Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-2/2025 16.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X2 qızının katibliyi Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1968-ci ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaaqları olan, məhkumluğu olmayan, Tərtər rayonunun Hacıqərvənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 54-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 aprel 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən Etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 3800,00 manat və 700,00 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə) məbləğində pulun ondan alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-1483/2013 saylı qətnaməsini və 12500,00 manat pulun ondan alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(061)-1139/2018 saylı qiyabi qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(004)-5936/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 3800,00 manat və 700,00 ABŞ dolları, Zərərçəkmiş şəxs1 Məhiyəddin qızına 12500,00 manat məbləğində borcunu ödəməyərək sonunculara maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009-cu ildən Bakı şəhərində yaşamaqla evlərin alqı satqısında və kirayə verilməsində vasitəçi əmlakçı kimi fəaliyyət göstərməklə Bakı şəhəri Yasamal rayonu, Mustafa Sübhi, 61 ünvanında kirayə olaraq evlərin alqı satqısı ofisini işlədir. Əvvəldən tanıdığı Zərərçəkmiş şəxs2 2010-cu ildə müxtəlif aylarda cəmi 3800,00 manat və 700,00 ABŞ dolları borc olaraq almışdır. Lakin sonradan uşağı xəstə olduğu üçün Südabəyə olan borcunu qaytara bilmədiyinə görə sonuncu ona qarşı məhkəmədə iddia qaldırmış və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 07 may 2013-cü il tarixli qətnaməsinə əsasən ondan 3800,00 manat və 700,00 ABŞ dolları məbləğində pulun alınaraq Südabəyə ödənilməsi qərara alınmışdır. Bundan başqa 2014-cü ildə Zərərçəkmiş şəxs1 onun ofisinə gələrək Yasamal rayonunda Abdulla Şaiq küçəsində 1 otaqlı evinin olduğunu, həmin evi kirayə vermək istədiyini və bununla bağlı ona kömək etməyini xahiş etmişdir. Həmin evin kirayə verilməsini təşkil etdikdən sonra Zərərçəkmiş şəxs1 ona ev almaq istədiyini bildirmişdir. Həmin ərəfədə Rühəngiz Cəfərova adlı şəxs özünə məxsus Yasamal rayonu, VŞahid7 küçəsində yerləşən 2 otaqlı mənzili satmaq istədiyini bildirdiyi üçün Mahirə ilə Rühəngizin mənzilində görüşüb mənzilə baxmışlar. Bundan sonra Mahirə onun iştirakı ilə Rühəngizə 30000 manat beh vermiş, bir müddət sonra isə onun ofisinə gələrək Rühəngizə 12500 manat verdiyini və bununla bağlı müqavilə bağlanmasını ondan xahiş etmişdir. Mahirəyə etibar etdiyi üçün inanaraq Rühəngizi görmədən və əlaqə saxlamadan sonrakı 12500 manatın verilməsinə dair müqavilə tərtib etmiş və buna imza etmişdir. Mahirə özü də həmin müqaviləyə imza atmış Rühəngizə isə özü imza etdirəcəyini bildirmişdir. Sonradan guya həmin 12500 manat pulu Rühəngizə verməyi üçün ona təhvil verdiyini bildirərək həmin pulun ondan alınması üçün məhkəməyə müraciət etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi üzrə ondan 12500 manat pulun alınıb Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. Südabəyə borcu vardır və həmin borcla bağlı məhkəmə qətnaməsi ilə razılaşır. Lakin, Mahirəyə heç bir borcu yoxdur və həmin borcla bağlı məhkəmə qətnaməsi ilə razılaşmır. Həmin qətnamə tamamilə səhvdir. Çünki, o, Mahirədən heç bir pul almamışdır. Südabəyə olan borcundan 700,00 ABŞ dollarını ödəmiş, habelə 3500 manat borcundan isə 1000 manatın ödəyərək hazırda ona 2500 manat borcu qalmışdır. Həmin borcu ödəməyə razıdır. Özünü qismən, yəni Zərərçəkmiş şəxs2 münasibətdə təqsirli bilir, Zərərçəkmiş şəxs1 münasibətdə isə təqsirli bilmir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edir.ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan cinayət əməlinin törədilməsində təqsiri özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri və işin digər materalları ilə tam sübüta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2010-cu ildə ev almaq istəyən zaman yaşadıqları Yasamal rayonunda «Sovetski» deyilən ərazidə daşınmaz əmlakın alqı-satqı ofisinə gedərək orada Təqsirləndirilən şəxslə tanış olmuş və ona ev almaq istədiyini demişdir. Təqsirləndirilən şəxs Çimnaz adlı şəxsin ünvan 2 ünvanında yerləşən evini 12000 manata satdığını ona bildirmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs iştirakı ilə Çimnazla aralarında beh müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Çimnaza Akifin yanında 2000 ABŞ dolları məbləğində beh vermişdir. Behin Akifə aidiyyəti yoxdur, bununla bağlı ayrı qərar vardır. Aralarında olan razılığa əsasən pulun qalan hissəsini evin sənədləri hazır olandan sonra verməli idi. Təqsirləndirilən şəxs ondan hissə-hissə ümumilikdə 3800 manat və 700,00 ABŞ dolları məbləğində pul almışdır. Lakin, evi onun adına sənədləşdirməmiş, nə də ki, ona satmamışlar. Sonradan Təqsirləndirilən şəxs pulunun qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də məcbur olub Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 3800 manat və 700 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsini qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Tərtər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs həmin puldan ona 300 manat və 100 ABŞ dollarını qaytarmışdır. İstintaq dövründə Təqsirləndirilən şəxs ona 700,00 ABŞ dolları və 600,00 manat pul ödəməyib. Hazırda Təqsirləndirilən şəxs ona 3500 manat və 600 ABŞ dolları məbləğində borcu vardır. Təqsirləndirilən şəxs həmin borcunu ödəmədiyi üçün ondan şikayətçidir. Məhkəmədən qeyd edilən borcun Təqsirləndirilən şəxsddən alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 Məhiyəddin qızı ifadəsində göstərmişdir ki, əri Bahadurla birlikdə 2014-cü ildə yaşadıqları ərazidə əmlak alqı satqısı ilə məşğul olan sonradan adını bildikləri hazırkı Təqsirləndirilən şəxslə ofisdə tanış olmuş və ondan ev almaqda onlara köməklik etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs onlara Rühəngiz Cəfərova adlı şəxsin Yasamal rayonu, VŞahid7 küçəsi ev 15 ünvanında, 2 otaqlı mənzili 42500 manata satmaq istədiyini bildirmişdir. Evə baxıb bəyənmiş və 45000 manata razılaşmışlar. Həmin məbləğdən 30000 manatını qabaqcadan vermiş, sonradan qalan 12500 manatı vasitəçi olduğu üçün Təqsirləndirilən şəxs vermişdir. Lakin, evi onun adına sənədləşdirməmiş, nə də ki, ona satmamışlar. Verdiyi 45000 manatdan 30000 manat qaytarılsa da, 12500 manat qaytarılmamışdır. Pulunun geri istədikdə Rühəngiz Cəfərova 12500 manat pulun Təqsirləndirilən şəxs tərəfindən ona verilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 12500 manat məbləğində pulunun qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də məcbur olub Tərtər Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 12500 manat məbləğində pulun alınaraq ona verilməsini qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Tərtər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra tədbirlərinin görülməsinə baxmayaraq qətnamənin icrası təmin edilməmişdir. Təqsirləndirilən şəxs həmin borcunu ödəmədiyi üçün ondan şikayətçidir. Məhkəmədən qeyd edilən borcun Təqsirləndirilən şəxsddən alınaraq ona ödənilməsini, əks halda onun həbs edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 3800 manat və 700 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi, Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən isə Təqsirləndirilən şəxs 12500 manat pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Tərtər rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnamələrini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq məhkəmə qətnamələri icra olunmamışdır. Qətnamələr borclu tərəfindən icra olunmadığı üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 08 gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmişdir. xx.xx.2023-cü il tarixədək, yəni Azərbaycan Respublikası CM-ninin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün təqdimat verilənədək Təqsirləndirilən şəxs tələbkarlar Zərərçəkmiş şəxs2 3800 manat və 700,00 ABŞ dolları, Zərərçəkmiş şəxs1 12500 manat məbləğində borcu olmuşdur. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Təqdimat verildikdən sonra Təqsirləndirilən şəxs hər hansı bir ödəniş etməsi barədə onda heç bir məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Məhiyəddin qızı onun arvadıdır. 2014-cü ildə Mahirə ilə birlikdə yaşadıqları ərazidə əmlak alqı satqısı ilə məşğul olan hazırkı Təqsirləndirilən şəxslə ofisdə tanış olmuş və ondan ev almaqda onlara köməklik etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs Rühəngiz Cəfərova adlı şəxsin Yasamal rayonu, VŞahid7 küçəsi ev 15 ünvanında, 2 otaqlı mənzili 42500 manata satmaq istədiyini bildirmişdir. Evə baxıb bəyənmiş və 45000 manata razılaşmışlar. Həmin məbləğdən 30000 manatını qabaqcadan verilmiş, sonradan qalan 12500 manatı vasitəçi olduğu və istədiyi üçün Təqsirləndirilən şəxs verilmişdir. Özü və qızı Gülnarə arvadı tərəfindən pul verilərkən orada olmuşlar. Lakin, sonradan ev onlara satılmamışdır. Verilən 45000 manatdan 30000 manat qaytarılsa da, 12500 manat qaytarılmamışdır. Ona görə də arvadı məcbur olub Tərtər Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 12500 manat məbləğində pulun alınaraq arvadına verilməsini qərara alınmışdır. Lakin bugünə kimi qətnamənin icrası təmin edilməmişdir. Cinayət işində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-1483/2013 saylı qətnaməsinin surətindən görünür ki, ... Təqsirləndirilən şəxs 3800 manat və 700 ABŞ dolları məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Cinayət işində olan xx.xx.2013-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-1483/2013 saylı qətnaməsi əsasında icra vərəqəsi tərtib edilərək icra olunması üçün göndərilmişdir. Cinayət işində olan “icraata başlamaq haqqında” xx.xx.2014-cü il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-1483/2013 saylı icra sənədinə əsasən Bakı şəhəri Yasamal rayon İcra şöbəsində icra işi başlanmışdır. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(061)- 1139/2018 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 12500 məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. Cinayət işində olan xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(061)-1139/2018 saylı qətnaməsi əsasında icra vərəqəsi tərtib edilərək icra olunması üçün göndərilmişdir. Cinayət işində olan “icraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(061)- 1139/2018 saylı icra sənədinə əsasən Tərtər rayon İcra və Probasiya şöbəsində icra işi başlanmışdır. Cinayət işində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5936/2022 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-1483/2013 saylı və Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(061)-1139/2018 saylı icra sənədlərini icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs edilmişdir. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmlərinin surətlərindən və Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4, 178.2.2-ci, 178.2.3-cü maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 2000 misli miqdarında cərimə cəzasına, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəza müddətini çəkib qurtardığına görə azad edilmişdir. Cinayət işində olan Tərtər RİHB-nin Hacıqərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi S.Yusibov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı kənddə özünü nümunəvi aparmış, ictimayət arasında özünün müsbət keyfiyyətləri ilə fərqlənmiş, kənd əhalisi və yoldaşları arasında mülayim rəftara malik olmuş, ağsaqqallar arasında hörmət qazanmış, barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2015-ci il doğumlu Mələk Əlizadənin, xx.xx.2009-cu il doğumlu Rəna Əlizadənin və xx.xx.2007-ci il doğumlu Hüseyn Əlizadənin atası kimi Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Cinayət işində olan “ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan, “axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan və “müvəqqəti saxlama yerinddən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzürlü səbəb olmadan məhkəmə iclasına gəlmədiyi üçün barəsində məhkəməyə məcburi gətirilməsi haqqında qərar çıxarılmışdır. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığı üçün barəsində axtarış elan olunmaqla « həbs » qətimkan tədbirinin seçilməsi və o, tapılanadək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. Cinayət işində olan Tərtər rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan və « axtarışda olan şəxsin tutulması haqqında » xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Əliyev X3 rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işində olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbs edildiyi üçün iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Cinayət işində olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs borclu olduğu 12500 manat puldan heç bir ödəniş etmədiyini, borcunun ödənilmədiyi təqdirdə Təqsirləndirilən şəxs həbs olunmasını qeyd etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ona hazırda 3500 manat və 600 ABŞ dolları məbləğində borclu olduğunu və borcu ödənilmədiyi üçün şikayətçi olduğunu qeyd etmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsinə, şahidlərin ifadəsinə və iş üzrə toplanmış digər materiallara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan cinayət əməlinin törədilməsində təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlini həmin maddə ilə tövsif edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğluna istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. O, ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən edilmişdir ki, məhkəmə qətnamələrinin çıxarılmasından uzun müddət keçməsinə baxmayaraq, təqsiriləndirilən şəxs həmin məhkəmə qətnamələrinə qərəzli münasibət bəsləmiş, həmin məhkəmə qətnamələrinin icrasına lazımi səy göstərməmişdir. Nəticədə Azərbaycan Respublikası adınadan elan olunmuş məhkəmə qətnaməsi uzun müddət icrasız qalmışdır. Bununla da təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs ədalət mühakiməsinin nüfuzuna ziyan vurmuşdur. Məhkəmə prosesinin gedişində məhkəmə tərəfindən təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs borcunu ödəməsi təklif olunsa da, o, borcun ödənilməsi təmin etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə olan münasibətini, məhkəmə tərəfindən vaxt verilərək ödənişin təmin edilməsinə şərait yaradılmasına baxmayaraq ödənişin təmin edilməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə onun islah olunmasına, yəni cəzanın məqsədlərinə nail olunması mümkün deyildir. Buna görə də ona ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı ittiham elan edilməsi üçün axtarışda olan şəxs qismində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 gün ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Azərbaycan Respubikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi üçün barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci yoxdur. Beləlikjlə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, Hökm Etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ittiham elan edilməsi üçün axtarışda olan şəxs qismində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hazırkı iş üzrə « axtarış elan edilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında » xx.xx.2024-cü il tarixli qərara əsasən tutulduğu 07 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan şəxs hökmü aldığı gündən) 20 gün müddətində Tərtər Rayon Məhkəməsi və ya həbsdə saxalama yerinin müdriyyəti vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Tahir Qubadov.
Məhkəmə qərarları › İş №1(061)-2/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-2/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver