Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-1/2025 12.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X5 qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər rayon Vəkil Bürosunun vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs Vafadar oğlunun iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Tərtər rayon Bayandur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tərtər rayon Bayandur kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Vafadar oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 fevral 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Vafadar oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində X4 İdarəsinə məxsus Yevlax rayonu Dəlləklər kəndində yerləşən 183 reper nömrəli subartezian quyusunun bir metrinin qiyməti 04 manat olmaqla ümumi dəyəri 132 manat olan 33 metr uzunluğunda tərkibi mis metalı olan elektrik naqilini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs X4 İdarəsinə ümumilikdə 132 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində X4 İdarəsinə məxsus Yevlax rayonu Dəlləklər kəndində yerləşən 160 reper nömrəli subartezian quyusunun bir metrinin qiyməti 04 manat olmaqla ümumi dəyəri 204 manat olan 51 metr uzunluğunda tərkibi mis metalı olan elektrik naqilini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs X4 İdarəsinə ümumilikdə 204 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində X4 İdarəsinə məxsus Yevlax rayonu Dəlləklər kəndində yerləşən 36 reper nömrəli subartezian quyusunun bir metrinin qiyməti 04 manat olmaqla ümumi dəyəri 120 manat olan 30 metr uzunluğunda tərkibi mis metalı olan elektrik naqilini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs X4 İdarəsinə ümumilikdə 120 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 noyabr 2023-cü il tarixdə saat 12 radələrində X4 İdarəsinə məxsus Yevlax rayonu Dəlləklər kəndində yerləşən 153 reper nömrəli subartezian quyusunun bir metrinin qiyməti 04 manat olmaqla ümumi dəyəri 180 manat olan 45 metr uzunluğunda tərkibi mis metalı olan elektrik naqilini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs X4 İdarəsinə ümumilikdə 180 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 yanvar 2024-cü il tarixdə saat 12 radələrində X4 İdarəsinə məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 35 reper nömrəli subartezian quyusunun bir metrinin qiyməti 04 manat olmaqla ümumi dəyəri 156 manat olan 39 metr uzunluğunda tərkibi mis metalı olan elektrik naqilini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs X4 İdarəsinə ümumilikdə 156 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 yanvar 2024-cü il tarixdə saat 03 radələrində və həmin gün saat 14 radələrində Tərtər rayonu Xoruzlu kəndində yerləşən F.Məmmədov adına Xoruzlu kənd körpələr evi-uşaq bağçasının inzibati binasının ikinci mərtəbəsində yerləşən anbarın qapısını özü ilə əvvəlcədən gətirdiyi kəlbətin ilə açıb saxlanc yerinə iki dəfə qanunsuz daxil olaraq vahid niyyətlə əhatə olunan qəsdlə saxlanc yerindən dəyəri 70 manat olan bir ədəd “Blackbird BMG-3788” markalı ətçəkən maşını və bir ədədinin qiyməti 100 manat olmaqla ümumi dəyəri 200 manat olan iki ədəd “İtimat“ markalı elektrik sobasını (duxovka) gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs F.Məmmədov adına Xoruzlu kənd körpələr evi-uşaq bağçasına ümumilikdə 270 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş 01 ədəd qara rəngli sellofan paketdə təmiz çəkisi 465 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək yaşadığı Tərtər rayonu Bayandurlu kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında olan çarpayıdakı döşəyin altında saxlamış, 18 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyi üçün Tərtər rayonu Bayandurlu kəndi ərazisində saxlanılmış və yaşadığı Tərtər rayonu Bayandurlu kəndində yerləşən fərdi yaşayış evində baxış və götürmə aparılarkən xeyli miqdarda, 01 ədəd qara rəngli sellofan paketdə təmiz çəkisi 465 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana fərdi yaşayış evinin yataq otağında olan çarpayıdakı döşəyin altından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Vafadar oğlu ifadəsində göstərmişdir ki, ittihamla qismən razıdır. Narkotik onluq deyil. Narkotiki polis qoyub otağına. Ona polis tərəfindən fiziki təzyiq olunub. Artezian quyularının kabelini, o, kəsmiş və Goranboy rayonunda satmışdır. Şahid6 bir dəfə kabel satmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunan Təqsirləndirilən şəxs Vafadar oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, əvvəllər xırda talama inzibati xətası ilə inzibati həbs edilmişəm və narkotik vasitə hesab olunan marixuanadan istifadə etmişəm. Maddi vəziyyətim zəif olduğu üçün oğurluq etmək qərarına gəldim. Buna görə də 07 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində piyada hərəkət edərək yaşadığım kəndin qonşuluğunda olan Yevlax rayonu Dəlləklər kəndinə getdim. Dəlləklər kəndinin subartezian quyularının elektrik naqillərini kəsmək üçün cibimdə kəlbətin götürmüşdüm. Saat 12 radələrində reper nömrəsini sonradan öyrəndiyim 132 saylı subartezian quyusuna yaxınlaşdım, ətrafda heç kimin olmadığına baxdıqdan sonra elektrik naqillərini kəsməyə başladım. Günorta saatları olduğundan subartezianın işçiləri həmin vaxtlarda nahar fasiləsində olmuşdur. Mən, təxminən uzunluğu 23 metr olan elektrik naqillərini kəsdikdən sonra piyada hərəkət edərək yaşadığım kəndə qayıtdım. Kəndin asfalt yolunda yoldan keçən taksi ilə Tərtər şəhərinə getdim. Oğurladığım elektrik naqillərini Tərtər şəhəri, H.Əliyev prospektində metal alğı-satqısı ilə məşğul olan Ədalət adlı şəxsə 46 manat qarşılığnda satdım. Ədalət adlı şəxs həmin elektrik naqillərini haradan əldə etdiyini soruşduqda mən, həmin naqilləri Suqovuşan yolu ərazisində tapdığımı bildirdim. Əldə etdiyim pulu şəxsi istifadəm üçün xərclədim və pulum qurtardıqda yenidən oğurluq etmək qərarına gəldim. Həmin gün yəni, 07 oktyabr 2023cü il tarixdə saat 15 radələrində yenidən yaşadığım kənddən çıxıb piyada hərəkət edərək qonşu kənd olan Dəlləklər kəndində getdim. Saat 16 radələrində reper nömrəsini sonradan öyrəndiyim 183 saylı subartezian quyusuna yaxınlaşdım, ətrafda heç kimin olmadığına baxdıqdan sonra əvvəlcədən özümlə gətirdiyim kəlbətin ilə elektrik naqillərini kəsməyə başladım. Mən, təxminən uzunluğu 33 metr olan elektrik naqillərini kəsdikdən sonra piyada hərəkət edərək yaşadığım kəndə qayıtmışdır. Elektrik naqillərini evdə gizlətmiş, növbəti gün, yəni 08 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində yoldan keçən taksilər ilə Tərtər şəhərinə getdim, oğurladığım elektrik naqillərini metal alğı-satqısı ilə məşğul olan Ədalət adlı şəxsə 66 manat qarşılığında satdım. Sonra oğurluq nəticəsində əldə etdiyim pul vəsaitini şəxsi istifadəm üçün xərclədim. 15 oktyabr 2023-cü il tarixdə səhər saat 08 radələrində yaşadığı evdə olarkən pulum olmadığı üçün yenidən oğurluq etmək qərarına gəldim. Saat 11 radələrində kəlbətini cibimə qoyub piyada hərəkət edərək yaşadığı kəndin qonşuluğunda olan Yevlax rayonu Dəlləklər kəndinə getdim. Saat 12 radələrində reper nömrəsini sonradan öyrəndiyim 131 saylı subartezian quyusuna yaxınlaşdım, ətrafda heç kimin olmadığına baxdıqdan sonra elektrik naqillərini kəsməyə başladım. Mən, təxminən uzunluğu 22 metr olan elektrik naqillərini kəsdikdən sonra piyada hərəkət edərək yaşadığım kəndə qayıtdım. Kəndin asfalt yolunda yoldan keçən taksi ilə Tərtər şəhərinə getdim. Oğurladığım elektrik naqillərini metal alğı-satqısı ilə məşğul olan Ədalət adlı şəxsə 44 manat qarşılığında satdım. Oğurluq nəticəsində əldə etdiyim pul vəsaitini şəxsi istifadəm üçün xərclədim və pulum qurtardıqda yenidən oğurluq etmək qərarına gəldim. Həmin gün yəni, 15 oktyabr 2023cü il tarixdə saat 15 radələrində yenidən yaşadığım kənddən çıxıb piyada hərəkət edərək qonşu kənd olan Dəlləklər kəndində getdim. Saat 16 radələrində reper nömrəsini sonradan öyrəndiyim 160 saylı subartezian quyusuna yaxınlaşdım, ətrafda heç kimin olmadığına baxdıqdan sonra əvvəlcədən özümlə gətirdiyim kəlbətin ilə elektrik naqillərini kəsməyə başladım. Mən, təxminən uzunluğu 51 metr olan elektrik naqillərini kəsdikdən sonra piyada hərəkət edərək yaşadığım kəndə qayıtdım. Elektrik naqillərini evdə gizlətdim və növbəti gün, yəni 16 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində yoldan keçən taksi ilə Tərtər şəhərinə getdim, oğurladığım elektrik naqillərini metal alğı-satqısı ilə məşğul olan Ədalət adlı şəxsə 102 manat qarşılığında satdım. Oğurluq nəticəsində əldə etdiyim pul vəsaitini şəxsi istifadəm üçün xərclədim, sonra isə yaşadığım evə getdim. Bundan başqa 17 oktyabr 2023-cü il tarixdə səhər saat 08 radələrində yaşadığı evdə olarkən yenidən oğurluq etmək qərarında gəldim. Saat 10 radələrində kəlbətini cibinə qoyub piyada hərəkət edərək yaşadığı kəndin qonşuluğunda olan Yevlax rayonu Dəlləklər kəndinə getdim. Saat 12 radələrində reper nömrəsini sonradan öyrəndiyim 111 saylı subartezian quyusuna yaxınlaşdım, ətrafda heç kimin olmadığına baxdıqdan sonra elektrik naqillərini kəsməyə başladım. Mən, təxminən uzunluğu 22 metr olan elektrik naqillərini kəsdikdən sonra piyada hərəkət edərək yaşadığım kəndə qayıtdım. Kəndin asfalt yolunda yoldan keçən taksi ilə Tərtər şəhərinə getdim. Oğurladığım elektrik naqillərini metal alğı-satqısı ilə məşğul olan Ədalət adlı şəxsə 42 manat qarşılığında satdım. Oğurluq nəticəsində əldə etdiyim pul vəsaitini şəxsi istifadəm üçün xərclədim. Bundan başqa 19 oktyabr 2023-cü il tarixdə səhər saat 08 radələrində yaşadığım evdə olarkən pulum olmadığı üçün yenidən oğurluq etmək qərarında gəldim. Saat 10 radələrində kəlbətini cibimə qoyub piyada hərəkət edərək yaşadığım kəndin qonşuluğunda olan Yevlax rayonu Dəlləklər kəndinə getdim. Saat 12 radələrində reper nömrəsini sonradan öyrəndiyim 36 saylı subartezian quyusuna yaxınlaşdım, ətrafda heç kimin olmadığına baxdıqdan sonra elektrik naqillərini kəsməyə başladım. Mən, təxminən uzunluğu 30 metr olan elektrik naqillərini kəsdikdən sonra piyada hərəkət edərək yaşadığım kəndə qayıtdım. Kəndin asfalt yolunda yoldan keçən taksi ilə Tərtər şəhərinə getdim. Oğurladığım elektrik naqillərini metal alğısatqısı ilə məşğul olan Ədalət adlı şəxsə 60 manat qarşılığında satdım. Oğurluq nəticəsində əldə etdiyim pul vəsaitini şəxsi istifadəm üçün xərclədim. Bundan başqa 08 noyabr 2023-cü il tarixdə səhər saat 08 radələrində yaşadığım evdə olarkən yenidən oğurluq etmək qərarına gəldim. Saat 11 radələrində kəlbətini cibinə qoyub piyada hərəkət edərək yaşadığı kəndin qonşuluğunda olan Yevlax rayonu Dəlləklər kəndinə getdim. Saat 12 radələrində reper nömrəsini sonradan öyrəndiyim 153 saylı subartezian quyusuna yaxınlaşdım, ətrafda heç kimin olmadığına baxdıqdan sonra elektrik naqillərini kəsməyə başladım. Mən, təxminən uzunluğu 45 metr olan elektrik naqillərini kəsdikdən sonra piyada hərəkət edərək yaşadığım kəndə qayıtdım. Kəndin asfalt yolunda yoldan keçən taksi ilə Tərtər şəhərinə getdim. Oğurladığım elektrik naqillərini metal alğı-satqısı ilə məşğul olan Ədalət adlı şəxsə 90 manat qarşılığında satdım. Oğurluq nəticəsində əldə etdiyim pul vəsaitini şəxsi istifadəm üçün xərclədim. Bundan başqa 11 yanvar 2023-cü il tarixdə səhər saat 08 radələrində yaşadığım evdə olarkən yenidən oğurluq etmək qərarına gəldim. Saat 10 radələrində kəlbətini cibimə qoyub piyada hərəkət edərək yaşadığım kəndin qonşuluğunda olan Yevlax rayonu Qaramanlı kəndinə getdim. Saat 12 radələrində reper nömrəsini sonradan öyrəndiyim 35 saylı subartezian quyusuna yaxınlaşdım, ətrafda heç kimin olmadığına baxdıqdan sonra elektrik naqillərini kəsməyə başladım. Mən, təxminən uzunluğu 39 metr olan elektrik naqillərini kəsdikdən sonra piyada hərəkət edərək yaşadığım kəndə qayıtdım. Kəndin asfalt yolunda yoldan keçən taksi ilə Tərtər şəhərinə getdim. Oğurladığım elektrik naqillərini metal alğı-satqısı ilə məşğul olan Ədalət adlı şəxsə 78 manat qarşılığında satdım. Oğurluq nəticəsində əldə etdiyim pul vəsaitini şəxsi istifadəm üçün xərclədim. Oğurladığım elektrik naqillərini hər dəfə Ədalət adlı şəxsə satdıqda həmin elektrik naqillərini Suqovuşan yolu ərazisindən tapdığımı bildirmişdim. Bundan başqa 15 yanvar 2024-cü il tarixdə saat 03 radələrində pulum olmadığı üçün oğurluq etmək qərarına gəldim, Yevlax rayonunda elektrik naqillərini oğurlamaq üçün istifadə etdiyim kəlbətini götürdüm. Oğurluq etmək üçün piyada Xoruzlu kəndi ərazisində yerləşən uşaq bağçasına getdim, çünki əvvəllər həmin yerdən keçib gedərkən bağçaya heç kimin nəzarət etmədiyini görmüşdüm. Piyada kənd yolu ilə qonşu kənd olan Xoruzlu kəndinə getdim, qapıdan binaya daxil oldum, 1-ci mərtəbədə heç nə olmadığı üçün pilləkan ilə binanın 2-ci mərtəbəsinə qalxdım. Pilləkan ilə üzbəüz qapının olduğunu və qapısının əyilmiş misarla və qıfıl ilə bağlandığını gördüm. Kəlbətin ilə həmin mismarı çıxardım və qapını açdım. Otaqda qab-qacaq, qaşıq dəstləri, paltaryuyan maşın, elektriklə işləyən ətçəkən maşın, elektrik sobaları (duxovka) və uşaq oyuncaqları olmuşdur. Mən, bir ədəd elektriklə işləyən ətçəkən maşını götürüb çıxdım, həmin vaxt içəridə elektirk sobalarının (duxovka) olduğunu gördüm. Ətçəkən maşın ilə birlikdə apara bilməyəcəyim üçün satdıqdan sonra həmin elektrik sobalarını oğurlamağı düşünmüşdüm. Otaqdan çıxıb qapının mismarı ilə qıfılını düzəldib getdim. Bundan sonra isə saat 04 radələrində həmin kənddə yerləşən “Çinar” kafesinin yanından keçərkən su içdim həmin vaxt hovuzda sazan balıqlarının olduğunu gördüm. “Çinar” kafesinin ətrafı dəmir tor ilə əhatələnmiş, lakin qapısı açıq və işıqlı vəziyyətdə olmuşdur. İçəri daxil oldum və kafenin hovuzuna yaxınlaşdım. Hovuzun üstü dəmir tor ilə bağlandığından kəlbətinlə dəmir toru kəsdim və balıq tutmaq üçün hovuzun yanına qoyulmuş tor ilə 06 ədəd sazan balığını çıxardım. Həmin balıqları kafenin yanından tapdığım torbaya yığdım. Bundan sonra isə evimə getdim, ətçəkən maşını həyətə qoydum, balıqları isə evdə təmizlədim. Səhər saat 09 radələrində oğurladığım əşyaları satmaq üçün Tərtər şəhərinin köhnə avtovağzalına getdim və rayon sakini olan “Mozu” kimi tanıdığım Şahid7la rastlaşdım. Mən Şahid7 dedim ki, “balıqları göldən tutmuşam, bişirtdir gedib yeyək.” Biz köhnə avtovağzalda olan “Balıq kafesi”nə getdik və həmin balıqları bişirməsi üçün Faiq kafe işçisinə 10 manat verdi. Balıqları yedikdə Mozu, yəni Faiq məndən ətçəkən maşını haradan əldə etdiyimi soruşdu, mən isə oğurladığım ətçəkən maşını evimdən gətirdiyimi və satmaq istədiyimi bildirdim. Faiq həmin ətçəkən maşını almaq istədi, mən isə oğurladığım ətçəkən maşını Faiqə 30 manat müqabilində satdım. Bundan sonra mən, yaşadığım kəndə qayıtdım və elektrik sobalarını (duxovka) oğurlamaq üçün həmin gün, yəni 15 yanvar 2024-cü il tarixdə saat 14 radələrində uşaq bağçasına daxil oldum. Eyni qaydada kəlbətin vasitəsilə qapıdan içəri daxil oldum. Əvvəlcədən gördüyüm iki ədəd elektrik sobasını (duxovka) götürüb otaqdan çıxdım və bağçanın həyətində olan narlığın içərisində gizlətdim. Sonra mobil telefon ilə Mozuya, yəni Faiqə zəng etdim və iki ədəd elektrik sobasını (duxovka) satmaq istədiyimi, taksi ilə gəlməsini və pulunu mən verəcəyimi bildirdim. Təxminən 2-3 saat sonra Faiq taksi ilə gəldi və həmin əşyaların oğurluq olub-olmadığını soruşdu, mən isə həmin əşyaların özümə məxsus olduğunu, lakin piyada uzun yol gələ bilmədiyimi bildirdim. Biz taksiyə əyləşdik, Faiq ön sağ oturacaqda, mən isə arxa sağ oturacaqda əyləşdim, elektik sobasının birini yük yerinə digərini isə arxa sol oturacağa qoydum. Taksi ilə Tərtər şəhərinin Vaqif küçəsinin girişinə gəldik. Mozu, yəni Faiq iki ədəd elektrik sobasının (duxovka) müqabilində mənə 60 manat pul verdi, mən isə həmin puldan 15 manat taksiyə verdim. Sonra isə mən, yaşadığım evə getdim, oğurluq nəticəsində əldə etdiyim pul vəsaitini şəxsi istifadəm üçün xərclədim. 18 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Tərtər rayon Bayandurlu kəndi ərazisində yerləşən fərdi yaşayış eviindən tapılmış və çəkisi 495 qram müəyyən edilmiş narkotik vasitə isə mənə məxsus olmamışdır. Həmçinin şöbədə üzərimdə şəxsi axtarış aparılmış, lakin üzərimdən heç bir narkotik vasitə və ya qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs oğlunun ona ittiham elan olunan əməlin törədilməsində təqsiri özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materalları ilə tam sübüta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs Yevlax SSİ-nin nümayəndəsi qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr və noyabr aylarında Dəlləklər kənd ərazisində yerləşən X4 İdarəsinin balansında olan 07 ədəd subartezian quyusunun kabeləri kəsilərək oğurlanmışdır. Belə ki, 132 reper nömrəli subartezian quyusundan uzunluğu 23 metr, dəyəri 245 manat olan, 183 reper nömrəli subartezian quyusundan uzunluğu 33 metr, dəyəri 352 manat olan, 131 reper nömrəli subartezian quyusundan uzunluğu 22 metr, dəyəri 234 manat olan, 160 reper nömrəli subartezian quyusundan uzunluğu 51 metr, dəyəri 544 manat olan, 111 reper nömrəli subartezian quyusundan uzunluğu 21 metr, dəyəri 224 manat olan, 153 reper nömrəli subartezian quyusundan uzunluğu 45 metr, dəyəri 480 manat olan, 36 reper nömrəli subartezian quyusundan uzunluğu 30 metr, dəyəri 320 manat olan elektrik naqilləri kəsilərək oğurlanmışdır. 11 yanvar 2024-cü il tarixdə isə Yevlax rayon Qaramanlı kəndində yerləşən 35 reper nömrəli subartezian quyusundan uzunluğu 39 metr olan dəyəri 416 manat olan elektrik naqili kəsilərək oğurlanmışdır. İstintaq zamanı həmin oğurluq hadisəsini hazırkı Təqsirləndirilən şəxs törətməsi müəyyən edilmişdir. Ümumilikdə 100 nəfərə yaxın adamın suyu kəsildiyindən həmin subartezian quyularının kabellərini özləri alıb bərpa etmişlər. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs Tərtər rayonu Xoruzlu kənd Körpələr Evi-Uşaq baxçasını nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 18 yanvar 2024-cü il tarixdə saat 09 radələrində bağçanın otaqlarına nəzər yetirərkən əşyalar saxlanılan 2-ci mərtəbədə olan anbar otağına daxil olmuşdur. Otağın qıfılı sındırlmasa da, içəridən bir ədəd ətçəkən maşının və iki ədəd elektrik sobasının oğurlandığını aşkar etmiş və dərhal bununla bağlı Tərtər RPŞ-nə məlumat vermişdir. İstintaq zamanı həmin oğurluq hadisəsini hazırkı Təqsirləndirilən şəxs törətməsi müəyyən edildi. O, həmin otağa 14 yanvar 2024-cü tarixdə səhər saatlarında nəzər yetirmiş, həmin vaxt əşyalar öz yerində olmuşdur. Oğurlanmış əşyalar 01 ədəd Çin istehsallı edilmiş ətçəkən maşını, 02 ədəd Türkiyə istehsallı elektrik sobası (duxovka) olmuşdur. Hazırda dəymiş ziyan ödənilmiş, yəni oğurlanmış əşyalar qaytarılmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid1 ifadəsində göstətmişdir ki, Tərtər RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəfizəsində xidmət edir. 18 yanvar 2024-cü il tarixdə ona Tərtər rayonu Bayandurlu kənd sakini Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində və yaşadığı fərdi yaşayış evində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. O, həmin məlumatı qəbul edən kimi dərhal rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və rayon Polis Şöbəsinin rəhbərliyinin razılığından sonra Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədilə 18 yanvar 2024-cü il tarixdə tərəfimdən əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, o, Tərtər RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 ilə, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 ilə və Tərtər RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid5 ilə birlikdə 18 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Tərtər rayonu Bayandurlu kəndi ərazisində saxlayaraq evində və üzərində narkotik vasitə olan marixuana saxlamaqda şübhəli olması barədə məlumat olmasını bildirdikdən sonra Təqsirləndirilən şəxs evinə baxış aparılması üçün təhqiqatçı ilə birlikdə Tərtər rayonu Kəbirli kəndində getmişlər. Təqsirləndirilən şəxs atası Vəfadar Muradov da evinə baxış aparılmasına heç bir etirazı olmadığını bildirmiş, Cahandarın yaşadığı evə baxış aparılan zaman Cahandarın yataq otağında olan çarpayısındakı döşəyin altından bir ədəd qara rəngli sellofan aşkar edilmişdir. Həmin bir ədəd qara rəngli sellofana baxan zaman içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin aşkar olunmuş kütlə onların iştirakı ilə elektron tərəzidə çəkildi və sellofan ilə birlikdə ümumi çəkisinin 495 qram olduğu müəyyən olunmuşddur. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilərək götürülmüş bir ədəd qara rəngli sellofanın içərisində narkotik vasitə olan marixuanaya bənzər kütləni haradan və hansı məqsədlə əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs həmin sellofanın içərisindəki kütlənin narkotik vasitə olan marixuana olduğunu, Cəmilli kəndi ərasizində su kanalının yanında yerdən tapdığını və gələcəkdə öznün istifadəsi məqsədilə evin yataq otağında olan çarpayıdakı döşəyin altında saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra birlikdə polis şöbəsinə getmişlər. Tərtər RPŞ-də müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Cahandarın üzərindən narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən X3 ifadəsində göstətmişdir ki, Tərtər RPŞ CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18 yanvar 2024-cü il tarixdə ona Tərtər rayonu Bayandurlu kənd sakini Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində və yaşadığı fərdi yaşayış evində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Tərtər RPŞ CAB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən 18 yanvar 2024-cü il tarixdə əməliyyataxtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, o, Tərtər RPŞ CAB-nin baş əməliyyat müvəkkili Şahid1, Tərtər RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 və Tərtər RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid5 ilə birlikdə 18 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Tərtər rayonu Bayandurlu kəndi ərazisində saxlayaraq evində və üzərində narkotik vasitə olan marixuana saxlamaqda şübhəli olması barədə məlumat olmasını bildirdikdən sonra Təqsirləndirilən şəxs evinə baxış aparılması üçün təhqiqatçı ilə birlikdə Tərtər rayonu Kəbirli kəndində getmişlər. Təqsirləndirilən şəxs atası Vəfadar Muradov evinə baxış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Cahandarın yaşadığı evə baxış aparılan zaman Cahandarın yataq otağında olan çarpayısındakı döşəyin altından bir ədəd qara rəngli sellofan aşkar edildi. Həmin bir ədəd qara rəngli sellofana baxan zaman içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlə onların iştirakı ilə elektron tərəzidə çəkilmiş və sellofan ilə birlikdə ümumi çəkisi 495 qram olduğu müəyyən olunnuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilərək götürülmüş bir ədəd qara rəngli sellofanın içərisində narkotik vasitə olan marixuanaya bənzər kütləni haradan və hansı məqsədlə əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin sellofanın içərisindəki kütlənin narkotik vasitə olan marixuana olduğunu, Cəmilli kəndi ərasizində su kanalının yanında yerdən tapdığını və gələcəkdə öznün istifadəsi məqsədilə evin yataq otağında olan çarpayıdakı döşəyin altında saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışddır. Bundan sonra birlikdə polis şöbəsinə getmişlər. Tərtər RPŞ-də müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Cahandarın üzərindən narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid4 ifadəsində göstətmişdir ki, Tərtər RPŞ CAB-ın əməliyyat müvəkkili vəfizəsində xidmət edir. 18 yanvar 2024-cü il tarixdə şöbəyə Bayandurlu kənd sakini Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində və yaşadığı fərdi yaşayış evində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Baş əməliyyat müvəkkili Şahid1 həmin məlumatı qəbul edən kimi dərhal rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və rayon Polis Şöbəsinin rəhbərliyinin razılığından sonra Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədilə 18 yanvar 2024-cü il tarixdə əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, o, Tərtər RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3, Tərtər RPŞnin CAB-ın baş əməliyyat müvəkkili Şahid1, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili İbrahim Məhərrəmov və Tərtər RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid5 ilə birlikdə 18 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Tərtər rayonu Bayandurlu kəndi ərazisində saxlayaraq evində və üzərində narkotik vasitə olan marixuana saxlamaqda şübhəli olması barədə məlumat olmasını bildirdikdən sonra Tərtər rayon Polis Şöbəsinə aparmışlar. Sonra Təqsirləndirilən şəxs evinə baxış aparılması üçün təhqiqatçı ilə birlikdə Tərtər rayonu Kəbirli kəndində getmişlər. Təqsirləndirilən şəxs atası Vəfadar Muradov evinə baxış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Evə baxış aparılan zaman Cahandarın yataq otağında olan çarpayısındakı döşəyin altından narkotik vasitə hesab olunan marixuana olan bir ədəd qara rəngli paket aşkar edilmişdir. Həmin bir ədəd qara rəngli paketə baxan zaman içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin aşkar olunmuş kütlə onların iştirakı ilə elektron tərəzidə çəkilmiş və paket ilə birlikdə ümumi çəkisi 495 qram olduğu müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilərək götürülmüş bir ədəd qara rəngli paketin içərisində narkotik vasitə olan marixuanaya bənzər kütləni haradan və hansı məqsədlə əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin paketdə içərisində narkotik vasitə olan marixuanaya bənzər kütləni Cəmilli kəndi ərasizində su kanalının yanında yerdən tapdığını və gələcəkdə öznün istifadəsi məqsədilə evin yataq otağında olan çarpayıdakı döşəyin altında saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Sonra bununla bağlı protokol tərtib edilmiş və o, da digər iştirakçılar kimi protokolu imzalamışdır. Bundan sonra birlikdə polis şöbəsinə getmişlər. Tərtər RPŞ-də müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Cahandarın üzərindən narkotik vasitə aşkar olunmmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid5 ifadəsində göstətmişdir ki, Tərtər RPŞ İTB-nin sahə polis rəisi vəfizəsində xidmət edir. 18 yanvar 2024-cü il tarixdə şöbəyə Bayandurlu kənd sakini Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində və yaşadığı fərdi yaşayış evində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Baş əməliyyat müvəkkili Şahid1 həmin məlumatı qəbul edən kimi dərhal rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və rayon Polis Şöbəsinin rəhbərliyinin razılığından sonra Təqsirləndirilən şəxs əməllərini ifşa etmək məqsədilə 18 yanvar 2024-cü il tarixdə əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, o, Tərtər RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3, Tərtər RPŞnin CAB-ın baş əməliyyat müvəkkili Cavid Şahid1, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 və Tərtər RPŞ-nin CAB-nin əməliyyat müvəkkili İbrahim Məhərrəmovla birlikdə 18 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Tərtər rayonu Bayandurlu kəndi ərazisində saxlayaraq evində və üzərində narkotik vasitə olan marixuana saxlamaqda şübhəli olması barədə məlumat olmasını bildirdikdən sonra evinə baxış aparılması üçün təhqiqatçı ilə birlikdə Tərtər rayonu Kəbirli kəndində getmişlər. Təqsirləndirilən şəxs atası Vəfadar Muradov evinə baxış aparılmasına heç bir etirazı olmadığını bildirdi. Evə baxış aparılan zaman Cahandarın yataq otağında olan çarpayısındakı döşəyin altından narkotik vasitə hesab olunan marixuana olan bir ədəd qara rəngli paket aşkar edilmişdir. Həmin bir ədəd qara rəngli paketə baxan zaman içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin aşkar olunmuş kütlə onların iştirakı ilə elektron tərəzidə çəkilmiş və paket ilə birlikdə ümumi çəkisi 495 qram olduğu müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilərək götürülmüş bir ədəd qara rəngli paketin içərisində narkotik vasitə olan marixuanaya bənzər kütləni haradan və hansı məqsədlə əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin paketdə içərisində narkotik vasitə olan marixuanaya bənzər kütləni Cəmilli kəndi ərasizində su kanalının yanında yerdən tapdığını və gələcəkdə öznün istifadəsi məqsədilə evin yataq otağında olan çarpayıdakı döşəyin altında saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Sonra isə bununla bağlı protokol tərtib edilmiş və o, da digər iştirakçılar kimi protokolu imzalamışdır. Bundan sonra birlikdə polis şöbəsinə getmişlər. Tərtər RPŞ-də müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Cahandarın üzərindən narkotik vasitə aşkar olunmamışdır. Cinayət işində olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokolundan görünür ki, Yevlax rayon X6 Bölməsinin təhqiqatçısı X9 tərəfindən X4 İdarəsinə məxsus Yevlax rayonu Dəlləklər kəndində yerləşən subartezian quyularına baxış keçirilmiş, baxış zamanı X4 İdarəsinin balansında olan 132 reper nömrəli subartezian quyusundan uzunluğu 23 metr, dəyəri 245 manat olan, 153 reper nömrəli subartezian quyusundan uzunluğu 33 metr, dəyəri 352 manat olan, 131 reper nömrəli subartezian quyusundan uzunluğu 22 metr, dəyəri 234 manat olan, 160 reper nömrəli subartezian quyusundan uzunluğu 51 metr, dəyəri 544 manat olan, 111 reper nömrəli subartezian quyusundan uzunluğu 21 metr, dəyəri 224 manat olan, 153 reper nömrəli subartezian quyusundan uzunluğu 45 metr, dəyəri 480 manat olan, 36 reper nömrəli subartezian quyusundan uzunluğu 30 metr, dəyəri 320 manat olan elektrik naqillərinin kəsilərək oğurlanması müəyyən edilmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokolundan görünür ki, Tərtər rayon X7 Qrupunun müstəntiqi Çingiz Paşayev tərəfindən F.Məmmədov adına Xoruzlu kənd körpələr evi-uşaq bağçasına baxış keçirilmiş, baxış aparılan yer F.Məmmədov adına Xoruzlu kənd körpələr evi-uşaq bağçasıdır, bağçanın inzibati binası ikimərtəbəli və mişar daşları ilə inşaa edilmiş, ikitərəfli girişinin olmuşdur. Binanın birinci mərtəbəsinə dörd ədəd pilləkan ilə daxil olunur. Həmin pilləkanlar vasitəsilə binanın ikinci mərtəbəsinə qalxılır və pilləkanların sol tərəfinə dəmir əl tutacaqları bağlanmışdır. Binanın ikinci mərtəbəsinə qalxdıqda pilləkan ilə üzbəüz, sağ və sol tərəfdə otaqlar yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs2 pilləkan ilə üzbəüz otağı göstərib həmin otaqdan əşyaların oğurlandığını bildirmişdir. Həmin otağın giriş qapısı taxta materialdan hazırlanmış, qapı dəmir qıfıl ilə bağlanmışdır. Otağa daxil olduqda yerdə çox sayda uşaq oyuncaqları və məişət əşyalarının olması müəyyən edildi. Baxış zamanı Zərərçəkmiş şəxs2 oğurlanmış əşyaların, yəni bir ədəd ətçəkən maşının və iki ədəd elektrik sobasının (duxovka) oğurlandığını bildirdi. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli baxış aparılması haqqında protokolundan görünür ki, Tərtər rayon X7 Qrupunun müstəntiqi Vüqar Hüseynov tərəfindən X4 İdarəsinin sahə rəisi Ehtiram İsmayılov və hüquqşünası Zərərçəkmiş şəxs1 iştirakları ilə X4 İdarəsinə məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 35 reper nömrəli subartezian quyusuna baxış aparılmış, baxış zamanı subartezian quyusunun işlək vəziyyətdə olması, ətrafında heç bir hasar olmaması müəyyən edilmiş, baxış zamanı Ehtiram İsmayılov bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə həmin subartezian quyusunun 39 metr uzunluğunda, dəyəri 416 manat, tərkibi mis metalı olan elektrik naqili kəsilərək oğurlanmışdır. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli baxış aparılması haqqında protokolundan görünür ki, Şahid7 təqdim etdiyi bir ədəd ətçəkən maşına və iki ədəd elektrik sobasına (duxovka) baxış aparılmış, baxış zamanı müəyyən edilmişdir ki, 01 (bir) ədəd ətçəkən maşın qara rəngli orijinal qutusuna yerləşdirilmişdir, istifadə edilməmişdir, elektrik gücü 3000 watt, voltu 220-240V 50-60Hz, markası isə “Blackbird BMG-3788“-dır, ətçəkən maşına hər hansı zərərin vurulması müəyyən edilməmişdir. 02 (iki) ədəd elektrik sobası (duxovka) isə hər biri qırmızı rəngli orijinal qutusunda yerləşdirilmişdir, gücü 1300 watt, voltu 220-230V 50-60Hz, çəkisi 13,5 kq, ölçüsü 460x540x350 mm-dir, markası isə “İtimat“-dir, elektrik sobalarına (duxovka) hər hansı zərərin vurulamsı müəyyən edilməmişdir. Baxış zamanı Şahid7 bildirmişdir ki, təqdim etdiyi bir ədəd ətçəkən maşını 30 manat qarşılığında, iki ədəd elektrik sobasını (duxovkanı) isə 60 manat qarşığında 15 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs almışdır. Cahandar həmin əşyaların özünə məxsus olmasını bildirmiş, həmin əşyaların oğurluq olduğunu isə Tərtər RPŞ-nə dəvət edildikdə öyrənmişdir. Həmin bir ədəd “Blackbird BMG-3788“ markalı ətçəkən maşın və iki ədəd “İtimat“ elektrik sobası (duxovka) iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi götürülmüş, baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/1863 nömrəli rəyində görünür ki, 2023-cü ilin yanvar ayı üzrə orta bazar qiyməti ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən 02 (iki) ədəd 2021-ci ildə Türkiyə Respublikasında istehsal edilmiş, istifadə edilməmiş, gücü 1300 watt, voltu 220-230V 50-60Hz, çəkisi 13,5 kq, ölçüsü 460x540x350 mm olan “İtimat“ markalı elektrik sobası (duxovka) üçün 200 (iki yüz) manat; 01 (bir) ədəd 2021-ci ildə Çin Xalq Respublikasında istehsal edilmiş, istifadə edilməmiş, gücü 3000 watt, voltu 220-240V 50-60Hz olan “Blackbird BMG-3788“ markalı ətçəkən maşını üçün 70 (yetmiş) manat; bir ədədinin çəkisi 1,2 kq (1200 qram) olan “sazan” balığının bir ədədi üçün 10 (on manat) 80 (səksən) qəpik olmaqla 540 manat; bir baş xırdabuynuzlu heyvanın (quzu) ümumi çəkisi 10 kq olan qabırğa, qol və bud ətinin üçün 90 (doxsan) manat məbləğində olması müəyyən edilmişdir. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/1139 nömrəli rəyində görünür ki, 2023-cü ilin oktaybr-noyabr ayları üzrə 132 reper nömrəli subartezian quyusundan 23 metr uzunluğunda elektrik naqili üçün ümumi 92 (doxsan iki) manat, 183 reper nömrəli subartezian quyusundan 33 metr uzunluğunda elektrik naqili üçün ümumi 132 (bir yüz otuz iki) manat, 131 reper nömrəli subartezian quyusundan 22 metr uzunluğunda elektrik naqili üçün ümumi 88 (səksən səkkiz) manat, 160 reper nömrəli subartezian quyusundan 51 metr uzunluğunda elektrik naqili üçün ümumi 204 (iki yüz dörd) manat, 153 reper nömrəli subartezian quyusundan 21 metr uzunluğunda elektrik naqili üçün ümumi 84 (səksən dörd) manat, 36 reper nömrəli subartezian quyusundan 30 metr uzunluğunda elektrik naqili üçün ümumi 120 (bir yüz iyirmi) manat, 153 reper nömrəli subartezian quyusundan 45 metr uzunluğunda elektrik naqili üçün ümumi 180 (bir yüz səksən) manat, 2024-cü ilin yanvar ayı üzrə 35 reper nömrəli subartezian quyusundan 39 metr uzunluğunda elektrik naqili üçün ümumi 156 (bir yüz əlli altı) manat, cəmi 1056,00 manat məbləğində olması müəyyən edilmişdir. Cinayət işində olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokolundan görünür ki, Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı Anar İsmayıllı tərəfindən Tərtər RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1, Tərtər RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 və Tərtər RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid5, X2 (ev sahibi) və hazırkı Təqsirləndirilən şəxs iştirakları ilə həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Tərtər rayonu Bayandurlu kəndində yerləşən fərdi yaşayış evində videoçəkiliş vasitəsilə baxış və götürmə aparılmış, baxış və götürmə zamanı evin yataq otağında olan çarpayıdakı döşəyin altından 01 ədəd qara rəngli sellofan paket və həmin sellofan paketin içərisindən isə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və narkotik vasitə olan marixuanaya bənzər kütlənin bükümlə birlikdə çəkisi 495 qram olması müəyyən edilmiş, aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılıb möhürlənərək götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 16/97 saylı nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Tərtər rayonu Bayandurlu kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli sellofan paketdə təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 456 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Tərtər RPŞ-nin müstəntiqi Vüqar Hüseynovun, Müdafiəçi, Tərtər RPŞnin MSY-nin mühafizə üzrə polis nəfəri Murad Əliyevin və hazırkı Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmiş “təqsirləndirilən şəxsin ifadəsnin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 15 yanvar 2024-cü il tarixdə saat 03 radələrində və saat 14 radələrində Xoruzlu kənd körpələr evi-uşaq bağçasının binasında olan otaqdan bir ədəd ətçəkən maşını və iki ədəd elektrik sobasını (duxovka) oğurlamasına ... dair vermiş olduğu ifadəsindəki xüsusatları bir daha yerində göstərmişdir. Bununla bağlı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işində olan Tərtər RPŞ-nin müstəntiqi Vüqar Hüseynovun, Müdafiəçi, Tərtər RPŞnin MSY-nin mühafizə üzrə polis nəfəri Murad Əliyevin və hazırkı Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmiş “təqsirləndirilən şəxsin ifadəsnin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının 10-da Tərtər rayonu Cəmilli kəndi ərazisində narkotik vasitə olan marixuananı tapıb götürməsinə dair vermiş olduğu ifadəsindəki xüsusatları bir daha yerində göstərmişdir. Bununla bağlı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işində olan “maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yataq otağında olan çarpayıdakı döşəyin altından aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 464,8 qram olan narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş; Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş; Şahid7 təqdim etdiyi və zərərçəkmiş hüquqi şəxs F.Məmmədov adına Xoruzlu kənd körpələr evi-uşaq bağçasına məxsus olan bir ədəd “Blackbird BMG-3788“ markalı ətçəkən maşını və iki ədəd “İtimat“ markalı elektrik sobası (duxovka) cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 qəbzlə təhvil verilmişdir. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin 1(061)-35/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan cinayət işi üzrə barəsində CM-nin 88-ci maddəsinə əsasən nəzarətə vermə tərbiyyəvi xarakterli məcburi tədbir tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Onun məhkumluğuna dair məlumat yoxdur. Cinayət işində olan “şübhəli səxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Tərtər RPŞ-nin MSYdən azad edilmişdir. Cinayət işində olan Yevlax Rayon Məhkəməsinin 4(039)-6/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Tərtər RİHB-nın Kəbrli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Yaqubzadə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs səhhətində olan problemlərlə bağlı hərbi xidmətdə olmamış, əvvəl də oğurluq etmiş, ailəsində belə bir hal olmamışdır. Cinayət işində olan məhkəmə- psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 936 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməllərin törədilməsi zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, yəni A N L A Q L İ olmuşdur. O, hər hansı bir psixi xəstəlik keeçirmir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun həmin ifadəsi özünümüdafiə məqsədi daşıyır və cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilən “baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokol, “təqsirləndirilən şəxsin ifadəsnin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokol, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilməsinə dair xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli protokollar, məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 16/97 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 456 saylı rəyləri ilə birmənalı şəkildə təkzib olunmuşdur. Beləliklə, məhkəmə təqsirləmdirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə, şahidlərin ifadələrinə, cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilən “baxış keçirilməsi barədə” xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli protokollar, “baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokol, “təqsirləndirilən şəxsin ifadəsnin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokol, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilməsinə dair xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli protokollar, məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 16/97 saylı, məhkəmənarkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 456 saylı rəyləri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/1863 və xx.xx.2024-cü il tarixli, 9/1139 saylı rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Onun əməli istintaq orqanı tərəfəindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3, 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə də onun əməlini həmin maddələrlə tövsif edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsə də, CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə özünü təqsirli bilmiş, həmin hissədə əməlini səmimi etiraf etmiş, məhkəmə prosesinin gedişində də təqsirləndirilən şəxsin müsbət fərdi-psixi xüsusiyyətləri müşahidə olunmuş, o, proses iştirakçısı kimi mədəni və etik qaydalara uyğun davranış nümayiş etdirmişdir. Qeyd olunan hallar ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha yüngül cəza təyin edilməsinin zəruriliyini şərtləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməli törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinəyət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə və s. aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkildə bir-biri ilə əlaqəli şəkildə qiymət verilməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi cəza təyin edilərkən cinayətin xarakterini və ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi CM-nin 32-ci maddəsinin şərh edilməsinə dair qərarında qeyd etmişdir ki, cəza sitəm olmayıb məhkumun islah olunmasına xidmət etməlidir. Həmçinin Cinayət Məcəlləsində yalnız cinayətlərin residivinə görə sərt cəzanın təyin edilməsi imperativ olaraq təsbit edilmişdir. Məhkəmə yuxarıda istinad olunan cinayət qanunvericiliyi normalarının mahiyyətini və yuxarıda qeyd olunan məsuliyyəti yüngülləşdirən halları məcmu halında qiymətləndirərək, ona maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin (ağır cəzanın verilməsi heç də həmişə cəzanın məqsədlərinə nail olunmasına xidmət etmir) həm təqsirləndirilən şəxsin özünün, həm də başqalarının tərbiyyə olunmasındakı əhəmiyyətini nəzərə alaraq, eləcə də "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamından irəli gələrək cəza təyini zamanı hümanizm prinsiplərinin rəhbər tutulması, alternativ cəzaların daha geniş tətbiq edilməsi barədə tövsiyyələri rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi həm qanunauyğundur, həm də həmin cəza ilə də cəzanın məqsədlərinə çatmaq olar. Həmçinin ona azadlıqdan məhrum etmə cəzası deyil, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi şəxsiyyətinə uyğun olmaqla bərabər, həm də ədalətli olar. Ona görə də yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həm təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə, həm də Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin məcmuyunu yaratdığından ona Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinin müəyyən etdiyi qaydada cəzasını qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün və xx.xx.2024-cü il tarixdən hazırkı hökm çıxarılanadək həbsdə saxlandığı 01 il 21 gün müddəti bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının rəyinə görə narkomaniya xəstəliyi aşkar olunduğu üçün onun barəsində Azərbaycan Respublikası CMin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. O, yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X12 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlaması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yataq otağında olan çarpayıdakı döşəyin altından aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 464,8 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqqdan sonra məhv edilməli; iş üzrə maddi sübut qismində tanınan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı; işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 təhvil verilmiş Şahid7 təqdim etdiyi zərərçəkmiş hüquqi şəxs F.Məmmədov adına Xoruzlu kənd körpələr evi-uşaq bağçasına məxsus olan bir ədəd “Blackbird BMG-3788“ markalı ətçəkən maşını və iki ədəd “İtimat“ markalı elektrik sobasını (duxovka) zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 sərəncamına verilməlidir. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 130,40 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin olunmuş cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Vafadar oğluna qəti olaraq 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün və xx.xx.2024-cü il tarixdən hazırkı hökm çıxarılanadək həbsdə saxlandığı 01 il 21 gün müddət nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 il 04 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə iclas zalından dərhal azad edilsin, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə salanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun. O, yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X12 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlaması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yataq otağında olan çarpayıdakı döşəyin altından aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 464,8 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqqdan sonra məhv edilsin; iş üzrə maddi sübut qismində tanınan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın; işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 təhvil verilmiş Şahid7 təqdim etdiyi zərərçəkmiş hüquqi şəxs F.Məmmədov adına Xoruzlu kənd körpələr evi-uşaq bağçasına məxsus olan bir ədəd “Blackbird BMG-3788“ markalı ətçəkən maşını və iki ədəd “İtimat“ markalı elektrik sobasını (duxovka) zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 sərəncamına verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 130,40 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət mədaxilinə ödənilsin. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №1(061)-1/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-1/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver