Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-13/2025 12.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1990-cı ildə Kəlbəcər rayon Ağdaban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 1(045)-58/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 5%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş, Kəlbəcər rayonun Ağdaban kəndində qeydiyyatda olmaqla Tərtər rayonun Bəyimsarov kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs “qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzidirmə” cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa dəqiq məlum olmayan gündə və vaxtda istintaqa məlum olmayan mənbədən bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik tiyəsinin uzunluğu 100mm, eni 26 mm, qalınlığı 3,2 mm, dəstəyinin uzunluğu 127 mm, orta hissədə eni 30 mm, qalınlığı 14 mm soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, 24 may 2024-cü il tarixdə gecə saat 06 radələrində Tərtər rayon Mərkəzi Xəsatəxanasının TTYŞ-in inzibati binasının qarşısında səsküy salıb ictimai qaydanı pozan hərəkətlər etməsi barədə daxil olmuş məlumat əsasında Tərtər RPŞ-in PPXB-in əməkdaşları tərəfindən saxlanılarkən həmin bıçaq belindəki kəmərə taxılı vəziyyətdə aşkar edilmiş və həmin tarixdə TB-nin təhqiqatçısı, polis bağ leytenantı X2 tərəfindən müvafiq aydada baxış keçirilib qablaşdırılaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2020-ci ildə baş vermiş 2-ci Qarabağ müharibəsinin 3-cü qrup əlilidir. Müharibə dövründə qapalı kəllə beyin travması və beyin sirkələnməsi xəsarətləri almışdır. 3-cü qrup əlil olduğu üçün bədənində tez-tez ağrılar yaranır. xx.xx.2024-cü il tarixdə gecə saatlarında Tərtər rayon Bəyimsarov kəndi ərazisində ağrıları yarandığı üçün 103 xidmətinə müraciət etmişdir. X8 Xidmətinin əməkdaşları onu Tərtər rayon Bəyimsarov kəndi ərazisindən götürüb avtomobil ilə Tərtər rayon MX-na aparmışlar. Xəstəxanada ona diazeps adlı dərman preparatı vurmuşlar, lakin sakitləşə bilmədiyi üçün travmadol dərmanı vermişlər. Daha sonra nələr olduğunu xatırlamadığını bildirmişdir. Ayıldıqdan sonra Tərtər rayon Polis Şöbəsində olduğunu və polis əməkdaşlarının ona xəstəxananın qarşısında nalayiq ifadələr işlətdiyini, üzərində 01 ədəd bıçaq olduğunu bildirmişlər. Üzərində olan bir ədəd ov bıçağını 2020-ci ildə baş vermiş 2-ci Vətən müharibəsi zamanı Ağdərə rayonunda görüb götürmüş, həmin bıçağın qanunsuz olduğunu, yəni soyuq silah olduğunu bilmədiyini qeyd etmişdir. Həmin bıçağı 2020-ci ildə olan 2-ci Vətən müharibəsindən yadigar qaldığı üçün özündə saxlamış və ondan heç vaxt istifadə etməmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixdə gecə saatlarında Tərtər RMX-da həkimlərini hədələmədiyini bildirmişdir. Göstərdiklərinə əsasən maddi və sağlıq vəziyyətini, müharibədə fəal şitirakına görə aldığı medalları, döyüşlərdə xəsarət alaraq əlil olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə belə onun həmin cinayət əməlini törətməsi onunn özünün veridiyi izahatı, aşağıda göstərilən şahid ifadələri və digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 2017-ci ildən DİO-da və Tərtər RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 06 radələrində keçmiş iş yoldaşı PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Tərtər şəhər ərazisində xidmətdə olan zaman RPŞ-nin növbətçi hissəsi radiostansiya vasitəsi ilə bir nəfər şəxsin Tərtər rayon Mərkəzi Xəstəxanasında üzərində bıçaq gəzdirərək ucadan nalayiq ifadələr işlətməsini və mərkəzi xəstəxanaya getməklərini bildirmişdir. O da dərhal Tərtər rayon Mərkəzi Xəstəxanasına getmişdir. X5 yardım Şöbəsinin qarşısında Təqsirləndirilən şəxs səs-küy etdiyini və belində kəmərə bağlanmış cib bıçağının olduğunu görmüşdür. Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim edərək nizam intizama dəvət etmişdir. Lakin Tural, qəsdən onun qanuni tələblərinə tabe olmamışdır. O da Turalın belində olan kəmərə bağlanmış cib bıçağını götürmüş, Təqsirləndirilən şəxs Tərtər rayon Polis Şöbəsinə gətirmiş və bu barədə rəhbərliyə raportla məruzə etmişdir. Həmin bıçaq açılıbqatlanan bıçaq olmuşdur. Bıçaq açıldıqda ümumi uzunluğu təxminən 25 sm olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Tərtər RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləmiş, hazırda işləmir. xx.xx.2024-cü il tarixdə saat 06 radələrində keçmiş iş yoldaşı PPXB-nün polis nəfəri, Şahid1 ilə birlikdə Tərtər şəhər ərazisində xidmətdə olan zaman RPŞ-nin növbətçi hissəsindən radiostansiya vasitəsi ilə bir nəfər şəxsin Tərtər rayon Mərkəzi Xəstəxanasında üzərində bıçaq gəzdirərək ucadan nalayiq ifadələr işlətməsini bildirilmişdir. Onlar dərhal Tərtər rayon Mərkəzi Xəstəxanasına getmişlər. X5 yardım Şöbəsinin qarşısında Təqsirləndirilən şəxs səs-küy etdiyini və belində kəmərə bağlanmış cib bıçağının olduğunu görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək nizam intizama dəvət etmişlər. Lakin Təqsirləndirilən şəxs onların qanuni tələblərinə qəsdən əməl etməmişdir. Şahid1 Təqsirləndirilən şəxs belində olan kəmərə bağlanmış cib bıçağını götürmüşdür. Təqsirləndirilən şəxs Tərtər rayon Polis Şöbəsinə gətirmişlər. Bu barədə rəhbərliyə raportla məruzə edilmişdir. Həmin bıçaq təqribən 25 sm olmaqla açılıb-qatlanan bıçaq olmuşdur. İş materiallarına əlavə olunmuş protokoldan aydın olur ki, iş üzrə 24 may 2024-cü il tarixdə TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən Tərtər RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid1 təqdim etdiyi və Tərtər rayon Bəyimsarov kəndində yaşayan Təqsirləndirilən şəxs özünə məxsus olduğunu göstərdiyi 01 ədəd qatlanan bıçağa baxış keçirilmişdir. Baxış zamanı həmin bıçağın tutacaq hissəsinin 12,7 sm, kəsici hissəsi 10 sm olduğu müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Bax: İş vərəqə: 9-11) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional Bölməsinin 07 iyun 2024-cü il tarixli 16/620 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ov bıçağıdır və soyuq silah hesab edilir. (Bax: İş vərəqə: 18-22) İş materiallarına əlavə olunmuş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizanın 05 dekabr 2024-cü il tarixli 3558 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, əsəbi olması, xarici qıcıqlara qarşı hassas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”də “Travma mənşəli üzvi şəxsiyyət pozuntusu” diaqnozu qeyd edilməsi və s.) və halhazırkı psixiatrik müayinənin nəticələri (əhval ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən “üzvi şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin tədqiqi zamanı ixtiyari yaddasaxlamasının bir qədər aşağı olması, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), mücərrəd anlayışların dərk edilməsininnisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, təfəkküründə ilişkənlik, xarakterindədəyişkənlik – kobudluq, konfliktə meyililik, öz doğruları ilə rəftar etmək; emosional-iradi sferasında – qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, psixiemosional vəziyyətində əhval-ruhiyyənin aşağı olması və s. Aşkar olunmaqla əqli-intellektual imkanlarının ümümən normaya uyğun olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərini müəyyən edərkən idrak proseslərinin tədqiqi zamanı ixtiyarı yaddasaxlamasının bir qədər aşağı olması, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), mücərrəd anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, təfəkküründə ilişkənlik, xarakterində dəyişkənlik – kobudluq, konfliktə meyillilik, öz doğruları ilə rəftar etmək; emosional-iradi sferasında – qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, psixi-emosional vəziyyətində əhval ruhiyyənin aşağı olması və s. Aşkar olunmaqla əqli intellektual imkanlarının ümümən normaya uyğun olduğu müəyyən edildi. (Bax:iş vər.78-80; 102-105) İş materiallarından aydın olur ki, istintaq zamanı bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ov bıçağının Təqsirləndirilən şəxs tanınma üçün təqdim edilməsi zərurəti olduğundan 19 oktyabr 2024-cü il tarixdə Tərtər RPŞ-nin inzibati binasında Müdafiəçi iştirakı ilə əşyanın tanınmaya təqdim edilməsi istintaq hərəkəti aparılmışdır. Əşyanın tanınmaya təqdim edilməsi zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlara uyğun olaraq 1-ci nömrəli əşyanı göstərərək dəstəyi boz rəngli olan, dəstəyin üzərində boz rəngli dəmir predmet bərkidilmiş, tiyəsi boz rəngli metaldan olan üzərində “Browing” yazısı olan və bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən 01 ədəd açılıb-qatlanan bıçağının özünə məxsus olmasını bildirmişdir. Bununla bağlı fotoşəkil çəkilmiş və protokola əlavə edilmişdir. (Bax: iş vərəqə: 71-73) İş materiallarından aydın olur ki, cinayət işi üzrə 05 sentyabr 2024-cü il tarixdə Tərtər RPŞ-nin CAB-nə əməliyyat tapşırığı verilmiş, Tərtər RPŞ-nin CAB-dən 14 sentyabr 2024-cü il tarixdə daxil olmuş məktubda göstərilmişdir ki, keçirilən əməliyyat tədbirləri zamanı Kəlbəcər rayon Ağdaban kəndində qeydiyyatda olmaqla Tərtər rayon Bəyimsarov kəndində yaşayan Təqsirləndirilən şəxs soyuq silah və ya odlu silahların alğı-satqısı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs məxsus bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici və ucu deşici xassəyə malik soyuq silah hesab edilən ov bıçağını kimdən, haradan və nə vaxt əldə etməsinin müəyyən edilməsi mümküm olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs soyuq silah hesab edilən ov bıçağı ilə hər hansı şəxsə xəsarət yetirməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində və Respublikasının digər ərazilərində analoji cinayətlərdə iştirakı müəyyən edilməmişdir. (Bax: iş vərəqə: 31-32) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİnin 17 sentyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi məhkəmə baxışındadır və yekun hökm çıxarılmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs sayılır. (Bax:İş vərəqə: 33-34) İş materiallarına əlavə olunmuş Goranboy Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 1(045)-58/2024 saylı hkmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuşəməli törətməkdə təqsirli bilinmiş və ona aylıq qazancının 5%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilmişdir. İş materiallrına əlavə olunmuş Gəncə şəhər Probasiya Şöbəsinin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuşəməli törətməkdə təqsirli bilinmiş və ona aylıq qazancının 5%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində olan 06 ay müddətə islah işləri cəzasının 02 ay hissəsini çəkmiş, 04 ay hissəsi çəkilməmiş qalmışdır. Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir ki, bu da cinayətin residivini yaratmır. Azərbaycan Respublikası CM-in 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: -18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlər. Beləliklə iş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olsa da onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 18-ci maddəsinin təsiri altına düşmür. İş materiallarına əlavə olunmuş Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin Tərtər rayon bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Mamedov X3 rayon Ağdaban kəndində qeydiyyatda olmaqla müvvəqəti olaraq Tərtər rayon Bəyimsarov kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin Tərtər rayon bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Mamedov X3 rayon Ağdaban kəndində qeydiyyatda olmaqla müvvəqəti olaraq Tərtər rayon Bəyimsarov kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (Bax: İş vərəqə: 97-101) İş materiallarına əlavə olunmuş Səhiyyə Nazirliyi Tərtər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 24 iyun 2024-cü il tarixli 18-1-75/2-804/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında dayanmır. (Bax: İş vərəqə: 28) İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Kəlbəcər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 22 oktyabr 2024-cü il tarixli 18-1-48/2-442/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb dispanseri fəaliyyət göstərən zaman müraciət etməmişdir. Hazırda “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” PHŞ-in narkoloji və ruhi-əsəb dispanseri fəaliyyət göstərmir. (Bax:İş vərəqə: 82- 83) İş materiallarından aydın olur ki, istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tərəfimdən təqsirləndirilən şəxs qismində dindirilərkən və xx.xx.2024-cü il tarixdə cinayət işinin materialları ilə tanış olan zaman heç bir dəlil gətirmədən özünü təqsirli bilmədiyini və cinayət işinə bəraət verilməsini göstərmişdir. Sonuncunun göstərdiyi xüsusatlar xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə tərəfimdən vəsatət kimi qiymətləndirilərək əsassız olduğu və özünü müdafiə xarakteri daşıdığı üçün rədd edilmişdir. (Bax:iş vər: 74-77, 118-121) Beləliklə, təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsindən əlavə şahidlərin ifadələri, baxış və götürmə aparılması haqqında protokol, məhkəmə-ballistik ekspertizasının rəyi, kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyi, əşyanın tanınmaya təqdim edilməsi haqqında protokol, maddi sübut olan bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ov bıçağı, habelə işin istintaqı zamanı öyrənilmiş digər sənədlər ilə tam təsdiq edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzidirmə” cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa dəqiq məlum olmayan gündə və vaxtda istintaqa məlum olmayan mənbədən bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik tiyəsinin uzunluğu 100mm, eni 26 mm, qalınlığı 3,2 mm, dəstəyinin uzunluğu 127 mm, orta hissədə eni 30 mm, qalınlığı 14 mm soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, 24 may 2024-cü il tarixdə gecə saat 06 radələrində Tərtər Rayon Mərkəzi Xəsatəxanasının TTYŞ-in inzibati binasının qarşısında səs-küy salıbictimai qaydanı pozan hərəkətlər etməsi barədə daxil olmuş məlumat əsasında Tərtər RPŞ-in PPXB-in əməkdaşları tərəfindən saxlanılarkən həmin bıçaq belindəki kəmərətaxılı vəziyyətdə aşkar edilmiş və həmin tarixdə TB-nin təhqiqatçısı, polis bağ leytenantı X2 tərəfindən müvafiq aydada baxış keçirilib qablaşdırılaraq götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan “qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə” cinayət əməlini törətmişdir. Törətmiş olduğu cinayət əməlinə görə Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdə tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olmaları, özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, şahidləri ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxslunun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunması və ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməsi kimi başa düşülməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 228.4-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə ictintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən, ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hüssəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən əməl olmaqla, bilavasitə ictimai təhlükəsizlik əleyhinə olan cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, Məcəllənin 59.2-ci maddəsinə əsaslanaraq, İİ Qarabağ müharibəsi zamanı İİİ qrup əlil olmasını, döyüşlərdə fərqləndiyinə görə “Vətən müharibəsi iştirakçısı” medalı və “Suqovuşanın azad olunmasına görə” medallalrı ilə təltif olunması, məcburi köçkün olması, cavan olması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcisinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirməlidir. Məhkəmə cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunması cəzanın məqsədini təmin edər. İşin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayəti Göranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(045)-58/2024 saylı hökmündən əvvəl, yəni xx.xx.2024-cü il tarixdə törətmişdir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nin 66.5 maddəsinə əsasən cinayətlərin məcmuyu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.5-də göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Gəncə şəhər Probasiya Şöbəsinin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuşəməli törətməkdə təqsirli bilinmiş və ona aylıq qazancının 5%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində olan 06 ay müddətə islah işləri cəzasının 02 ay hissəsini çəkmiş, 04 ay hissəsi çəkilməmiş qalmışdır. İşin hallarını araşdırıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan hökm Gəncə şəhər Probasiya Şöbəsində icra olunduğundan məhkəmənin hazırki hökmü də icra olunması üçün Gəncə şəhər Probasiya Şöbəsinə göndərilməlidir. İş üzrə maddi sübut olan Tərtər rayon Polis Şöbəsində məsul saxlanca verilmiş, bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertizası üzrə Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 53 (əlli üç) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CM-in 70-ci, Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 353, 381-383-384-385-ci, maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,ona qazancının 05 (beş) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza Goranboy Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 1(045)-58/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinib aylıq qazancının 5%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq aylıq qazancının 5%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 7 (yeddi) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs İbadər oğlundan ekspertiza tədqiqatının dəyəri olan 53 (əlli üç) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olub, Tərtər rayon PŞ-də məsul saxlanca verilmiş, bir ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-13/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-13/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver