Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-12/2025 09.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X5, Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 69.3-cü maddəsi tətbiq edilməklə 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, ünvan 1 ünvanda yaşayan, 01 noyabr 2024cü il tarixdə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Tərtər Rayon Məhkəməsinin 22 yanvar 2025-cü il tarixli 1(061)- 12/25 saylı qərarı ilə barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törədərək, cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(061)-1680/2019 saylı qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(061)-337/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il tarixdə məsuliyyət elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə, öz hərkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən xx.xx.2024-cü il tarixədək 5443,50 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə hesab edir ki, istintaq zamanı iş üzrə əhəmiyyət kəsb edən xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində izahat vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2013-cü il tarixdə faktiki nikah münasibətinə girərək ailə qurmuşlar. Nikahlarını xx.xx.2014-cü il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 2014-cü ildə İnci adlı uşaqları anadan olmişdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan münasibətləri pozulduğuna görə 2019-cu ildə Zərərçəkmiş şəxs ondan faktiki ayrılmış və aralarında olan nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Zərərçəkmiş şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Bakı şəhərində şəhərdaxili ictimai nəqliyyat vasitəsi ilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaqla hər aya 1000,00 manat qazancı olmuşdur. Səidə məhkəməyə müraciət etdiyi üçün Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)-1680/2019 saylı qətnaməsinə əsasən ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 150,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Tərtər rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-ın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2024-cü tarixli təqdimatda qeyd edilən cəmi 5443,00 manat aliment borcunu ödəməmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 69.3-cü maddəsi tətbiq edilməklə 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra Tərtər rayon 2 saylı avtobus xəttində sürücü işləməklə hər gününə qazandığı 70,00 manat qazancın 30,00 manatın Tərtər rayonunda yaşayan və şəhərdaxili avtobusların və 2 saylı xəttin sahibi Azər adlı şəxsə ödəmiş, qalan pulu isə özünə ödəniş kimi götürmüşdür. Zərərçəkmiş şəxs hirsli olduğu üçün və birgə nikahdan olan İnci adlı uşağı ilə ünsiyyətdə olmağa ona imkan vermədiyi və şərait yaratmadığı üçün aliment pulunu ödəməmişdir. Onun işi və aylıq qazancı olduğu üçün Məşğulluq mərkəzinə müraciət etməmişdir. Aliment borcundan 500 manat ödəmişdir. Hazırda onun qalan aliment borcunu birdəfəliyə ödəməyə imkanı olmadığını, əməlindən peşiman olmasını, nəzərə alıb ona köməklik edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ilin noyabr ayında el adəti ilə toy edib ailə qurmuşdur. Nikahlarını xx.xx.2014-cü il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 2014-cü ildə İnci adlı bir uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Təqsirləndirilən şəxs ilə münasibətləri pozulmağa başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik aludəçisi olduğu üçün evdə tez-tez yersiz dava-dalaş etmiş, ona və uşağına qayğı göstərməmiş və onu bir arvad kimi sayıb hörmət etməmişdir. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2019-cu ildə Təqsirləndirilən şəxs ilə ayrılıb uşağı ilə birlikdə ayrı yaşayır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu Bakı şəhərində şəhərdaxili sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaqla hər aya 1000,00 manat qazancı olmuşdur. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşağının saxlanılması üçün ona heç bir maddi köməklik göstərməmişdir. O, heç bir yerdə işləmədiyi üçün uşağı təkbaşına saxlamaqda çətinlik cəkmişdir. Ona görə də atasının maddi yardımı ilə uşağını saxlamışdır. Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)-1680/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Tərtər rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixli təqdimatda qeyd edilən cəmi 5443,50 manat aliment borcu yaranmışdır. Təqsiriləndirilən şəxs aliment borcundan 500 manat ödəmiş, qalan məbləği ödəməmişdir. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda onun barəsində qanuna müvafiq qaydada ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 göstərmişdir ki, təqsirləndirilən şəxsi və zərərçəkən şəxsi icraatında olan işlə bağlı tanımış, onlarla heç bir ədavəti olmamışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)-1680/2019 saylı qətmanəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində alimentiin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Tərtər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(061)-337/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (un) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonrada məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2023cü il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 5443,50 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində könüllü ifadə vermiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs nəvəsidir və zərərçəkən şəxs Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur. Onlar xeyli müddət ailəli olmuşlar. Onların İnci adı uşaqları olmuşdur. Aralarında olan narazılıqlara görə onlar ayrılmışlar. Zərərçəkmiş şəxs məhkəmədə aliment tələbi vermişdir. Bununla bağlı qətnam\ə qəbul olunmuş və hər ay 150 manat aliment kəsilmişdir. Nəvəsi alimenti ödəyə bilməmişdir. Əvvəlcə onu 10 gün müddətində inzibati qaydada həbs etmişlər. Sonra isə cinayət işi açılmışdır. Bu ərəfədə çətinliklə də olsa 500 manat düzəldərək Eşqinin aliment borcuna görə ödəmişdir. Qalan aliment borcunu isə ödəmək imkanları olmadığını bildirmişdir. Nəvəsinə köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 göstərmişdir ki, təqsirləndirilən şəxsi və zərərçəkən şəxsi icra işlə bağlı tanımış, onlarla heç bir ədavəti olmamışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)-1680/2019 saylı qətmanəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü İnci adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150,00 manat sabit pul məbləğində alimentiin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Tərtər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada sənədləşmələr aparılmış və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmuş, lakin onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(061)-337/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (un) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2023-cü il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 5443,50 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(061)-337/2023 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)- 1680/2019 saylı qətnaməini qərəzli olaraq icra etməmişdir. (iş vər. 50-52,61) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 69.3-cü maddəsi tətbiq edilməklə 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. (Bax iş vər. 100-101) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X6 Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda ilan Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində qeydiyyatı mövcud deyildir. (Bax iş vər. 56.) İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli Tərtər rayon İcra və probasiya şöbəsinə verdiyi qəbzindən və Tərtər rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs intintaq dövründə Zərərçəkmiş şəxs xeyrinə aliment borcundan cəmi 500,00 manat ödəniş etmişdir. (Bax: iş vər.152-153) İş materiallarına əlavə olunmuş Tərtər RİHB-ın Tərtər şəhər İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş Tərtər rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. (Bax.iş vər. 63) Beləliklə, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(061)-1680/2019 saylı qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(061)-337/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il tarixdə məsuliyyət elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə, öz hərkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən xx.xx.2024-cü il tarixədək 5443,50 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməsi faktı təmamilə sübuta yetir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə tövsüf edilmişdir. Ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə ədalət mühakiməsi əleyhinə olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, 500 manat məbləğində aliment borcundan ödəməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 69.3-cü maddəsi tətbiq edilməklə 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsiənə əsasən cəzasını ağırlaşdıran hal kimi, CM-nin 83-cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3-cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixdən 01 noyabr 2024-cü il tarixdək Nərimanov rayon Polis şöbəsinin MSY-də saxlanıldığı iki gün müddət ona təyin olunacaq cəzadan Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə Tərtər rayon Məhkəməsinin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş, “həbs” qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq Tərtər RPŞ-in MSY-ə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 353, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixdən 01 noyabr 2024-cü il tarixdək Nərimanov rayon Polis şöbəsinin MSY-də saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən yəni, 06 fevral 2025 -ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-12/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-12/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver