Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-14/2025 06.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1983-cü il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinmiş, 01 (bir) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Tərtər rayonun Xoruzlu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-in 2 saylı X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci, 178.2.4-cü, 221.3-cü, 228.1-ci və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü torpaq alqı-satqısı məsələlərində geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib inam yaratmaqla tanışı Zərərçəkmiş şəxs2 Goranboy rayon ərazisində münasib qiymətə təsərrüfata yararlı torpaq sahəsi tapıb qısa zaman ərzində sonuncunun adına rəsmiləşdirəcəyinə dair yalan vədlər verib onu aldadaraq etibarından sui-istifadə etmiş, daha sonra guya almış olduğu torpaq sahəsini onun mülkiyyətinə keçirilməsinə dair köməklik göstərəcəyi adı ilə 2021-ci ilin may ayının ortalarında özünə məxsus Tərtər rayonu Xoruzlu kəndində yerləşən təsərrüfat obyektində Zərərçəkmiş şəxs2 15.400 manat məbləğində olan günəbaxan tumlarını natura halında ələ keçirdikdən sonra verdiyi vədlərə əməl etməyib öz şəxsi maraqları üçün sərf edərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü torpaq alqı-satqısı məsələlərində geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib inam yaratmaqla tanışı Zərərçəkmiş şəxs3 Goranboy rayonu ərazisində münasib qiymətə təsərrüfata yararlı torpaq sahəsi tapıb qısa müddət ərzində sonuncunun adına rəsmiləşdirəcəyinə dair yalan vədlər verib onu aldadaraq etibarından sui-istifadə etmiş, daha sonra guya almış olduğu torpaq sahəsini onun mülkiyyətinə keçirilməsinə dair köməklik göstərəcəyi adı ilə 2022-ci ilin oktabr ayının əvvəllərində özünə məxsus Tərtər rayonu Xoruzlu kəndində yerləşən təsərrüfat obyektində Zərərçəkmiş şəxs3 22.000 manat məbləğində olan günəbaxan tumlarını natura halında ələ keçirdikdən sonra verdiyi vədlərə əməl etməyib öz şəxsi maraqları üçün sərf edərək, Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, 2024-cü ilin sentyabr ayının ortalarında, istintaqa dəqiq məlum olmayan tarixdə, saat 18 radələrində Tərtər rayonu, Xoruzlu kəndində yerləşən özünə məxsus təsərrüfat obyektinin qarşısında və daha sonra həmin təsərrüfat obyektinin qarşısındakı küçədə tanışı Xalid Məmmədov ilə aralarında heç bir əsaslı səbəb olmadan yaranmış və təxminən 15-20 dəqiqə müddət ərzində davam edən mübahisə zamanı sonuncuya qarşı nalayiq sözlər işlətdikdən sonra öz avtomobilində saxladığı, istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçağı götürərək Xalid Məmmədovun döş qəfəsinə bir dəfə qəsdən zərbə vurmaqla ictimai qaydanı kobud sutərdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyətinin fövqünə qoyub cəmiyyətə açıqca hötmətsizlik və laqeydlik numayiş etdirərək, ictimai davranış, əxlaq və mənəviyyat nörmalarına hörmətsizlik ifadə edərək öz hərəkətlərini davam etdirmiş və nəticədə zərərçəkmiş şəxs üzərində zor tətbiq edib Xalid Məmmədova istintaqa məlum olmayan silah qismində istifadə etdiyi kəsici-deşici alət olan bıçaqla sonuncunun döş qəfəsinin arxa səhtinin sol yarısının plevro boşluğuna nüfuz etməyən, 01 ədəd deşilmiş-kəsilmiş yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət yetirməklə silah qismində istifadə olunan əşyanı tətbiq edərək zərəzli xuliqanlıq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə odlu silah hesab edilən 01 ədəd lüləsi və qundağı kustar üsul ilə kəsilmiş ev tüfəngini, habelə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə halları istisna olmaqıla, soyuq silah hesab edilən 01 ədəd ov bıçağını qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirərək Tərtər rayonu Xoruzlu kəndinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 sentyabr 2024-cü il tarixdə saat 14:29-da Tərtər rayonu Xoruzlu kəndində saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilməklə həmin tarixdə saat 16:05-dən etibarən üzərinə Şöbənin inzibati binasının xidməti otaqlarının birində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ arxa tərəfdən bel nahiyyəsindən onun qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə daşıyaraq saxladığı P-72894 №-li, zavod üsulu ilə keçmiş SSRİ-də İjevsk silah zavodunda 1960-cı ildə istehsal olunmuş, 16 kalibrli İjk modelli, çaxmaqlı, hamar lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda öz təyinatını itirmiş, odlu yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı hesab edilən 01 ədəd ov tüfənginin kəsiyi və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsiyi, ucu deşici xassəyə malik, istifadəyə yararlı, soyuq silah hesab edilən və üzrəində hər hansı dəyişiklik və düzəlişlər edilməyən ümumi təyinatlı 01 (bir) ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 221.3-cü, 228.1-ci və 228.4-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə hesab edir ki, istintaq zamanı iş üzrə əhəmiyyət kəsb edən xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci, 178.2.4-cü, 221.3-cü, 228.1-ci və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaqa vermiş olduğu ifadəsini təqdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 il müddətdir ki, tanıdığını, Elvindən əvvəl onun atası ilə günəbaxan tumu alqısatqısı etdiklərini, sonra isə Elvinlə günəbaxan tumu alqı-satqısı etdiklərini bildirmişdir. 2021-ci ilin may ayının əvvəllərində Goranboy rayonunda yerləşən torpaq sahələrindən birini almaq istədiyini, lakin bu istiqamətdə alqı-satqı münasibətlərində danışıqları apara biləcək tanışı olmadığını, Təqsirləndirilən şəxsla bu barədə danışan zaman sonuncunun rayon ərazisində istənilən torpaq sahəsini ucuz qiymətə dost və tanışları vasitəsilə ala biləcəyini ona dediyini, o da öz növbəsində Elvinə inandığını, Elvinlə bir neçə dəfə iş məsələləri olduğunu, ona günəbaxan tumu satdığını, həmin ərəfələrdə Elvin onunla əlaqə saxlayıb yaşadığı rayon ərazisində hansısa bir kənddə torpaq sahəsi tapdığını və həmin sahənin kənd təsərrüfatı üçün çox əlverişli olduğunu ona bildirmişdir. O da Elvinə inanmış, Elvinin torpağın qiymətinin 16.000 manat olmasını demiş, o da Elvinə hazırda əlində nağd pul olmadığını, torpağa baxmaq istədiyini, əgər bəyənsə alacağı halda pulunu hissə-hissə ödəyə biləcəyinin mümkünlüyünü soruşmuşdur. Elvinin ona cavab olaraq, torpaq sahəsinin hazırda tez bir halda satılacağını, təcili olaraq almaq lazım olduğunu, özünün torpağa baxıb bəyəndiyini, Goranboy rayonunun şəhər mərkəzinə yaxın kənd ərazisində yerləşməsini demişdir. Torpaq sahəsinin 02 hektar olmasını ona dediyini, o da qiymətin yaxşı olmasını görüb Elvin ilə razılaşmışdır. Elvinin onun yerinə torpağın pulu ödəyə biləcəyini onun isə sonradan Elvinə həmin pulu torpaqdan əldə etdiyi qazanc ilə qaytara ödəyəcəyi pulu qarşılaya biləcəyini demişdir. Elvinin də onun bu sözü ilə razılaşdığını və o da Elvinə hər kiloqramına 02 (iki) manat olmaqla ümumilikdə çəkisi 7 ton 700 kiloqram çəkidə ümumi dəyəri 15.400 (on beş min dörd yüz) manat olan günəbaxan tumunu 2021-ci ilin may ayını ortalarında satmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona 01 (bir) ay ərzində həmin torpağın rəsmiləşdirilməsi ilə bağlı bütün məsələlərin öz həllini tapacağını bildirdiyini, onun əvvəl müəyyən qədər tərəddüd etsə də, Təqsirləndirilən şəxs ona əvvəllər də alqı-satqı etdiklərini və dediyi vaxtda da torpağın artıq onun adında olacağını bildirmiş, bundan sonra Elvinin onu aldatmayacağını düşünmüş və gözləməyə başlamışdır. Lakin həmin müddət keçdikdən sonra heç bir rəsmiləşmə edilmədiyinə görə Təqsirləndirilən şəxs müraciət etməyə başlamışdır. Daha sonra Elvinin həmin torpaq sahəsinin artıq satılmasını ona bildirmiş, onun Elvindən torpaq sahəsinin nömrəsini istədiyini, torpağın sahibi ilə özünün danışmaq istədiyini, bəlkə hansısa bir razılaşmaya gələ biləcəyini Elvinə bildirmiş, lakin, Elvinin fərqli bəhanələr gətirib torpaq sahibinin kimin olmasını ona deməmiş və ona həmin şəxsin nömrəsini verməmişdir. Bundan sonra Elvinin ona qarşı dələduzluq etdiyini başa düşmüşdür. Növbəti görüşlərinin birində Təqsirləndirilən şəxs onunla aqressiv danışaraq onun bu işlərdən kifayət qədər qazanc əldə etdiyini, lakin indiyə qədər cəzaçəkmə müəssisəsində çəza çəkən məhbuslara yardım göstərmədiyini ona bildirmiş, onun isə cavab olaraq Təqsirləndirilən şəxs bu məsələlərin onun öz işi olduğunu və ailəsini güclə dolandırdığını, özünün xəstə adam olduğunu, nəyə görə tanımadığı adamlara köməklik göstərməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə ona günəbaxan tumlarını satıb əldə etdiyi pulları həmin məhbuslar üçün cəzaçəkmə müəssisələrinə göndərdiyini və ona heç bir ödəniş etməyəcəyini ona bildirmişdir. O da bu barədə Elvinə ciddi narazılıq edərək yenidən pulunu tələb etmişdir. Təqsirləndirilən şəxs ona gedib kimə istəyirsə, hara istəyirsə şikayət edə biləcəyini və özünün bu Tərtər rayonunun ağsaqqalı və rekerti olduğunu və heç kim ona heç nə edə bilməyəcəyini bildirmişdir. Əlavə olaraq ona əgər bir daha pulunu tələb edəcəyi və ya hüquq-mühafizə orqanlarına şikayət edəcəyi təqdirdə həmin məhbuslar vasitəsilə onun öldürülməyinə göstəriş verəcəyini bildirmişdir. Bundan sonra bir neçə dəfə Elvinin özü ilə razılaşmağa çalışsa da Təqsirləndirilən şəxs onun pulunu ödəməkdən hər dəfə yayınmış və hətta bir dəfə 2024-cü ilin sentyabr ayında söhbət zamanı ona pulunun məhbuslara çatdırılmalı olduğunu və əgər bir daha onu bu barədə narahat edərsə Zərərçəkmiş şəxs1 vəziyyətinə onu da salacağını bildirmişdir. Həmin vaxt onda olan məlumata görə bu danışıqlarından 01 həftə əvvəl Təqsirləndirilən şəxs öz həmkəndlisi Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirdiyini və Təqsirləndirilən şəxs bu sözlərinin ona deməklə hədə-qorxu gəlib Elvindən pulunu istəmək barədə fikrindən onu yayındırmağa çalışdığını bilmiş, həmçinin onun Elvinin belə əməllərinə tab gətirə bilmədiyindən 2021-ci ilin iyul ayında insult keçirmişdir. Nəticə etibarı ilə 03 ildən artıq müddət ərzində Təqsirləndirilən şəxs ona heç bir ödəniş etməmiş və Elvinin ona qarşı dələduzluq etdiyini başa düşüb bu barədə şikayət etmək qərarına gəlmişdir. O, qeyd olunan məhsulu verərkən yanlarında Bərdə rayonundan tanıdığı “Heydər” adlı sürücü olduğunu, xəstə olduğu zamanlar da Təqsirləndirilən şəxs yaxınlaşaraq pulunu tələb etdiyini, Elvinin isə bir dəfə ona xəstə adam olduğundan və dərman pullarını qarşılamaq üçün ona 300 manat pul verdiyini, onun məhsulundan əldə etdiyi pulu isə məhbuslara çatdırdığını bir daha dediyini bildirmişdir. Bütün bunlara baxmayaraq hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödınmişdir. Bu barədə notarial qaydada təsdiq olunmuş ərizəni təqdim etmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti tələbi olmadığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs atası ilə uzun müddət işgüzar əlaqələri olmuş və bu əlaqələr Təqsirləndirilən şəxs ilə də təxminən 5 il müddətinə davam etmiş, əvvəllər bir neçə dəfə Təqsirləndirilən şəxs atası “Qəzənfər” adlı şəxsə günəbaxan tumu satmış, onunla münasibətinin əsasən normal olmuş heç bir ədavəti olmamışdır. Təqsirləndirilən şəxs atası vəfat etdiyi üçün qeyd etdiyi məhsul alqı-satqısı münasibətlərini sonuncu ilə davam etdirmək qərarına gəlmişdir. Həmin bu ərəfələrdə təsərrüfatdan əldə etdiyi gəliri artırmaq məqsədilə əlavə icarə və ya alqı-satqı əsasında torpaq sahəsi axtarmış, lakin bu məsələlər barədə məlumatsız olduğu üçün Təqsirləndirilən şəxs ilə bu barədə danışdığı zaman sonuncunun qeyd etdiyi torpaq alqı-satqısı məsələsinin həlli ilə bağlı ona sərfəli qiymətə təsərrüfat üçün yararlı torpaq sahəsi tapa biləcəyini demişdir. 2022-ci ilin oktyabr ayında Elvinin ona yaşadığı rayon ərazisində torpaq sahəsi tapdığını və həmin torpaq sahəsinin təsərrüfat üçün sərfəli və əlverişli olduğunu və yeni satışa çıxarıldığı üçün tez bir zamanda satılacağını demişdir. O da Elvindən bu xəbəri eşidəndə sevinmiş və Elvinə qiymət barədə məsələnin necə həllini tapacağını maraqlananda Elvinin torpağın qiymətinin 22.000 manat olmasını demişdir. O da hazırda əlində nağd pul olmadığını, məbləğin gözlədiyindən çox oldu üçün bu barədə məsləhətləşmək lazım olduğunu bildirmişdir. Bu zaman Elvinin, cavab olaraq, özünün torpaq ilə yaxın tanışları vasitəsilə maraqlandığını, Goranboy rayonunun təsərrüfat üçün ən münasib torpaq ərazisilərindən birində yerləşdiyini demiş və həmin torpaq sahəsinin 03 ha-a yaxın ərazisinin olmasını bildirmişdir. O da torpaq sahəsinin təqdim olunan qiymətə münasib olduğunu görüb Təqsirləndirilən şəxs inanmış və onunla razılaşmaq qərarına gəlmişdir. Ödəniş barədə hazırda imkanının olmadığını dediyi zaman Elvin ona ödəniş əvəzinə həmin qiymətə bərabər məhsul ilə razılaşa biləcəklərini demişdir. O da Təqsirləndirilən şəxs bu təklifini qəbul etmiş, buna görə də 2022-ci ilin oktyabr ayının əvvəllərində əldə etdiyi məhsuldan Təqsirləndirilən şəxs sonuncuya məxsus Tərtər rayonu, Xoruzlu kəndində yerləşən təsərrüfat obyektində hər kiloqramına görə 01 manat 20 qəpik olmaqla ümumilikdə dəyəri 22.000 (iyirmi iki min) manat olan günəbaxan tumu satmışdır. Elvin də onunla razılaşmış və ona qısa bir zamanda yəni, 1-2 (bir-iki) ay ərzində torpağın rəsmiləşməsi məsələsinin öz həllini tapacağını bildirmişdir. İlkin olaraq o müəyyən qədər tərəddüd etsə də, Təqsirləndirilən şəxs əvvəllər həm atası həm də özü ilə alqı-satqı etdiyinə görə güvənmiş, buna görə də Elvinin onu aldatmayacağını düşünmüş və gözləməyə başlamışdır. Lakin həmin müddət keçdikdən sonra məsələnin nə yerdə qalması ilə bağlı məlumat almadığına görə Təqsirləndirilən şəxs müraciət etməyə başlamışdır.Təxminən 05 (beş) ay ərzində Elvinə ard-arda müraciətlər etməyinə baxmayaraq sonuncu hər dəfə ona heç bir dəqiq məlumat verməyərək müxtəlif bəhanələr gətirib söhbətlərdən yayınmışdır. O da bundan sonra Elvinin ona qarşı dələduzluq edib və məhsulunu ələ keçirdiyini başa düşmüşdür. Qeyd etdiyi müddətdəki görüşlərinin birində o, Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs1 ilə Elvinə məxsus Tərtər rayonu, Xoruzlu kəndində yerləşən təsərrüfat obyektinə getmiş, Təqsirləndirilən şəxs ilə danışmağa çalışsa da bu zaman Təqsirləndirilən şəxs aqressiv davranıb onu təhqir etməyə başlamışdır. O da buna cavabı olaraq Təqsirləndirilən şəxs şikayətlənmiş və sonuncu onun əlilliyindən istifadə edərək ona yumruq və təpik ilə zərbələr endirmiş, həmən bu münaqişə zamanı orda olan Zərərçəkmiş şəxs1 və qeyriləri onları aralamış, bundan sonra o həmin yerdən uzaqlaşmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs ona zəng edərək baş vermiş dava-dalaş barədə hüquq-mühafizə orqanlarına məlumat verəcəyi təqdirdə heç bir ödəniş etməyəciyini bildirmiş və o da bu məsələ ilə razılaşmaq məcburiyyətində qalmışdır. Bundan sonra bir müddət də Elvinin onu yubatmasından sonra 2023-cü ilin mart ayında xeyli maddi ziyana düşdüyünə görə yenidən Təqsirləndirilən şəxs məxsus təsərrüfat obyektinə getmişdir. Zərərçəkmiş şəxs1 da orada olduğunu görmüş, Zərərçəkmiş şəxs1 onun maddi durumunun pis olduğundan xəbərdar olduğu üçün onun əvəzindən Təqsirləndirilən şəxs pulunu qaytarmasını xahiş etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xahişi ilə cibindən 300 (üç yüz) manat məbləğində pulu çıxardıb ona vermiş və qalan pulu da mütəmadi vaxt keçdikcə ödəyərək onun pulunu qaytaracağını bildirmişdir. O, yenə də Elvin ilə razılaşmaq məcburiyyətində qalmışdır. Lakin əvvəlki zamanlardakı kimi Təqsirləndirilən şəxs yenidən sözünə əməl etməmiş, onun Elvinə olan etibarıbdan sui-istifadə edərək heç bir pul ödənişi etməmiş və yenidən onun Elvinə müraciət etməyinə şərait yaratmışdır. Növbəti dəfə təxminən 2023-cü ilin may-iyun aylarında yenidən pulunu qaytarması ilə bağlı Elvin Məcəfova məxsus təsərrüfat obyektinə gedib müraciət etmiş və Təqsirləndirilən şəxs cavab olaraq bir daha qeyd etdiyi pul məsələsi ilə bağlı yanına gələcəyi halda onu öldürəcəyini demişdir. O da Təqsirləndirilən şəxs əvvəllər silah gəzdirdiyindən xəbəri olduğu üçün sonuncunun bu sözlərini real olaraq qəbul etmiş, bütün bu olanlardan sonra məcbur olub yekun olaraq Təqsirləndirilən şəxs anasının yanına getsə də anası da Elvinin yaxın zamanlarda onun pulunu qaytarmaq niyyətində olduğunu ona bildirmişdir. Bundan sonra o sağlamlığı ilə əlaqədar olaraq 2024-cü ilin fevral ayında Rusiya Federasiyası, Moskva şəhərinə getmiş və 2024-cü ilin avqust ayının avvəllərində yenidən Azərbaycan Respublikasına qayıtmış və qayıtdıqdan az müddət sonra Təqsirləndirilən şəxs həbs olunduğunu eşitmiş, buna görə də Təqsirləndirilən şəxs ələ keçirdiyi pulunu qaytarması üçün hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Yekun olaraq İİ dərəcəli Qarabağ əlili olduğunu nəzərə çatdıraraq himayəsində 03 azyaşlı övladının olması və maddi durumunun pis olması əlaqədar Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirdiyi pulunun qaytarılmasına köməklik göstərilməsi üçün ondan şikayət etmişdir. Hazırda ona dəymiz ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənmişdir. Bubarədə notarial qaydada təsdiq olunmuş ərizəni təqdim etmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti tələbi olmadığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında təqsirləndirilən şəxs qismində izahat vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci, 178.2.4-cü, 221.3-cü, 228.1-ci və 228.4-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, özünü Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilməməklə, həmin zərərçəkmiş şəxslərə hansısa torpağı satmadığını və hər hansısa miqdarda günəbaxan tumunu onlardan almadığını bildirmişdir. Eləcə də zərərçəkmiş şəxslər ilə aralarında keçirilən üzləşdirmələrdə zərərçəkmiş şəxslərin verilən suallara verdikləri cavablardan da dediklərinin tam aydın olduğu desə də məhkəmə istintaqı zamanı ilkin olaraq zərərçəkmiş şəxslər dindirildikdən, zərərçəkmiş şəxslər notarial qaydada təsdiq olunmuş Təqsirləndirilən şəxs onlara vurmuş olduğu maddi ziyanlığı tam şəkildə ödədiyindən, Təqsirləndirilən şəxs ilə barışdıqlarından, onların Təqsirləndirilən şəxs heç bir şikayət və tələblərinin olmamaları barədə ərizələrini təqdim etdikdən sonra bu maddələrlə özünü təqsirli bilmişdir. Bundan başqa Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi üzrə də özünü təqsirli bilmədiyini, Zərərçəkmiş şəxs1 qəsdən bıçaqlamadığını, əksinə sonuncunun ona qarşı özünə məxsus zavodun daxilində olan ofisində üzərinə hücum çəkib onu döymək istədiyini, onun da Zərərçəkmiş şəxs1 əlindən qaçaraq çölə çıxdığını və ofisinin yaxınlığında olan maşınından məişət təyinatlı bıçağını götürüb üzərinə gələn Zərərçəkmiş şəxs1 qorxutmaq üçün əlində sağa-sola yellədən zaman bıçağın sonuncunun hansısa nahiyəsinə dəydiyini və əməlində Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsinin tərkibinin olmadığını bildirmişdir. Həmçinin Azərbaycan Respublikasının CM-in 228.4-cü maddəsi üzrə qeyd edilən silah qismində göstərilən bıçağın soyuq silah olmadığını, onun həmin silahdan meyvə, tərəvəz üçün istifadə etdiyini və bir daha elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirərək barəsində həmin maddələri üzrə aparılan icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 qorxutmaq üçün istifadə etdiyi bıçağı hara atmasından xəbərsiz olmuşdur. Hazırda əməlindən peşiman olmasını, ailə vəziyyətini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bildirmişdir ki, təxminən 15 ilə yaxın bir müddətdə Tərtər rayonunda təsərrüfat işi ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs da təxminən 30 il müddətdir ki, yaşadığı rayondan tanımışdır. Elvinlə qarşılıqlı təsərrüfat işi görmüşlər. 03 il əvvəl Elvinin oğluna da kirvə olduğunu və beləliklə dostluqdan əlavə Elvin ilə qohumluq əlaqələrinin də yaranmışdır. Elvinin rayonda yem və yağ zavodu olduğu üçün o, Elvindən təsərrüfat malları alıb vermişdir. O, nisyə günəbaxan tumu almış, Elvinin ona günəbaxan almaq üçün 15.000 manat pulu özünə məxsus olan sexində vermiş, o da rayon sakini olan “Hikmət” adlı şəxslə razılaşmış və ona Elvinin verdiyi 15.000 manat pul vermişdir. Bundan əlavə olaraq da Hikmətə 25.000 manat pul verməli olmuşdur. Daha sonra Hikmətdən aldığı 24 ton günəbaxan tumlarını gətirib Elvinə göstərmək istəmiş, bundan sonra Hikmətlə birlikdə Elvinin çalışdırdığı zavoda gəlmişlər. Burada Elvinin günəbaxan tumlarına baxdıqdan sonra malın keyfiyyəti ilə razı olmamış və 25.000 manat yox, 4.200 manat pul ödəyə biləcəyini demişdir. O da bundan sonra Elvinlə mübahisə etməyə başlamış, onu və Hikməti pis vəziyyətdə qoyduğunu Elvinə çatdırmaq istəmişdir. Həmin vaxt isə Elvinin dostu Ülfət də orada olmuşdur. Elvinin otağına girib sonuncu ilə mübahisə etməyə davam etmişdir. Elvin onunla mübahisə edərək otaqdan çıxmış və mübahisəni çöldə etmişlər. Zavoddan kənara çıxdıqda Elvinin öz avtomobilinə tərəf qaçdığını və sonuncunun maşına tərəf qaçmaqda məqsədinin ona xəsarət yetirmək üçün əşya tapmaq olduğunu bilmiş, Elvinin üzərinə qaçmış, bu zaman arxasınca gələn Ulfətin onları sakitləşdirmək üçün onu tutub saxlamaq istəmiş, diqqətinin bu vaxt Ülfətə getmişdir. Elvin həmin anda yaranmış vəziyyətdən istifadə edib onun sol kürəyindən bıçaq zərbəsi ilə ona xəsarət yetirmiş, daha sonra Elvinin əlində bıçaq tutduğunu görmüşdür. O, kürəyini tutarkən Elvinin qaçmağa başlamış və həmin an bıçaq əlində olmuşdur. Bundan sonra yaranmış səs-küyə rayon sakinləri olan “Xəzər” və “Vaqif” adlı şəxslərin də gəlmişlər. Bundan sonra biraz gözləyib özünə gəlməyə çalışmışdır. Gücünü toplayıb yanında duran Xəzər, Vaqif və Ülfətə heç bir problemin olmadığını, özünü yaxşı hiss etdiyini demiş, daha sonra ətrafda yerləşən adını və ünvanını unutduğu kafelərin birinə getmişdir. Bundan sonra yaşadığı evə getmiş, hadisə barədə heç kimə məlumat verməmişdir. Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisə təqribən 15-20 dəqiqə davam etmiş, ilkin olaraq mübahisənin Təqsirləndirilən şəxs məxsus ilan təsərrüfat obyektinin daxilində başlasa da, bıçaqlama hadisəsi təsərrüfat obyektindən bayırda avtomobillərin saxlandığı yerdə baş vermişdir. Bıçaqlandıqdan sonra bu barədə heç bir tibb məntəqəsinə müraciət etməmiş, eləcə də bu barədə soruşan hamıya yıxılaraq xəsarət aldığını bemişdir. Hazırda məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayət, tələbinin olmadığını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddət tanıyır və eyni kənddə yaşayırlar. Onunla heç bir ədavətləri olmadığını, sonuncunun Tərtər rayonu, Xoruzlu kəndində sahibkarlıqla məşğul olduğunu, özünün də mütəmadi olaraq Təqsirləndirilən şəxs təsərrüfat ilə əlaqədar məhsul verib qarşılığında müəyyən məbləğdə pul aldığını bildirmişdir. Təqsirləndirilən şəxs odlu və ya soyuq silah gəzdirməsi barədə heç bir məlumatı olmamışdır. 2024-cü ilin təxminən sentyabr ayının ortalarında bir gündə saat 16-17 radələrində Təqsirləndirilən şəxs məxsus təsərrüfat obyektinə növbəti dəfə pul almaq qarşılığında məhsul vermək üçün getmişdir. Təsərrüfat obyektinə gəlib Təqsirləndirilən şəxs məxsus otağa daxil olmuşdur. Həmin zaman otaqda onlardan başqa heç kim olmasa da bundan təxminən 05 dəqiqə sonra Zərərçəkmiş şəxs1 oraya gəlmiş və ondan otağı tərk etməyi xahiş etmişdir. Xaliqin xahişi ilə otaqdan çıxmışdır. Otaqdan çıxdıqdan sonra içəridə qalan Elvin ilə Xaliqin yüksək səs ilə danışaraq mübahisə etdiklərini eşitmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 2000-3000 manat ziyanlıq nədirsə onu ödəyəcəyini demişdir. Həmin mübahisənin onun fikrincə aralarında olan borc məsələsi ilə bağlı olduğunu, bir qədər keçdikdən sonra qapını açaraq onlara bir-biriləri ilə kirvə olduqlarını və bu məsələnin mübahisəsiz də həll etməyin mümkün olduğu üçün etdiklərini ayıb olduğunu demişdir. Elvin ilə Xaliqin onun bu sözlərinə məhəl qoymamışlar. Qapını yenidən bağlayıb çölə çıxmışdır. Bundan da dərhal sonra ikisi də onun ardınca bir-birilərinə nalayiq ifadələr işlədərək çölə çıxmışlar. O da mübahisəni yatırmaq məqsədilə onların arxasıyca çölə çıxmışdır. Bu vaxt Elvin özünə məxsus olan “Lexus” markalı avtomobilin qapısını örtüb cəld şəkildə Zərərçəkmiş şəxs1 yaxınlaşmış və sonuncuya arxa yan nahiyəsindən bıçaq ilə zərbə vurmuşdur. O, dərhal Şahid2 zəng etmiş və hadisə yerinə gəlməsini istəmişdir. O, Elvinin xahişi ilə bint və yod almaq üçün getmiş, qayıtdıqda onlar sexdə olmamışlar. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onunla heç bir ədavəti olmamış, münasibətləri yaxşı olmuşdur. 2024-cü ilin təxminən sentyabr ayının ortalarında, günün təxminən saat 19 radələrində Xəzər ona avtomobilə oturmasını demişdir. O da heç nə soruşmadan avtomobilə əyləşmişdir. Xəzər avtomobili Elvinin sexinə sürmüşdür. Sexdə Xaliq, Elvin və Ülfət olmuşdur. Onlar dalaşıb sakitləşmişlər. Sonradan yenidən mübahisə etməyə başlamışlar. Onları sakitləşdirmişlər. Həmin vaxt Elvinin əlində bıçaq olmuş, Xaliqin kürəyində qan görmüşdür. Hadisə yerinə gələn İlqar və Nicat Xaliqi avtomobilə əyləşdirib aparmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şahid4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq vaxtı verdiyi ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq vaxtı verdiyi ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı xüsusi rütbəsini daşıyır. 26 sentyabr 2024-cü il tarixdə Tərtər rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları, eləcə də soyuq silah əldə edib saxlaması, daşımaqla üstündə gəzdirməsi bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq işlədiyi BMCMİ-də onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili X3, əməliyyat müvəkkili X6 və təhqiqatçı X10 daxil edilmişdir. 27 sentyabr 2024-cü il tarixdə saat 14-15 radələrində Təqsirləndirilən şəxs Tərtər rayonu Xoruzlu kəndində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Həmin gün saat 14-15 radələrində Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi Tərtər rayonu, Xoruzlu kəndində olarkən müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs odlu silah, döyüş sursatlarının eləcə də soyuq silah əldə edib saxlanılmasında şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla onu tanış etmiş və onu Tərtər Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da, buna etiraz etməmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində tüfəng və bicaq olduğunu bildirmiş, bel nahiyəsindən tüfəngi çıxarıb əməkdaşların müşayiəti ilə masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara gödəkçənin sağ yan cibindən biçaq tipli predmeti və əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş tüfəng tipli odlu silaha oxşar predmet, biçaq tipli predmet və “Redmi” markalı mobil telefon təhqiqatçı tərəfindən götürüldümüş. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin predmetləri təxminən 3 gün əvvəl “Rasim” adlı tanımadığı şəxsdən ümumilikdə 250 manat müqabilində marağı olduğu üçün aldığını, istifadə etmədiyini, istifadə üçün heç kimə vermədiyini və həmin predmetlərin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan başqa verilən suallara cavab olaraq bildirmişdir ki, tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir formada fiziki və psixi təsir göstərilməmiş və nə saxlanılan, nə də Rayon Polis Şöbəsinə təmin edilən zaman Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 28 sentyabr 2024-cü il tarixli 24/1500 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd P- 72894 N-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də İjevsk silah zavodunda 1960-cı ildə istehsal olunmuş, 16 kalibrli İjK modelli, çaxmaqlı, hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qunddağı kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. (Bax: cild 1, iş vərəqi 42-46) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 28 oktyabr 2024-cü il tarixli 3-16-16/2-3/1575 №-li məhkəmə-kriminalistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, istifadəyə yararlıdır,soyuq silah hesab edilir və üzərində hər hansı dəyişiklik və düzəlişlər edilməmişdir. (Bax: cild 2, iş vərəqi 1-4) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5 X11 23 oktyabr 2024-cü il tarixli 4863 №-li məhkəmə-tibbi ekpertizanın rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş döş qəfəsinin arxa səthinin sol yarısının plevro boşluğuna nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən müayinədən təxminən 2-3 həftə əvvəl əmələ gəlmişdir, qərarda qeyd olunan və zərərçəkmiş şəxsin törətdiyi tarixdə və şəraitdə əmələ gələ bilməsi inkar edilmir; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət bıçağın tiyəsinin deşici-kəsici təsirindən törənə bilərdi və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. (Bax: cild 1, iş vərəqi 196-198) İş materiallarına əlavə olunmuş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sağ bel nahiyyəsində saxladığı tüfəngi, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bıçaq tipli predmeti təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd tüfəng, 01 ədəd bıçaq tipli predmet qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 27 sentyabr 2024-cü il tarixdə saat 16:05-də başlamış və həmin tarixdə saat 16:19-da başa çatmışdır. (Bax: cild 1, iş vərəqi 28- 29) İş materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntü 01 ədəd DVD diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır.(Bax: cild 1, iş vərəqi 30, cild 2, iş vərəqi 71-96) İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “İjK” modelli ov tüfənginin, 01 ədəd ümumi təyinatlı ov bıçağını maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Bax: cild 1, iş vərəqi 183-184, 186, cild 2, iş vərəqi 5-6, 8) İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli № 1(061)-05/2022 saylı hökmü ilə 02 (iki) müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğunun hazırda ödənilməməsi, lakin cinayətlərinin residivinin yaranmaması nəzərə alınmışdır. (Bax: cild 1, iş vərəqi 156-157) İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(061)-05/2022 saylı hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinmiş və 1 il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə istintaqa verdiyi əlavə ifadəsində Zərərçəkmiş şəxs1 bıçaq zərbəsini aralarında yaranan mübahisə əsnasında Zərərçəkmiş şəxs1 qorxudaraq özündən kənarlaşdırmaq və özünü qorumaq üçün bıçağı əlində yellədərkən Zərərçəkmiş şəxs1 yönəltdiyini və bu zaman sonuncunun sol yan nahiyəsindən vurmasını, eləcə də, 23 noyabr 2024-cü il tarixdə istintaqa verdiyi əlavə ifadəsində Zərərçəkmiş şəxs2 yalan danışdığını və sonuncunun ondan əsassız olaraq pul ala bilməyəcəyini görüb barəsində şikayət etmək qərarına gəldiyini, bundan başqa Zərərçəkmiş şəxs3 ilə aralarında heç bir münasibətin olmadığını və sonuncunun Zərərçəkmiş şəxs2 tərəfindən öyrədilərək onun barəsində şikayət yazdırılmasına öyrədilməyini düşündüyünü qeyd etməsi, həmçinin 11 dekabr 2024-cü il tarixində istintaqa yenidən vermiş olduğu ifadəsində ona yenidən ittiham üzrə elan olunmuş maddələr üzrə özünü təqsirli bilmədiyini bildirməsi öz müdafiəsi üçün dəlillər gətirməsi kimi qiymətləndirilmişdir. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları 27 sentyabr 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs qismən etirafedici ifadələri, məhkəmə-ballistik ekspertizasının 28 sentyabr 2024-cü il tarixli 24/1500 №-li, məhkəmə-kriminalistik ekspertizasının 28 oktyabr 2024-cü il tarixli 3/1575 №-li və məhkəmə-tibbi ekspertizasının 23 oktyabr 2024-cü il tarixli 4863 №-li rəyləri, maddi sübut qərarları və digər istintaq sənədləri ilə tam sübuta yetirildiyi üçün onun öz müdafiəsi üçün gətirdiyi dəlillər vəsatət kimi qəbul edilərək 28 oktyabr 2024-cü il, 23 noyabr 2024-cü və 11 dekabr 2024-cü il tarixli qərarlarla rədd edilmişdir. (Bax: cild 1, iş vərəq 214-215, cild 2, iş vərəqi 49-50, 121-122) İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdikləri notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışlar. Onlar Təqsirləndirilən şəxs şikayət, tələblərinin olmadını göstərmişlər. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, cələcəkdə də olmayacağını göstərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs tamah niyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü torpaq alqı-satqısı məsələlərində geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib inam yaratmaqla tanışı Zərərçəkmiş şəxs2 Goranboy rayon ərazisində münasib qiymətə təsərrüfata yararlı torpaq sahəsi tapıb qısa zaman ərzində sonuncunun adına rəsmiləşdirəcəyinə dair yalan vədlər verib onu aldadaraq etibarından sui-istifadə etmiş, daha sonra guya almış olduğu torpaq sahəsini onun mülkiyyətinə keçirilməsinə dair köməklik göstərəcəyi adı ilə 2021-ci ilin may ayının ortalarında özünə məxsus Tərtər rayonu Xoruzlu kəndində yerləşəntəsərrüfat obyektində Zərərçəkmiş şəxs2 15.400 manat məbləğində olan günəbaxan tumlarını natura halında ələ keçirdikdən sonra verdiyi vədlərə əməl etməyib öz şəxsi maraqları üçün sərf edərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi, bundan başqa o, təkrarən tamah niyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü torpaq alqı-satqısı məsələlərində geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib inam yaratmaqla tanışı Zərərçəkmiş şəxs3 Goranboy rayonu ərazisində münasib qiymətə təsərrüfata yararlı torpaq sahəsi tapıb qısa müddət ərzində sonuncunun adına rəsmiləşdirəcəyinə dair yalan vədlər verib onu aldadaraq etibarından suiistifadə etmiş, daha sonra guya atpmış olduğu torpaq sahəsini onun mülkiyyətinə keçirilməsinə dair köməklik göstərəcəyi adı ilə 2022-ci ilin oktabr ayının əvvəllərində özünə məxsus Tərtər rayonu Xoruzlu kəndində yerləşən təsərrüfat obyektində Zərərçəkmiş şəxs3 22.000 manat məbləğində olan günəbaxan tumlarını natura halında ələ keçirdikdən sonra verdiyi vədlərə əməl etməyib öz şəxsi maraqları üçün sərf edərək, Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etməşi, bundan başqa o, 2024-cü ilin sentyabr ayının ortalarında, istintaqa dəqiq məlum olmayan tarixdə, saat 18 radələrində Tərtər rayonu, Xoruzlu kəndində yerləşən özünə məxsus təsərrüfat obyektinin qarşısında və daha sonra həmin təsərrüfat obyektinin qarşısındakı küçədə tanışı Xalid Məmmədov ilə aralarında heç bir əsaslı səbəb olmadan yaranmış və təxminən 15-20 dəqiqə müddət ərzində davam edən mübahisə zamanı sonuncuya qarşı nalayiq sözlər işlətdikdən sonra öz avtomobilində saxladığı, istintaqa məlum olmayan silah qismində istifadə etdiyi bıçağı götürərək Xalid Məmmədovun döş qəfəsinə bir dəfə qəsdən zərbə vurmaqla ictimai qaydanı kobud sutərdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyətinin fövqünə qoyub cəmiyyətə açıqca hötmətsizlik və laqeydlik numayiş etdirərək, ictimai davranış, əxlaq və mənəviyyat nörmalarına hörmətsizlik ifadə edərək öz hərəkətlərini davam etdirmiş və nəticədə zərərçəkmiş şəxs üzərində zor tətbiq edib Xalid Məmmədova istintaqa məlum olmayan silah qismində istifadə etdiyi kəsici-deşici alət olan bıçaqla sonuncunun döş qəfəsinin arxa səhtinin sol yarısının plevro boşluğuna nüfuz etməyən, 01 ədəd deşilmiş-kəsilmiş yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət yetirməklə silah qismində istifadə olunan əşyanı tətbiq edərək zərəzli xuliqanlıq cinayətini törətməşi, bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə odlu silah hesab edilən 01 ədəd lüləsi və qundağı kustar üsul ilə kəsilmiş ev tüfəngini, habelə, milli geyim ləvazimatı hesan olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraqü soyuq silah gəzdirmə halları istisna olmaqıla, soyuq silah hesab edilən 01 ədəd ov bıçağını qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirərək Tərtər rayonu Xoruzlu kəndinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 sentyabr 2024-cü il tarixdə saat 14:29-da Tərtər rayonu Xoruzlu kəndində saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilməklə həmin tarixdə saat 16:05-dən etibarən üzərinə Şöbənin inzibati binasının xidməti otaqlarının birində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ arxa tərəfdən bel nahiyyəsindən onun qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə daşıyaraq saxladığı P-72894 №-li, zavod üsulu ilə keçmiş SSRİ-də İjevsk silah zavodunda 1960-cı ildə istehsal olunmuş, 16 kalibrli İjk modelli, çaxmaqlı, hamar lüləli, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda öz təyinatını itirmiş, odlu yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı hesab edilən 01 ədəd ov tüfənginin kəsiyi və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsiyi, ucu deşici xassəyə malik, istifadəyə yararlı, soyuq silah hesab edilən və üzrəində hər hansı dəyişiklik və düzəlişlər edilməyən ümumi təyinatlı 01 (bir) ədəd ov bıçağı aşkar edilərək götürülməsi barədə əməlləri təmamilə sübuta yetilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.2-ci, 178.2.4-cü, 221.3-cü, 228.1-ci və 228.4-cü maddələri ilə tövsüf edilmişdir və Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Ona həmin maddələrin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 221.3-cü, 228.1-ci və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə mülkiyyət və ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, zərərçəkən şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs şikayət və tələblərinin olmamalarını, onlara vurulmuş ziyanlığın tam şəkildə ödənilməsini, eləcə də Zərərçəkmiş şəxs1 ondan şikayət və tələblərinin olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(061)-05/2022 saylı hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinmiş və 1 il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən əvvəl, yəni 27 sentyabr 2024-cü il tarixdə törətmişdir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nin 66.5 maddəsinə əsasən cinayətlərin məcmuyu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.5-də göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunması cəzanın məqsədini təmin edər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və 07 dekabr 2024-cü il tarixdə həbsdə saxlama müddəti 27 fevral 2025-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş P-72894 №-li, 16 kalibrli, İjK modelli 01 ədəd ov tüfənginin kəsiyi, 01 ədəd ümumi təyinatlı istifadəyə yararlı, soyuq silah hesab edilmiş ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş şəxsi axtarış və götürmə aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 353, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə, CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə, CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətə, CM-in 228.4-ci (köhnə redaksiyada) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 1(104)-2/2025 saylı hökmü ilə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla üzərində qəti olaraq 01 (bir) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən yəni, 27 sentyabr 2024 -cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş P-72894 №-li, 16 kalibrli, İjK modelli 01 ədəd ov tüfənginin kəsiyi, 01 ədəd ümumi təyinatlı istifadəyə yararlı, soyuq silah hesab edilmiş ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş şəxsi axtarış və götürmə aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-14/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-14/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver