Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-98/2023 19.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: X4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirtmək məqsədi ilə X5 etibarından sui istifadə edərək sonuncunun Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən torpaq sahəsinin kənar şəxs tərəfindən hasarlanmasının məhkəmə qaydasında sökülməsi barədə qərarın alınmasına köməklik göstərəcəyinə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 03 fevral 2022-ci il tarixdə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ərazisində 250 (iki yüz əlli) manat, 16 may 2022-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində 1500 (bir min beş yüz) manat və 23 may 2022-ci il tarixdə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ərazisində 500 (beş yüz) manat məbləğində, cəmi 2250 (iki min iki yüz əlli) manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, X6 təxminən 2015-ci ildən etibarən qonşusu kimi tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Təxminən 2015-ci ilin aprel ayında Sumqayıt şəhər bələdiyyəsinin 2 saylı məhəllə komitəsinin sədri vəzifəsində işləmiş, təxminən 2020-ci ilin yay aylarında isə tutduğu vəzifədən azad olunmuşdur. Məhəllə komitəsinin sədri kimi işlədiyi dövrdə təxminən 2019-cu ilin qış aylarında isə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində mühəndis vəzifəsində işləməyə başlamışdır. Təxminən 2021-ci ilin oktyabr-noyabr aylarında isə MKTİB-dən tutduğu vəzifədən azad olunmuşdur. Təxminən 2017-ci ildə Mayanın qonşuları sonuncunun Sumqayıt şəhəri, Xəzər bağları, Dəniz kənarı ərazidə olan ümumilikdə 6 sot olan torpaq sahəsini zəbt etməsi ilə bağlı müraciət etmişdilər. Bundan sonra yaranmış mübahisə ilə bağlı onun Maya ilə tanışlığı yaranmışdır. 2018-ci ilin ortalarında Maya torpaq sahəsinə dair sənədləşmə ilə bağlı müraciət etmiş, bu zaman o, həmin torpaq sahəsinin sənədləşməsi ilə bağlı ətraflı məlumat aldıqdan sonra cavab verə biləcəyini bildirmişdir. 2019-2020-ci illər ərzində ona məlum olmuşdur ki, Maya həmin 6 sot torpaq sahəsindən 3 sotunu İlqar adlı şəxsə qanuni əsaslar olmadan satmışdır. 2021-ci ilin sonlarında isə Maya ona bildirmişdir ki, qalan 3 sot torpaq sahəsinin də İlqar adlı şəxs tərəfindən hasara alınmışdır və ondan hasarın sökülərək torpaq sahəsinin ona qaytarılmasında köməklik göstərməsini xahiş etmişdir. Həmin vaxtlar onun maddi vəziyyəti yaxşı olmadığından və borcları olduğundan düşünmüşdür ki, Mayadan 2500 manat pul alıb ehtiyaclarını ödəsin, sonra isə sonuncuya qaytarar. Ona görə də Maya Hüseynovaya köməklik göstərəcəyini deyib bu işə görə 2500 manat pul lazım olacağını bildirmişdir. Lakin Maya ona həmin məbləğdə pulunun olmadığını və 2250 manat pul verə biləcəyini demiş, o da Maya ilə razılaşmışdır. Təxminən 03 fevral 2022-ci il tarixdə Maya onunla əlaqə saxlayıb ona 250 manat pul vermək istədiyini bildirmişdir. Sonra isə onlar Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ərazisində görüşmüş və Maya ona İlqar tərəfindən çəkilmiş hasarın sökülməsində köməklik göstərməsi üçün 250 (iki yüz əlli) manat pulu vermişdir. Bundan sonra təxminən 16 may 2022-ci il tarixdə o, Maya və əri Məhəmmədlə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində görüşmüşdür. Orada Maya ona 1500 (bir min beş yüz) manat pulu vermişdir. Sonuncu dəfə isə o, Maya və əri Məhmmədlə 23 may 2022-ci il tarixdə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ərazisində görüşmüş və Maya ona 500 (beş yüz) manat pul vermişdir. Bununla da o, Mayadan ümumilikdə 2250 manat pul almışdır. O, hasarın sökülməsində Maya Hüseynovaya köməklik göstərə bilmədiyindən sonuncu ondan pulunu istəməyə başlamışdır. Onun isə maddi imkanı yaxşı olmadığından Maya Hüseynovaya həmin pulu qaytara bilməmişdir. X9 2250 manat məbləğində pulu almaqda məqsədi İlqar adlı şəxs tərəfindən Mayanın özünə məxsus olduğunu bildirdiyi torpaq sahəsinə çəkmiş olduğu hasarın sökülməsində köməklik göstərmək olmuşdur. O, Mayanın əri Məhəmməddən onlara məxsus torpaq sahəsinin sənədlərinin düzəldilməsində köməklik göstərəcəyi adı ilə 2017-ci ildə 3000 manat pul almamış, Maya yalan demişdir. O, Mayadan ümumilikdə 2250 manat pulu sonuncuya məxsus torpaq sahəsinin İlqar adlı şəxs tərəfindən hasara alındığı üçün həmin hasarın sökülməsində məhkəmə qaydasında köməklik göstərəcəyi adı ilə almışdır. 2 saylı məhəllə komitəsində və Sumqayıt şəhər MKTİB-də işlədiyi dövrlərdə hər hansı torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı səlahiyyəti olmamışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan tərəfindən tamamilə ödənmişdir, zərərçəkmiş şəxslə barışmışlar, əməlindən peşmandır. Məhkəmədən göstərdiklərini nəzərə alıb barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, özünü təqsirli bilir, zərərçəkmiş şəxslə barışmışdır, üzr istəmişdir, zərər ödənilmişdir. Ona görə barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 2017-ci ildən etibarən tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 1992-ci ildə Sumqayıt şəhəri, Xəzər bağları massivində, Dəniz kənarı adlanan ərazidə 7 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin 2 sotunu təxminən 2017-ci ildə İlqar adlı şəxsə 3500 (üç min beş yüz) manata satmışdır. İlqara 2 sot torpaq sahəsi satanda sonuncuya torpağın təkcə bağ sənədinin olduğunu, digər sənədlərinin olmadığını demiş və İlqarla razılaşmışlar ki, qısa müddət ərzində torpağın sənədləşmə məsələsini düzəldəcəkdir. Həmin torpaq sahəsinin sənədlərini düzəltmək istəyən zaman bu barədə maraqlandıqda özünü ona bələdiyyə işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Anarla söhbət zamanı sonuncuya torpaq sahəsinin sənədlərini düzəltdirmək istədiyini demiş, Anar isə ona həmin torpaq sahəsinin özəlləşdirilməsinin mümkün olmadığını, təkcə bağ sənədinin verilə biləcəyini demiş, o da daha Anara heç bir söz deməmişdir. Təxminən 2021-ci ilin oktyabr ayında torpaq sahəsinə gedib baxanda İlqar adlı şəxsin qalan 5 sot torpaq sahəsini də hasarladığını görmüşdür. O, İlqardan nə üçün özünə məxsus 5 sot torpaq sahəsini hasara aldığını soruşanda İlqar ona demişdir ki, həmin torpaq sahəsini Anar ona satmışdır. Bundan sonra o, Anara zəng edərək bu barədə soruşanda Anar İlqarın ona dediklərini təkzib edərək İlqara torpaq sahəsi satmadığını və ondan pul almadığını demişdir. Bundan sonra o, Anardan torpaq sahəsinə İlqar tərəfindən çəkilmiş hasarın məhkəmə qaydasında sökülməsi üçün köməklik göstərməsini xahiş etmişdir. Anar isə ona həmin hasarın sökülməsi üçün məhkəmədən qərar alınmasına görə 2500 (iki min beş yüz) manat məbləğində pul lazım olduğunu demişdir. O, Anara həmin məbləğdə pulunun olmadığını deyib sonuncuya 2250 (iki min iki yüz əlli) manat pul verə biləcəyini bildirmiş və Anar da onunla razılaşmışdır. Təxminən xx.xx.2022-ci il tarixdə o, Anarla Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ərazisində görüşərək hasarın sökülməsi üçün məhkəmədən qərar alınmasında köməklik göstərsin deyə Anara 250 (iki yüz əlli) manat pul vermişdir. Anar ona demişdir ki, razılaşdıqları 2250 manat pulu ona verdikdən sonra bir ay ərzində həmin sənədləri düzələcək. Bundan sonra 16 may 2022-ci il tarixdə, günorta saatlarında Anarla Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində əri Məhəmmədlə birlikdə görüşüb Anara 1500 (bir min beş yüz) manat pulu vermişdir. Sonuncu dəfə isə 23 may 2022-ci il tarixdə o, əri Məhəmmədlə birlikdə Anarla Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ərazisində görüşərək sonuncuya 500 (beş yüz) manat pul vermişdir. Anar ümumilikdə 2250 manat pulu ondan aldıqdan sonra bir ay ərzində onun işini düzəldəcəyini bildirmişdir. Lakin həmin vaxtdan hazıradək o, dəfələrlə Anardan işi barədə maraqlandıqda Anar hər dəfə ona bəhanələr gətirib işini düzəltməmiş və o, Anardan pulunu tələb etdikdə isə sonuncu pulunu da indiyədək qaytarmamışdır. Təqsirləndirilən şəxs ümumilikdə 2250 manat məbləğində pulu torpaq sahəsinə İlqar tərəfindən çəkilmiş hasarın sökülməsi üçün məhkəmədən qərar alınmasına köməklik göstərməsinə görə vermişdir. 2017-ci ildə Təqsirləndirilən şəxs 3000 manat pulu borc olaraq vermişdir. Sonradan isə gec də olsa Anar həmin pulu ona qaytarmışdır. Amma hazırda ona dəymiş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur, işə xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxs X5 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəyən ziyan tam ödənilmişdir, onunla barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxs Maya Hüseynova ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq olunmuş Şahid2 bildirmişdir ki, X6 və Təqsirləndirilən şəxs tanıyır, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. Təxminən 2014-cü ildə Sumqayıt şəhəri ərazisində torpaq almaq istəmiş, bununla bağlı maraqlandıqda Maya Hüseynova ilə tanış olmuşdur. Maya ona Sumqayıt şəhəri, Xəzər bağlar massivi, dəniz kənarı adlanan ərazidə özünə məxsus 7 sot torpaq sahəsinin olduğunu və həmin torpağın 4 sotunu satdığını bildirmişdir. O, Maya ilə birlikdə həmin əraziyə baxdıqdan sonra almaq qərarına gəlmiş və 4 sot torpaq sahəsini Mayadan 3500 manata razılaşaraq almışdır. O, həmin torpaq sahəsini Mayadan alan zaman sonuncu ona torpağın təkcə bağ sənədinin olduğunu demişdir. O, 4 sot torpaq sahəsini aldıqdan bir neçə gün sonra Maya onunla əlaqə saxlayaraq qalan 3 sot sahəni də satmaq istədiyini bildirmişdir. O, da Maya ilə razılaşıb həmin 3 sot torpaq sahəsini 2500 manata almışdır. Yəni o, 7 sot torpaq sahəsinə görə ümumilikdə Maya Hüseynovaya 6000 manat pul vermişdir. Sonralar o, Mayadan topraq sahəsinin bağ sənədini istəyəndə sonuncu ona torpağa görə bağ sənədi vermişdir. O, da həmin torpaq sahəsini təxminən 2020-ci ilin sonlarında daş hasara almışdır. Torpaq sahəsini hasara aldığı vaxt Maya onunla mübahisə edərək torpaq sahəsini sonuncunun göstərdiyi yerdən hasarlamadığını, artıq sahəni özünə götürdüyünü deyərək onunla mübahisə etməyə başlamışdır. Buna görə də Maya onun barəsində Sumqayıt şəhər məhkəməsinə şikayət etmiş, lakin məhkəmə tərəfindən Mayanın iddiası təmin olunmamışdır. Maya Hüseynova yalan və böhtan xarakterli ifadə vermişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi o, əvvəlcə Mayadan 4 sot, daha sonra isə 3 sot, ümumilikdə 7 sot torpaq sahəsini 6000 manat pul verərək almışdır. Hasarla bağlı isə Maya ilə aralarında mübahisə yaranan zaman o, Maya Hüseynovaya həmin torpaq sahəsinə görə Anara pul verib aldığını bildirməmişdir. O, ümumiyyətlə heç vaxt Təqsirləndirilən şəxs pul verməmişdir. Anarın Mayadan pul almasını bilməmiş və bu barədə məlumatı olmamışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisi, Dəniz kənarı adlanan yerdə yerləşən torpaq sahəsi olan yerə vətəndaş Hüseynova Maya ilə birlikdə gələrək baxış keçirən zaman həmin torpaq sahəsinin təxminən 530 kv m olması müəyyən edilmişdir. Şahid1 bildirmişdir ki, həmin torpaq sahəsi daş hasarla əhatə olunmuş vəziyyətdədir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin yanında Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 310 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 1 saylı Məhəllə Komitəsinin 157 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs X1 məxsus 7 sot torpaq sahəsinin sənədlərini düzəldəcəyi adı ilə 2017-ci il tarixdə 3000 manat pul alması istintaq materialları ilə sübuta yetmədiyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(0600-799/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2, 324.4 və 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs MustafayevAnar Dilqam oğlunun barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İşdə olam məlumatlardan və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 1143/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2, 324.4 və 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs MustafayevAnar Dilqam oğlunun barəsində həbs qətimkan tədbiri seçilmişdir. MustafayevAnar Dilqam oğlunun Azərbaycan Respublikası CM-nin 178.3.2, 324.4 və 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1-ci maddəsinə görə, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxsin hüquqi varisilə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, MustafayevAnar Dilqam oğlunun Azərbaycan Respublikası CM-nin 178.3.2, 324.4 və 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olması və həmin iş üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınaraq həbsdən azad edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-98/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-98/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver