra həyətə daxil olduğu yerə yaxınlaşıb əşyaları tikilinin üstünə qoymuş, özü də tikilinin üstünə çıxmış, həmin əşyaları və şirniyatları küçəyə tullamış, özü də küçəyə tullanıb həmin əşyaları götürüb yaşadığı Corat qəsəbəsinə getmişdir. Danışıq kartlarını sata bilməyəcəyini fikirləşib yolun kənarında zibil qabına atmış, lakin hansı zibil qabına atmağı yadında qalmamışdır. Sonra oğurladığı pulları sayıb 500 manat məbləğində 1, 5, 10, 20 və 50 manatlıq pul əskinasları olduğunu, 30 manata qədər 10, 20 və 50 qəpik pullar olduğunu, siqaretlərin isə 56 qutu nazik Sobranie, 44 qutu boz Vincester, 23 qutu nazik boz LD, 18 qutu ağ LD, 21 qutu boz kompakt Classik, 74 qutu nazik Palmall, 55 qutu kompakt Rotmans, 65 qutu nazik Vinston XS, 20 qutu nazik Kent 4, 43 qutu nazik Vant, 25 qutu kompakt Vincester, 10 qutu Azəri, 28 qutu qalın Vest, 20 qutu Prima, 35 qutu kompakt Maqna, 30 qutu nazik Maqna, 60 qutu qalın Arqo, 30 qutu qalın Kent və 10 qutu Bakı sıqaretləri olduğunu görmüşdür. Həmin əşyaları evinin yaxınlığında, küçədə zibil yeşiyinin yanında gizlətmişdir. Həmin günün səhəri, saat 08:00 radələrində yaşadığı evdən çıxıb oğurladığı əşyaları və şirniyyatları Sumqayıt bazarına aparıb şirniyyat, yağ, çay və kalbasanı ümumilikdə 40 manata tanımadığı şəxsə satmış, həmin şəxsə ərzaqların ona pay verildiyini, pula ehtiyacı olduğu üçün satmaq istədiyini deyərək onu aldatmışdır. Həmçinin 1 ədəd preparatoru da orada olan tanımadığı şəxsə evinə aid əşya olması adı ilə 35 manata satmışdır. Siqaretləri isə ümumilikdə 600 manata dəqiq yadında qalmayan mağazada satmışdır. Həmin şəxsə də yalandan demişdir ki, işlədiyi siqaret firmasından ona borclu olduqları pul əvəzində verilmişdir, maddi vəziyyəti pis olduğu üçün satır, həmin şəxs də ona inanıb siqaretləri almışdır. Həmin pulların bir hissəsi ilə tanımadığı şəxslərdən narkotik vasitə alıb qəbul etmiş, bir hisəsini də özünə xərcləmişdir. Bundan başqa, 20 yanvar 2021-ci il tarixdə saat 02:00 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində piyada yaşadığı evə doğru gedərkən maddi vəziyyəti pis olduğundan və narkotik vasitə əldə etmək üçün pulu olmadığından orada yerləşən adını sonradan bildiyi Bəhram adlı şəxsin tikinti işləri aparılan bağ evindən oğurluq etməyi qərara almışdır. Həmin əzazilərdə çox olduğu üçün həmin evdə tikinti işləri aparıldığını və heç kimin yaşamadığını qabaqcadan bilmişdir. Həmin evin giriş qapısından sol tərəfdəki çəpərə yaxınlaşıb ətrafa baxaraq heç kimin onu görmədiyinə əmin olub çəpərə çıxıb həyətə tullanmışdır. Sonra həmin evin qapısının bağlı olduğunu görüb evin sol tərəfində qapısı olamayan yerdən zirzəmiyə daxil olmuşdur. Telefonunun fanarı ilə zirzəmini işıqlandırmış və orada yerdə qoyulmuş bir ədəd samovarı, bir ədəd dreli, bir ədəd laqondanı, təxminən 35 metr uzunluğunda elektrik naqilini və divara dayanmış bir ədəd velosipedi oğurlayaraq həyətə çıxartmışdır. Samovar, drel, laqonda və elektrik naqilini orada yerdə olan ağ rəngli kisəyə qoyub tikinti materiallarının üstünə çıxaraq həyətə daxil olduğu yerdən küçəyə atmış, həmçinin velosipedi də həmin qaydada qaldırıb çəpərdən küçəyə atmışdır. Sonra özü də küçəyə tullanmış, kisədə qoyduğu əşyaları velosipedin arxasına qoyub velosipedi idarə edərək oradan uzaqlaşmışdır. Həmin gecə küçədə qalmış, evinə getməmişdir. Həmin günün səhəri saat 10:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsə yaxınlaşıb yalandan bildirmişdir ki, evində tikinti işləri başa çatdırılıb, bir ədəd dreli, bir ədəd laqondanı, təxminən 35 metr uzunluğunda elektrik naqilini, həmçinin həyətində istifadəsiz qalan samovarı ümumilikdə 100 manata satır, həmin şəxs də ona 70 manat pul verə biləcəyini deyib 70 manata razılaşaraq həmin əşyaları ona satmışdır. Bir ədəd velosipedi də Sumqayıt şəhərində yerləşən əşya bazarına gedərək orada tanımadığı şəxsə yalandan özünə aid velosiped olduğunu, maddi vəziyyəti pis olduğundan satmaq istədiyini deyərək 60 manata satmışdır. Həmin pullarla da tanımadığı şəxslərdən narkotik vasitə alıb qəbul etmiş, bir qismini də özünə xərcləmişdir. Bundan başqa, 28 yanvar 2021ci il tarixdə, gecə saat 02:00 radələrində Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində piyada hərəkətdə olarkən maddi vəziyyəti pis olduğundan orada yerləşən adını sonradan bildiyi Cəfər adlı şəxsin təmir işləri aparılan bağ evindən oğurluq etməyi qərara almışdır. Küçədən çəpərə yaxınlaşaraq ətrafa baxıb kənardan onu heç kimin görmədiyinə əmin olub çəpərə çıxmış, oradan da evin həyətinə tullanmış, sonra evin giriş qapısına yaxınlaşıb həyətdə yerdən götürdüyü dəmir armaturla giriş qapını aralayıb açaraq evə daxil olmuşdur. 1-ci mərtəbədə kombi aparatını üzərində olan böyəldilib-kiçildilən açarla divara bərkidildiyi yerdən açaraq yerə qoymuş, sonra 2-ci mərtəbəyə qalxıb dəmir qapının bağlı olduğunu görmüş, buna görə 1-ci mərtəbəyə düşüb dəmir armaturu götürərək 2-ci mərtəbəyə qalxmış, orada qapını aralayıb açaraq içəri daxil olmuş, orada divara bərkidilmiş kombi aparatını və suqızdırıcını üstündəki açarla açıb yerə qoymuşdur. Sonra oradan 1 ədəd işıq tənzimləyici aparatı, 7 ədəd divar kağızı, müxtəlif növ tikinti ləvazımatları və kombi aparatlarını oğurlayaraq bir neçə dəfəyə evin həyətinə düşürtmüşdür. 2-ci mərtəbədən sonuncu dəfə kombi aparatını götürüb aşağı düşürdərkən pəncərə qarşısında açar görüb evin həyət qapısının açarı olduğunu fikirləşib götürmüşdür. Həmin açarı yoxlayaraq görmüşdür ki, küçə qapısının açarı deyil. Sonra həmin açarı qarajın qapısının üzərində yoxlamış və qarajın qapısını açmışdır. Oradan 2 ədəd su nasosu, dəmir profillər, 1 ədəd qaynaq aparatı, 1 ədəd laqonda və 1 ədəd drel oğurlayaraq həyətə çıxarıb oğurladığı digər əşyaların yanında qoymuş, 1-ci mərtəbədə açdığı kombi aparatını da evdən həyətə çıxarıb həmin əşyaların yanına qoymuşdur. Evin dəmirdən olan küçə darvazasını içəridən dəmiri dartıb açaraq oğurladığı əşyaları təxminən 5-6 dəfəyə aparıb küçədə, yəni evdən təxminən 30-40 metr aralıda, gizli yer olan divarın kənarında gizlətmiş, özü də heç yerə getməmişdir. Həmin əşyaların yanında qalıb fikirləşmişdir ki, ev sahibi gəlsə qaçıb gedər, gəlməsə taksi çağırıb əşyaları aparıb kolxoz bazarında satar. Səhərə kimi orada qalmış və təxminən saat 08:00 radələrində yola çıxıb tanımadığı VAZ 2106 markalı, dövlət qeydiyyat nişanını bilmədiyi taksi avtomobilinə oturub oğurladığı əşyaları saxladığı yerə getmişdir. Taksi sürücüsünü də aldadaraq ona demişdir ki, evinin işləməyən yararsız əşyalarıdır, Sumqayıt şəhərində yerləşən kolxoz bazarına satmaqdan ötrü aparır, həmin şəxs də ona inanıb oğurladığı əşyaları avtomobilin yük yerinə qoymaqda ona köməklik etmişdir. Həmin əşyaları bazara aparmış, tanımadığı taksi sürücüsü onu orada düşürtmüş, oğurladığı əşyaları avtomobildən yerə salmış, orada tanımadığı şəxsi aldadaraq ona yalandan demişdir ki, həmin əşyalar evinin əşyalarıdır, satmaq istəyir, o da ona inanaraq 7 ədəd divar kağızını, 2 ədəd su nasosunu, 1 ədəd qaynaq aparatını, 1 ədəd laqondanı, 1 ədəd işıq tənzimləyicini və 1 ədəd direli ondan ümumilikdə 120 manata almış, lakin 2 ədəd kombi aparatı, 1 ədəd su qızdırıcı və dəmir profillər onda qalmışdır. Həmin əşyaları satmaqda çətinlik çəkdiyi üçün əşyalar onda qaldığı halda ifşa olunmaqdan qorxduğuna görə kolxoz bazarında 2 ədəd kombi aparatını və 1 ədəd su qızdırıcını sökərək dəmirlərini götürüb qalan hissələrini zibilliyə ataraq dəmir profillərlə birlikdə kombi aparatının dəmir hissələrini tanmadığı taksi avtomobilinə qoymuş, həmin avtomobilin sürücüsündən onu metal yığan yerə aparmağı xahiş etmişdir. Taksi sürücüsü də onu yadında qalmayan tanımadığı metal yığan yerə aparmış, orada həmin dəmirləri ümumilikdə 50 manata satmışdır. Taksi sürücüsü və metal yığan şəxsin həmin əşyaların oğurluq olmasından məlumatları olmamışdır. O, oğurladığı əşyalardan qalan pullarla tanımadığı şəxslərdən narkotik vasitə alıb qəbul etmişdir. Bundan başqa, 06 fevral 2021-ci il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində piyada gedərkən maddi vəziyyəti pis olduğundan və narkotik vasitə əldə etmək üçün pulu olmadığından orada yerləşən adını sonradan bildiyi Orman adlı şəxsin tikinti işləri aparılan bağ evindən oğurluq etməyi qərara almışdır. Həmin ərazilərdə çox olduğu üçün həmin evdə tikinti işləri aparıldığını və heç kimin yaşamadığını qabaqcadan bilmişdir. Həmin evin giriş qapısının sağ tərəfindən çəpərə yaxınlaşıb ətrafa baxaraq heç kimin onu görmədiyinə əmin olub çəpərə çıxıb həyətə tullanmışdır. Sonra həmin evin qapısının bağlı olduğunu görüb evin girişindən sağ tərtəfdə, 1-ci mərtəbənin dəmir barmaqlarından tutub yuxarı qalxaraq 2-ci mərtəbənin pəncərəsinin dəmir barmaqlıqlarından tutub balkona daxil olmuş, balkonun plastik qapısını bir neçə dəfə vurub təkanlayaraq qapını zədələməklə açmış və evə daxil olmuşdur. Evin 2-ci mərtəbəsində oğurlamaq üçün heç bir əşya olmadığından 1ci mərtəbəyə düşmüşdür. Evin giriş qapısından sol tərəfdə divara kondisioner bərkidildiyini görüb yerindən çıxarıb 2-ci mərtəbəyə qaldıraraq kondinsioneri özü ilə apardığı kəndirə bağlayıb həyətə salmışdır. Sonra özü də oradan həyətə düşmüşdür. Həyətdə evin sol tərəfinə, kondisionerin bağlandığı yerə keçib kondisionerin motorunu yerindən çıxartmışdır. Kondisioneri və motorunu götürüb qaldıraraq çəpərdən küçəyə tullamışdır. Sonra kondisioneri evdən aralıda sahibsiz həyətdə gizlətmiş və oradan evinə getmişdir. Həmin günün sabahı təxminən saat 09:00 radələrində yaşadığı evdən çıxıb yolda tanımadığı VAZ 21074 markalı, dövlət qeydiyyat nişanını bilmədiyi taksi avtomobilinə oturub oğurladığı əşyaları saxladığı yerə getmişdir. Taksi sürücüsünü də aldadaraq ona demişdir ki, evinin işləməyən yararsız əşyalarıdır, həmin əşyaları avtomobilin yük yerinə qoymuş, sonra taksi sürücüsündən onu metal yığan yerə aparmasını xahiş etmiş, taksi sürücüsü də onu yadında qalmayan tanımadığı metal yığan yerə aparmış, orada həmin kondisioneri 150 manata satmışdır. Taksi sürücüsü və metal yığan şəxsin həmin əşyaların oğurluq olmasından məlumatları olmamışdır. Oğurladığı əşyalardan qalan pullarla tanımadığı şəxslərdən narkotik vasitə alıb qəbul etmişdir. Bundan başqa 14 mart 2021-ci il tarixdə, gecə saat 04:00 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində piyada gedərkən maddi vəziyyəti pis olduğundan yolun kənarında yerləşən adını sonradan bildiyi Oruc adlı şəxsin Diana restoranına bitişik mağazasından oğurluq etməyi qərara almışdır. Həmin mağazanı tanıyırmış, bir neçə dəfə oraya siqaret almaqdan ötrü daxil olmuşdur. Mağazanın arxa tərəfinə keçib pilləkənlərlə yuxarı qalxıb arxa qapının plastik qapısını üzərində olan mismarçıxardan alətlə açaraq mağazaya daxil olmuşdur. Oradan çoxlu sayda Azərcell, Bakcell və Nar mobile operatorlarına məxsus danışıq kartlarını, nazik göy Sobrania, ağ LD kompakt, nazik boz LD və nazik Kent 4 markalı siqaretləri, kasadan da 1, 5, 10, 20, 50 manatlıq pul əskinaslarını oğurlayaraq mağazadan götürdüyü sellofan torbaya qoyub oradan uzaqlaşmışdır. Kassadan oğurladığı pulları cibinə qoymuşdur. Sonradan oğurladığı pulları sayaraq ümumilikdə 350 manat olmasını görmüşdür. Daha sonra danışıq kartlarını sayaraq 40 ədəd 2 manatlıq Cin, 50 ədəd 2 manatlıq Nar və 50 ədəd 3 manatlıq Sim danışıq kartları olduğunu, həmçinin siqaretləri də sayaraq 50 ədəd Nazik göy Sobrania, 45 ədəd nazik boz LD, 30 ədəd ağ LD kompakt və 4 ədəd nazik Kent 4 markalı siqaretlər olduğunu görmüşdür. Danışıq kartlarını sata bilməyəcəyi üçün dəniz kənarında yerə tullamış, dəqiq olaraq hansı tərəfə tullamağı yadında qalmamışdır. Siqaretləri isə özündə saxlayaraq həmin günün sabahı dəqiq yadında qalmayan mağazada, satıcıya yalandan əvvəllər işlədiyi siqaret firmasının ona borclu olduğu pulu ödəmək əvəzində verdiyini deyib həmin şəxsi buna inandıraraq ümumilikdə 200 manata satmışdır. Həmin pulu da özünə xərcləmişdir. Bundan başqa 07 aprel 2021-ci il tarixdə səhər saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Abşeron rayon, Masazır qəsəbəsinə getmişdir. Orada işlərini görüb qurtardıqdan sonra yaşadığı Sumqayıt şəhərinə gəlmək üçün yolun kənarına çıxmışdır. Yolun kənarında dayanıb maşın gözləyən zaman sifətdən tanıdığı, lakin adını və harada qaldığını bilmədiyi bir nəfər onun yanına gələrək yolun kənarında dayanmışdır. Həmin şəxslə biraz söhbət edən zaman həmin şəxs bilmişdir ki, o da narkotik vasitə istifadə edəndir. Ona görə də, həmin şəxs onda bir büküm narkotik vasitə olan heroin olduğunu ona demişdir. O da həmin heroinin qiymətini soruşanda həmin şəxs ona həmin heroini 45 manata satacağını demişdir. O da razılaşmış və həmin şəxsə 45 manat pul vermişdir. Həmin adını bilmədiyi şəxs də ondan 45 manatı alıb harasa getmiş və təxminən bir neçə dəqiqədən sonra onun yanına gələrək ağ kağıza bükülmüş və həmin kağızın içərisində ağ sellofana bükülmüş narkotik vasitə olan heroini ona vermişdir. O da həmin heroini alıb “LD” siqiretinin qutusunun içərisinə qoymuş və əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoyaraq istifadə etmək üçün Sumqayıt şəhərinə gəlmişdir. O, yol maşınlarının biri ilə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında avtomaşından düşmüşdür. Saat təxminən 14:55 radələrində Corat qəsəbəsində tək gedərkən bu vaxt polis əməkdaşları ona yaxınlaşıb saxlayaraq ondan adını, soy adını soruşmuşlar. O da polis əməkdaşlarına soy adını və adını demişdir. Polis əməkdaşları ona demişlər ki, o, narkotik vasitə gəzdirməkdə şübhəli bilinir və ondan Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməsini xahiş etmişlər. O, etiraz etməsə də, lakin cibində olan narkotik vasitənidə imkan tapıb ata bilməmişdir. Onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirmişlər. Orada xidməti otaqların birində video çəkilişlə onun üzərində nə varsa təqdim etməklərini bildirmişlər. O da əynində olan göy rəngli şalvarının sağ yan cibində saxladığı narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Ondan polis əməkdaşları həmin maddənin nə olmasını soruşanda təqdim etdiyi maddənin narkotik vasitə olan heroin olduğunu, Abşeron rayonu, Masazır qəsəbəsindən tanımadığı şəxsdən öz istifadəsi üçün özündə saxladığını bildirmişdir. Sonra üzərində saxlayaraq polisə təqdim etdiyi narkotik vasitəni polis əməkdaşı elektron tərəzidə çəkmiş və bundan sonra həmin narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Həmin narkotiki öz şəxsi istifadəsi üçün üzərində gəzdirirmiş və həmin narkotiki satmaq fikri olmamışdır. Bundan başqa 12 may 2021-ci il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində bacısı Zərərçəkmiş şəxs8 yaşadığı evin yaxınlığından piyada keçərkən Günellə təsadüfən rastlaşmış, Güneldən haraya getdiyini soruşmuş, o da anasının evinə baş çəkməyə getdiyini demişdir. Sonra ondan aralaşaraq yoluna davam etmişdir. Günel onun oğurluq cinayətləri törətməyindən məlumatı olduğundan onu öz evinə buraxmamışdır. Bacısının evdə olmamasından istifadə edib onun evindən oğurluq etməyi qərara almışdır. Bu məqsədlə də təxminən saat 15:00 radələrində həyət qapısına yaxınlaşmış, həyət qapısını yoxlayaraq açıq qalmasından istifadə edib ətrafa baxmış və heç kimin onu görmədiyinə əmin olub gizli şəkildə həyətə daxil olmuşdur. Sonra evə yaxınlaşaraq pəncərənin açıq olduğunu görüb setkanı çıxararaq evə daxil olmuş, eyvanda masa üzərində qoyulmuş Acer markalı notebooku və televizorun yanında qoyulmuş Sazz markalı modemi götürərək oğurlamış, sonra yataq otağına daxil olub orada qutunu açaraq içərisində olan 4 ədəd 5 və 1 ədəd 20 manatlıq, ümumilikdə 40 manat pulu da oğurlayaraq pəncərədən çölə çıxmış, setkanı da yerinə keçirtmişdir. Modemi və notebooku evində gizlətmiş, 40 manat pulu isə özünə xərcləmişdir. Sonradan bacısı evinə gedib notebook, modem və 40 manat pulunun oğurlandığını görüb bir başa ondan şübhələnmiş, ona görə ki, oğurluq hadisəsini törətməyindən bir saat əvvəl yolda bacısı ilə rastlaşmışdır. İfşa olunduğunu görüb 18 may 2021-ci il tarixdə oğurladığı notebooku və modemi bacısı Günelə qaytarmış, 40 manat pulu isə xərclədiyi üçün qaytara bilməmişdir. Bundan başqa onun maddi vəziyyəti pis olduğu üçün Zərərçəkmiş şəxs9 evindən oğurluq etməyi qərar almış, bu məqsədlə də 17 may 2021-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs9 yaşadığı ünvana gedib çəpərin kənarında dayanmış, gündüz vaxtı olduğu üçün ətrafa baxmış və heç kimin onu görmədiyinə əmin olub çəpərə çıxaraq həyətə tullanmışdır. Həyətdə oğurlanmalı əşyalar olduğu üçün evə daxil olmamışdır. Üzərində olan açarla həyətdə olan 1 ədəd su qızdırıcısını, 2 ədəd su mühərrikini və 1 ədəd hidraforu bağlandığı yerlərdən açaraq oğurlayıb həyətdə kənara qoymuşdur. Sonra həmin əşyaları çəpərdən küçəyə tullamış, özü də çəpərə çıxıb küçəyə tullanmışdır. Əşyaları tanımadığı taksi avtomobili ilə əşya bazarına aparmış, orada tanımadığı şəxsə su qızıdırıcısını 50 manata, 2 ədəd su mühərrəkinin hər birini 20 manata, hidraforu isə 10 manata satıb həmin pullarla yadında qalmayan mağazadan ərzaq məhsulları almışdır. Pulun müəyyən hissəsi ilə də tanımadığı şəxsdən narkotik vasitə heroin alıb qəbul etmişdir. Həmin əşyaları oğurluq əşyalar olmasından taksi sürücüsü və əşyaları satdığı şəxsin məlumatları olmamış, onlara yalan olaraq demişdir ki, həmin əşyalar evinin əşyalarıdır, onlar da ona inanmışlar. Bundan başqa 23 may 2021-ci il tarixdə saat 09:00 radələrində Sumqayıt şəhəri, Corat bağları massivi ərazisində satıb pul əldə etməkdən ötrü zibilliklərdən dəmir qutular yığmışdır. Sonra həmin dəmir qutuları satmaq qərarına gəlmişdir. Yığıdığı dəmir qutuları satmaq üçün yoldan keçən tanımadığı şəxsdən maraqlanıb həmin dəmir qutuları kimlərin yığdığını soraq etmiş, həmin şəxs də ona bir qapını göstərmişdir. Həmin ünvan əvvəllər tanımadığı, adını sonradan bildiyi Elmin adlı şəxsin yaşadığı ünvan olmuşdur. Təxminən saat 10:00 radələrində küçə qapısına yaxınlaşıb ev sahibini çağırmış, lakin heç kim səsinə cavab verməmişdir. Küçə qapısından görmüşdür ki, evin qarşı hissəsində, pilləkənlərin üstündə velosiped vardır. Həmin velosipedi oğurlamaq məqsədi ilə yığdığı dəmir qutuları küçədə atıb gizli şəkildə həyətə daxil olmuşdur. Sonra evə doğru yaxınlaşıb pilləkənlərlə yuxarı qalxıb evin giriş qapısının yanında, pilləkənlərin üstündə olan velosipedi oradan oğurlayaraq həyət qapısından küçəyə çıxartmışdır. Həmin küçədən bir qədər aralandıqdan sonra siqaret çəkməkdən ötrü alışqan almaq üçün təsadüfən rastlaşdığı tanımadığı şəxsdən alışqan istəmiş, həmin şəxs alışqan olmadığını demiş, həmin şəxsə oğurladığı velosipedin özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan 25 manata satmaq istədiyini demiş, həmin şəxs də onunla razılaşmış və velosipedi ona 25 manata satmışdır. Həmin şəxs velosipedin oğurluq olmasını bilməmişdir. Bundan başqa həmin 25 manat pulla oğurluq hadisəsini törətdiyi gün, yəni 23 may 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhərində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş narkotik vasitə heroin almış, sonra həmin yerdən uzaqlaşmışdır. Həmin şəxs özünü ona təqdim etməmiş və yaşadığı ünvanını da deməmişdir. Həmin narkotik vasitədən qəbul etməmiş və sabah gecə saatlarında qəbul etməyi fikirləşmişdir. 24 may 2021-ci il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində piyada olaraq yaşadığı evə doğru gedərkən polis əməkdaşları ona yaxınlaşaraq onu saxlayıb şöbəyə aparmışlar. Başa düşmüşdür ki, üzərində narkotik vasitə heroin olmasından onların məlumatları vardır. Polis Bölməsində olan xidməti otaqda dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa təqdim etsin, o da əynindəki şalvarının sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. Polis əməkdaşı tərəfindən bükümə baxış keçirilmişdir. Sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş narkotik vasitə heroindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin büküm elektron tərəzidə çəkilərək təxmini çəkilmişdir. Həmin narkotik vasitə heroini qəbul etmək məqsədi ilə əldə etmiş, satmaq məqsədi olmamışdır. Ona oğurladığı əşyaları almaqda qabaqcadan vəd verən olmamışdır. Oğurladığı əşyaları satdığı tanımadığı şəxslərin və ya satmaqdan ötrü tanımadığı taksi avtomobilləri ilə apardığı şəxslərin həmin əşyaların oğurluq olmasından məlumatları olmamışdır. Qeyd etdiyi oğurluq hadisələrini tək törətmiş, həmin oğurluqlarda ona köməklik edən və ya oğurluq törədəcəyindən heç kimin qabaqcadan məlumatı olmamışdır. Oğurluq hadisələrinin törədilməsində istifadə etdiyi alət və əşyaları atmış, lakin konkret olaraq haraya atmağı yadında qalmamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Cəmulla oğlu, X13, Zərərçəkmiş şəxs7 Tayirxan oğlu, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Cəmulla oğlunun, X7, Zərərçəkmiş şəxs7 Tayirxan oğlunun, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Laçın şəhəri, M.Əzizbəyov küçəsi, ev 92-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 44-cü məhəllə, ev 18, mənzil 4-də ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. Daimi olaraq heç bir yerdə işləmir, fərdi işlə məşğul olur. Sumqayıt şəhəri, Qurd dərəsi 2-ci dayanacaqda bağ evi vardır. Həmin bağ evində təmir işləri getdiyi üçün yaşayış yoxdur. 08.10.2020-ci il tarixdə təxminən saat 13:00 radələrində evdə olarkən anası ona zəng edib demişdir ki, bağ evlərinin darvazasının qıfılı qırılıb və evə oğurluğa giriblər. Evdən çıxıb bağa gedib görmüşdür ki, həqiqətən də evin darvazasının qıfılı qırıqdır. İçəri daxil olub evin mətbəxinin pəncərəsi açıq olduğunu görmüş, evin dəhlizində olan 1 ədəd 200 manat dəyərində qədimi od samovarı, 1 ədəd 60 manat dəyərində manqal, 1 ədəd markasını xatırlamadığı 40 manat dəyərində drel, 1 ədəd markasını xatırlamadığı 100 manat dəyərində preparator yerində olmadığını görmüşdür. Daha sonra qonaq otağına keçib görmüşdür ki, otağa qoyduğu 1 ədəd markasını xatırlamadığı 180 manat dəyərində stolüstü qaz peçi və 1 ədəd markasını xatırlamadığı 120 manat dəyərində aspirator (hava təmizləyici) da otaqda yoxdur. Evdən əşyaların oğurlandığını görüb DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinə müayinə edib çıxıb getmişlər. Ona məxsus evdən bir ədəd 30 illik və 5 litrlik mis materialdan olan od samovarı, bir ədəd paxlava dəmirdən olan, açılıb-yığılan manqal, bir ədəd Alman istehsalı olan Bosch GSB 13 RE markalı drel, bir ədəd Rus istehsalı olan 5 kiloluq İnterskol markalı preparator, bir ədəd Alman istehsalı olan Simens markalı stolüstü qaz peçi, bir ədəd Alman istehsalı olan Simens markalı aspirator oğurlanmışdır. Oğurluq hadisəsi 05.10.2020-ci il tarixdə saat 18:00 radələrindən 08.10.2020-ci il tarixdə saat 13:00 radələri arasında baş vermiş, belə ki, sonuncu dəfə onlar 05.10.2020-ci il tarixdə bağ evinə gedəndə evdən oğurluq olmamışdır. 08.10.2020-ci il tarixdə isə anasıgil bağ evinə gedib görmüşdür ki, evə naməlum şəxslər girib oğurluq ediblər. Bu səbəbdən oğurluq hadisəsinin qeyd etdiyi tarixdə baş verdiyini düşünür. Baş vermiş oğurluq hadisə ilə bağlı şübhələndiyi konkret olaraq hər hansı bir şəxs yoxdur. Məhkəmədə ifadəsi elan edilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıxanski 81A, mənzil 211-də yaşayır. Rəsmi olaraq iş yeri yoxdur. Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 532 D nömrəli bağ sahəsi ona məxsusdur. Həmin bağ sahəsində Aydın adlı qohumu usta kimi işləyirmiş. Həmin evdə tikinti işləri aparıldığı üçün orada yaşayış olmamışdır. Aydın usta da saat təxminən 20:00 radələrinədək bağ evində işləmişdir. 02 noyabr 2021-ci il tarixdə səhər saatlarında Aydın usta ilə birlikdə tikinti işləri aparılan bağ evinə getmiş, lakin həyət darvazasını açmaq istəsə də qapı açılmamışdır. Bunu görən Aydın usta hasardan həyətə keçib qapının içəridən bağlandığını görüb küçə qapısını açmışdır. Tikinti işləri aparılan evə daxil olub görmüşdür ki, orada Aydın ustanın təmir işlərini görməsindən ötrü aldığı bir ədəd Alman istehsalı olan 250 manat dəyərində Bosch GWS 22-230 H markalı laqonda, bir ədəd 300 manat dəyərində 250 amperlik Pesanta markalı qaynaq aparatı oğurlanmışdır. Oğurluq hadisəsini törədən şəxs həyətə çəpərdən tullanmaqla daxil olub oradan evin 2-ci mərtəbəsinin boşluq hissəsində 1-ci mərtəbəyə düşüb usta Aydının otaqda qoyduğu bir ədəd laqonda və qaynaq aparatını oğurlamışdır. Oğurluq hadisəsinin kim və ya kimlər tərəfindən törədilməsini bilmir, bununla bağlı şübhələndiyi kimsə də yoxdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 550 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədə ifadəsi elan edilən Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında ailəsi ilə birlikdə yaşayır. Yaşadığı evə bitişik ərzaq mağazası var. Həmin mağazanı səhər saat 08:00 radələrində açır, axşam saat 21:00 radələrində bağlayır. 07.11.2020-ci il tarixdə saat 20:55 radələrində mağazanın evə bitikiş olan plastik qapısını kilidləyib evə girmişdir. Mağazanın içərsində 4 qapı vardır. Həmin qapılardan 3-ü dəmirdən, biri isə plastikdəndir. Həmin plastik qapı evə bitişik olduğundan onu plastikdən qoymuşdur. Həmin vaxt onların evində təmir getdiyindən müvəqqəti yanaşı həyətdə olan evlərində qalırmışlar. 08.11.2020-ci il tarixdə səhər saat 08:00 radələrində mağazaya gəldikdə əsas qapısı olan dəmir qapıdan içəriyə girmişdir. İçəriyə girdikdə üzbə üzdə olan siqaret rəfində siqaretlərin olmadığını görmüşdür. Çünki həmin rəfdə siqaretlər çox olduğundan, həmin vaxt onlar olmadığı üçün tez gözünə dəymişdir. Oğurluq olduğunu anlamış və maqazinin qapılarına baxdıqda bütün qapıların bağlı olduğunu, lakin plastik qapının naməlum şəxs və ya şəxslər tərəfindən dəmir parçası ilə aralandığını görmüşdür. Dərhal Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə məlumat vermişdir. Polis əməkdaşları gələrək mağazaya baxış keçirtmişlər. Məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evin həyətinə hasardan aşmaqla daxil olmuş, sonra da dəmir parçası ilə plastik qapını aralayıb mağazaya daxil olmuşlar. Onlarla birlikdə mağazaya diqqətlə baxdıqda rəflərdə olan müxtəlif markalı siqaretlərin, kassada olan 500 manat pulun, müxtəlif ərzaq məhsullarının, bir ədəd preferatorun oğurlandığını görmüşdür. Bundan başqa həmin şəxs və ya şəxslər mağazadan tələsik oğurluq etdiklərindən maqazin də biraz dağınıq formada olmuşdur. Ona məxsus mağazadan bir ədəd Alman istehsalı olan Bosch GBH 2-25 F markalı pereforator, 44 qutu nazik Winchester, 25 qutu kompakt Winchester, 23 qutu nazik LD, 18 qutu kompakt LD, 35 qutu kompakt Maqna, 30 qutu nazik Maqna, 56 qutu nazik Sobranie, 21 qutu kompakt Classic, 74 qutu nazik Palmall, 55 qutu kompakt Rotmans, 65 qutu nazik Winston XS, 20 qutu nazik Kent 4, 43 qutu nazik Want, 10 qutu qalın Azəri, 28 qutu qalın West, 20 qutu qalın Prima, 60 qutu qalın Arqo, 30 qutu qalın Kent, 10 qutu qalın Bakı siqaretləri, 1 qutu 1 kiloqramlıq Azərçay, 2 ədəd 100 qramlıq Beta çayı, 2 ədəd 100 qramlıq Berqa çayları, 3 ədəd 1 litrlik Final yağı, 1 ədəd 1 kq. 800 qramlıq Supersun yağı, 2 ədəd hər biri 1 kq. 900 qram olan kalbasa, 10 ədəd hər biri 35 qramlıq Snikers, 10 ədəd hər biri 55 qramlıq Mars, 10 ədəd hər biri 55 qramlıq Twix markalı şokoladlar, 8 ədəd hər biri 90 qramlıq Alpengold şokoladı, 5 ədəd Kit-Kat markalı şokoladlar, 1 kiloqram Belore Stratos markalı şokoladlar oğurlanmışdır. Oğurluq nəticəsində mağazada stolun altında olan kassadan 30 manatı qəpik olmaqla 500 manat nağd pul, 1 qutusunun qiyməti 3,80 manat olan 56 qutu nazik Sobranie, 1 qutusunun qiyməti 2,40 manat olan 44 ədəd boz Vinçester, 1 qutusunun qiyməti 3 manat olan 23 qutu nazik boz LD, 1 qutusunun qiyməti 2,70 manat olan 18 qutu ağ LD kompakt, 1 qutusunun qiyməti 2,10 manat olan 21 qutu boz kompakt Classik, bir qutusunun qiyməti 2,40 manat olan 74 qutu nazik Pallmall, bir qutusunun qiyməti 2,40 manat olan 55 qutu kompakt Rothmans, bir qutusunun qiyməti 3,30 manat olan 65 qutu nazik Vinston XS, bir qutusunun qiyməti 3,50 manat olan 20 qutu nazik Kent 4 siqareti, bir qutusunun qiyməti 2,20 manat olan 43 qutu nazik Vant, bir qutusunun nqiyməti 2,40 manat olan 25 qutu kompakt Vincestor, bir qutusunun qiyməti 1,60 manat olan 10 qutu Azəri siqareti, 1 qutusunun qiyməti 2,20 manat olan 28 qutu qalın Vest siqareti, bir qutusunun qiyməti 1,90 manat olan 20 qutu Prima siqareti, bir qutusunun qiyməti 1,90 manat olan 35 qutu kompakt Maqna siqareti, bir qutusunun qiyməti 1,90 manat olan 30 qutu nazik Maqna siqareti, bir qutusunun qiyməti 1,60 manat olan 60 qutu qalın Arqo siqareti, 1 qutusunun qiyməti 3,50 manat olan 30 qutu qalın Kent siqareti, bir ədədinin qiyməti 1,60 manat olan 10 qutu Bakı siqareti, bir kiloluq qutusunun dəyəri 12 manat olan 2 kiloluq qutu Azərçay, hər birinin çəkisi 100 qram olan və qiyməti 2,40 manat olan 2 ədəd Beta və 2 ədəd Berqa çayları, 1 litrlik 3 ədəd hər birinin dəyəri 4,60 manat olqan Final duru yağı, 1 litrlik dəyəri 14 manat olan bir əfdəd Supersun yağı, bir ədədi 15 manat olan 2 ədəd Flaqman markalı kolbasa, bir ədədi 1 manat olan 30 ədəd snikers, mars, tviks markalı şokolad, bir ədədi 1,70 manat olan 8 ədəd Alpenqold şokoladı, 20 manat dəyərində qarışıq şirniyyat, 270 manat dəyərində 1,2,3,5,10 manatlıq Nar, Sim, Cim konturlar, bir ədəd rəfin altında olan 2020-ci ilin avqust ayında 230 manata alınmış, hazırda 200 manat olan “Bosch” markalı pereferator oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumi 2809,90 (iki min səkkiz yüz doqquz manat doxsan qəpik) manat maddi ziyan dəymişdir. Məhkəmədə ifadəsi elan edilən Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi, 3-cü korpus, mənzil 4də ailəsilə birlikdə yaşayır. Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, ev 1387 saylı bağ ona məxsusdur və oranı 2002-ci il tarixdə almış və oraya hərdən bir getmişdir. Həmin bağ evində 2020-ci ilin oktaybr ayında təmir işləri aparmağa başlamışdır. Evinin mansartı təmirsiz olduğu üçün oranı da təmir etdirmək qərarına gəlmişdir. 17.01.2021-ci il tarixdə bağa gedərək ustaların gördüyü işə baxmış, bağda hər şey qaydasında olmuşdur. Ustalar da öz işləri ilə məşğul olmuşlar. 20.01.2021-ci il tarixdə orada işləyən Ceyhun adlı usta ona zəng edərək evin zirzəmisindən oğurluq olduğunu demişdir. O da oraya getməmişdən qabaq “102” xidmətinə məlumat vermişdir. Bakı şəhərində qaldığından həmin vaxtı oraya gedə bilməmişdir. Lakin Ceyhun orda olduğundan onun iştirakı ilə baxış keçirilməsini bildirmişdir. O da 2 gün sonra oraya getmiş və Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gedərək ərizə vermişdir. Orada olduqda naməlum şəxs və ya şəxslərin 19.01.2021-ci il tarixdən 20.01.2021-ci il tarixə keçən gecə evin hasarından keçməklə həyətə daxil olduqlarını və evin zirzəmisinə daxil olaraq oradan bir ədəd 10 lirtl tutumlu, misdən, hazırda təxminən 150 manat olan samovar, bir ədəd “ Grand” markalı, 26 ölçülü, Almaniya istehsalı, təxminən 5-6 il bundan qabaq 600 dollara aldığı velosiped, bir ədəd markasını bilmədiyi təxminən 70 manata olan drel, bir ədəd də markasını bilmədiyi təxminən 80 manata olan laqonda, təxminən oğurluqdan 15 gün qabaq 15 manata aldığı 35 metr uzunluğunda elektrik naqili oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona təxminən 1335 (min üç yüz otuz beş) manata yaxın maddi ziyan dəymişdir. Məhkəmədə ifadəsi elan edilən Zərərçəkmiş şəxs5 Cəmulla oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi ərazisində 3703 saylı bağ sahəsi ona məxsusdur və orada özünə ev tikdirmişdir. Belə ki, ev təmir olunsa da qalıq qalmış işləri gördükdən sonra orada yaşamağı planlaşdırmışdır. 25 yanvar 2021-ci il tarixdə sonuncu dəfə bağ evinə gedərək ora baş çəkdikdən sonra evdə hər şeyin qaydasında olduğunu müəyyən edib qayıtmışdır. 28.01.2021-ci il tarixdə saat 20:00 radələrində bağ evinə baş çəkməkdən ötrü yenidən bağ evinə gələn zaman ona məlum olmuşdur ki, evin giriş qapısının qıfılı sındırılmışdır. Evə daxil olduqda evin 1-ci mərtəbəsində 28-lik kombi aparatı, 2-ci mərtəbədən isə 1 ədəd 28-lik kombi aparatı, 1 ədəd “Nevo” markalı suqızdırıcı, 1 ədəd işıq tənzimləyici aparat, bir ədədi 40 manat olan 7 ədəd divar kağızı, müxtəlif tikinti ləvazımatları, bundan əlavə evin həyətində olan qaraja baxan zaman oradan 2 ədəd su nasosu, 380 manat dəyərində dəmir profillər, 1 ədəd qaynaq aparatı, 1 ədəd laqonda, 1 ədəd drelin naməlum şəxs tərəfindən oğurlandığını müəyyən etdikdən sonra baş vermiş hadisə ilə bağlı olaraq DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Oğurluq hadisəsinin 25.01.2021-ci il tarixdən 28.01.2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxslər evin giriş qapısının qıfılını sındıraraq evin 1-ci mərtəbəsində markasını bilmədiyi dəyəri 800 manat dəyərində 28-lik kombi aparatı, 2-ci mərtəbədən isə 1 ədəd 800 manat dəyərində 28-lik kombi aparatı, 1 ədəd 350 manat dəyərində“Nevo” markalı suqızdırıcı, 1ədəd 110 manat dəyərindı işıq tənzimləyici aparat, ümumi dəyəri 280 manat olan 7 ədəd divar kağızı, 50 manat dəyərində müxtəlif tikinti ləvazımatları, bundan əlavə evin həyətində olan qaraja baxan zaman oradan ümumi dəyəri 300 manat olan 2 ədəd su nasosu, 380 manat dəyərində dəmir profillər, 1 ədəd dəyəri 280 manat olan qaynaq aparatı, 1 ədəd 250 manat dəyərində laqonda, 1 ədəd 200 manat dəyərində drel oğurlanmışdır. Ona məxsus evdən bir ədəd İtaliya istehsalı olan Biasi markalı 28-lik kombi aparatı, bir ədəd İtaliya istehsalı olan Biasi markalı 28-lik kombi aparatı, bir ədəd Rus istehsalı olan Neva markalı suqızdırıcı, bir ədəd markası bilinməyən işıq tənzimləyici aparat, iki ədəd şpatel, iki ədəd kəlbətin, üç ədəd vint açan, iki ədəd Alman istehsalı olan markası bilinməyən su nasosu, eni 6 metr, uzunluğu 3 metr olan dəmir profillər, bir ədəd 220 amperlik markası bilinməyən qaynaq aparatı, bir ədəd Alman istehsalı olan Bosch markalı GWS 22-230 H markalı laqonda, bir ədəd Alman istehsalı olan Bosch GSB 13 RE markalı drel, yeddi ədəd 10 metrlik divar kağızı oğurlanmışdır. Oğurluq hadisəsi zamanı ona 3800 manat ziyan dəymişdir. Məhkəmədə ifadəsi elan edilən zərərçəkmiş şəxs X13 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 4-cü döngədə fərdi həyət evində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq iş yeri yoxdur. Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 1097 saylı bağ evi ona məxsusdur. Həmin evdə yaşayış olmasa da, mütəmadi olaraq oraya gedib evə nəzarət edir. Həmin evdə sonuncu dəfə 23 yanvar 2021-ci il tarixdə olmuşdur. 07 fevral 2021-ci il tarixdə saat 16:05-də Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 1097 saylı bağ evinə getmiş, evin dəmir qapısını açarla açıb evə daxil olduqdan görmüşdür ki, evin mətbəxti dağınıq haldadır, evə girişdən sol tərəfdə divara bərkidilmiş LG markalı kondinsioner yerində yoxdur, sonra evdən çölə çıxıb evin divarına bərkidilmiş həmin kondinsionerin mühərrikinin də yerində olmadığını, yəni oğurlandığını görmüşdür. Daha sonra evə daxil olub 2-ci mərtəbəyə qalxmış və balkonun qapısının zədələnərək açıq vəziyyətdə olduğunu görmüşdür. Dərhal başa düşmüşdür ki, evindən bir ədəd kondinsioneri mühərriki ilə birlikdə oğurlayan şəxs evin 1-ci mərtəbəsinin divara bərkidilmiş dəmir barmaqlıqlarından tutub yuxarı qalxaraq 2-ci mərtəbənin balkonuna çıxmış, balkonun qapısını da zədələyib açmaqla evə daxil olmuş və oğurluq hadisəsini törətmişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı konkret olaraq şübhələndiyi adam yoxdur. Oğurluq hadisəsinin kim və ya kimlər tərəfindən törədilməsini bilmir. Ona məxsus oğurlanmış kondinsioner 2018-ci il istehsallı, 120 kv/metrlik Art-kol LG markalı motoru ilə birlikdə olan kondinsioner idi, həmin kondinsionerin qiyməti 2000 manatdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2000 manat maddi ziyan dəymişdir. Məhkəmədə ifadəsi elan edilən Zərərçəkmiş şəxs7 Tayirxan oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, fərdi həyət evində ailəs ilə birlikdə yaşayır. Rəsmi iş yeri yoxdur. Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Diana” restoranına bitişik marketi 26 may 2020-ci il tarixdən etibarən icarəyə götürüb işlədir. Mağazanı saat 09:00 radələrində açır, 22 radələrində isə bağlayır. 14 mart 2021-ci il tarixdə, saat 09:00 radələrində işlətdiyi mağazaya getmişdir. Mağazada olan əşyaların bir qədər dağınıq vəziyyətdə olduğunu görmüş, mağazaya ətraflı şəkildə nəzər keçirdikdə görmüşdür ki, mağazada rəfdə qoyduğu 23 ədəd ədəd 1 manatlıq, 15 ədəd 2 manatlıq, 12 ədəd 5 manatlıq, 6 ədəd 10 manatlıq, 2 ədəd 20 manatlıq Azərcell, 15 ədəd 1 manatlıq, 10 ədəd 2 manatlıq, 5 ədəd 5 manatlıq, 3 ədəd 10 manatlıq Baksell, 17 ədəd 1 manatlıq, 2 ədəd 5 manatlıq Nar danışıq kartları, ümumi dəyəri 420 manat olan 50 ədəd nazik göy Sobrania, 45 ədəd nazik boz LD, 30 ədəd ağ Kompakt LD, 4 ədəd nazik qara Kent 4 markalı siqaretlər, kassadan ümumilikdə 350 manat nağd pul oğurlanmış, mağazanın arxa qapısı zədələnərək açılmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1100 manat maddi ziyan dəymişdir. Ona sonradan məlum olmuşdur ki, mağazada oğurluq hadisəsini Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs törətmişdir. Anar mağazanın arxa qapısını zədələmək yolu ilə qapını açaraq mağazaya daxil olub oğurluq etmişdir. Mağazanın müşahidə kamerasını izləyərkən görmüşdür ki, 14 mart 2021-ci il tarixdə, saat 04:38-də başında qara kantlı papaq, üzündə açıq göy rəngli tibbi maska, əynində tünd göy rəngli qış gödəkçəsi və tünd rəngli şalvar geyinən şəxs mağazanın arxa qapısını sındırmaq yolu ilə içəri daxil olaraq kassanın ətrafından oğurluq edir. Həmin videogörüntünü istintaqa təqdim edə bilmir, ona görə ki, mağazadakı müşahidə kamerasında qeydə alınan videogörüntülər 14 gün yaddaşda qalır, 14 gün tamam olduqda videogörüntülər yenilənir, oğurluq hadisəsinin baş verdiyi vaxtdan da 14 gün keçdiyinə görə oğurluq hadisəsinin baş verdiyi anın qeydə alındığı videogörüntüsü silinmişdir. Məhkəmədə ifadəsi elan edilən Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 227-də qeydiyyatda olsa da, ünvan 10 ünvanındakı fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Heç yerdə işləmir. 12 may 2021-ci il tarixdə, saat 14:00 radələrində evdə heç kim olmadığı üçün anasına baş çəkməkdən ötrü onun yaşadığı evə doğru yola düşmüşdür. Yolda qardaşı Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Anar mütəmadi olaraq narkotik vasitələrin qəbulu və oğurluqlar etməklə məşğul olduğundan o və ailə üzvləri onu həyətlərinə və evlərinə buraxmırlar. Anarla rastlaşarkən Anar ondan haraya getdiyini soruşmuş, o da demişdir ki, anasına baş çəkməkdən ötrü anasının evinə gedir. Evdə heç kim olmadığı üçün Anarın evindən oğurluq edə biləcəyindən narahat olmuş, lakin buna əhəmiyyət verməmiş və anasının evinə getmişdir. Həmin vaxtdan bir qədər keçdikdən sonra, yəni təxminən saat 19:00 radələrində anasının evindən çıxıb öz evinə getmişdir. Evdən çıxarkən həyət qapısını kilidləməmiş, lakin evin qapısını isə kilidləmişdir. Həyət qapısını açıb həyətə daxil olmuş, evin qapısını da açıb evə daxil olmuşdur. Evə daxil olduqda görmüşdür ki, eyvanda qoyduğu 350 manat dəyərində Acer markalı notebooku və 150 manat dəyərində evə internet paylayan Sazz markalı modem yoxdur. Sonra yataq otağında qutunun içərisində qoyduğu 5 və 20 manatlıq, ümumilikdə 40 manat pulunun da olmadığını görmüşdür. Bunları görüb başa düşmüşdür ki, qardaşı Anar evdə heç kimin olmadığını bilib yaşadığı evə daxil olaraq oğurluq hadisəsini törətmişdir. Anar evinə pəncərədən daxil olmuş, evdən çıxarkən pəncərəni kilidləməmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 540 manat maddi ziyan dəymişdir. O və ailə üzvləri qardaşı Anarı həyətlərinə buraxmırlar, ona görə ki, onun oğurluq hadisələri törətməsindən və narkotik vasitələrdən qəbul etməsindən məlumatları vardır. Baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat verişdir. Anarın barəsində şikayət etdiyi üçün Anar 18 may 2021-ci il tarixdə ona məxsus Acer markalı notebooku və Sazz markalı modemi qaytarmış, 40 manat pulu isə xərclədiyi üçün qaytarmamışdır. Anar oğurladığı Acer markalı notebooku və Sazz markalı modemi ona qaytarsa da, həmin əşyalar zədələndiyi üçün Sumqayıt şəhərində yerləşən əşya bazarında tanımadığı şəxsə Acer markalı notebooku 150 manata, Sazz markalı modemi isə 35 manata satmış, kimə satmağını da bilmir. Həmin əşyaları Anar ona qaytardığı gün, 18 may 2021-ci il tarixdə satmışdır. Məhkəmədə ifadəsi elan edilən Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanında tək yaşayır. Heç yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır. Anar onun qonşusudur. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Anar yaşadıqları məhəllədə narkotik vasitələrdən qəbul edən və oğurluq edən şəxs kimi tanınır. 17 may 2021-ci il tarixdə saat 21:00 radələrində yaşadığı evə gəlib görmüşdür ki, həyətdə 120 manat qiymətində bir ədəd Termet markalı 24 litr həcmli su qızdırıcısı, 80 manat qiymətində bir ədəd Marsu markalı, 0,75 kv-lıq su mühərriki, 40 manat qiymətində bir ədəd Marquis markalı, 0,75 kv-lıq su mühərriki və 20 manat qiymətində bir ədəd Stainless Steel- Self-Priming Booster markalı, W15G-15 model, 15 mm kalibrli hidrafor bağlandığı yerlərindən açılaraq aparılmış, yəni oğurlanmışdır. Bunu gördükdə dərhal başa düşmüşdür ki, qonşusu Anar həyətinə çəpərdən tullanıb daxil olaraq həmin əşyaları bağlandığı yerlərindən söküb apararaq oğurlamışdır. Anardan başqa yaşadığı məhəllədə oğurluq edən yoxdur, həmin oğurluq hadisəsini qonşusu Təqsirləndirilən şəxs törətmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 260 manat maddi ziyan dəymişdir. Məhkəmədə ifadəsi elan edilən Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Corat bağlarında yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Heç yerdə işləmir və heç bir məşğuliyyəti yoxdur. Özünə məxsus 26 ölçülü Steels markalı velosipedi vardır. Həmin velosipedi yadında qalmayan mağazadan 250 manata almışdır. Velosipedini mütəmadi olaraq yaşadığı evin giriş hissəsində, pilləkənlərdən yuxarıda, evin giriş qapısının yanında saxlamışdır. 22 may 2021-ci il tarixdə saat 19:00 radələrində yaşadığı evə gəlib həmişəki kimi velosipedini pilləkənlərin yuxarı hissəsində saxlayıb evə daxil olmuşdur. 23 may 2021-ci il tarixdə yaşadığı evdə yatmışdır. Sonra yuxudan oyanıb təxminən saat 15:00 radələrində evdən çıxarkən pilləkənlərin yuxarı hissəsində saxladığı velosipedinin orada olmadığını, yəni oğurlandığını görmüşdür. Həmin gün velosipedinin kim və ya kimlər tərəfindən oğurlanmasını müəyyən etmək üçün qonşuluqdan maraqlanmış, lakin oğurluq hadisəsini törədənləri müəyyən edə bilmədiyi üçün 24 may 2021-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Sonra Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gedib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Oğurluq hadisəsini törədən naməlum şəxs yaşadığı evin həyət qapısını açaraq həyətə daxil olub pilləkənlərin üstündə qoyduğu velosipedi oradan götürüb qapıdan küçəyə çıxarıb oğurlamışdır. Sonradan Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, həmin oğurluq hadisəsini Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs törətmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonunda ailəsi ilə birlikdə yaşayır. Ev tikintisi və təmir işləri ilə məşğul olur. Zərərçəkmiş şəxs2 onun qohumudur. Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 532 D nömrəli bağ sahəsi Zərərçəkmiş şəxs2 məxsusdur. Həmin bağ sahəsində usta kimi işləyir, yəni bağ sahəsində evin tikinti işlərini görmüş və bütün işlərə nazərət etmişdir. Həmin evdə tikinti işləri aparıldığı üçün orada yaşayış olmamış, yəni gecələr evdə heç kim qalmamışdır. O da təxminən saat 20:00 radələrinədək həmin bağ evində olmuşdur. 02 noyabr 2021-ci il tarixdə səhər saatlarında ev sahibi Aynurə ilə birlikdə tikinti işləri aparılan bağ evinə getmiş, lakin həyət darvazasını açmaq istəsələr də, qapı açılmamışdır. O hasardan həyətə keçərək qapının içəridən bağlandığını görüb küçə qapısını açmışdır. Tikinti işləri aparılan evə daxil olub görmüşlər ki, orada təmir işlərini görməsindən ötrü Aynurənin aldığı bir ədəd Alman istehsalı olan 250 manat dəyərində Bosch GWS 22-230 H markalı laqonda və bir ədəd 300 manat dəyərində 250 amperlik Pesanta markalı qaynaq aparatı oğurlanmışdır. Oğurluq hadisəsini törədən naməlum şəxs həyətə çəpərdən tullanmaqla daxil olmuş, oradan da evin 2-ci mərtəbəsinin boşluq hissəsindən evə daxil olmuş və 1-ci mərtəbəyə düşərək oradan bir ədəd laqonda və bir ədəd qaynaq aparatını oğurlamışdır. Oğurluq hadisəsinin kim və ya kimlər tərəfindən törədilməsini ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 6 ildir ki ev ustası işləyir. Adətən universal işlər görür. Zərərçəkmiş şəxs4 təxminən 1 ildirki tanıyır, beləki ona məxsus Sumqayıt şəhəri, Novxanı bağları, fərdi evdə təmir işləri görür. Oradan oğurluq olmamışdan əvvəl evdə onunla bərabər Azər və Namiq adlı şəxslər də işləyirdi. Namiqi və Azəri də əvvəlcədən tanımamış, oradan tanımışdır. Azərlə Namiq evə suvaq vururmuşlar. Bəhram də tez-tez gəlib evə baş çəkərək görülmüş işlərə baxmışdır. Bəhrəm 17.01.2021-ci il tarixdə bağa gələrək görülmüş işlərə baxmış, həmin ərəfələrdə Azər işini yekunlaşdırıb getmişdir. Orada onunla Namiq işləmiş, özünə kömək etmək üçün xalasının oğlu Mahir Kərimovu da gətirmişdir. 19.01.2021-ci il tarixdə axşam saat 17:00 radələrində evdən çıxaraq öz evlərinə getmişdir. O və Mahir 20.01.2021-ci il tarixdə səhər saat təxminən 09:00 radələrində evə gəlmişlər. İçəriyə girdikdə evdə iş görmək üçün Bəhramın aldığı drel və laqonda lazım olduğundan onu tapa bilməmişdir. Sonra evin zirzəmisinin girişinə qoyduğu taxtanın da kənara çəkildiyini görmüşdür. Oğurluq olduğunu anladığı üçün Bəhrama zəng edərək evdən oğurluq olduğunu demişdir. Bəhram xəstə olduğu üçün özünün gələ bilmədiyini onun DİN-nin “102” xidmətinə zəng etməyini demişdir. O da DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Sonra oraya Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları gəlmişlər və oraya baxış keçirtmişlər. İki gün sonra Bəhram da evə gəlmişdir. O, evə baxdıqda evin zirzəmisindən bir ədəd velosiped, bir ədəd samovar, bir ədəd drel, bir ədəd laqonda və 35 meter uzunluğunda elektrik naqillərinin oğurlandıqlarını görmüşlər. Sonra Bəhram Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gedərək ərizə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 24 may 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə etibarlı və qərəzsiz mənbədən ünvan 12 ünvanında yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bardə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa edilərək cinayət başında yaxalanması məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin polis nəfəri, polis serjantı Şahid6 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra isə onlar tərəfindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək onun Sumqayıt şəhəri, Corat qəsəbəsindəki yaşayış evinin yerləşdiyi küçə və ətraf ərazilər müşahidəyə götürülmüşdür. 24 may 2021-ci il tarixdə, saat 20:30 radələrində radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsindəki yaşayış evinin yerləşdiyi küçə ilə piyada hərəkət etməsini görüb ona yaxınlaşmışlar, özlərini təqdim etdərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu izah edib üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Təqsirləndirilən şəxs müvafiq araşdırma aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gəlmişlər. Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş, sonuncu isə buna etirazı olmadığını bildirmişdir. Həmin gün, yəni 24.05.2021-ci il tarixdə saat 20:54-də Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindəki xidməti otaqda polis əməkdaşları və vəkil Nahid Tağıyevin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə bölmənin təhqiqatçısı tərəfindən şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynindəki şalvarının sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş narkotik vasitə heroini çıxarıb təqdim etmiş, polis əməkdaşı tərəfindən bükümə baxış keçirilmiş, narkotik vasitə heroin olması müəyyən edilmişdir. Sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş narkotik vasitə heroindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxt polis əməkdaşı tərəfindən onunla aparılan şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur, Bakı şəhərində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələr elektron tərəzidə çəkilmiş və həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin müəyyən edilməsi məqsədi ilə onun ətrafında bir sıra zəruri əməliyyat tədbirləri keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2020-ci il tarixdə, təxminən saat 01:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivi, 2-ci dayanacaqda yerləşən, təmir işləri aparılan fərdi yaşayış evindən, 02 noyabr 2020-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 532 D ünvanındakı tikinti işləri aparılan 2 mərtəbəli fərdi yaşayış evindən, 07 noyabr 2020-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 1143 ünvanındakı tikinti işləri aparılan fərdi yaşayış evinə bitişik ərzaq mağazasından, 20 yanvar 2021-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 1387 ünvanındakı təmir işləri aparılan fərdi yaşayış evindən, 06 fevral 2021-ci il tarixdə, saat 03:00 radələrində X10 məxsus Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 1097 ünvanındakı 2 mərtəbəli fərdi yaşayış evindən, 14 mart 2021-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs7 Tayirxan oğlunun icarəyə götürdüyü Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən ərzaq mağazasından,12 may 2021-ci il tarixdə saat 15:00 radələrində Zərərçəkmiş şəxs8 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 227 ünvanındakı fərdi yaşayış evindən, 17 may 2021-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs9 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 228 ünvanındakı fərdi yaşayış evindən və 23 may 2021-ci il tarixdə saat 10:00 radələrində Zərərçəkmiş şəxs10 məxsus Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evindən oğurluq etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi barədə əməliyyat məlumatı olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı olmamışdır. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahidlər Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X14, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, Şahid3 və Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin polis nəfəri, polis sercantı Şahid6 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Sumqayıt şəhər Polis İdarəsinin NMBnin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 07 aprel 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin NMByə etibarlı və qərəzsiz mənbədən ünvan 12 ünvanında yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bardə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa edilərək cinayət başında yaxalanması məqsədi ilə Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid5, polis baş leytenantı Şahid7, Sumqayıt ŞPİ-nin KTB-nin kriminalisti, polis mayoru X4, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı X8 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, Corat qəsəbəsindəki yaşayış evinin yaxınlığındakı qəbristanlığın ətrafı müşahidəyə götürülmüşdür. 07.04.2021-ci il tarixdə saat 14:45-də Sumqayıt şəhəri, Corat qəsəbəsi qəbiristanlığının yaxınlığında olan zaman inspektor-kriminalist tərəfindən videokamera işə salınmış, həmin vaxt zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən 1 nəfər şəxs onalar tərəf gəlmişdir. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş edərkən həmin şəxs Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs saxlanılma səbəbi izah edilərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim edilərək üzərində şəxsi axtarış aparılması üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyindən çəkiliş dayandırılmadan PB-nə daxil olunmuşdur. PB-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmadığı soruşulmuş, əgər vardırsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu LD markalı siqaret qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin LD markalı siqaret qutusu açılıb içərisinə baxılarkən içərisində ağ rəngli kağız büküm, həmin bükümün içərisində isə şəffaf rəngli sellofan bükümün, həmin bükümün içərisində isə spesifik iyə malik qəhvəyi rəngli maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar edilmiş qəhvəyi rəngli maddə narkotik vasitə olan heroindir, aşkar olunmuş heroini Masazır qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək üçün 45 manat almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəziyə qoyulub çəkilmiş, daha sonra isə aşkar edilmiş maddə müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi barədə əməliyyat məlumatı olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı olmamışdır. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahidlər Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid5n, polis baş leytenantı Şahid7 və Sumqayıt ŞPİ-nin KTB-nin kriminalisti, polis mayoru X12 eyni məzmunlu ifadələr verərək Şahid4 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 iyul 2021-ci il tarixli, 9/3662 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 09 ay əvvəl alınmış 26 ölçülü velosipedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 160,00 (yüz altımış) manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 iyun 2021-ci il tarixli, 9/3448 nömrəli rəyindən göstərilmişdir ki, Bakı şəhərində yerləşən kompyuter avadanlıqlarının satışı mağazalarında( Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, Xəqani küçəsi, Nəsimi rayonu, R.Behbudov küçəsi) və işlənmiş kompyuter avadanlıqlarının alqısatqı məntəqələrində mövcud olan qiymətlərə əsasən 4 çıxışlı olduğu halda tədqiq edilən 1 ədəd Sazz markalı internet modeminin işlənmiş vəziyyətdə 12.05.2021-ci il tarixə onun istismar olunmasının, təyinatı üzrə istifadəyə yararlığının, hadisə vaxtı üstündə satış üçün komlektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və köhnələnməsini nəzərə alaraq respublika daxili orta bazar pərakəndə satış qiyməti təxminən 105,00(yüz beş) manat müəyyən edilir. Ekspert qeyd edir ki, tədqiqata təqdim edilməyən qərarın təsviri hissəsində göstərilən, lakin, qiymətləndirilməyən 1 ədəd “acer” markalı noutbuk faktiki ekspert baxışı keçirilmədən, onun konkret olaraq modeli, əmtəə görüşünün, yararlılığı, texniki parametrləri, istehsal ili və yeri, hansı vəziyyətdə olması, mənəvi və fiziki köhnələnməyə hansı dərəcədə məruz qalması barədə kifayət qədər məlumat olmadığından tədqiqat və qiymətləndirmə aparılmadı. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 iyun 2021-ci il tarixli, 9/3449 nömrəli rəyindən göstərilmişdir ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda və köhnə əşyaların satış məntəqələrində mövcud olan qiymətlərə əsasən ekspertiza tədqiqatıan təqdim edilməyən, əvvəllər istifadə olunmuş, yararlığı, hansı vəziyyətdə olması, istehsal ili və yeri, istisar müddəti və digər texniki keyfiyyət göstəriciləri barədə məlumat olmayan tədqiqat obyektlərinin, 17.05.2021-ci il tarixə, respublika daxili orta bazar pərakəndə satış ümumi qiyməti nəzəri hesablama yolu ilə təxminən 195,00 manat müəyyən olunmaqla, Zərərçəkmiş şəxs9 dəymiş maddi ziyanın ümumi məbləği təxminən 195,00 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 iyul 2021-ci il tarixli, 9/4993 nömrəli rəyində göstərilmişdir ki, analoji malların markasına, modelinə, müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 55 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5641,15 manat müəyyən olunur. Digər 6 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, istehsal ili, istismar müddəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsi barədə şəxsi axtarış keçirilməsi protokolundan görünür ki, 07.04.2021-ci il tarixdə, saat 14:45-də Sumqayıt şəhəri, Corat qəsəbəsi qəbiristanlığının yaxınlığında olan zaman inspektor-kriminalist tərəfindən videokamera işə salınmış, həmin vaxt 1 nəfər şəxs polis əməkdaşlarına tərəf gəlmişdir. Polis əməkdaşları həmin şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş edərkən həmin şəxs Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs saxlanılma səbəbi izah edilərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X9 təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim edilərək üzərində şəxsi axtarış aparılması üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyindən çəkiliş dayandırılmadan PB-nə daxil olunmuşdur. PB-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmadığı soruşulmuş, əgər vardırsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu LD markalı siqaret qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin LD markalı siqaret qutusu açılıb içərisinə baxılarkən içərisində ağ rəngli kağız büküm, həmin bükümün içərisində isə şəffaf rəngli sellofan bükümün, həmin bükümün içərisində isə spesifik iyə malik qəhvəyi rəngli maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar edilmiş qəhvəyi rəngli maddə narkotik vasitə olan heroindir, aşkar olunmuş heroini Masazır qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək üçün 45 manat almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə tərəziyə qoyulub çəkilmiş və çəkisinin 1,85 qram olduğu müəyyən edilmişdir. Daha sonra isə aşkar edilmiş maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüş və video çəkliş dayandırmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsi barədə şəxsi axtarış keçirilməsi protokolundan görünür ki, 24 may 2021-ci il tarixdə, saat 20:30 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə aparılmış, həmin tarixdə, saat 20:54-də qeyd olunan bölmədə, xidməti otaqda polis əməkdaşları və vəkil Nahid Tağıyevin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X14 tərəfindən qeydə alınan videoçəkilişlə bölmənin təhqiqatçısı tərəfindən şəxsi axtarış aparılmağa başlanılarkən ona üzərində qanunsuz əşya olduğu halda təqdim etməsi təklif edilmiş, o da əynindəki şalvarının sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş narkotik vasitə heroini çıxarıb təqdim etmiş, polis əməkdaşı tərəfindən bükümə baxış keçirilmiş, narkotik vasitə heroin olması müəyyən edilmiş, sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş narkotik vasitə heroindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin vaxt polis əməkdaşı tərəfindən onunla aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur, Bakı şəhərində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələr elektron tərəzidə çəkilərək bir bükümdə narkotik vasitə heroinin çəkisinin 0,63 qram olması müəyyən edilmiş, həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 25 may 2021-ci il tarixli, 6/2061 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,329 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,329 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,279 qram. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 aprel 2021-ci il tarixli, 6/1373 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün N125” dairəvi möhür əksi olan, üzərində“vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə, saxlanılan şəxs imza Hüseynov, qablaşdırdı təhqiqatçı imza Ş.Quliyev 07.04.2021” yazı və imzalar olan zərfdə təmiz çəkisi 1,730 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 1,730 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,680 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 Şəxsi Ambulator X1 16.07.2021-ci il tarixli, 2368 nömrəli rəyindən göstərilmişdir ki,müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, 1,730 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 1,680 qram heroin və 0,329 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,279 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07.04.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 09.04.2021-ci il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında intizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24.05.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-245/2021 saylı, 26.05.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24.05.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 23.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.2, 180 və 177.2.1-ci maddələrinin, zərərçəkmiş şəxslərə məxsus əşyaları Təqsirləndirilən şəxs alan naməlum şəxslərin əməllərində isə Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığına görə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.04.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 180.2.5 və 326.2-ci maddələri ilə təqsirləndirilərək 07 il müddətinə azadlıqdan məhrum edilmiş, 14.12.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin üzərindən məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdən sonra götürülür. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahidlərin ifadələrini tədqiq edərək, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07.04.2021-ci il tarixdən 09.04.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 24.05.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,730 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 1,680 qram heroin və 0,329 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,279 qram heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 370,52 (üç yüz yetmiş manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Bundan başqa zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Cəmulla oğluna, X10, Zərərçəkmiş şəxs7 Tayirxan oğluna, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat zamanı 07.04.2021-ci il tarixdən 09.04.2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 24.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,730 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 1,680 qram heroin və 0,329 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,279 qram heroin məhv məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Cəmulla oğluna, X10, Zərərçəkmiş şəxs7 Tayirxan oğluna, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 370,52 (üç yüz yetmiş manat əlli iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar