Məhkəmə qərarları › İş №1(061)-15/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №1(061)-15/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1(061)-15/2025 31.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Xüsusi ittihamçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X1 iştirakı ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Zərərçəkmiş şəxs Tərtər Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizə ilə müraciət edərək X2 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında rəsmi ərizə təqdim edərək bildirmişdir ki, Arif Paşayevlə əvvəlki məhkəmə iclasından sonra görüşmüşlər, təmsil etdiyi şirkətin Tərtər filialı ərazisini gəzmiş, tanış olmuş, İnternet sosial şəbəkəsində paylaşım etdiyinin tamamilə səhv olduğunu qəbul etmiş və paylaşımlarından peşman olduğunu bildirmişdir. Daha sonra paylaşım etdiyi platformalardan paylaşımlarını silərək ondan üzr istəməsi ilə bağlı video paylaşmışdır. Tərəf olaraq bu addımı qitmətləndirmişdir. Hazırda təqsirləndirilən şəxs X4 qarşı Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə verdiyi xüsusi ittiham qaydasında şikayətdən imtina etdiyini və işin icraatına xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X6 rəsmi ərizə təqdim edərək bildirmişdir ki, o, sosial şəbəkə üzərində “Prime Colten” Tərtər filialı Pambıq Zavodu və zavodun müdiri Zərərçəkmiş şəxs haqqında yalan məlumat paylaşmışdır. Belə ki, məlumatların yalan olduğunu görüb dərhal paylaşımları silib, qarşı tərəf Zərərçəkmiş şəxs üzr istəmişdir. Hazırda onlar barışmışlar, xüsusi ittihamçının ondan şikayəti yoxdur. Bu halları nəzərə alıb barəsində olan xüsusi ittiham qaydasında materialın icraatına xitam verib onu cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1, 39.1.8-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərərçəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 16-cı bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilən şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halını yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Həmin qərarın 17-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzürlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir. Məhkəmə şərh olunanlara əsaslanaraq, yuxarıda qeyd olunan qanunvericilik normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 № li qərarının 16-cı və 17-ci bəndlərinin müddəalarını rəhbər tutaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs Köşəri oğlu təqsirləndirilən şəxs X4 qarşı verdiyi xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyinə görə X2 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə X6 barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPMnin 39, 41, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X2 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin Qərardan 20 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar