Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-17/2025 16.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1968-ci ildə Yevlax şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bərdə şəhəri, ünvan 2sin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 460 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 14:00 radələrində Tərtər rayonu Xoruzlu kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə 23 oktyabr 2024-cü il tarixdə saat 16:00 radələrinədək, yəni üzərində şəxsi axtarış aparılan zaman əlindəki sellofan torbadan aşkar edilib götürülənədək əldə edib daşımaqla saxlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında veridiyi izahatında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Yevlax şəhəri, 28 may küçəsi ev 15-də qeydiyyatda olaqla, hazırda Bərdə şəhəri, Füzuli küçəsi 34/1 ünvanında yaşayır. İdarə etdiyi “VAZ-21011” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqribən 02-03 ildir ki, narkotik vasitə olan marixuanadan ara-sıra istifadə edir. Bir neçə il əvvəl Tərtər rayonu Xoruzlu kəndi ərazisində yerləşən “OSCAR” günəbaxan zavodunda işlədiyi üçün həmin kəndin ərazisində sahəlikdə yerləşən yabanı şəkildə bitən çətənə bitkilərini görüb yerini yaddaşında saxlamış və son zamanlarda Tərtər rayonu Xoruzlu kəndi ərazisinə gedərək orada əkin sahələrinin kənarında yabanı şəkildə bitən 01 ədəd çətənə bitkisinin kolunu kökündən çıxarıb, həmin bitkinin budaqlarını və yarpaqlarını sındırıb qurutmaq məqsədi ilə özü ilə əvvəlcə götürdüyü sellofanın üzərinə yığmışdır. 23 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində Bərdə şəhərində çöl yol deyilən ərazidə avtomobili nasazladığı üçün həmin yerdə təmir sexinə qoyub, sexin yaxınlığında olan taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər tanımadığı sonradan adı ona məlum olan X3 yaxınlaşaraq Tərtər rayonu Xoruzlu kəndi ərazisinə getməyi təklif etmiş, o isə 10 manat pul müqabilində onu həmin yerə aparacağına razılaşmışdır. O, Eldəniz Rüstəmovun idarə etdiyi “Lada Priora” markalı avtomobilə əyləşib həmin qurutduğu narkotik vasitə olan marixuananı götürüb istifadə etmək məqsədi ilə Tərtər rayonu Xoruzlu kəndi ərazisində yerləşən həmin yerə gəlmişdir. O, həmin kəndə çatarkən saat 14 radələri olmuş və həmin yerə təqribən 1 km məsafə qalmış avtomobili saxladıb onu gözləməsini xahiş etmişdir. Bundan sonra o, tək həmin yerə gedərək qurutduğu narkotik vasitə olan marixuananı sellofan torbanın içərisinə yığmış, əlində həmin narkotik vasitəni götürüb oradan bir qədər uzaqlaşaraq onu gözləyən taksiyə tərəf gələrkən mülki geyimdə olan 3 nəfər polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmişlər. Polis əməıkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satılmasında şübhəli bilndiyini bildirib bu barədə qərarı elan etmişlər və üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, sellofan torbanı gizlədə bilmədiyi üçün əlində tutduğu torbada qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşlarının dəvəti ilə Tərtər rayon Polis şöbəsinə gəlmişdir. Əvvəlcə ona Tərtər rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş və həmin siyahıdan hüquqlarının müdafiəsi üçün vəkil X1, maddi imkanı olmadığına görə vəkil Oktay Muradov ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş. Şəxsi axtarış zamanı üzərində olan göy rəngli cins şalvarın ön sağ cibindən içərisində 07 manat pul, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd bank kartı olan pul kisəsi aşkar edilmişdir. Sol əlində tutduğu sellofan torbanın içərisində nə olduğu ondan soruşulmuş və o, həmin torbanın içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofan torba elektron tərəzidə çəkilmiş və 460 qram olduğu müəyyən olunmuşdur. Daha sonra həmin torba ekspertizaya göndərilməsi üçün qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokol onun və digər iştirakçılar tərəfindən imza edilmişdir. Həmin bitkini qurutmaqda satış məqsədi olmamışdır. Həmin bitkiyə heç bir qulluq göstərməmiş və həmin bitki yabanı şəkildə bitmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis Şöbəsində ona heç bir zorakılıq edilməmiş və o, törətdiyi əməldən peşiman olmuşdur. Xəstə və yaşlı olduğunu nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Tərtər rayon Polis Şöbəsinin KTQ-nun baş inspektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti olmamışdır. 23 oktyabr 2024-cü il tarixdə Yevlax şəhəri, 28 May küçəsi, ev 15-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq Tərtər rayonu Xoruzlu kəndi ərazisində narkotik vasitə olan qurdulmuş marixuana əldə edərək saxlaması, üzərində gəzidəriməsi, daşıması və satması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi üçün qərar qəbul edilmiş və tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılması üçün şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra həmin gün saat 14 radələrində Tərtər rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid4, Tərtər rayon polis şöbəsinin Narkomaniya ilə Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 və İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Tərtər rayonu Xoruzlu kəndi ərazisində yerləşən meşənin yaxınlığında saxlamışlar. Ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib barəsində əməliyyat-axtarış təbdirlərinin keçirilməsi barədə qərarı ona elən etdikdən sonra üzrində şəxsi axtarış aparılacağını bildirirərək rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt onun əlində 01 ədəd sellofan torba olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən video çəkilişlərini o, aparmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin torbada qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə olan qurdulmuş marixuanaya bənzər quru ot halında kütləni meşənin yanındakı əkin sahələrinin yaxınlığında yerləşən kolluqda yabanı halda bitmiş çətənə bitkisinin kollarından yığaraq şəxsi istifadəsi üçün qurutduğunu və bu gün gəlib aparmaq istədiyini və saxlandığını bildirmişdir. Tərtər rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısından Tərtər rayon Vəkil Bürosunun vəkili X5 müdafiəçi qismində seçdikdən sonra Oktay Muradov rayon polis şöbəsinə dəvət edilmişdir. Rayon polis şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində foto və videoçəkliş aparılmaqla şəxsi axtarış aparlmış, şəxsi axtarış zamanı onun əynində olan cins şalvarın ön sağ cibindən 07 manat pul və pul kisəsi aşkar edilmiş, sol əlindəki torbaya isə baxış keçirilərkən quru ot halında olan və narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütlə aşkar edilərək elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkisi 460 qram müəyyən edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Tərtər rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti olmamışdır. 23 oktyabr 2024-cü il tarixdə Yevlax şəhəri, 28 May küçəsi, ev 15-də qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq Tərtər rayonu Xoruzlu kəndi ərazisində narkotik vasitə olan qurdulmuş marixuana əldə edərək saxlaması, üzərində gəzidəriməsi, daşıması və satması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi üçün 23 oktyabr 2024-cü il tarixdə qərar qəbul edilmiş və tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılması üçün şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra həmin gün saat 14 radələrində o, Tərtər rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid4 və İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Tərtər rayonu Xoruzlu kəndi ərazisində yerləşən meşənin yaxınlığında Bərdə rayon sakini, sonradan adı ona məlum olan X3 məxsus “Lada priora” markalı qeydiyyat nişanını xatırlamadığı avtomobilə yaxınlaşarkən saxlamışlar. Ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib barəsində əməliyyat-axtarış təbdirlərinin keçirilməsi barədə qərarı ona elan etdikdən sonra üzrində şəxsi axtarış aparılacağını bildirirərək rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt onun əlində 01 ədəd sellofan torba olmuşdur. Sorğu zamanı o, həmin torbada qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə olan qurdulmuş marixuanaya bənzər quru ot halında kütləni meşənin yanındakı əkin sahələrinin yaxınlığında yerləşən kolluqda yabanı halda bitmiş çətənə bitkisinin kollarından yığaraq şəxsi istifadəsi üçün qurutduğunu və bu gün gəlib aparmaq istədiyini və saxlandığını bildirmişdir. Bundan sonra onu rayon polis şöbəsinə gətirmişlər və orada Tərtər rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısından Tərtər rayon Vəkil Bürosunun vəkili X5 müdafiəçi qismində seçdikdən sonra Oktay Muradov rayon polis şöbəsinə dəvət edilmişdir. Rayon polis şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində foto və videoçəkliş aparılmaqla şəxsi axtarış aparlmışdır. Şəxsi axtarış zamanı onun əynində olan cins şalvarın ön sağ cibindən 07 manat pul və pul kisəsi aşkar edilmiş, sol əlindəki torbaya isə baxış keçirilərkən quru ot halında olan və narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütlə aşkar edilərək elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkisi 460 qram müəyyən edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı da sorğu edilərkən Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurdulmuş marixunanı meşənin yanındakı əkin sahələrinin yaxınlığında yerləşən kolluqda yabanı halda bitmiş çətənə bitkisinin kollarından yığaraq özü istifadə etmək üçün qurutduğunu bildirmışdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirlən zaman üzərindən qeyd edilənlərdən başqa qanunla qadağan edilmiş hər hansı bir predment aşkar edilməmişdir. Həmin vaxt həm foto, həm də videoçəklişdən istifadə edilmişdir. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Tərtər rayon polis şöbəsinin İTB-in nin polis sahə polis nəfəri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hadisə günü tanımışdır. Onunla heç bir ədavəti olmamışdır. 23 oktyabr 2024-cü il tarixdə Yevlax şəhəri, 28 May küçəsi, ev 15-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq Tərtər rayonu Xoruzlu kəndi ərazisində narkotik vasitə olan qurdulmuş marixuana əldə edərək saxlaması, üzərində gəzidəriməsi, daşıması və satması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi üçün 23 oktyabr 2024-cü il tarixdə Şahid4 tərəfindən qərar qəbul edilmiş və tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılması üçün şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra həmin gün saat 14 radələrində o, Tərtər rayon polis şöbəsinin Narkomaniya ilə Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 və Tərtər rayon polis şöbəsinin CAB-in baş əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs Tərtər rayonu Xoruzlu kəndi ərazisində yerləşən meşənin yaxınlığında Bərdə rayon sakini, sonradan adı ona məlum olan X3 məxsus “Lada priora” markalı qeydiyyat nişanını xatırlamadığı avtomobilə yaxınlaşarkən saxlamışlar. Ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib barəsində əməliyyat-axtarış təbdirlərinin keçirilməsi barədə qərarı elən etdikdən sonra üzrində şəxsi axtarış aparılacağını bildirirərək rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt onun əlində 01 ədəd sellofan torba olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirmişlər. Tərtər rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutaraq hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs vəkillərin siyahısından Tərtər rayon Vəkil Bürosunun vəkili X5 müdafiəçi qismində seçmişdir. Rayon polis şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində foto və videoçəkliş aparılmaqla şəxsi axtarış aparlmışdır. Şəxsi axtarış zamanı onun sol əlindəki torbaya baxış keçirilərkən quru ot halında olan və narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütlə aşkar edilərək elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Həmin kütlənin çəkisi 460 qram müəyyən edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı da sorğu edilərkən Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurdulmuş marixunanı meşənin yanındakı əkin sahələrinin yaxınlığında yerləşən kolluqda yabanı halda bitmiş çətənə bitkisinin kollarından yığaraq qurutduğunu bildirmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirlən zaman üzərindən qeyd edilənlərdən başqa qanunla qadağan edilmiş hər hansı bir predment aşkar edilməmişdir. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Həmin vaxt həm foto, həm də videoçəklişdən istifadə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Şahid4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında şahid X4 ibtidai istintaq vaxtı veridiyi ifadəsi elan edilmişdir. Elan olunmuş ifadəyə qarşı etiraz olmamışdır. İş materiallarından aydın olur ki, 23 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun əlində olan sellofan torbanın içərisində quru ot halında çəkisi 460 qram olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və həmin kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı protokol tərtib edilmiş, foto və video çəklişdən istifadə edilmiş və araşdırma materiallarına əlavə edilmişdir.(Bax: iş vərəqə 29-31) İş materiallarından aydın olmuşdur ki, şəxsi axtarış aparılması istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən diskə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı protokolda qeyd edilən xüsusatlarla diskdəki videogörüntü arasında hər hansı ziddiyyət müəyyən edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və istintaq materiallarına əlavə edilmişdir. (Bax iş vərəqə 76) İş materiallarından aydın olmuşdur ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin həqiqiliyinin yoxlanması məqsədi ilə onun iştirakı ilə ifadənin yerində yoxlanması istintaq hərəkəti həyata keçirilmiş və ifadəsi ilə ifadəsinin yerində yoxlanması zamanı göstərdiyi xüsusatlar arasında hər hansı ziddiyyət aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və istintaq materiallarına əlavə edilmişdir. (Bax iş vərəqə 148-151) Cinayət işinə əlavə edilmiş, məhkəmə-bioloji ekspertizasının 23 oktyabr 2024-cü il tarixli, 16/1035 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd qırmızı sellofan paketdə təmiz çəkisi 460 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Bax iş və.40-42) İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 19 dekabr 2024-cü il tarixli, 2001 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsələhət görülür. (Bax: iş vərəqə 139) İş materiallarından aydın olmuşdur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı Tərtər rayonu Xoruzlu kəndi ərazisində yerləşən meşənin yaxınlığındakı kolluqda yabanı halda bitmiş çətənə kollarndan yığaraq qurutduğu müəyyən edilsə də, onun həmin narkotik vasitə olan qurudulmuş marixuanadan kimlərəsə satıb-satmaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı tutarlı fakt müəyyən edilməmişdir. Sonuncu həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirirlir. Gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar əldə ediləcəyi təqdirdə bu barədə məlumat veriləcəkdir. (Bax: iş vərəqə 89, 105) İş materiallarından aydın olur ki, iş üzrə 23 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 460 qram çətənədən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatı zamanı üzərindən 0,08 qram istifadə edilmiş və 459,92 qramı saxlanılması üçün Tərtər rayon polis şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və götürmə aparılmasının videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(Bax iş vərəqə 152-159) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzası 01 il 09 ay 04 gün azadlığın məhtudlaşdırılması cəzası ilə əvəz edilmiş və xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilib.(Bax iş vərəqə 151) İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, Təqsirləndirilən şəxs-xx.xx.1968-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. (Bax iş vərəqə 142-143) İş materiallarına əlavə edilmiş Bərdə şəhər icra nümayəndəliyinin verdiyi 948 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Füzuli küçəsi 34/1 ünvanında yaşayır. Məhkəmə iclasında müəyyən texniki səbəblərdən həmin diskə baxış keçirilməsi mümkün olmamışdır. Lakin işdə olan fotoşəkillər baxış keçirilmiş, bununla bağlı təqsirləndirilən şəxsə verilmiş sullara ətraflı cavab alınmış və təqsirləndirilən baxış keçirilmiş fotoşəkillərə qarşı heç bir etirazı olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da işüzrə sübut növləri kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi yuxarıda şərh olunan və işdə olan digər dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 460 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 14:00 radələrində Tərtər rayonu Xoruzlu kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə 23 oktyabr 2024-cü il tarixdə saat 16:00 radələrinədək, yəni üzərində şəxsi axtarış aparılan zaman əlindəki sellofan torbadan aşkar edilib götürülənədək əldə edib daşımaqla saxlamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunması, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq çəkməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Onun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə də cəzanın məqsədlərinə çatmaq olar. Ona görə də məhkəmə ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonunun hüdudlarını tərk etməmək, Bərdə şəhərində yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixə kimi saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilən Tərtər Rayon Polis Şöbəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01(bir) ədəd sellofan torbada təmiz çəkisi 460 qram çətənədən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatı zamanı qzərindən 0,08 qram istifadə edilmiş və 459,92 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və gütürmə aparılmasını özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 23 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixə kimi saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzası növündə cəzanın 2 (iki) gününə bərabər tutulmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonunun hüdudlarını tərk etməmək, Bərdə şəhərində yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut hesab edilən Tərtər Rayon Polis Şöbəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 459,92 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həmçinin Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və gütürmə aparılmasını özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmün icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-17/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-17/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver