Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-18/2025 05.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1982-ci ildə Tərtər rayonun İsmayılbəyli kəndində anadan olmuş, subay, ali təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, Tərtər rayon İsmayılbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş ümumi təmiz çəkisi 0,279 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və həmçinin yaşadığı fərdi yaşayış evində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 21:37-də onun yaşadığı Tərtər rayon İsmayılbəyli kəndində yerləşən fərdi yaşayış evinə Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman yaşadığı evin içərisində qonaq otağında olan masanın üzərindən satış məqsədi olmadan saxladığı 1 (bir) ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0,279 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs X8 məhkəmə iclasında veridiyi izahatında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı küçədə gəzərkən yerdə kağıza bükülmüş büküm görmüş, həmin büküm nəzərini cəlb etdiyindən götürüb açmış və bükümün içərisində patı kimi tanıdığı metamfetaminin olduğunu görmüşdür. 2-3 il əvvəl narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyindən, istifadə etmək məqsədi ilə həmin bükümü götürüb yaşadığı evə gətirmiş və yaşadığı evdə masanın üzərinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə, axşam saat 21 radələrində yaşadığı evin həyət qapısı döyülmüş və o, baxan zaman polis əməkdaşları olduğunu görmüşdür. Onlar psixotrop maddələrin saxlanmasında və istifadəsində şübhəli olduğunu bildirmiş və ondan yaşadığı evə baxış keçirmələrinə etirazı olub-olmadıqlarını soruşmuşlar. O, evə baxış keçirlməsinə etiraz etməyərək razılıq vermişdir. Bundan sonra onun iştirakı ilə video çəkiliş vasitəsi ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadığı küçədən taparaq evinə gətirdiyi metamfetamin evdə masanın üzərindən aşkar edilmişdir. Video şəkiliş zamanı ondan həmin narkotik vasitənin kimə məxsus olması soruşulmuş, özünə məxsus olmasını etiraf etmişdir. Bundan sonra evin başqa yerində başqa heç bir predmet aşkar edilməmişdir. Masanın üzərindən aşkar edilərək götürülmüş metamfetamin elektron tərəzidə çəkilmiş, kağız büküm ilə birlikdə ümumi çəkisi 3.45 qram olması müəyyən olunmuşdur. Həmin büküm kağız zərfdə qablaşdırılmış, möhürlənmiş və üzərinə iştirakçılar tərəfindən imza çəkilmişdir. Həmin zərf ekspertizaya təqdim etmək üçün götürülmüş, bundan sonra polis əməkdaşları ilə birlikdə Tərtər rayon polis şöbəsinə gəlmişlər. Əvvəlcə ona Tərtər və Bərdə rayonları ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş və həmin siyahıdan hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi seçmişdir. Bundan sonra vəkil Müdafiəçi polis şöbəsinə dəvət edilmiş və ona təqdim olunmuşdur. Müdafiəçisinin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və ya digər qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imza edilmişdir. O, həmin metamfetamini heç kimlə istifadə etməmiş və heç kimə satmamışdır. O, həmin psixotrop maddəni və narkotik vasitələri istifadə etmək üçün götürüb saxlamışdır. Polis Şöbəsində ona heç bir zorakılıq edilməmiş və o, törətdiyi əməldən peşiman olmuşdur. Şəkərli diabet xəstəsidir, ayaq barmaqları amputasiya olmuşdur. Eləcə də iki azyaşlı uşağnın, himayəsində xəstə anasının olduğunu nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir ədavəti, qohumluğu olmamış, hadisədən sonra tanımışdır. Tərtər rayon polis şöbəsində polis sahə rəisi işləyir. xx.xx.2024-cü il tarixdə polis şöbəsinə Tərtər rayon İsmayılbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evində və üzərində qanunsuz olaraq psixiotrop maddə saxlamaqda, istifadə etməkdə həmçinin gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat alınan kimi həmin şəxsin ifşa olunmas ilə bağlı ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün raportla şöbə rəhbərliyinə məlumat verilmişdir. Rəhbərliyin razılığından sonra tərəfindən əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında onun və digər polis əməkdaşlarının iştirakı ilə əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Bundan sonra həmin gün saat 21 radələrində onlar birlikdə Tərtər rayon İsmayılbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evinin qarşısına getmişlər. Təqsirləndirilən şəxs evində və evinin həyətyanı sahəsində polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş, baxış zamanı evin birinci otağında masanın üzərində kağızın arasında psixiotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təhqiqatçı həmin predmetin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs metamfetamin, yəni patı olduğunu bildirmiş və yaşadığı küçənin giriş hissəsindən tapdığını göstərmişdir. Bundan sonra həmin psixiotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və kağız bükümlə birlikdə 3.45 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə təhqiqatçı tərəfindən qablaşdırılmış və möhürlənərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış davam etdirilsə də başqa qanunsuz predmet aşkar edilməmişdir. Axtarışla bağlı müvafiq protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imza edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə Tərtər rayon polis şöbəsinə gətirilmişdir. Onun hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduqdan sonra digər polis əməkdaşlarının iştirakları ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, videoçəkiliş Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmiş, bu barədə protokol yazılmış, o da digər iştirakçılar kimi protokola imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir ədavəti, qohumluğu olmamış, hadisədən sonra tanımışdır. Tərtər rayon polis şöbəsinin Təhqiqat Bölməsində təhqiqatçı işləyir. Hadisə olan vaxtı polis sahə rəisi işləmişdir. xx.xx.2024-cü il tarixdə polis şöbəsinə Tərtər rayon İsmayılbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evində və üzərində qanunsuz olaraq psixiotrop maddə saxlamaqda, istifadə etməkdə həmçinin gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumatı alınan kimi həmin şəxsin ifşa olunmasından ötrü ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi ilə bağlı raportla şöbə rəhbərliyinə məlumat verilmişdir. Rəhbərliyin razılığından sonra tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun və digər polis əməkdaşlarının iştirakı ilə əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Bundan sonra həmin gün onlar birlikdə saat 21 radələrində Tərtər rayon İsmayılbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evinin qarşısına getmişlər. Təqsirləndirilən şəxs evində və evinin həyətyanı sahəsində polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş, evinə baxış keçirilən zaman evin içərisində masanın üzərində kağızın arasında psixiotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təhqiqatçı həmin predmetin nə olduğun soruşduqda Təqsirləndirilən şəxs metamfetamin yəni patı olduğunu bildirmiş və yaşadığı küçənin giriş hissəsindən tapdığını qeyd etmişdir. Bundan sonra həmin psixiotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və kağız bükümlə birlikdə 3.45 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra həmin predmet təhqiqatçı tərəfindən qablaşdırılaraq və möhürlənərək ekspertizaya təqdim edilməsi üçün götürülmüş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış davam etdirilsə də başqa qanunsuz predmet aşkar edilməmişdir. Axtarışla bağlı müvafiq protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imza edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə Tərtər rayon polis şöbəsinə gətirilmişdir. Onun hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuş, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduqdan sonra digər polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, videoçəkiliş Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmiş, bu barədə protokol yazılmış, o da digər iştirakçılar kimi protokola imza etmişdir. İş materiallarından aydın olur ki, iş üzrə X5 yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlənin psixotrop maddə olub olmamasını, psixotrop maddədirsə hansı növə aid olmasını müəyyən etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə məhkəmə-fiziki kimyəvi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə X7 Regional Bölməsinə həvalə edilmişdir. Həmin ekspertizanın 29 may 2024-cü il tarixli 16/631 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Tərtər rayonu İsmayılbəyli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,279 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (Bax:i.v. 32-34, 35- 37) İş materiallarında olan 28 may 2024-cü il tarixdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd edilən tarixdə X6 yaşadığı Tərtər rayon İsmayılbəyli kəndində yerləşən fərdi yaşayış evinin giriş qapısından sol tərəfdə yerləşən otağın içərisindəki masanın (stolun) üzərində içərisində metamfetaminə bənzər kütlə olan 01 ədəd kağız büküm aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini yaşadıqları küçədən tapdığını özü istifadə etmək üçün götürərək saxladığını bildirmişdir. (Bax:i.v. 7-9) İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi əvvəlki ifadəsinin düzgünlüyü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs verdiyi ifadə ilə istintaqa verdiyi əvvəlki ifadəsi arasında heç bir ziddiyyət müəyyən edilməmişdir. İfadənin yerində yoxlanması istintaq hərəkəti foto görüntü ilə qeydə alınaraq protokola əlavə edilmişdir. (Bax:i.v. 129- 132) İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs evinə baxı keçirilməsi istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən diskə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı protokolda qeyd edilən xüsusatlarla diskdəki videogörüntü arasında hər hansı ziddiyyət müəyyən edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və istintaq materiallarına əlavə edilmişdir. (Bax:i.v. 69) İş materiallarında olan Azərbaycan Respubnlikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji dispanserininin 19 avqust 2024-cü il tarixli 1396 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixiotrop maddə olan metamfetamindən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (Bax: i.v. 77-80, 98-99) İş materiallarından aydın olur ki, iş üzrə Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini hər hansı bir şəxsdən alıb-almamasını və yaxud hər hansı bir yerdən tapıb tapmamasını müəyyən etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə əməliyyat tapşırığı verilmiş və həmin verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,279 qram psixotrop maddə olan metamfetamini Tərtər rayon İsmayılbəyli kəndi ərazisindən tapmış, başqa şəxs və ya şəxslərdən əldə etməmişdir. (bax:i.v. 87-88) Sorğu əsasında cinayət işinə əlavə edilmiş Tərtər RMX-dən daxil olmuş 05 iyul 2024-cü il tarixli, 18-1-75/2-848/2024 nömrəli məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xəstəxananın polikilinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır. (Bax:i.v. 84) İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının İsmayılbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 169 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon İsmayılbəyli kəndində qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunur. (Bax:i.v. 71-72) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 13 iyul 2024-cü il tarixli tələbnaməsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Bax:i.v. 85-86) Məhkəmə iclasında müəyyən texniki səbəblərdən həmin diskə baxış keçirilməsi mümkün olmamışdır. Lakin işdə olan fotoşəkillər baxış keçirilmiş, bununla bağlı təqsirləndirilən şəxsə verilmiş sullara ətraflı cavab alınmış və təqsirləndirilən baxış keçirilmiş fotoşəkillərə qarşı heç bir etirazı olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da işüzrə sübut növləri kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi yuxarıda şərh olunan və işdə olan digər dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş ümumi təmiz çəkisi 0,279 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və həmçinin yaşadığı fərdi yaşayış evində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 21:37-də onun yaşadığı Tərtər rayon İsmayılbəyli kəndində yerləşən fərdi yaşayış evinə Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman yaşadığı evin içərisində qonaq otağında olan masanın üzərindən satış məqsədi olmadan saxladığı 1 (bir) ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0,279 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinəəsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması, himayəsində xəstə anasının olmasını, yaşayış yerində müsbət xarakterizə olunması, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq çəkməsi, yaşayış yerində müsbət xarakterizə olunması, ilk dəfə az ağır cinayət törətməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Onun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə də cəzanın məqsədlərinə çatmaq olar. Ona görə də məhkəmə ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Təqsirləndirilən şəxs üzərinə Tərtər rayonunun hüdudlarını tərk etməmək, Tərtər rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 may 2024cü il tarixdən 30 may 2024-cü il tarixə kimi saxlanıldığı 01 (bir) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilən Tərtər Rayon Polis Şöbəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi təmiz çəkisi 0,279 qram istifadə olunduqdan sonra yerdə qalan 0,229 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və gütürmə aparılmasını özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 28 may 2024-cü il tarixdən 30 may 2024-cü il tarixə kimi saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzası növündə cəzanın 2 (iki) gününə bərabər tutulmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Tərtər rayonunun hüdudlarını tərk etməmək, Tərtər rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut hesab edilən Tərtər Rayon Polis Şöbəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşayış evindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,229 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həmçinin Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və gütürmə aparılmasını özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-18/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-18/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver