Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-98/2024 22.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,683 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib, həmin narkotik vasitə heroinin 0,458 qramını 26 avqust 2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində tanışı Şahid3 12 manat pul müqabilində satmış, qalan 0,225 qram narkotik vasitə heroini 01 ədəd bükümdə olmaqla üzərində qanunsuz daşıyaraq saxlamış, 28 avqust 2023-cü il tarixdə, saat 12:50-də Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb 3-cü PBnə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 0,225 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitənin satışında deyil, özünü yalnız qanunsuz olaraq narkotik vasitələrin istifadəsində təqsirli bilir. CM-nin 234.1-ci maddəsi ilə 2010-cu ildə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra azadlığa buraxılmışdır. Narkotik vasitələrdən xeyli vaxtdır ki, istifadə edir. Adı Rahib olsa da, əksəriyyət onu «Qəsi» ləqəbi ilə tanıyır. Şahid3 tanıyır, sonuncu ilə aralarında düşmənçilik və ya ədavət olmamış, münasibətləri həmişə yaxşı olmuş, Namiqin onun kimi narkotik vasitə istifadə etməsindən məlumatı olmuşdur. 26 avqust 2023-cü il tarixdə səhər saatlarında Namiqlə rastlaşdıqda sonuncu ağrılarının olduğunu, narkotik vasitə tapmağını demiş, həmin vaxt Namiqlə pul atışaraq, yəni Namiq 12 manat, o isə 8 manat pul qoymuş və o, Sumqayıt şəhəri ərazisində «Simurq» şadlıq evinin qarşısında tanımadığı şəxsdən 20 manat pul müqabilində 2 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Sonra Namiqlə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində görüşmüş və narkotik vasitə heroinin bir bükümünü birlikdə istifadə etmiş, bir bükümü isə o, sonradan istifadə etmək üçün cibinə qoymuşdur. 28 avqust 2023-cü il tarixdə təxminən saat 13:00 radələrində yaşadığı mənzildən- Sumqayıt şəhəri 9-cu mikrorayon ev 36 mənzil 20 ünvanından çıxmağa hazırlaşarkən mənzilin qapısı döyülmüş, qapını oğlu açdıqda iki nəfər mülki şəxsin dəhlizdə dayandığını görmüşdür. Həmin şəxslərdən biri sahə rəisi Kamran adlı polis əməkdaşı olmuşdur. Qeyd edir ki, bundan sonra onu 3-cü PB-nə aparmışlar. PB-də olarkən Şahid3 narkotik vasitəni ondan yəni “Qəsi” ləqəbli Rahibdən alması barədə izahat verdiyini ona bildirmişlər. Saxlanılan zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Narkotik vasitəni onun cibinə polis əməkdaşları qoymuşlar. Saxlanılan zaman polis əməkdaşları ona cibinə qoyduqları narkotik vasitənin külli miqdar olmadığını, ona köməklik edəcəklərini bildirdiyindən şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. O, sonuncu dəfə narkotik vasitəni 26 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində «Simurq» şadlıq evinin qarşısında tanımadığı şəxsdən bir bükümünü 20 manat pul ödəməklə almış, həmin narkotik vasitəni Namiqlə birgə istifadə etmişlər. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. 26 avqust 2023-cü il tarixdə də Namiqə narkotik vasitə satmamış, Namiqlə bir yerə pul qoyduqdan sonra birlikdə istifadə etmək üçün narkotik vasitə almış və sonra Namiqlə həmin narkotik vasitədən birlikdə istifadə etmişlər. Namiqə narkotik vasitə satmamış, Namiqlə pul atışmış, həmin vaxt Namiq ona 12 manat pul vermiş və o da həmin pulun üstünə 8 manat qoymaqla tanımadığı şəxsdən narkotik vasitə almış, sonra Namiqlə birlikdə narkotik vasitədən istifadə etmişlər. O, narkotik vasitə aldığı şəxsi tanımır, həmin şəxsdən əvvəllər heç vaxt narkotik vasitə almamışdır. O, saxlanılan zaman və ya polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmışdır. O, narkotik vasitə istifadəçisi olsa da heç bir zaman onun satışı ilə məşğul olmamışdır. Qeyd olunanların nəzərə alınmasını, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu Məzahir adlı polis əməkdaşı ilə birlikdə digər polis əməkdaşları saxlasa da, saxlanılan zaman polis əməkdaşı Şahid2 orada görməmişdir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zaman Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamışdır. 2010-cu ildə CM-nin 234.1 -ci maddəsi ilə məhkum olunmuş və 2011 -ci ildə cəzasını çəkib qurtardıqdan sonra azadlığa buraxılmışdır. Uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. Onun adı Rahib olsa da, çox adam onu «Qəsi» ləqəbi ilə tanıyır. Şahid3 tanıyır, sonuncu ilə aralarında düşmənçilik və ya ədavət olmamış, münasibətləri həmişə yaxşı olmuş, Namiqin onun kimi narkotik vasitə istifadə etməsindən məlumatı olmuşdur. 26 avqust 2023-cü il tarixdə səhər saatlarında Namiqlə rastlaşdıqda sonuncu ağrılarının olduğunu, narkotik vasitə tapmağını demiş, həmin vaxt Namiqlə pul atışaraq, yəni Namiq 12 manat, o isə 8 manat pul qoymuşlar və o, Sumqayıt şəhəri ərazisində «Simurq» şadlıq evinin qarşısında tanımadığı şəxsdən 20 manat pul müqabilində 2 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Sonra Namiqlə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində görüşmüşlər və narkotik vasitə heroinin bir bükümünü birlikdə istifadə etmişlər, bir bükümü isə o, cibinə qoymuşdur ki, sonradan istifadə etsin. 28 avqust 2023-cü il tarixdə təxminən saat 13:00 radələrində yaşadığı mənzildən çıxmağa hazırlaşarkən mənzilinin qapısı döyülmüş, o, qapını açdıqda iki nəfər mülki şəxsin dəhlizdə dayandığını görmüşdür. Həmin şəxslər 3-cü polis bölməsinin polis əməkdaşları olduqlarını bildirib, onu bayıra dəvət etmişlər. O, pilləkənə çıxdıqdan sonra polis əməkdaşları onu qanunsuz olaraq narkotik maddə əldə edib üzərində saxlamaqda şübhəli olduğu üçün 3-cü PB-yə dəvət etmişlər və o, onlarla birlikdə 3-cü PB-yə gəlmişdir. PB-yə gətirildikdən sonra ona ilk öncə şübhəli şəxs qismində tutulmağı elan edilərək hüquq və vəzifələri izah edilmiş, özünün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 bölməyə dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirməyə başlamışlar. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə onları könüllü təqdim etməyi təklif edilmişdir. Bu zaman o, özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə, qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq o, təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmçinin ondan həmin narkotik vasitəni haradan və kimdən əldə etdiyini soruşduqda, bildirmişdir ki, həmin narkotik vasitəni 26 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində «Simurq» şadlıq evinin qarşısında tanımadığı şəxsdən bir bükümünü 20 manat pul ödəməklə aldığını, öz şəxsi istifadəsilə yanaşı həmin narkotik maddədən 12 manat pul müqabilində qonşusu Şahid3 da istifadə etməsi üçün verdiyini bildirmişdir. Belə ki, Namiq özünə də arkotik verməyini istədiyindən aldığı ümumi “kakos”dan 12 manat müqabilində bir bükümünü düzəldib 26 avqust 2023-cü il tarixdə Namiqə vermişdir. Daha sonra onun üzərindən aşkar edilmiş bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündəki narkotik vasitə heroin ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində müvafiq qeydlər aparılmış və imzalanmışdır. Daha sonra şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. 26 avqust 2023-cü il tarixdə də Namiqə narkotik vasitə satmamış, Namiqlə pul atışdıqdan sonra birlikdə istifadə etmək üçün narkotik vasitə almış və sonra Namiqlə həmin narkotik vasitədən birlikdə istifadə etmişlər. Üzərinə şəxsi axtarış aparılan zaman fikrini səhv bildirmişdir. Həmin vaxt o, demək istəmişdir ki, Namiqə narkotik vasitə satmamış, Namiqlə pul atışmışlar, həmin vaxt Namiq 12 manat pul vermiş və o da həmin pulun üstünə 8 manat qoymaqla tanımadığı şəxsdən narkotik vasitə almış, sonra Namiqlə birlikdə narkotik vasitədən istifadə etmişlər, qalanını isə aralarında bölmüşlər. O, narkotik vasitə aldığı şəxsi tanımır, həmin şəxsdən əvvəllər heç vaxt narkotik vasitə almamışdır. Narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. O, saxlanılan zaman və ya polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmamış, heç bir psixi təsirə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 28 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yaşayan «Rahib» adlı şəxsin narkotik vasitə saxlaması, üzərində gəzdirməsi, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilən tədbirlər nəticəsində «Rahib» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, bundan sonra tərəfindən dərhal rəhbərliyə raportla müraciət edilmiş və təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında bölmə rəisi tərəfindən müvafiq əmrlə ondan və cinayət axtarışı üzrə kiçik inspektor Şahid2, təhqiqatçı və kriminalistdən ibarət əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə, saat 12:50də ünvan 3-nin qarşısında saxlanılaraq 3-cü PB-yə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuşdur. Müdafiəçi gələndən sonra Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və üzərində qeyri qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində heroinə bənzər maddə olduğu aşkar edilmiş, bundan sonra həmin büküm elektron tərəzi vasitəsi ilə ölçülmüş və çəkisi 0,30 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin «kakos» olduğunu, onu 26 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində Simurq şadlıq evinin qarşısında tanımadığı şəxsdən bir bükümünü 20 manat pul ödəməklə aldığını, öz şəxsi istifadəsi ilə yanaşı həmin narkotik vasitədən 12 manat pul müqabilində tanışı Şahid3 da istifadə etməsi üçün verdiyini, Namiqin ona da narkotik vasitə verməsini istədiyindən aldığı ümumi «kakos»dan 12 manat müqabilində bir bükümünü düzəldib həmin tarixdə Namiqə verdiyini bildirmişdir. Daha sonra həmin büküm müvafiq qaydada qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokolun düzgünlüyünü imzalayaraq təsdiq etmişdir. Şahid3 26 avqust 2023-cü il tarixdə tərəflərindən Sumqayıt şəhər ərazisində saxlanılaraq polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə heroin aşkar olunmuş və sonuncu həmin narkotik vasitəni “Qəsi” adlı şəxsdən aldığını bildirmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində “Qəsi” ləqəbli şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq 3-cü PB-nə gətirilmişdir. Həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəfələrlə icraatına əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmə iclasında Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, tədbirdə ondan başqa 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspkektoru Şahid2 iştirak etmiş, tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilən 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspektor Şahid2 Şahid1la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunda o və Şahid1 olmuş, həm Təqsirləndirilən şəxs saxlanılmasında, həm də üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş, həmin vaxt üzərində ***-***- **-** nömrəli mobil telefon olmuş, tərəflərindən təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında bədənində ağrılar olduğundan narkotik vasitəyə ehtiyacı yaranmışdır. Onunla eyni məhəllədə qalan Təqsirləndirilən şəxs əvvəllər tanımış, sonuncunun da narkotik vasitə aludəçisi olduğunu və narkotik vasitə təşkil edə bilməsindən məlumatlı olmuş, əsl adı Rahib olsa da, hamı onu “Qəsi” kimi tanıdığını bildirmişdir. O, onunla məhəllədə görüşmüş və Rahibə 12 manat pul vermişdir ki, ona heroin satsın. Rahib razılaşmış və o, Rahibə 12 manat pul vermişdir. Rahib bundan sonra ona 01 ədəd bükümdə heroin vermişdir. Bundan sonra həmin heroini öz istifadəsi üçün xırda bağlamalara ayırmışdır. Belə ki, o, birdəfəyə çox istifadə etməmək üçün xırda bükümlərə ayırmışdır. Bundan sonra həmin gün saat 12 radələrində 26 nömrəli mətkəbin yaxınlığında olan zaman polis əməkdaşları onu saxlamış və bölmədə üzərinə axtarış keçirilən zaman həmin narkotik vasitə aşkar edilərək götürülmüş və barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. O, Rahiblə pul atışmamış, Rahibə 12 manat pul vermiş, sonuncu da ona narkotik vasitə vermişdir. Narkotik vasitəni Rahibdən alandan sonra çıxıb getmişdir. Onlar bir yerdə narkotik vasitə istifadə etməmişlər. Əvvəllər Rahibdən narkotik vasitə almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 12:30) və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 28 avqust 2023-cü il tarixdə, saat 12:50 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.27); 30 avqust 2023-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i.v.72) 30 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.65-66). “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 30 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v.74-75); Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 avqust 2023-cü il tarixdən hesablanmışdır.(i.v.84-86). xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması, istifadə etməsi və satışı barədə 3-cü PB-nə daxil olmuş məlumatın yoxlanılması üçün yerinin müəyyən edilməsi məqsədi ilə vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qeyd olunmuşdur. (i.v.3-4) “Şəxsi axtarışın keçirilməsi barədə” 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində iştirakçıların və müdafiəçinin iştirakı ilə axtarış keçirilmiş, axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd büküm çıxarıb təqdim edərək «kakos» olduğunu,həmin maddəni Sumqayıt şəhərində Simurq şadlıq evinin qarşısında tanımadığı şəxsdən aldığını bildirmiş, həmin maddə elektron tərəzidə ölçülmüş və çəkisinin 0,30 qram olması müəyyən edilmişdir. (i.v.32-33). “Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fiziki- kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/4582 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün M 127» dairəvi möhür əksi və «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli siqaret kağız bükümündə narkotik vasitə heroinə bənzər maddə; Şübhəli şəxs: Təqsirləndirilən şəxsimza, ...müdafiəçi- imza, Qablaşdırdı: Z.Quliyev -imza..» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,225 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir.(i.v. 41-45) “Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/4734 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin «Tədqiqat obyekti JN°68» ştamp əksi olan 2 (iki) ədəd MEM-nin maddi sübutlar üçün nəzərdə tutulmuş üzərlərində: «Ekspert rəyi N 6/4561 ...NK- 1/1678...Sumqayıt ŞPİ-nin 3-cü PB..Şahid3 Məhərrəm oğlu., yazısı və imza» və «Ekspert rəyi N96/4582...Sumqayıt ŞPİ-nin 3-cü PB NK-1/1696 Təqsirləndirilən şəxs...yazısı və imza» yazı əlavələri olan kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. (i.v. 121-124 İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X4 xx.xx.2023-cü il tarixli, 1427 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. (i.v. 58-60) 30 avqust 2023-cü il tarixli “üzləşdirmə aparmaq” haqqında protokoldan görünür ki, Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmiş və sonuncudan narkotik vasitəni 12 manat pul müqabilində aldığını, onunla narkotik vasitə almaqdan ötrü pul atışmadıqlarını, birlikdə narkotik vasitə istifadə etmədiklərini bildirmişdir. (i.v. 64-65) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Şahid3 26 avqust 2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində tanışı Təqsirləndirilən şəxs 12 manat ödəməklə əldə edib, üzərində daşıyaraq saxlamamış olduğu ümumi təmiz çəkisi 0,458 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlayaraq daşıma səbəbindən təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt ŞPİ 3-cü PB-nin müstəntiq Bəhram Təhməzlinin CM-nin 234.2-ci maddəsi ilə istintaqı aparılan 23073067 nömrəli cinayət işi üzrə əməliyyat tapşırığına vermiş olduğu xx.xx.2023-cü il tarixli cavab məktubunda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunun müəyyən edildiyi qeyd olunmuşdur. (i.v.115) Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5731 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.119-120). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 110-111) Şahidin istifadəsində olan mobil telefon nömrəsinin anten dairələrini özündə əks etdirən CD formatlı diskdən müəyyən edilmişdir ki, 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspkektoru Şahid2 istifadəsində olan 055 ***-**-** nömrəli mobil telefonun 28 avqust 2023-cü il tarixdə anten dairələrinin müəyyən edilməsi üçün məhkəmə qərarı çıxarılmış və "xxxx" MMC-dən gələn çıxarışda sonuncunun istifadəsində olan həmin mobil nömrənin 26 avqust 2023-cü il tarixdə, saat 11:57:31-12:21:28 radələrində anten yeri Sumgayit_Ludvigshafen_Park/"Sumqayıt şəhəri, 9-cu mikrorayon, qeyri yaşayış binası, Aygün banket zalı ərazisi göstərilmişdir. Sumqayıt ŞPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:27-də MSY-ə gətirilmişdir. Elekton məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2009-cu il təvəllüdlü Tağı Məhəmmədəli və xx.xx.2012-ci il təvəllüdlü Murad Tağı adlı övladları var. “sübutların qiymətləndirilməsi haqqında” 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/4582 nömrəli xx.xx.2023-cü il tarixli və 6/4734 nömrəli, 6/4734 tarixli rəyləri, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 5731 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxsnin üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0.225 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.175 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 125-133); Məhkəmə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilməsi, narkotik vasitənin satışı ilə məşğul olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. İlk olaraq məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman döyüldüyünü, təzyiqlərə məruz qaldığını, ibtidai istintaq zamanı döyülməsi ilə bağlı heç kəsə məlumat vermədiyini bildirsə də, iş materiallarına əlavə olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan bir gün sonra yəni xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə tibbi ekspertizasının rəyində onun bədəni üzərində xəsarət və xəsarət izinin aşkar olunmadığı qeyd edilmişdir. Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. (24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü” haqqında Ali Məhkəmənin Plenium qərarı) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı döylüməsi barədə istintaq orqanına heç bir məlumat verməsə də, bu barədə araşdırılma aparılmış, məhkəmə tibbi ekspertizasının rəyində onun bədəni üzərində xəsarət və xəsarət izinin aşkar olunmadığı qeyd edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspkektoru Şahid2 onu saxlayan zaman hadisə yerində olmaması barədə verdiyi ifadəsinə münasibətdə bildirir ki, məhkəmə tərəfindən cinayət axtarışı üzrə kiçik inspkektoru Şahid2 Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edib-etməməsini müəyyən etmək məqsədi ilə anten məlumatlarının əldə edilməsi üçün məhkəmə qərarı çıxarılmış, "xxxx" MMC-dən gələn çıxarışda Şahid2 istifadəsində olan 055 ***-**-** mobil nömrənin 28 avqust 2023-cü il tarixdə, saat 11:57:31-12:21:28 radələrində anten yeri Sumgayit_Ludvigshafen_Park/"Sumqayıt şəhəri, 9-cu mikrorayon, qeyri yaşayış binası, Aygün banket zalı ərazisi göstərilmişdir. Cinayət işi materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə, saat 12:50 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılmışdır. Qeyd olunan materialın tədqiqindən görünür ki, Şahid2 anten dairəsi ilə Təqsirləndirilən şəxs saxlanılma yeri arasındakı eynilik mövcuddur. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, üzərindən aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu bildirsə də, sonuncu ibtidai isitnaq zamanı özünü təqsirli bilməmiş, lakin narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq həm də məhkəmə baxışı zamanı müxtəlif məzmunlu, yayındırıcı ifadələr verməklə özünü müdafiə etməyə, məsuliyyətdən boyun qaçırmağa çalışmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamışdır. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxsnin əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən heroinin həm də metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs qazanc əldə etmək və digər şəxsi maraq məqsədi ilə narkotik vasitəni Şahid3 satmışdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla iki övladının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxsnin əvvəllər narkotik vasitələrdən qanusuz olaraq istifadə etdiyi üçün məhkəmə tərəfindən ona azadlıqdan məhrumetmə ilə əlaqədar cəza təyin edilməsinə baxmayaraq pis vərdişlərdən əl çəkməyərək yenə də, narkotik vasitədən istifadə etməsini, əksinə narkotik vasitələrin satışı ilə məşğul olmasını, cəzasını yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir.. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 28 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 184 (bir yüz səksən dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.175 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 28 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 184 (bir yüz səksən dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.175 qram olan narkotik vasitə heroin məhv edilsin. Şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-98/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-98/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver